< <
9 / total: 11

Fəsil 8: Elektrikli Balıqlar Möcüzəsi

Heyvanlar aləmində çox fərqli gözəlliklərə sahib olan canlılar vardır. Bəziləri ətraflarındakı istilik sahələrini görər, bəziləri maqnit sahələrini hiss edər, bəziləri isə bu hissədə veriləcək nümunələrdə görüləcəyi kimi ətrafda baş verən hadisələri hiss etmək vasitəsiylə elektrikdən istifadə edərlər. Bir qisim dəniz canlıları, Uca Allahın diləməsiylə bədənlərində elektrik istehsal edərək, ətraf mühiti bir radar sistemindəki kimi görə bilər; elektrikdən düşmənlərini təsirsiz hala gətirmək və ya ov etmək məqsədiylə istifadə edə bilərlər.

Canlıların həyati fəaliyyətləri, istilik olmayan ətraflarında elektrik enerjisi sahələrinin meydana gəlməsinə səbəb olar. Hava izolyasiya yaratdığı üçün quruda yaşayan canlılar arasında elektrik dəyişikliklərini hiss etmək çətindir. Ancaq su, keçirici bir mühit meydana gətirdiyi üçün, elektrik cərəyanları bədəndən kənara asanlıqla yayılar. Beləcə, canlılar ətraflarına siqnal yayarlar. Buna görə də elektriki hiss edən canlıların hamısı suda yaşayarlar. (146)

İnsan da daxil olmaqla, canlılarda əmələ gələn ya da xüsusi olaraq istehsal olunan elektrik cərəyanına "bioelektrik" deyilir. Ancaq insan, bu elektriki istiqamətləndirə bilməz və öz xeyrinə istifadə etmək üçün ona nəzarət edə bilməz. Bəhsi keçən canlılar isə, bədənlərindəki elektrik cərəyanını -özləri mənfi cəhətdən təsirlənmədən- düşmənlərinə qarşı silah kimi istifadə edə bilərlər. Bu canlıların istehsal etdiyi elektrik enerjisi orta hesabla 350 voltdan çoxdur. Ancaq elektrikli ilan balığında olduğu kimi 600-800 volt kimi xeyli yüksək gərginlik istehsal edən balıqlar da vardır. Evlərdə istifadə edilən lampaların işləməsi üçünsə yalnız 220 volt lazımdır.

Təbiətdə yüksək elektrik yükləriylə silahlandırılmış olan balıqlarla yanaşı, çox aşağı siqnallar yayan balıqlar da vardır. Bu balıqlar 2-3 voltluq zəif elektrik siqnallarından bir duyğu orqanı kimi faydalanırlar. Bunlardan bir qismi heyvanların meydana gətirdiyi elektrik sahələrini hiss edərkən, bir qismi görüş məsafəsi az olan sularda ovlarının yerini müəyyənləşdirmək üçün özlərinə elektrikli bir sahə meydana gətirərlər.

Bu sistemin təfərrüatlarına toxunmadan əvvəl, bu həqiqətləri düşünməkdə fayda vardır. İnsan inkişaf etmiş imkanlara və bunlardan istifadə edə biləcək ağıla sahib olmasına baxmayaraq, belə bir sistemi bədənində meydana gətirərək öz xeyri üçün istifadə etməkdə acizdir. Üstəlik, qarşısında çox sayda nümunə olmasına baxmayaraq... Üstün bir texnologiya və əsrlər boyu toplanan biliklərdən istifadə edərək ancaq radar sistemi, elektrik generatorları, elektroşok alətləri, elektrik batareyaları kimi müxtəlif cihazlar istehsal edə bilmişdir. Bu sistemlərin yaradılması üçünsə, fövqəladə zəhmət, məlumat və maddi mənbədən istifadə edilmişdir. Bu texnologiya məhsullarının heç biri bütün vəsaitləri mövcud olsa belə, təsadüflər nəticəsində birləşərək müəyyən bir funksiya yerinə yetirə biləcək cihazlar deyil. Çünki bunların hər biri, müəyyən bir məqsəd üçün, müəyyən bir quruluşla və elmi prinsiplər istiqamətində istehsal edilərlər. Nəinki təsadüfən yaranmaları, bu mövzuda mütəxəssis olmayan hər hansı bir adamın belə bu cihazları hazırlaması qeyri-mümkündür.

Bu vəziyyətdə aydındır ki, mövzuya vicdanla yaxınlaşan bir kimsə, insan məhsulu təqlidlərindən xeyli mükəmməl olan canlılardakı bu sistemlərin, əsla təsadüf nəticəsində yarana bilməyəcəklərini, möhtəşəm bir ağıl və sənətlə yaradılmış olduqlarını asanlıqla başa düşə biləcəkdir. Canlılardakı bu üstün sistemlər, insanların yaradılışı görmələri və başa düşmələri üçün yaradılmış bir işarədir. Uca Rəbbimiz bu həqiqəti ayəsində belə bildirmişdir:

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 6)

Başqa bir Quran ayəsində də Uca Allah insanları, gördükləri bu həqiqəti gizləməmələri mövzusunda belə xəbərdar edir:

Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. (Bəqərə surəsi, 42)

İstehsal Olunan Elektrik Hansı Səbəbə Görə Balığın Özünə Zərər Verməz?

Elektrik, mis kimi keçirici bir naqilin maqnitli bir sahə içində hərəkət etdirilməsiylə istehsal olunur. Elektrik generatoru da, keçirici naqillərin maqnit içində dönməsiylə elektrik cərəyanı istehsal edən bir maşındır. Evlərdə, iş yerlərində, sənayedə ehtiyac duyulan böyük miqdardakı elektrik enerjisini əldə etmək üçün, elektrik generatorlarını hərəkətə gətirəcək böyük güc stansiyalarına ehtiyac duyular. Hidravlik və ya nüvə stansiyalarında istehsal edilən elektrik enerjisinin, nə cür böyük və mürəkkəb proses nəticəsində əldə edildiyi düşünülsə; canlıların elektrik istehsalını, dənizin metrlərlə altında bacarmaları daha da təəccüblü bir vəziyyətdir. Üstəlik, canlılar istehsal etdikləri yüksək gərginlikli elektrikə baxmayaraq, öz bədənlərinə heç bir zərər verməzlər.

Elektrik yayan balıqlar, yaydıqları elektriklə öz cinslərinə asanlıqla çata bilər, bir-birlərini təhlükələrə qarşı xəbərdar edə bilər, növlə, yaşla, cinsiyyətlə əlaqədar məlumat toplaya bilərlər.

Su və elektrikin bir yerə gəlməsi, məlum olduğu kimi sağlamlıq üçün böyük bir təhlükə meydana gətirər. Halbuki, təbiətdəki bəzi balıqlar üçün vəziyyət çox fərqlidir. Onlar suda yaşayarlar və istehsal etdikləri elektrikdən öz təhlükəsizlikləri üçün istifadə edərlər. Məsələn, olduqca qısa bir müddətdə güclü bir enerji əmələ gətirən ilan balıqlarının öz istehsal etdikləri elektrikin özlərini vurmaması fövqəladə bir möcüzədir. Suda yaşayan bir canlının elektrik istehsal etməsi, üstəlik bu elektrikdən nəzarətli bir şəkildə özünü müdafiə etmək, ovunu tutmaq, görmə qabiliyyətini artırmaq kimi bir çox fərqli məqsədlər üçün istifadə etməsi, Rəbbimizin yaratmasındakı müxtəlifliyin və üstünlüyün nümunələrindəndir.

Bəs su kimi çox keçirici bir mühitdə yaşayan bir ilan balığının, istehsal etdiyi yüksək gərginlikli cərəyan niyə özünə təsir etməz? Bu sualın cavabını belə ümumiləşdirmək olar; çox qısa bir müddətdə çox güclü enerji istehsal edə bilən elektrikli ilan balığı, əgər bir su canlısı olmayıb quruda yaşayan bir canlı növü olsaydı; istehsal etdiyi elektrik cərəyanı 1 amperə yaxın bir miqdar olardı. Bu da canlının bədənini, 500 voltluq batareyayla eyni vəziyyətə gətirərdi. Lakin, xeyli çıxış nöqtəsi yaradan xüsusiyyəti sayəsində su, cərəyanın şiddətini azaldır və orta bir nisbətdə saxlayır. Bu canlıların xüsusi quruluşdakı, qalın yağlı dəriləri və sinir damarları ətrafındakı toxuma, izolyasiya təmin edərək suyun içində elektrikin qısa qapanmasının qarşısını alar.(147)

Hər canlını yaşadığı mühitin şərtlərinə ən uyğun və ən dözümlü şəkildə yaradan Uca Allahdır. Quranda bildirildiyi kimi "...Allah hər şeyi Qoruyandır." (Nisa surəsi, 85)"...Onun heç bir bənzəri yoxdur...". (Şura surəsi, 11)

Canlılardakı Elektrik Generatorları

Elektrikin hiss edilə bilməsi üçün keçirici bir mühitlə yanaşı, bunu hiss edə biləcək xüsusi bir təchizata da sahib olmaq lazımdır. İstər dənizdə, istərsə də şirin sularda yaşayan 200-dən çox balıq növündə müdafiə və ya hücum məqsədiylə böyük elektrik boşalmaları yarada bilən xüsusi "bioelektrik orqanları" vardır. Keyidən balıqlar növü (Torpedo) ailəsi, elektrik orqanlarında istehsal etdikləri elektrikdən, ovlarını keyitməklə hərəkətsiz hala gətirmək ya da öldürmək məqsədiylə istifadə edir və məlum olan ən güclü elektrik orqanlarına sahibdirlər.

Balıqlar kiçik bədənlərindəki yüksək elektrikdən yalnız müdafiə məqsədiylə istifadə etmirlər. Bəzi balıqlar bioelektrik orqanlarından, başqa balıqların varlığını hiss etmək məqsədiylə duyğu orqanı kimi də istifadə edərlər. Həmçinin, qaranlıq sularda cəhətlərini müəyyənləşdirməkdə də böyük əhəmiyyət daşıyan elektrik, cisimləri görmədən hiss etmələrinə imkan verər. Beləcə, balıqlar obyektlərin görünüşlərini və digər cisimlərinə görə mövqeyini, başqa bir hissə ehtiyac duymadan, yalnız elektrik qəbul ediciləriylə təsbit edə bilərlər.

İki elektrikli balıq qarşılaşdıqları vaxt, siqnal tezliklərinin toqquşmasının qarşısını almaq üçün, siqnal tezliklərini aşağı salar ya da yüksəldərlər. Bu üstün bir ağıl və üstün bir mexanizm tələb edən bənzərsiz bir sistemdir. Bu ağılın və əsərin sahibi, bütün varlıqların Rəbbi olan Uca Allah'dır.

Köpək balıqlarının (mustelus mustelus) və keyidən balıqlar növü (Torpedo), hər metrdə 0,01 mikrovolt kimi çox zəif elektrik sahələrini hiss edə bilən həssaslıqda orqanları vardır. Bəzi balıqların orqanları, dəniz suyundakı özlərindən kənarda əmələ gələn elektrik sahələrini hiss edərkən, bəziləri də özlərinin meydana gətirdikləri elektrik cərəyanını hiss edərək ətraf mühitlə əlaqədar məlumat toplayarlar.

