< <
2 / total: 8

1-ci Hissə: İslamı Vəhşilik Dini Kimi Göstərənlərin Yanlış İstifadə Etdikləri İki Əsas Anlayış: Şəriət və Cihad

kenar süsü

Allah bir ayədə Quranı belə təsvir edir:

... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Allahın ayədə açıq şəkildə bildirdiyi kimi, hər şeyi müfəssəl izah edən Quranı xurafatçılar əsla kifayət hesab etməyiblər. Çünki onlar Quranın göstərdiyi yolu öz batil dini inanclarına uyğun görmürlər. Elə buna görə də tarix boyu bir çoxları iddia ediblər ki, Quranın hökmləri kafi deyil və şərhə ehtiyacı var (Quranı tənzih edirik). Buradan da belə bir fikir formalaşdırıblar ki, Quranı yalnız hədislər vasitəsilə anlamaq mümkündür.

Belə bir açıqlama verək: hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bir qismi səhihdir, yəni Peyğəmbərin dediyi həqiqi sözlərdir. Bir qismi zamanla uydurulmuş, bir qisminin isə mənası dəyişdirilmişdir. Bir hədisin, həqiqətən, Peyğəmbərimizin sözü və ya əməli olduğunu anlamağın iki yolu var: Quranla üst-üstə düşməsi və gerçəkləşməsi. Qurana zidd olan söz və ya əməlin Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək isə birbaşa ona böhtan atmaq deməkdir. Çünki Peyğəmbərimiz (səv) yalnız Qurana tabe olmuşdur.

Quranı ancaq hədislərlə anlamaq məntiqi İslam dünyasına böyük zərərlər vermişdir. Çünki bu məntiqlə hərəkət edən müsəlmanların çoxu din adından uydurulan hədislərə tabe olmağa başlamışdılar. Hətta müəyyən müddət sonra Quranı kənara qoyub ancaq həmin hədisləri dinlərinin qaynağına çevirmişdilər. Uydurma hədislər Quran ayələrinə uyğun gəlməyəndə isə o hədislərin ayələrin hökmlərini nəsh etdiyini (hökmdən qaldırdığını) deməyə belə cürət etmişdilər. Beləliklə, yüzlərlə uydurma hədisdən qaynaqlanan müxtəlif dinlər inkişaf etmiş, İslam dinində bir çox mövzuda bir-birindən fərqlənən dörd ayrı məzhəb ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, fəqət hamısı fərqli şeyləri müdafiə etmişdilər. Hətta bir-birilərinin dindən çıxdığını belə düşünmüşdülər. İslam alimlərinin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quran'da uca Allah'a belə şikayət edir:

Peyğəmbər: "Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!"– deyəcək. (Furqan surəsi, 30)

Həqiqətən də, bu gün Quranı bir kənara qoymaq İslam aləminin böyük hissəsinin əsas problemidir.

Quran tərk edildikdən sonra sıra icmaya gəldi (icma hər hansı dövrdə yaşayan din böyüklərinin qiyasa, yəni müqayisəli dəlillərə əsaslanaraq verdikləri şəriət hökmləridir). Həmin adamlar Qurana tabe olmadıqlarına görə minlərlə hədisin içində çaşbaş qalıb bu dəfə belə qənaətə gəldilər ki, hökmləri nə Quran açıqlaya bilir, nə də hədislər. Bundan sonra isə özləri İslam adından qanunlar çıxarmağa başladılar. Məzhəblər bir-birinə zidd olduğu halda, bu dəfə məzhəblərin içindəki icmalar fərqliləşməyə başladı. Hər din böyüyünün öz izahı hökm kimi qəbul edildi və hər camaat fərqli yöndəmləri əsas aldı. Bu minvalla böyük İslam cəmiyyəti məzhəblərə, siniflərə və sonda isə kiçik qruplara bölünməyə başladı. Quranı isə öz qabında bəzək əşyası kimi divardan asdılar. Bütün bu proseslərdən sonra İslam cəmiyyətlərinin böyük qismi Quran'ı tərk etdi.

icma

İslam aleminin büyük bir kısmının sorunu bugün, Kuran'ı terk edilmiş bırakmalarıdır. Her "din büyüğü" olarak nitelendirilen kişinin kendi yorumu hüküm kabul edilmiş, dolayısıyla her cemaat farklı bir uygulamayı esas almıştır.

İslam əleyhdarlarının bir qisminə nəzər salsaq, görərik ki, onların da problemləri xurafatçılarla eynidir. Onlar da İslamı Qurandan öyrənmirlər. Eyni xurafatçıların etdiyi kimi, onlar da İslamı uydurma hədislər, ənənələr və bir neçə din adamının Qurana uyğun olmayan icmaları əsasında dəyərləndirirlər. Onlara görə, İslam xurafatçıların həyatı və əməlləridir və yenə onlara görə, İslam Qurandakı din deyil, tarixçilərin xəyal gücüdür. Onlar Quranın deyil, həmin uydurma dinin əmrlərinə şəriət kimi baxırlar. Quranın ehtiva etdiyi dəyər və anlayışlardan xəbərləri yoxdur, lakin xurafatçıların saxta dinlərinin bütün qaydalarını çox yaxşı bilirlər. Bu saxta dinin qaydalarını tənqid edərkən elə zənn edirlər ki, İslamı tənqid edirlər. Xurafatçıların dininə elə sahib çıxırlar ki, bunun İslam olmadığını deyəndə heç inanmırlar. Bu da həddindən artıq böyük xətadır.

Həmin şəxslər əgər ideoloji din əleyhdarı kimi İslama qarşı deyillərsə və xurafatçı zehniyyətin qaranlığından, doğurdan da, çıxış yolu axtarırlarsa, buna inanmaq məcburiyyətindədirlər. Onların dini İslam deyil. Bir müsəlman üçün Quran təkbaşına kifayətdir. Qurana uyğun olan hədislər səhihdir. Qurana zidd olan hədisin İslamda yeri ola bilməz. Əgər bir müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyil.

Qurandakı Gerçək Şəriət

"Şəriət" sözünün mənası yol deməkdir. Bir müsəlman Qurana baxmaqla hansı yolu gedəcəyini müəyyən edə bilər. Quranda haramlar olduqca azdır və qəti hökmlərlə bildirilmişdir. Mübahisə və şərhə açıq deyildir. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək Quranda qəti ifadələrlə bildirilmiş haramlardır. Bu, Quranın əhəmiyyətli xüsusiyyətidir. Ayələri öz istəklərinə görə şərh edərək haram çıxarmağa çalışanlar daima öz bildiklərini ediblər. Halbuki Allah haramları qəti hökmlərlə qadağan etmişdir. Aşağıdakı ayədə olduğu kimi:

O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir... (Bəqərə surəsi, 173) (Bəqərə surəsi, 173)

Allah həm də Quranda İslam adından halal-haram anlayışları çıxaran şəxslərin olacağını xəbər verir:

Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)

Peyğəmbərimizin (səv) dövründən sonra ayənin təsviri ilə Allaha qarşı yalan uyduran topluluqlar ortaya çıxmışdır. Bu topluluqlar Qurana tabe olmadıqlarına görə istədikləri şeylərə halal və ya haram deyiblər. Lakin elə topluluq da vardır ki, Allah onların bu xüsusiyyətlərini ayrıca vurğulayır. Onlar halal olan gözəllikləri haram edirlər. Quranda belə buyurulur:

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)

Belə ki, dünyada şəriət adı altında tətbiq olunan, halbuki İslama tamamilə zidd olan sistemdən danışarkən halal olan şeyləri haram edən və Qurandan tamamilə uzaq olan cəmiyyətlərdən bəhs edəcəyik.

Əvvəlcə, Quran ayələrində açıqlanan gerçək şəriəti, yəni Quran'ın doğru yolunu təsvir edək:

Quran şəriəti sevgi və hörmət deməkdir; başqa düşüncəyə malik olanlara qarşı şəfqətli olmaqdır. Quran şəriəti demokratiyanı əsas götürür və fikir azadlığını dəstəkləyir. Quran şəriətində insanlar bilgili və təhsillidirlər, qarşı fikirlərə hörmətlə yanaşırlar. Eyni zamanda müasir, keyfiyyətli, ümid dolu həyat yaşayırlar, birlik, dostluq və sevgi kimi dəyərlərə əhəmiyyət verirlər. Quran şəriətində nifrət, dözümsüzlük, münaqişə, qovğa, kobudluq, təhdid və təzyiq kimi mənfi xüsusiyyətlər yoxdur. Qurana dair bu təsvirləri kitabın növbəti səhifələrində ayələr göstərməklə açıqlayacağıq.

Hal-hazırda bu təsvirlər əsasındakı Quran şəriətinə uyğun İslam ölkəsi varmı? Əlbəttə, yoxdur. Bu şəriət Peyğəmbərimizin (səv) dövründən bəri tətbiq olunmamışdır. İndiki dövrdə şəriətlə idarə olunduğunu deyən ölkələr və ya şəriət gətirmək istəyən bir çox vəhşi qruplaşmalar İslamın əvəzinə, xurafat dininin əsaslarını tətbiq edirlər. Bir qisim uydurma hədisləri rəhbər tutub Quranı tərk edirlər.

Sonrakı hissələrdə şəriət iddiası ilə ortaya çıxan, lakin nifrət və qəzəb saçan qrupların bu şəriətin qaynağını haradan aldıqlarını görəcəyik. Özlərinə rəhbər tutduqları bütün saxta hədisləri və onların əsassızlıqlarını bir-bir təhlil edəcəyik. Bu topluluqların tabe olduqları şəriətin Qurandan nə qədər uzaq olduğunu və qətiyyən İslam şəriəti kimi göstərilə bilinməyəcəyini aşkar dəlillərlə gözlər önünə sərəcəyik.

Kuran'daki şeriat

Kuran'ın şeriatı, Müslümanın modern, bakımlı, asil, akıllı, kültürlü, demokrat, açık fikirli, tüm fikirlere saygılı ve sevgi dolu olmasını gerektirir. Kuran'ın şeriatında kardeşlik, barış ve sevgi esastır. Kuran, Müslümanlara savaşı, zulmü, kin, öfke ve çatışmayı yasaklamıştır. Gerçek şeriatı bilmek isteyenler, sadece Kuran'a başvurmalıdır.

Gerçək Quran Şəriəti Bir Ölkəyə Nə Verir?

Dünyada, həqiqətən, İslam şəriətini tətbiq edən ölkə olsa idi, necə olardı? Həmin ölkədə elm və sənət çox inkişaf edərdi, təhsil və yaşayış səviyyəsi yüksək olardı. Bu ölkə sülh tərəfdarı olardı və bütün dünya xalqları ilə birləşmək istərdi. Musəviləri, xristianları və ateistləri qoynuna alardı, hər düşüncə sahibi ilə dost olardı. Özündən çox ehtiyacı olanı düşünərdi, dünyaya asayiş və güvənlik gətirməyə çalışardı. Bununla belə, bütün problemləri həll etməyə çalışan, sevgi dolu və sevincli ölkə olardı. Bu ölkənin əhalisi keyfiyyət anlayışına sahib olmaqla yanaşı, ultra modern və ultra demokratik həyat tərzinə malik olardı. Hər fikir rahatlıqla söylənə bilər, hər görüş sərbəst şəkildə açıqlana bilərdi. Lakin eyni zamanda təhqir, hücum, dözümsüzlük və şiddət qətiyyən olmazdı. Mal bir tərəfə yığılmazdı, Quranda yoxsulun qorunmasına, yəni öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə əsaslanan həyat forması hakim olardı. Elə buna görə də yoxsul qalmazdı. Belə bir sistem dünyadakı bütün insanların rahat yaşadığı, hər kəsin xoşbəxt olduğu mükəmməl sistem olardı.

