< <
7 / total: 10

Həqiqətə Çağırış (Total Recall)

Həqiqətə çağırış (Total Recall) adlı filmdə də, Vanil Səma (Vanilla Sky) filmində olduğu kimi istər baş rol oyunçusu, istərsə tamaşaçılar, yaşanan hadisələrdən nəyin həqiqi, nəyin xəyal olduğunu ayırd edə bilmirlər. Filmin qəhrəmanı həqiqət olaraq qəbul etdiyimiz həyatında, Duqlas Kueyd (Douglas Quaid) adında bir inşaat işçisidir və ən böyük xəyalı Marsa getməkdir.

Gerçeğe Çağrı Filmi

Marsda həyatın mümkün olduğu xəyali bir dövrün canlandırıldığı filmdə, burada terrorist fəaliyyətlər olur və Marsın idarəedicisi (Velos Cohageen), bu qiyamları yatırmaq üçün hər cür əməkdaşlığa açıq olduğunu bildirir. Filmin qəhrəmanı Duqlas Kueyd (Douglas Quaid) də Marsa getmə və oradakı bu hadisələri dayandırma xəyalları qurur. Lakin dostu bu fikrə qarşı çıxdığından, ən son həlli həqiqəti qədər inandırıcı xatirələr yaşadan, digər bir ifadəylə virtual tətil təşkil edən "Recall" adında bir şirkətə müraciət etməkdə görür. Burada bütün təfərrüatların adamın seçiminə görə əvvəlcədən nizamlandığı, həqiqətindən fərqsiz və əslindən çox daha ucuz tətil imkanları təqdim edilir. Hətta adam dilədiyi təqdirdə, özündən fərqli bir insan olaraq, başqa bir insanın şəxsiyyətiylə bu səyahəti edə bilir.

Filmin baş rol oyunçusu Duqlas Kueyd (Douglas Quaid) də, pul qarşılığında Marsa getdiyinə dair 15 günlük xatirələrin yaddaşına yüklənməsi üçün bir müqavilə bağlayar. Bədəni bir kürsüdəykən, yaddaşına verilən məlumatlarla özünü Marsda gizli bir agent olaraq görə biləcəkdir. Ancaq bu məlumatların zehninə yüklənməsi əsnasında, bir əksiklik olar və yaddaşındakı məlumatlarla daha əvvəl oynanmış olduğu ortaya çıxar və filmin qəhrəmanı həqiqət olaraq qəbul etdiyimiz həyatında da, özünü Marsdakı hadisələrlə vəzifəli gizli bir agent olaraq hiss etməyə başlayar.

Film boyunca Duqlas Kueydin (Douglas Quaid) həyatının nə qədərinin həqiqət olduğu, yaddaşındakı xatirələrin hansılarının həqiqətən yaşandığı, hansılarınınsa süni olaraq yaradıldığı dəqiq olaraq aydın olmur. Sonrakı səhifələrdə filmdən olan hissələrdə görəcəyiniz kimi, bu filmdə də xəyallarla həqiqətlər arasındakı fərqi duymamaq tez-tez vurğulanır.

Səyahət Edən Bir Kimsə Əslində Kilometrləri Beynində Qət Edər

Kitabın əvvəlindən bəri müxtəlif nümunələrlə toxunduğumuz kimi, maddə dediyimiz hər şey (öz bədənimiz, ətrafımızdakı cisimlər, üzərinə basdığımız torpaq, günəş, planetlər, ulduzlar və s.) əslində bir qavrayışdır. Məsələn, səmaya baxdığınızda günəşi özünüzdən çox uzaqlarda görərsiniz. Halbuki, günəş sizin üçün qapqaranlıq beyninizin içində yaranan bir görünüşdən başqa bir şey deyildir. Eyni şəkildə, bizdən milyonlarla kilometr uzaqda sandığımız planetlər də, beynimizdəki görünüş mərkəzində yer alan, yəni bizim "uzağımızda" deyil, əksinə "içimizdə" mövcud olan hisslərdir.

Həqiqətə çağırış (Total Recall) adlı bu filmdə də bir tətil şirkəti, süni olaraq verilən siqnallarla insanlara həqiqətindən fərqsiz xatirələr yaşadır. İnsanlar zehinlərinə yüklənən məlumatlarla, çox uzaq məkanları oradalarmış kimi həqiqi görə bilir, buralarda tətil etdikləri hissinə qapıla bilirlər.

Aşağıdakı sətirlərdə və görünüşdə Recall adındakı bu tətil şirkətinin televiziya təqdimatı yer alır:

Gerçeğe Çağrı Filmi

Reklam : Aysberq qədər işiniz olmasına baxmayaraq, Antartikada xizək sürmək istəmədinizmi? Pulsuz olmanıza baxmayaraq dəniz altında tətil etməyi arzulamadınızmı? Pilləkənləri çıxa bilmədiyiniz halda Marsın dağlarına çıxmağı hər zaman istəmədinizmi? O zaman RECALL-a gəlin, bizdə xəyal etdiyiniz tətili satın ala bilərsiniz, həm həqiqətən daha ucuz, həm də daha yaxşıdır. Həyatınızı boş yerə sərf etməyin, RECALL-a müraciət edin və sizə ömür boyu unuda bilməyəcəyiniz bir xatirə verək.

