< <
6 / total: 7

5-ci Hissə: Təkamül Nəzəriyyəsinin Çixilmaz Yollarindan Biri: Heyvanlarda Köç

Kitabın əvvəlki hissələrində başda quşlar olmaq üzrə köçəri heyvanların davranışlarını və mexanizmlərini araşdırdıq və bunların nə qədər kompleks olduqlarını gördük. Əlbəttə ki, ortada bu cür kompleks davranışlar və mexanizmlər olması, bunların yaradıldığını göstərir, bu da canlıları Allahın yaratmış olduğu həqiqətinə dəlildir.

elephant, bird

Yaxşı, bu həqiqəti rədd edən, canlıların yaradılışla deyil, təbii təsir və təsadüflərlə ortaya çıxdıqlarını müdafiə edən darvinist təkamül nəzəriyyəsi köç hadisəsini necə şərh edər? Təkamülçülər köçlə necə üzləşər, bu mövzuda nə iddia edərlər?

Bu hissədə qısaca bu sualın cavabına baxacaq və təkamül nəzəriyyəsinin köç davranışları və mexanizmləri qarşısında tamamilə çıxılmaz vəziyyətdə olduğunu görəcəyik.

Heyvanlarda köç mövzusu bir tərəfdən bizlərə Allahın yaratmasındakı üstün elmi göstərərkən, bir tərəfdən də təkamül nəzəriyyəsinin iddialarının etibarsızlığını ortaya qoyur. Bilindiyi kimi, təkamül nəzəriyyəsi canlıların və onların davranışlarının mənşəyini, sözdə təkamül mexanizmlərinə -təsadüfi təsirlərlə işləyən mutasiya və şüursuzca işləyən təbii seleksiyaya bağlayar. Təkamül nəzəriyyəsinə görə bu şüursuz mexanizmlər canlıların mənşəyi, müxtəlifliyi və davranışları ilə əlaqədar hər cür sualın cavabını verə bilir. Ancaq elmi inkişaflar təkamülçülərin bu iddialarının tam tərsi şəklində nəticələnmişdir.

Təkamül nəzəriyyəsi bu gün paleontologiya, biokimya, anatomiya, genetika kimi elm sahələrinin kəşfləri sayəsində etibarsızlığı ortaya qoyulmuş iddialardan meydana gəlir. Təkamül nəzəriyyəsinin iddialarının müasir elm qarşısındakı məğlubiyyəti bir çox kitabımızda yer alır. (Təfərrüatlı məlumat üçün baxın. Həyatın həqiqi mənşəyi, Təkamül yalanı, 20 sualla təkamül nəzəriyyəsinin çöküşü...) Bu səbəblə, bu hissədə təkamülçülərin heyvanlardakı bəzi davranışları açıqlanarkən, nəzəriyyələrinə bağlılıq adına, necə məcburi izahlara müraciət etdiklərinə toxunmaqla kifayətlənəcəyik.

Əvvəlcə ifadə etmək lazımdır ki, təkamülçü qaynaqlarda heyvanların köçü və istiqamət tapma qabiliyyətləri mövzusunda təminedici, tutarlı heç bir şərhə rast gəlmək mümkün deyil. Bu təəccüblüdür, çünki təkamülçülər paleontologiya, molekulyar biologiya kimi sahələrdə dəlil tapa bilmədikləri zaman saxta dəlillər meydana gətirməkdə heç bir qorxu hiss etməzlər. Halbuki, heyvan köçləri bu cür saxtakarlıqlara imkan verən bir sahə deyil. Bu səbəblə, təkamülçülərin köç edən heyvanların davranışlarını açıqlama səyləri heç bir dəlillə dəstəklənilməyən, yalnız bəzi ön fikirli fərziyyələr üzərinə qurulan demaqoqluqlardan başqa bir şey deyil. Məsələn, köç edən canlıların gedəcəkləri yerə çaşmadan, itmədən necə çatdıqları, minlərlə kilometrlik məsafələrə gedə biləcək enerjini necə əldə etdikləri, hava şərtlərinə uyğun strateji tənzimləməni necə bacardıqları, daha sonra da geridə buraxdıqları evlərinə dönə biləcək güclü yaddaşa necə sahib olduqları təkamülçülər üçün tam bir müəmmadır. Təkamülçülər də bu mövzuda yaşadıqları çətinliyin və edilən ziddiyyətli izahatların fərqindədirlər. Məhz bunun bir etirafı:

Köçün necə olduğu haqqında çoxlu ziddiyyət təşkil edən nəzəriyyə var. Ehtimalla rəqabət, iqlim və qida uyğunluğunun bir qarışığıdır. Və ehtimalla qismən də sadəcə təsadüfdür. (56)

Danimarkalı bir quş alim olan Finn Salamonsen isə köç edən quşların uçuşu haqqında bunları dilə gətirir:

Quşların uçuş əsnasında yollarını tapma qabiliyyətləri bir sirr və bilməcədir. Bu qədər çox nəzəriyyəyə və fərziyyəyə yol açan az problem vardır. (57)

kaz

Kar kazları çok uzun mesafelerde göç ederler, bazen o kadar yükseğe uçarlar ki çok nadiren görülebilirler. Genellikle bu uzaklıkta uçarken oluşturdukları uçuş çizgileri ile tanınırlar.

Təkamül nəzəriyyəsinin iddiaları, təsadüfü təsirlər və bunların nəticələrinə əsaslanır. Təsadüf deyildiyində şüursuz, nizamsız, plansız, təsadüfi yaranan hadisələr ağıla gəlir. Ancaq təkamülçülərin izahatlarında təsadüf anlayışı şüurlu bir güc, bir sistem, bir ağıl, bir məlumat qaynağı kimi istifadə edilər. Təkamülçü qaynaqlarda təsadüflərdən uzaqgörənlik sahibi, tədbir alan, qüsursuz dizaynlar meydana gətirən, müəyyən bir məqsəd istiqamətində qərarlar verən, seçim edə bilən bir güc olaraq bəhs edilər. Canlıların içində olduqları şərtlər dəyişdikcə, təsadüflərin də bu dəyişikliklər paralelində bir çox yeniliklərə vasitəçi olduqları, lazımi tənzimləmələri etdikləri təsvir edilir. Əlbəttə ki, bu iddialar bəzi sualları da özü ilə gətirəcək:

Necə olur ki, təsadüfi təsirlər canlıya bir xüsusiyyət qazandıra bilir, haqqında heç məlumat sahibi olmadıqları bir sistemi meydana gətirə bilir? Bunun o canlı üçün faydalı olacağına necə qərar verir və bunu sonrakı nəsillərin faydasına təqdim etmək üçün canlının genetik koduna necə yerləşdirə bilirlər? Təsadüflərin ehtiyac təsbiti edib buna uyğun sistemləri canlılar üçün var etmələri şübhəsiz ki, mümkün deyil. Bunu canlının özünün etməsi də mümkün deyil. Milyonlarla şüursuz hüceyrənin bir yerə gəlməsiylə yaranan bir canlının təcrübə aparması, hansı xüsusiyyətin özü üçün ən yaxşı olacağına qərar verməsi və işə yaramayanı ayırd etməsi ehtimaldan kənardır.

