Quranda Dua

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 10

Quranda Dua Necə İzah Edilir?

Ən son nə vaxt dua etdiyinizi düşündünüzmü? .. Bu suala müxtəlif cavablar verilə bilər, amma ortaq nöqtə hər kəsin bir şəkildə dua etdiyi olacaq. İnsanlar, əlbəttə, hər yerdə, hər mühitdə, istədikləri hər şey üçün Rəbbimiz olan Allaha dua edə bilərlər. Allah iman edənlərin hər mühitdə dua edə biləcəklərini, Özünü zikr edə biləcəklərinə aşağıdakı ayələrlə diqqət çəkmişdir:

Onlar, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər. (Və deyərlər ki :) "Ey Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox Ucasan, bizi atəşin əzabından qoru." "Ey Rəbbimiz, şübhəsiz Sən atəşə atdığın şəxsi, artıq onu rüsvay edərsən zalımların köməkçiləri olmaz." "Ey Rəbbimiz, biz:" Rəbbinizə iman gətirin! "deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz, bizim günahlarımızı bağışla, təqsirlərimizdən keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür." "Ey Rəbbimiz, elçilərinə vəd etdiklərini bizə ver, qiyamət günündə bizi rüsvay etmə. Həqiqətən, Sən vədindən üz çevirməzsən." Rəbbi onlara (dualarını qəbul edərək) cavab verdi: "Şübhəsiz ki, Mən, kişi olsun, qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram ..."(Ali İmran Surəsi, 191-195)

Bununla yanaşı duanın, ən gözəl, ən məqbul şəkli vardır ki, Quranda bunlar təfsilatıyla izah edilmişdir.

Yüksək Olmayan Bir Səslə, Tək Başına, Için-Için Dua

Çox çarəsiz və çətinlik içərisində qaldığınız, Allaha dua etmək ehtiyacı hiss etdiyiniz bir anda dua etmək üçün necə bir mühiti seçim etdiyinizi xatırlayırsınızmı? Heç şübhəsiz gecə yastığa başınızı qoyduğunuzda yaxud çox səssiz və gurultusuz, Allahla baş-başa ola biləcəyinizi hiss etdiyiniz bir mühitdə dua etməyi üstün tutmusunuz.

İbadətlər əsnasında mənəvi sıxlıq ən çox tək başına, kimsənin bilmədiyi zamanlarda, tam bir konsentrasiyasının yarana bildiyi sırada yaşanar. Ehtiyacları, səhvlər və yaxud əksiklikləri mövzusunda Allaha dua etmə ehtiyacı olan insan, tək başına və için-için dua etməyi seçər. Buna gözəl bir nümunə də Hz. Zəkəriyya (ə.s)-ın duasıdır. Quranda, onun Allahdan nəslini davam etdirəcək bir varis istəyərkən gizlicə dua etdiyinə işarə edilir:

Bir zaman o, Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim, artıq sümüklərim zəifləmiş, başımda ağappaq ağarmışdır. Ey Rəbbim sənə dua etməklə heç vaxt naümid olmamışam."(Məryəm Surəsi, 3-4)

Duanın tərifi üçün "gücü məhdud və sonlu bir varlığın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini ortaya qoyaraq kömək diləməsidir" demişdik. Buna görə dua, həqiqətən Allaha qarşı acizlik və yoxsulluq hiss edilərək edilməlidir. Lakin, əlbəttə ki, bu bəzi süni hərəkətlərlə, qəlibçi və təqlidçi düşüncə quruluşuyla edilə bilməz. Onsuz da həqiqi mənada səmimi olan, acizliyini hiss edən insan təbii olaraq bunu yaşayacaq. Quranda, möminlərə bu şəkildə dua etmələri tövsiyə edilir:

Rəbbinizə yalvara-yalvara və için-için dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz.(Əraf Surəsi, 55)

Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Qafillərdən olma. Həqiqətən, sənin Rəbbinin yanında olanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər ... "(Əraf surəsi, 205-206)

Quranda, duanın tək olan zaman, yalvararaq və için-için edilməsinə diqqət çəkilir. Bu səbəbdən, duanın harada edildiyi, dua əsnasında təşkil edilən "mərasim" in böyüklüyü, iştirakın çox olması və dua edən şəxsin səsinin çox çıxması ölçü deyil.

Əvvəlcə bilinməlidir ki, duadakı yüksək səs tonları duanın Allaha çatmasını və ya Allahın duaya razılığını asanlaşdırmaz. Dua etdiyimiz Rəbbimiz, içimizdən keçirdiyimiz düşüncələri bilən, hər şeydən xəbərdar olan və bizə şah damarımızdan daha yaxın olandır. (Qaf Surəsi, 16) Bizə bu qədər yaxın olan Allaha dua edərkən səsimizi gərəksiz yerə yüksəltməmizin bir mənası yoxdur. Adam içindən dua edə biləcəyi kimi, ancaq özünün eşidə biləcəyi bir tonla da dua edə bilər. Quranda istər ibadət əsnasında, istərsə də həyatın hər anında səs tonunun uyğun tutulması lazım olduğu insanlara aşağıdakı ayələrdə belə bildirilir:

Yerişində orta bir yol tut, səsindən də (yüksək pərdələri) əksilt. Çünki, ən çirkin səs uzunqulaq səsidir.(Loğman Surəsi, 19)

De ki: "Allah, deyə çağırın, 'Rəhman' deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur." Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt, bu ikisi arasında (orta) bir yol tut.(İsra Surəsi, 110)

Görüldüyü kimi Quranda təsvir edilən ibadət şəkli nümayişdən uzaqdır. Başqaları görsün və ya eşitsin deyə edilməz, yalnız Allaha qarşı olan vəzifənin layiqincə yerinə yetirilməsi məqsədini daşıyar. Quranda bunun üzərində əhəmiyyətlə dayanılır. Dua ilə əlaqədar ayələrdə dəfələrlə "dini Allaha məxsus edərək dua etmək" dən bəhs edilir. Bunun mənası, dinin, yəni ibadətin yalnız Allah üçün edilməsi, Ondan başqalarının razılığının qətiliklə axtarılmamasıdır. Ayələrdə belə buyurulmaqdadır:

Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!.(Mömin Surəsi, 65)

Elə isə, dini yalnız Ona məxsus edərək, Allaha dua (ibadət) edin; kafirlərin xoşuna gəlməsə də.(Mömin Surəsi, 14)

De ki: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscid yanında (səcdə yerində) üzünüzü (Ona) tutun və dini yalnız Ona məxsus edərək Ona dua edin." Başlanğıcda sizi yaratdığı "kimi dönəcəksiniz."(Əraf Surəsi, 29)

Din yalnız Allahındır. İbadətlərin hamısı yalnız Onun razılığını qazanmaq məqsədiylə edilər. Bunun yeganə yolu da Onun istədiyi və təsvir etdiyi kimi etməkdir. Duasını, ya da 5 vaxt namaz, oruc, zəkat kimi başqa hər hansı bir ibadətini Allaha məxsus edənlər, yəni ətraflarındakı insanlara "təqva" görünmək narahatlığında olanlar böyük bir dəlalət içindədirlər. Allah Quranda onlardan belə bəhs edir:

Namaz qılanların vay halına, Ki, onlar namazlarında səhlənkardırlar, Onlar göstəriş etməkdədirlər,(Maun surəsi, 4-6)

Allahın Varlığını Hiss Edərək Dua

Duanın ən əhəmiyyətli ünsürlərindən biri Allaha olan qəti imandır. İnsan çarəsiz qaldığı vəziyyətlərdə Allahın varlığını və özünə yalnız Onun kömək edəcəyini şübhəsiz bilir. Ancaq insanın rahat zamanlarında da Allahın varlığını və gücünün böyüklüyünü hiss edərək dua etməsi lazımdır. Əslində insan yalnız dua əsnasında deyil, gündəlik həyatının hər anında bu şüurda olmalıdır.

Hər an Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini qavrayar. Duanın xüsusiyyəti, Allah ilə qulu arasında xüsusi və isti bir əlaqə qurmasıdır. İnsan bütün çətinliklərini və istəklərini Allaha açar, Ona yalvarar və Allah qulunun istəyinə razılıq edər, duasını qarşılıqsız buraxmaz.

Daha əvvəl də ifadə etdiyimiz kimi, Quranda dua heç bir şəkli qəlibə salınmaz. "Allahı ayaq üstə, oturarkən və yan yatarkən zikr edin" (Nisa Surəsi, 103) ayəsi, insanın hər vəziyyətdə və hər şərtdə Allahı xatırlayıb Ona dua edə biləcəyini göstərər. Əhəmiyyətli olan şəkil deyil, dua edən adamın səmimiyyət və təslimiyyətidir.

Bunun əksinə olan bir anlayış isə, duanı həqiqi mənasından çıxarar və bir növ cadu və ya tilsim kimi görülməsinə gətirib çıxarar. Bəzi cahil insanların öz-özlərinə çıxardıqları ağaclara parça bağlama, suya üfləmə kimi batil inanclar bunun bir göstəricisidir. Diqqət yetirilsə, bu cür tətbiqlərin təməl xüsusiyyəti, bunları tətbiq edən kəslərin Quranın məntiqindən uzaq olmalarıdır. Birbaşa Allaha yönəlib istəklərini Ondan istəməkdənsə, bəzi batil mərasim və ya simvollar yaratmaqda, duanı da bunlar vasitəsilə edirlər. Kimə dua etdiklərinin, kimə yalvardıqlarının isə çox fərqində deyildirlər. Dua üçün istifadə etdikləri cisimlərdə bir növ "kəramət" olduğunu zənn edirlər, amma soruşulsa bunun nə demək olduğunu təsvir edə bilməzlər. Türbə ziyarətləri ilə məqsədlərini azaraq bu türbələrdə yatan insanlara dua edənlər, onlardan mədət umanlar da eyni batil və pozğun inanca sahibdirlər

Mömin isə "Rəbbinin adını zikr et və hər şeyi buraxıb Ona tərəf yönəl" (Müzəmmil surəsi, 8) əmrinə əməl edər, bütün bu batil inanclardan uzaq olaraq yalnız və yalnız Allaha yönələr, Onun hüzurunda boyun əyər və Rəbbimizə yalvarar .