Duqlas Kueyd (Douglas Quaid), bu reklamı izlədikdən sonra, ən böyük xəyalı olan Marsa getmənin necə mümkün olacağını öyrənmək üzrə, "Recall" şirkətindən Bob Mak Klein (Bob McClane) adındakı bir səlahiyyətli şəxs ilə görüşər. Filmdən götürülən aşağıdakı sitatlarda isə bəhs edilən virtual tətilin necə olacağı ilə əlaqədar təfərrüatlar qərarlaşdırılır:

Gerçeğe Çağrı Filmi

Mr. Mak Klein (McClane) : O zaman Mars olsun. Bir dəqiqə lütfən... Mars turu əlavələr istisna olmaqla sizə 899-a düşər. Bu ayrıntılarıyla birlikdə, iki həftəlik bir xatirəni ehtiva edir...

Duqlas Kueyd (Douglas Quaid) : İki həftəlik tur nələri ehtiva edir?

Mr. Mak Klein (McClane) : Əvvəl bunu bilin: RECALL-da yalnız birinci sinif xatirələri ala bilərsiniz. Kosmos vasitəsində tək kabinet, Hiltonda lüks otaq, bütün görülməyə dəyər yerlər, Mount Pyramid, böyük kanallar...

Duqlas Kueyd (Douglas Quaid) : Nə qədər həqiqi olur?

Mr. Mak Klein (McClane) : Ağlınızdakı hər xatirə kimi.

Duqlas Kueyd (Douglas Quaid) : Axmaqlamayın.

Mr. Mak Klein (McClane) : Xeyr, həqiqətən! Beyniniz heç bir fərq tapmayacaqdır. Qətiyyən!

Duqlas Kueyd (Douglas Quaid), Marsdakı mühitə aid təfərrüatlarla yanaşı öz şəxsiyyəti ilə əlaqədar məlumatları da seçə bilir. Belə bir imkanı olduğunu öyrənən filmin qəhrəmanı, Marsda keçirəcəyi müddət boyunca gizli bir agent vəzifəsində olmağı istəyər.

Gerçeğe Çağrı Filmi

Dr. Lull : Yadplanetli şeylər də istəyirsinizmi?

Duqlas Kueyd (Douglas Quaid) : Təbii ki, niyə olmasın... Mars mənə hər zaman təsir etmişdir.

Assistent : Biz hazırıq.

Dr. Lull : O halda yuxu ölkəsinə gedək.

Duqlas Kueydin (Douglas Quaid) maşına bağlanışı ilə əlaqədar görünüşlər.

Filmdə də bir nümunəsini gördüyümüz kimi, yuxu ya da süni siqnallarla yaradılan mühitlərlə həqiqi həyatdakı məkanlar arasında texniki baxımdan bir fərq yoxdur. Hər ikisində də bütün gördüklərimizi beynimizdə görərik. Bizim çox uzaq sandığımız planetlər, çox böyük sandığımız dünya, əslində beynimizin içinə sığdırılmış bir hisslərin məcmusudur. Bu mövzu ilə paralel kitablarımızdan götürdüyümüz bir neçə nümunə belədir:

Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn, bu kitabla aranızdakı məsafə, sadəcə beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqlığında olduqlarını sanar. Halbuki, ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. (Evrim Aldatmacası, II nəşr, səh. 204-205)

… həyatımız boyunca yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kürsüsündə oturaraq şüşədən çölü seyr edən bir insan, kürsünün sərtliyini, döşəməsinin sürüşkənliyini beynində hiss edər. Mətbəxdən gələn qəhvə qoxusu həqiqətdə mətbəxdə, yəni uzağında deyil, beyninin içindədir. Şüşədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar isə yenə beynində meydana gələn görünüşlərdir. Özünə qəhvə təklif edən dostu və qəhvənin gözəl dadı da yenə beynində meydana gələr. Qısacası, evinin salonunda oturduğunu və şüşədən çölü seyr etdiyini zənn edən bir insan həqiqətdə, beyninin içindəki ekrandan salonunu, şüşədən görünən mənzərəni izləyir. Məhz insan, beynindəki ekranda izlədiyi, mənalı şəkildə bir yerə gətirilən hisslərinin hamısına "həyatım" deyər və heç bir zaman beyninin xaricinə çıxa bilməz. (Hayalin Diğer Adı: Madde, səh. 43)

Gözler O'nu idrak edemez; O ise bütün gözleri idrak eder. O, latif olandır, haberdar olandır.
(Enam Suresi, 103)

manzara

Beynimizdəki Virtual Dünya

simulator

Teknolojinin gelişmiş olduğu ülkelerde eğlenceye ve eğitime yönelik, üç boyutlu görüntü oluşturan ve hayali bir ortamda gerçek hayat yaşadıkları etkisi veren bilgisayar programları kullanılmaktadır.