birds,migration

Köç hadisəsində bir çox heyvan kilometrlərlə məsafəni, heç bir yol göstəricisi, heç bir vasitə olmadan qət edər. Bunun əhəmiyyəti hava şərtləri və iqlim dəyişiklikləri diqqətə alındığında və qət edilən məsafələr heyvanların bədən ölçüləri ilə müqayisə edildiyində daha da təəccüblü ölçülərə çatar. Köçdəki diqqət çəkici nöqtə yalnız məsafələrin uzunluğu deyil. Bir çox köçəri quş bir bölgədə illərlə yaşadıqdan sonra əvvəlki qışlıq bölgəsinə geri dönə bilər. Həm də əksəriyyəti səfərlərini tək başına və gecə etmələrinə baxmayaraq... Bütün bunlarla yanaşı köç səfəri istər 1.000, istər 10.000 km davam etsin, böyük bir fizioloji hazırlıq tələb edir. Yüksək enerji ehtiyacı, pis hava şərtlərində yorulma, ya da sovrulma riski, yemək tapma problemləri və düşmənlərdən qorunma isə köç əsnasında qarşılaşıla biləcək mənfi şərtlərdən yalnız bir neçəsidir. Bütün bu çətinliklərə baxmayaraq, quşlar bu uzun məsafələri necə qət edirlər? Həm də bir çox canlı onları köçə məcbur edəcək pis hava şərtləri, ya da qida qaynaqlarında bir azalma kimi səbəblər olmamasına baxmayaraq, necə qərar alır və nə vaxt köç etmələri lazım olduğunu haradan bilirlər? Üstəlik, köç əsnasında istiqamətlərini tapmaq üçün onlara kim rəhbərlik edir? Bir başqa ifadəylə, kor təsadüflər quşlara istiqamət tapmağı, uzun məsafələri qət edərkən enerjiyə qənaət etməyi, zamanı anlamağı necə öyrətmişlər? Darvinistlər bu kimi sualları da aşağıdakına bənzər üstü bağlı təkamül izahları ilə yola verərlər:

... köç vərdişləri bir çox quş arasında müstəqil olaraq təkamülləşmişdir. Müxtəlif növlər fərqli istiqamətdə, fərqli yerlərə, fərqli zamanlarda və fərqli səbəblərə görə səyahət edir. Səbəblər nə olursa olsun, əgər qazanılacaq olan faydalar təhlükəni aşmış olsaydı, köçlər təkamülləşməzdi. (58)

birds, migration

Yuxarıdakı ifadələrdə də görüldüyü kimi, təkamüldən başqa bir ehtimalı diqqətə almayan kəslər təkamülçü qəliblər içində ön mühakimələrə əsaslanan məhdud, nə deyilmək istənildiyi açıq şəkildə ifadə edilməyən fikirlər söyləyirlər. Bəhsi keçən şəxslər canlıların heyranlıq oyandıran istiqamətlərini açıq şəkildə gözardı edərək, təkamül nəzəriyyəsini cahil bir yanaşma ilə müdafiə edirlər. Belə düşünək: bala quş ucsuz-bucaqsız dənizləri, səhraları keçmək üçün özünü niyə riskə atır, ya da niyə təhlükəli bir səfərə çıxma ehtiyacı hiss edir? Daha əvvəl getmədiyi bir yerdə özünə uyğun şərtlərin olduğunu haradan bilir? Naviqasiyasındakı 1 dərəcəlik səhvin canlını çox fərqli bölgələrə, hətta okeanın, ya da səhranın ortasına gətirə biləcəyi düşünülsə, bu canlıların səhvsiz istiqamət təsbit etməyi necə bacara bildikləri sualı da cavablandırılmalıdır.

Köç edən heyvanlar səyahətlərinin planlaşdırılması mövzusunda da son dərəcə dəqiq davranarlar. Yaxşı, bir-birləriylə sözləşmişcəsinə bir sürünü eyni anda hərəkətə keçirən nədir? Hər il eyni dövrü kim hesablayır? Heyvanların davranışlarında illik bir uyğunlaşma meydana gətirdiyi irəli sürülən və bioloji saat olaraq açıqlanan bu mexanizmi qüsursuz bir həssaslıqla kim işlədir? Eynilə qurulmuş bir saat kimi vaxt gəlincə onlara xəbər verən və bu cür proqramlı bir hərəkəti başladan kimdir?

Təkamülçü quş alimləri köç yollarının da dəyişən iqlim şərtləri ilə birgə şəkilləndiyini və bunların hər yeni nəsillə birlikdə dəyişikliyə məruz qaldığını irəli sürərlər. Ancaq bu şərhlərin heç biri quşların dünyanın bir ucundakı qitənin iqlim şərtlərinin uyğun, yemək qaynaqlarının bol olduğunu necə təsbit etdiklərini, bu yollara sanki bir xəritədən istifadə edirmişcəsinə necə hakim olduqlarını açıqlaya bilmir: Hər şeydən əvəl bu köç yollarının naviqasiyasının sonrakı nəsillərə necə köçürüldüyü təkamülçülər üçün cavablandırılmayan sualların başında gəlir.

Şübhəsiz, təsadüflərin zaman təyin etmə və istiqamət tapma kimi şüur tələb edən anlayışları bilib, bunları canlılarda mexanizm olaraq var etməsi mümkün ola bilməz. Bütün bu sualların cavabı bizə sonsuz ağıl sahibi bir Yaradıcının varlığını göstərir. Quranda "... Onun kəkilindən tutub-nəzarət etmədiyi heç bir canlı yoxdur" (Hud surəsi, 56) ayəsiylə bildirildiyi kimi, bütün canlılar Allahın nəzarətindədir.

Təbii Seleksiya və Mutasiya Ilə Canlılardakı Qüsursuz Xüsusiyyətlərə və Canlılardakı Davranışların Mənşəyinə Dair Bir Şərh Gətirilə Bilməz

sinekkusu

Sinek kuşları, saniyede 20 ile 80 arasında kanat çırparlar. Sinek kuşunun bir saniyede bu kadar çok kanat çırpması ve bundan zarar görmemesi vücudundaki tasarımın kusursuzluğunun göstergelerindendir.

Göç esnasında hiç durmadan milyonlarca kez kanat çırptığı halde, sinek kuşunun kaslarında en küçük bir hasar dahi oluşmaz.

