< <
2 / total: 7

1-ci Hissə: Köç Təşkilatindaki Üstün Ağil

Heyvanlar olduqları yeri tərk edərək uyğun mühitlərə doğru, uyğun zamanlarda hərəkət edərlər. Burada diqqəti çəkən ən əhəmiyyətli nöqtə “uyğun mühit”“uyğun zaman” anlayışlarıdır. Dünyanın dörd bir tərəfindəki yüzlərlə növ heyvanın hər biri -ən kiçiyindən ən böyüyünə qədər- bu iki anlayışın nə olduğunu çox yaxşı bilirlər, üstəlik lazım olduqda bu yerləri zamana bağlı olaraq dəyişdirirlər. Köç edən canlıların çaşmadan və yanılmadan hər zaman doğru yerə çatmaları açıq bir möcüzədir.

Planlaşdirmadaki Mükəmməllik

compas

Əvvəla, köçdə "qərar vermə" vardır. Köç edən canlı doğru yerə çatmaq üçün yola çıxma qərarı alır. İkincisi, bunu edəcəyi ən doğru zamanı təsbit edə bilir. Heyvanların mükəmməl planları köç növünə görə dəyişiklik göstərər. Yeni məskunlaşma sahələrinə doğru, geri dönməmək üzrə edilən köç, "tək istiqamətli köç" olaraq adlandırılar. Buna ən yaxşı nümunə bal arılarının köçüdür. Bir şanda yaşayan arılar çoxalanda şana yerləşməməyə başlayınca bölünməyə qərar verərlər. Bu ümumiyyətlə, yazın sonu ya da yazın başlanğıcında olur. Bu kiçik heyvanların, içində yaşadıqları mühitin özləri üçün uyğun olub-olmadığına qərar verə bilmələri, yeni bir yuva tapmalı olduqlarını fərq etmələri, sonra da bunu ən uyğun mövsümdə etməyi hesablamaları son dərəcə təəccüblüdür. Bəzən on minlərlə arının, yaşadıqları şandan hansı fərdlərin ayrılacağına heç bir qarışıqlıq çıxmadan qərar verə bilmələri də mövzunun tamam ayrı bir möcüzəvi istiqamətidir.

Bir başqa nümunə daha verək. Bir çox xərçəng və krevet növünün üzən sürfələri, yaşayacaqları yeni sahələrdə koloniyalaşarkən bir problemlə qarşılaşarlar. Bu kiçik canlılar əsasən, körfəzlərin ağzında yaşayarlar və bu səbəblə, dənizə tökülməmək üçün daima yer dəyişdirmək məcburiyyətindədirlər. Bu yer dəyişikliyindəki müvəffəqiyyətlərinin səbəbi sürfələrin hərəkətlərini gəl-get dövrünə görə nizamlaya bilmə qabiliyyətlərində gizlidir. Su yüksəldikdə sürfələr dərhal su səviyyəsinin üstünə çıxarlar, su geri çəkildikdə isə dibə enərlər və beləcə, körfəzdə qalmağı bacararlar. Son dərəcə sadə kimi görünən bu əməliyyat araşdırıldıqda, əslində sürfələrin bunu bacarması üçün çox əhəmiyyətli bir məlumatın lazım olduğu görüləcək.

Qabarma-çəkilmə saatı hər gün 50 dəqiqə dəyişir. Bu vəziyyətdə sürfələrin daima dəyişən qabarma-çəkilmə saatını hesablaya bilməyəcəkləri düşünülə bilər. Ancaq sürfələr bu mövzuda heç bir çətinliklə qarşılaşmazlar. Bu ritmi, hələ inkişafını tamamlamamış olan kiçik sürfələr böyük bir ustalıqla hesablayarlar.

crab

Bunlar köç edən heyvanların sahib olduqları planlaşdırma qabiliyyətinə yalnız bir neçə nümunədir. Heyvanların, bu qabiliyyətlərə öz şüur və ağıllarıyla sahib olduqlarına inanmaq əlbəttə qeyri-mümkündür. Bu səbəblə, ağıla bu sual gəlir: Heyvanların nə vaxt və hara doğru hərəkət edəcəklərini kim təyin edir? Onlara bu qabiliyyəti verən kimdir?