Kompyuterlərlə, simuliyasiyalarla üçölçülü və həqiqi görünüşlər hazırlayıb heç olmayan bir mühiti insanlara yaşatmaq indiki vaxtda sıradan bir hadisə halına gəlmiş vəziyyətdədir. Texnologiyanın çox inkişaf etmiş olduğu ölkələrdə əyləncəyə və təhsilə istiqamətli bir çox vasitə edilir. Bunların böyük bir qismində insan beynində üçölçülü görünüş meydana gətirən kompyuter proqramları istifadə edilir. Bu texnikanın istifadə edilməsindəki əsl məqsəd isə beş duyğunu təsir edərək oynayanlara xəyali bir mühitdə həqiqi həyat yaşadıqları təsiri verməkdir.

NASA-dakı astronavtlardan memarlara, pilotlardan mühəndislərə qədər bir çox peşədə təhsil, simulyasiya deyilən üçölçülü görünüşlərlə keçilir. Məsələn, bu simulyasiyalarla keçilən uçuş təhsilindəki bir pilot həqiqi hava şəraitiylə kompyuterin ona yaşatdığı xəyali hava şərtlərini ayıra bilmir. Seyr etdiyimiz xarici elmi-fantastik filmlərinin böyük bir qismində də insan həyatının görünüşlərdən meydana gəlməsi və beyində yaradılan virtual dünyalarla olan bənzərliyi yer alır. Bu filmdə də əyləncə məqsədli bu texnikanın inkişaf etdirilmiş şəkli tətbiq olunur. Virtual tətil etmək istəyənlər, istədikləri yerdə, istədikləri kəslərlə istədikləri qədər müddətdə tətil etdikləri hissini yaşamaq imkanına sahibdirlər.

simulator

Simülasyonlarla yapılan uçuş eğitimindeki bir pilot gerçek hava koşullarıyla bilgisayarın ona yaşattığı hayali hava koşullarını ayırt edememektedir. Uçak simülasyonunun içindeki bu kişi, sanal bir ortamda olduğunu bilmesine rağmen kendisini yerden havalanıyor ya da uçağa yön veriyor gibi hissedebilir.

Ancaq filmin axışında Marsa aid 15 günlük xatirələrin və yeni şəxsiyyət məlumatlarının yüklənməsi əsnasında, gözlənilməz bir vəziyyət olar və daha yükləmə edilmədən Duqlas Kueyd (Douglas Quaid) Mars haqqında danışmağa başlayar. Artıq özünü həqiqi həyatında da başqa biri zənn edir. Filmin bu hissəsində baş qəhrəmanı, həqiqətdə Duqlas Kueyd (Douglas Quaid) şəxsiyyətiylə bir tətil şirkətində olmasına baxmayaraq, özünü öldürülmək istənilən bir agent sanır.

Dr. Lull : Bu bir yaddaş donmasıdır!

Duqlas Kueyd (Douglas Quaid) : Öldürəcəklər.

Mr. Mak Klein (McClane) : Nə deyir bu? Bilmirəm!

Duqlas Kueyd (Douglas Quaid) : Mənim adım Kueyd deyil.

Dr. Lull : ... Baxın, səhərdən bəri Marsdan bəhs etdi. Həqiqətən orada idi!

Mr. Mak Klein (McClane) : ... Eqo turundakı agent rolunu yaşayır!

Gerçeğe Çağrı Filmi

Yaddaşına yüklənən məlumatlar əsasında yaşadıqlarını həqiqi zənn edən Duqlas Kueydin (Douglas Quaid) vəziyyəti son dərəcə düşündürücüdür. Heç bir həqiqəti olmayan virtual bir dünyanı həqiqi zənn edərək yaşaması, indiki vaxtda da maddənin əsli ilə təmasda olduğunu düşünərək, bu maddi dünyaya ehtirasla bağlananların vəziyyətinə bənzəyir. Halbuki, kimsə zehnindəki surət olan görünüşlərdən, surət olan hisslərdən yola çıxaraq çöldə maddi bir dünya olduğunu və yaşadıqlarının həqiqi olduğunu isbat edə bilməz. Bu mövzu ilə əlaqədar kitablarımızdan götürdüyümüz izahlardan bir neçəsi belədir:

… bu anda başınızı qaldırıb içində olduğunuz otağa baxdığınızda gördüyünüz, sizin xaricinizdəki otaq deyil. Siz otağın, beyninizin içində yaranan surət olan görünüşünü görərsiniz və heç bir zaman bu otağının əslini duyğuların vasitəsi ilə görmənizə imkan yoxdur. (Hayalin Diğer Adı: Madde, səh. 22)

… bu həqiqət, bir fəlsəfə və ya hər hansı bir fikir deyildir. Əksinə bu gün müasir elmin qəti olaraq isbat etdiyi və inkarı qətiliklə mümkün olmayan texniki bir həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, beyin və əlaqədar bütün sahələrdə mütəxəssis olan hansı elm adamına "biz dünyanı necə və harada görürük?" deyə soruşulsa, verdikləri tək cavab vardır: bütün dünyanı beynimizdəki görmə mərkəzində görürük. (Hayalin Diğer Adı: Madde, səh. 8)

Yaddaşımızdakı Məlumatlar Da Xəyallarımızdan Qalan Xatirələrdir

Bir insanın keçmişi, əslində o insanın yaddaşında yer alan məlumatlardan ibarətdir. Əgər bu insanın yaddaşı silinsə, keçmişi qalmayacaqdır. Gələcək isə insanların düşüncələrindən ibarətdir. İnsan gələcəyi üçün plan hazırlayar, gələcəyini düşünər. Ancaq insanın düşüncələri də ortadan qaldırılsa, bu dəfə gələcək deyə bir anlayış da qalmayacaqdır. Yaddaşı və düşüncələri alınan bir insan üçün yalnız içində yaşadığı "an", yəni "bu an" qalacaqdır.