Bu təsvir indiki zamanda İslam dövləti adını alan ölkələrlə müqayisə olunarsa, aradakı fərq o dəqiqə anlaşılar. Hal-hazırda şəriət adından yaşanan sistemlər qəti şəkildə İslam şəriəti deyil. İslam şəriətinin yaşanması üçün din xurafatlardan tamamilə təmizlənməli və yuxarıda bildirdiyimiz kimi, Quranda təriflənən bütün təsvirlərə uyğun olmalıdır.

Bunun həyata keçməsi üçün isə İslam adı ilə idarə olunan ölkənin rəhbəri xurafata görə deyil, tam mənası ilə Qurana görə hərəkət etməlidir. Qurana tabe olan müsəlman liderin üç əsas xüsusiyyəti olur: şəfqətli, demokratik və ədalətli olmaq. Bu xüsusiyyətlərə görə həmin lider daima etibarlı olur. Quran əxlaqını tam şəkildə tətbiq edən müsəlman liderin himayəsindəki insanlar azadlığın yer üzündə daha əvvəl görünməmiş ən mükəmməl formasına şahid olarlar. Heç kimə dini məsuliyyət yüklənməz, hər kəs öz inancına görə hərəkət edər. Hər kəs istədiyi sözü demək haqqına sahib olar. Heç kəsə qarşı ayrı-seçkilik edilməz. Ədalət hər kəs üçün bərabər şəkildə ayaqda saxlanılar. Bəzən vəziyyət müsəlmanların əleyhinə olsa da, "Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun" (Nisa surəsi, 135) ayəsinə əsasən, ədalət mütləq yerini tapar.

çocuklar

Müsəlman lider daim sevgi yaratmağa çalışar və hamıdan bunu tələb edər. Çünki dinlərin nazil olma səbəbi, insanın və cənnətin yaradılış məqsədi sevgidir. Sevginin hakim olduğu, heç kimin inanc azadlığının əlindən alınmadığı, hər kəsin bolluq-bərəkətlilik içində yaşadığı cəmiyyətdə artıq qarışıqlığın da mənası qalmaz. Ədalətsizlik, sevgisizlik və düşmənlik ortadan qalxdığı üçün münaqişələr də yox olub gedər.

Beləliklə, şəriəti anlamaq üçün İslam şəriətinə əməl etdiyini deyən ölkələrə deyil, Qurana nəzər yetirmək lazımdır. İslam Quranla gəlmişdir. Buna görə də İslam şəriəti yalnız Qurandadır və açıq-aşkardır. Qurandakı ədalət, demokratiya və azadlıq sistemlərini tətbiq etməyən ölkənin şəriət mövzusuna nümunə göstərilməsi mümkün deyil. Belə ki, heç kimin "axı bu ölkədə belə tətbiq edilir, İslam bizə vəhşilik gətirir" şəklində iddia etməsi doğru deyil. Burada günah o ölkə rəhbərinin İslam adından tətbiq etdiyi yanlış sistemdədir, Quranda deyil (Quranı tənzih edirik).

Yuxarıda bəhs etdiyimiz gözəllikləri ehtiva edən Qurandakı gerçək şəriətin tətbiq olunmaması və bunun yerinə vəhşiliyin İslam şəriəti kimi tanıdılması, əlbəttə, çox vahiməlidir. Lakin bunun həll yolu Quranı günahkar çıxarmaq deyil. İslamı günahkar sayanlar, ümumiyyətlə, radikalizmin, vəhşiliyin və şiddətin yeganə həll yolunu əngəlləməklə daha da zərər gətirirlər. Gerçək İslamın gücünü qırmağa çalışaraq radikallara daha çox yol açırlar. Radikalizmin və yanlış inancların ortadan qaldırılmasının tək yolu doğru İslam anlayışının təbliğidir. Yəni ortada yanlış inanc problemi var. Yanlış inancların ortadan qalxması üçün yerinə mütləq doğru inanclar qoyulmalıdır.

çocuklar

Qurandakı Gerçək Cihad

"Cihad" sözünün kökü "cəhd" kəlməsidir. Ərəbcə çalışmaq, cəhd göstərmək, əzm, fədakarlıq göstərmək kimi mənalar ifadə edir. Bununla belə, insanın öz nəfsinə hakim olması kimi mənası da var. Bu təriflərdən belə başa düşürük ki, İslamda cəhd qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək, insanları pislikdən uzaqlaşdırmaq deməkdir. Bunları etməklə yanaşı, insan həm də öz nəfsini tərbiyə etməli, kin və qəzəbdən uzaq durmağa çalışmalıdır. Yəni cəhd edən müsəlman özünü tərbiyə etməklə yanaşı, yaxşı və gözəl olan əməlləri başqa insanlara da öyrətməlidir. Sevgini, sülhü, şəfqəti yayıb insanları pislikdən çəkindirmək üçün onlara fədakarlıqla təbliğ etməli və öz əxlaqı ilə də nümunə olmalıdır.

Quranın heç bir yerində "cəhd" kəlməsi bunlardan başqa mənalarda istifadə olunmamışdır. Odur ki, Qurana isnad etdiklərini deyib cihad adından qətliam törədənlər ya yalan danışırlar, ya da səhv yöndə təlim-tərbiyə alıblar.

Hazırda cihad adı altında insanları qətlə yetirənlər, intihar hücumu ilə öz canına qıyanlar, müharibəyə təşviq edənlər Qurana görə, haram iş görürlər. Lakin həmin insanların böyük qismi Qurana zidd davrandıqlarını bilmirlər. Çünki onlar din adından aldadılıblar. Onlara inandırılan dində sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənlik, gözəlliyin yerinə kabus, sənət və elmin yerinə isə cəhalət hakimdir. Belə bir dinə inanan adama silah verib: "Bu topluluq sənin düşmənindir, onlara hücum etməlisən", –deyərək onu qızışdırmaq çox asandır. Qəzəb və kin cəmiyyətləri meydana gətirmək o qədər çətin iş deyil.

Sonrakı hissələrdə həmin insanların müharibə adına yanlış şərh etdikləri Quran ayələri və aqressivliyə əsas kimi qəbul etdikləri uydurma hədislər ətraflı şəkildə açıqlanacaq. Burada bir şeyi vurğulamaq lazımdır. Radikalların böyük qismi öz əməllərini cahillik üzündən edirlər. Gerçək dindən xəbərləri yoxdur. Hətta bir çoxları Quranı, ümumiyyətlə, oxumayıblar. Buna görə də adam öldürməklə cihad etdiyini düşünənləri qınamaq, lənətləmək, təhdid etmək, hətta həbs etmək belə heç bir işə yaramır. Belə bir problem qarşısında yanlış təlim-tərbiyə davam etdiyi müddət boyu əməllərindən bixəbər olan radikalların mövcud olacağını qəbul etmək məcburiyyətindəyik. Problemin bu olduğu qəbul edilərsə, cihad adı altında vəhşilik edənlərin yeganə ehtiyacının doğru təlim-tərbiyə olduğu da başa düşülər.

İslamda Müharibə Mövzusunda Yanlış Bilinənlər

Hər Bir Müsəlman Quran'dakı Bütün Ayələrə Ayırd Etmədən Inanmalıdır

Belə bir başlıq qoyulmasının səbəbi İslama xurafat əlavə etməyə çalışan xurafatçıların və onların çirkin məntiqindən istifadə edən İslam əleyhdarlarının Quranda bəzi ayələrin digər ayələr tərəfindən nəsh edildiyinə dair iddialarının səhv olduğunu göstərmək üçündür. Həmin çevrələr öz iddialarına dəlil olaraq aşağıdakı ayədən istifadə edirlər:

Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106)

Qurana dil uzadanlar öz xurafatlarını Quranın yerinə din kimi hakim etmək üçün bu ayənin yanlış izahından dəlil kimi istifadə ediblər. Bu ayəni istədikləri kimi şərh edərək bir neçə ayəni hökmdən qaldırıb yerinə uydurma hədisləri daxil edəcəklərini zənn ediblər. Bir çoxları isə iddia edir ki, sərxoşedici içkilər və ya müharibə ilə bağlı nəsh edilmiş ayələr mövcuddur. Buradan yola çıxaraq müsəlmanları nəshə inanan və inanmayan olaraq iki yerə ayırmağa çalışıblar.

Burada həmin şəxslərin barəsində son dərəcə yanıldıqları ayənin açıqlaması belədir:

"Biz bir ayəni dəyişdirir" ifadəsində işlənən "ayə" sözü qrammatik yöndən tək halda verilib. "Ayə" sözünün dəlil, möcüzə kimi mənaları da var. Lakin Quran ayələrinə işarə edən "ayə" sözü Quranın heç bir yerində tək halda verilməyib. Tək halda işlənən yerlərin hamısında dəlil mənasında istifadə olunmuş, başqa ayələrin hamısında belə tərcümə edilmişdir.

Belə ki, buradakı məna Quran ayələri mənasında deyil, daha əvvəl gələn dəlil, qanun və şəriət mənasındadır. Ayəyə əsasən, haqq kitab göndərilən keçmiş ümmətlərin, yəni musəvi və xristianların tabe olduqları bir qisim hökmlər zamanla unudulubsa, bunlar Quran vasitəsilə xatırladılır və ya ortadan qaldırılır. Bunun əvəzinə isə bənzəri və ya daha xeyirlisi Quranla gətirilmiş olur.

Burada ayədə işlənən "unutdurmaq" kəlməsinin üzərində xüsusilə dayanmaq lazımdır. Bir hökmün digərini nəsh etməsi üçün o biri hökm unudulmalıdır. Quranda ayələrin hamısı 1400 il boyu dəyişmədən qaldığına görə bir ayənin digərini nəsh etməsi düşünülə bilməz. Xurafatçıların nəsh edildiyini iddia etdikləri hökmlər unudulmamışdır, Quranda hələ də mövcuddur. Açıq şəkildə başa düşülür ki, burada bəhs edilən nəsh mövzusu keçmiş ümmətlərə aiddir və zamanla unudulan hökmlər üçündür. Keçmiş ümmətlərə endirilən, lakin unutdurulan hökmlər bunların daha xeyirlisi və ya bənzəri şəklində Quran vasitəsilə həmin cəmiyyətlərə göndərilmişdir.

