< <
4 / total: 8

Darvinizmə Paleontoloji Rədd: Kembri Partlaması

Darvinizm, canlılar aləminin tək bir ortaq atadan gəldiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu vəziyyətdə canlılar ilk başda bir-birinə çox bənzər və sadə formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya görə canlıların bir-birindən müxtəlifləşmələri və mürəkkəbliklərinin artması da, çox uzun dövrlər ərzində baş verməlidir.

Bir sözlə darvinizmə görə, canlılar aləmi tək bir kökdən gələn, ancaq sonra qollara ayrılan bir ağac kimi olmalıdır. Necə ki, bu fərziyyə darvinist qaynaqlarda israrla vurğulanır və "həyat ağacı" (tree of life) anlayışından tez-tez istifadə edilir. Bu həyat ağacına görə, canlılar arasındakı ən fundamental təsnifat vahidi olan və heyvanları bədən planlarına görə təsnif edən növlər də, mərhələli şəkildə meydana gəlməlidir.

trilobit

545 milyon yıllıktrilobit fosili

Darvinizmə görə əvvəlcə kiçik və daha sadə formalarda olan növlər meydana gəlməli və bunlar vaxt ərzində bir növü meydana gətirməli və sonra digər növlər cüzi dəyişikliklərlə və uzun müddət ərzində yavaş-yavaş meydana gəlməlidir. Darvinizmin bu fərziyyəsinə görə, heyvanların sayında da pilləli bir artım baş vermiş olmalıdır.

Ancaq fosil qeydləri darvinizmin bu proqnozlarının doğru olmadığını göstərir. Təkamülçü iddiaların tam əksinə heyvanlar, ilk ortaya çıxdıqları dövrdən etibarən bir-birlərindən çox fərqli və çox mürəkkəbdirlər. Bu gün məlum olan bütün heyvan növləri və hətta daha çoxu yer üzündə eyni anda Kembri dövrü olaraq məlum olan geoloji dövrdə ortaya çıxmışlar.

Canlılar aləminin məlum olan bütün heyvan növləri ilə ortaya çıxdığı Kembri dövrü 570-505 milyon il əvvəl yaşanmış 65 milyon illik geoloji bir dövrdür. Ancaq məlum olan bütün növlərin çox böyük bir hissəsinin birlikdə ortaya çıxdıqları zaman kəsiyi isə, Kembri dövrünün daha kiçik bir hissəsidir və bunun ən çoxu 10 milyon il olduğu hesablanır. Bu, geoloji mənada çox qısa bir zaman kəsiyidir.

Bu qədər qısa bir müddətdə canlılar aləminin bütün müxtəlifliyinin bütün fərqli bədən planlarıyla birlikdə qəfildən ortaya çıxması darvinizmin verdiyi proqnozun tam əksidir. Kembri dövründə ortaya çıxan növlərin bir qisminin sonradan gələn nəsillərin tükənməsi və bir daha da yeni növ meydana gəlməməsi isə bu ziddiyyəti daha da gücləndirir: Canlılar aləmi təkamülçülərin iddia etdikləri kimi getdikcə çoxalmaqla növlərə ayrılmır, əksinə çox müxtəlif olub getdikcə daralır.

Darvinizmin dünya səviyyəsindəki ən əhəmiyyətli tənqidçilərindən biri olan Berkeley, Kaliforniya Universiteti professoru Filip Conson, paleontologiyanın ortaya qoyduğu bu həqiqətin darvinizmlə açıq şəkildə ziddiyyət təşkil etdiyini belə xəbər verir:

Darvinist nəzəriyyə, canlılar aləminin bir növ "getdikcə genişləyən bir müxtəliflik üçbucağı" daxilində inkişaf etdiyini nəzərdə tutur. Buna görə də canlılar ilk canlı orqanizmdən ya da ilk heyvan növündən başlayaraq getdikcə dəyişmiş və bioloji təsnifatın daha yüksək kateqoriyalarını meydana gətirmiş olmalıdır. Amma heyvan fosilləri bizə, bu üçbucağın həqiqətdə başıaşağı vəziyyətdə dayandığını göstərir: Növlər hələ ilk andan etibarən birlikdə mövcud olmuşdur, sonra getdikcə sayları azalır. 10

Filip Consonun ifadə etdiyi kimi, növlərin mərhələli şəkildə meydana gəlməsini bir kənara, bütün növlər bir anda meydana gəlmişdir; hətta sonrakı dövrlərdə bəzilərinin nəsli tükənmişdir. Kembridən əvvəlki (prekembri) dövrdə yalnız tək hüceyrəli canlıların və sadə çox hüceyrəlilərin meydana gətirdiyi üç fərqli növ vardır. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan növü bir anda ortaya çıxmışdır. Sonrakı dövrdə isə bu növlərin bir qisminin nəsilləri tükənmiş, dövrümüzə qədər yalnız bəzi növləri gəlib çatmışdır.