Yeni doğan balalar təcrübəli quşların rəhbərliyi olmadan, əvvəlki nəsillərin istifadə etdiyi köç yollarını eynilə izləyərlər. Ən kiçik köçəri olan kolibri quşu qarğıdalı dənəsi boyda beyniylə, 2-5 qram bədən ağırlığıyla- çox uzaq məsafələri qüsursuz bir naviqasiya ilə qət edər. Təkamülçülərə görə bir canlının, özü üçün üstün bir bölgəyə köç etməsi və olduğu mühitlə uyğunlaşma içində olması təbii seleksiyanın nəticəsidir. Təbiətdə canlılar arasında bir yarış, mübarizə olduğunu müdafiə edən və hələ təbii seleksiyanın canlıları təkamülləşdirdiyini iddia edən təkamülçü elm adamları çox böyük bir elmi axmaqlığa imza atırlar. Çünki indiki vaxtda təbii seleksiyanın təkamülləşdirici bir təsirinin olmadığı, bu səbəbdən canlıların mənşəyini açıqlamaqdan son dərəcə uzaq qaldığı, artıq bilinən və qəbul edilən bir həqiqətdir.

Təbii seleksiya bilindiyi kimi, təbiətdə olduğu şərtlərə ən çox uyğunlaşan, sahib olduğu fiziki xüsusiyyətlərə görə olduğu mühitdə ən çox üstünlüyü olan canlıların yaşama və çoxalma nisbətlərinin digərlərinə görə daha yüksək olmasıdır. Ancaq bu üstünlük heç bir zaman bir canlının təkamülləşməsi ilə nəticələnməz. Məsələn, bir qisim təkamülçülərin iddia etdiyi kimi quşlardakı köç etmə meyli onların daha böyük qanadlara sahib olmasına bir səbəb deyil, təbii seleksiya onları heç bir zaman bir başqa canlı növünə çevirə bilməz və ya daha əvvəl sahib olmadıqları yeni bir orqan, ya da bir xüsusiyyət qazandıra bilməz. Təbii seleksiya, yalnız qanadları böyük olan quşların daha uzaq məsafələrə uçmalarının, bu səbəbdən daha yaxşı həyat şərtləri olan yerlərə çatmalarının bir səbəbi ola bilər.

Təbii seleksiya Darvindən əvvəl də tərifi verilən təbii mexanizmdir. Məsələn, dondurucu soyuqların təhdidi altında yaşayan bir quş sürüsündə uzun məsafə uçmağa əlverişli bədən quruluşunda olanlar yaşayacaq, digərləri isə zaman içində ələnilərək azalacaq və ya yox olacaqlar. Ancaq Darvin təbii seleksiyaya bu mənasından başqa bir məna daha yükləmişdir və bu mexanizmin zaman içində yeni növlər meydana gətirəcəyini qarşıya qoyaraq, köçün növlərin müxtəlifliyinə görə dəyişdiyini müdafiə etmişdir. Nə var ki, bu gün təkamülçülər də təbii seleksiyanın canlıları təkamülləşdirici bir gücü ola bilməyəcəyini qəbul edirlər.

zurafa

Çünki təbii seleksiya canlıların genetik hovuzuna yeni bir məlumat əlavə etməz, yəni onlara yeni bir xüsusiyyət qazandırmaz. Bir çox təkamülçü təbii seleksiyanın guya canlılara qazandırdığı xüsusiyyətləri bir sonrakı nəsilə köçürdüyünü də qarşıya qoyur. Fransız bioloq Lamark, “Zoological Philosophy” (Zooloji fəlsəfə) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamülləşdikləri fərziyyəsini Darvindən əvvəl ortaya atan adamdır. Lamark canlıların həyatları əsnasında qazandıqları dəyişikləri sonrakı nəsillərə köçürdüklərini qarşıya qoymuşdu. Məşhur zürafələr nümunəsində bu canlıların əvvəldən çox daha qısa boyunlu olduqlarını, ancaq yüksək ağaclara çatmaq üçün çalışarkən nəsildən-nəsilə boyunlarının uzandığını iddia etmişdi.

Lamarkın "qazanılmış xüsusiyyətlərin köçürülməsi" olaraq bilinən bu təkamül modeli, irsiyyət qanunlarının kəşf edilməsi ilə bərabər etibarlılığını itirdi. XX əsrin ortalarında DNT-nin kəşfiylə yanaşı, canlıların hüceyrələrinin nüvəsində kodlaşdırılmış çox xüsusi bir genetik məlumata sahib olduqları və bu genetik məlumatın, "qazanılmış xüsusiyyətlər" tərəfindən dəyişdirilə bilməyəcəyi ortaya çıxdı. Yəni bir canlı ağaclara uzana bilmək üçün həyatı boyunca çalışıb boyunu bir neçə santimetr uzatsa belə, doğurduğu balalar yenə o növə aid standart boyun ölçüləri ilə doğulacaqdılar. Qısacası, Lamarkın təkamül nəzəriyyəsi, elmi kəşflər tərəfindən yalanlandı və yanlış bir fərziyyə olaraq tarixin dərinliklərinə basdırıldı.

Bir qisim təkamülçülər isə bu iddianın etibarsızlığını kamuflyaj edə bilmək üçün mutasiya anlayışını qarşıya qoymuşlar. Ancaq indiyə qədər genetik məlumatı inkişaf etdirən heç bir faydalı mutasiya müşahidə edilməmişdir. Qaldı ki, canlıların "sadələşdirilə bilməz kompleks" quruluşları, darvinizmin əsası olan "kiçik dəyişikliklərin addım-addım yığılması" anlayışını çürüdür. Darvinizmin qatı müdafiəçilərindən olan Richard Dawkins mutasiyaların mənfi təsirlərini özü də bu cür qəbul edir:

"Diqqət edin, mutasiya təsiri sistemli olaraq inkişaf istiqamətində irəliləməz. Eynilə X- şüalarında olduğu kimi. Vəziyyət tamamilə tərsidir: Mutasiyaların böyük əksəriyyəti -hər nə səbəb olursa olsun, xüsusiyyətləri baxımından pisdir. .." (59)

DNA

DNT-dəki təsadüfi dəyişiklər heyvanlardakı köç hadisəsini də açıqlamaqdan çox uzaqdır. Məsələn, bir quşun 6 həftə boyunca cənub-şərqə sonra 4 həftə boyunca şimal-şərqə uçması, mərhələ-mərhələ DNT-dəki amin turşusu zəncirinə necə proqramlaşdırılmışdır? Ya da hansı gen bir balığa nə vaxt köç etməli olduğunu, okean boyunca hara gedəcəyini necə söyləyir? Şüursuz molekulların heyvanları belə məqsədəuyğun istiqamətləndirməsi, nə vaxt nə etmələri lazım olduğunu bildirməsi ağıl və məntiq sahibi kəslərin qəbul edə biləcəyi bir şərh deyil. Ancaq təkamülçü bioloqlar heyvanların faydasına olan davranış şəkillərinin ələnilərək irsiyyətlə sonrakı nəsillərə köçürülə bildiyini iddia edərlər. Gordon R. Taylor özü də təkamülçü olmasına baxmayaraq, darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu kitabında elm adamlarının bu iddiasını belə tənqid edir:

Açıq olan həqiqət budur ki, genetik mexanizm müəyyən bəzi davranış formalarını nəsildən-nəsilə köçürə bildiyinə dair ən kiçik bir əlamət belə göstərmir. Genetik mexanizm yalnız zülal istehsal edər. Müəyyən hormonlardan daha çox istehsal edərək, davranışa təsir edə bilər, məsələn, bir heyvanı daha aqressiv və ya daha passiv edə bilər və ya bir canlını anasından daha asılı vəziyyətə gətirə bilər. Ancaq yuva qurarkən lazım olan bir sürü hərəkət kimi müəyyən bir davranış proqramını nəsildən-nəsilə köçürə bildiyinə dair heç bir dəlil yoxdur. Əgər davranış həqiqətən irsidirsə, o halda nəsildən-nəsilə köçürülən davranışın vahidi nədir? Çünki vahidlər olduğu fərz edilir. Heç kim bu suala bir cavab verə bilməmişdir.

Darvinistlər "Müəyyən bir canlı növünün davranış ünsürlərinin səbəbi təkamülün nəticəsidir deyərək, təkamül ssenarisini daha da çıxılmaz vəziyyətə sürüyərlər. Darvinistlərə görə heyvanlardakı şüurlu görünən bütün davranışlar təsadüflərin istiqamətləndirdiyi instinktlərlə açıqlanmalı idi. Hər nə qədər bu mövzudakı şərhlər "instinkt" kimi fərqli bir anlayışla edilsə də, təməlində təsadüflərin şüursuz, təsadüfi müdaxilələrini ifadə edir. Çünki instinktin şüurlu, məqsədəuyğun qərar alması, heyvanlar üzərində belə mühüm tədbirlər alaraq həyatlarını davam etdirə biləcəkləri davranışlarda olmalarını təmin etməsi, təkamülçülər baxımından ciddi bir ziddiyyət meydana gətirər. Necə ki, daha əvvəl ifadə etdiyimiz kimi instinkt iddialarıyla əlaqədar ilk etirafçılardan biri də Çarlz Darvindir:

Bir çox instinkt elə möcüzəlidir ki, böyük ehtimalla inkişafları oxucuya nəzəriyyəmin hamısını yıxmaq üçün yetərli bir mane olaraq görünəcək. (62)

book

Darvin təbiətdə gördüyü şüurlu davranışların mənşəyinin təkamüllə açıqlana bilməyəcəyini özü də bilirdi. Bu, ağıl və məntiqin göstərdiyi bir həqiqətdir. Ancaq Darvinin nəzəriyyəsini vəsiyyət alan bir çox təkamülçü, nəzəriyyəni çoxdan yıxmış olan bu davranışların mənşəyini hələ də boş sözlərlə şərhə etməyə çalışırlar. Bu mövzuyla əlaqədar olaraq məşhur Alman bioloq Hoimar Von Ditfurth təkamülçü olmasına baxmayaraq, heyvanlardakı davranışların "ağıl və şüur" əsəri olduğunu qəbul etmək vəziyyətində qalmışdır:

... əvvəldən bəri izah etdiyimiz davranışlarına baxılınca, bunların çox xüsusi bir mənada "ağılla təşkil edilmiş" olduqlarına bağlı müəyyən meyarlar da gözə dəyir. Müəyyən bir məqsədə və hədəfə istiqamətlilik, gələcəkdəki hadisələri təxmin etmə, özündən başqa canlı növlərinin ola biləcək davranışlarını və reaksiyalarını hesabalama ağılın əlamətləri deyilsə nədir? (63)

Ancaq daha sonra bütün bu ifadələri söyləyən özü deyilmişcəsinə heyranlıq duyduğu ağıl göstəricilərinin, yaradılışın dəlili olduğunu qəbul etməmək üçün demaqoq üsullara əl atır:

book_GordonTaylor

Keçmişin təbiət alimləri bu cür hadisələrlə qarşılaşdıqca bir möcüzənin varlığına inanmaqla qalmamışlar, yəni Allahın Öz yaratdıqlarını qorumaq üçün belə bir qorumanın lazımi məlumatlarıyla onu təchiz etdiyini düşünməkdən özlərini xilas edə bilməmişdilər. Halbuki, bu tərz bir şərh, təbiət alimi üçün bir intihar, daha doğrusu elmi həqiqəti və öz varlığını inkar deməkdir. Digər yandan müasir elmin bu cür hadisələri "instinkt" həqiqətiylə şərh etməyə çalışması da çox məna ifadə edir. Çünki əksəriyyətinin sandığının tərsinə, olub bitəni instinktin bacarığı saymaq (...) bu da bizi olduğumuz yerdən çox kənara aparmaz və sualın əsl cavabını tapmamığıza mane olar...(64)

İnstinkt sözü təkamülçülərin də fərqində olduqları kimi, heç bir açıqlayıcı məna daşımayan, Allahın ilhamını qəbul etmək istəməyənlərin sığındıqları bir anlayış olmuşdur. "İnstinkt" sözü təkamülçü elm adamları tərəfindən, heyvanların doğuşdan sahib olduqları bəzi davranışları təyin etmək üçün istifadə edilər. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəsilə necə köçürüldüyü sualları hər zaman cavabsızdır. Təkamülçü genetik Gordon R. Taylor, “The Great Evolution Mystery” (Təkamülün Böyük Sirri) adlı kitabında instinktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

Daxildən gələn bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab ala bilmərik. (65)

butterfly_view

Gordon Taylor kimi etiraf edə bilməyən bəzi təkamülçülər isə bu sualları üstü bağlı, həqiqətdə bir məna ifadə etməyən cavablarla ötürməyə çalışarlar. Bu mövzu ilə əlaqədar ən böyük yanılmalardan biri instinktlərin zaman içərisində şəkilləndikdən sonra nəsildən-nəsilə köçürülərək günümüzə ötürüldüyü şəklindəki iddiadır. Bu, daha əvvəl təsvir etdiyimiz Lamarkçı məntiqdir və elmi baxımdan bir xurafat olduğu bundan bir əsr əvvəl isbat edilmişdir. Necə ki, təkamülçü elm adamlarının özləri də instinkt və impulsların nəsildən-nəsilə təkamül yoluyla köçürülməsinin qeyri-mümkün olduğunu etiraf edirlər. Təkamülçü Gordon R. Taylor, davranışların irsi olaraq sonrakı nəsillərə köçürülə bildiyi iddiasını, "acınacaqlı" bir iddia olaraq qiymətləndirir:

Bioloqlar müəyyən bəzi davranış şəkillərinin irsiliyinin mümkün olduğunu və əslində bunun həqiqətən, görüldüyünü qəbul edərlər. Dobzhansky bunu iddia edir: "Bütün bədən quruluşları və funksiyalar, heç bir istisna olmadan, ekoloji zəncirlər əsnasında yaranan irsiyyətin məhsullarıdır. Bu vəziyyət, heç bir istisna olmadan bütün davranış şəkilləri üçün də məqbuldur". Bu doğru deyil və Dobzhansky kimi hörmətli birinin bunu cahilcəsinə müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. (66)

Bu nöqtədə qarşımıza çox açıq bir həqiqət çıxır: bu canlılar sahib olduqları üstün xüsusiyyətləri öz ağılları ilə edə bilmədiklərinə və bu xüsusiyyətləri ilə doğulduqlarına görə, bu xüsusiyyətləri onlara verən, onları bu rəftarları göstərəcək şəkildə yaradan üstün bir ağıl və elm sahibi Uca Rəbbimiz Allahdır.

Təkamül, Canlılardakı Köç Davranışlarının Heç Bir Mərhələsini Açıqlaya Bilməz

Təkamül nəzəriyyəsi canlıların mənşəyini böyük ölçüdə guya həyatda qalma mübarizəsinə dayayar və bu mübarizə əsnasında əldə edilən kiçik təsadüfi üstünlüklərin zaman içində bir-birinə əlavə olunaraq yeni canlılar yaratdığını fərz edər. Kiçik bir quşun hələ bir neçə həftəlikkən heç bir rəhbər olmadan minlərlə kilometrlik bir səfərə cəhd etməsi, ancaq bu səfər üçün lazım olan orqan və davranışlar əskiksiz olaraq var olduğunda müvəffəqiyyətə çata bilər. Bu səbəbdən köç üçün lazımi orqan və davranışların mərhələ-mərhələ əldə edilməsi mümkün deyil. Çünki lazımi təchizata və qabiliyyətə sahib olmayan bir canlının həyatda qalma ehtimalı son dərəcə zəifdir. Bir təkamülçü qaynaqda bu vəziyyətdən belə danışılır:

Köç əsnasında ölüm riski böyükdür; bu riskin kölgəsi altında köç təkamülünün necə reallaşmış ola biləcəyi, köç davranışının hələ açıqlanmamış bir istiqamətidir. (67)

Ancaq təkamül nəzəriyyəsinin bu çıxılmaz vəziyyəti təkamülçüləri köçlə əlaqədar xəyali fərziyyələr etməkdən uzaqlaşdırır. Bunlardan ən məşhur olanı buzlaq çəkilmələri üzərində qurulmuş ssenaridir. Bu ssenari bir təkamülçü qaynaqda belə izah edilir:

Ən məşhur düşüncəyə görə, buzlaqlaşma köçün təkamülünü açıqlaya bilər. Bəziləri irəliləyən buzlaqların mülayim bölgə quşlarını tropiklərə itələdiyinə inanır. Buzlaqlar çəkilincə də bu quşların nəvələri atalarının evlərinə qayıdarlar. Digərləri buzlaqların tropik bölgə quşlarını mülayim bölgələrə yayılmaqdan uzaqlaşdırdığını düşünür. Buzlaqlar çəkilincə bu quşlar əvvəldən buzlaqlarla örtülü bölgələrə yayıla bildilər. Amma bunların nəvələri atalarının tropiklərdəki evlərinə döndülər. (68)

Əlbəttə, bu ssenari son dərəcə həqiqətdənkənardır. Canlılardakı köç davranışını təsadüfi təsirlərlə şəkillənən irsi xüsusiyyətlərə bağlayan təkamülçü izahlarda, çox ciddi ziddiyyətlər sərgilənir. Bir canlının DNT-sində kodlu olan məlumatların ekoloji amillərə uyğunlaşması, ya da canlının hər hansı bir davranışından təsirlənməsi mümkün deyil. Bu əvvəlki sətirlərdə də açıqladığımız kimi genetika elminin bilinmədiyi bir dövrdə ortaya çıxan elmdən kənar bir məntiqin məhsuludur. Məsələn, quşlarda köçün əvvəlki dövrlərdə buzlaqların çəkilməsinə görə yer dəyişdirməklə başladığı tezisi doğru qəbul edilsə belə, bu davranışın başlanğıcı canlının genetik məlumatıyla əlaqədar olaraq qarşıya qoyulacaq təkamülçü iddialara heç bir dəstək verməyəcək. Çünki bir quş növünə aid bütün fərdlər hansı istiqamətdə yer dəyişdirirsə dəyişdirsin, nə qədər sıx səyahət edirsə etsin, bu vəziyyətin bəhsi keçən növün DNT-si üzərində heç bir təsiri olmaz. Qısacası, köç hərəkətləri canlının DNT-sinə məlumat əlavə etməz.

ordek

Köç davranışı əgər tam lazım olduğu şəkildə olmazsa, hevyanlar üçün üstünlük deyil, əskik, hətta öldürücü ola bilər. Təkamülçülərin də ifadə etdiyi kimi, "köç əsnasında ölüm riski böyükdür" və heç bir canlının təsadüfi mutasiyaların özünə mükəmməl bir köç davranışı qazandırmasını gözləyəcək vaxtı yoxdur. Görüldüyü kimi, təkamül nəzəriyyəsinin canlılarda köçə dair heç bir tutarlı şərhi yoxdur. İrsi olaraq köçürülən və quşun daha əvvəl heç getmədiyi bir yerin koordinatlarını təsbit etməsini təmin edən bu məlumatın, zərərli təsirləriylə bilinən mutasiyalarla ortaya çıxdığını qəbul etmək məntiqdən kənardır.

Köç davranışında ortaya çıxan "planlaşdırma" o qədər kompleksdir ki, bunun yaradılışın məhsulu olduğunu görə bilməmək, ancaq darvinist xurafatla açıqlana bilər. Bəhsi keçən kompleksliyin bir nümunəsi də, köç əvvəlində bədəndə başladılan hazırlıqlardır. Köçəri quşlar köçə başlamazdan əvvəl, sürətləndirilmiş bəslənmə tempinə girərlər. Bu davranışın məqsədi çətin köç boyunca lazımi enerjini bədəndə yağ olaraq yığmaqdır. Bəzi quşlar "hyperphagia" adı verilən bu həddindən artıq bəslənmə dövründə ağırlıqlarını iki mislinə çıxara bilərlər. Hyperphagia, genetik olaraq nəzarət edilən köç fiziologiyasının bir parçasıdır. Bu davranış olduqca diqqətçəkici bir şəkildə köçdən 2-3 həftə əvvəl -ətrafdakı qida imkanları tamamilə azalmadan əvvəl- başlayar. Beləcə, quşların uzun bir səfər əvvəli enerji (yanacaq) çatışmazlığı yaşaması əngəllənmiş olar. Bu vəziyyətin quş baxımından son dərəcə təsirli bir tədbir mexanizmi olduğu açıqdır. Təkamülçülərin bu fizioloji tədbirdə rol oynayan bütün molekulyar mexanizmlərin, quşun DNT-sində təsadüfi olaraq yığılan mutasiyalara bağlı olduğunu qarşıya qoyarkən göstərə biləcəkləri heç bir dəlil yoxdur.

