< <
1 / total: 8

Ön Söz: Yanlış Bilinən İslam

"Ya mənim dinimə dön, ya da öl!" – bu, xurafatçıların şüarıdır. Xurafat dinində demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, fədakarlıq və s. kimi anlayışlar yoxdur. Bəzi insanlar xurafatın və bundan irəli gələn radikalizmin hər hansı bir haqq dinin tərkibində olduğunu zənn edirlər. Halbuki xurafatın özü ayrıca bir dindir. Hər düşüncədə xurafat dininin təmsilçiləri vardır. İslam, musəvilik və xristianlıq dinlərində olduğu kimi, marksizm, faşizm və ateizmdə də xurafatçılar çoxdur. Onların hamısı eyni batil dini müdafiə edirlər: "sənin fikrini qəbul etmirəm, ya mənim fikrimi qəbul et, ya da məhv ol get!"

Kuran okuyan kız

KUR’AN-I KERİM VE TÜRKÇE ANLAMI

Xüsusilə son dövrlərdə bu azğın din ən çox İslam dini kimi tanınmağa başlanmışdır. Bir çoxları xurafata İslam adını qoyublar və bu dinə qarşı münasibətlərini İslama yönəldiblər. Belə ki, İbrahimi din qorxu kəlməsi ilə birlikdə anılmağa başlamışdır. Dünyanın hər yerində islamofobiyadan danışırlar. İnsanlar qorxularının İslamdan deyil, xurafatdan qaynaqlandığını anlamırlar. Xurafatçıların qurduqları dinin İslam adından ortaya çıxdığını görmürlər. Çünki heç kim İslam dininin belə olmadığından bəhs etmir. İslam adından ortaya çıxan radikallar da, onlardan qorxanlar da həqiqi İslamın bu sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını göstərmirlər. İslamçı radikallar bütün dünyaya, ən çox isə müsəlmanlara zərər verməyə davam edirlər.

Tolerantlıq anlayışı da buna görə ortaya atılmışdır. Sanki həm vəhşiliyə əsaslanan, həm də tolerant olan İslam modeli varmış kimi, radikalizmə qarşı çıxan dindarlar tolerant müsəlmanlar kimi tanınmağa başladı. İslam əleyhdarları tolerant dini müdafiə edənləri təqdir etdilər, lakin onların radikallara nisbətən çox zəif olduqlarının şahidi oldular. Elə zənn etdilər ki, bir qisim sülh tərəfdarı olan insanlar vəhşilik dinini yumşaltmağa çalışırlar (İslamı tənzih edirik). Hətta buna İslamda islahat deməyə başladılar və tolerant dindarları da islahatçı adlandırdılar. Halbuki bunun islahat deyil, gerçək İslam olduğunu göstərən olmadı. İslam əleyhdarları islahatçıları tərifləsələr də, radikalların şiddət əməllərinə və onların İslamı təmsil etdiklərinə daha çox inandılar.

islamofobi

İslamofobyanın temel sebeplerinden biri radikalizmdir. Radikalizmi İslam zannedenler, İslam'a cephe alarak aslında en büyük hatayı yaparlar ve radikalizmin yegane çözümüyle mücadele içine girmiş olurlar.

Sülhsevər müsəlmanlar İslam dinini yumşaltmağa, islah etməyə və ya tolerant hala gətirməyə çalışmırlar. Sülhsevər müsəlmanlar olaraq əsas məqsədimiz illərdir İslam adı altında dünyaya yayılan yalanı yox etməkdir. Buna görə də uzun illər boyu İslam adından təmsil edilən radikalizmi, fanatizmi və xurafatı ortadan qaldırmağa çalışırıq və Qurandan dəlillər gətirməklə İslamın həqiqətini göstəririk. Bununla da indiyə kimi xurafatçılar tərəfindən İslama atılan ən böyük iftiraya son verməyi düşünürük.

Bu kitabda radikalizmə qarşı tənqidləri ilə önə çıxan bəzi qərbli İslam əleyhdarlarının iddialarına və xurafatçıların qorxunc məntiqlərinə cavablar verilir. Eyni zamanda həmin saxta dinin müxtəlif qaynaqlarındakı iddialarının əsassızlığı Qurandan nümunələr göstərilməklə izah olunur. Xüsusilə bu iddialara qarşı çalışma işlərinin görülməsinin səbəbi odur ki, İslama atılan iftiraların hamısı bir-biri ilə bənzərlik təşkil edir və radikalizm özü yanlışlıqla İslam dini zənn edilir. Odur ki, məqsədimiz İslam dini haqqında yanlış bilinənləri Qurandan dəlillər gətirməklə açıqlamaq və bunları ortadan qaldırmaqdır.

Xurafatçıların problemi odur ki, onlar dini xurafatdan öyrənirlər. Belə ki, xurafatçıların saxta dinini tənqid edənlər də bəzən onlar qədər radikal davranır və xurafatçıların inancına onlar qədər inanırlar. Biz Qurandan dəlil gətirdikcə onlar xurafatçıların inancından sübut gətirməyə çalışırlar. Baxın, elə ən böyük xətaya da burada yol verirlər. Əgər gerçək İslamı tanıyıb xurafatçılıq problemini həll etmək istəyirlərsə, burda izah olunanları diqqətlə oxumalıdırlar. Əgər bunu etməsələr, radikalizm böyük bəla kimi dünyanı bürüməyə davam edəcək.

 

1 / total 8
"Harun Yəhyanın Qaranlıq Təhlükə: Xurafat kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com