Quran Qorunan Kitabdır

Quran Rəbbimizin ayədə açıq şəkildə bildirdiyi kimi, qorunan kitabdır:

Şübhəsiz ki, zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

Qorunan bir kitabda hökmləri bütün müsəlmanlara şərt olan ayələrin bir qisminin əsaslı qəbul edilib, digər qisminin heçə sayılması mümkün deyil. Belə ki, Quranın mükəmməlliyi, riyazi və elmi möcüzələri, yol göstərici xüsusiyyəti və Quranın qorunduğuna dair bir çox ayə xurafatçıların və İslam əleyhdarlarının bu iddiasını aradan qaldırır:

Şübhə yox ki, zikr onlara gəldiyi zaman onu yalan sayanlar (cəzalandırılacaqlar). Həqiqətən, bu, əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 41-42)

Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. (Qiyamət surəsi, 17-19)

Quran ayədə açıq şəkildə bildirildiyi kimi, bənzərsiz kitabdır və batil ona önündən və arxasından girişə bilməz. Bu kitab Rəbbimizin qorumasındadır. Odur ki, bəzi hökmlərin Quran ayələrinin hökmünü ortadan qaldırdığı iddiası tamamilə iftiradır.

Burada bunu vurğulamaq lazımdır ki, Qurana həmin iftiranı atan din adamları nəsh edilən ayələrin sayında da ixtilaf içindədirlər. Hər biri ayrılıqda nəsh edilmiş kimi qəbul etdikləri ayə üçün özlərindən hökm çıxarır və beləliklə, qanunları fərqli olan dinlər meydana gətirirlər. Bəzi din adamları isə hədislərin ayələri nəsh etdiyini düşünəcək qədər irəli gediblər. Allahın "…Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq..." (Ənam surəsi, 38) ayəsini bu insanlar bir növ görməzlikdən gəlirlər. Quran ayələrini qəbul etməməklə yerinə bir hissəsi tamamilə uydurma olan hədisləri qoyurlar. Belə bir məntiqsizlik İslam adından həyata keçirilən radikal fəaliyyətlərin təməlini əmələ gətirir. Növbəti səhifələrdə bu mövzu haqqında ətraflı bəhs edəcəyik.

Eyni xurafatçılar kimi, İslam əleyhdarları da bu ayə haqqındakı yanlış şərhi bir çox dini hökmlərə tətbiq etməyə çalışıblar. Bu adamların harada xəta etdiklərinin daha yaxşı başa düşülməsi üçün bu iddiaları araşdıraq:

Məkkə Dövrü Müsəlmanları və Mədinə Dövrü Müsəlmanları Ayrı-Seçkiliyinin Yanlışlığı

Bir qisim İslam əleyhdarları mülayim müsəlmanları "Məkkə dövrü müsəlmanları" kimi təsvir edirlər. Onlara görə, Peyğəmbərimizin (səv) Məkkədə olduğu dövr müharibələrin baş vermədiyi sülh dövrüdür. Peyğəmbərimiz (səv) Mədinəyə hicrət etdikdən dərhal sonra müharibələr başlamışdır. Bir qisim şəxslər də bunu nəzərdə tutub İslamda müharibəni müdafiə edənlərin yalnız Mədinə dövründə vəhy olunan ayələri qəbul etdiklərini, sülhdən yana olanların isə ancaq Məkkə dövrü ayələrini qəbul etdiklərini iddia edirlər. Bu, çox yanlış və məntiqsiz iddiadır.

Daha əvvəl də müəyyən etdiyimiz kimi, bir adam Quran ayələrinin heç birini digərindən ayırd etmədən hamısına inanırsa, deməli, o şəxs müsəlman xüsusiyyətini daşıyır. Tək bir ayənin hökmünü qəbul etməzsə, müsəlman xüsusiyyətini itirir. Odur ki, müsəlman olduğunu deyən adam ayırd etmədən bütün ayələri qəbul etməlidir.

Peyğəmbərimizin (səv) dövründə Məkkə dövründə müharibənin olmadığı, lakin Mədinə dövründə baş verdiyi və bu müharibələrə dair ayələrin nazil olduğu xəbəri doğrudur. Bunun səbəbini başa düşmək üçün o dövrün çətin mühitini qavramaq lazımdır.

Məkkə Dövründə Müsəlmanların Çətin Imtahanı

Quranın Peyğəmbərimizə (səv) vəhyi tam olaraq 23 il davam etdi. Bu dövrün ilk 13 ilində müsəlmanlar Məkkədə azlıq halında yaşadılar və güclü təzyiqlərə məruz qaldılar. Müsəlmanların bir çoxuna fiziki işgəncələr verildi, bəziləri şəhid edildi və çoxunun isə evi-eşiyi talan edildi. Davamlı şəkildə təhqir və təhdidlərlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddətə əl atmadan yaşamağa davam etdilər. Sadəcə bütpərəstlərdən uzaq durub onları sülhə dəvət etdilər.

Lakin həmin bütpərəstlərin hücumları dayanmadı.

Qüreyşlilər, əvvəlcə, hz.Muhəmmədin peyğəmbərliyinə əhəmiyyət vermirmiş kimi görünürdülər. İman etməməklə yanaşı, bütlərə bir söz demədikcə hz.Muhəmmədin dəvətinə səs çıxarmırdılar. Təkcə Peyğəmbərimizi görəndə ona söz atırdılar. Müsəlmanlara etina ilə yanaşırdılar. Beləliklə, qüreyşlilərin sözlü hücumları başlamış oldu.

Quran'da həmin vəziyyət bizə belə xəbər verilir:

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!" (Mutəffifin surəsi, 29-32)

Mekke

Müslümanlar Mekke'deki putperest düzenin içinde azınlık olarak yaşadılar ve çok büyük baskılarla karşılaştılar. Pek çok Müslümana fiziksel işkenceler yapıldı, bazıları şehit edildi, çoğunun evi ve malları yağmalandı, sürekli hakaret ve tehditlerle karşılaştılar. Buna rağmen Müslümanlar şiddete başvurmadan yaşamaya devam ettiler, putperestlerden sadece uzaklaştılar ve onları hep barışa çağırdılar.

Məkkə bütpərəstlərin mərkəzi sayılırdı. Şəhər hər gün Kəbə və ətrafındakı bütləri ziyarət etməyə gələnlərlə dolub-daşırdı. Buna görə də Qüreyş həm pul, həm də etibar qazanırdı. Qüreyşlilər Məkkədə müsəlmanlığın yayılmasını təhdid kimi görürdülər. Çünki elə düşünürdülər ki, bu, gerçəkləşərsə, mənfəətlərinə zərər toxunacaq və digər qəbilələr onlara düşmən kəsiləcək. Eyni zamanda yaxşı bilirdilər ki, müsəlmanlıq hər kəsi bərabər görür, soy və varlı-kasıb ayrı-seçkiliyi aparmırdı. Buna görə də Qüreyşin öndə gələnləri belə qənaətə gəldilər ki, müsəlmanlığın yayılmasına mütləq mane olmaq lazımdır. Buna müsəlmanlara qarşı işgəncə, hətta cinayətlər də daxil idi. (İbn Hişam, 1/287)

Dövrün müşrikləri Əbu Bəkr və Osman kimi güclü və etibarlı ailələrdən olan müsəlmanlara çox toxuna bilmirdilər. Lakin kimsəsiz və yoxsul müsəlmanlara tarixdə bənzəri görülməmiş işgəncələr verirdilər. Əbu Füheyqə, Həbbab, Bilal, Süheyb, Əmmar, Yasir və Süməyya bu ağır işgəncələrə məruz qalan dəyərli müsəlmanlardan idilər. Səfvan bin Üməyyanın köləsi Əbu Füheyqə müşrik olan sahibi tərəfindən hər gün ayağına ip bağlanıb qızmar qumun üstündə sürüklənirdi. Dəmirçi Həbbaba isə qızarmış kömürlərlə işgəncə verilmişdi. Kömürlər soyuyub qaralana qədər sinəsinə basılmışdı.

Əmmarın atası Yasirin ayaqlarını iki ayrı dəvəyə bağlayıb parça-parça etmişdilər. Ərinin vəhşicəsinə şəhid edilməsinə dözməyib müşriklərə acı söz deyən Süməyya, Əbu Cəhlin atdığı oxla qətlə yetirilmişdi. (Zadül-Məad, 2/116, Əsri-Səadət, 1/254)

Xələf oğlu Üməyya köləsi həbəşli Bilalı hər gün çılpaq vəziyyətdə qızmar qumun üzərinə uzadır, sinəsinə böyük daş qoyub günəşin altında saxlayırdı. İslamdan və Peyğəmbərdən üz döndərməsi üçün ona davamlı əziyyət verirdi. Hətta bir gün əl və ayaqlarını möhkəm bağlayıb boynuna ip keçirmişdi. Bu görkəmdə Məkkə küçələrində qumun üstündə süründürmüşdü. (Zadül-Məad, 2/116, Əsri-Səadət, 1/253)

Haşimilərdən çəkindiklərinə və əsas olaraq Əbu Talibin himayəsində olduğuna görə Peyğəmbərimizə heç nə edə bilmirdilər. Zaman keçdikcə ona məcnun, falçı, şair və sehrbaz deməyə başladılar. Axırda isə fürsət tapanda Peyğəmbərimizi təhqir etməkdən, ona hər cür pisliyi etməkdən çəkinmədilər.

Mekke müşrikleri

Dönemin müşrikleri, Hz. Ebu Bekir, Hz. Osman gibi, kuvvetli ve itibarlı ailelere mensup Müslümanlara pek dokunamıyorlardı. Fakat kimsesiz, fakir Müslümanlara, tarihte eşine rastlanmayan, hatta vahşet derecesinde işkenceler yapıyorlardı.

Bunların hamısını müsəlmanların iman etdiklərinə və insanlara İslamdan danışdıqlarına görə edirdilər. Bu təzyiq, işgəncə və şiddət mühiti içində müsəlmanlar İslamın şərti olduğu üçün onlara zərər toxunduranlara qarşılıq verməmiş, ən insani haqları kimi özlərini müdafiə belə etməmişdilər. Müsəlmanların qarşılıq vermədiyini görən Qüreyş müşrikləri azğınlığı və işgəncəni daha da artırdılar. Ta ki qüreyşilər müsəlmanları elə gördükləri yerdəcə şəhid etməyə başladılar.

Əzab-əziyyətə heç bir şəkildə qarşılıq verməyən, Quranda qan tökməyə izin verilmədiyi üçün müdafiə belə olunmayan müsəlmanlar artıq özlərini qoruya bilmədilər. Bu vəziyyət Mədinəyə köçməyi labüd edirdi.

Mədinə Dövrü və Müharibələr

Məkkədə bütpərəstlərin təzyiqlərinin çoxalması ilə yanaşı, müsəlmanlar daha azad və dostyana mühitin olduğu Yəsrib şəhərinə (sonrakı adı- Mədinə) hicrət edərək burada öz idarə sistemlərini qurdular. Belə ki, öz siyasi quruluşlarını bu şəkildə təşkil edəndən sonra da məkkəli bütpərəstlərin hücumları sona yetmədi. Qüreyşlilər getdikləri yerə qədər müsəlmanları təqib edib şiddət əməllərinə davam etdilər. Peyğəmbərimiz (səv) və çevrəsindəki müsəlmanlar isə Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı əsla müharibə ilə qarşılıq vermədilər.

