Təkamülün Mikrobioloji Çöküşü
Hüceyrə Daxili SistemlərZülal istehsalının necə başladığını, hansı proseslərdən keçərək bu istehsalın reallaşdığını araşdırdıq. Lakin hər kəs bilir ki, istehsalın reallaşması üçün ən başda lazım olan şey xammaldır. Bu xammalların da istehsal prosesinə qatıla bilmələri üçün müəyyən əməliyyatlardan keçib, emal edilərək istifadəyə uyğun hala gətirilmələri lazımdır. Məsələn, plastik kimi bir çox məhsul neftdən əldə edildikləri halda, istehsal mərhələsinə gələnə qədər neftayırma zavodlarında, kimya laboratoriyalarında bir çox ara əməliyyatlardan keçdikdən sonra istehsala hazır xammal halına gəlirlər. Eyni texnologiyanın daha inkişaf etmişi hüceyrədə tətbiq olunar. Hüceyrədəki LaboratoriyaHüceyrəyə daxil olan qidalar, çox mürəkkəb kimyəvi əməliyyatlar nəticəsində parçalanaraq yeni istehsallar üçün xammal halına gətirilərlər. Beləcə, artıq yeni sahələrdə istifadə edilə biləcəklər. Bu xammallar yalnız sintez ediləcək zülalları meydana gətirəcək amin turşularını deyil, hüceyrənin hər cür işində istifadə edəcəyi kimyəvi maddələri də ehtiva edər. İçində bu əməliyyatların edildiyi "lisozom" adlı orqanoid çox inkişaf etmiş bir kimya laboratoriyasını xatırladır. Lisozomda təxminən 36 fərqli ferment, müxtəlif qida maddələrinin həzmi üçün vəzifə yerinə yetirir. Məsələn, zülal həzmi üçün 5, nuklein turşular üçün 4, polisaxaridlər üçün 15, lipidlər üçün 6, üzvi sulfatlar üçün 2, üzvi fosfatlar üçün 4 ayrı ferment dövrəyə girir. Tək bir fermentin belə kimyəvi quruluşu, fiziki xüsusiyyətləri, etdiyi kompleks işlər və inanılmaz əməliyyat sürəti düşünülsə, 36 müxtəlif fermentin təxminən 1 mikronluq (millimetrin mində biri) bir orqanoiddə vəzifə yerinə yetirməsinin nə qədər böyük bir möcüzə olduğu daha yaxşı aydın olar. Bu qədər güclü üyüdücülərin bu cür uyğunluqla, nə hüceyrəyə, nə də bir-birlərinə də heç bir zaman zərər vermədən işləmələri heyrət vericidir. Hüceyrə Daxili NəqliyyatHüceyrə içində çıxarılan məhsulların və bu məhsulların xammallarının nəqliyyatı da "endoplazmatik şəbəkə" deyilən kanallar sayəsində təmin edilir. Zülal çıxaran ribosomlar ümumiyyətlə, bu nəqliyyat xəttinin yaxınlarında yer alarlar. Eynilə, fabriklərin xüsusilə quru yolu və dəniz yolu əlaqələrinə yaxın yerlərdə qurulmaları kimi.
Hüceyrənin Qablaşdirma SistemiHüceyrə içindəki hər incəliyin böyük bir ağıl nəticəsində diqqətlə yaradıldığı ortadadır. Bunun yeni bir nümunəsini, hüceyrənin içindəki "qablaşdırma təsislərinə" nəzər saldığımızda görə bilərik. Ticarət və sənayedə çıxarılan malla əlaqədar ən əhəmiyyətli problemlərdən biri qablaşdırılması, digəri də istehlakçıya çatdırılmasıdır. Xüsusilə qida sənayesində məhsulun pozulmadan uzun müddət qala biləcək şəkildə qablaşdırılması zəruridir. Dövrümüzdəki texnologiya bu problemlərə ancaq son bir neçə on ildə həll yolu tapa bilmişdir. Buna qarşı hüceyrələrdə üstün bir qablaşdırma, çatdırma və toplama sistemi insanın yaradıldığı andan bəri minlərlə ildir, milyonlarla insanın hər birinin trilyonlarla hüceyrəsində hər an işləyir. Bu qablaşdırma işini holci cisimciyi deyilən bir hüceyrə orqanoidi reallaşdırır. İfraz olunan maddələri yığıb onların kiçik vakuollar halında qablaşdırılmalarını təmin edər. Qablaşdırılan bu maddələr ehtiyaca görə ya saxlanır, ya da çölə atılır.
|