Bəzi elm adamları bu planlaşdırmanı daxili saatın etdiyini söyləyərək öz fikirlərincə bir cavab verərlər. Ancaq burada əhəmiyyətli bir nöqtəni gözardı edirlər: Köç etmə qabiliyyətinə sahib bütün canlılarda heç dayanmayan, pozulmayan, hər növün ən kiçik fərdində belə eyni mexanizmlə səhv etmədən işləyən belə bir saat necə yaranmışdır? Belə bir qabiliyyəti bütün bu canlılara kim vermişdir? Təkamülçü elm adamları bu mükəmməl mexanizmin guya təkamül müddəti içində təsadüfən inkişaf etdiyini, yəni bu qabiliyyəti canlılara "təsadüf" deyilən kor prosesin verdiyini müdafiə edərlər. Şübhəsiz, bu son dərəcə axmaq bir iddiadır. Kitab boyunca müxtəlif nümunələrini araşdıraraq böyüklüyünü görəcəyimiz bu qabiliyyət əlbəttə ki, təsadüflərin əsəri ola bilməz. Kor və şüursuz təsadüflərin belə incə hesablara əsaslanan və böyük bir şüurun göstəricisi olan qabiliyyəti meydana gətirməsi mümkün deyil. Bu qabiliyyəti yaradan və dilədiyi canlıya verən Uca Allahdır. Allah göydən yerə hər şeyin sahibidir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır. (Ali- İmran surəsi, 109)

İstiqaməti Tapmadakı Qüsursuzluq

bees

Heyvanların bir çoxuyla müqayisə edildikdə, insanların olduqca zəif bir istiqamət tapma duyğusuna sahib olduqları görüləcək. Bu mövzuda yenə bal arılarını nümunə verərək bir müqayisə edə bilərik. Şanlarından uzaqlaşıb qida axtaran arılar döndükdə digər arılara qidanı tam olaraq harada tapdıqlarını işarələrlə izah edərlər. Və bu işarələri izləyən arılar, gedəcəkləri yeri daha əvvəl görmüş kimi rahatlıqla, çaşmadan tapa bilərlər. İnsanlar üçün isə bilmədikləri bir yeri tapmaq bu qədər asan deyil. Nə qədər yaxşı təsvir edilirsə edilsin, hər zaman səhv etmə, itmə riski vardır. Bu riski azaltmaq üçün yol göstərici nişanələr qoyulur, küçə və prospektlər adlandırılır, müxtəlif vasitələrdən faydalanılır. Halbuki, köç edən heç bir canlının belə imkanı yoxdur, hətta bunlara ehtiyacı da yoxdur. Heç biri üçün yol göstərən nişanələr mövcud deyil. Hətta köç edən canlıya gedəcəyi yeri təsvir edən bir bələdçi də yoxdur.

İstiqamət Tapmaq Üçün Proqramlaşdırılmış Canlılar

Bir heyvan köç səfərinə başladıqda insanlarınkından fərqli amillər onun düzgün bir yol izləməsində rol oynayar. Köç edən hər növün fərqli bir istiqamət tapma üsulu vardır. Lakin ümumiyyətlə; quşların günəşdən, ulduzlardan, dünyanın maqnit sahəsindən, balıqların da çaylardan gələn sudakı orijinal kimyəvi qoxulardan faydalandıqlarını söyləyə bilərik. Əlbəttə, bu amilləri qiymətləndirmək və əldə edilən məlumatlara görə nəticəyə gəlmək mütəxəssislik tələb edən xüsusiyyətlərdir. Ulduzları, günəşi və ya çayın kimyəvi maddələrini istifadə edərək doğru yerə çata bilmək bir çox adamın bacara bilməyəcəyi bir işdir. Bununla əlaqədar olaraq ağıla ilk mərhələdə cavablandırılmalı olan bir çox sual gəlir. Bunlardan bir neçəsi belədir:

◉ Bu heyvanlar özləri üçün uyğun olan çoxalma, bəslənmə, olduqları yerə görə hansı istiqamətdə olduğunu haradan bilərlər?

◉ Bir canlı dünyaya gələn kimi heç getmədiyi, görmədiyi bir yerin özü üçün uyğun yer olduğuna necə qərar verər?

◉ Ulduzları və günəşi istiqaməti tapmaq üçün istifadə edə biləcəklərini necə kəşf etmişlər?