Dünyada heç kim və heç bir ölkə hücum qarşısında susmaz. Mütləq nəfsi müdafiə ilə hücum edənlərə qarşılıq verər və ya ən azından özünü müdafiə edər. Bunun qarşılığında həmin adamları məhkəmələr, ölkələri isə beynəlxalq hüquq daima haqlı görər. Çünki qarşı tərəfdən haqsız hücum var və şəxsin həyatı, ailəsi və sevdikləri, bir ölkənin isə milləti, namusu və torpaqları təhlükədədir.

Normal şərtlərdə eyni vəziyyət Məkkə dövründə Peyğəmbərimiz (səv) və müsəlmanlar üçün də əsaslıdır. Buna baxmayaraq, tamamilə haqsız və birbaşa həyati təhlükə törədən hücumlar davam edincə belə Allahın öldürməyi haram edən hökmünə görə Peyğəmbərimiz (səv) və müsəlmanlar qəti şəkildə onlara qarşılıq verməmişdilər. Bunun əvəzində ayənin hökmünə əsasən, qarşı tərəfi davamlı sülhə çağırmış, bunun bir nəticəsi olmayanda isə zülm edən topluluqdan –öz şəhərlərini, evlərini arxada qoyub– uzaqlaşmışdılar. 13 ilə yaxınlaşan Məkkə dövründə və Mədinə dövrünün ilk illərində müşriklərdən bu qədər zülm, işgəncə gördüklərinə baxmayaraq, müsəlmanlara səbirli olmaları əmr edilmişdir.

"Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et..." (Nəhl surəsi, 125) ayəsi əsasında möminlərə əmr edilmişdir ki, dini gözəlliklə təbliğ etsinlər. Buna görə də müharibəyə izin verilməmişdir. Müsəlmanlardan həmin zülmlərə qarşı çıxmaq istəyənlərə Peyğəmbərimiz (səv) belə cavab vermişdir:

"Hələ müharibəyə izin yoxdur, səbirli olun. Allahın yardımı yaxındır, çəkdiyiniz müsibətlərin mükafatını görəcəksiniz..."

Peyğəmbərimizin (səv) özünü və topluluğu müdafiə etmək izni Mədinəyə köçdükdən sonra bu ayələrlə verilmişdir:

Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq: "Rəbbimiz Allahdır", - dediklərinə görə yurdlarından çıxarıldılar... (Həcc surəsi, 39-40)

Bu ayələrlə yalnız: "Rəbbimiz Allahdır", –dediklərinə görə haqsız yerə yurdlarından sürgün edilib çıxarılan müsəlman topluluq müdafiə hazırlıqlarına başlamışdır. Ayədə açıq şəkildə bildirildiyi kimi, hücuma məruz qalan müsəlman topluluğa müdafiə izni verilmişdir, hücum əmri deyil. Bu ayədən sonra müsəlmanlar özlərini qorumağa başlamış, onlara hücum edən azğın topluluğa qarşı müdafiə hücumları həyata keçirmişdilər. Bundan sonra müharibə və müdafiəyə dair nazil olan ayələr müharibələrdəki tətbiqlərə dair təsvirlər ehtiva edir. Başqa sözlə desək, yalnız o müharibədəki o vəziyyətə aid təsvirlər verilir. Belə ki, Quranda müharibə ilə əlaqədar ayələrin hamısı o dövrün çətin şərtlərini və Peyğəmbərimizin (səv) ədalətini anlamağımız üçün təkcə o dövrdəki hücumlara aid endirilən xüsusi ayələrdir.

savaşlar

Müharibələr Kimlərə Qarşı Aparılıb?

Quranda təsvir edilən müharibələr mövzusunda "qarşı tərəf" anlayışını xüsusilə qeyd etmək lazımdır. Bir çox dini və tarixi qaynaqlar Peyğəmbərimizin (səv) dövründə baş verən müharibələrin dövrün musəvilərinə qarşı aparıldığını yazırlar. Həmin qaynaqları oxuyan bəzi insanlar Quranda həmin xüsusi müharibələrə dair endirilən ayələrin musəvilərin əleyhinə olduğunu iddia edərək Quranda bir növ antisemitizm axtarmağa başlayırlar. Halbuki bu, tamamilə yanlışdır.

Peyğəmbərimizə (səv) və müsəlmanlara qarşı həmin zülmü edənlər müşriklər olub. Onların böyük qismi bütpərəst idi. Məqsədləri isə bütlərinə və azğın inanclarına zərər gəlməsinin qarşısını almaq olmuşdur. Bir qismi isə musəvi topluluqların arasından çıxan münafiq və müşriklərdir. Onların musəvi adlandırılması çox böyük xətadır. Müsəlman topluluqların arasından çıxan bir müşrik və ya münafiq müsəlman olmadığı kimi, musəvilərin arasından çıxan və vəhşilik edən müşrik və münafiqlər də musəvi adlandırıla bilməz. Heç bir zaman həqiqi musəvilər müharibəyə qatılıb dindar insanları öldürməzlər.

Quran antisemitizmi lənətləyir. Buna görə də Quranda musəvi düşmənliyinə dair ifadə axtarmağa çalışanlar heç bir şey tapa bilməyəcəklər. Həmin ayələri musəvilərə qarşı müharibə ayələri kimi izah etməyə çalışanlar bunu yaxşı anlamalıdırlar. Peyğəmbərimiz (səv) dövrün musəviləri ilə daim xoş münasibət qurmuş, onlara sevgi və şəfqət göstərmişdir. Eyni şəkildə gerçək dindar musəvilər də Peyğəmbərimizə (səv) sevgi və hörmət göstəriblər.

Peyğəmbərimizin (səv) musəvilərə, Tövrata və musəviliyə qarşı xoş rəftarı ilə əlaqədar məlumatlar kitabın növbəti səhifələrində "Kitab əhli" başlığı ilə geniş açıqlanmışdır.

Quranda Müharibənin Tərifi

Quranda müharibənin nə zaman və necə aparılacağı açıq şəkildə göstərilir:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

Müharibə ancaq MÜSƏLMANLARLA SAVAŞANLARA qarşı aparılmalıdır. Yəni müharibə yalnız müdafiə məqsədi daşımalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etmələri qəti şəkildə QADAĞAN EDİLMİŞDİR.

Allah müsəlmanlara Quranda əmr edir ki, onlar bir topluluğa etdikləri haqsızlıq və təcavüzkarlıq üzündən kin duysalar da, daim ədalətli olmalıdırlar. Allah bir ayədə belə buyurur:

Ey iman gətirənlər! Allah xətrinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Medine vesikası

Kuran'da tarif edilen tüm savaşlar o bölgede belli şartlar altında gerçekleşmiş savunma savaşlarıdır. Savunmaya yönelik ayetler de bu özel şartlarla ilgili olarak indirilmiştir.

Məsələn, Allah ayədə müsəlmanların Kəbəyə girməyini qadağan edən topluluqlara qarşı həddi aşmağı qadağan etmiş, onlara və hər kəsə yaxşılıq etməyi nəsihət etmişdir:

... Sizi Məscidül-harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun... (Maidə surəsi, 2)

Müsəlmanlar həcc ibadətləri qəsdən əngəllənsə də və haqsızlıq görsələr də, həddi aşmaq mövzusunda uca Rəbbimiz tərəfindən xəbərdar edilirlər. Allah müsəlmanlara bu şərtlərdə belə ədalətli davranmağı və yaxşılıq etməyi əmr edir. Müsəlman bütün hallarda Quranın hökmlərinə tabe olmalıdır.

Quranda müharibənin tək səbəbinin (müdafiə savaşının) təsvir edildiyi ayədə müsəlmanlara başqa bir şərt də qoyulur: həddi aşmamaq.

Bunun mənası odur ki, hücum zamanı müsəlmanlar ancaq özlərini qorumalı, müdafiədən başqa heç bir şey etməməlidirlər. Yəni Quranda hücum, vəhşilik, şiddət və həddi aşmaq qadağan edilmişdir.

Yalnız və yalnız özlərinə hücum edənlərə qarşı müdafiə savaşı haqqında başqa ayələrdə belə buyurulur:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir... (Mumtəhinə surəsi, 8-9)

Burada əhəmiyyətli fərq var. Müsəlmanlara fikrən qarşı olduğu halda, onlara hücum edib təcavüzkar davranmayanlara qarşı savaşmaq müsəlmanlar üçün haramdır. Müsəlman onlara hörmət göstərməlidir. Bu ayədəki tərifə görə, yalnız müsəlmanlara inancları üzündən zülm edən və onlara feili şəkildə hücum edən, yəni müharibəni başladan tərəfin hücumuna qarşı müdafiə izni verilmişdir. Daha əvvəl də qeyd etdiyimiz kimi, əlbəttə, hər insan hücum zamanı özünü qorumalıdır. Bu hər insanın, hər millətin və hər dövlətin haqqıdır.

Peyğəmbərimizin (səv) savaş izni verilən ayə gələnə qədər heç bir şəkildə müdafiə olunmaması möhtəşəm fədakarlıq və dindarlıq əlamətidir. O ana qədər "...onlarla ən gözəl tərzdə mübahisə et..." (Nəhl surəsi, 125) ayəsinin hökmünə əsasən, Peyğəmbərimiz (səv) yalnız uzlaşdırıcı üsullardan istifadə etmişdir. Bütpərəst qüreyşlilərin məqsədi yalnız qətliam törətmək olsa da...

Bu əhəmiyyətli vurğunu qeyd edəndən sonra xurafatçıların və İslam əleyhdarlarının İslamın adından istifadə edib törədilən vəhşiliklərə dəlil kimi göstərməyə çalışdıqları Quran ayələrinin hamısını araşdıracağıq və bu mövzuda yanlış olanları bir-bir ortaya qoyacağıq.

İlk öncə, onu qeyd etməliyik ki, Quranda təsvir edilən bütün müharibələrin o bölgədəki topluluğa qarşı aparıldığını, müəyyən şərtlər altında baş verdiyini və bu şərtlərin ayələrdə müəyyən edildiyini bilmək lazımdır. Bu topluluq özləri ilə müqavilə bağlanan müşrik topluluqdur. Beləliklə də, bu müharibələrin hamısı həmin topluluğun qarşılıqlı sülh və dostluq müqavilələrini pozaraq etdikləri hücumlara, hal və hərəkətlərinə görə formalaşmışdır. Belə ki, nazil olan ayələr tam olaraq o dövrkü vəziyyətlə əlaqədardır və o mühiti təsvir edir.

Bu həqiqətin daha yaxşı başa düşülməsi üçün o dövrdəki müşriklərin tərifinə və bağlanan müqavilələrə yaxından nəzər salaq:

Müşriklərlə Bağlanan Müqavilə

müşrikler

"Müşrik" kəlməsi həmin dövrdən bəhs edən müxtəlif təfsirlərdə yalnız şərik qoşan mənasında verilsə də, termin olaraq bütlərə tapan, açıq-aşkar Allaha ortaq qoşan, çoxlu ilahlara inanan və müsəlman, sabii, xristian və məcusi OLMAYAN bütpərəstlərdir.