Balıq, siqnallar halında yaydığı elektrik yükünü quyruğunda olan xüsusi bir orqanda istehsal edər. "Elektrik istehsalçı" adlanan bu orqan bir enerji mənbəyi kimi funksiya yerinə yetirər. Burada istehsal edilən elektrik yükü, heyvanın bədəninin arxa hissəsində paylanmış olan minlərlə dəlikdən, siqnallar halında yayılar. Bu elektrik siqnalları balığı əhatə edən suda ani bir elektrik sahəsinin meydana gəlməsinə səbəb olar. Siqnallar balığın yaxınlığındakı sərt cisimlərlə toqquşduqlarında elektrik sahənin formasının pozulmasına səbəb olarlar. Balıq bu pozulmaları dərhal tiplərinə görə analiz edərək, ətrafdakı obyektlərin böyüklüyü, keçiriciliyi, uzaqlığı və hərəkəti haqqında məlumatlar toplayar.(148)

Belə ki, suyun içindəki canlıların yaydığı elektriklə, daşlar arasındakı elektriki bir-birindən seçir və ətraflarındakı elektrik sahələrinin cəmindən bir görünüş əldə edirlər. Məsələn, qayalar qara formalar halında görünər; çünki onların izolyasiya xüsusiyyətləri elektrik cərəyanına bir mane kimi davranar. Yüksək keçiriciliyə sahib olan bitkilər parlaq bir sahə meydana gətirdikləri halda, metal obyektlər isə közərən lampalar kimi göz qamaşdıran bir fərq meydana gətirərlər. (www.darwininbilmedikleri.com)

Elektrik sahəsiylə ətraf mühiti görmək, balıqların siqnal göndərmə intervallarından da asılıdır. Əgər balıq daima deyil, müəyyən intervallarla elektrik siqnalı göndərirsə, eynilə işıqlı fotoşəkil aparatındakı kimi ani, donmuş fotoşəkillər əmələ gəlir. Bu siqnalların tezliyi artdıqda isə, balıqlar daha yaxşı bir görünüş əldə edərlər. Məsələn, Afrika elektrik balığı, dünyanı hər 20 saniyədə bir görər. Ancaq Cənubi Amerika növündən olan elektrik balığı saniyədə 50 dəfə siqnal göndərərək, demək olar ki, daimi bir görünüşə sahibdir.(149)

İndiki vaxtda görülən işlər nəticəsində balıqların elektrik hiss etmə qabiliyyətlərinin, güman ediləndən daha kəskin olduğu məlumdur. Oregon Sağlamlıq və Elm Universitetindən olan nevroloq Curtis Bell, elektrikli balıqların insan beynindəki kimi formaları müəyyənləşdirən və müqayisə edən bir yeri olmadığı halda, üçölçülü elektrikli bir dünyanı hiss etdiklərini izah edir.(150) Bir sözlə, balığın bədənində, ətrafdakı elektrik sahəsinin paylanmasını bir radar kimi daimi görünüşə çevirən bir sistem vardır. İnsanların istifadə etdikləri məhdud gücdəki radarları belə, yüksək səviyyəli texnologiya məhsulu mürəkkəb cihazlar olduqları düşünüldükdə, balığın bədənindəki bu sistemin möhtəşəmliyi daha da aydın olar. Quranda bir ayədə belə bildirilir:

Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir. (Maidə surəsi, 120)

Elektrik Siqnalları Ilə Əlaqə

Hər elektrikli balıq növünün özünə xas bir siqnalı vardır. Hətta hər insanın özünə xas səsi olması kimi, eyni növün fərdləri arasında da bəzi fərqliliklər vardır. Elektrikli balıqlar, qarşılarındakı balığın yaydığı siqnallardan onun dişi, yoxsa erkək olduğunu başa düşə bilərlər və bu dalğalar vasitəsilə əlaqə qura bilərlər. Eyni növün üzvləri eyni tip dalğalardan istifadə edərlər. Sürü halında yaşadıqlarından, baş verə biləcək bir əlaqə probleminə qarşı tədbir olaraq yaydıqları dalğaların tezliyini dəyişdirərlər. (Bu xüsusi sistemin təfərrüatlarına sonrakı başlıqda yer verilir.)

Elektrik siqnalları balıqların yaşlarıyla əlaqədar məlumatları da özündə ehtiva edər. Yumurtadan yeni çıxan bir elektrikli balığın siqnalları yaşlılardan çox fərqlidir. Doğumdan sonra ilk on dörd gün ərzində bu "uşaq" xarakterli siqnallar yayılar, daha sonra yetkin balığın normal siqnallarına çevrilər. Yeni doğulmuş balıqlara xas olan bu siqnallar, balıqların iç-içə olan ata-analıq davranışlarının tənzimlənməsində əhəmiyyətli rol oynayar. Məsələn, erkək balıq, yüzlərlə balıq arasında itən balasını, siqnallarından tanıyaraq yuvaya geri gətirə bilər. Balıqlar, cins və yaşla əlaqədar məlumatlarla yanaşı, daha mürəkkəb olan başqa məlumatları da yenə elektrik siqnallarla nəql edə bilərlər. Elektrikli balıq növlərinin hamısında qorxutma siqnalları, tezliyin birdən-birə artması ilə ötürülər. Məsələn, normal vaxtlarda 10 hs-lik (hər saniyədə 10) siqnal yayan Mormyridae cinsi balıqlar, bəzən qısa bir müddət ərzində, yayma ritmlərini 100-120 hs-ə çatana qədər gücləndirə bilərlər. Hərəkətsiz bir Mormyridae, yaydığı qorxuducu elektrik siqnallarıyla düşməninə, onun üstünə hücum etmək üzrə olduğunu bildirir. Bu davranış, hücum etməyə hazırlanan birinin yumruğunu sıxması kimidir. Bu qorxutma siqnalı çox vaxt qarşı tərəfi hücum etmək fikrindən daşındıracaq qədər təsirlidir: Düşmən, qısa bir müddətə öz siqnalını kəsərək baş əydiyini göstərər. Aralarında döyüş baş verdisə və düşmən yaralandıysa, yaralı təxminən 30 dəqiqə elektrik cəhətdən səssizliyə girəcək, siqnal istehsal etməyi dayandıracaq. Sakitləşmə davranışı göstərən və ya döyüşü dayandıran balıqlar çox vaxt hərəkətsiz qalarlar. Bunun bir məqsədi, yerlərinin müəyyənləşdirilməsini çətinləşdirməkdir. Digər məqsəd isə, siqnal istehsal etməyib elektrik cəhətdən kor hala gəldikləri üçün, ətrafdakı maneələrlə toqquşmamaqdır.

Bu balıqlar sahib olduqları elektrik orqanları sayəsində, öz cinslərinə asanlıqla çata bilər; bir-birlərini təhlükələrə qarşı xəbərdar edə bilər; hətta növlə, yaşla, böyüklüklə, cinsiyyətlə əlaqədar məlumat alıb verə bilərlər. Balıqları bu xüsusi sistemlə yaradan, onlara anbaan etdiklərini ilham edən Uca Rəbbimizdir. Yoxsa bir balığın bədənində öz-özünə bir qavrayış sistemi yaratması, bundan özünü qoruyacaq şəkildə istifadə etməsi, hisslərinə əsasən plan qurması ya da müdafiə strategiyası meydana gətirməsi qeyri-mümkündür. Mövcud olan hər şey kimi bu canlılar da, Allahın hakimiyyəti altındadır və həyatlarını Onun izniylə davam etdirərlər. Bir Quran ayəsində Rəbbimiz belə buyurur:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Siqnalların Qarışmasının Qarşısını Alan Xüsusi Sistem

Bəs görəsən bir elektrikli balıq, özüylə eyni siqnalları istehsal edən başqa bir balıqla yan-yana gəlsə nə baş verəcək? Siqnallar bir-biri ilə qarışacaq və balıqların radarı işə yaramaz bir hala gələcəkdir? Normal olaraq baş verməsi gözlənilən hadisə budur. Lakin elektrikli balıqlar bu qarışıqlığa qarşı xüsusi bir müdafiə sistemiylə birlikdə yaradılmışlar.

Cənubi Amerikada yaşayan Eigenmannia cinsinə aid dalğalı elektrikli balıqlar üzərində aparılan araşdırmalarda, canlıların, eyni tezlikdə bir siqnalla qarşılaşdıqları vaxt öz siqnal tezliklərini dəyişdirdikləri aşkar olunmuşdur. Əgər digər balığın siqnalı öz elektrik cərəyanının tezliyindən bir qədər yuxarı isə, balıq öz elektrik cərəyanının tezliyini aşağı salır, ikinci siqnal digər balığın siqnalının tezliyindən aşağı isə, bu vəziyyətdə öz siqnalının tezliyini artırır. Beləcə, balıq aradakı tezlik fərqini artıraraq qarışıqlığın qarşısını almış olar. Qarşıdakı balıq çox uzaqlarda olduğu halda belə, bu tədbir dərhal görülməyə başlayar. Bunun məqsədi ikinci siqnalın müdaxiləsinin qarşısını almaq olduğu üçün, elektrik cərəyanının tezliyindəki dəyişikliklərə də "müdaxilənin qarşısını almaq reaksiyası" ya da qısaca JAR (Jamming Avoidance Response) adı verilir.

1970-ci illərin əvvəlində təfərrüatları araşdırılmağa başlanan bu üsulla əlaqədar, Prof. Hovard C. Hyuz, Sensory Exotica (qeyri-adi hisslər) adlı kitabında bunları ifadə edir:

JAR (müdaxilənin qarşısını almaq reaksiyası), bir biologiya mühəndisliyi möcüzəsidir... Daha aşağı elektrik cərəyanı tezliyinə sahib canlı, öz elektrik cərəyanının tezliyini aşağı saldığı halda, daha yüksək tezliyə sahibdirsə öz tezliyini artırır. Bu da hər balığın iki siqnal arasındakı həssas fərqliliyi hiss edə bilməsi və ikinci siqnalın özününkündən yüksək ya da aşağı olduğuna qərar verməsi mənasını verər. Beləcə, öz elektrik cərəyanının tezliyində dəyişiklik apara bilər.

Bu koridorda ya da səkidə sizə tərəf gələn biriylə qarşılaşdığınız vaxt yaşadığınız vəziyyətə oxşayır. Nəzakətlə istiqamətinizi azca dəyişdirərsiniz, digər piyadaya yol vermək üçün sol və ya sağ istiqamətə hərəkət edərsiniz. Siz sola getdiyiniz anda sizə tərəf gələn adam sağa doğru getməyə qərar verər. Sonra siz sağa gedərsiniz, o da sola gedər... Sonra da hər kəs öz yoluna gedər. (151)

Yaxşı, amma şüur və ağıldan məhrum bir balıq, siqnalların toqquşmasına mane olacaq şəkildə belə fövqəladə bir tədbir almağı hardan bilir? Şübhəsiz ki, bu həssas hesablamaları şərh edən, ortada bir qarışıqlıq olmadığı halda əvvəlcədən tədbir görən, düşünən, mövcud vəziyyəti qiymətləndirən, qərar verən balığın özü deyil. Balıq bütün bunları sonsuz rəhmət sahibi Uca Allahın ilhamıyla həyata keçirir. Bir Quran ayəsində belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

Elektrikdən Istifadə Edən Okean Dibi Canlıları

Dünyadakı bütün canlılar çoxalma sistemlərindən müdafiə taktikalarına, qidalanma formalarından hiss etmə sistemlərinə qədər bir çox üstün xüsusiyətlərlə təchiz edilmişlər. Bu canlıların həyatları təfərrüatlı olaraq araşdırıldığı vaxt, həm fiziki xüsusiyyətlərinin, həm də davranışlarının yaşadıqları mühitlə və bir-birləriylə tam bir uyğunluq içində olduğu görünür. Məsələn, insanlar üçün uzunmüddətli araşdırmalar və inkişaf etmiş texnologiya tələb edən elektrikdən istifadə etmə bacarığı, dəniz altı dünyasının qəribə cazibədar canlılarından olan elektrikli balıqlarda, ilk yaradıldıqları andan etibarən ən mükəmməl sistemlərlə mövcuddur.