◉ Onlara, bunları necə istifadə edəcəklərini dünyaya gələn kimi öyrədən kimdir?

ant

Bu suallara verilən cavabların ortaq nöqtəsi bunların heç birini heyvanların öz ağıl və məlumatlarıyla edə bilməyəcəyidir. Belə bir səfər üçün heyvanların sahib olduqları məlumatlar daha dünyaya gəlmədən özlərinə verilmişdir. Bəhsi keçən canlılar bu mövzuda sanki proqramlaşdırılmışlar. O halda bunların proqramlaşdırıcısı kimdir? Əlbəttə, onlara bu qabiliyyətləri, onları yaradan və yaratdığı hər şeyi ən yaxşı bilən Allah ilham edir. Bunu təkamülllə izah etmək hər zaman nəticəsiz qalacaq boş cəhddir.

Məsələn, istiqamət tapmada Günəşi özlərinə istinad qəbul edən qarışqalar özlərinə verilən xüsusiyyətlər sayəsində yollarını çaşmadan tapa bilərlər. Halbuki, Günəş saatda təxminən 15 dərəcəlik bir bucaqla hərəkət edər. Bu da Günəşin istinad olaraq istifadəsini çətinləşdirər. Lakin bu kiçik canlılar evə geri döndükdə, neçə saatdır çöldə olduqlarını və günəşin neçə dərəcəlik bir bucaqla yer dəyişdirdiyini nəzərə alaraq yeri təyin edər və yanılmadan evlərinin yolunu taparlar. Bal arıları da günəşin hərəkətini bilmələrini və buna görə nizamlama edə bilmələrini təmin edən bir qabiliyyətlə təchiz edilmişlər. Əgər bu arılar günün sonuna doğru cənub-şərq istiqamətində bir qida tapmışlarsa, səhər təkrar yola çıxdıqlarında günəşin o zamana qədərki mövqeyindəki dəyişiklikləri hesablayar və doğru istiqamətdə hərəkət edərək yenə eyni qida qaynağına çatarlar. Onların doğulduqları andan etibarən Günəşi rəhbər edəcəklərini bilmələri, üstəlik bir göy cisminin mövqeyindən və hərəkətindəki hesablamalardan xəbərdar olmaları lazımdır. Bunları bilmədən həyatlarını və növlərini davam etdirə bilməzlər.

ant

Səhrada heç bir ayırd edici işarənin olmadığı çox böyük qum sahələri vardır. Qum o qədər isti və qurudur ki, çox yerdə ot və ya kolluğun böyüməsi belə qeyri-mümkündür. Bu səbəbdən, istiqamət təyin etməyə yarayacaq heç bir iz və ya işarə yoxdur. Qumun üzərində mövcud olan nadir izlər külək səbəbiylə dəqiqələr içində itər, qoxu izləri isə qovrular və qızğın günəş səbəbiylə qum tamamilə qoxusuz qalar. Bu çətin şərtlərin olduğu səhralar Cataglyphis deyilən qarışqaların evidir. Evlərinin yerin altında olması onları kərtənkələ və böcəklə bəslənən quşlardan qoruyar. Səhər saatlarında ovçular fəaliyyət halındaykən qarışqalar yuvalarında qalarlar. Ancaq günorta olmağa başlayınca o qədər isti olar ki, kərtənkələlər və quşlar kölgəliklərə çəkilərlər. Bu bir-iki saatda Cataglyphisin rahat yemək tapmağa çıxa biləcəyi yeganə fürsətdir. Birdən yüzlərlə qarışqa qumların içindəki kiçik bir dəlikdən çölə atılar və istidən təsirlənmiş olan böcəkləri tapmaq üçün qaçmağa başlayarlar. Hər biri əyri xətt çəkərək qaçarlar. Bir-iki saniyədən bir dayanar, başlarını yuxarı qaldırar və tək ayaq üzərində çevrilərək təkrar qaçmağa başlayarlar. Qida tapdıqları anda olduqca tez, istidən təsirlənmədən əvvəl, yuvalarına geri dönmələri lazımdır.