Quranda İslamın zühuru əsnasında Ərəbistandakı mövcud dinlərdən bəhs edilərkən müşriklər daima ayrı bir qrup olaraq bildirilmişdir. Peyğəmbərimizin (səv) dövrünə diqqət edilirsə, kitab əhli olan musəvi və xristianlarla evlənmək və kəsdiklərini yemək halal olduğu halda, məcusi və sabiilərin və xüsusilə də bütpərsətlərin qadınları ilə evlənmək və kəsdiklərini yemək qadağan edilmişdir.

Daha əvvəl də müəyyən etdiyimiz kimi, Peyğəmbərimiz (səv) müşriklərin güclü təzyiqi altında Mədinəyə köç etməyə məcbur qalmış və hicrətinin ilk günlərindən etibarən ənsar (mədinəli müsəlmanlar) ilə mühacir (Məkkədən Mədinəyə köçən müsəlmanlar) arasında qardaşlıq bağını təsis etmişdir. Müşrik topluluqlarla və o bölgədə yaşayanlarla bir çox müqavilə bağlamış və müşriklərin ifrat hərəkətlərinə baxmayaraq, sülhü təmin etmək üçün daima onları birliyə dəvət etmişdir.

Peyğəmbərimizin (səv) Mədinədə sevgi və qardaşlığı hakim etməsi sübut edir ki, fərqli irq, din və dinlərə mənsub insanlar bir yerdə sülh içində yaşaya bilərlər. Onun sülh və sevgi dəvətçisi olduğunun ən böyük dəlillərindən biri özünün yazdırdığı ilk mətnin sülh müqaviləsi olmasıdır. Hz.Muhəmməd Məkkəni fəth edəndən sonra daha əvvəl müsəlmanlara işgəncə verən müşrikləri belə sərbəst buraxmış, onlara böyük mərhəmət göstərmişdir. Peyğəmbərimiz hz.Muhəmmədin göstərdiyi bu üstün əxlaqa daha əvvəl ərəb cəmiyyətlərində heç rast gəlinməmişdi və bunu insanlar təqdirlə qarşılamışdılar.

O dövrdə fəth edilən əcnəbi ölkələrdə həqiqi ədalətin tətbiq edilməsində hz.Muhəmməd bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz ələ keçirilən ölkələrin yerli əhalisinə qarşı Quranda bildirilən ədaləti göstərmiş, onlarla hər iki tərəfin razı qaldığı və heç kimin ən xırda belə problem yaşamadığı müqavilələr bağlamışdı. Buna görə də hansı dinə və ya irqə mənsub olmasından asılı olmayaraq, fəth edilən ölkələrin xalqları İslamın gətirdiyi ədalətdən daima razı qalmışdır. Peyğəmbərimiz və ətrafındakı səhabələr "Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər" (Əraf surəsi, 181) ayəsində deyildiyi kimi insanlar arasında ədaləti təmin edən ümmət olmuşdur.

Ərəb yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin (səv) ədalət anlayışının ən gözəl nümunələrindən biridir. Həmin müqavilənin maddələrindən biri belədir:

"Nəcranlıların və idarəsində olanların canları, malları, dinləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Elçisinin himayəsi altındadır". (Məcid Xoduri, İslamda müharibə və sülh, "Fener" Nəşriyyatı, İstanbul, 1998, səh.209-210)

Həmin bölgədə bütün topluluqlarla müqavilə bağlanandan sonra Peyğəmbərimiz İslam tarixində ilk qanun olan Mədinə müqaviləsini hazırlayıb Mədinə dövlətini qurmuşdur. Mədinə müqaviləsi tarixin ilk demokratik və mükəmməl nümunəsidir. Dövrümüzdə heç bir demokratik sistem Peyğəmbərimizin qoyduğu qanun qədər nizam gətirə bilməmişdir və heç kim qanunları Peyğəmbərimiz qədər tətbiq edə bilməmişdir.

Tarixin Ilk Hərtərəfli və Ən Demokratik Qanunu: Mədinə Müqaviləsi

Medine vesikasi

Peyğəmbərimiz (səv) yazılı şəkildə Mədinə dövlətinin ilk qanunu olan Mədinə müqaviləsi ilə müxtəlif irq, din və qəbilələrdən ibarət şəhərə Ərəbistan yarımadasında daha əvvəl heç görünməmiş demokratik quruluşu və sülh mühitini gətirmişdir.

Həmin qanuna görə, Mədinədə mövcud olan bütün topluluqlar sülh içində bir yerdə yaşayacaqlar. Yaşayışlarını öz din və inancları əsasında quracaqlar. Öz quruluş və qanunlarına fayda gətirməklə bunları tətbiq edəcək gücə sahib olacaqlar.

Mədinə müqaviləsi bundan təqribən 1400 il əvvəl, 622-ci ildə fərqli inanclara sahib xalqların tələblərinə cavab verməklə hz.Muhəmmədin liderliyi ilə qələmə alınıb və yazılı hüquqi müqavilə kimi həyata keçib. Bunun nəticəsində 120 il boyunca bir-birinə düşmən olan fərqli din və irqlərə sahib cəmiyyətlər bu müqavilədə yer tutdular. Hz.Muhəmməd bu müqavilə vasitəsilə hər fürsətdə bir-birilərinə hücum edən və heç cür uzlaşmayan cəmiyyətlərin münaqişələrə son verib rahat şəkildə bir yerdə yaşaya biləcəyini göstərdi.

Mədinə müqaviləsinə əsasən, hər kəs heç bir təzyiq olmadan istədiyi inancı, yaxud siyasi və ya fəlsəfi düşüncəni mənimsəməkdə azad idi. Öz düşüncələrinə sahib insanlarla topluluq qurub öz hüquqlarını tətbiq edə bilərdi. Lakin cinayət törədənləri heç kim qorumayacaqdı. Müqaviləyə razılıq verən qruplar öz aralarında yardımlaşıb bir-birilərinə dəstək verəcəkdilər. Bununla belə, Peyğəmbərimizin (səv) himayəsi altında olacaqdılar. Qarşılıqlı tərəflər arasındakı anlaşılmazlıqlara görə Allahın Rəsuluna müraciət edəcəkdilər. Belə ki, müşriklər belə, daima ən ədalətli şəxs kimi Peyğəmbərimizin (səv) hakimliyinə üstünlük vermişdilər.

Peyğəmbərimizin (səv) hazırlatdığı həmin müqavilə mərhələli şəkildə 622-ci ildən 632-ci ilə qədər tətbiq edilmişdir. Bu müqavilə ilə qan və qohumluq bağına əsaslanan qəbilə quruluşu sona çatmış, coğrafi, mədəni və etnik kökləri tamamilə fərqli olan insanlar bir araya gələrək birlik qurmuşdular. Mədinə müqaviləsində ətraflı olaraq din və inanc azadlığı təmin edilmişdir. Bu azadlığı ifadə edən maddələrdən biri bu şəkildədir:

"Bəni-Əfv musəviləri möminlərlə bərabər eyni ümmətdirlər. Musəvilərin dini özlərinə, müsəlmanların dini də özlərinədir". (Muhəmməd Həmidulla, İslam müəssisələrinə giriş, "Düşünce" Nəşriyyatı, İstanbul, 1981, səh.128)

Mədinə müqaviləsi 47 maddədən ibarət idi. Maddələrin 1-23 arası müsəlmanlara, 24-47 arası isə Mədinədə yaşayan musəvi qəbilələrə aid idi. Say baxımından az da olsa xristianlardan bəhs edilməsi fərqli din mənsublarına görə əhəmiyyətlidir.

Professor Leonard Svidlerin (L.Swidler) "Çoxfikirlilik perspektivində Mədinə müqaviləsinin yenidən dəyərləndirilməsi" adlı hesabatında həmin müqavilə ilə əlaqədar aşağıdakı izahlar diqqəti cəlb edir:

"Fikrimizcə, müqavilə hz.Peyğəmbərin şəhəri birləşdirmə və xalqa tamamilə açıq olan hüquq ətrafında toplamaq cəhdlərini göstərməsi baxımından əhəmiyyətli sənəddir. Bu hüquqa görə, hər bir fərd bərabər haqlara, din seçmək azadlığına və müsəlmanlarla birlikdə müharibəyə qatılıb-qatılmamaq azadlığına sahibdir. Ancaq hər ehtimala şəhərin düşmənləri ilə müqavilə bağlamaqları qadağan idi ki, bu da Mədinə qruplarının bir-birinə möhkəm bağlılıqlarını təsis etmək cəhdini göstərir. Bu siyasi və dini yazı bərabərlik və azadlıq dəyərləri ətrafında yeni cəmiyyət qurmaq məqsədi güdürdü. Müqavilədə qeyd edildiyi kimi, hüququn hər fərd üzərindəki üstünlüyü dialoq və bərabər yaşamaq mühiti yaratmaq məqsədilə atılan təməl addım idi. Müqavilədəki maddələr ümumi mənada Mədinədəki hər fərdin şəhəri qorumasındakı bərabər məsuliyyətini də müəyyən edir. Buna bərabər şəkildə əxlaqi xüsusiyyətini göstərən maddələrdəki paralel ifadələrin çoxluğunu da görürük. Son olaraq şəhərin müxtəlif qruplarının adlarının maddələrdə bir-bir qeyd olunduğunu düşünsək, müqavilənin, yəni hz.Peyğəmbərin şəhərin bu qruplarını leqal cəmiyyətlər olaraq qəbul etdiyini və onları diqqətdə saxladığını görürük. (Məcid Xoduri, İslamda müharibə və sülh, "Fener" Nəşriyyatı, İstanbul 1998, səh.209-210)

Həmin qanunda musəvilərlə əlaqədar çoxlu maddə olsa da, bu qanunun orada yaşayan bütpərəst topluluqları da ehtiva etdiyini xüsusi vurğulamaq lazımdır. Məkkə müşrikləri hz.Muhəmmədə və müsəlmanlara qarşı düşmənliklərini açıq şəkildə göstərib onları yurdlarından çıxarsalar da, hz.Peyğəmbərin Mədinədəki bütpərəstlərə həddindən artıq şəfqətli davrandığını görürük. Mədinə müqaviləsi müsəlmanların müşriklərin haqlarını qoruduğunu göstərir və onların da Mədinəni müdafiəsində müsəlmanlarla birlikdə hərəkət etmələrini istəyir. Müşriklərə qarşı belə bir münasibət heç təəccüblü deyildi. Çünki Qurana əsasən, müsəlmanlar müqavilə bağladıqları müşrikləri öz canları bahasına qorumalı idilər. (Bu barədə növbəti səhifələrdə məlumat veriləcək)

Medine vesikası

Medine Vesikası, Müslümanların, tüm diğer din mensuplarının ve müşriklerin haklarına ve hukuklarına karşı koruyucu bir tavır aldıklarını gösteren tarihin ilk çoğulcu ve en demokratik anayasasıdır.