Elmi yazıçı Roger Lewin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini çökdürən bu fövqəladə vəziyyətdən belə danışır:

"Heyvanların bütün tarixindəki ən əhəmiyyətli təkamüllü hadisə" olaraq adlandırılan kembri partlayışı, daha sonra da varlıqlarını qoruyacaq bütün təməl bədən formlarını (növləri) ortaya qoymuşdur. Bunların bir qisminin nəsli daha sonra tükənmişdir. Bəzi ehtimallar bu anda mövcud olan 30 fərqli heyvan növü ilə müqayisə edildikdə, kembri partlayışının təxminən 100-ə qədər fərqli növü meydana gətirdiyi istiqamətindədir. 11

fosiller

British Columbia'da (Kanada) bulunan Burgess Shale fosil yataklarının bulunduğu bölge, 1. Kadife tırtıl, resim 2:Karides benzeri trilobit, resim 3:Hyolithid, resim 4:Sert dikenli kurtçuk, resim 5:Tüylü kurtçuk, resim 6:Batrak benzeri organizma

Paleontoloqlar Ceyms Valentin, Stenli Avramik, Filip Sinyor və Peter Sadler isə Kembri partlayışı üçün bu şərhi vermişdirlər:

Fosil qeydlərində açıq şəkildə ən diqqətə çarpan hadisə, kembri dövrünün başlanğıcında indiki vaxtda yaşayan və ya nəsli tükənmiş bir çox növün qəfildən ortaya çıxması və növlərə ayrılmasıdır. Bu daha əvvəl ehtimal olunandan daha qəfil və daha ətraflıdır. 12

Darvin “Növlərin Mənşəyi”ni yazarkən, kembridə qəfildən ortaya çıxan zəngin canlı müxtəlifliyindən xəbərdar idi. Hələ bugünkü kimi açıq bir şəkildə ortaya çıxmış olmasa da, kembri dövründəki qeyri-adi vəziyyət fərq edilmişdi və Darvin bunu nəzəriyyəsi üçün böyük bir "problem" olaraq görürdü. “Növlərin Mənşəyi”ndə belə yazmışdı:

Daha çox ciddi bir şəkildə ortaya çıxan əlaqəli bir problem vardır ki, bu da heyvanlar aləminin əsas siniflərinə aid növlərin məlum olan ən aşağı təbəqələrdəki fosil qayalarında qəfildən ortaya çıxmasıdır... 13

Darvin, kembridə qəfildən ortaya çıxan canlıları təkamül baxımından izah etməyin tək yolunu kembridən əvvəlki dövrdə görürdü. Əgər kembridən əvvəlki dövrdə də çox sayda, bir-birindən fərqli və mürəkkəb canlı qrupu olsaydı, onda bunların kembri canlılarının ataları olduğunu iddia edəcəkdi. Darvin belə demişdi: "Əgər nəzəriyyəm doğrudursa, ən alt kembri təbəqəsi çöküntü buraxmadan əvvəl yer üzünün canlılarla dolub daşdığı çox uzun bir müddət keçmiş olması qaçınılmazdır". 14 Darvin, kembridən əvvəl heç bir canlı qalığının tapılmaması ehtimalına qarşı isə, yer üzündəki qalıq qeydlərinin qeyri-kafi olduğunu, yaşlı təbəqələrdə olan çox yüksək temperaturun və təzyiqin fosilləri yox etdiyini irəli sürdü.15

Darvin, qeyri-kafi tədqiqatlara arxalanaraq, “Növlərin Mənşəyi”ndə bir-biri arxasınca bu cür bəhanələr gətirmişdi. Ancaq indiki vaxtda fosil qeydləri və geoloji təbəqələr kifayət qədər tədqiq olunmuş, kembridən daha qədim fosil yataqları da tapılmışdır. Yəni, indiki vaxtda kembridən əvvəlki dövr haqqındakı məlumatlar, Darvinin məlumatlarına görə xeyli etibarlıdır.