Allaha Səmimi Münasibətlə Dua Etmək

ADNAN OKTAR: ... Dua edərkən ən çox Allahla səmimi olaraq dua edilməsi lazımdır, yəni Allaha səmimi iman edilməsi, Allahdan qəlbən, səmimi olaraq qorxulması, Allahın şanını və qədrini, böyüklüyünü, gücünü səmimi olaraq bilməyi ürəyimizə həkk etməsi üçün Allaha dua edəcəyik. Yəni Allah qəlbən,ürəkdən sevilər, şəxs Allahı ürəkdən, qəlbən anlaya bilsə, Allahın varlığında ərisə, yəni Allaha özünü tam təslim etsə mükəmməl bir güc qazanmış olar. Ondan sonra hər şey çox asandır. Hər şeyin başı Allah qorxusu, Allah sevgisidir, Allaha dərin imandır. İndi "bir yaradan var" demək ayrıdır, bir də insanların bilməyəcəyi dərin bir əlaqəylə beynin gücünün üst sərhədlərində Allahla əlaqəyə keçmək vardır. Ən məqbul olan budur, ürəkdən istənilsə Allah bunu nəsib edər. Allaha qarşı uzaq olana da, Allah mənən uzaq olar. Allaha çox yaxın olana da, Allah mənən yaxın olar. Məsələn, mən hal-hazırda danışıram, məni danışdıran Allahdır. İnsan, mən özümdən danışıram deyə bilməz. Məsələn, ağlıma bir mövzu gəlməsi, bir bənzətməni də Allah etdirər. Hər sözü, hər şeyi Allah etdirər. Müsəlman üçün hər şeyi Allaha aid olaraq görmək çox əhəmiyyətlidir. Yəni "mən etdim ' demək, düşünmək Allahın bəyənməyəcəyi bir davranışdır. Bunun xaricində mömin"yaxşı olum, gözəl olum, doğru olum, sağlam olum" deyə dua edə bilər, amma bu mövzu həll olmadıqdan sonra ... yəni ən əhəmiyyətli mövzu budur. Əvvəl bunun həll olması lazımdır. Onun üçün dərin imanlı insanlar bir az əhəmiyyətsiz bir şeymiş kimi görürlər. Hər hansı bir imanla yaxud orta bir imanla davam etmək istəyirlər. Halbuki, Allahdan olduqca çox dərin iman istəmək lazımdır. Bunun üçün gecə-gündüz yalvarmaq lazım, çünki insan beyninin mükəmməl bir aydınlaşma gücü vardır. Böyük anlayış gücü vardır. İnsanların tələskənliyi, bir də köhnə vərdişləri, uşaqlığından qalan iman anlayışından ötəri uşaqlığındakı kimi qalmaq istəyər. Bu bir iman zəifliyidir. Orada insan özünə çox əsəbləşəcək elə deyilmi? Buğz edəcək və onu mütləq yıxmağa çalışacaq. Məsələn, bir şey qarşısında üzülürsə, qorxursa müəyyən ki, bir iman zəifliyi vardır. Çünki insan əgər iman sahibidirsə normalda nə kədərlənməlidir, nə də qorxmalıdır. Demək ki, o zaman ruhunu boş buraxacaq və güclü bir imanla iman etdiyində həm təvəkkülü olar və rahatlayar, həm gərəksiz kədərlənmədən xilas olar, əsəbləşmələri aradan qalxar. Əsəbləşməmək, kədərlənməmək, qorxmamaq, həsəd etməmək, o insanın imanının güclənməsi deməkdir, elə deyilmi? Bunlar imanın ölçüsüdür. Bunların meydana gəlməsi vəziyyətində insan deməlidir ki : "Allaha çox şükür demək ki, imanım inşaAllah güclənir". (Hörmətli Adnan Oktarın Kanal 35 və TV Kayseri Reportajı - 22 Noyabr 2009)

Qorxu Ilə Ümid Arasında Dua

Quranda Allahın "... mərhəmətlilərin ən mərhəmətlisi ..." (Ənbiya Surəsi, 83) olduğu ifadə edilir. Yenə də Quranda səhv edənin Allahdan bağışlanma diləməsi vəziyyətində heç bir günah ayrı-seçkiliyi edilmədən bağışlanacağı deyilir. (Nisa Surəsi, 110) Bu səbəblə insanların dualarında Allahın "əsirgəyən və bağışlayan" sifətlərini düşünmələri, ümid içində dua etmələri lazımdır. İnsanın etdiyi səhv və buna görə duyduğu vicdan əzabı nə qədər böyük olsa da, Allahın bağışlayıcılığına ümid kəsməsi səbəb deyil. Bununla paralel olaraq insanın səhv etməkdən və günah işləməkdən ötəri içinə girdiyi ruh halı, onun ümid içində dua etməsinə mane olmamalıdır. Çünki Quranda yalnız kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi deyilir:

"... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümidini kəsməz."(Yusuf surəsi, 87)