Nəticə etibarilə, həmin müqavilə birlik və bərabərliyi, şəfqət və sevgini, dostluq və sülhü özündə əks etdirən əhəmiyyətli tarixi sənəddir. Xüsusilə musəvilərlə müsəlmanlar arasında, ümumi olaraq qeyri-müsəlmanlarla dialoq qurmaqda nümunə təşkil edir. Peyğəmbərimizin (səv) o dövrdəki sevgi və sülh anlayışı Qurana uyğun olandır, lakin hazırda bunu yaşayan müsəlman cəmiyyət görmək çətindir. Bu vəziyyət tarixin ən demokratik qanununun Peyğəmbərimiz (səv) tərəfindən yazılıb tətbiq edildiyinin və dövrümüzdəki cəmiyyətlərin Qurandan və Peyğəmbərimizin (səv) tətbiqlərindən uzaqlaşdıqlarının qəti və əhəmiyyətli dəlilidir.

Odur ki, kitabın bundan sonrakı hissələrini bu məlumatlar əsasında qiymətləndirmək lazımdır. Müşrikləri belə qorumağı əmr edən, kitab əhlinin (xristian və musəvilərin) isə müsəlmanlar üçün xüsusi yerinin olduğunu müəyyən edən Qurani-Kərimin nəsihətləri, həmçinin sülh və demokratiyanı hədəf alan hz.Muhəmmədin həyat tərzi dövrümüzün xurafatçılarından tamamilə fərqlidir. Onlar Qurandan sürəkli müharibəyə dair dəlil tapmağa çalışdıqları halda, Quran daima sülhü nəsihət edir. Belə ki, mövzu ilə əlaqədar müharibə ayələri açıqlanarkən bu əhəmiyyətli həqiqət mütləq diqqətdə saxlanmalıdır.

Müharibə Ilə Əlaqədar Ayələr və Açıqlamaları

Quranda müharibənin təsvirini gördük. İndi isə bir qisim radikallar tərəfindən istismar edilən və bir qisim İslam əleyhdarları tərəfindən də İslama qarşı tənqid üçün istifadə edilən müharibə ayələrini araşdıraq:

"Bəqərə" Surəsi, 191

Onları harada görsəniz, öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidül-haram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur! (Bəqərə Surəsi, 191)

Bu ayə müsəlmanların təzyiq və şiddətə məruz qalmasından və Məkkədən çıxarılıb Mədinəyə hicrətə məcbur edilməsindən sonra endirilmişdir. Yuxarıda ətraflı təsvir etdiyimiz şərtlər yaranmış və müşriklərin zülmünə və birbaşa hücumlarına qarşı müsəlmanlar özlərini müdafiə etmək əmrini almışdılar. Zülm etməyə davam edən, gözəl sözdən anlamayan və sülh çağırışlarına qulaq asmayan bu topluluğa onların öz üsulu ilə qarşı çıxmaq söz mövzusu olmuşdur.

Fəqət ayədə Qurandakı müharibə hüququna dair xatırlatma da mövcuddur: "Onlar sizinlə Məscidül-haram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün".

Göründüyü kimi, müharibənin yeganə şərti qarşı tərəfin hücum etməsidir. Onlar müharibə etmədikcə və ya hər hansı hücuma yol vermədikcə müsəlmanlara müharibə etmək qətiyyən halal deyil. Bu ayəni öz istəklərinə uyğun izah edən radikalların və İslam əleyhdarlarının ayədəki hökmü görməzlikdən gəlməsi, əlbəttə, çox şübhəli məqamdır. Ayə açıq şəkildə müsəlmanlara yalnız müdafiə azadlığı verir. Beləliklə də, bu ayənin hökmü müharibə və hücum deyil. Ayədə başqa bir əhəmiyyətli mövzudan da bəhs edilir: fitnə öldürməkdən betərdir. Topluluqları qızışdırmaq, nifrəti körükləmək, dedi-qodu ilə anarxiya və terroru yaymaq və düşmən kütlələri yaratmaq fitnə sayılır və ayənin ifadəsinə görə, belə bir fitnə adam öldürməkdən betərdir. Odur ki, müsəlmanlara hücum edənlər həm feili, həm psixoloji, həm də hiylə yönündən fitnə çıxaran topluluqlardır. Verdikləri zərər daha böyükdür. Onlar hücum etdikdə isə müsəlmanlar təbii şəkildə özlərini müdafiə edirlər.

radikalizm

BU NEFRET DOLU GÖRÜNTÜLER İSLAM'I TEMSİL ETMEMEKTEDİR

Bakara Suresi 191. ayette, Müslümanlara sadece kendilerini savunma özgürlüğü verilmektedir. Dolayısıyla Kuran'a göre savaş, ancak saldırıya karşı bir savunma şeklindedir.

Hal-hazırda bir qisim xurafatçıların ağızdan-ağıza dolaşan məlumatlara və ya xurafatlara inanaraq şəxsləri, topluluqları, dinləri və ya ölkələri fitnəkar elan etmələri və bu hərəkətlərinə Quran ayəsini dəlil göstərmələri isə böyük təxribatdır. Fitnə müsəlmanlar arasında ayrı-seçkilik salmaq, müxtəlif çətinliklər yaradaraq onları zərərə və günaha sürükləmək, ardından da kütləvi üsyanların təməlini qurmaq, həmçinin müsəlmanlara qarşı feili və sözlü hücumlar təşkil etmək kimi hərəkətlər ehtiva edir. Odur ki, bir şəxs fitnəkar olmaq üçün təsvir etdiyimiz əməllərin bir və ya bir neçəsini yerinə yetirməlidir. Hazırda fitnəkar damğası vuraraq xüsusilə musəviləri və ya İsraili günahlandırmağa çalışanlar bu ayəyə qəti surətdə müxalif davranırlar.

Qurana əsasən, musəviləri və ya İsraili bütöv olaraq fitnəkar elan etmək haramdır. Hər dindən və ya hər ölkədən fitnə çıxaran şəxslər ola bilər. Lakin ərəb, türk və ya müsəlmanlardan fitnə çıxaranlara görə onların hamısına fitnəkar deyilmədiyi kimi, musəvi və israillilərin də hamısının fitnəkar adlandırılması doğru iş deyil. Qurana görə, müsəlman musəvinin evinə gedə bilər, orada yemək yeyə bilər. Eyni zamanda onunla dostluq edib və hətta evlənə də bilər. (Bu mövzu haqqında kitabın ayrı bölməsində ətraflı məlumat veriləcək). Belə olduğu təqdirdə bir müsəlmanın bir musəvini heç bir səbəb olmadan fitnəkar adlandırması mümkün deyil. Bu iddia ilə ortalığa çıxanlar əvvəl də müəyyən etdiyimiz kimi, Quranı heç bilməyən, fitnə mövzusunda musəvilərlə əlaqədar bir çox hədisin təsiri ilə yetişən cahil insanlardır. Həmin hədislərə və Qurana görə kitab əhlinin mövqeyi barədə növbəti bölmələrdə ətraflı məlumat veriləcək.

Müslümanlar

Kuran'da Museviler ve Hristiyanlar Kitap Ehli olarak tanımlanmıştır. Müslümanlar Kitap Ehli'ne sevgi, şefkat ve merhametle yaklaşmakla yükümlüdür.

"Nisa" Surəsi, 89, 90, 91

Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun. (Nisa surəsi, 89)

Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz. (Nisa surəsi, 90)

Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik. (Nisa surəsi, 91)

Yuxarıdakı ayələrdə münafiqlərdən bəhs edilir. Münafiq elə varlıqdır ki, müsəlman olduğunu deyir, müsəlmanların aralarında yaşayır və özlərini onlardan olduğunu göstərir. Lakin həqiqətdə Allaha və İslama qarşı düşmənlik edib müsəlmanları arxadan vurmağa çalışır. Allah münafiq olaraq ölənlərin cəhənnəmin ən aşağı təbəqəsində olacaqlarını bildirir və onları alçaldır. Məlum olduğu kimi, münafiq ikiüzlülüyü üzündən nə inkarçılara bənzəyir, nə də müşriklərə. Olduqca təhlükəli və alçaq insan modelidir.

Müsəlmanları yarı yolda qoyan və onların da özləri kimi inkar etmələri üçün çalışan münafiqlərlə dost olmaq "Nisa" surəsinin 89-cu ayəsində qadağan edilmişdir. Onlarla müharibə etməyin qanuni olduğu vəziyyət "əgər üz çevirsələr" ifadəsindən də anladığımız kimi, münafiqlərin artıq müsəlmanlara qarşı feili hücumudur. Bunu sonrakı ayədən də anlamaq mümkündür. 90-cı ayədə "əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr" ifadəsindən məlum olduğu kimi, hücum etməyən topluluğa qarşı müharibə edilməz. Açıq-aydındır ki, öldürmə izni verilən topluluq müsəlmanlara müharibə elan edən topluluqdur. Yenə də buradan başa düşürük ki, müsəlmanlara hücum qarşısında özlərini müdafiə haqqı verilir.

Bununla yanaşı, "Nisa" surəsinin 90-cı ayəsi Quranın adil, şəfqətli və daima sülhü qoruyan üslubunun başqa göstəricisidir. O vaxta kimi müsəlmanları hiyləgərliklə arxadan vurub xainlik etsələr də, münafiqlərin bir qismi sülh istədikləri üçün "ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır" hökmünə əsasən, toxunulmazdırlar. Allah eyni ayədə: "Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz", –buyurmaqla onların toxunulmazlığını təkrar xatırladır. Bu isə ədalətin tam özüdür.

Belə ki, 91-ci ayədə vəziyyət yenə eyni şərtlər əsasında təsvir edilir. Həmin mühitdə müharibə istəmədiyini və peşman olduğunu deyən münafiqlərin bir qismi fitnəyə təkrar dönüb müsəlmanlara hücum etməyə başlamışdılar. Bu vəziyyətdə Qurandakı savaş hökmü bir daha xatırladılır və deyilir ki, hücum etmədikdə onlara toxunmasınlar, lakin hücum etdikdə özlərini müdafiə etsinlər. Burada qeyd etməliyik ki, ayədə Uhud döyüşü əsnasında baş verən xüsusi hadisədən və həmin döyüşdə ikiüzlülük edib savaşdan yayınan münafiqlərdən bəhs edilir.

Müslümanlar

Tevbe Suresi 6. ayet ile Müslümanlara, kendilerine sığınmış olan ve kendilerinden yardım isteyen bir müşrike "kendi canlarını tehlikeye atarak" bile olsa yardım etmeleri öğütlenmektedir.

