< <
7 / total: 8

Son Söz

Hal-hazırda şərqdən tutmuş qərbə qədər bütün dünyanı radikalizm bəlası bürüyüb. Bu problemin ilk əlamətləri görünəndə bir çox qərb ölkəsi elə zənn etmişdi ki, bunun öhdəsindən asanlıqla gələcək. Amma elə olmadı. Çünki radikal İslam saxta hədislərdən qaynaqlanan inanc formasıdır. İslam ölkələrinin və İslam alimlərinin böyük hissəsi (vəhşiliyi və savaşı qınasalar da) bu saxta hədislərin doğruluğuna inanırlar. Odur ki, həmin ölkə və alimlər çətin ki, radikal İslam problemini həll etsinlər.

kuş, çiçekler

Radikalizmi həll etmək üçün istifadə olunan hərbi müdaxilə metodu isə indiyə qədər dəfələrlə sınanmışdır. Hər dəfəsində müvəffəqiyyətsiz olmaqla yanaşı, minlərlə günahsız insanın qətlə yetirilməsinə, minlərlə insanın evsiz-eşiksiz qalmasına gətirib çıxarmışdır. Eyni zamanda ölkələrin sabitliyi daha da pozulmuşdur. Radikalların xüsusiyyəti silahdan yaxşı istifadə etmək bacarığına malik olmaları deyil, yanlış ideologiyaya sahib olmalarıdır. Onların yanlış ideologiyası ilə heç maraqlanmayıb yalnız öldürməklə həll yolu axtarmaq dünyanı daha böyük fəlakətə sürükləyəcək və radikallara daha çox güc qazandırmaqdan başqa heç bir işə yaramayacaq. Necə ki, indiyə qədər belə olmuşdur.

Haradasa bütün İslam dünyasını əhatə edən bu dəhşətli və təhlükəli inanc sistemini ortadan qaldırmağın tək yolu gerçək İslamdır. Başqa heç bir əqidə, heç bir silah və təhdid yolu bu problemi həll edə bilməz. Bu problemə gerçək İslamdan başqa heç bir həll yolu yoxdur.

Həqiqətən, radikalizmə çarə tapmaq istəyənlər İslamı günahlandıran hərəkətlərdən və heç cür bitməyən şübhələrdən uzaq durmaqla ilk addımı atmalıdırlar. Quranla danışan insanları dinləməlidirlər. Bu insanlarla ittifaq qurub  dünyaya həqiqətin anladılması üçün səfərbər olmalıdırlar. "Gücümüz çatmaz", –deyərək ümidsiz davranmamalı, radikal topluluqların yalnız sosial mediadan istifadə edib yanlış fikirlərini dünyanın dörd tərəfinə yaymaqla tərəfdar topladıqlarını unutmamalıdırlar. Gerçək bilginin daha sürətli yayılma sahəsini və daha güclü ideoloji yayılma strategiyasını vaxt itirmədən müəyyən etməlidirlər. Təkrar xatırladaq: bunu ancaq xurafatdan təmizlənmiş həqiqi İslama tabe olan Quran müsəlmanları ilə birgə edə bilərlər.

Kitabın əvvəlindən bəri xatırlatdığımız kimi, əhəmiyyətli həqiqəti təkrar qeyd edək ki, müdafiə etdiyimiz İslam zamanla modernləşdirilmiş və ya mülayimləşdirilmiş İslam deyil (İslam dinini tənzih edirik). Müdafiə etdiyimiz İslam Qurandakı yeganə doğru İslamdır. Dünyanın sülh və əmin-amanlığa çatmağı üçün İslam coğrafiyasının böyük qisminin unutduğu gerçək İslamı yenidən bərqərar etmək məcburiyyətindəyik. Şiddətə şiddətlə qarşılıq verənlər və ya radikalların törətdikləri üzündən İslamsız bir dünya xəyalını quranlar daima radikalları daha çox bəsləyəcək və daha böyük fəlakətlərlə üz-üzə gələcəklər. Bu adamlar anlamalıdır ki, dünya qətiyyən İslamsız ola bilməz. Dünyaya  həsrətlə gözlənilən sevgi və sülhün gəlməsi ancaq və ancaq İslam vasitəsilə olacaq. Bunun üçün əlimizdə İslamın heç bir dəyişikliyə məruz qalmayan haqq kitabı– Quran vardır. Görüləsi bircə iş qalır: Quranla təlim-tərbiyə vermək.

 

"Sən pak və müqəddəssən! 
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. 
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

 

7 / total 8
"Harun Yəhyanın Qaranlıq Təhlükə: Xurafat kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com