Digər tərəfdən kimsənin mütləq cənnətə layiq olma kimi bir zəmanəti yoxdur. Necə ki, Allah Quranda "Şübhəsiz ki, Rəbbinin əzabından əmin oluna bilməz" (Məaric Surəsi, 28) ayəsiylə bu həqiqətə qarşı insanları xəbərdar etmişdir. Bu səbəblə də hər kəs Allahdan gücünün çatdığı qədər qorxmaq məcburiyyətindədir. Elə isə imtahan üçün dünyada olan insanın hər zaman üçün azması, dəlalətə düşməsi, şeytanın oyununa gəlib Allahın yolundan dönməsi ehtimal oluna bilər. Bu mövzuda heç kimin bir zəmanəti yoxdur. Bu səbəblə, insan duasında bir tərəfdən Allahın rəhmətini ümid edərkən, bir tərəfdən də Onun razılığını itirməkdən qorxmalıdır.

Necə ki, həqiqi bir mömini başqa insanlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biri Allah qorxusudur. Çünki inanmayan bir insana görə cəhənnəmin varlığı məchuldur. Mömin isə cəhənnəm təhlükəsinin fərqindədir. Axirət gününə şübhəsiz inandığı üçün ən böyük qorxunu yaşayır. Yalnız inanan və Allaha qarşı təkəbbürlükdən qaçan adam bu qorxu ilə hərəkət edər. Əzabın həqiqətindən və şiddətindən əmindir. Bu əzabla qarşılaşmamaq üçün dünya həyatında risk sayılan heç bir şeyə yaxınlaşmaz. Axirətdəki o çətin əzabdan uzaqlaşmağı və sonsuz gözəlliklə qarşılanacağı cənnətə layiq olmağı istəyər. Möminin axirət əzabından qorxusu duasında da əks olunur.

Elə buna görə, Quranda qorxu və ümid anlayışları birlikdə istifadə edilmişdir. Əgər insan duasında cəhənnəm qorxusunu hiss etmirsə, bunun təməlində Allah qorxusunun əksikliyi yatmaqdadır və ortada mütləq bir təfəkkür, yəni düşünüb anlama əksikliyi vardır. İnsan cənnəti qazanmaq üçün nə qədər istəkli bir şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli bir şəkildə dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Bu ruh halını ifadə edən ayələrdən ikisi belədir:

"Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!(Əraf Surəsi, 56)

"Onların yanları (gecə namazına qalxmaq üçün) yataqlarından qalxar. Rəbbinə qorxu və ümidlə dua edər və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər."(Səcdə Surəsi, 16)

Göründüyü kimi qorxu və ümid, Quranda nəzərdə tutulan duanı meydana gətirən iki təməl hissdir. Quran diqqətlə araşdırıldığında onsuz da bütün ibadətlərdə və həyatın hər anında bu iki hissin həyati əhəmiyyət daşıdığı asanlıqla fərq edilə bilər.

Unudulmamalıdır ki, dua Allaha qarşı həm böyük bir vəzifə, həm də bizim əbədi həyatımızı qurtaracaq bir vəsilədir. Çünki Quranda Allaha dua etməyənlərin sonunun əbədi cəhənnəm əzabı olduğu xəbər verilir.

"Rəbbiniz dedi ki:" Mənə dua edin sizə razılıq edim. Həqiqətən, Mənə ibadət etməkdən böyüklənənlər, cəhənnəmə boyun bükmüş kəslər olaraq girəcəklər. "(Mömin Surəsi, 60)

Allahın Sifətlərini Xatırlayaraq Dua Etmək

Allahın adları, bizə Onun xüsusiyyətlərini tanıdır. Məsələn, Allah Rəhmandır, yəni rəhm edəndir; Rəbbdir, yəni öyrədən və yol göstərəndir; Hakimdir, yəni hökm verən, hər şeyə hakim olandır; Rəzzaqdır, yəni ruzi verəndir ... Bu adlar Allahı tanıtdığı üçün, insan bunlarla Rəbbimizə səslənərək Onun böyüklüyünü, yaxınlığını, gücünü və rəhmətini daha yaxşı qavrayar. Allahdan ruzi istəyən bir adamın Onun Rəzzaq adını xatırlayaraq dua etməsi, əlbəttə ki, duasının mənasına uyğun olacaqdır. Necə ki, Quranda da, Allaha Onun fərqli adları ilə dua edilə biləcəyi xəbər verilir:

"De ki:" Allah, deyə çağırın, 'Rəhman' deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur. "Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt, bu ikisi arasında (orta) bir yol tut."(İsra Surəsi, 110)

"Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin. Onun adları barəsində haqdan (və inkara) azanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar."(Əraf surəsi, 180)

Allahın sifətlərini bilən insan səhvlərini Allahdan gizləməyə çalışmaz. Çünki gizləsə də, üzə çıxarsa da Allahın hər şeyi bildiyinin fərqində olur. Səhvlərini gizləməyin özünə zərərdən başqa bir şey qazandırmayacağını bilən mömin hər cürə əksiklik və səhvlərindən ötəri Allahdan bağışlanma diləyər. Necə ki, Hz. İbrahim (ə.s)-ın bir duası bu şəkildə başlayır:

"Ey Rəbbimiz, şübhəsiz Sən, bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz."(İbrahim Surəsi, 38)

Mömin, istəkləri nə qədər böyük olsa da hər şeyin Allahın idarəsində olduğunu, Allah istəsə ən qeyri-mümkün kimi görünən bir şeyin Onun "Ol" deməsi ilə reallaşacağının fərqindədir. Buna görə də, Allahın nemətlərinə çatmaq üçün heç bir şeyi keçilməz bir əngəl olaraq görməz. Əksinə, hər cür çətinliyi və maneəni duası ilə keçər.

