Bacarıqlı Bənd İnşaatçıları: Qunduzlar

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
6 / total: 6

Qunduzlari Yaradan Allahdir

Budur, uşaqlar Orxanla birlikdə siz də sevimli qunduzlar haqqında məlumat sahibi oldunuz. Gördüyünüz kimi Əmrənin yeni dostları anadangəlmə bir qabiliyyət sayəsində çətin və mürəkkəb bir inşaat dizaynı hazırlayırlar. Və sonra bunu böyük bir ustalıqla tətbiq edirlər. Qunduzlar Əmrənin bacısı kimi, illərlə məktəbə gedib oxumurlar. Ancaq nə edəcəklərini çox yaxşı bilirlər. Çünki qunduzlara bütün bunları öyrədən üstün bir güc sahibi vardır. Bu güc sahibi hamımızı yaradan uca Allahdır.

Yaddan çıxartmayın! Qunduz kimi bir canlı təsadüfən bənd düzəltmək qabiliyyətinə sahib ola bilməz. Bədənini tam ehtiyacına uyğun bir hala öz-özünə gətirə bilməz. Suyun təzyiqinə qarşı ən dözümlü bənd formasını də öz-özünə tapa bilməz. Ən əhəmiyyətlisi də bu qabiliyyətlərə başqa qunduzların da sahib olmasını təmin edə bilməz.

Bir də bunu xatırladaq: Qunduzların bütün bu xüsusiyyətlərindən hər hansı biri belə əskik olsa onlar yaşaya bilməzlər. Nümunə olaraq dişlərini fərz edək. Əgər heç yeyilmədikləri halda arxa dişləri də kəsici ön dişləri kimi davamlı olaraq uzansa, arxa dişlər həddindən artıq böyüyəcək, qunduzun çənəsinə təzyiq göstərəcək və ağzını istifadəyə yararsız hala gətirəcəkdir.

Bu vəziyyətdə qunduz necə ağac gəmirib bənd düzəldə bilər? Yuvasını hara qura bilər? Əlbəttə ki, bunların heç birini yerinə yetirə bilməz və ağız quruluşundan ötəri yemək belə yeyə bilməyib dərhal ölər.

kunduzlar

Heyvanlarla əlaqədar bir kitab oxuduğunuz və ya film seyr etdiyiniz vaxt onları Allahın yaratdığını əsla unutmayın.

Üstəlik, qunduzun dişlərindən başqa bir çox orqanı da gördüyü işə uyğun şəkildədir. Su altında işləyərkən gözünə zərər dəyməsinə maneə olan şəffaf pərdələr, burnuna və qulaqlarına su dolmasına maneə olan xüsusi qapaqcıqlar təkcə qunduzlara xasdır. Həmçinin qunduzun su içində bir balıq kimi hərəkət etməsini təmin edən daraqlı arxa ayaqları və yastı, geniş və sərt bir quyruğu da vardır. Bütün bunlar qunduzun anadangəlmə sahib olduğu üstünlüklərdir.

İndi niyə Əmrənin kiçik dostunun xüsusiyyətlərinə heyran qaldığını daha yaxşı başa düşmüsünüz.

Əmrənin kiçik dostları, doğulduqları andan etibarən bu bədən quruluşuna, bənd düzəldəcək məlumatlara və xüsusi qabiliyyətlərə sahibdirlər. Bütün qunduzlar özlərinə Allah tərəfindən öyrədilən, yəni “ilham edilən” məlumatlardan istifadə edərək yuvalar qurarlar. Onlara bütün bunları verən və üstün bir qabiliyyətlə yaradan sonsuz güc sahibi Allahdır.

Allah bütün canlıları ehtiyaclarına və gördükləri işlərə tam uyğun xüsusiyyətlərdə yaratmışdır.

Allahın şəfqəti bütün canlıları əhatə etmişdir. Bir Quran ayəsində Allah bizə belə deyir:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. (Taha surəsi, 98)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

 

6 / total 6
"Harun Yəhyanın Bacarıqlı Bənd İnşaatçıları: Qunduzlar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top