Köçlə əlaqədar fizioloji mexanizmlərdə təkamülçülərin açıqlaya bilməyəcəyi bir başqa ünsür də, quşların hormon səviyyələrindəki diqqətə çarpan dəyişiklərdir. Bu dəyişikləri başladan noroendokrinal (sinir və daxili hormon ifraz etməklə əlaqədar) mexanizm gün içindəki dəyişiklikləri ortaya qoyar, bu da beyin epifizinə (beyində olan və yuxuyla əlaqədar melatonin hormonunu ifraz edən bir vəzi) təsir edər və hipofiz vəzisinə (beyində olan əsas hormon vəzisi) təsir edər. Kortikosteron və prolaktin hormonlarının birlikdə işləyərək gecə fəaliyyətinə (zugunruhe) təsir etdiyi düşünülür ki, gecə fəaliyyəti ilin köç dövrlərində artım göstərər. (69) Belə kompleks endokrinal (daxili hormon ifraz etməklə əlaqədar) proseslərdə rol oynayan hormonların molekulyar quruluşu, çox xüsusi nizamlanmış bir sistemin uyğun bir parçasıdır. Nəinki kompleks sistemlərin, tək bir hormonun belə təsadüflərlə ortaya çıxması qeyri-mümkündür, buna dair tək bir elmi dəlil yoxdur. (Təfərrüatlı məlumat üçün baxın. Hormon Mucizesi, Harun Yahya)

Quş köçündə mutasiyalarla açıqlana bilməyəcək daha bir yaradılış nümunəsi vardır. Bəzi köçəri quşlar yüksək hündürlüyə uçarlar. Məsələn, Anser indica adlı qaz növünün Himalayın üzərində 9.000 metr yüksəklikdə uçduğu bilinir. Atmosferin bu bölgələri oksigen baxımından olduqca kasıbdır. Bu yüksəkliklərdə uçan quşların qanlarındakı oksigen daşıma tutumu isə yüksək qırmızı qan hüceyrəsi konsentrasiyasıyla artırılmışdır. Həm də köçəri quşlarda hemoqlobin –köçəri olmayan quşların və digər onurğalıların əksinə- oksigen daşıma və buraxma baxımından fərqliləşən iki formada olar. Bu xüsusi yaradılış oksigen sıxlığı fərqlilik göstərən yüksəkliklər arasında hərəkət edən quşa, bu hərəkəti əsnasında ağciyərinə girəcək oksigen miqdarına görə nizamlana bilən oksigen daşıma sistemi təmin edər. (70) Quşlardakı bu üstün qabiliyyət ancaq bədənlərindəki qüsursuz yaradılışla birlikdə olduğunda canlı üçün bir üstünlük meydana gətirər. Bu səbəbdən, istər canlılardakı kompleks yaradılış, istərsə davranışlarındakı heyranlıq oyandıran qabiliyyətlər təsadüflərə ehtimal verməyəcək qədər mükəmməldir.

Göç Davranışlarının Kökeni Evrimle Açıklanamaz

Hayvan göçleri üzerinde gözlem ve deney yapan bilim adamları, bu göçü sağlayan davranış ve mekanizmaların kalıtımla aktarıldığı sonucuna varmışlardır. Bu konuda yapılan iki ayrı tipte deney, oldukça aydınlatıcıdır:

1) Çapraz Evlatlık Deneyleri

Bu deneylerin birinde normalde göçücü bir kuş olmayan ringa martısının yumurtaları, göçücü bir kuş olan siyah sırtlı Lesser martılarının yumurtalarıyla değiştirildi. Bu değişim sonucu yaklaşık 900 yumurta "yanlış" ailenin yanında çatladı. Yumurtadan çıkan siyah sırtlı Lesser martıları -sahte aileleri göç etmediği halde- göç  ettiler.

2) Kara başlı yalı bülbülüyle yapılan deneyler

Profesör Peter Berthold,  kuş göçünü 20 yıl araştırmış ünlü bir araştırmacı ve aynı zamanda  Almanya'daki Max Planck Enstitüsü'nün Vogelwarte Radolfzell'de bulunan Ornitoloji (kuşbilimi) Araştırma Merkezi'nin başkanıdır. Bertholdve ekibi, binlerce göçücü kuşu biraraya toplayıp davranışlarını gözlemlediler. Sonuçlar şu şekilde ortaya çıktı:

a) Deney kuşları, içsel ve yıllık bir ritim gösteren bir göç davranışı ortaya koydular. (Bu içsel ve yıllık ritim, hayvanlarda görülen ve kış uykusu gibi fizyolojik düzenlemeler gerektiren davranışları düzenleyen genetik esaslı bir 'biyolojik saat'e dayanır). Kuşlar, değişmeyen, sabit aydınlık/karanlık döngülerine sahip ortamlarda tutuluyor olmalarına rağmen birçok değişiklik ortaya koydular:  Kilolarında değişiklikler görüldü, tüyleri yenilendi ve yılın "uygun" dönemlerinde (ilkbahar ve sonbaharda) göç hareketliliği  gösterdiler. Yani onlara göçü hatırlatacak hiç bir doğal ortam olmamasına rağmen, bedenlerindeki bir program, onları göçe hazırlıyordu. Bilim adamları bu duruma bakarak kuşların önceden programlandığı sonucuna vardılar.

b) Deney kuşlarının %97'si, doğada serbest kuşların yola çıktığı dönemle eş zamanlı bir hareketlilik başlattılar.

c) Deneye tabi tutulan değişik kuş türleri kendi göç davranışlarına uygun şekilde değişik hareketlilik seviyeleri ortaya koydular. Örneğin, göçlerinde daha uzun yol kateden kuş türleri daha uzun süren bir hareketlilik gösterdiler.

d) Melezleme deneyleri, göç etkinliğinin miktar ve model olarak popülasyonlara özgün  olduğunu ve önceden programlanmış veya kalıtımsal olduğunu gösterdi.

flamingo

Dahası deney kuşları, normal göç seyrinde beklendiği şekilde, Cebelitarık yakınlarında Akdeniz'i geçmekteyken yaptıkları gibi zamanı geldiğinde, yönlerini güneybatıdan güneye çeviriyorlardı. Dolayısıyla kuşlarda sadece ne kadar süre göç hareketliliği yaşanacağını değil, göçün hangi noktasında yön değiştireceklerini de tayin eden bir mekanizma bulunuyordu.