Həqiqətə çağırış (Total Recall) adlı bu filmdə də filmin qəhrəmanının yaddaşında bəzi dəyişikliklər edildiyi, bunun nəticəsində zamanı və ətrafındakı hadisələri fərqli qiymətləndirdiyi aydın olur. Filmdə Duqlas Kueydin (Douglas Quaid), daha əvvəl yaddaşından silinmiş bəzi məlumatların canlanmasına görə həyatında dəyişikliklər olur. Düşmənləri tərəfindən izlənilməyə, hətta öldürülməyə çalışılar, ancaq bu hücumların həqiqətmi, yoxsa bir zamanlar yaddaşına yerləşdirilmiş xəyal dünyasınamı aid olduğunu ayıra bilmir.

Filmin sonrakı səhnələrində Duqlas Kueyd (Douglas Quaid) onu izləyən bəzi insanlardan qaçaraq evinə gəlir. Bütün olanları yoldaşına izah etdiyində, yoldaşı olanların həqiqi olmadığına onu razı salmağa çalışar.

Gerçeğe Çağrı Filmi

Lori : ... Hər şey sırayla. Niyə casuslar səni öldürsünlər?

Duqlas Kueyd (Douglas Quaid) : Bilmirəm amma Marsla əlaqədardır.

Lori : Sən oraya heç getmədin ki.

Duqlas Kueyd (Douglas Quaid) : Bəli hər şey qəribədir, amma mən Recalla getdim.

Lori : O beyin qəssablarınamı? Nə etdilər?

Duqlas Kueyd (Douglas Quaid) : Mən Mars üçün bir tur ayırdım və sonra... Recallı unut! Onlar məni öldürmək istədilər!

Lori : Heç kim səni öldürmək istəmədi.

Duqlas Kueyd (Douglas Quaid) : İstədi! Amma mən onları öldürdüm.

Lori : Bax, Recalldakı adamlar sənin beynini qarışdırıblar. Sən paranoid xəyal görürsən.

Duqlas Kueyd (Douglas Quaid) : Bu da paranoid xəyaldır? (əlindəki qanları göstərir)

Yoldaşının da bir oyun içində olmasından şübhələnən Duqlas Kueyd (Douglas Quaid), ona həqiqətləri izah etməsi üçün israr edər. Filmin aşağıdakı səhnələrindən də aydın olacağı kimi, Duqlas Kueydin (Douglas Quaid) həqiqət olaraq qəbul etdiyimiz həyatında da əslində xəyali bir şəxsiyyəti həqiqi zənn edərək yaşadığı aydın olar. Duqlas, həqiqətdə tamamilə fərqli biridir, lakin yaddaşına yüklənən məlumatlarla özünü səkkiz ildir evli bir inşaat işçisi zənn edir. Həyat yoldaşı, iş yoldaşı, qısacası, bütün həyatı yaddaşına yüklənmiş süni məlumatlardır və Duqlas Kueyd (Douglas Quaid) o günə qədər bütün bunları həqiqət zənn etmişdir.

Gerçeğe Çağrı Filmi

Duqlas Kueyd (Douglas Quaid) : Hə danış!

Lori : Mən sənin arvadın deyiləm.

Duqlas Kueyd (Douglas Quaid) : Doğurdan? Eləmi!

Lori : Səni 6 həftədir tanıyıram. Evliliyimiz bir yaddaş yüklənməsidir.

Duqlas Kueyd (Douglas Quaid) : Ah?

Lori : Toyumuzu xatırlayırsanmı? Gizli kəşfiyyat köçürdü.

Duqlas Kueyd (Douglas Quaid) : Bizim dostlarımız, mənim işim, 8 illik bərabərliyimiz yalanmı?

Lori : İşin həqiqətdir. Gizli kəşfiyyat tapdı.

Duqlas Kueyd (Douglas Quaid) : Axmaqlıq!

Lori : Sənin şəxsiyyətini yenidən yazdılar. Səni nəzarətdə tutmaq üçün məni yoldaşın olaraq vəzifələndirdilər. İncimə, amma bütün həyatın bir yuxudur.

Duqlas Kueyd (Douglas Quaid) : Yaxşı, əgər mən mən deyiləmsə, o zaman Allah xatirinə mən kiməm?

Lori : Bilmirəm. Mən burada yalnız vəzifəmi yerinə yetirirəm.

