< <
5 / total: 7

4-cü Hissə: Quruda Köç Edən Heyvanlar

Quruda köç edən canlıların ən iri bədənliləri fillərdir. Yetkin bir fil təxminən 2-7 ton ağırlığındadır. Quruda köç edənlərin ən kiçiklərindən biri isə hələ daha 2 aylıq bir bala ikən köçə başlayan Belding yer sincablarıdır və bu canlılar yalnız 125 qram ağırlığındadırlar. Bir-birindən çox fərqli böyüklükdəki bu canlı növlərindən bəzisi yemək və daha uyğun həyat sahələri tapmaq üçün köç edərkən, bəzilərinin köç etmələrinin səbəbi tam olaraq bilinmir.

Fillər

elephant

Yetkinlərinin ağırlığı 7 tona qədər çata bilən fillərin gündəlik bəslənmə ehtiyacı da çox yüksəkdir. Bir fil gündə təxminən 75-150 kq yemək və 150-300 litr su istehlak edər. Bu miqdarlar sürülər halında gəzən fil dəstələrinin ehtiyac duyacaqları bəslənmə sahəsinin çoxluğunu ortaya qoyur. Fillər bütün həyatları boyunca və yüzlərlə kilometr davam edən səyahətlərini bu məqsədlə reallaşdırarlar: Yeni bəslənmə sahələri tapa bilmək.

Fillər yarpaqlarla, ağac qabıqlarıyla, meyvələrlə, otlarla və bitkilərlə bəslənərlər. 24 saatlıq bir günün 70-90%-ini ya bəslənərək və ya bir yemək qaynağına doğru hərəkət edərək keçirərlər. Günün geri qalan qismində isə duş qəbul edərlər, su içib istirahət edərlər və yatarlar. Hərəkət etmədən əvvəl ümumiyyətlə, bir bölgədə bir neçə gün qalarlar. Bu müddətin qısa olması əhəmiyyətlidir, çünki əgər hərəkət etməzlərsə olduqları yerdəki bitki aləmini tamamilə yox edə bilərlər.

İndiki zamanda fillər, Şərqi Afrika başda olmaq üzrə digər Afrika bölgələri və Uzaq şərqdə xüsusilə də Şri- Lankada yaşayarlar. Yeni bəslənmə sahələrinə etdikləri köçlər daha çox quraq havalarda reallaşar. Buna görə quru havalarda daha çox sayda fil sürüsünə rast gəlinər. Yağışlı havalar fillərin çoxalması üçün uyğun mühitlərdir. Cütləşmə və doğumlar bu mövsümdə olar. Fillərin hamiləlik müddəti 22 aydır. Bu müddətlə quruda yaşayan məməli heyvanlar arasında ən uzun hamiləlik müddətinə sahibdirlər. Bu səbəblə, hamilə qalmalarıyla, doğum etmələri eyni hava şərtlərinə rast gələr. Beləcə, balalar yeməyin bol olduğu zamanda doğulmuş olarlar. (50) Doğumlarındakı bu mükəmməl planlaşdırma diqqət çəkicidir. Fillərin özlərinə yeni qida sahələri tapmaq üçün yağışlı bölgələrə köç etməsi də təkbaşına bir möcüzədir və bir çox sirlər ehtiva edir. İstiqamətlərini necə təyin etdikləri, köç zamanını necə və nəyə görə təyin etdikləri, bu əsnada necə xəbərləşdikləri aparılan tədqiqatlara baxmayaraq hələ sirrini qoruyan davranışlardandır.

compass, sextant

Bu tədqiqatlara əsaslanaraq, fillərin Günəşi, Ayı, ulduzları və dağ ilə çaylar kimi işarələri istifadə etdikləri, günlərin uzunluğu, temperatur, külək, rütubət kimi iqlim dəyişikliklərindən faydalandıqları düşünülür. Nə var ki, bədənlərində bunlardan faydalanmalarını təmin edəcək hər hansı bir orqan, ya da bir sistem hələ tapıla bilməmiş, bu mövzuda yalnız bəzi tezislər qarşıya qoyulmuşdur. Fillərin kəskin iybilmə hissinə və küləyin istiqamətini fərq edə biləcək qədər həssas bir dəriyə sahib olmalarının da köç hərəkətlərində rol oynaya biləcəyi üzərində dayanılır.