Paleontoloqlar, Uels, Kanada, Qrenlandiya və Çində çox yaxşı qorunmuş və olduqca zəngin fosil yataqlarının tapıldığı kembri dövrünə aid süxurları aşkar etdilər. Yeni tapılan xeyli saydakı kembri və kembridən əvvəlki dövrə aid fosillər, Darvinin problemini həll etməkdən çox ona daha yeni problemlər əlavə etdi. Belə ki, paleontoloqların böyük bir hissəsi, ən aparıcı təkamülçülər də, böyük heyvan qruplarının kembrinin ilk dövrlərində qəfildən ortaya çıxmaları və keçmişlərinin olmamasıyla razılaşdılar. Bu hadisə təkamülçü nəşrlərdə belə "kembri partlayışı" və ya "biologiyanın biq bənqi (böyük partlayışı)" olaraq xatırlanmağa başlandı.

Kembri Partlayışına Qarşı Darvinizmi Qurtarma Səyləri

Darvin, kembri dövründə heyvan qalıqlarının qəfildən ortaya çıxdığını bilməsinə baxmayaraq, 1980-ci ilə qədər bu mövzunun əhəmiyyəti və dərəcəsi tam aydın ola bilmədi. Ancaq daha əvvəl Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən Burgess Shaledə olan qalıqlar, paleontoloqlar Harry Whittington, Derek Briggs və Simon Conway Morris tərəfindən yenidən analiz edildikləri vaxt, kembri partlayışının əhəmiyyəti ortaya çıxdı. 1980-cı illər, həmçinin Burgess Shaleyə bənzəyən iki yeni fosil bölgəsinin daha kəşf edildiyi bir dövr oldu: Şimali Qrenlandiyada Sirius Passet və Cənubi Çində Chengjiang. Bütün bu bölgələrdə kembri dövründə ortaya çıxan çox fərqli canlıların qalıqları tapıldı. Chengjiang qalıqları bunların arasında ən qədimləri və ən yaxşı qorunmuşlarıdır; həmçinin ilk onurğalılara aid qalıqlar da vardır.

Məşhur elm jurnalı “Trends in Genetics”in (TIG), fevral 1999-cu il tarixli buraxılışında bu mövzunu ələ almış və Burgess Shaledəki fosil tapıntılarının təkamül nəzəriyyəsinə görə heç cür izah oluna bilmədiyini qəbul etmişdir:

Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yerləşməsi olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey, kembri dövründə yaşayan heyvanların qalıq qeydlərində qəribə bir şəkildə çox sayda və qəfildən meydana çıxmalarıdır. Radiometrik tarixləndirmənin daha dəqiq nəticələri ya da getdikcə çoxalan yeni qalıq tapıntıları isə, yalnız bu bioloji inqilabın nə dərəcədə qəfil şəkildə baş verdiyini və sahəsini dəqiqləşdirmişdir. Yer üzünün həyat qazanındakı bu dəyişikliyin böyüklüyü bir şərh tələb edir. İndiyə qədər bir çox nəzəriyyə irəli sürülmüş olsa da ümumi fikir heç birinin inandırıcı olmadığıdır. 16

"Heç biri inandırıcı olmayan" bu fikirlər, təkamülçü paleontoloqlara aiddir. Təkamülçü paleontoloqlar təkamül nəzəriyyəsini kembri partlayışı qarşısında qoruya bilmək üçün zorakı bəhanələr ortaya atır, ancaq bunları bir-birlərinə belə qəbul etdirə bilmirlər.

*Qalıq Qeydlərinin Qeyri-Kafi Və Parça-Parça Olduğu Bəhanəsi

Təkamülçülərin kembri partlaşıyına qarşı ortaya atdıqları ilk bəhanə, fosil qeydlərinin əskik olduğu iddiasıdır. Bu əskiklikdən ötrü kembridən əvvəlki canlıların qalıqlarına çatıla bilmədiyini və bu səbəblə də sanki canlılar bir anda ortaya çıxmış kimi bir mənzərə olduğunu irəli sürərlər.

Halbuki fosil qeydləri təkamülçülərin iddia etdikləri kimi əskik deyil. İndiki vaxtda, kembri dövrünün son mərhələlərinə və kembri dövrünə aid bir çox təbəqə kəşf edilmişdir. Və paleontoloqlar, əgər kembri canlılarının ataları kembridən əvvəl mövcud olsaydı, bunları tapacağımıza razı olmuşdular. Kaliforniya Universitetindən və Smitson İnstitutundan paleobioloqlar Ceyms Valentin və Douglas Erwinə görə, kembri dövrünə aid fosil qeydləri, bənzər xüsusiyyət və vaxt intervalına sahib daha yaxın fosil təbəqələrində olduğu qədər bütövdür.