Bugün bilim adamları arasında kuşlardaki bu olağanüstü yeteneklerin önceden "programlanmış" olduğu kabul görüyor. Bu durum Science dergisinde yayınlanan bir makalede şöyle aktarılıyor:

"Genç kuşların, kendilerine kaç gün veya gece ve ne yönde uçmaları gerektiğini söyleyen içsel göç programlarıyla donanmış olduğuna dair sağlam kanıtlar bulunuyor"71

Bilim adamları yaptıkları başka araştırmalarda penguenlerin yol bulmak için güneşi kullandıklarını belirledikleri gibi onların biyolojik saatlerini de keşfettiler. Ve şu sonuca vardılar; penguenlerin biyolojik saati geldikleri yöne göre ayarlı idi. Eğer Cape Crozier pengueni ise Cape Crozier'in zamanına göre işlemekteydi. Ayrıca penguen yavrularının yollarını bulmada yetişkinler kadar yetenekli olduğunu da keşfettiler. Bunun anlamı penguen yavrularının bunu biliyor olarak doğduklarıdır.72

Kısacası, göçte rol oynayan mekanizmalar kesin olarak ortaya çıkarılmış olmamakla birlikte bunların önceden programlanmış, doğumla birlikte aktarılan davranışlar olarak ortaya çıkardığı yaygın kanıdır. Peki ama nasıl olmaktadır da kompleks bir davranış kalıtımla aktarılabilmektedir? Genlerde, davranışı tarif eden bir program mı vardır?

Canlılarda göç davranışı kalıtım yoluyla aktarılıyorsa da bu kalıtımın nasıl sağlandığı konusu çok önemlidir. Hayvanlar olağanüstü derecede kompleks, detaylı göç davranışları göstermektedirler. Binlerce kilometre süren uçuşlar, bu uçuşlar için önceden yapılan hazırlıklar, uçuş sırasındaki yön bulma ve navigasyon yetenekleri, tüm bunlar genlerdeki amino asit dizilimleriyle mi belirlenmiştir?

Eğer üstteki sorunun cevabı "evet" ise, yani eğer genlerde göçü tarif eden bir program varsa, bu da evrim teorisi adına büyük bir çıkmazdır. Çünkü, bu denli kompleks bir bilginin varoluşu ve genlerde kodlanışı, evrim mekanizmaları ile açıklanamaz. Hayatın kökeni, yeni organların ve biyolojik yapıların kökeni gibi konularda olduğu gibi, burada da doğal seleksiyon ve mutasyon ile açıklanamayacak kompleks ve detaylı bir bilgi vardır. Göçü tanımlayan bir bilginin varlığını rastlantısal mutasyonların ürettiğine inanmak, bir "yol haritası"nın kağıda yanlışlıkla dökülen mürekkep tarafından çizildiğine inanmak gibidir.

Elbette mantıklı ve sağduyulu bir insanın böyle imkansız bir olayın gerçekleştiğine inanması mümkün değildir. Mantıklı olan açıklama, bilginin rastlantıların değil, sonsuz bir iradenin eseri olduğunu kabul etmektir. Bir diğer deyişle, mantıklı olan, kuşların göç bilgisinin, onlara Yaratıcımız tarafından verildiğini kabul etmektir.

Göç eden canlıların hücrelerinde kodlu olan bilgiler de zaman içinde kör ve şuursuz atomların, moleküllerin yine kör ve şuursuz tesadüflerle biraraya gelmesi sonucunda meydana gelmemiştir. Bu muazzam bilgi bu canlıları yaratan Allah'ın sonsuz kudretinin eserlerindendir.

bird, migration, map

Təkamülə Meydan Oxuyan Bir Canlı: Çovdarçıkimilər

Çovdarçıkimilər qışı keçirmək üçün Alyaskadan Havaya köç edərlər. Okean üzərindən istirahət etmədən, dayanmadan uçmaları lazımdır, çünki naviqasiyaları üzərində ada yoxdur və üzən quşlardan da deyildirlər. 4.000 kilometrlik 88 saatlıq səfərləri əsnasında, qanadlarını 250.000 kimi böyük bir sayda dayanmadan çırparlar. Səfərlərinə başladıqlarında kiloları 200 qramdır. Bu ağırlıqlarının 70 qramı yanacaq olaraq istifadə ediləcək yağdan meydana gələr. Aparılan hesablamalara görə, bu quşlar itələyici güc və istilik əldə etmək üçün saatda bədən ağırlıqlarının 0,6%-nı istehlak edərlər. Bu vəziyyətdə 72 saat içində -uçuş üçün lazımi zamanın 81%-də- bütün yanacaqları olan 70 qram yağı istehlak etmələri lazımdır. Bu da quşun çatma nöqtəsinə gəlmədən 800 km əvvəl okeana düşməsi deməkdir. Ancaq bu şəkildə olmaz.

Alman Federal Fizika və Texnologiya İnstitutunda rəhbər və professor olan Werner Gitt, bu quşların 70 qramlıq yanacaqla 88 saatlıq uçuşu necə bacardıqlarını bu ifadələrlə izah edir:

Yaradıcının buradakı əsərini heyranlıqla izləyirik. "Enerji girişi, məlumat sayəsində optimizə edilər" deyə açıqlana biləcək təməl bir teoremi bizə göstərir. Bu quşun vəziyyətində, bu, ona verilmiş əhəmiyyətli bir məlumata qarşılıq gəlir: "Tək uçmayın, bir V şəklində uçun! V şəklindəki düzülüş sizə 23%-lik bir enerjiyə qənaət edəcək və hədəfinizə etibarlı şəkildə çatacaqsınız."... 88 saat sonra, geriyə hələ 6,8 qram yağ qalmışdır, ancaq bu da boşuna artırılmış deyil; küləklərin tərs istiqamətlərdən əsəcəyi çətin vəziyyətlər üçün bir tədbir olaraq saxlanmışdır. (Quşda) Fövqəladə dərəcədə aşağı bir yanacaq istehlakı vardır, saatda öz ağırlığının yalnız 0,6%-ni yandırar. Bu, insanın istehsal etdiyi hava vasitələriylə müqayisə etdiyimizdə çox təəccüblüdür. Eyni nisbət vertolyot üçün 5% və bir reaktiv təyyarəsi üçün də 12%-dir. (73)

Bu quş nümunəsində gördüyümüz kimi, köç uçuşlarında da təsadüflərin yeri yoxdur. Əksinə, burada yer vermədiyimiz incə riyazi hesablamalar vardır. İnsanların da hələ bacara bilmədikləri bu məhsuldar uçuş, bizləri bir çox sual üzərində düşündürür:

rainbird

Quş tam olaraq nə qədər enerjiyə ehtiyac duyduğunu haradan bilir?