Bütün bu fərziyyələr və gəlinən nəticələr bir nöqtədə birləşir. Bu canlıların səma cisimlərinin mövqelərini şərh edərək özlərinə bir istiqamət təyin etmələri, onların bir məlumat təcrübəsinə və şərh etmə qabiliyyətinə sahib olmalarını tələb edir. Professional naviqatorlar illərlə riyaziyyat və fizika əsaslı elmi təhsilə ehtiyac hiss edərkən, bu heyvanlar yaradıldıqları ilk andan etibarən xəritəyə, saniyəölçənə, maqnit kompasa, naviqasiya cədvəllərinə və ya qrafiklərə ehtiyac duymadan hərəkət edir və yollarını da heç çaşmadan tapa bilirlər.

Sadəcə bu xüsusiyyət də, bu canlıların özlərinə lazım olan təchizatlarla üstün bir Yaradıcı tərəfindən yaradıldıqlarını isbat etməyə kifayətdir. Bu Yaradıcı göylərin, yerin və ikisi arasındakıların Rəbbi olan Allahdır. Allahın gücü sərhədsizdir və bənzərsizdir. Bu həqiqəti anlamaq və gərəyi kimi təqdir edərək Allahın istədiyi kimi bir həyat sürmək hər insanın ən əhəmiyyətli məsuliyyətidir:

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. (Bəqərə surəsi, 21-22)

Şimali Amerikanın Şimal Maralı

space

Geçmişten günümüze insanlar yön tayin etmek için pek çok araç icat edip kullanmışlardır. Oysa göç eden hayvanlar dünyaya geldikten kısa bir süre sonra daha önce hiç bilmedikleri binlerce kilometre uzaklıktaki bir yeri hiçbir araç kullanmaksızın şaşırmadan bulabilirler.

Kuşkusuz, bu canlıların vücutlarındaki kusursuz tasarım ve sahip oldukları yetenekler, onları var eden üstün Yaratıcımız Allah'ın eseridir.

Şimali Amerika şimal maralları quruda köç edən heyvanlar arasında ən uzun səyahətləri reallaşdıranlardır. Yaşadıqları sahələr ümumiyyətlə, sərt qışların yaşandığı bölgələr olmasına baxmayaraq, bu canlılar çox yaxşı qaçışçıdırlar. Peyk köməyiylə izlənilmiş olan bir maral sürüsündən on yetkin dişinin qışlıq sahələri olan meşələrdən sahil düzənliklərinə qədər 4.350 kilometr səyahət etdikləri təsbit edilmişdir. Hətta bu sürüdən bir şimal maralı, 5.055 kilometr ilə quru məməliləri arasında indiyə qədər yazılan ən uzun səfəri reallaşdırmışdır. (51)

Şimal marallarının köçlərinin məqsədi mövsümlərə görə dəyişər. Yazda qışlıq sahələrdən balalama sahələrinə doğru köç edərlər. Hamilə olan dişilər hələ yer qarlı ikən səyahətə başlayar və balalama sahəsinin yeri də qarlı ikən oraya çatarlar. Bu sahəni onlar üçün cazibədar edən balaları doğulduğunda qida tapa biləcək olmalarıdır. Pambıq bitkisi qönçələri və digər qidaların bol olduğu yerlərdə doğum reallaşar və 7-10 günə qədər bəslənmə məqsədiylə buralarda qalarlar.