Ovunu ziqzaq çəkərək axtaran bu qarışqa növü geri dönmə səfərində tam tərsinə dümdüz bir yol üzərində hərəkət edər. Özündən təxminən 150 m-ə qədər uzaqda olan yuva dəliyinə sürətlə qaçar. (1) Bu davranış son dərəcə diqqət çəkicidir. Çünki bunun üçün qarışqa bir şəkildə çıxış səfərində qaçdığı hər mərhələni ölçmüş və xatirində tutmuş olmalıdır. Bu, başını hər qaldırıb dönüşünü etdiyində, yeni təyin etdiyi istiqamətini günəşin vəziyyətinə görə qeyd etməsi deməkdir. Bu da təxminən 15 dəqiqə davam edən səfər əsnasında yığdığı məlumat ilə, yuva dəliyinə edəcəyi dönüş səfərinin tam məsafəsini və istiqamətini təyin etmiş olması mənasını verər. Günəşə baxaraq istiqamət təyin etməsi və geri qayıtmasını hesablaması əlbəttə ki, bu kiçik canlının özbaşına tapdığı və tətbiq etdiyi üsullar deyil. Bir çox insanın, eyni şərtlər altında bacarması qeyri-mümkün olan bir əməliyyatı bu qarışqa növünün hər fərdinin istisnasız olaraq böyük bir müvəffəqiyyətlə reallaşdırması Allahın ilhamıyladır.

turtle

Bəhsi keçən canlılar bu qabiliyyətləri zamanla öyrənmiş ola bilməzlər. Çünki bir çox heyvan növü daha doğular-doğulmaz özləri üçün ən uyğun olan yerlərə doğru heç səhv etmədən səyahət edə bilirlər. Məsələn, yumurtalarından çıxar-çıxmaz dənizə yönəlmələri lazım olduğunu bilib ona görə hərəkət edən dəniz tısbağası balalarının davranışları son dərəcə heyranedicidir. Yerin altındakı yuvalarından gecə çıxan balalar, bəslənmə sahələrinə çatmaq üçün dənizə doğru hərəkət edərlər. Heç biri sahildə başqa yerlərə doğru hərəkət edərək yolunu itirməz, düz dənizə yönələr. Çünki göydəki ulduzlar və ay, dənizi quru istiqamətinə görə daha parlaq etmişdir. Dəniz tısbağaları da, daha doğular-doğulmaz parlaqlığa doğru getməyə proqramlaşdırılmışlar. Yumurtadan çıxdıqları anda özlərinə etməli olduqlarını öyrədən kimsə yoxdur, buna baxmayaraq son dərəcə şüurlu bir şəkildə hərəkət etmələri onlara bunun hələ doğulmadan əvvəl öyrədildiyini açıq şəkildə göstərir. Bu da haqqında danışılan canlılara bu qabiliyyəti verənin, onları Yaradan olduğunun qəti bir dəlilidir.

Dünyanin Maqnit Sahəsindən Xəbərdar Olan Canlilar

Quşlar

manyetik alan, kuşlar

Qarışqaların Günəşin istiqamətini istifadə edərək yollarını tapmaları kimi bəzi canlılar da dünyanın maqnit sahəsindən faydalanaraq köç edərlər. Dünyanın maqnit sahəsi nüvədə ərimiş halda və hərəkətli olan dəmirdən qaynaqlanar. Maqnit sahə, yer kürəsinin içindən, okeanlardan və atmosferdən keçib bir qütbdən digərinə çatan oval formalı axış xətləridir. Bu xətlər ekvatordan üfüqi qütblərə doğru getdikcə daha dik bucaqlarla kəsişər. Sahənin şiddəti də qütblərə yaxınlaşdıqca artar.

Bəzi heyvanların köç edərkən bu şiddəti və bucağı təyin edərək istiqamətlərini tapdıqları təxmin edilir. Məsələn, immiqrant quşların dünyanın maqnit sahəsindən faydalanaraq köç etdikləri təsbit edilmişdir. Elm adamları bu tezislərini isbat etmək üçün bir qrup immiqrant quşun ayağına dəmir çubuqlar taxmışlar. Ancaq bu çubuqlardan bəzilərinə dünyanın maqnit sahəsini qarışdıran fərqli bir maqnetizm yerləşdirilmişdir. Ayaqlarına maqnetizm olan çubuq taxılan quşların səfərləri əsnasında itdikləri, çubuq daşımayan digər quşların isə hər zamankı kimi istiqamətlərini asanlıqla tapdıqları müşahidə edilmişdir. Bu təcrübə, immiqrant quşların fövqəladə qabiliyyətlərinin başa düşülməsi baxımından çox əhəmiyyətlidir. (2)

magnetic_field

Pek çok insan dünyanın manyetik alanı hakkında fazla bilgiye sahip değilken, kuşlar günlük yaşamlarında bu manyetik alanı kullanarak hareket ederler.