Bu canlılar heç bir şüur və ya ağıla sahib deyil. Buna görə də bu balıqların sahib olduqları üstün xüsusiyyətləri, onların öz bacarığı olaraq görmək qeyri-mümkündür. Elektrik istehsal edən bu balıqların tətbiq etdikləri mürəkkəb sistemlərin, təbiətlə olan mükəmməl uyğunluqlarının təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək isə, ən birinci ağıla və məntiqə uyğun deyil. Bu balıqların hər birində çox üstün bir ağılın və çox böyük bir elmin hökmranlığı aydın şəkildə görünür. Bütün təbiətdə görünən bu üstün ağıl və elm, kainatdakı hər şeyin Yaradıcısı olan Allaha aiddir. Rəbbimiz Quranda iman edənlərə belə bildirir:

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 53-54)

Elektrik Cərəyanlarına Qarşı Həssas Olan Köpək Balıqları

Suyun içində elektriki hiss edə bilən və bu hissə görə hərəkət edə bilən canlılardan biri köpək balıqlarıdır. Köpək balıqları, bu əhəmiyyətli üstünlükləri sayəsində, sudakı bütün titrəyişləri, suyun temperaturundakı dəyişiklikləri, duzluluq miqdarını və xüsusilə də hərəkət halındakı canlıların səbəb olduğu elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilərlər. (152) Əgər siz də həyatda və suyun içində olsanız, bədəniniz elektrik sahələri meydana gətirməyə başlayar. Özünüzü kamuflyaj etmə ya da gizlənmə imkanınız yoxdur. Köpək balıqlarının elektrik hiss etmə xüsusiyyəti, yalnız ovlarının yerini müəyyənləşdirmələrinə fayda verməklə kifayətlənməz, həmçinin bir növ kompas vəzifəsi yerinə yetirər.

Köpək balığının başının ətrafı ləkələrlə doludur. Bu qara ləkələrin daxili tərəfində, içi jeleyə bənzər bir maddəylə dolu çox sayda kanal mövcuddur. Bu kanallar dərinin səthinə 1 mm-lik məsamələr şəklində açılır. "Lorens lampaları" (Ampullae of Lorenzini) olaraq adlandırılan bu xüsusi orqanlar, olduqca həssas bir elektrik qəbuledicisidir. Quruluş etibarilə bir lampanı xatırladan bu hüceyrələrin, bir voltun 20 milyardda biri şiddətindəki cərəyanları hiss edə bildikləri məlumdur. Bu, bir-birindən 3000 kilometr məsafədə yerləşən iki ədəd 1,5 voltluq qələm batareya arasındakı gərginliyi hiss etməyə bənzəyir. Bu orqanların elektrik xəbərdarlıqlara qarşı həssaslıqları sayəsində, köpək balığının, quma basdırılmış və ya qayalıqların arasında olan bir canlının belə yerini müəyyənləşdirməsi mümkündür. Köpək balıqları bu sistemdən istifadə edərək qısa məsafədə görmə və qoxu hissi olmadan ovlarını asanlıqla tapa bilərlər. Məsələn, yaralı bir balıq suyun içində çırpındığına görə, köpək balıqlarının bütün hissləri siqnal halına keçər. Balıqdan yayılan aşağı tezlikli vibrasiya köpək balıqlarının diqqətini çəkmişdir. Ovlarına yaxınlaşdıqca Lorens lampaları xeyli diqqətə çarpan şəkildə fəaliyyətə başlayar. Belə ki, köpək balıqları yaralı balığın ürək döyüntülərinin və əzələlərindəki sıxılmaların səbəb olduğu, çox kiçik elektrik cərəyanlarını belə hiss edərlər. Bunun sayəsində ovlarının yerini tam olaraq müəyyənləşdirmələri mümkün olar.

1. Lorenzini lampaları

Köpək balığının başının ətrafındakı qara xallar "Lorenzini lampaları" adlanan elektrik qəbul ediciləridir. Elektrik hissi köpək balığı üçün olduqca səmərəli və əhəmiyyətli bir ov müəyyənləşdirmə sistemidir; çünki dənizdə yaşayan hər canlı suda elektrik sahəsi əmələ gətirərək varlığıyla əlaqədar məlumat verir.

Şəkildə köpək balıqlarının başlarındakı elektromaqnit sahəsi qəbulediciləri və hərəkət müəyyənləşdirmə kanalları görünür.

İnsan bədəni isə izolyasiyaya malik bir təbəqə kimi vəzifə yerinə yetirərək, suyun içində fərq edilməyi nisbətən çətinləşdirər. Ancaq dərisində yaranan ən kiçik bir kəsik, bu izolyasiyanı deşmiş olar; beləcə bədəndən elektrik sızıntısı sürətlə suyun içində yayılar. Buna görə də, bir insan suyun içində yaralananda, dərinin izolyasiya təbəqəsindəki yarıqlar, elektrikin suya keçməsinə və o adamın köpək balıqları tərəfindən hiss edilməsinə səbəb olar.(153)

Belə həssaslıqla elektrik xəbərdarlıqları hiss edən bir mexanizmin, özbaşına əmələ gələ bilməyəcəyi çox aydındır. Köpək balıqlarının olduqca məqsədəuyğun hesablamalar aparmasını təmin edən bu bədən sistemi, çox aydın bir şəkildə yaradılışın dəlillərindəndir. Üstəlik, Lorens lampaları köpək balıqlarının sahib olduqları üstün xüsusiyyətlərdən yalnız biridir. Köpək balıqları istər tənəffüs sistemləri, istər yollarını müəyyənləşdirmələrini təmin edən maqnit qəbulediciləri, istərsə də sürətli üzmə qabiliyyətləri və daima yenilənən ülgüc qədər kəsici dişləriylə də bir yaradılış möcüzəsidir.

Həmçinin, köpək balıqlarındakı sistem və orqanların bir çoxu bir-biriylə əlaqəli şəkildə fəaliyyət göstərir. Biri olmadan digəri öz funksiyalarını yerinə yetirə bilməz. Elektrik cərəyanlarını qəbul edən sistem də mürəkkəb bir vahiddir. Bu sistemin parçalarından təkcə biri belə olmasa, ya da hər hansı bir funksiyasını yerinə yetirməsə, Lorens lampaları heç bir işə yaramaz. Məsələn, lampaya bənzər kanallar olsa, ancaq üstləri məsamələr əvəzinə dəriylə örtülmüş olsa, elektrik qəbulu baş verməz. Elektrik orqanları olsa, ancaq beyinlə sinir əlaqəsi baş verməsə, onda isə bu orqanın varlığı bir işə yaramaz. Buna görə də bir qəbulun mövcudluğundan danışmaq üçün, bütün beyin və sinir sistemi də qüsursuzca işləməlidir. Bu da darvinistlər baxımından əhəmiyyətli bir çıxılmaz haldır. Belə mürəkkəb quruluşlu sistemlərin bir vaxt mövcud olması şərti, təkamülün pilləli inkişaf iddialarını etibarsız hala salır.

Nəticə etibarilə, bu sistemin darvinistlərin iddia etdikləri kimi "mərhələli şəkildə" əmələ gəlməsi qeyri-mümkündür. Heç vaxt baş verməmiş olan uydurma keçid mərhələlərin heç biri hər hansı bir işə yaramayacaq. Köpək balıqları da bütün canlılar kimi mükəmməl hallarıyla yaradılmışlar. Necə ki, fosillər da bu həqiqəti təsdiqləyir. Milyonlarla il əvvələ aid köpək balığı fosilləri ilə indiki vaxtda yaşayan köpək balıqları arasında heç bir fərqlilik yoxdur. (www.yaratilismuzesi.com)

Çirklənmə Detektoru Olaraq Tanınan Fil Balıqları

Qərbi Afrika fil balığı (Gnathonemus petersii), Afrikanın 27 C-lik isti və palçıqlı sularında yaşayar. Adını, kəllə formalarının fil burnuna bənzəməsindən götürən bu balıqlar, yemək tapmaq, qaranlıq və bulanıq sularda istiqamətlərini müəyyənləşdirmək üçün zəif elektrik sahələrindən istifadə edərlər. Zəif elektrikli bu balıqların başları üzərindəki çıxıntılı hissə, elektrik qəbulediciləriylə örtülür. Qəbul edilən elektrik siqnallarının birləşdirilməsi yüksək emal gücü tələb edir; fil balıqları balıqlar aləmində ən ağır beyinə sahib olanlardır. Bu növdə beyin o qədər böyük və aktivdir ki, balığın öz maddələr mübadiləsi enerjisinin 60%-indən istifadə edir. Bu da insanlardakının 3 misli qədərdir.(154)

Canlının elektrik siqnalı yayan elektrik orqanı isə quyruğunda yerləşir. Balıq gedəcəyi yolu, quyruq tərəfindəki əzələlərində mütəmadi surətdə yaydığı elektrik siqnallarıyla müəyyənləşdirər. Normal şərtlərdə, dəqiqədə təxminən 500 siqnal yayır. Lakin suyun çirklənmə dərəcəsi artdıqca dəqiqədə istehsal etdiyi siqnal sayı 1000-i keçə bilər.

Zəif elektrikli fil balıqlarının baş hissəsi elektrik qəbulediciləriylə örtülüdür. Canlı, qida tapmaq, ya da qaranlıq və bulanıq sularda istiqamətini müəyyənləşdirmək üçün zəif elektrik cərəyanlarından istifadə edər. Allahın üstün elmi, bu canlıda da ən möhtəşəm şəkildə təcəlli edir.