Duanın, istək və ehtiyaclarımızı Allaha eşitdirməkdən başqa, Allahı xatırlamağın və ucaltmağın bir yolu olduğunu söyləmişdik. Quranda xüsusilə peyğəmbər dualarında Rəbbimiz sifətləri ilə birlikdə ucaldılır. Aşağıdakı bir neçə nümunə bunu görmək üçün kifayətdir:

"(Süleyman) Rəbbim, məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Həqiqətən, Sən Bəxşedənsən.(Sad surəsi, 35)

"Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi sapdırma və Qatından bizə bir rəhmət bağışla. Həqiqətən, Sən Bəxşedənsən."(Ali İmran Surəsi, 8)

(Musa) dedi: "Ey Rəbbim, məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!".(Əraf Surəsi, 151)

"Zəkəriyya Rəbbinə dua edərək dedi:" Ey Rəbbim mənə Öz dərgahından pak bir övlad bəxş et. Həqiqətən Sən duaları eşidənsən 'dedi."(Ali İmran Surəsi, 38)

Duada Qəlibləşmiş Ifadələrdən Qaçınmaq

Dua deyildikdə ağıla insanın Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını eşitdirməsi gəlir. Bunun üçün isə duada Allaha qarşı səmimi bir üslubun yaşanması lazımdır.

Duada şablon və qəlibləşmiş ifadələrin tez-tez təkrarlanmasının tək səbəbi duanın səmimi bir ibadətdən çıxıb bir növ vərdiş və ya ənənə halına gəlmiş olmasıdır. Allahın əzəmətini hiss edən, Onun əzabından qorxan və razılığını qazanmağı istəyən insan, ürəyindən gələn səmimi və dürüst ifadələrlə Ona yönələr. Eyni şəkildə özünü Allaha təslim etmiş, dost və yardımçı kimi Onu mənimsəmiş olan insan, hər cür çətinliyini və dərdini Ona açar. "... Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm ..." (Yusuf Surəsi, 86) deyən Hz. Yaqub (ə.s) kimi ruhundakı bütün çətinliklərini və tələblərini Ona söyləyir, hər cür kömək və xeyiri Ondan diləyir.

Dua edən insan bu cür bir səmimiyyət içərisində deyilsə və duanı yalnız yerinə yetirilməsi lazım olan bir rəsmiyyət və ya razılıq edilib edilməyəcəyi müəyyən olmayan bir tilsim olaraq görürsə, təbii olaraq qəlibləşmiş ifadələr işlədir. Nə demək olduğunu heç anlamadığı və ya üzərində heç düşünmədiyi bəzi bəzəkli cümlələri sıralayaraq özünə görə bir dua edəcək. Bunun Quranda təsvir edilən dua olmadığı isə çox açıqdır.

Halbuki, dua insanın Allah ilə səmimi bir bağlantısıdır. Hər insanın içində olduğu problemlər, istəkləri, arzuları, ruh halı bir-birindən çox fərqlidir. Dua əsnasında əhəmiyyətli olan sözlər deyil, qulun o ankı ruh halıdır.

Quranda nümunə olaraq göstərilən dualar, peyğəmbərlər və möminlərin ruh hallarını əks etdirən çox səmimi və qəlbən Allaha yönəlmələridir.

Duada Tələskən Davranmaqdan Qaçınmaq

İnsan fitrəti tələskən bir varlıqdır. Yaradılışındakı bu tələskənlik ön plana çıxdığı zamanlarda da, hərəkətlərinin nəticəsini düşünmədən davranır. Buna görə Quranda, "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Tələsməyin!" (Ənbiya Surəsi, 37) şəklində bildirilir. Bu tələskənlik ümumiyyətlə dünya nemətlərinin əldə edilməsi mövzusunda ön plana çıxar.

İnsan cənnətə və Allahın nemətlərinə qarşı böyük bir istək duyar. Bu nemətlərin bənzərlərinin dünyada da yaradılmış olmasının səbəblərindən biri, cənnətin xüsusiyyətlərini bir az daha yaxşı qavranmasını, cənnətə duyulan istəyin artmasını təmin etməkdir. Halbuki, insan həm bu nemətlərə duyduğu istəkdən, həm də tələskən, hövsələsiz olduğundan ötəri nəfsinin arzu etdiklərinin dərhal reallaşmasını istər. İnsanın bu tələskənliyi zaman-zaman dualarına da əks oluna bilər. Dua etdiyi zaman dərhal duasına qarşılıq verilməsini istəyir. Duasına qarşılıq alması bir az gecikirsə "dua da edirəm, ancaq qəbul edilmir" şəklində çox səhv bir məzəmmət edə bilər. Səbirsizlik, zamanla ümidsizliyə, hətta duanın tərk edilməsinə qədər gedər.