Köçə başlarkən bu canlıları hansı ekoloji işarənin hərəkətə keçirdiyi tam olaraq bilinməməklə yanaşı, hamilə olan dişilərin köç müddətlərini mütləq uyğun zamanda, uyğun yerdə olacaq şəkildə nizamladıqları təsbit edilmişdir. Aparılan bir tədqiqatda, bir qrup hamilə dişinin dərin qarlar səbəbiylə səyahətlərini təxirə saldıqları, lakin köçə başladıqlarında gündə 40 kilometrdən çox gedərək, özlərindən bir ay əvvəl yola çıxıb gündə 6 kilometr yol alan digər şimal marallarıyla eyni anda doğum sahələrinə çatdıqları müşahidə edilmişdir. Bu əlbəttə ki, heyranlıq oyandıran bir şüur göstəricisidir. Allah bu canlıların nə şərtdə olursa olsun, lazım olduğu zamanda, olmalı olduqları yerdə olmalarını özlərinə ilham etmişdir. Yoxsa bir heyvanın doğum edəcəyi sahənin özündən nə qədər uzaqlıqda olduğunu, doğum etməsinə neçə gün qaldığını və bunun üçün gündə neçə kilometr getməli olduğunu hesablaması mümkün deyil. Bir şimal maralının belə bir mühakimə qabiliyyəti yoxdur.

Köçə başlayarkən planlaşdırma olaraq ən rahat gedə biləcəkləri mühitin meydana gəlməsini gözləyərlər. Onlar üçün ən uyğun zaman küləyə açıq yoxuşlar, donmuş göllər və dayaz, ya da buz tutmuş qarların olduğu zamanlardır. Qar nə qədər dərindirsə, sərf etdikləri enerji o qədər artar. Dərin qarlarda getmək məcburiyyətində qaldıqlarında tək sıra halında gedər və ən önə ümumiyyətlə, yetkin bir dişi keçər. Beləcə, yoldakı qarı açaraq, arxasından gələnlərin daha az enerji sərf edərək irəliləmələrini təmin edər. Bir neçə yüz metr sonra isə, başqa bir şimal maralı liderliyi alar. (52) Burada da ağıllı bir təşkilat vardır. Bunu şimal marallarının öz iradələriylə, fədakarlıq məqsədiylə etdiklərini, öz aralarında şüurlu bir şəkildə razılaşıb qərarlaşdırdıqlarını söyləyə bilmək mümkün deyil. Bir heyvanın bunları bilməsi və sonra da digər heyvanlarla razılaşaraq belə bir metoddan istifadə etməsi mümkün deyil. Ancaq bu heyvanlar var olduqları ilk andan etibarən bu şəkildə hərəkət edirlər. O halda onlara bu davranışın öyrədilmiş olması lazımdır ki, şübhəsiz, bunu ilk şimal maralından bu yana bütün şimal marallarına öyrədən onların Yaradıcısı Rəbbimiz Allahdır.

Bitkilərin Qida Dəyərini Hesablayan Marallar

Şimal marallarının həmişə hərəkət halında canlılar olduqlarını daha əvvəl ifadə etmişdik. Onları bu dərəcə hərəkətli edən səbəb qida axtarışlarıdır. Əsas qida qaynaqları asan həzm edilə bilən şibyələrdir. Lakin şibyələr yavaş böyüyərlər. Maralların qışlıq sahələri ümumiyyətlə, şibyələrin çox bol olduğu və qarın az olduğu qidaya asan çatılan yerlərdir. Qışda bu xüsusiyyətdəki sahələrə gedilər. Yazda isə yeni doğulmuş balaların südlə bəslənə bilmələri üçün şimal maralının zülal və minerallarla bəslənib süd istehsal etməsi lazımdır. Şibyələrdə bu zülal və minerallardan az miqdarda olar. Qidaların xüsusiyyətləri; olduqları paralelə, yüksəkliyə və torpağın xüsusiyyətlərinə görə dəyişər. Yüksək paraleldəki bitkilər həm zülal və minerala görə zəngin, həm də asan həzm edilə bilən xüsusiyyətdədir. Ancaq bu, hər mövsüm üçün etibarlı deyil, yalnız yaz mövsümünün əvvəlində bitkilər bu xüsusiyyətləri daşıyarlar. Bunu bilirmişcəsinə şimal maralları yazın başlamasıyla birlikdə bu sahələrə gedərlər.