İngiltərənin Bourmounth şəhərində çirklənməni ölçmək üçün, fil balıqlarından faydalanaraq yaradılan detektorlardan istifadə olunur. Bourmounthdakı bir su şirkəti, Stour çayından götürdüyü su nümunələrini 20 fil balığının nəzarətinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş bir akvariumda yaşadılır. Akvariumlardakı qəbuledicilər siqnalları qəbul edib bağlı olduqları kompyuterlərə çatdırır. Əgər su çirkliysə balığın artan siqnalları müəyyənləşdirilərək kompyuter vasitəsiylə xəbərdarlıq siqnalı verilir.(155)

Əgər bir balıq, bir alimə ilham mənbəyi ola bilir və texniki bir mükəmməllik nümayiş etdirirsə; insanların öhdəsindən gələ bilmədikləri bir problemə üstün sistemləriylə həll vasitəsi ola bilirsə, canlının yaradılışında düşünülməsi lazım olan bir fövqəladəlik olduğu ortadadır. Belə mükəmməl bir yaradılışın təsadüflərin, şüursuz təsadüfi proseslərin məhsulu olması, əlbəttə ki, qeyri-mümkündür. Bu gün alimlərin təqlid edərək faydalanmağa çalışdıqları bu üstün mexanizm, Allahın sonsuz ağlının, elminin və yaratma sənətinin sonsuz nümunələrindən biridir. Şübhəsiz ki, Uca Allah nümunəsiz və qüsursuz yaratmağa qadirdir. Rəbbimizin qədrini və ucalığını təqdir edə bilməyənlər, Yaradılışdakı sənəti və fövqəladəliyi görmədiklərinə görə deyil, təkəbbürləndiklərindən ötrü səhlənkardırlar. Bir ayədə bu vəziyyət belə xəbər verilir:

Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”. (Əraf surəsi, 146)

Halbuki, böyüklük yalnız Uca Allaha aiddir:

Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 37)

Elektroşok Üsulu Ilə Ovlanan Ilan Balıqları

Uzunluqları 2,75 metrə qədər olan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayarlar. Elektrik istehsal edə bilmə qabiliyyətlərindən həm müdafiə, həm də mükəmməl bir hücum vasitəsi olaraq istifadə edərlər. Bu balıqlar, bədənlərində istehsal etdikləri elektriklə, ovlarını hərəkətsiz hala gətirmədə və düşmənlərini şoka salıb öldürmədə bir ustadırlar.

Balıqdan qaynaqlanan elektrik şoku, 2 metr uzaqdakı böyük baş bir heyvanı belə öldürə biləcək şiddətdədir. Balığın elektrik istehsal etmə mexanizmi saniyənin mində ikisi və ya üçü qədər qısa bir müddətdə fəaliyyətə başlayar.(156) Bütün elektrikli balıqların içində ən öldürücü olan elektrikli ilan balığı, elektrik cərəyanını 650 volta qədər artıra bilər.(157) Bu miqdarda bir gərginlik, televizoru işlətmək üçün istifadə ediləndən daha güclü bir elektrik yüküdür və bir insanı öldürə bilər. İlan balığının bəzən boşalda bildiyi 800 voltluq elektrik şoku isə, bir atı öldürməyə kifayət edər.(158)

Elektrik, ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən istehsal olunar. Elektrikli ilan balığının üç cüt elektrik orqanı vardır; bu orqanlar balığın ağırlığının böyük bir hissəsini və boyunun beşdə dördünü meydana gətirər. Elektrik orqanı çox sayda yastı hüceyrənin, ardıcıl və paralel bağlanmış şəkildə bir yerə gəlməsiylə meydana gələr. Elektrikli ilan balığının quyruğu 70 sütun halında sıralanan, 10000 kiçik elektrik orqanından ibarətdir.(159) Bu hüceyrələrin hamısının eyni anda aktivləşdirilərək güclü bir elektrik boşalması əmələ gətirə bilməsi, hüceyrələri aktivləşdirən sinir xəbərdarlıqlarının eyni vaxtda baş verməsiylə mümkün olar. Minlərlə hüceyrənin müəyyən bir canlını hədəf alacaq şəkildə, eyni anda elektrikini boşaltması isə, olduqca xüsusi və təəccüblü bir vəziyyətdir. Bu hüceyrələrin hər biri bir-birindən fərqli vaxtlarda elektriklərini boşaltsaydı, ov üzərində təsirli olacaq gücdə bir elektrik cərəyanı meydana gəlməzdi. Ancaq ilan balığı varlığından belə xəbəri olmadığı mükəmməl bir sistemi, bədənində saxlayır və Allahın diləməsiylə bunu ən təsirli şəkildə istifadə edir.

İlan Baliği Elektriki Necə Əmələ Gətirir?

Elektrik, ilan balığının bədənindəki yan əzələlərə yerləşdirilmiş xüsusi orqanlar tərəfindən istehsal olunar. Elektrikli ilan balığının quyruğu 70 sütun halında düzülən on min kiçik elektrik orqanından ibarətdir. Eyni anda güclü bir elektrik boşalması yarana bilməsi üçün hüceyrələri bərabərzamanlı olaraq xəbərdar edən sinir xəbərləşmə sistemi var.Bir elektrikli ilan balığının başına və quyruğuna eyni anda toxunan bir insan, 650 voltluq elektrik şokuna məruz qalar. Bu miqdar, bir mənzildəki elektrik ştepselindən 5 dəfə güclüdür.

Elektrikli ilan balıqlarının quyruq bölgəsindəki elektrik orqanı, həmçinin zəif elektrik siqnalları istehsal edərək bir duyğu orqanı kimi də funksiya yerinə yetirər. Balıq, elektrik yükünü quyruğundakı minlərlə məsamədən siqnallar halında yayar. Bu siqnallar balığı əhatə edən suda ani bir elektrik sahəsinin meydana gəlməsinə səbəb olar. Balığın yaxınlığındakı obyektlər, bu sahənin formasını pozar. Balıq bu pozulmaları dərhal tiplərinə görə analiz edər ətraf mühit haqqında məlumatlar əldə edər. Balığın bədənində, ətrafa həmişə elektrik siqnalları yayan, bir tərəfdən də bu siqnalların dəydiyi cisimləri analiz edən, bir cür təbii radar vardır.(160) İnsanların istifadə etdikləri radarların necə mürəkkəb cihazlar olduqlarını düşündüyümüz təqdirdə, balığın bədənində olan və süni nümunələrindən qat-qat mürəkkəb olan bu sistemin möhtəşəmliyi də daha yaxşı başa düşülür.

Alimlər elektrikli ilan balığının sahib olduğu bu müdafiə mexanizminin bənzərlərini təqlid etməyə çalışırlar və indiki vaxtda bu balığınkına bənzər elektrikli müdafiə silahları istehsal etməyə səy göstərirlər. Elektrik siqnalları, əlbəttə ki, bir cismin yerini müəyyənləşdirmək məqsədiylə ya da xəbərləşmək üçün istifadə edilə bilər. Ancaq bunun üçün böyük bir elmi təcrübəyə və qabaqcıl bir texnologiyaya sahib olmaq vacibdir. Necə ki, indiki vaxtda belə, bu səviyyəyə çatmış ölkələrin sayı olduqca azdır. Halbuki, bəzi elektrikli balıqların bədənlərində ətrafa həmişə elektrik siqnalları yayan, bir tərəfdən də bu siqnalların dəydiyi cisimləri analiz edən təbii bir radar var. İlan balıqlarındakı bu üstün texnologiyanın qaynağını təsadüfi təsirlərlə izah etməyə çalışmaq, həm elmi baxımdan, həm də ağıl və məntiq baxımından fövqəladə dərəcədə məntiqsizdir.

Darvin, saxta təkamül mexanizmi olaraq irəli sürdüyü təbii seleksiyadan gözlədiyi nəticəni izah edərkən, bir səfərində Amazonda yaşayan bəzi balıqların, qorunmaq üçün necə elektrik istehsal etdiyi məsələsinə belə toxunmuşdur:

Bir çox balıq şok təsiri meydana gətirə bilməyəcək qədər zəif elektrik istehsal edər. Başlanğıcda bu zəif elektrik istehsalı, palçıqlı su hövzələrində bir növ radar kimi gediləcək yolu müəyyənləşdirmək üçün istifadə edilir. Böyük bir ehtimalla bəzi balıqlar bu elektrik istehsalını təkmilləşdirərək qorunmaq üçün istifadə etməyə başlamışdır və təbii seleksiya elektrik istehsalının gücləndirilməsinə xidmət edir. (161)

Darvinin təxəyyül məhsulu olan bu iddiasının baş vermiş olması, əlbəttə ki, qeyri-mümkündür. Bir balığın əvvəlcə təsadüfən əmələ gəlməsi, bu balığın daha sonra yolunu tapmaq üçün radar kimi istifadə edəcəyi elektrik istehsalına qərar verməsi, həmçinin bədənindəki bu elektriki özünə zərər verməyəcək zəiflikdə olaraq öz-özünə tənzimləməsi ehtimal belə olunmur. Məsələn, Cənubi Afrika ilan balıqlarının boşalda bildikləri 800 voltluq elektrik, bir atı öldürməyə kifayət edəcək miqdarda olmasına baxmayaraq, özlərinə heç bir zərər verməz. (162) Necə ki, darvinistlərin izahatlarında bu həqiqətlər təhrif olunur və canlıların öz-özlərinə bir ehtiyac təsbit edib, bu istiqamətdə bədənlərində dəyişiklik apardıqlarından bəhs edilir, məhz bu da böyük bir yalandır.

19-cu əsrdə ixtira edilən elektrik illərdir ki, təbiətdə mövcud olan enerji mənbəyidir. İnsanların uzunmüddətli fəaliyyətləri və səyləri nəticəsində əldə edə bildiyi bu əhəmiyyətli nemət, Allahın yaratdığı bir çox canlıda yarandıqları ilk andan bəri mövcudur. Elektrikli ilan balıqları, bədənlərində daşıdıqları bu xüsusi sistemlər vəsiləsiylə, əsrimizin ən əhəmiyyətli enerji mənbələrindən biri olan elektriki, ilk yaradıldıqları andan etibarən heç bir texniki sistem və professional laboratoriyadan istifadə etmədən, üstəlik olduqca böyük bir miqdarda istehsal edirlər. Bu möcüzəvi xüsusiyyət, təsadüflərə əsaslanan həyatı müdafiə edən təkamül nəzəriyyəsinin çöküşünün və yaradılış həqiqətinin də heyrətamiz bir dəlilidir. Allahın üstün elminin bir təcəllisi olan bu canlılardan biri də istehsal etdikləri elektriki nəzarətli bir şəkildə özlərini müdafiə etmək kimi bir çox fərqli məqsəd üçün istifadə edən elektrikli ilan balıqlarıdır. Balığın bu cür böyük bir enerjiyə sahib olması, onu yaradan Uca Allahın sonsuz elminin dəlillərindən birini göstərir. Allah Quranda belə buyurur:

Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur. (Şura surəsi, 3-4)

Minlərlə Hüceyrə Necə Olur Ki, Eyni Anda Elektrik Boşalda Bilir?

Elektrikli balıqlar, fərdi olaraq çox az miqdarda gərginlik istehsal edən hüceyrələrin birləşməsiylə 500-900 volta qədər çatan elektrik əldə edib, bundan düşmənlərinə qarşı istifadə edə bilərlər. Ancaq bu hüceyrələr, yalnız eyni anda elektrik boşaltdıqları təqdirdə, balıq üçün faydalı bir silah meydana gətirə bilərlər. Elektrik hüceyrələrinin hər biri müxtəlif vaxtlarda elektrik boşaltsa, bu sistemin heç bir mənası olmayacaq; balıq üçün bir qorunma vəzifəsi yerinə yetirməyəcək. Bəs bu sistem qüsursuz tərzdə necə işləyir?