Quşların dünyanın maqnit sahəsini hesablayaraq öz gedəcəkləri istiqaməti tapmaları üçün fizikada Lenz qanunu olaraq bilinən dünyanın maqnit sahəsini hesablamaq üçün istifadə edilən düsturu bilmələri və ya bir gaussmetrəyə (dünyanın maqnit sahəsini hesablayan alət) sahib olmaları lazımdır. Bir çox insan bu terminlərin nə məna verdiyini bilməz, hətta eşitməmişdir belə. Əlbəttə ki, quşlar da bunların nə olduğundan xəbərsizdirlər, bədənlərində belə bir alət yoxdur, maqnit sahəni hesablama düsturunu da bilmirər. Bütün bunları Allahın ilhamıyla reallaşdırırlar.

Tısbağalar

turtle

Dəniz tısbağaları Caretta carettalar ilə edilən təcrübələr də köç edən canlıların dünyanın maqnit sahəsindən faydalandıqlarını isbat etmişdir. Bu canlılar dünyanın fərqli yerlərindəki maqnit sahələrin dəyərlərini əvvəldən bilərmiş kimi hərəkət edir və okeanda yol qət edərkən buna görə istiqamətlərini təyin edirlər.

Şimali Karolina Universitetindən Kenneth Lohmann və qrupu bu canlıların köç hərəkətini müşahidə etmişlər. Floridanın şərq sahillərində yumurtadan çıxar-çıxmaz okeana yönələn bu heyvanlar birbaşa Şimali Atlantika cərəyanı deyilən və Sarqas dənizinin ətrafını gəzən böyük bir axıntıya gedirlər. Bu halqanın içində şimal-şərqə, Avropaya doğru gedib daha sonra cənuba yönələn tısbağalar, bu isti və qida cəhətdən zəngin halqa içində 5-10 il keçirdikdən sonra təkrar Şimali Amerikaya dönərlər. Lohmann və qrupu dəniz tısbağalarının köç yollarını tapa bilmək üçün regional maqnit sahələrdən faydalanıb-faydalanmadıqlarını müşahidə etmək istəmişlər, bu məqsədlə bir qurğu qurmuşlar: böyük bir su tankı düzəldilmiş, xaricinə də maqnit sahələr meydana gətirən barabanlar qoyulmuşdur. Yeni yumurtadan çıxmış 79 tısbağa balasına, ucunda kompyuterli izləmə sisteminə bağlı bir tel olan çimərlik geyimi geyindirib, tısbağaları bu su tankının içinə buraxmışlar. Balalar Şimali Atlantika cərəyanının kritik nöqtələrində, məsələn Floridanın şimalındakı, Portuqaliya sahillərindəki və cərəyanın ən cənub ucundakılara bərabər maqnit sahələrə tabe tutulmuşlar. Bunun nəticəsində görülmüşdür ki, sınanan hər maqnit sahədə tısbağalar, ona qarşı gələn istiqamətdə üzməyə başlamışlar. Məsələn, tanka cərəyanın şimal-şərq hissəsindəki maqnit sahə tətbiq olununca heyvanlar cənuba yönəlmişlər. Okeanda bu istiqamət onları doğru yolda tutaraq, soyuq sulara girib ölmələrinə mane olur. (3)

compas

Daha əvvəl heç köç təcrübəsi olmayan bala tısbağalar bu qabiliyyətə necə sahib olmuşlar? Onları isti sulara çatdıracaq olan yolu xəritə və heç bir alətə ehtiyac duymadan necə izləyirlər? Necə maqnit sahələrini ölçür və onları qiymətləndirə bilirlər? Maqnit sahənin hansı dəyərində hansı istiqamətə doğru gedəcəklərini onlara kim öyrədir?

Elmi bir qaynaqda dünyanın maqnit sahəsi haqqında məlumat verildikdən sonra yumurtadan yeni çıxmış tısbağaların yollarını necə tapdıqlarına dair belə bir şərh edilir:

Dünya nəhəng bir maqnitdir və bir çubuq maqnitdəki kimi şimal və cənub qütblərinə malikdir. Bu, insanların yollarını tapması üçün əhəmiyyətlidir, çünki maqnit cazibəsinin qanunlarını izləyən kompasın maqnit iynəsi hər zaman dünyanın maqnit şimal qütbünü göstərər. Köç edən heyvanlar istiqamətləri haqqında əmin olmaq məcburiyyətindədirlər və özlərini naviqasiyada tutmalıdırlar. Onlar da dünyanın maqnit sahəsinə müraciət edərlər. Amma onlarca sıx tədqiqatlar edilməsinə baxmayaraq bu yolu müəyən edənlərin hansı növ kompas istifadə etdiklərini tapmaq çətindir. Bu sirrin bir qismini yeni-yeni araşdırırıq....