"Tövbə" Surəsi, 5

Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhmlidir. (Tövbə surəsi, 5)

Bu ayədəki şərtləri başa düşmək üçün "Tövbə" surəsinin 1-ci ayəsindən başlayaraq oxumaq lazımdır. Belə oxunanda məlum olur ki, söhbət bütün müşriklərə qarşı hücumdan getmir, müsəlmanlara vəhşicəsinə hücum edən və daha sonra haram aylarda savaşmamaq üçün razılıq əldə olunan müşriklərdən gedir. Burada bəhs olunan müşriklər o kəslərdir ki, müsəlmanlarla müqavilə bağlasalar da və haram aylar boyunca müharibə etməyəcəklərini çox yaxşı bilsələr də, yenə də hiyləgərliklə və qəfildən müsəlmanlara hücum edirdilər. Odur ki, ayədə belə hallarda müsəlmanlara özlərini müdafiə haqqı verilmişdir. Ayədə göründüyü kimi, müşriklər haram aylarda hücum etməyə davam etsələr də, müsəlmanlar Allahın əmrinə əsasən, bu dövrdə səbirli davranmış, haram aylar bitəndən sonra müdafiə olunmuşdular. Yenə ayədə təsvir olunur ki, müdafiə zamanı nə etmək lazımdır: həbs etmək, mühasirəyə almaq və bütün keçid yerlərinin zəbt edilməsi. Beynəlxalq hüquqa əsaslanan müharibələrdə ilk şərt mühasirə və həbs etməkdir. Mühasirə üçün keçid nöqtələri tutulur və beləliklə, qarşı tərəfin irəliləməsi əngəllənir. Buna görə də, bu ayədə hal-hazırda beynəlxalq hüquqda tətbiq olunan və haqlı sayılan üsul təsvir olunur. Aradakı yeganə fərq odur ki, burada müsəlmanlar hücum etmir, yalnız özlərini müdafiə edirlər. Bundan başqa, eyni ayəyə əsasən, hücumdan vaz keçib tövbə edənlərə qarşı savaşmaq qadağan olunmuşdur. Onlar sərbəst buraxılırlar.

Həmin ayədən sonrakı ayəyə nəzər saldıqda Quranın gerçək sevgi və qoruyucu ruhundan bəhs edildiyini görürük. Belə ki, bu ayə İslam əleyhdarlarının bu mövzuda müsəlmanlara qarşı bütün iddialarını ortadan qaldırır:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)

Bu ayədə müsəlmanlara nəsihət olunur ki, öz canlarını təhlükəyə atsalar da, onlardan kömək və sığınacaq istəyən müşriklərə yardım etsinlər. Ayəyə əsasən, həmin müsəlmanlar müşrikəri qorumaq üçün ÖZLƏRİNİ SİPƏR EDİRLƏR. Başqa sözlə desək, müsəlman Allahı inkar edən birinin canını qorumaq üçün həyatına risk edib onu təhlükəsiz yerə çatdırmalıdır.

Bu, Quranın hökmüdür. Quranın hökmünə görə, bir insan Allaha inanmadığı üçün öldürülmür. Tam əksinə, müsəlmanların canı bahasına qorunur. Buna görə də, qarşı tərəfin Allaha inanıb-inanmadığı və ya başqa dindən olub-olmadığı savaşa əsas vermir. Savaşa əsas verən şey qarşı tərəfin hücum, işgəncə və ya qətlə yetirmək kimi hərəkətlərə yol verməsidir.

Ayənin işarə etdiyi həqiqətlərdən biri də budur ki, hücum edib azğınlığa yol vermədikləri müddət boyu din, dil, millət və inanc ayrı-seçkiliyi edilmədən bütün insanlar müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman müsəlmanı qoruduğu kimi, kitab əhlini, hətta ateist və kommunisti də qorumalıdır. Bu, müsəlman olmağın şərtidir və Qurandakı müsəlmanın tərifidir. Bir insan müsəlman olduğunu deyirsə, mütləq qoruyucu olmalıdır.

Müslümanlar

"Tövbə" Surəsi, 13

Məgər siz andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız. (Tövbə surəsi, 13)

Bu ayə Quranda müharibənin hökmünü göstərən ayələrdən bir başqasıdır. Müsəlmanlarla müqavilə bağlayan, yəni buna əsasən sülh içində yaşayan müşrik topluluq şərtləri pozub təxribata və hücuma yol verirsə, yaxud Peyğəmbərimizi (səv) yaşadığı yerdən sürgün etməyə cəhd göstərirsə, deməli, onlar savaşı ilk başladan tərəf olurlar və buna görə də müsəlmanların onlarla savaşmaq haqqı vardır.

"Maidə" Surəsi, 33

Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. (Maidə surəsi, 33)

Bütün müharibə ilə əlaqəli ayələrdə müəyyən etdiyimiz mövzu bu ayədə də diqqəti cəlb edir. Burada müharibə aparılacaq topluluğun xüsusiyyətləri ətraflı izah olunmuşdur: Allaha və elçisinə birbaşa müharibə elan etmələri və yer üzündə fitnə çıxarmaları. Göründüyü kimi, bu adamlar təkcə müsəlmanlara qarşı feili hücuma yol vermirlər. Eyni zamanda bütün yer üzündə fitnə çıxarırlar. Yəni ayədə bütün dünyada problem çıxaran və hər kəsin təxribatçı kimi gördüyü azğın topluluqdan bəhs edilir.

Müsəlmanlara qarşı müharibə elan edən topluluq qarşısında müdafiə zamanı –bütün savaşlarda olduğu kimi– məcbur qaldıqda öldürmək olduğu kimi, onları olduqları yerdən sürgün etmək də vardır. Başqa sözlə, Quranda müsəlmanlara adi vaxtlarda haram olan hərəkətlərə (cana qıymaq, sürgün etmək) yalnız belə hallarda izin verilmişdir.

"Ənfal" Surəsi, 57

Əgər döyüşdə onları yaxalasan, elə darmadağın et ki, arxalarından gələnlər, bəlkə, ibrət alsınlar. (Ənfal surəsi, 57)

Bu ayəni də yenə yuxarıda ətraflı şəkildə izah etdiyimiz və dəlillərini verdiyimiz məntiqlə dəyərləndirmək lazımdır. Unutmaq olmaz ki, Peyğəmbərimizə (səv) bir qisim ayələrin nazil olduğu Mədinə dövründə şiddətli savaşlar olurdu. Həmin mühit yalnız "Onlar ancaq: "Rəbbimiz Allahdır", – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar..." (Həcc surəsi, 40) ayəsində bildirildiyi kimi, müsəlmanlara qarşı haqsız zülmün nəticəsində meydana gələn savaşlar idi. Bundan başqa, yenə də xatırladaq ki, müsəlmanlar "Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz" ayəsinə əsasən, qarşı tərəf müharibəyə son verdikdə savaşı dayandırmalı, onların əleyhində heç bir hərəkətə yol verməməlidirlər.

"Ənfal" surəsinin 57-ci ayəsindən bir neçə ayə əvvələ baxanda görürük ki, həmin dövrdə müsəlmanlarla müqavilə bağlayan topluluqdan bəhs edilir. Müdafiəyə izin verən bütün Quran ayələrində həmin topluluğun davamlı müqaviləni pozub hücuma keçdiyi xüsusilə vurğulanır. Dayanmadan hücum edən, heç bir sözü dinləməyən, həmçinin sözünə əməl etməyib fitnə çıxaran topluluğa yayındırmaq məqsədilə güc göstərmək lazımdır. Çünki belə vəziyyətdə fitnəni alışqanlığa çevirən həmin topluluqların eyni şeyi etməyə bir daha gücü çatmaz və onların arxasından hücuma hazırlaşıb fitnə çıxarmaq istəyən müşrik dəstələr də buna cəsarət etməzlər. Bu, hər bağlanan müqaviləni pozub savaşa başlayan topluluğa qarşı əhəmiyyətli tədbirdir. Demək olar ki, bütün dünya dövlətlərinin qanununda və beynəlxalq hüquqda bütün cəzaların yayındırıcı olmasına əhəmiyyət verilir. Məqsəd odur ki, cinayət eyni şəxs və başqa şəxslər tərəfindən təkrar işlənməsin. Bu tədbiri beynəlxalq hüquqda normal qarşılayanlar, lakin İslam üçün uyğun görməyənlər ədalətli davranmırlar.

Müslümanlar

"Muhəmməd" Surəsi, 4

(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək. Bax belə! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Məhəmməd surəsi, 4)

Başqa ayələrdə olduğu kimi, bu ayədə də savaş mühiti diqqəti cəlb edir. Müqavilə şərtləri pozulmuş, müşriklər hücuma keçmiş, bu hücuma cavab verməkdən başqa çıxış yolu qalmamışdır. Bu ayədə təsvir edilənlər beynəlxalq savaş hüquqlarıdır. Üstəlik, burada beynəlxalq hüquqda tətbiq olunmayan şey də vardır və belə ki, müharibədən sonra əsirlər sərbəst buraxılır. Halbuki hal-hazırda Əfqanıstana hərbi müdaxilə bitsə də, Quantanamoda savaş əsirləri hələ də həbsdə saxlanılır və BMT, NATO kimi təşkilatlar bunu məqbul hesab edirlər. Halbuki Quran bunu normal qarşılamır. İslama görə, müharibənin sona çatması üçün əsirlər mütləq sərbəst buraxılmalıdır.

Müharibə ilə əlaqəli ayələr həmin dövrün şərtlərinə uyğun müdafiə savaşlarına aiddir və məlumdur ki, müharibə hücuma ilk başlayan fitnəkar müşrik və münafiqlərə qarşı aparılmışdır. Bu ayələrin mənasının dəyişdirilib radikalların nifrət və qəzəb siyasəti üçün istifadə olunmasının ən böyük səbəbi yüzlərlə saxta hədisin İslama daxil edilməsi və bir çox təfsirçilərin yanlış şərhləridir. Halbuki Quran İslama sonradan əlavə edilən saxta hədislərdən və xurafatlardan təmizlənərək açıq zehinlə oxunmalıdır. Dövrün müharibə mühiti nəzərə alınarsa, ayələrin mənaları olduqca açıq-aydındır.

İslamda Müharibə Üçün Əsas Yoxdur

İslamın savaş dini olduğunu iddia edənlər başa düşməlidirlər ki, müharibə anlayışı İslam təlim-tərbiyəsinə tamamilə ziddir. Quranda qarşı tərəfə hücum etmək üçün heç bir əsas yoxdur. Quran demokratiya və azadlığın ən mükəmməl tərifini verir. Demokratiya və azadlığın hakim olduğu mühitdə qarşı tərəfi düşmən elan etməkdən və ya susdurmağa çalışmaqdan söhbət gedə bilməz. Çünki belə bir mühit hər kəsə hörmət edilən və hər kəsin rahat danışdığı azad mühitdir. İslam şəriətində, əslində, belə mühitdən bəhs edilir. Beləliklə də, Quranda müharibəyə heç bir əsas yoxdur. Bu həqiqəti Quran ayələri ilə izah edək:

Müharibə İslamı Zorla Qəbul Etdirmək Üçündür?

İslamı savaş, güc və təzyiq yolu ilə bir insana qəbul etdirmək istəyənlər Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dindən məcburiyyətin qətiyyən olmamasıdır:

Dində məcburiyyət yoxdur... (Bəqərə surəsi, 256)

Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqalarına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.