Elektrik istehsal edən orqanların əksəriyyəti olduqca uzundur; buna görə də onurğa iliyindəki hərəkət əmri çatdıran neyronlarla elektrik orqanı hüceyrələri arasındakı məsafə dəyişkəndir; uzun və ya qısa ola bilər. Lakin, bu məsafə elektrik boşaldılmasının eyni vaxtda olması baxımından olduqca əhəmiyyətlidir. Çünki sinir xəbərdarlıqları müəyyən bir sürətdə-saniyədə 10 ilə 40 metr-sürətlə göndərilir.(163) Buna görə də onurğa iliyindəki mühərrik neyronların hamısı eyni anda sinir xəbərdarlığı göndərsə də, bəhsi keçən məsafədən ötrü bu xəbərdarlıqlar elektrik hüceyrələrinə eyni anda çatmayacaqdır.

Burada gözlənilən vəziyyət daha uzaqda olanların, daha yaxında olanlarla müqayisədə gec fəaliyyətə keçmələridir. Ancaq fərqli balıq növlərində iki fərqli strategiyadan istifadə edilir və belə bir uyğunsuzluğun qəribə bir şəkildə qarşısı alınmış olur. Birinci üsul məsafələrin tarazlanmasıdır. Bu o deməkdir ki; beyindən əmr daşıyan sinir hüceyrələrinin aksonları (çıxıntıları), yaxınlıqdakı bir elektrik hüceyrəsinə dolayı yoldan gedərkən; uzaqdakı elektrik hüceyrələrinə gedən akson, birbaşa marşrutu izləyir. Digər üsul isə, xəbərdarlıq göndəriləcək hüceyrənin uzaqlığına görə, aksonların nəql etmə sürətlərinin dəyişdirilməsidir. Buna görə də daha qısa aksonlar daha yavaş, uzun aksonlar da daha sürətli xəbərdarlıq çatdırarlar. Beləcə, elektrik orqanındakı on minlərlə hüceyrənin "elektriki boşalt" əmrini eyni anda alması mümkün olar.

Diqqət yetirilsə, burada şüuru, ağlı olmayan atomların bir yerə gəlməsiylə əmələ gələn hüceyrələrdən bəhs edilir. Strategiyadan istifadə edən, məqsədə çatmaq üçün yollar axtaran, qərarlar verib bunları tətbiq edən, qüsursuz şəkildə əlaqə yaradan şüursuz hüceyrələrin özü ola bilməz. Balığın isə, bədənində baş verən bu fövqəladə vəziyyətdən xəbəri belə yoxdur. Burada çox səthi olaraq yer verilən bu mürəkkəb sistem ancaq üstün bir ağlın və iradənin nəzarətiylə ilə baş verə bilər. Bu üstün ağıl və iradənin sahibi isə, aləmlərin Rəbbi olan, hər şeyə qadir olan, hər şeyin Hakimi olan Uca Rəbbimizdir. Bu həqiqət, Hud surəsinin 56-cı ayəsində də, "Onun, kəkilindən tutmadığı heç bir canlı yoxdur." deyə bildirilir.

Bioloji Batareyalarla Yaşayan Torpedo Balıqları

Torpedinidae (keyidən balıq növləri) ailəsindən olan torpedo balıqları, istehsal etdikləri elektrikdən qorunmaq və qidalanmaq üçün istifadə edirlər. Adları "iflic olan" mənasını verən latınca "torpere" sözündən gəlir və bu sözlə güclü elektrik cərəyanının, özünə toxunan canlılar üzərindəki təsiri nəzərdə tutulur. Torpedo balıqları yastı bədənlərini məharətlə kamuflyaj edərək, dəniz yatağının üzərində pusquda durarlar. Dayaz sularda üstlərinə səhvən basan bir adam, acılı-ağrılı bir elektrik şoku yaya bilər. Bu balıqların çox hərəkət etmələrinə ehtiyac yoxdur; çünki sahib olduqları elektrik, qida əldə etmələri üçün özlərinə kifayətdir. Torpedo balığı boşaltdığı elektriklə ovunu iflic etdikdən sonra, bədənini hərəkət etdirərək suyun içərisində bir dalğa əmələ gətirər. Meydana gətirdiyi bu dalğa, iflic etdiyi qidasını ağzının içinə daşıyar.(164) Allah bu canlılar üçün ruzi əldə etmələrini belə bir üsulla asanlaşdırmışdır. Bir Quran ayəsində belə bildirilir:

Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. O, hər şeyi Biləndir. (Şura surəsi, 12)

1. Elektrikin istehsal olunduğu yer

Torpedo balıqlarında, batareya kimi funksiya yerinə yetirən elektrik plitələri mövcuddur. Bunlar, balığın bədəni boyunca ardıcıl olaraq bir-birlərinə bağlanmışlar. Bərabərzamanlı hərəkətə keçən hüceyrələr, lazım olduğu vaxtda olduqca yüksək elektrik gərginliyi əmələ gətirərlər.

Torpedo balıqlarının gövdəsində 2 böyük elektrik orqanı vardır. Böyrək formasındakı bu orqanlar, "elektrik plitələr" adı verilən yastılaşmış, altıbucaqlı prizmaya bənzər sütunvarı strukturlardan meydana gələr. Elektrik şoku gücünə təsir edən bu elektrik plitələrinin sayı, hər sütunda 500-1000 arasında olur və pətək gözlərindəki kimi bir-birlərinə bağlıdır.(165) Torpedo balıqlarının elektrik orqanlarındakı plitələr, batareyalardakı iş rejiminə malikdir. Bir-birlərinə yapışıq disk formasındakı bu kiçik sütunlar, sinir sisteminin təsiriylə aşağı səthlərində müsbət, yuxarı səthlərində mənfi elektriklə yüklənirlər. Beyinə sinirlərlə bağlı olan bu canlı və miniatür batareyalar, bir təhdid vaxtında beyindən gələn əmrlərlə elektrik boşaltmaqla, düşməni iflic edərlər.

Torpedo balıqlarının istehsal etdiyi 220 voltluq elektrik cərəyanı, iki elektrikli qızdırıcının suya eyni anda düşməsi nəticəsində bir canlının spazma keçirməsinə bənzər bir vəziyyətdir. (166) Əgər torpedo suda isə, bir elektrik dövrəsi meydana gəlməsi üçün iki ucundan təmas edilməsinə ehtiyac yoxdur. Torpedoya təmas etmək belə insanı sarsıdıb müvəqqəti olaraq şikəst qalmasına səbəb ola bilər. Bu cür elektrik şokları bir dalğıcı bayılda biləcəyi üçün, olduqca təhlükəlidir.

Bütün bu məlumatlar, elektrikli balıqların fövqəladə dərəcədə mürəkkəb bədən sistemlərinə sahib olduqlarını göstərir. Rəbbimizin rəhməti hər şeyi əhatə edir və bütün bu canlıları üstün qüdrətinin bir dəlili olaraq yaradır.

Torpedo balıqlarına toxunduqda bu balıqlar elektrik batareyalarını dərhal boşaldar və toxunan adamı vurarlar. Bəzi növləri arxadan yuxarıya doğru elektrik şoku göndərmək üçün naqilə bənzər elektrik orqanlarına malikdir. Bəziləri isə qarınlarının altından birbaşa şok vermək üçün təchiz edilmişlər. Bu üstün təchizat, bu canlıları yoxdan yaradan Uca Allah'ın əsəridir.

Görünməz Təhlükə Qurbağa Balığı

Daha çox tropik bölgələrdə yaşayan qurbağa balıqları (Uranoscopus scaber), adətən yalnız gözləri çöldə qalacaq şəkildə, özlərini quma və palçığa basdırarlar. Üzgəclərindən kürək kimi istifadə edərək və sağa-sola doğru qıvrılaraq bədənlərini qumun və ya palçığın içərisinə saxlayarlar. Bu balıq növünün solğun qəhvəyi bədəni və üzərindəki ağımtıl ləkələr, balığın palçıq və ya qumda görünməməsinə imkan verər. Quma basdırıldıqdan sonra çox az hərəkət edərək, düşmənlərinin diqqətini öz üzərinə çəkməməyə çalışar. Lazım gəldikdə isə gizləndikləri yerdən ortaya çıxaraq, ovlarını qəflətən elektriklə vurarlar. Qurbağa balıqlarının başlarının üzərindəki böyük gözləriylə yanaşı, 50 voltluq elektrik istehsal edən orqanları vardır. Bu dərəcə bir elektrik cərəyanı, qurbağa balığına toxunan balıqları geriyə doğru tullayacaq qədər güclüdür.(167)

Bu balıqların üzgəcləri, qəlsəmələri, göz quruluşları, ağızları, bir sözlə, bütün bədən orqanları, yaşadıqları mühitə ən uyğun şəkildə yaradılmışdır. Məsələn, qurbağa balığının ağzının içində kiçik bir ətli quruluş olur. Bunu çölə çıxarıb sağa-sola tərəf salladığı təqdirdə diqqətcil balıqların diqqətini çəkir və özünə yaxınlaşan canlıları asanlıqla tutmasını təmin edər. Təxminən 30 sm uzunluğundakı qurbağa balığı, öz böyüklüyündəki ovları belə uda bilir. Ağzı öz həcminin 12 mislinə qədər şişib böyük bir tozsoran kimi, yüksək bir sovurma təsiri meydana gətirərək ovunu sorar. Bu sorma əməliyyatı qəribə bir sürətlə, saniyənin 6000-də bir hissəsi qədər bir müddətdə reallaşar.(168)

Bundan başqa qurbağa balığının sinə üzgəclərinin üstündə zəhərli tikanları da vardır. İnsan üçün də ölümcül ola biləcək dərəcədə zəhərli olan bu tikanlar, balığın elektrikdən başqa ikinci müdafiə olunma mexanizmidir. Bütün xüsusiyyətləriylə yaşadığı yerə ən uyğun sistemlərlə təchiz edilmiş olan bu canlı, bu mükəmməl təfərrüatlara, yarandığı ilk gündən etibarən sahibdir. Çünki onu yaradan, ona özünü müdafiə etməsi üçün bir neçə xüsusiyyətləri verən, üstün güc, hökm və hikmət sahibi olan Uca Allahdır. Bir Quran ayəsində belə buyurulur:

Allah göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir. (Şura surəsi, 11)

Elektrik Hissləriylə Ovlanan Iynəli Skatlar

İynəli skatların gözləri, yastı bədənlərinin yuxarısında, ağızları isə aşağıdadır. İynəli skatların, ovlanma əsnasında görmə hissindən elə də çox faydalanmaları lazım deyil. Bunun əvəzinə həssas elektrik hisslərindən istifadə edərlər. Bunlar köpək balıqlarına bənzər bir şəkildə, başlarının alt tərəfindəki Lorens lampaları adlanan mürəkkəb bir elektrik sensoru sistemindən istifadə edərlər. Bunun sayəsində 2 metrdən daha uzaqda ya da qumun altında gizlənən ovları hiss edə bilərlər. Bu xüsusiyyətləri çay dibi, okean döşəməsi kimi zəif sularda yaşayan skatlar üçün çox faydalıdır və skatın palçıqlı süxurlarda basdırılmış gizli ovlarını tapmasına imkan verər.(169) Bəzi skat növləri isə bədənlərində güclü elektrik şokları istehsal edərək bunu düşmənlərinin hücumunun qarşısını almaq ya da çaşdırmaq üçün bir silah kimi də istifadə edərlər.

