< <
1 / total: 7

Giriş

Gaussmetr (güc, tezlik, maqnit sahəni ölçən), dünyanın maqnit sahəsi, airfoil şəkil (təyyarə qanadı), qanad ucu girdabı... Bir çox insan üçün bu terminlər bir məna ifadə etməmiş ola bilər. Məsələn, dünyanın daxili nüvəsinin bərk, xarici nüvəsinin isə maye halda olduğu, bu iki layın bir-biri ətrafında hərəkət etdikləri, bu hərəkətin də nüvədəki ağır metallar üzərində bir növ maqnit təsiri yaradaraq bir maqnit sahəsi meydana gətirdiyi, bu maqnit sahədən necə faydalanılacağı kimi təfərrüatlar bilinməyə bilər. Airfoil şəkli qanadlarda, ventilyatorlarda və pərvanələrdə olduğundan, bu şəklin ətrafında hava axını olduqda qaldırma qüvvəsi yaratdığından, bundan da qalxma və uçuşda faydalanıldığından, təyyarə mühəndisləri ya da mövzuya xüsusi maraq duyan kəslərdən başqa, kimsənin xəbəri olmaya bilər...

introduction

Mühəndislər, mütəxəssislər bu kimi məlumatları istifadə edərək yeni təyyarələr dizayn edər, maqnit sahəsinin varlığının təsirlərini araşdırar, bundan faydalanar, ola biləcək təhlükələrə qarşı tədbir görərlər.

Ancaq bu məlumatları, ya da sistemləri istifadə edənlər yalnız bu mövzuda təhsil almış, məlumatlı insanlar deyil.

Qida axtarma səfərlərində yerə heç enmədən 15.000 km uça bilən albatroslar, köçləri əsnasında dünyanın ətrafını gəzən qaranquşlar, 3.000 km-lik bir məsafəni qət edə bilən çəyirtkələr, doğumlarından qısa bir müddət sonra 6.000 kilometrlik səfərə çıxan ilan balıqları, balinalar və daha bir çox canlı da bu texniki məlumatları istifadə edərək hərəkət edər.

Ən yüngülləri 35-40 qram olan, ən ağırları isə 130 tona qədər olan bu canlılar həyatları boyunca daima bir yerdən başqa bir yerə səyahət edərlər. Bəzən bir bağçadan başqa bir bağçaya, bir yuvadan başqa bir yuvaya, bəzən də bir qitədən başqa bir qitəyə... Havada yarasalar, hörümçəklər, kəpənəklər, ördəklər, qazlar; quruda fillər, zebrlər, bizonlar, ilanlar, qurbağalar, çəyirtkələr; dənizlərdə xərçənglər, balinalar, qızıl balıqları, dəniz ulduzları və daha bir çox heyvan fərqli səbəblərlə, müxtəlif uzaqlıqlardakı səfərlərə çıxarlar. Bu səfərlərin ortaq nöqtəsi, heyvanların bu köçlər sayəsində həyatları üçün lazım olan tarazlığı təmin etmələridir. Köç edən canlıların bu tarazlığı qorumaları, uzun və zəhmətli köç səfərini qüsursuz bir şəkildə bacara bilmələri uzun illərdən bəri elm adamlarının diqqətini çəkir, bu mövzuda müxtəlif tədqiqatlar icra edilir.

Elm adamlarının bu mövzuda cavabını axtardıqları əhəmiyyətli bir sual vardır: Heyvanları, yaşadıqları yerləri buraxıb, daha çox enerji və zaman xərcləyərək kilometrlərlə uzaqlara getməyə məcbur edən səbəb nədir?

manzara, akarsu, doğa

Herşeyin melekutu (hükümranlık ve mülkü) elinde bulunan (Allah) ne yücedir. Siz O'na döndürüleceksiniz. (Yasin Suresi, 83)

Müxtəlif heyvanlar müxtəlif səbəblərlə köç edərlər. Bəziləri qida tapmaq üçün ,bəziləri isə çoxalma bölgələrinə çatmaq üçün səfərə çıxar. Bəziləri də həyat şərtləri dəyişdiyində olduqları mühiti tərk edərlər. Hər nə qədər fərqli məqsədlərlə reallaşdırılsa da heyvanların köçlərində çox əhəmiyyətli bir ortaq nöqtə vardır: Ən kiçiyindən ən böyüyünə qədər hər heyvanda və hər köç növündə böyük bir plan və qabiliyyət vardır.

Əvvəlcə bir yerdən başqa bir yerə gedə bilmək üçün 3 nöqtə bilinməlidir. Mövcud mövqe, gediləcək yer, yəni hədəf və mövcud mövqedən hədəfə gedərkən izləniləcək istiqamət... Bununla yanaşı, köç edəcək canlıların o anda qaldıqları bölgənin mövqeyini çox yaxşı bilmələri lazımdır, çünki bu məlumatı geri dönmək üçün də istifadə edəcəklər. Həm də köç sonunda çatacaqları, o anda olduqları yerdən bəzən on minlərlə kilometr uzaqlıqdakı bölgələrdə özlərini hansı şərtlərin gözlədiyini də bilməlidirlər.

Bəzi insanlar istiqamət təyinində Günəşi və ulduzları istifadə etmişlər. Hal-hazırda isə peykə əsaslanan texnologiyalar istifadə edilərək dəqiq ölçülər əldə edilir. Köç edən canlılar isə dünyaya ilk gəldikləri andan etibarən bu texnologiyaya sahib olaraq yaradılmışlar. Allahın özləri üçün yaratdığı bəzi xüsusi sistemləri istifadə edən bu canlılar Allahın ilhamıyla hərəkət edərək müvəffəqiyyətlə uzun səfərlər reallaşdırarlar.

Bu kitabda Allahın yaradışındakı ehtişamı, heyvanların heyranlıq oyandırıcı köçləri mövzusunu incələyərək izah edəcəyik. Rəbbimizin sonsuz qüdrətinə bir dəfə daha şahid olacağıq. Quranda bildirildiyi kimi:

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 53-54)

 

Qeydlər

1- Guy Murchie, The Seven Mysteries of Life, Houghton Mifflin Company, Boston, 1978, sf. 85

2-http://www.icr.org /pubs/imp/imp-144.htm.

1 / total 7
"Harun Yəhyanın Heyvanlarda Köç Etmə Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com