Peyğəmbərimiz (səv) yalnız nəsihətçidir. Təbliğ edib son gələn haqq dini insanlara tanıtmaq məsuliyyəti daşıyır. O dövrdə İslam dinini Peyğəmbərimizin (səv) və digər müsəlmanların dilindən eşidənlərin bəziləri iman etmiş, bəziləri isə etməmişdir. Quranın açıq-aşkar hökmünə əsasən, Peyğəmbərimiz (səv) və yanındakı müsəlmanlar qəti şəkildə təzyiqə əl atmamışdılar. Quranda Peyğəmbərimiz (səv) "(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Onları məcbur edən deyilsən", –deyə xəbərdar edilmiş və məcbur etmə qəti surətdə qadağan edilmişdir. Qurana əsasən, bütün müsəlmanlar İslam əxlaqını təbliğ etməlidir. Lakin heç kimə dindar olmaq üçün təzyiq göstərilməməlidir. Quranın məqsədi dünyaya sevgi və hüzur gətirməkdir. Odur ki, təzyiq və gücdən istifadə etmək Qurana heç bir şəkildə uyğun deyil.

Quranda məcbur etmənin açıq şəkildə qadağan edildiyi ayələrdən bəziləri aşağıdakılardır:

De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın"... (Kəhf surəsi, 29)

Əgər Rəbbin istəsə idi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Onları məcbur edən deyilsən! (Ğaşiyə surəsi, 21-22)

De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!" (Kafirun surəsi, 1-6)

Məcbur etmə və zor tətbiqi Quranda qadağan edildiyinə görə savaş, hücum, düşmənlik və qəzəb üçün heç bir əsas qalmır. Əgər dinin qəbul etdirilməsi təzyiq ilə haramdırsa, müsəlmanlar müşrik cəmiyyətləri nəyə məcbur edə bilərlər? Beləliklə, Qurandakı İslama görə, İslamı qəbul etdirmək qətiyyən müharibəyə əsas ola bilməz.

3 din

Müharibə Ideoloji və ya Etnik Üstünlük Üçündür?

İslamda hər ideologiyaya, hər millətə, hər etnik qrupa və hər düşüncəyə hörmətlə yanaşılır. İslamda fikir azadlığı vardır və bütün fikirlər dinlənilir. Belə bir demokratiya anlayışının və hürriyyətin mövcud olduğu dində fikir ayrılığı və ya etnik fərqlilik üzündən müharibə etmək mümkün deyil.

Müharibə Müsəlman Liderin Gətirəcəyi İslam Qanunlarını Yaymaq Üçündür?

Daha əvvəl də ətraflı şəkildə açıqladığımız kimi, Qurana əsasən, müsəlman lider başçılıq etdiyi cəmiyyətdəki xristian, musəvi, ateist, kommunist, aqnostik, buddist və s. kimi digər fərqli düşüncələrə malik insanları qucaqlamalıdır. Belə ki, fikir azadlığını tamamilə mənimsəyib insanlara hürriyyət verməlidir. Azadlığın olmadığı yerdə qarşıdurmalar, qovğalar və iki üzlü insanlar ortaya çıxır. Bunların hamısının qarşısını alıb Quranın əmrini yerinə yetirməlidir. Müsəlman "Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun" (Nisa surəsi, 135) ayəsinə əsasən, inanc və etnik ayrı-seçkilik etmədən ədaləti ayaqda tutmalıdır. Öz əleyhinə olsa da.

Müharibə Düşmənlərin Aradan Götürülməsi Üçündür?

İslamda düşmən necə ola bilər ki? İslam dini bütün insanların bərabər və qardaş olmasının tərəfdarıdır. İslam dininə əsasən, insan rəngindən, dilindən, irqindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, sırf insan olduğu üçün hörmətə layiqdir. Bütün haqq dinlərin bildirdiyi şəkildə insanlar hz.Adəmin uşaqları olaraq qardaşdırlar. Bu qardaşlıq prinsipi dindar olmağın şərtlərindəndir. İslam irq üstünlüyü fikrinə əsaslanan, insanları təkmil və ibtidai olaraq iki yerə bölən bütün faşist ideologiyalara, həmçinin materialist və darvinist düşüncələrə qarşıdır. Bu səbəbdən, həmin azğın ideologiyaların bərabərində gətirdiyi qarşıdurma və savaş anlayışlarını özündə ehtiva etməməklə yanaşı, bunlara qarşı elmi mübarizə aparır.

İslamda hər insanın hörmətə layiq olduğuna dair qanun insanlar arasında hər cür münasibətin təməlini yaradır. Davranışları yanlış olan şəxs belə İslama görə daima potensial yaxşılığa yönələn insandır. Odur ki, həqiqi müsəlmanın düşməni ola bilməz. Hər müsəlman başqalarına şəfqətlə yanaşmalı, gözəl əxlaq nümunəsi göstərməlidir. Düşmən qazanıb onu itirməməlidir.

Quranda insanlara xitab edilərkən üstünlük mövzusunda hər hansı ayrı-seçkilik edilmədən "Adəm oğulları" ifadəsindən istifadə olunması bu mövzuda bütün insanların bərabər yaradıldıqlarını göstərir:

Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. (İsra surəsi, 70)

Müharibə üçün əsası olmayan dinin savaş dini kimi tanıdılması yalnız xurafatçıların əməllərindən qaynaqlanır. Dünyada bir çox insan İslamla əlaqədar bu açıqlamaları bilmədiklərinə və radikalların etdiklərinə şahid olduqlarına görə İslam haqqında çox yanılırlar. Onlar radikal düşüncəyə mənsub şəxslərin Qurandan kənar hökmləri tətbiq etdiklərinin və tamamilə fərqli din mənimsədiklərinin fərqində deyildirlər. Bu kitabda izah etmək istədiyimiz mövzu da elə budur.

islamofobi

Savaş için teşvik edilenler çoğunlukla radikal gruplardır; fakat savaşa kendi zalim emelleri için ihtiyaç duyanlar tüm bunları yönetenlerdir.

Müharibəni Istəyən Kimlərdir?

İslam adından böyük cəmiyyətləri yönləndirən bir çox din adamlarından bəhs edərkən bunu qeyd etmək yerinə düşər: silah sektorunu bir çox mərkəzlər daima canlı tutmağa çalışırlar. Silah sektoru yeganə sektordur ki, iqtisadi böhrandan təsirlənmir, tələbat olur və davamlı olaraq satışa yeniləri çıxarılır. Silaha niyə tələbat çox olur? Çünki müharibələri canlı tutmağa çalışırlar. Bunun üsullarından biri budur: öz dinini müharibə dini zənn edən, buna görə də ölüb-öldürməyə hazır olan cahil xalq kütləsini təhrik etmək. Bu təsvirə ən çox kimlərin uyğun gəldiyini təxmin etmək heç də çətin deyil: İslam adından ortaya çıxan radikal qruplaşmalar.

Bir qisim neokonlar və Qərbdəki digər İslam əleyhdarları vəhşiliyin həmin radikallar tərəfindən dünyaya yayıldığı mövzusunda haqlıdırlar. Lakin bu insanlar Üsamə bin Laden kimi bəzi liderlər barəsində yanılırlar. Ümumiyyətlə, belə liderlər İslam və müsəlmanlıqla əlaqəsi olmayan, lakin müxtəlif kəşfiyyat orqanlarının nəzarətində saxlanılan şəxslərdir. Müəyyən yerlərdə qarışıqlıq və ya müharibə çıxarmaq istədikdə həmin şəxsləri dərhal işə qarışdırırlar. Qərb ölkələrində bar və kafelərdə vaxt keçirdikləri halda, əmr gələn kimi saqqal buraxır, geyim tərzini və üslubunu dəyişdirir və tipik Yaxın Şərq görünüşünə bürünməklə illərlə öyrəndikləri xurafatları tətbiq etmək üçün hərəkətə keçirlər.

Usama Bin Ladin

Bazı sözde dini liderler, gerekli zamanda savaş ve karışıklıkların çıkarılması için devreye sokulan piyonlardır. Çeşitli istihbarat birimleri tarafından denetlenir ve görevlendirildikleri savaş planını yerine getirmek için rol yaparlar.

Dünyada belə üsuldan çox istifadə olunub. Üsamə bin Laden bunlardan yalnız biri idi. Peyğəmbərimizin (səv) axırzamandakı ən böyük müjdəsi olan hz.Mehdinin gəlişi və müsəlmanların buna səmimi inanmalarından sui-istifadə etdilər. Belə ki, Üsamə bin Ladeni hz.Mehdi kimi qələmə verdilər. Bir çoxlarını buna inandırmağa çalışdılar. Bin Laden ilə başlayan proses tək Əfqanıstanı deyil, bütün müsəlman aləminə öz təsirini göstərdi. Ssenarinin sonunda bin Ladenin ölmüş görüntüləri qalacaqdı. Bu, qurulan bütün planın, bəlkə də, ən əhəmiyyətli hissəsi idi. Plana görə, İslam aləmi Mehdilərinin öldüyünü görüb bütün ümidlərini itirəcəkdilər. Bu, İslam aləminin gücdən düşməsi və daha çox istismar edilməsi üçün sistemli şəkildə qurulan plan idi.

Radikal fikir sahibləri, əlbəttə, buna görə günahkardırlar. Lakin onlara dəstək verən çevrələri də görməzdən gəlmək olmaz. Silah sənayesi bu qədər güclü və mənfəətli ikən müharibə daima onların işinə yarayır. Demək olar ki, ən çox radikal qruplaşmalar savaşa təşviq edilirlər. Lakin savaşa zalım əməlləri üçün ehtiyac duyanlar bütün bunları yönləndirənlərdir. Onlar üçün müharibəyə hazır olan cahil qruplar asan şəkildə idarə olunacaq piondurlar.

Radikallardan şikayət edən amerikalı və avropalılar həmin başda gələn idarəçilərin öz yanlarında olduqlarını unutmamalıdırlar. Bu, əlbəttə, radikal qruplaşmaların və xurafatçıların pəncəsinə düşən, məzhəblərə ayrılaraq bir-birilərinə düşmən kəsilən şəxslərin günahını azaltmır. Lakin yenə də bu əhəmiyyətli həqiqəti görməzlikdən gəlmək olmaz. Xüsusilə müsəlman ölkələrində etiraz və qiyamları açıq-aşkar təşkil edən müxtəlif təşkilatlar bu hədəflərini açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.

boğaz köprüsü

John William Godward'nun "The Signal" adlı yağlı boya tablosu, 1918

De ki: "Hak geldi, batıl yok oldu. Hiç şüphesiz batıl yok olucudur."
(İsra Suresi, 81)

Hissənin Sonu:

Bu hissədə İslama qarşı dəlil kimi istifadə olunan Qurandakı savaş ayələrinin açıqlamalarını və həqiqi İslamın müharibə və cihad anlayışlarına necə baxdığını izah etdik. Sonrakı hissələrdə isə xurafatçıların dinlərinin qaynağından bəhs edəcəyik. Uydurma hədislər əsasında ortaya çıxarılan yeni din anlayışlarının Qurana necə zidd olduğunu göstərəcəyik. Xurafatçıların müharibə, nifrət və qəzəb ehtiva edən dinlərinin gerçək İslamla heç bir əlaqəsinin olmadığını bütün dəlilləri ilə ortaya qoyacağıq.

boğaz köprüsü

 

2 / total 8
"Harun Yəhyanın Qaranlıq Təhlükə: Xurafat kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com