Skatların boşaltdıqları elektrik cərəyanı, 8-220 volt arasında dəyişə bilir.(170) Məsələn, Sakit okean skatı 50 voltluq elektrik boşaltdığı təqdirdə, böyük bir bədənə sahib bir dəniz aslanını xeyli ürküdə bilər. Bu miqdar, həmçinin özünə təmas edən bir dalğıcın ürəyinin fəaliyyətini dayandırmaq üçün də kifayətdir.(171)

İynəli skatların, belə təhlükəli bir silahı, doğulduqları andan etibarən məharətlə istifadə etmələri, şübhəsiz ki, fövqəladə bir vəziyyətdir. Darvinistlər üçünsə bu sistemin mənşəyi tamamilə çətin bir çıxılmaz vəziyyətdir. Necə ki, Çarlz Darvin də, Origin of Species (Növlərin Mənşəyi) adlı kitabının "Nəzəriyyənin çətinlikləri" başlıqlı hissəsində bu canlılara toxunmuş və nəzəriyyəsinin bu balıqlardakı fövqəladə xüsusiyyətləri izah edə bilmədiyini qəbul etmişdir.(172) Üstəlik, Darvindən bu yana keçən vaxt ərzində, elektrikli balıqların, Darvinin zənn etdiyindən xeyli mürəkkəb bir quruluşa sahib olduqları aydın olmuşdur. Buna görə də elektrikli balıqlar, canlılara aid yüzlərlə, minlərlə təfərrüatda olduğu kimi dövrümüzdəki darvinistlərin ən böyük qorxulu yuxularından biridir.

İynəli skatlar köpək balıqları kimi Lorenzini lampalarına sahibdirlər. Bunun sayəsində 2 metr kənardakı, hətta qumun altındakı canlıların belə yerini müəyyənləşdirə bilərlər. Bəzi skat növləri isə bədənlərində 220 volta çatan elektrik şokları istehsal edə bilir. Bu məlumatlar darvinistlər üçün böyük bir itkidir. Elektrikli balıqlar təkamül nəzəriyyəsini kökündən çürüdür.

Ovunu Iflic Edə Bilən Elektrikli Pişik Balığı

Afrikanın tropik bölgələrindəki şirin sularda yaşayan elektrik pişik balığı (Malapterurus electricus) 450 voltluq elektrik istehsal edə bilər. Bu yüksək elektrik potensialını, özünü müdafiə etmək və ovlamaq üçün lazım olduğu şəkildə idarə edə bilər. Bu balıqlar ovlarını və düşmənlərini gicəlləndirmək, elektrik şokuna məruz qoymaq mövzusunda çox məharətlidirlər. Pişik balığının elektrik istehsal edə bilməsi əhəmiyyətli bir qabiliyyətdir; ancaq elektrikdən ehtiyacları istiqamətində, doğru fasilələrlə və doğru hədəfi vuracaq şəkildə istifadə edə bilməsi isə başqa bir möcüzəvi hadisədir.

Pişik balığının elektrik orqanları, demək olar ki, bütün bədəninə yayılmışdır. Elektrik, müxtəlif əzələ toxumalarında və balığın yumşaq dərisinin altında olan nazik jeleyə bənzər təbəqədə əmələ gələr. Bu elektrik orqanıyla balıq, bir dəfəyə 300-400 voltluq elektrik boşaldaraq ovunu iflic edə bilər.(173) Hər elektrik boşalması, balığın elektrik orqanlarındakı gərginliyi azaldır; buna görə də yenidən enerji toplamaları üçün müəyyən bir vaxt keçməlidir. 2 santimetr uzunluğundakı bala pişik balığı belə, 10 voltluq elektrik istehsal edə bilər.

Bütün canlılar, doğulduqları andan etibarən ehtiyac duyacaqları sistemləriylə birlikdə yaradılarlar. Bu canlıların təsadüf nəticəsində, daha əvvəl görmədikləri bir mühitlə tam bir uyğunluq içində olmaları qeyri-mümkündür. Canlıları sahib olduqları mükəmməl sistemlərlə birlikdə yaradan, bütün varlıqların məlumatına sahib olan onları yoxdan var edən Uca Rəbbimiz Allahdır. Rəbbimiz yaratdıqlarına "…Şəfqətlidir, Rəhmlidir"dir. (Bəqərə surəsi, 143)

Tropik bir şirin su balığı olan elektrikli pişik balığı 450 voltluq elektrik istehsal edə bilər. Bədənindəki bu elektriki yalnız bir təhlükə vaxtında və ya ovlanmaq istədikdə istifadə edər. Digər vaxtlarda bu şiddətli axın, daim nəzarət altındadır. Bütün varlıqlara olduğu kimi bu canlılara aid sistemləri də aləmlərin Rəbbi olan Allah yaradır və hər şey hər an Onun nəzarəti altındadır.

Elektriklə Görən Amazon Bıçaq Balıqları

Amazon bıçaq balıqları təxminən 2 metr uzunluğunda, quyruq və kürək üzgəcləri olmayan balıqlardır. Onun əvəzinə bədənlərinin alt hissəsindəki, o başdan bu başa uzanan üzgəclərini dalğalandıraraq özlərini irəli-geri itələyərlər. Bu üzgəclərindəki elektrik orqanları, zəif voltlu lakin tezliyi yüksək olan siqnallar yayarlar. Yalnız 3-10 voltluq cərəyanlardan saniyədə 300 dəfə göndərərək, ətraflarında güclü bir elektrik sahəsi meydana gətirərlər. (174)

Bu balıqların ən maraqlı xüsusiyyətləri ətrafdakı təzyiq dəyişikliklərini hiss edərək görmələrinə kömək edən yan xətlərdir. Yan tərəflərindəki bu üfüqi xətt, əslində minlərlə hüceyrədən təşkil olunan elektrik istehsal edən bir orqandır. Suyun içində hər iki istiqamətə tərəf yayılan elektrik siqnalları, qarşılarına çıxan obyektlərlə toqquşaraq sürətlə geri qayıdarlar. Geri əks olunan bu siqnallar, balığın dərisinin içindəki, digər qəbuledici hüceyrələr tərəfindən qəbul edilərlər. Balığın bədənindəki bu elektrik qəbulediciləri, azan siqnalları qiymətləndirərək, ətraf mühitin elektrik şablonunu əmələ gətirərlər. Qəbuledicilər beyində, gözə aid sinirlərlə eyni yerdə birləşirlər; buna görə də balıq bu elektrik şablonlarından görmə hissi olaraq faydalanar. Ətrafındakı dəyişiklikləri bu şəkildə hiss edən balıq, fövqəladə bir sürətlə qaça bilər və arxasındakı cisimlərdən də ən azı qarşısındakı cisimlərdən olduğu qədər xəbərdar ola bilər.

Amazon bıçaq balıqlarının üzgəclərindəki elektrik orqanları, zəif voltlu lakin tezliyi yüksək siqnallar yayarlar. Göndərilən elektrik siqnalları, qarşılarına çıxan obyektlərə dəyib geri qayıdar. Geri əks olunan siqnallar elektrik qəbuledici hüceyrələr tərəfindən qəbul edilər. Gələn bu siqnallar sanki balığın görmə orqanı kimi funksiya yerinə yetirər. Təhlükələri bu cür hiss edən balıq fövqəladə sürətlə qaça bilər və arxasındakı cisimlərdən də ən azı qarşısındakı cisimlər qədər xəbərdar ola bilər.

Bir çoxu, 50 hers qədər bir tezlikdə titrəyişli dalğalar əmələ gətirərək bunu heç bir problem yaşamadan həyata keçirir. Bu, evlərdəki şəbəkədən gələn elektrik tezliyi ilə eynidir. Növdən asılı olaraq dəyişən tezlik miqdarı, bəzilərində 2000 hersə çata bilər.(175) Miqdarı nə qədər olursa olsun, bütün bu balıqlar əmələ gətirdikləri elektrik sahələriylə, ovlarının və düşmənlərinin yerini mükəmməl şəkildə müəyyənləşdirə bilərlər. Şübhəsiz ki, bu sistem, təkamülçülərin səthi və aldadıcı izahlarındakı kimi təsadüfi proseslərlə izah oluna bilməz. Çünki ortada insanın bilik və bacarığından yüksək səviyyəli, üstün bir texnoloji sistem mövcuddur. Təkamülçü bioloq Riçard Doukins, insanın elektrikli balıqlar qarşısındakı məlumatsızlığını belə izah edir:

İstifadə etdikləri fiziki prinsip bizim başa düşməyimiz üçün çox yaddır. Bir əks-sədanın nə olduğu haqqında təsəvvürümüz var, amma bir elektrik sahəsiylə hiss etməyin nə olduğunu bilmirik. Bir neçə əsr əvvələ qədər elektrikin varlığından belə xəbərimiz yoxdu.(176)

Burada ifadə edilən məqam olduqca əhəmiyyətlidir. İnsan bir neçə əsr əvvələ qədər elektrikdən belə xəbəri olmadığı halda, elektrikli balıqlar milyonlarla ildir ki, bu istehsalı həyata keçirirlər. Darvinizmə möhkəm şəkildə bağlı bir ateistin aydın şəkildə ifadə etdiyi bu həqiqət, canlılardakı mükəmməl sistemlərin təsadüfi proseslərlə izah edilə bilməyəcəyini də yenə çox əhəmiyyətli bir dəlil olaraq ortaya qoyur.

Məşhur fizik və yazıçı Prof. Pol Deyvis də təsadüf iddialarına qarşı bu cavabı verir:

Əgər təbiətin dərinliklərində baş verən hadisələrin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu hadisələrin yalnız bir qəza, ixtiyari bir təsadüf nəticəsində baş verdiyini necə düşünə bilərik? (177)

Bunun cavabı əslində çox aydındır: Allahın varlığını, birliyini qəbul etmək istəməyənlər, qəribə bir şəkildə baş verməsi qeyri-mümkün olan hər şeyə inanmağı gözə alırlar. Həqiqətlər qarşısında müqavimət göstərənlərin bu vəziyyətləriylə əlaqədar olaraqsa, Quranda belə xəbər verilir:

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Fasiləsiz Elektrik Istehsal Edən Xəyali Bıçaq Balıqları

Orta və Cənubi Amerikadakı göllərdə yaşayan xəyali balıqların təxminən 50 növü vardır. Həm irəliyə, həm də geriyə doğru üzə bilən bu balıqlara, yanları düz, uzun, bıçaq bənzəri görünüşlərindən ötrü, xəyali bıçaq balıqları da deyilir. Xəyali bıçaq balıqları yaxınlıqdakı obyektlərin yerini müəyyənləşdirmək üçün, zəif gərginlikli elektrik istehsal edə bilərlər. Gecələri ovlanan bu balıqlar, ətraf mühiti analiz etmək üçün, təxminən 1 kilohers tezliyə qədər (saniyədə 1000-ə çatan) siqnallar göndərirlər. Lakin siqnalların tezliyi və forması, suyun bulanıqlığına görə dəyişər. (178)

Öz varlığından xəbərsiz, ətraf mühiti elektrik siqnallarıyla görən bu canlının yaradılışında bir məqsəd vardır. Kainatdakı trilyonlarla incəlik kimi, bu canlının xüsusiyyətləri də, insanın, hər şeyin Yaradıcısı olan Uca Rəbbimizi təqdir etməsi üçün yaradılmışdır.