Filmdə yer alan bu mövzu bizlərə bunu düşündürür: Biz yaddaşımızdakı məlumatların həqiqi olduğu ön mühakiməsiylə hərəkət edərik. Halbuki, yaddaşımıza verilən məlumatlar olmadan heç bir şeyi bilmərik. Bu mövzunu açıqlayan kitablarımızdan bir neçə nümunə belədir:

Bir insanın keçmişi yaddaşına verilən məlumatlardan meydana gələr. Yaddaş silindiyində insanın keçmişi də silinər. Gələcəyi isə düşüncələrindən ibarətdir. Bu düşüncələr olmadığında isə insanın yalnız yaşadığı "an" qalar. (Hayalin Diğer Adı: Madde, səh. 130)

Zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə edilməsiylə mövcud olur. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısilə zaman qəbulu da meydana gəlməz. Bir insanın "mən otuz yaşındayam deməsinin səbəbi, beynində bəhs edilən otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, ardında belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə əlaqədə olacaq. (Zamansızlık ve Kader Gerçeği, səh. 53)

dokunma

Bir insanın geçmişi, aslında o insanın hafızasında yer alan bilgilerden ibarettir. Eğer bu insanın hafızası silinse, geçmişi kalmayacaktır. Gelecek ise insanların düşüncelerinden ibarettir. Hafızası ve düşünceleri alınan bir insan için sadece içinde yaşadığı "an", yani "şu an" kalacaktır.

Toxunma Hissi Maddənin Əslinə Çatdığınıza Bir Dəlil Ola Bilməz

Gecə gördüyümüz yuxudakı görünüşlərlə, oyanınca görməyə davam etdiyimiz görünüşlər arasında elmi olaraq da, məntiqi olaraq da bir fərq yoxdur. Yuxunu görərkən biri yuxumuza girsə və bizə "qorxma, bir yuxu görürsən, bunların heç biri həqiqi deyil, hal-hazırda yatağında yatırsan, beyninin içindəki şeyləri seyr edirsən" deyəcək olsa, yaşadığımız həqiqi hisslərdən ötəri ona heç bir şəkildə inanmaq istəmərik.

Filmdə də buna bənzəri bir nümunə yaşanır. "Recall" adındakı virtual tətil şirkətində məsləhətçi olduğunu söyləyən bir adam, Marsda otel otağında olan Duqlas Kueydin (Douglas Quaid) ziyarətinə gələr və ona yaşadıqlarının heç birinin həqiqi olmadığını izah edər. Kueydin hələ Recall şirkətində olduğunu və özünün də proqramın bir parçası olduğunu, həqiqətdə orada olmadığını deyər. Ancaq Duqlas Kueyd (Douglas Quaid) yaşadıqlarının həqiqi olduğuna elə inanmışdır ki, bunların xəyal ola biləcəyinə ehtimal vermir. Aralarında baş verən söhbət belədir:

Gerçeğe Çağrı Filmi

Duqlas Kueyd (Douglas Quaid) : Nə istəyirsiniz?

Vəzifəli : Sizin üçün başa düşülməsi çətin olacaqdır. Təəssüf ki, sizə deməyim lazım olan bir şey var, siz həqiqətdə burada deyilsiniz.

Duqlas Kueyd (Douglas Quaid) : Az qalsın inanacaqdım.

Vəzifəli : Ciddi deyirəm. Siz burada deyilsiniz və mən də deyiləm.

Duqlas Kueyd (Douglas Quaid) : İnanılmaz bir şey... (adamın çiynini sıxır tənəli gülərək) Haradayıq biz?

Vəzifəli : Recallda. İmplantasiya kürsüsünə bağlısınız və mən sizi nəzarət altında saxlayıram.

Duqlas Kueyd (Douglas Quaid) : İndi yuxumu bu yəni. Bu da mənə satdığınız o gözəl tətil.

Vəzifəli : Tam deyil. Yaşadığımız hər şey xatirə lentlərinə bağlanan bir xəyaldır. Amma siz hər an bir şey daha icad edirsiniz.

Duqlas Kueyd (Douglas Quaid) : Yaxşı mənim xəyalımdə siz nə edirsiz?

Vəzifəli : Mən təhlükəli vəziyyətlər üçün köçürüldüm... Sizi yuxunuzdan çıxartmaq çətindir. Mən danışmaqla sınamaq istəyirəm.

Duqlas Kueyd (Douglas Quaid) : Cohageen bunun üçün sizə nə ödəyir?

Vəzifəli : Bir düşünün: Yuxunuz köçürmə əsnasında başladı. Marsa səyahət, Hiltondakı otaq. Bunların hamısı Recall-Ego turunun ünsürləridir. Əksinə, özünüz agent rolunu seçdiniz.

Duqlas Kueyd (Douglas Quaid) : Axmaqlıq. Hər şey təsadüf.

Vəzifəli : .... (Marsda dostu olmasını istədiyi adamın necə olacağını özü seçmişdi. Texnik əməkdaşı bu seçkisini özünə xatırladır.)

Duqlas Kueyd (Douglas Quaid) : O həqiqidir. Recalla getmədən əvvəl onun yuxusunu gördüm.

Vəzifəli : Cənab Quaid, nələr deyirsiniz? Onun yuxusunu gördüyünüz üçünmü həqiqətdir?