Halbuki, mömin bilir ki, özü üçün nəyin xeyirli olduğunu ən yaxşı bilən Allahdır. "... Olar ki xoşunuza getməyən bir şey sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz" (Bəqərə Surəsi, 216) ayəsi insana bunu xəbər verir. Bu səbəblə, insan Allahdan bir şeyi istədiyində təqdiri Ona buraxmalı, Ondan hər şərtdə razı olmuş bir şəkildə səbirlə gözləməlidir. Bəlkə dua edərək tələb etdiyi şey özünə bir fayda verməyəcək, o səbəblə Allah bunu özünə vermir. Bəlkə də o xeyirə çatması üçün müəyyən bir yetkinliyə qovuşması, bunun üçün də bir müddət öyrədilməsi lazımdır. Bəlkə Allah özünə daha da xeyirli bir başqa nemət verəcək, amma səbrini və sədaqətini sınayır. Bütün bunlar dua edən insanın, duasında səbirli və qərarlı olması, Allahın rəhmətindən əsla ümid kəsməməsi lazım olduğunu göstərir. Necə ki, Quranda, duada səbirli olmağa xüsusilə diqqət çəkilir:

"Səbir və namazla kömək diləyin. Bu şübhəsiz, huşu duyanların xaricindəkilər üçün ağır bir yükdür."(Bəqərə Surəsi, 45)

Quranda dua edərkən qərarlı olmaq tövsiyə edilmişdir. Dua bir ibadətdir və duada səbirli olmaq dua etmək baxımından əhəmiyyətlidir. Səbirlə dua etmək duada edilən istəklərə olan ehtiyacın, bu mövzudakı çətinliyin, daha əhəmiyyətlisi Allaha olan yaxınlığın artdığının göstəricisidir. Duada səbir göstərmək mömini yetkinləşdirər, ona güclü bir iradə və xarakter qazandırar. Duada səbir göstərən mömin, duasının qarşılığını, istədiyi şeylərin çoxundan daha qiymətli olan, dərin bir mənəvi hal qazanaraq alır.

Peyğəmbərlərin çoxu Allaha olan tələblərini bəzən illər boyu heç dayanmadan duayla ifadə etmişlər, Allah isə onlara istədiklərini bəzən illər sonra vermişdir. Hz. Yaqub (ə.s)-ın oğlu Hz. Yusuf (ə.s)-a qovuşması, Hz. Yusuf (ə.s)-ın illər boyu qaldığı zindandan xilas olaraq güc və iqtidar sahibi olması, Hz. Əyyubun şeytanın özünə etdiyi əzabdan xilas olması, bunların hamısı böyük səbir nümunələridir.

Allah bu saleh qullarının dualarının qarşılığını müəyyən bir müddət dayandıraraq onlara xeyir diləmiş, onları bu sayədə yetkinləşdirmiş, öyrətmiş, sədaqət və ixlaslarını gücləndirmiş, onları cənnətdə yüksək mövqelərə layiq qullar halına gətirmişdir.

Bu səbəblə, etdiyi bir duanın qarşılığını görmək üçün tələskən davranmaq əsla və əsla bir möminə yaraşmaz. Möminin yeganə vəzifəsi Rəbbimizə qul olması və Onun özü üçün təyin etdiyi qədərə razılıq göstərməsidir. Bunun üçün saleh bir mömin duasını bu qulluq vəzifəsinin bir hissəsi kimi etməlidir.

"Dua Edərkən Səmimi Olmaq Çox Əhəmiyyətlidir"

APARICI: Müəllimim, mən dua ilə əlaqədar bir şey soruşmaq istəyirəm. Sizcə duada məntiq olarmı? Bir nümunə vermək istəyirəm. Mən dua edərkən, "Allahım xeyirlisi nədir o olsun" deyirəm, bu əslində Allaha olan təslimiyyətimi göstərər. Amma başqa bir yoldaşım da "Xeyirlisi ilə olsun" deyər. Həm olsun, həm də xeyirli olsun mənim üçün. Burada səmimiyyəti zədələyici bir nöqtə vardırmı sizcə? Duada məntiq olarmı?