rhenish

Yaz irəlilədikcə bu bitkilərin qida dəyərləri də getdikcə azalar. Temperatur azalıb yerlər qarla örtülməyə başladığında ən uyğun qida yenə şibyələrdir və bu səbəblə qışlıq sahələrə doğru geri köç başlayar. Bu canlıların bir botanik, coğrafiyaçı kimi düşünüb, hansı paraleldə hansı bitki nə vaxt yetişir, bu bitkinin tərkibini nə meydana gətirir, özünün hansı qida qaynağına ehtiyacı var və o bölgəyə çatmaq üçün hansı istiqamətə doğru getməsi lazımdır kimi sualların cavablarını bilmələri qeyri-mümkündür. Lakin bu canlıların hamısı həyatlarını davam etdirə bilmək üçün lazım olan davranışları əskiksiz yerinə yetirirlər. Bu vəziyyət davranışlarının özlərinə davamlı olaraq öyrədildiyini açıq şəkildə göstərir.

Uca Allah yaratdığı varlıqları sonsuz mərhəmətiylə qoruyandır. Bədənlərinin əskiksizcə həyat şərtlərinə uyğun yaradılması xaricində maralların hərəkətlərini də Allah kəsilməzcə anbaan ilham edir. Bu canlılar Allahın ilhamıyla həyatlarını davam etdirərlər və hər biri Allahın sonsuz qüdrətinin bir dəlilidir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

rhenish

Öküzbaşlı Cənubi Afrika Antilopları

Antiloplar üçün yaşamaq həmişə qida və su axtarışı deməkdir; bu səbəblə köç edərlər. Öküzbaşlı Cənubi Afrika antilopları şərqdəki Ngorongoro Krater dağlarından qərbdəki Viktoriya gölü sahillərinə, Keniyadakı Mara şəhərinə qədər bütün şimal boyunca gedərlər. 30.000 kvadrat kilometrlik bu sahə Serengeti-Mara ekosistemi olaraq bilinər. Bu geniş sahədəki illik köçləri 3.000 kilometr olaraq reallaşar.

Antilopların keçdiyi yollar daha əvvəl keçdiklərinə bənzər yollardır, amma hər il hərəkətləri bir az daha dəyişər. Yağışların yağma uzunluğu və ilin hansı dövründə yağdığı, qidanın əldə edilə bilinməsi və bilavasitə də heyvanların köçünə təsir edər. Əgər yağışlar yağışlı mövsümün əvvəli olan noyabr və dekabr ayında yağsa, antiloplar şimaldakı akasiya meşələrindəki quraq bölgələrindən və ekosistemlerin qərbindən Serengetinin ağacsız otluq düzənliklərinə köçərlər. Öküzbaşlı antilop sürüləri çox böyük bir kütlə meydana gətirərlər və irəliləyərkən otlayarlar. Hər bir heyvan hər zaman hərəkət halındadır, sürü bir həftə, ya da daha uzun müddət müəyyən bir bölgəni örtər. Antiloplar bir sahədə uzun müddət dayana bilməzlər, çünki yaşadıqları bölgədə bu qədər çox sayda heyvanı bəsləmək üçün kifayət qədər ot yoxdur.

Mara Çayını Keçmək

antelope, serengeti

Serengeti'ye tekrar yağmurların gelmesi ve otların yeşermesiyle birlikte öküzbaşlı antiloplar daha kısa otların olduğu vadilere yani geriye doğru göçe başlarlar. Mayıs ayı gelip de yağmurlu sezon sona erdiğinde, kurak sezon başlamıştır ve vadiler yine yeşil otlarını kaybetmişlerdir. Antiloplar tekrar kuzeye doğru göçe başlamak zorundadırlar.

Bəzi illərdə bir milyondan çox öküzbaşlı antilop Keniyadakı Masai Mara bölgəsinin digər tərəfinə keçərlər. Mara və Lamai Wedge olaraq bilinən Serengetinin şimal qərbindəki bu sahədə quraq mövsüm olmasına baxmayaraq, geniş otlaqlar vardır. Amma bu zəngin otlaqlara çatmaq üçün antiloplar Mara çayını keçməlidir.