Quşun səfərə çıxmazdan əvvəl tam lazım olduğu qədər yağ yığması necə mümkün olur?

Quş məsafəni və dəqiq yanacaq istehlakını haradan bilir?

Quş köç naviqasiyasını haradan bilir?

Quş gedəcəyi yerə çata bilmək üçün necə dayanmadan səfər edə bilir?

Quş yanacaq istehlakını azaltmaq üçün digər quşlarla V formasında düzülərək uçmalı olduğunu haradan bilir?

Şüur və ağıldan məhrum, qərar vermə, mühakimə kimi qabiliyyətləri olmayan bu canlıların son dərəcə ağıllı plan və texnikalarla uçmaları, buna uyğun bədən quruluşuna sahib olmaları tək bir həqiqətlə açıqlana bilər: bu canlılar yaradıldıqları ilk andan etibarən özlərinə verilən ilhamla hərəkət edirlər. Onlar hər şeyi yaradan Rəbbimizin əmri və yoxlaması ilə həyatlarını davam etdirirlər.

Tədqiqatçı Jobe Martın "Incredible Creatures That Defy Evolution" (Təkamül nəzəriyyəsinə qarşı çıxan inanılmaz canlılar) adlı bir sənədli filmdə çovdarçıkimiləri nümunə verərək təkamül nəzəriyyəsinin iddialarının etibarsızlığını belə izah etmişdir:

Təkamül nəzəriyyəsi, köç edən bir heyvanın yazda harada olacağını, qışda harada olacağını necə açıqlayar? Ümumiyyətlə, şərh belədir: Texasda böyümüş müəyyən bir quş vardır. O qış çox soyuq olar. Meksikaya doğru uçar. Bura gözəlmiş deyər və yazda təkrar Texasa dönər. O yaz çox istidir. Ona görə şimala Kanzasa uçmağa qərar verər. Hər il soyuq- isti deyərkən bir az daha şimala, bir az daha cənuba gedər. Ta ki şimalda qütblərdən Cənubi Amerikaya çatar. Ancaq bir quş bu qaydanı pozar. Əvvəla, bu quş bir göyərçin böyüklüyündə kiçik bir quşdur. Qütblərdə Alyaskada yaşayar. Qış üçün də Havaya uçar. 88 saatlıq dayanmadan bir uçuşu vardır. Çünki arada heç quru yoxdur. 3 gün 4 gecəlik dayanmadan bir uçuş. Yaxşı bunu necə bacarırlar? [Səfərdən əvvəl] çox yeməyə başlayarlar və 70 qramlıq yandırıla bilən enerji əldə edərlər. Bu vəziyyətdə 88 saatlıq bir yol vardır və problemimiz budur. Hər saat təxminən 1 qram sərf etdiyinə görə, üzgüçü olmayan bu quşlar bir neçə saatlıq məsafədə Havay yaxınlarında okeana düşəcəklər. Yaxşı, bunun necə öhdəsindən gəlirlər? Çünki Allah onları liderlərini dəyişdirərək V formasında uçacaqları, beləcə hava axınının qırılacağı və uçmaq üçün sərf edilən enerjini azaldacaqları şəkildə yaratmışdır... Təkamül nəzəriyyəsinin şərhlərinə uyğun gəlmir. Çünki, hər il bir az daha çox, hər il bir az daha cənuba gedə biləcəkləri bir vəziyyət yoxdur, əks halda okeana düşəcək və balıq yemi olacaq. Elə isə təkamül şərhləri etibarlı deyil. (74)

Bu kiçik quş nümunəsində görüldüyü kimi, quşun hansı üsulla, nə qədər yanacaqla uçaraq köç edə biləcəyini təcrübə ilə təsbit etməsi mümkün deyil. Müvəffəqiyyətsizliklə nəticələnən hər uçuş, quşun ölümü deməkdir. Bu səbəbdən ölən bir quşun bu təcrübəsini sonrakı nəsillərə ötürə biləcəyi bir vəziyyət yoxdur. Tək uçmanın, ya da 50 qram yağla uçmanın mümkün olmadığını bu quşların təbii seleksiya kimi şüursuz bir mexanizm sayəsində öyrəndikləri şübhəsiz ki, son dərəcə axmaq bir iddiadır. Ya da mutasiya kimi canlıları məhvedici təsirlərin belə incə hesablara əsaslanan uçuş texnikalarını genlərinə kodlaşdırması da ehtimaldan kənardır.

garden, flowers

De ki: "Siz, Allah'ın dışında taptığınız ortaklarınızı gördünüz mü? Bana haber verin; yerden neyi yaratmışlardır? ... (Fatır Suresi, 40)

 

Qeydlər

56- Pulse of the Planet, American Museum of Natural History, September 1999; http://www.pulseplanet.com/archive/Sep99/ 1974.html

57- In the Beginning was Information, Werner Gitt, 3. baskı, Almanya, 2001, s. 244

58- The Marvels of Animal Behaviour, National Geographic Society, 1972, s. 279

59- Richard Dawkins, Climbing Mount Improbable, W. W. Norton & Company, USA, 1996, s.80

60- Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, s. 221

61- Ernst Mayr, This Is Biology, The Science of the Living World, The Belknap Press of Harvard University, 7th ed., England, 1999, s. 119

62- James L. Gould & Carol Grant Gould, The Animal Mind, Scientific American Library, A division of HPHLP, New York, 1999, s. 22; [Charles Darwin, The Origin of Species, 1859]

63- Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi, 1. kitap, Alan Yayıncılık, 3. baskı, İstanbul, 1996, s. 17

64- Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi, s.15-16

65- Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, s. 222

66- Gordon R. Taylor, The Great Evolution Mystery, s. 222

67- "Animal Behavior: Observing bird behavior", http://artemis.austincollege

.edu/acad/bio/sgoldsmith/abhandouts/lab_first_birds.html

68- "Amazing Flight: Mysteries of Bird Migration" Ann E. Kessen, http://www.bellmuseum.org/imprint_sept01.html

69- "Ornithology Lecture 3", http://www.humboldt.edu/~tlg2/365/lecture3.html

70- "Have Wings, Will Travel: Avian Adaptations to Migration", Mary Deinlein, http://natzoo.si.edu/ConservationAndScience/MigratoryBirds/Fact_Sheets/default.cfm?fxsht=4

71- Wehner, R., Bird navigation—computing orthodromes, Science 291(5502):264–265, 2001.

72- Gardner Soule, Strange Things Animals Do, How Scientists Probe Their Secrets?, G.P. Putnam's Son, New York, s.35

73- (In the Beginning was Information, Werner Gitt, 3. baskı, Almanya, 2001, s. 243.)

74- "Incredible Creatures That Defy Evolution"–I, Dr. Jobe Martin, Reel Productions, 2000

6 / total 7
"Harun Yəhyanın Heyvanlarda Köç Etmə Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com