Quranda bəzi insanların "Allahı layiqincə qiymətləndirmədilər" (Ənam surəsi, 91) ancaq bəzi insanların da nümunəvi müsəlman rəftarı olaraq "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir" "göylərin və yerin yaradılması haqqında düşünür""Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran surəsi, 191) dedikləri bildirilir.

Şəkildə görülən qara rəngli xəyali bıçaq balığı 1 voltdan aşağı elektrik siqnalı istehsal edər. Bu aşağı volt, balığın həm əlaqə yaratması, həm də gedəcəyi istiqaməti müəyyənləşdirməsi üçün əhəmiyyətlidir. Bu kiçik balığı yaradan Allahdır. Möhtəşəm bir sistemlə onu təchiz edən Allahdır. Bu canlı, həyatının hər anında Uca Rəbbimizin qoruması və himayəsi altındadır. Məhz buna görə də bütün sistemləri və yaşayış mühiti, canlının ən mükəmməl şəkildə yaşayacağı kimi yaradılmışdır.

Darvinistlərin Çıxılmaz Vəziyyəti: Elektrikli Balıqlar

Elektrikli balıqlar darvinistləri çıxılmaz vəziyyətə qoyan dəniz altı canlı qruplarının ilkidir. Bu hissədə qeyd olunan bəzi nümunələrdə də görüldüyü kimi yer üzündəki sularda, bir-birlərindən çox fərqli quruluşlara sahib elektrikli canlılar mövcuddur. Bu fərqlər elə dərindir ki, darvinistlər, öz saxta nəzəriyyələrinə görə bu canlıları bir-birləriylə əlaqələndirə bilmir, bu fövqəladə mexanizmin sistemini heç bir şəkildə izah edə bilmirlər.

Necə ki, elektrikli balıqlar mövzusu, nəzəriyyənin sahibi olan Darvini də bəzi etiraflar etməyə məcbur etmişdir. Darvin, Növlərin Mənşəyi (The Origin of Species) adlı kitabının "Nəzəriyyənin çətinlikləri" başlıqlı hissəsində, elektrikli balıqları təkamüllə izah etməyin qeyri-mümkün olduğuna belə toxunmuşdur:

Balıqların elektrik orqanları da çətinliklə xarakterizə edilə biləcək başqa bir nümunədir. Çünki bu xariqüladə orqanların hansı mərhələlərlə əmələ gəldiklərini başa düşmək qeyri-mümkün görünür. Lakin bu təəccüblü deyil, çünki nə işə yaradıqlarını belə bilmirik... Elektrikli orqanlar, xeyli ciddi başqa bir çətinlik də yaradır; bunların bəzisi (guya) qəbilələrindən olduqca fərqli olan, demək olar bir çox balıqda əmələ gəlir.(179)

Darvinin nəzəriyyəsi üçün çətinlik kimi göstərdiyi bu vəziyyət, əslində növlərin bir-birlərindən ayrı bir şəkildə yaradıldıqlarının aydın bir dəlilidir. Balıqlardakı elektrikli orqanların bir-birləriylə əlaqə yaradıla bilməyən, çox sayda növdə müşahidə olunmasını təkamüllə izah edə bilməyən Darvinin, bu mövzudakı ifadələrinin digər bir hissəsi də belədir:

Bir orqan, xüsusilə bir-birlərindən çox fərqli həyat vərdişləri olan eyni sinfin bir neçə üzvündə mövcud olarsa, bizlər, ümumiyyətlə, bu orqanların varlığını ortaq bir atadan varislik yoluyla nəql olunduğunu deyərik... Buna görə də əgər bu elektrikli orqanlar ibtidai bir atadan nəql olunubsa, bütün elektrikli balıqların bir-birləriylə xüsusiylə də qohum olmalarını gözləyərdik, lakin vəziyyət heç də belə deyil... Bu xüsusiyyəti daha yaxından araşdırdığımız təqdirdə, elektrikli orqanlara sahib balıqlarda bunların bədənlərinin müxtəlif yerlərinə yerləşdirildiyini, zirehlərinin tənzimlənməsində və Paciniyə görə elektrikin aktivləşdirilməsi müddətində quruluş etibariylə fərqlilik göstərdiklərini və son olaraq ayrı mənbələrdən sinirlərlə qidalandığı görürük, bəlkə də bütün bu fərqliliklər içərisində ən əhəmiyyətlisi budur.(180)

Burada bunu xatırlatmaq lazımdır: Darvin bu izahları və araşdırmaları apardığı dövrdə hüceyrənin nəyə bənzədiyini belə bilmirdi. Buna görə də bir elektrikli orqanın necə bir zülal sisteminə sahib olduğu və bu xüsusi zülalların necə eyni vaxtda və mükəmməl bir mexanizmlə işlədiyi haqqında da heç bir fikri yox idi. Əslində bütün bunlar bir yana, Darvinin, zülalın varlığından belə xəbəri yox idi. Nəzəriyyəsi üçün ən böyük çətinliyin əslində tək bir zülal olduğunu da, şübhəsiz ki, bilmirdi. Əlbəttə ki, tək bir zülal ilə təkamül yalanının çöküb aradan qalxacağını, tək bir zülalın bütün tezislərini tamamilə yox edəcəyini bilmirdi.

Darvinistlər Tək Bir Zülalın Əmələ Gəlməsini Izah Etməkdə Belə Acizdirlər

1. Sürət müəyyənləşdirən nüvə
2. Elektrik orqanı
3. Pasif Zar

4. Aktiv pərdə
5. Passiv pərdə
6. Onurğa mühərrik siniri

Dənizdə yaşayan bir canlının bədənindəki kiçik bir orqan, insanları heyrətləndirən, o canlının yaşaması üçün isə olduqca vacib olan bir funksiya yerinə yetirir. Canlının bədənində belə güclü elektrik saxlaması, bunu istehsal edəcək orqanlara sahib olması və bunu nəzarətli şəkildə istifadə etməsi böyük bir möcüzədir. Elektrikli balıqlar, Darvinin ən böyük müəmmalarından biridir.

Darvin, elektrikli balıqlarla əlaqədar ən böyük çətinliyin, fərqli növlərdə ortaya çıxmış eyni xüsusiyyətlər olduğunu zənn edirdi. Şübhəsiz ki, elektrikli balıqlarla əlaqədar bu həqiqət, nəzəriyyə üçün həqiqətən də böyük bir çıxılmaz vəziyyət idi. Lakin nəzəriyyənin bütün iddialarını tamamilə yox edəcək həqiqət, bu balığın elektrik orqanında elektrik əmələ gətirən və ya başqa bir quruluşda mövcud olan tək bir zülalın belə əmələ gəlməsinin darvinistlər tərəfindən izah edilə bilməməsi və izah edilə bilməyəcək olmasıdır.

Darvinin açıq şəkildə "çətinlik" olaraq izah etdiyi bu vəziyyət, əslində təkamül nəzəriyyəsini zorla qəbul etdirmə səyindən qaynaqlanır. Çünki elm təkamül nəzəriyyəsinin əksi istiqamətində dəlillər təqdim etdiyi halda, darvinistlər, xəyali ailə ağacını zorla bu canlılarla uyğunlaşdırmağa çalışırlar. Ancaq elektrikli balıqların, ortaq xüsusiyyətinin elektrikdən istifadə etmələri olmasına baxmayaraq, bir-birlərindən olduqca fərqli anatomik xüsusiyyətlərə sahibdirlər. Bu istiqamətləriylə təkamülçülərin xəyali ailə ağacı bəyanatlarını yox edərək, təkamül nəzəriyyəsi üçün başlı-başına bir çıxılmaz vəziyyət meydana gətirirlər. Məsələn, Cənubi Amerika elektrik balığı və Afrika elektrik balığı, öz ətraflarında meydana gətirdikləri elektrik sahələrinin azmasını hesablayaraq, qaranlıq sularda görüş məsafələrini artıra bilərlər. Ancaq hər iki qrup balığın da elektrostatik görmə sistemləri arasında, darvinistlər xəyali bir təkamül əlaqəsi qura bilməzlər. Elektrikli ilan balıqlarında, torpedo balıqlarında, iynəli skatlarda və elektrik pişik balığında isə ovlarını öldürmək üçün yüksək gərginlikli generator mövcuddur. Təkamülçülər bu elektrik orqanlarının da hər bir balıq qrupunda bir-birlərindən ayrı bir şəkildə əmələ gəldiyini qəbul etmək məcburiyyətində qalmışdırlar.(181)

Ohio Əyalət Universitetinin Beyin Elmləri şöbəsindən Prof. Hovard C. Hyuz, təkamül nəzəriyyəsinin qarşısındakı bu aradan qaldırılması qeyri-mümkün olan maneəni belə təsvir edir:

Çarlz Darvin balıqlardakı elektrik orqanlarının varlığından ötrü təbii seleksiya nəzəriyyəsinin nəticələri haqqında narahatlıq hissi keçirirdi, çünki bunlar digər orqanlardan keçid olmayan orqanlar idi: ya da daha yaxşısı, balıqlardakı elektrik orqanlarının keçid formaları gözlənilməz bir şəkildə göstərilsə də, həqiqətən yeni bir orqan görünüşündə, dəyişmiş bir orqan kimi deyil. (182)

Bütün bu ifadələr darvinistlərin həqiqətlər qarşısında nə qədər müqavimət göstərdiklərinin bir göstəricisidir. Çünki Darvin və tərəfdarları, canlıların fərqli növlər olaraq ayrı-ayrı və mükəmməl hallarıyla yaradıldıqlarını qəbul etmək istəməzlər. Buna görə də təkamül nəzəriyyəsinə kor-koranə bir bağlılıq göstərərək, təsadüflərin müəyyən bir yolla müxtəlif canlılarda eyni mükəmməl sistemi qüsursuz olaraq əmələ gətirdiyini müdafiə edirlər. Hələ tək bir canlı növündəki elektrik orqanının necə əmələ gəldiyini izah edə bilmədikləri halda, hətta bu xüsusi sistemin tək bir zülalını belə izah edə bilməzkən, bu xüsusi və mürəkkəb sistemə çox müxtəlif canlılarda rast gəlinməsi, saxta darvinist ssenarilərlə qətiyyən uyğunlaşdırıla bilmir. Məsələn, bəzi balıq növlərinin bədənlərinin müxtəlif yerlərində, birdən çox elektrik orqanının olması; bəzisində fərqli əzələ toxumasının, bəzisində fərqli sinir hüceyrələrinin olması kimi təfərrüatlar da təkamül ssenarilərinə uyğunlaşdırıla bilməyən digər maneələrdir.(183) Buna görə də darvinistlər, göstərilən bu fövqəladə mürəkkəblikdən ötrü, nəinki bu möhtəşəm strukturların təfərrüatlarını izah edə bilmir, bu mövzuda saxta bir ssenari belə uydura bilmirlər.