İyul ya da avqustun əvvəlində minlərlə antilop çayı keçmək üçün şimali Serengetinin yamaclarından keçərlər. Bəzən son dərəcə təhlükəli yerlərdən keçər, uçurumlara doğru hərəkət edər, bəzən də başa çıxılması qeyri-mümkün kimi görünən palçıq yataqlarını keçmək üçün səy göstərərlər. Bu əsnada boğulanlar olar. Yaşlı, daha təcrübəli heyvanlar daha əvvəl keçdikləri yerlərə gələrlər və gənclər onları izləyərlər.

Antilopların keçməsini hansı amil təşviq edirsə etsin, bəzən yalnız heyvanların su içmək istəməsinin nəticəsi olaraq meydana gələr, bir dəfə başladısa, heç kim onları dayandıra bilməz. Əgər motorlu vasitələr, ya da ovçular onlara maneə törətmək istəsə, başqa bir yerdən keçərlər, bəzən çaya çatmaq üçün meşədən də keçərlər.

antelope

Serengeti'de Mayıs yaklaştıkça vadiler kurur, otlar solar ve öküzbaşlı Güney Afrika antilopları Masai-Mara'daki daha fazla besinin olduğu uzun otlu vadilere, kuzeye doğru göçe başlarlar. Bazı yıllarda 1 milyondan fazla antilop Mara Nehrini geçerek Kenya'daki Masai-Mara bölgesinin diğer tarafına ulaşır.

Sentyabrın sonunda və oktyabrda Mara bölgəsində antilop sürüləri Serengetiyə doğru geri dönməyə başlayar. Yağışlar da başlamışdır və heyvanlar yağışları izləyərək cənuba doğru irəliləyər. Yağışlar dayansa, antilop sürüləri də meşənin kənarında gözləyər; yağış davam etsə, antiloplar köç etməyə davam edərlər, dekabrda qısa otların olduğu yaşıl düzənliklərə çatarlar.

Serengetinin torpağı vulkanikdir və buna görə qida baxımından zəngindir, amma səthin bir az altında kalsium karbonatla sərtləşmiş torpaq vardır. Bu sərt qayalıq qat, ağacların kök salmasına icazə verməz, ancaq illik otlar yetişər. Bu otların kiçik qısa kökləri düzənlikdəki soyuq gecələr əsnasında sıxlaşan hər damlanı əmərlər. Bunun sayəsində ən quraq gündə belə otlar həyatlarını davam etdirə bilər, yağış düşdükdən saatlar sonra filiz verməyə başlaya bilərlər.

Öküzbaşlı antilopların sevdiyi bu Serengeti otları kiçik yarpaqları olan qısa gövdələrə sahibdirlər. Əslində bu xüsusiyyətləri minlərlə ac antilopa qarşı alınan bir tədbirdir. Otların həmişə yeyilməsi qısa qalmalarını təmin edər, beləcə nizamlı olaraq böyümələri də mühafizə edilmiş olar. Həm də otlanıldığında bitkidəki böyümə hormonları köklərdən tumurcuqlara keçər, beləcə yenidən böyüməyə kömək edər. Heyvanların tüpürcəkləri də böyümə xəbərçisi olaraq vəzifə yerinə yetirər. (53) Antiloplar zərər verəcək qədər uzun zaman eyni yerdə qalmazlar və bir yerdən bir yerə gedərkən buraxdıqları gübrələri ilə torpağı da zənginləşdirərlər.

Allah hər şeyi əskiksizcə yaradan, Rəzzaq olandır (hər canlıya ruzisini verəndir). Antilopların vərdişləri və yaşadıqları bölgədəki torpağın xüsusi quruluşu, burada yetişən otların xüsusiyyətləri və daha bir çox təfərrüatdakı uyğunlaşma köç hadisəsindəki hər mərhələnin yaradılmış olduğunun dəlillərindəndir.