Duqlas Kueyd (Douglas Quaid) : Bəli.

dokunma

Əvvəlki səhifədəki sətirlərdə də görüldüyü kimi, Duqlas Kueyd (Douglas Quaid) gördüklərinin həqiqi olduğunu şirkət əməkdaşının çiyninə toxunaraq isbat etməyi düşünür. Ancaq digər bütün hisslərimizdə olduğu kimi toxunma duyğusu da beynimizdə izlədiyimiz həyatımızın bir parçasıdır. Duqlas Kueyd (Douglas Quaid) də qarşısındakı adamın çiyninə toxunduğunu gördüyündə, əlini adamın çiyninə uzatması, sərtliyini hiss etməsi, paltarına toxunması bunların hamısı zehnindəki şərhlərdən ibarətdir. Bu vəziyyət bir kimsənin yuxusunda qarşısındakı adamın çiyninə toxunmasından fərqsizdir. Bu səbəbdən, toxunmaq, maddənin əsliylə əlaqədə olduğumuzu heç bir şəkildə sübut etməz. Hələ ki, belə bir isbat axtarışı içində olan bir kimsənin xəyallarından başqa dəlili də yoxdur. Bu mövzu haqqındakı izahlarımızdan bəziləri belədir:

... yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən bir adam özündən son dərəcə əmin ola bilər. Özünə "maddənin xəyal olduğunu", "xarici dünyanın əsliylə təmasda olmanın mümkün olmadığını" izah edən dostunun çiyninə əlini qoyaraq "İndi mən bir xəyalammı? Sən əlimi çiynində hiss etmirsənmi? O zaman necə xəyal ola bilirsən? Haradan çıxarırsan bu iddiaları? Gəl səninlə bir Boğaz turu edək, həm bu mövzunu danışarıq, bir də belə bir mövzuya niyə inanırsan deyə mənə izah edərsən" deyə bilər. Dərinləşən yuxusunda gördüyü bu yuxu o qədər dəqiqdir ki, keflə avtomobili işə salıb, mühərrikə yavaş-yavaş qaz verər və sonra birdən pedala basıb avtomobili sanki sıçradar. Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki blok bir görünüş meydana gətirər. Bir tərəfdən də təmiz Boğaz havasını alar.

Tam dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını izah etməyə hazırlanarkən saatının zəngiylə oyanar. Ancaq maraqlıdır ki, yuxusunda gördüklərinin xəyal olduğuna etiraz edən bu insan, oyaq ikən də gördüklərinin zehnində yaranan surət görünüşlər olduğunu izah edən bir yoldaşı yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir. (Hayalin Diğer Adı: Madde, səh. 61)

Bəzi insanlar isə, görünüşün beyinlərində meydana gəldiyini qəbul edir, ancaq gördükləri görünüşün əsillərinin çöldə olduğunu iddia edirlər. Halbuki, bu heç bir zaman isbat edə bilməyəcəkləri bir iddiadır. Çünki bu günə qədər heç bir insan, beyninin xaricindəki obyektlərin xaricinə çıxa bilməmişdir.

Hər insan, beynindəki hüceyrəsinin içində yaşayır və hisslərinin özünə göstərdikləri xaricində heç bir şey yaşaya bilməz. Bu səbəbdən, hisslərinin xaricindəki dünyada nələr olduğunu heç bir zaman bilə bilməz...

İnsan hər zaman yenə beynində yaranan xəyal ilə təmasda olacaqdır. Bu səbəbdən, insanlar "maddi qarşılıqlara" heç bir zaman çata bilməyəcəklər.

… texnologiyanın və ya elmin irəliləməsi də bu mövzuda hər hansı bir dəyişikliyə səbəb ola bilməz. Çünki hər elmi tapıntı və ya texnoloji ixtira yenə insanların beyinlərində meydana gələcək, bu səbəblə də, bu üsulla da xarici dünyaya çatmaq mümkün ola bilməyəcək. (Hayalin Diğer Adı: Madde, səh. 46)

Həqiqətindən Fərqsiz Holoqram Görünüşlər

Hologram

Elm adamları xarici dünyanın varlığına gərək olmadan beyində virtual bir dünya yaradıla biləcəyini bir neçə dəfə sübut etdilər və hər keçən gün dünyanı kompyuter mühitində elektrik siqnalı olaraq meydana gətirib, insanlara bu siqnallarla istənilən görünüşü yaşatdırmaq daha da asanlaşır. Məsələn, hazırlanan üçölçülü və həqiqətindən fərqi olmayan kompyuter simulyasiyaları yoluyla əsli ilə eyni xüsusiyyətlərə sahib görünüşlər əldə edilir. Ayrıca, bu görünüşlərlə təmasda olan insanlar, həqiqətində olduğu kimi reaksiyalar verirlər.

Filmin bir səhnəsində holoqram texnikası istifadə edilərək, həqiqət ilə kölgə görünüşlər arasındakı bənzərlik vurğulanır. Filmdə Duqlas Kueyd (Douglas Quaid) biləyinə taxdığı saata bənzər bir alət sayəsində öz bədəninin holoqram görünüşlərini əldə edir. Bunun sayəsində özünü öldürmək istəyən düşmənləri, kölgə görünüşləri tutmağa çalışdıqları üçün məqsədlərində müvəffəqiyyətli ola bilmirlər.