ADNAN OKTAR: İçindən gəldiyi kimi söyləmək lazımdır. Məsələn, "Mənə sağlamlıq, səhhət ver" deyər. İnsan bunu birbaşa deyə bilər. Məsələn, "Məndən bu xəstəliyi apar" deyər, Allahdan istəyər. Amma getmirsə, Allaha giley edilməz. Onda xeyir vardır. Fərz edək, ağır xəstə, vəfat edəcək biri: "Ya Rəbbi, mənə uzun ömür ver" deyir. Ancaq ölsə cənnətə gedəcək, bəlkə bir az daha yaşasan küfrə girib cəhənnəmə gedəcəksən?. Cənabı Allah canını alır, birbaşa cənnətə gedirsən. Əlhəmdülillah. Dua edərkən qəlbən, səmimi olmaq çox əhəmiyyətlidir. Məsələn, Hz. Musa (ə.s) gəlir Fironun qarşısında ağacların altına, yaşıllığa uzanır. "Ya Rəbbi" deyir, "Verəcəyin hər xeyirə möhtacam" deyir, əslində fikrindən, ürəyindən bir şey keçir, amma xeyirlisi nədirsə o olsun deyir. Allah tam istədiyi kimi hadisələri inkişaf etdirir inşaAllah. Amma bəzən bir şey olmadan əvvəl Allah insana dua etdirər, onsuz da o olacaq . Ona ürəyində hiss etdirər, dua etdirər və hadisə olar. Mən, məsələn, lisey illərindəykən İslam əxlaqının dünyaya hakim olmamasını dəhşət verici bir hadisə olaraq gördüm. Küfr hakimiyyəti, massonluğun hakimiyyəti, Darvinizmin hakimiyyəti və müsəlmanların da bu dərəcədə əzilmiş olması mənə pis təsir edirdi. Məsələn, mən çox yaxşı xatırlayıram. O dövrdə lisey illərində İslamın dünyaya hakim olması üçün çox səmimi, ürəkdən dua edirdim. Sonra "Ya Rəbbi! Mənə çox rahat edə biləcəyim, dağıdıcı və çox təsir edici bir bilgi ver, bütün mövzuları həll etsin, mənə belə bir məlumat ver" deyə dua etdim. O dövrdə maddənin həqiqətinə fikir verdim, yəni maddənin beynimdə olduğunu, beynimdə meydana gəldiyinə fikir verdim. Yəni xaricdə maddə var, amma əsliylə deyil görüntüsüylə təmasda olduğumu fərq etdim. (ADNAN OKTARIN KANAL 35 VE KANAL Avropadakı CANLI REPORTAJI - 21 Fevral 2010)

Duanın Mövzusu Yalnız Dünyəvi Nemətlər Deyildir

Dua edərkən dünya həyatımız üçün də nələrsə istəməliyik, yoxsa "dünyadan keçib" də yalnız axirət həyatına mı yönəlməliyik?

Allah səmimi möminlər üçün hər ikisini də xeyirli görmüşdür. Əlbəttə ki, dünya həyatı sona çatacaq olan çox qısa bir həyatdır. Hər nemətin, adamı Allaha yaxınlaşdırma və şükrə vəsilə olma ehtimalı vardır. Bir nemətə baxılaraq cənnət təfəkkür edilə bilər, Allahın sifətləri xatırlana bilər, Allahın şanı ucaldıla bilər. Elə bu səbəbdən ötəri Allah möminlərə həm dünya həyatları, həm də axirət həyatları üçün dua etmələrini nəsihət edir. Yalnız dünya həyatının keçici bəzəyinə yönəlib axirəti unutmamaları üçün də onları xəbərdar edir. Ayələrdə belə buyurulur:

"... İnsanların eləsi vardır ki:" Ey Rəbbimiz, bizə dünyada ver! "deyər; onun axirətdəheç bir payı yoxdur. Onlardan eləsi də vardır ki:" Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq (ver) və bizi odun əzabından qoru! " deyər. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah haqq-hesab çəkəndir. "(Bəqərə Surəsi, 200-202)

İnsan öz dünyasına aid şeylər üçün istəkdə olur. Nə üçün yaşayırsa, onu ən çox nə maraqlandırırsa, nəyə daha çox vaxt xərcliyirsə duasını da onlar üçün edər. Allah üçün yaşayan bir insanın məqsədi Allahın özündən istədiklərini yerinə yetirməyə çalışmaqdır. Bu səbəblə, duası da o istiqamətdə olar.

İnsanın dünyaya aid istəkləri reallaşa bilər. Amma bunlar az əvvəl ifadə etdiyimiz kimi, özü üçün düşündüyü kimi xeyirli olmaya bilər. Pul üçün istəkdə olur, amma sonra pul onun inkarçılığını artıran bir keçici zövq ola bilər. Çünki tam mənasıyla maddiyyatin ilah edildiyi bu mövzuda həmsöhbət olduğu və olacağı hər şey və hardasa hər kəs bütünlüklə dinin gərəkləriylə təzad təşkil edəcək.

İstək, dünyəvi bir istəkdir və qarşılığını dünyada görəcək. Axirətdəki qarşılığı isə heç də ümid etdiyi kimi çıxmaya bilər. Budur, dünya həyatının cazibədar xüsusiyyətlərindən bəziləri bir ayədə belə sıralanır:

"Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır."(Ali İmran surəsi / 14)

Dünyada bu dünyəvi istək və ehtirasların reallaşmasının insana gətirdiyi müəyyən bəzi qazanclar əlbəttə var. Amma dünyadakı bu qazanclar axirət üçün bir itki ola bilər. Dünyəvi istəklərin axirət üçün də bir qazanc təmin edən istiqamətləri vardır. Buna ən gözəl nümunə peyğəmbərlərdədir.

Bu mübarək insanlar dünya həyatının keçici ləzzəti olan qazancları yalnız Allahın razılığını qazanmaq üçün istəmişlər. Bunların ən başlıcaları maddiyyat, soyun davamı, cəmiyyətdə müəyyən bir status əldə etmək kimi mövzulardır.