Darvinin Dövründəki Cəhalət Və Dövrümüzdəki Darvinistlərin Şok Edici Vəziyyəti

Bioelektrikin varlığı Nil çayında yaşayan elektrik keçirən balıqların varlığından ötrü qədim dövrlərdən bəri məlum idi. 18-ci əsrdə Galvani və Voltanın, qurbağalarda və digər heyvanlarda əzələ sıxılmasıyla elektrik arasındakı əlaqəni aşkar edən təcrübələri, bu istiqamətdəki məlumatların artmasına səbəb olmuşdur. Lakin elektrikli balıqların həyatı haqqında daha dəqiq məlumatlar, ancaq Darvindən 1 əsr qədər sonra əldə edilə bildi. Kembric Universitetində İngilis zooloq Hans Werner Lissman, 20-ci əsrin ikinci yarısında elektrik hiss etmə xüsusiyyətini ilk aşkar edən adam olaraq tanınır. Darvindən 100 il sonra Lissman bu elektrikli orqanlar üçün, " təkamül tarixləri... hələ də qaneedici bir cavab gözləyir" (184) deyə bildirir. O vaxtdan bu vaxta qədər bu saxta "təkamül tarixi" cavabsız qalmışdır, çünki canlıların tamamilə böyük bir saxtakarlığa əsaslanan belə bir təkamül tarixləri yoxdur.

Zəif elektrik cərəyanının məqsədi və faydası, Darvinin dövründə hökm sürən cəhalətdən ötrü başa düşülə bilməmişdir. 1950-ci illərə gəldikdə belə, zəif elektrik cərəyanlarının əhəmiyyəti hələ də müəyyənləşdirilə bilməmişdir. Daha əvvəl Darvinin ifadələrindən də başa düşdüyümüz kimi, canlılardakı qeyd olunan sistemlərin hamısının faydasız olduğu və heç bir funksiya yerinə yetirmədiyi zənn edilirdi. Darvinin dövründə hökm sürən cəhalətdən ötrü, təkamül iddiaları əsla izah edilə bilməyəcək möhtəşəm mürəkkəblikdəki strukturlar, təkamülçülər tərəfindən qısaca faydasız olaraq qəbul edilir və beləliklə də, təkamül üçün baş ağradıcı bir çətinlik olmaqdan çıxırdı. Bu baxımdan qiymətləndirdikdə dövrümüzdəki darvinistlərin vəziyyəti insanları Darvindən daha çox şok edir. Çünki onlar, canlı quruluşlarındakı mürəkkəblikləri və faydaları çox yaxşı bildikləri halda, Darvinlə eyni yanılmanı müdafiə edirlər.

Necə ki, bütün digər strukturlarda olduğu kimi, Darvinin faydasız olaraq gördüyü zəif elektrik cərəyanının da, sonrakı illərdə olduqca mürəkkəb bir cəhət təyin etmə sistemi üçün istifadə edildiyi, bir hiss olaraq funksiyaya və qabaqcıl texnologiya məhsulu bir iş prinsipinə sahib olduğu aydın oldu. Prof. Hovard Hyuz, zəif elektrik orqanlarının təkamül nəzəriyyəsini necə çıxılmaz vəziyyətdə qoyduğunu Sensory Exotica (qeyri-adi hisslər) adlı kitabında belə ifadə edir:

Bir-biriylə yaxından əlaqəli görünməyən növlərdə zəif elektrik orqanlarının olması, xüsusiylə də Çarlz Darvini narahat edən bir mövzu idi. Təkamül nəzəriyyəsi üçün bu mövzunu tamamilə bir problem olaraq görürdü. Bəs problem haradan qaynaqlanırdı? Bəli, əslində iki ayrı problemdən söhbət gedirdi. Birincisi, zəif elektrik cərəyanının çox aydın bir şəkildə faydasız olması idi. Halbuki güclü bir elektrik boşalması, əlbəttə ki, təkamül nəzəriyyəsi üçün böyük bir üstünlük təmin edəcəkdi. Bu vəziyyətdə nə cür aradan götürülmə prosesi, göstərdiyi təsiri hiss edilə bilməyəcək səviyyədə zəif bir elektrik cərəyanı istehsal edən bir orqanın təkamül keçirməsinə səbəb olmuş ola bilərdi? Necə də olsa, Darvinin təkamül nəzəriyyəsinin əsas prinsiplərindən biri dünyanın çətin bir mübarizə meydanı olduğu və ancaq ətraf mühitə ən yaxşı adaptasiya olmuş, ən "münasib" olanların yaşaya biləcəyi və beləliklə də, "həyat mübarizəsində əlverişli irqlərin" yaşaya biləcəyi iddiaları idi. Anatomiyaya aid bütün xüsusiyyətlərin və xüsusi bacarıqların yaranmalarının arxasında buna bənzər bir səbəb, bir məqsəd axtarmalıydı. Buna bənzər "zəif" bir elektrik orqan isə müəmmalı idi... Güclü elektrik cərəyanı istehsal edən növlərdəki bu orqanların müdafiə vəzifəsi yerinə yetirdiyini dedi, lakin bu problem üzərində düşünən hər kəs kimi Darvin də zəif elektrik cərəyanı istehsal edən növlərin varlığından ötrü yanılmışdı." (185)

Həqiqətdə Darvinin üzləşdiyi çətinliklər sonsuz saydadır. Xüsusilə də elmin inkişafı və kəşflərin artmasıyla dövrümüzdəki darvinistlərin üz-üzə gəldiyi çətinliklər isə içindən çıxılmaz vəziyyətdədir. Çünki dəniz altındakı hər canlı, qüsursuzca yaradıldıqlarını göstərən göz qamaşdırıcı xüsusiyyətlərlə təchiz edilmişdir. Balığın elektrik enerjisi istehsal etməsi, bunu silah kimi istifadə etməsi ya da bundan bir hissiyyat vasitəsi kimi faydalanması, həqiqətən böyük bir yaradılış möcüzəsidir. Beyin və sinir sistemiylə birlikdə funksiya yerinə yetirə bilən elektrik qəbulu, bir-biriylə bağlı mürəkkəb bir nizam tələb edir. Buna görə də bu sistemin mənşəyini "mərhələli şəkildə" inkişaflarla izah etmək qeyri-mümkündür. Çünki balığın elektrik sistemi bütün parçalarıyla əmələ gəlib, tam olaraq işləmədiyi müddətcə, ona heç bir üstünlük verməyəcək və hətta bəlkə də özü üçün də zərərli olacaq. Digər bir sözlə, bu sistemin hər hissəsi eyni anda qüsursuz bir şəkildə əmələ gəldiyi və mükəmməl çalışdığı müddətcə faydalı olacaq.

Şübhəsiz ki, bir yerdə planlı bir quruluş, bir əsər varsa, bu əsəri əmələ gətirənin varlığından həmişə əmin olarıq. Ancaq, darvinistlər bu aydın həqiqəti qəbul etmək istəmədiklərinə görə hər şeyin özbaşına ixtiyari təsadüflər nəticəsində meydana gəldiyi kimi olduqca cəfəng və elmə zidd bir iddianı irəli sürməkdən çəkinməzlər. Çünki onların məqsədi, hər şeyin Yaradıcısı olan Uca Rəbbimizin Uca və mütləq varlığını inkar edə bilmək, elmin arxasına sığınaraq öz azğın sistemlərini insanlar arasında yaya bilməkdir. Halbuki darvinizm, elmlə heç bir əlaqəsi olmayan, elmin bütün sahələrinin qəti olaraq rədd etdiyi, təsadüfləri saxta məbud qəbul etmiş tarixin ən böyük kütləvi yalanıdır. (Allahı tənzih edirik).

Belə üstün qabiliyyətlərə sahib olaraq yaradılan bu balıqlara baxıb, onların təsadüf nəticəsində əmələ gəldiklərini demək ilk növbədə ağıl və məntiqlə ziddiyyət təşkil edər. Bu və buna bənzər dünyagörüşünə sahib kəslərin vəziyyəti Quranda "Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər..." (Nəml surəsi, 14) ayəsiylə bildirilir.

 

Qeydlər

146 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 17.

147 http://www.chm.bris.ac.uk/webprojects2001/riis/electriceels.htm

148 Bilim ve Teknik Dergisi, Say:207, Şubat 1985, s. 3; Walter Metzner.

149 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 19-20.

150 http://sciencenow.sciencemag.org/cgi/content/full/2004/505/2; "Electric Sense Sharper Than Thought", 5 Mayıs 2004

151 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 253.

152 Marie-Sophie Germain, Science et Vie, No: 966, Mart 1998, s. 85-89

153 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 17.

154 Daniel Pauly, Darwin's Fishes: An Encyclopedia of Ichthyology, Ecology and Evolution, Cambridge University Press, 2004, s. 68.

155 75 "Kirliliğe Balık Dedektörü", Science'den çev. : Mustafa Öztürk, Bilim ve Teknik, Şubat 1991 sf. 43.

156 http://sci.ege.edu.tr/~sukatar/Electrophorus%20electricus.htm

157 "Electric Eel." Encyclopedia Britannica. Britannica. 1997: 426.

158 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 20.

159 John Downer, Supersense: Perception in the Animal World, Henry Holt&Comp., New York, 1989, s. 32.

160 http://sci.ege.edu.tr/~sukatar/Electrophorus%20electricus.htm

161 Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1995, s. 474.

162 Supernature, The Unseen Powers of Animals, John Downer, Sterling Publishing Company, New York, 1999, s. 20.

163 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 236.

164 John Downer, Supersense: Perception in the Animal World, Henry Holt&Comp., New York, 1989, s. 32.

165 http://www.elasmo-research.org/education/topics/p_batteries.htm; Diver Magazine, April 1995

166 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 20.

167 International Wildlife Encyc., Volume 21, s. 2382

168 John Downer, Weird Nature, Firefly Books, London, 2002, s. 74.

169 John Downer, Supernature The Unseen Power of Animals, Sterling Publishing Co., Inc., New York, 1999, s. 17.

170 Üner Beköz, Ömer Baklavacı, Figen Sarıgül, Sualtı Teorisi, TurkDive, Dalış ve Deniz Araştırmaları Merkezi, 2001, 2. baskı, s. 5-50.

171 Peter Taylor, "Phantoms of the Deep", Aug/Sep 2001, vol. 39 no. 4; http://www.nwf.org/nationalwildlife/article.cfm?issueID=37&articleID=388

172 Charles Darwin, Türlerin Kökeni, Çev: Orhan Tuncay, Gün Yayıncılık, İstanbul, 2003, s. 205.

173 John Downer, Supersense: Perception in the Animal World, Henry Holt&Comp., New York, 1989, s. 32.

174 David Attenborough, The Trials of Life, William Collins Sons & Co. Ltd, London, 1990, s. 117.

175 John Downer, Supersense: Perception in the Animal World, Henry Holt&Comp., New York, 1989, s. 32.

176 Richard Dawkins, The Blind Watchmaker, W.W. Norton & Company, New York, 1996, s. 97.

177 Paul Davies, Superforce, Simon and Schuster, New York, 1984, s. 243.

178 Science et Vie N 944 Mayıs 96 page 32

179 Daniel Pauly, Darwin's Fishes: An Encyclopedia of Ichthyology, Ecology and Evolution, Cambridge University Press, 2004, s. 66.

180 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 207; [Charles Darwin, Origin of Species, s. 79].

181 Lee M.Spetner, Not By Chance, The Judaica Press Inc, New York, 1998, s. 111; Richard Dawkins, The Blind Watchmaker, W.W. Norton & Company, New York, 1996, s. 97.

182 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 207.

183 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 232.

184 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 207-208. (Lissman, 1958, s.156)

185 Howard C. Hughes, Sensory Exotica, Bradford Book, MIT Press, İngiltere, 2001, s. 206.

9 / total 11
"Harun Yəhyanın Dəniz Altındakı Möhtəşəm Dünya kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top