Adam : Onun holoqramı var.

Duqlas Kueyd (Douglas Quaid) : Məni həqiqi Quaidmi zənn edirsiniz? Doğru bildiniz!

Bir Gün Yuxudan Oyandığınız Kimi Bu Həyatdan Da Oyana Biləcəyinizi Heç Düşündünüzmü?

Yuxu görmək, digər bütün zehni əməliyyatlar kimi, beyinin bir məhsuludur. Bir insan istər oyaq, istərsə də yuxuda olsun, beyin daimi olaraq elektrik dalğaları verər. Ancaq yuxu əsnasında, beyindən əzələlərə siqnal göndərən sinir yolları tutular. Bu səbəbdən, yuxular əsnasında bədən hərəkət etməz. Lakin təməldə adamın yuxudaykən də, oyaqkən də vəziyyəti eynidir. Məsələn, yuxunuzda da, indi olduğu kimi, aşağıya doğru baxdığınızda əli-qolu olan, gedən, nəfəs alan, toxunma hissləri olan bir bədən görərsiniz və çox inandırıcı bir şəkildə həqiqi bir həyat yaşadığınız hissinə qapıla bilərsiniz.

Halbuki, yuxuda gördüyünüz virtual bədən, yalnız sizin zehninizdə yerləşən, amma sanki zehninizin xaricindəymiş kimi hiss etdiyiniz qəbullardan ibarətdir. Yəni yuxu, eynilə oyaq olduğu kimi beynimizin əlaqədar mərkəzlərinə gələn xəbərdarlıqların şərh olunmasıyla yaranan bir hisslər məcmusudur.

Kitab boyunca müxtəlif nümunələrinə toxunduğumuz kimi, yuxudakı hadisələr bəzən o qədər təsirlidir ki, insanlar bəzən oyanınca yaşadıqlarının həqiqi olub-olmadığını düşünürlər. Əslində, oyandıqdan sonra yaşadığımız həyatla yatarkən gördüyümüz yuxular arasında texniki olaraq heç bir fərq yoxdur. Bir insan yuxu əsnasında, oyaqkən etdiyi şeylərin hamısını edə bilər; danışar, yemək yeyər, nəfəs alar, qaçar, gülər, ağlayar, yaralanar, avtomobil sürər. Çox vaxt gündəlik həyatın bir surəti olan yuxu mühitində hər şey onsuz da bildiyi və vərdiş etdiyi şəkliylə vardır. Buna görə yuxudakı hadisələrə sanki olanlar həqiqətmiş kimi reaksiya verər. Bəzən qorxu dolu bir yuxudan qışqıraraq oyanar, bəzən də gördüyü gözəl bir yuxudan heç oyanmaq istəməz.

Aşağıdakı söhbətlərdə filmin qəhrəmanı da bütün yaşadıqlarının bir yuxu olması ehtimalını düşünür.

Melina : İnana bilmirəm. Bir yuxu kimidir. Nə oldu?

Duqlas Kueyd (Douglas Quaid) : Ağlıma qorxunc bir şey gəldi: Əgər bu həqiqətən bir yuxudursa?

İnsan xarici dünya olmadan da bütün hissləri bütün canlılığı ilə yaşaya bilər və buna verilə biləcək ən açıq nümunə... yuxulardır. Bir insan yuxusu əsnasında gözləri bağlı olaraq yatağında yatar. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, xəbərdarlıqların hamısını yuxularında, həqiqətlərindən ayırd edilə bilməyəcək qədər həqiqi hesab edər. Bu həqiqətə, bu kitabı oxuyan insanların hamısı şəxsən öz yuxularında tez-tez şahid olarlar. Məsələn, gecə yatağında səssiz və sakit bir mühitdə, ətrafında ikinci bir adam belə yoxkən yatan bir insan, yuxusunda özünü çox izdihamlı bir məkanda, bir təhlükə içində görə bilər. Can qorxusuyla bu təhlükədən qaçdığını, bir divarın arxasına sığındığını həqiqətmiş kimi yaşaya bilər. Hətta yuxusunda gördükləri o qədər həqiqidir ki, qorxu və çaxnaşma duyğusunu həqiqətən təhlükəli bir mühit varmış kimi eynisi ilə hiss edər. Hər səs-küydə ürəyi ağzına gələr, qorxudan titrəyər, ürəyi sürətlə döyünər, tərləyər, insan bədəni təhlükə anlarında nələr hiss edirsə, fiziki olaraq nə reaksiyalar versə hamısını eynilə yaşayar. Halbuki, zehninin xaricində, gördüklərinin heç birinin qarşılığı yoxdur. (Hayalin Diğer Adı: Madde, səh. 59)