Valentin və Ervin buna baxmayaraq, "ataların və ya ara keçidlərin" varlığının məlum olmadığını ifadə edərək bu nəticəyə gəlmişdir: "Partlayış həqiqətdir; fosil qeydlərindəki əskikliklərlə örtülə bilməyəcək qədər böyükdür". 17

İngilis geoloqlar M. J. Benton, M. A. Wills və R. Hitchin isə 2000-ci ilin fevralında yazdıqları bir yazıda, "fosil qeydlərinin əvvəlinin tam olmadığı aydındır, ancaq həyatın tarixini başa düşmək üçün kifayətdir" 18 deyərək, fosil qeydlərinin əskik olduğunu irəli sürməyin bir bəhanə ola bilməyəcəyini açıqlamış oldular.

*Kiçik Və Yumşaq Bədənli Canlıların Qalıqlarının Olmaması Bəhanəsi

Təkamülçülərin Kembri partlayışı ilə əlaqədar digər bir bəhanəsi də eyni şəkildə əsassızdır. Bu ikinci bəhanəyə görə heyvan növlərinin atalarının kembridən əvvəl tapılmamasının səbəbi çox kiçik və yumşaq bədənli olmaları və bu səbəblə də qalıq buraxmamalarıdır. Ancaq bu bəhanə etibarlı deyil, çünki yumşaq bədənli canlılara aid bir çox qalıq vardır. Məsələn, Avstraliyanın Ediakara təpələrində tapılan qalıqların çox böyük bir hissəsi yumşaq bədənli canlılara aiddir. Simon Conway Morris, 1998-ci ildə nəşr olunan “The Crucible of Creation" adlı kitabında: "Ediakara orqanizmlərində skelet kimi möhkəm strukturların olduğuna dair heç bir dəlil yoxdur. Ediakara qalıqları yumşaq bədənli kimi görünürlər" deyə yazır.19 Eyni vəziyyət kembri dövrünə aid tapılan bəzi qalıqlar üçün də keçərlidir. Məsələn, Burgess Shaledə yumşaq toxumalı canlıların bir çox qalığı var. Conway Morrisə görə "bu nadir tapılan qalıqlar yalnız canlıların ümumi xətlərini deyil, bəzən bağırsaq və ya əzələlər kimi daxili orqanlarını belə göstərir". 20

fosiller

Burgess Shale'de bulunan bir eklembacaklı ile (solda) sümüklüböcek benzeri bir canlının (sağda) fosili.

Qalıqlaşmanın elə də çətin bir proses olmadığını ifadə etmək baxımından, "bakteriya qalıqlarının" belə tapıldığını xatırlatmaq lazımdır: 3 milyard ildən daha yaşlı qayalarda çox kiçik bakteriyaların mikro fosilləri tapılmışdır.

Göründüyü kimi, kembri partlayışında ortaya çıxan canlıların kembridən əvvəl təkamül keçirmiş atalarının tapılmamasının səbəbi, bu canlıların yumşaq toxumalı olmaları deyil. Geoloq William Schopfun 1994-cü ildə yazdığı kimi, "Həyatın erkən tarixiylə əlaqədar yalnız bir dəlil qaynağı var: Prekembri (kembridən əvvəl) fosil qeydləri. Bu dəlil tapılmadan əvvəl, bəzi təkamülçülər tərəfindən edilən fərziyyələrin əsassız olduğu ortaya çıxdı. Bu fərziyyələrdən biri də, uzun müddət gündəmdə qalan prekembri orqanizmlərinin geoloji quruluşlarda qoruna bilməyəcək qədər kiçik və ya narın olduqları düşüncəsi idi". Schopfa görə bu düşüncə artıq səhv qəbul edilir. 21

Nəticə etibarilə, təkamülçülər kembri partlayışına heç bir təkamülçü bəhanə tapa bilmirlər. Canlıların yer üzündə ortaya çıxması, çox açıq şəkildə təkamül nəzəriyyəsinin doğru olmadığını sübut edir.