… Səyyah bir həyata sahib olan tısbağalar daxillərindəki bu miniatür kompası köçlərinin cədvəlini qurmaq üçün istifadə edirlər.

Bu şərh adınca bir çox sualı gətirir: burada bəhs edilən kompasın heyvanların harasında olduğu, necə işlədiyi, bunu canlıların hər birinə tək-tək kimin yerləşdirdiyi kimi...

Bu suallar tək bir həqiqəti ortaya qoyur: bütün bu canlılar, yaradıldıqları ilk andan etibarən bu üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Ortada kor təsadüflərlə açıqlana biləcək saxta təkamül prosesi yoxdur. Canlıların hər birindəki bir-birindən fərqli bu təəccüblü xüsusiyyətlər onların çox incə bir plan və tarazlıqla, yaşayacaqları mühitə uyğun olaraq yaradıldıqlarını göstərir.

Köçdəki Təşkilat

zebra

Sürü əmələ gətirmə, köç edən heyvanlar üçün əhəmiyyətli bir mövzudur və onlara çox böyük fayda verir. Bu üstünlüklərdən biri, hər fərdin tək başına sərf edəcəyi enerjinin toplu hərəkətdə böyük ölçüdə azalmasıdır. Beləcə, heyvan birlikləri daha uzun məsafələri daha az enerji xərcləyərək qət edirlər. Heyvan birliklərinin bu ortaq köçü əsnasında sürüdə heç bir qarışıqlıq olmaz, hər kəs öz vəzifəsini ən uyğun şəkildə yerinə yetirər. Kitabın sonrakı hissələrində təfərrüatlı nümunələrini görəcəyimiz kimi bu canlılar bir-birləriylə köməkləşərək, lazım olduğunda fədakarlıq edərək, tam bir uyğunluq içində səfərlərini davam etdirərlər.

elephant

İnsanlar yer üzündəki ağıl sahibi yeganə canlılar olmalarına baxmayaraq, belə bir uyğunlaşmanı öz aralarında hər zaman göstərə bilməzlər. Dərhal hər birlikdə özünə verilən vəzifəyə qarşı çıxan, üsyankar xarakter göstərən, fədakarlıq etməli olduğunda məmnun olmadığını ifadə edən kəslər olar. Buna görə insan birliklərində qarışıqlığa mane olmaq üçün müxtəlif qaydalar, qanunlar qəbul edilər və insanlar bu qayda və qanunlar çərçivəsində nizamını qoruya bilərlər.

Bəhsi keçən canlılarda isə belə müəyyən olunmuş yazılı qaydalar, bunlara əməl etmədikdə isə qarşılığında verilən cəzalar və ya sanksiyalar yoxdur. Ancaq hər zaman uyğunluq içində həyatlarını davam etdirərlər. Bu, onların toplu hərəkətə uyğun şəkildə yaradıldıqlarının və hər birinə eyni şəkildə hərəkət etmələrinin ilham edildiyinin bir dəlilidir.

Bütün bunlar yaradılışın dəlillərindəndir. Allah yer üzündə, səmada, dənizlərdə qısacası, bütün kainatda yaradılış dəlillərini var etmişdir. Ağıl və vicdan sahibləri də bunları görüb tanıyarlar və Allaha imanları artar. İman edənlərin Allahın ayələri üzərində düşündükləri və Allahı təsbeh etdikləri bir ayədə belə xəbər verilər:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

 

Qeydlər

1- David Attenborough, The Trials of Life, A Natural History of Animal Behaviour, William Collins Sons  Co. Ltd., 1990, s.120

2- David Attenborough, The Life of Birds, Princeton University Press Princeton, New Jersey, s.67

3- Science 364-366, 12 Ekim 2001; Bilim ve Teknik Dergisi, Kasım 2001

4- John Downer, Supernature, The Unseen Powers Of Animals, Sterling Publishing Company, NewYork, 1999, s.80

2 / total 7
"Harun Yəhyanın Heyvanlarda Köç Etmə Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."