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zəriyət surəsi, 58)

125 Qramlıq Yer Sincablarının Köçü

lemming

Yer sincablarının əksəriyyəti, qruplar halında ot və toxum yedikləri açıq otluqlarda yaşayarlar. Gecələri yer altındakı yuvalarında yatarlar. Bu kiçik canlıların köçləri bədən ölçüləri ilə müqayisə edildiyində son dərəcə uzun məsafələri əhatə edir. Belding yer sincabları (spermophilus beldingi) yalnız 2 aylıq olduqlarında və yetkinlərin yarı böyüklüyünə çatdıqlarında doğulmuş olduqları sahəni tərk edərlər və heç bir zaman geri dönməzlər. Bu mərhələdə yalnız 125 qr. ağırlığındadırlar və yenidən yerləşmədən əvvəl tam 1 km səyahət edərlər. Bu 75 kilo ağırlığındakı bir insanın 600 km getməsinə bərabərdir. Başqa şəkildə ifadə etsək, sincablar öz ölçülərinə görə düşünsək, cənubi Serengetidən Keniyaya gedən və oradan da geriyə dönərək 3.000 km-lik illik köç dövrünə sahib Cənubi Afrika antilopundan daha çox yol qət edərlər. (54)

Şimalın Kiçik Səyahətçiləri: Lemminqlər

sincap

Richardson'un yer sincabı kuzey Amerika'nın batı ovalarında yaşar. Evi genellikle bir ana girişi olan ve birkaç acil çıkışı olan labirent çukurlardır. Erkek genç Richardson yer sincabı 72 saatte 9,6 km seyahat eder. Bu mesafe sincapların vücut ölçüleri ile kıyaslandığında son derece fazladır.

Şimal qütbündə və Alp dağlarının tundralarında yaşayan Lemminqlər ot yeyən gəmiricidirlər. Sıx qruplar halında yaşayan Lemminqlər nizamlı illik köçlərini toplu olaraq edərlər.

Lemminqlər mövsümi köçərilərdir; hər il qış sahələrindən yaz sahələrinə köçərlər və təkrar geri dönərlər. Qışda quraq yerlərdə, ya da qalın bir qar təbəqəsinin olduğu qayalıq yerlərdə yaşayarlar. Əriyən qar yer altındakı yuvalarını doldurmağa başladığında çay, ya da bataqlıq yanındakı nəmli yazlıq otlaqlara köçərlər. Çoxalma mövsümünün sonunda təkrar qışlıq sahələrinə dönərlər, bu köç iyulda başlayar və bir neçə ay davam edər. Əvvəlcə yetkin erkəklər bölgədən ayrılarlar, yetkin dişilər onları izləyər və son olaraq da gənclər hərəkətə keçərlər. Lemminqlərin sayı az olduğunda köç də qısa olar. Amma hər üç-dörd ildə bir sayları artar, bu dövrdəki köçlərində çox uzaq məsafələrə gedə bilərlər.

Lemminqlərin bədən quruluşu yaşadıqları bölgənin şəraitinə və həyat şərtlərinə son dərəcə uyğundur. Qütb qışı boyunca donmadan və ölmədən həyatlarını aktiv bir şəkildə davam etdirərlər. Çünki lemminqlərin qış mövsümündə ortaya çıxan uzun kürkləri istilik itkisini azaldacaq, onları soyuqdan qoruyacaq şəkildə yaradılmışdır. Həm də ön pəncələri qış mövsümündə daha uzanar. Pəncələri ilə qarın altında tunellər qazaraq yuva qurarlar. Bu yuvalarında soyuqdan və ovçu heyvanlardan qorunmuş olarlar.

Bütün aləmlərin Rəbbi olan Allah, lemminqləri yaşadıqları mühitin şərtlərinə uyğun xüsusiyyətlərlə birlikdə yaratmışdır.

Məsələn, bir lemminq növünün (collared lemming) yaz mövsümündə qəhvəyi olan tükləri qışda ağ rəngə çevrilər. Qış mövsümündə sahib olduqları bu ağ görünüşləri sayəsində yemək olaraq onlardan asılı olan ovçu heyvanların diqqətini özlərindən uzaqlaşdırmış olarlar. (55)

 

Qeydlər

50- http://elephant.elehost.com/About_Elephants/Life_Cycles/life_cycles.html

51- John Owen, Fantastic Journey, s. 200

52- John Owen, Fantastic Journey, s.201

53- John Owen, Fantastic Journey, s.216

54- John Owen, Fantastic Journey, s.178

55- John Owen, Fantastic Journey, s.183

5 / total 7
"Harun Yəhyanın Heyvanlarda Köç Etmə Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com