Kembri Partlayışı Allahın Yaratmasının Bir Dəlilidir

trilobit

Kambriyen katmanlarında fosilleri bulunan kompleks canlılardan biri: Trilobit

Kembri partlayışı araşdırıldıqca bunun təkamül nəzəriyyəsi üçün nə qədər böyük bir çıxılmaz vəziyyət olduğu daha da açıq şəkildə ortaya çıxır. Son illərdəki tapıntılar ən mühüm heyvan təsnifatı olan növlərin demək olar ki, hamısının kembri dövründə qəfildən ortaya çıxdığını göstərir. “Science” jurnalında nəşr olunan 2001-ci ilə aid bir məqalədə: "Təxminən 545 milyon il əvvəl yaşanan kembri dövrünün başlanğıcı bu gün hələ də canlı dünyaya hakim olan demək olar ki, bütün heyvan tiplərinin (növlərinin) fosil qeydlərində qəfildən ortaya çıxmasına səhnə oldu" deyilir.22 Eyni məqalədə bu cür mürəkkəb və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə izah oluna bilməsi üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının tapılmasının lazım olduğu, amma bunun mümkün olmadığı belə açıqlanır: "Bu müxtəlifləşməli təkamül və yayılış da, özündən daha əvvəl yaşamış olması lazım olan bir qrupun varlığını tələb edir, amma buna dair bir fosil dəlili belə yoxdur". 23

Kembri dövrü qalıqlarının göstərdiyi bu mənzərə təkamül nəzəriyyəsinin fərziyyələrini rədd etməklə yanaşı, bir tərəfdən də canlıların şüurlu bir yaradılışla yaradıldıqlarını göstərən çox əhəmiyyətli bir dəlildir. Təkamülçü bioloq Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:

Dünyadakı canlılar ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmış, ya da özlərindən əvvəl yaşamış bəzi canlı növlərindən təkamülləşərək meydana gəlmişdirlər. Əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, onda üstün bir ağıl tərəfindən yaradılmış olmalıdırlar. 24

Göründüyü kimi fosil qeydləri canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi sadədən mürəkkəbə doğru bir proses keçirdiklərini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdıqlarını göstərir. Bu isə canlılar aləminin şüursuz təbii proseslərlə deyil, şüurlu bir yaradılışla yaradıldığına dəlil meydana gətirir. Nyu-York Dövlət Universitetindən ekologiya və təkamülçü professor Ceffri S. Levinton, “Scientific American” jurnalına yazdığı "Heyvan Təkamülünün Biq Bənqi" başlıqlı bir məqaləsində bu həqiqəti qəbul edir və "kembri dövründə çox xüsusi və müəmmalı bir yaradıcı gücün varlığını görürük" deyir. 25

 

Haşiyələr

10 Phillip E. Johnson, "Darwinism's Rules of Reasoning", Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12.

11 Roger Lewin, Science, vol. 241, 15 Temmuz 1988, s. 291.

12 James Valentine, Stanley Avramik, Philip Signor ve Peter Sadler, "The Biological Explosion at the Precambrian-Cambrian Boundary", Evolutionary Biology, vol. 25, 1991, s. 279, 281.

13 Charles Darwin, Origin of Species, London: John Murray, 1859.

14 Charles Darwin, The Origin of Species, chapter IV, s. 99.

15 Charles Darwin, The Origin of Species, chapter X, s. 255.

16 Gregory A. Wray, "The Grand Scheme of Life", Review of The Crucible Creation: The Burgess Shale and the Rise of Animals by Simon Conway Morris, Trends in Genetics, Şubat 1999, vol. 15, no. 2.

17 James W. Valentine, Douglas H. Erwin, Development as an Evolutionary Process, New York: Alan R. Liss, 1987, editörler: Rudolf A. Raff ve Elizabeth C. Raff, "Interpreting Great Developmental Experiments: The Fossil Record", s. 71-107.

18 M. J. Benton, M. A. Wills ve R. Hitchin, "Quality of the Fossil Record Through Time", Nature, vol. 403, 2000, s. 534-536.

19 Simon Conway Morris, The Crucible of Creation, Oxford University Press, Oxford, 1998, s. 2.

20 Simon Conway Morris, The Crucible of Creation, 1998, s. 28.

21 J. William Schopf, "The Early Evolution of Life: Solution to Darwin's Dilemma," Trends in Ecology and Evolution, vol. 9, 1994, s. 375-377.

22 Richard Fortey, "The Cambrian Explosion Exploded?", Science, vol. 293, no. 5529, 20 Temmuz 2001, s. 438-439.

23 Richard Fortey, "The Cambrian Explosion Exploded?", Science, vol. 293, no. 5529, 20 Temmuz 2001, s. 438-439.

24 Douglas J. Futuyma, Science on Trial, Pantheon Books, New York, 1983, s. 197.

25 Jeffrey S. Levinton, "The Big Bang of Animal Evolution", Scientific American, vol. 267, no. 84, Kasım 1992.

4 / total 8
"Harun Yəhyanın Ara Keçid Çıxılmaz Vəziyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top