Bal Arısı Möcüzəsi
Aridaki Qüsursuz Bədən Dizayni
Dünyanın ən tanınmış kompyuter jurnallarından Bytedə yer alan bir xəbər, bal arıları haqqında son dərəcə maraqlı məlumatlar ehtiva edir.
Jurnal kompyuterlərlə arı beynini müqayisə edir. Jurnalda yer verilən bir tədqiqatın nəticələrinə görə, arı beyni, dünyanın ən inkişaf etmiş kompyuterlərindən daha sürətli çalışır. Bugün ən inkişaf etmiş kompyuter saniyədə 16 milyard əməliyyat yerinə yetirir. Arı beyninin əməliyyat sayı isə bunun tam 625 qatı, yəni 10 trilyondur. Üstəlik, arı beyni bu qədər çox əməliyyat yerinə yetirərkən kompyuterdən çox daha az enerji istehlak edir. 10 milyon arının istehlak etdiyi enerji, ancaq 100 vattlıq bir lampanı yandırmaq üçün xərclənən enerji qədərdir (Arının beyni 10 mikrovattan daha az enerji istehlak edir). (111) Arının beyni ilə əlaqədar edilmiş olan bu müqayisədə də görüldüyü kimi, arıların bədən strukturlarında qüsursuz bir dizayn vardır. Arının hər orqanı bu andakı vəzifələrini yerinə yetirə bilməsi üçün xüsusi olaraq hazırlanmışdır. Məsələn, arının skeleti son dərəcə möhkəmdir, tənəffüs sistemi havanı daha yaxşı istifadə edərək, toxumalara daha çox qida çatdıran quruluşa malikdir. Əzələ quruluşu isə bədənin hər bölgəsində, ehtiyaca görə fərqli xüsusiyyətlərə malikdir. Məsələn, qanadlarındakı əzələlərində daha çox oksigen təmin etmək üçün digər əzələlərdə olan xarici pərdə yoxdur. Eyni şəkildə qoxubilmə və dadbilmə sistemlərində də arının çiçək toplama kimi vəzifələrinə son dərəcə uyğun bir dizayn vardır. Kitabın daha əvvəlki hissələrində də araşdırıldığı kimi arıların qüsursuz bədən strukturlarının hamısı, böyümə mərhələlərini tamamladıqları dar bir hücrənin içindəykən meydana gələr. Arıların bədən dizaynları Allahın bənzəri olmayan yaratma sənətinin, sonsuz elminin dəlillərindən yalnız biridir. Allah elm baxımından hər şeyi əhatə etmiş olduğunu bir ayəsində belə bildirir: Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98) Bu hissədə arıların bədənlərindəki quruluşlar qısa məlumatlar verilərək araşdırılacaq. Arının Skeleti
Skeleti meydana gətirən digər maddələr isə, su, zülal və yağdır. Tənəffüs Sistemi
Əzələ Quruluşu
Arıların bədənlərindəki hər əzələ fərqli sayda əzələ liflərindən meydana gəlmişdir. Əzələ lifləri də uzununa uzanan hüceyrələrdən hazırlanmışdır. Bilindiyi kimi, hər canlı hüceyrəsinin fəaliyyət göstərə bilmək üçün enerjiyə ehtiyacı vardır. Hüceyrələrə bu enerjini təmin edənsə mitoxondrilərdir. Arıların da hərəkət edə bilmələri üçün, sıxılma xüsusiyyətinə sahib quruluşlara ehtiyacları vardır. Bu ehtiyacları, əzələ liflərinin axıcı mayesi içində bol miqdarda olan və "Myofibril" deyilən sıxıla bilən xüsusiyyətə sahib strukturlarla qarşılanmışdır. Myofibrillər, zülallardan meydana gələr və içlərində uzununa düzülmüş oval şəklə sahib nəhəng mitoxondrilər olar. Bunun sayəsində əzələ liflərinin sitoplazması enerji anbarı olaraq istifadə edilən qlikogen şəkər ilə dolar. Arının sürətli hərəkət edən qanad əzələlərində myofibrillər 2,5-3 µm. diametrindədir. (114) Və son dərəcə kiçik ölçülərə sahib olan bu strukturlar bal arısının qanadlarını saniyədə 250 dəfə çırpmasını təmin edər. (115) Arı, tozcuq yükü ilə dolu olduğunda saatda 9 km/saat sürətlə uça bilir. Yükü olmadığında isə 13 km/saat sürət ilə uçur. Arının hərəkət etməsini təmin edən əzələlərinin quruluşu istifadə sahəsinə görə dəyişir. Məsələn, qanad əzələlərində olduğu kimi çox sürətli hərəkət edən əzələlərdə kifayət qədər oksigen təmin edə bilmək üçün digər bədən əzələlərində olan xarici pərdə yoxdur. Ayrıca, sürətli hərəkət etmək üçün lazım olan oksigenin təmin edilməsi üçün arıların bütün bədənləri trake (tənəffüs) boruları ilə təchiz edilmişdir. (116) Qanad QuruluşuBal arıları uçarkən iki qanadlı kimi görünmələrinə baxmayaraq əslində dörd qanada sahibdirlər. Uçarkən bu dörd qanadlarını sanki iki qanadmış kimi hərəkət etdirərlər. Bu istifadə şəkli aerodinamika qanunlarına daha uyğundur. Əgər bu dörd qanad ayrı hərəkət etsəydi, uçmaq üçün istifadəsiz olacaqdı. Halbuki, arılar qanadlarındakı xüsusi dizayn sayəsində digər bir çox uçan canlıdan daha sürətli hərəkət edərlər.
Qoxubilmə Sistemi
Arıların qoxubilmə orqanları antenalarının üzərində olar. (Böcəklərin qoxubilmə orqanları insanlardakı kimi tənəffüs dəlikləri içində yerləşməz. Tənəffüs dəlikləri başlarında deyil, bədənlərinin başqa bölgələrində olar) Antenasının içinə doğru beynindən gələn qoxu sinirləri uzanar. Ancaq bu sinirlər qoxu maddələriylə birbaşa təmas etməzlər. Çünki böcəklərin bədəni -antenalar da daxil olmaq üzrə- qabıq ilə örtülüdür.
Dadbilmə SistemiArıların dadbilmə orqanları ağız boşluqlarında və xortumlarında olar. Arılar şirini, acını, turşu və şoru ayırd edə bilərlər.
Qeydlər:111- BYTE Dergisi, Haziran 1995 112- The Guinness Encyclopedia; s.18 113- The Guinness Encyclopedia; s.91-94 114- Prof.Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler, Entomoloji Cilt II/Kısım -II, Ankara; s.96-99 115- Joan Embery, Collection of Amazing Animal Facts, Delacorte Press, New York 1983, s.23 116- Prof. Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler Entomoloji Cilt II/Kısım-II, Ankara; s.98 117- Prof. Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler, Entomoloji Cilt II/Kısım -II, Ankara; s.65 118- Prof. Karl von Frisch, Arıların Hayatı, s.117-119 119- Prof. Karl von Frisch, Arıların Hayatı, s.124 |