Həyatınızı Yuxularınız Kimi Tam Fərqli Bir Yerdə Izləyir Ola Bilərsiniz

Yuxusunda qəhvə içən bir insan, qəhvənin şəkərini, tamını, içindəki südün dadını, həqiqətən qəhvə içirmiş kimi hiss edər. Ancaq ortada nə qəhvə, nə də içəcək bir şey vardır. Necə ki, yuxusunda qəhvə içən bir insana biri gəlib, "bu anda yuxudasan və bu qəhvə əslində bir görünüş" desə, dərhal etiraz edər. "Görünüş olarmı? Bax istiliyini hiss edirəm. Birdən içincə dilim yanır. Hətta qəhvəni içincə susuzluğum keçdi. Görünüş olsa susamamı keçirərmi heç?" deyər. İçdiyini zənn etdiyi qəhvənin əslində beynində yaranan bir görünüş olduğunu, içərkən hiss etdiyi istilik, susuzluq kimi hisslərin də yenə beynində yaranan hisslər olduğunu ancaq yuxusundan oyandıqdan sonra anlayar.

Yuxularımızda yaşadıqlarımızla həqiqi həyatda yaşadıqlarımız eyni məntiqlə meydana gələr. Yuxularımız necə zehnimizdə yaşanırsa, həqiqi həyatımız da zehnimizdə yaşanar. Yuxularımıza "xəyal" deməyimizin tək səbəbi, səhər oyandığımızda bədənimizi yatağımızda görməyimiz və "demək ki, mən yatırdım və bunları yuxumda gördüm" nəticəsinə gəlməyimizdir. (Hayalin Diğer Adı: Madde, 63)

Həqiqi Həyatımızla Yuxularımız Arasındakı Bənzərlik Musiqi Dünyasında

Məşhur amerikalı pop sənətçisi Britni Spirs (Britney Spears), 2001-ci ildə Las Veqasda təşkil etdiyi konsert nümayişi üçün olduqca maraqlı və insanları düşünməyə sövq edən bir təqdimat hazırlamışdı. Xüsusilə təqdimatın açılış qismi olmaq üzrə, konsert boyunca hər şeyin zehində olub bitdiyi vurğulanmaqda idi. Bütün yaşananların, hətta o anda tamaşaçıların konsertdə izlədiyi bütün tamaşaların da əslində insanların zehnində olduğu tez-tez xatırladılmaqda idi.

Britney Spears

Sənətkar bu təqdimatıyla insanlara, həqiqi olaraq yaşadıqları həyatlarının da əslində bir yuxu ola biləcəyini düşündürür. Parlaq görünüşlərlə çox təfərrüatlı olaraq yer verilən bu mövzuya nümunə olaraq, özünün izdihamlı bir tamaşaçı birliyi qarşısında konsert verdiyi yuxusundan nümunə verir. Sonra da bunların yuxunun içində bir yuxu ola biləcəyini xatırladır.

Hər şey zehninizdə idi...

Gördüyüm və ya görməkdə olduğum hər şey yoxsa yuxunun içindəki bir yuxumu?

Nə vaxtsa çox həqiqi olduğunu hiss etdiyiniz bir yuxu gördünüzmü?

Həqiqi həyatla xəyal dünyası arasındakı fərqi çətinliklə söyləyə bildiyiniz....

Hal-hazırda hansı dünyanın içindəsiniz?

Dünən gecə bu anın xəyalını qururdum.

Və hamınızla birlikdə buradaydım.

Və indi yuxularım həqiqət oldu.

Hər şey zehninizdə idi.

Yuxarıda konsert nümayişləri arasında yer alan bu ifadələr, bizlərə içində yaşadığımız dünyanın həqiqətini sorğulamağı xatırladır. Yuxumuzda gördüyümüz yerlərin və hadisələrin, bir başqa yerdə və ya ölçüdə maddi qarşılıqları olduğunu düşünmərik. Çünki bütün həqiqətinə baxmayaraq, yuxumuzdakı hərəkətli həyatımızın biz yatağımızda sabit bir şəkildə yatarkən olduğunu bilərik. Eyni şəkildə, hal-hazırda gördüyünüz və adına "həqiqi həyat" dediyimiz dünyanın əsliylə təmasda olduğumuzu da iddia edə bilmərik. Yuxudan fərqsiz olaraq "gördüyünüz hisslərin qaynağının, xarici dünyadakı cisimlər və bunları qəbul edən bədənimiz" olması şərt deyildir. Çünki kənarda hər nə qədər maddi bir dünya olsa da, biz yenə surət görünüşlərdən yaranan xəyal olan bir dünyanı seyr edərik.

Yuxunuzda özünüzü tamamilə xəyal dünyaları içində görərsiniz. Ətrafınızda gördüyünüz cisimlərin və insanların heç bir həqiqiliyi yoxdur. Üzərində gəzdiyiniz torpaq, yuxarıdakı səma, gördüyünüz evlər, ağaclar, avtomobillər və digərləri tamamilə xəyaldır; maddi bir qarşılıqları yoxdur və hamısının yeri, sizin beyninizin içidir. Beyninizdə, daha doğrusu zehninizdə vardırlar və bundan başqa bir yerdə də deyildirlər. (Kuledeki Küçük Adam, səh. 28)

 

7 / total 10
"Harun Yəhyanın İdealizm, Matriks Fəlsəfəsi və Maddənin Əsli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com