Peyğəmbərlərin istəkləri tamamilə Allahı məmnun etməyə istiqamətlidir. Heç bir peyğəmbər uşaq əldə etməyi, özündən sonra adını davam etdirmə imtiyazını əldə edə bilmək üçün istəməmişdir. Uşağı, yalnız özlərindən sonra iman edənlərə öndər olması üçün istəmişlər.

Buna qarşılıq öz soyunun davamını dünyada lovğalanmağa görə istəyən bir adamın bu istəyi axirətdə özü üçün bir şər olar. Çünki ancaq öz ehtiras və üstünlük istəyini təmin etmək üçün belə bir istəkdə olmuş və bu istəyi onun Allahı xatırlamasına maneə törətmişdir. Allah bu istəyin qarşılığını dünyada verər amma axirətdə nəsibi olmaya bilər.

Yalnız dünya nemətlərini istəyərək edilən dua bir mömin davranışı olmadığı kimi, Allaha qarşı böyük bir səmimiyyətsizlikdir. Möminlərin əsl hədəfləri cənnətdir. Dua edən insan əgər həqiqətən möminsə əsl yurdu olan cənnəti unudaraq bütün duasını müvəqqəti olan dünya həyatının nemətlərinə sıxlaşdırmamalıdır. Allahdan həm dünyada, həm axirətdə gözəllik istəməlidir.

Dualar Şəxsi Deyil, Bütün Möminlər Üçün Olmalıdır

Cahiliyyə cəmiyyətində insanlar mal, sərvət, övlad, yoldaş və əmin-amanlığın ən yaxşısının özlərində olmasını istəyərlər. Yaxın yoldaşlar olan kəslərin, hətta qohumların arasında belə qısqanclıqdan, həsəddən qaynaqlanan çəkişmələrin yaşandığına və insanların özlərinə rəqib olaraq görə biləcəkləri hər kəsə zərər verməyə çalışdığına şahid olmuşuq.

Halbuki, Quranda təsvir edilən mömin modelini yaşayan insan həm dünya həyatındakı gözəllikləri, həm də axirətdəki nemətləri digər möminlərlə birlikdə yaşayar. Dünyada nemətlər məhdud olduğundan bunları onlarla paylaşması, bəzən də öz nəfsindən fədakarlıq edərək qardaşına ehsan etməsi vacib ola bilər. Necə ki, Quranda mömin xüsusiyyətləri deyilərkən bu xüsusiyyətə də ayrıca diqqət çəkilir. Bir ayədə belə buyurulur:

"... Özləri ehtiyac içində olsalar belə (qardaşlarını) öz nəfslərindən üstün tuturlar. Kim nəfsinin 'xəsis və eqoist ehtiraslarından' qorunmuşsa, elə onlar nicat tapanlardır."(Həşr Surəsi, 9)

Möminlərin bir-birlərinə olan bu bağlılıqları, bir-birlərinin yaxşılığı üçün sərf etdiyi işlərin əhəmiyyəti Quranın başqa ayələrində də təkrarlanır:

"Mömin kişilər və mömin qadınlar bir-birinin dostlarıdır. Yaxşılığı əmr edər, pis işləri qadağa edər, namaz qılıb zəkat verər, Allaha və Onun Elçisinə itaət edərlər. Allahın özlərinə rəhmət edəcəyi bunlardır. Həqiqətən, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. "(Tövbə Surəsi, 71)

Möminlər arasındakı həmrəylik, əlbəttə ki, dualarına da əks olunmaqdadır.

İlk öncə diqqət çəkilən Qurandakı möminlərin dualarında Allaha xitab edərkən əksəriyyətlə "mən" deyil, "biz" demələridir. Yəni dua edən bir mömin Allahdan istədiyi hər şeyi yalnız özü üçün deyil, bütün möminlər üçün istəyər. Əlbəttə ki, insan fərdi olaraq da Allaha dua edər. Hər cür neməti əldə edə bilmək üçün, səhvlərinin düzəlməsi üçün, qiyamət günü xor və alçaq qalmaması üçün, cəhənnəm əzabından qurtarmaq üçün Allahdan kömək istəyə bilər. Amma bununla yanaşı bir çox mövzuda da özü üçün istədiklərini digər möminlər üçün də istəməsi, Quranda nümunə olaraq göstərilən bir xüsusiyyətdir. Aşağıdakı bir neçə ayə bu mövzuda yol göstəricidir:

"... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma. Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirlərə qələbə çalmaqda bizə kömək et! "(Bəqərə Surəsi, 286)

"Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi sapdırma və Qatından bizə bir rəhmət bağışla. Həqiqətən, Sən Bəxşedənsən. Rəbbimiz, gərçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları həqiqətən Sən yığacaqsan. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz."(Ali İmran Surəsi, 8-9)

"Ey Rəbbimiz, biz nazil etdiyinə iman gətirdik və elçiyə tabe olduq. Beləcə bizi də şahidlərlə bir yerdə yaz."(Ali İmran Surəsi, 53)

 

 

2 / total 10
"Harun Yəhyanın Quranda Dua kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."