< <
7 / total: 7

Nəticə: Allah Hər Şeyin Hakimidir

Minlərlə kilometr uzaqda, müəyyən bir nöqtəyə doğru qüsursuzca başladılan və bitirilən bir səfəri açıqlamaq üçün "təsadüf", mənasız bir sözdür. Hər hansı bir şüur və məqsəddən məhrum təbii proseslər, bir tərəfdən bir quşa köçlə əlaqədar zaman və istiqamət məlumatlarını yükləyib, bir tərəfdən də onu bu köçdə ehtiyac duyacağı fizioloji xüsusiyyətlərlə təchiz edə bilməz. Bunu düşünməyi tələb edəcək nə bir elmi dəlil, nə də məntiqli bir səbəb vardır. Bu həqiqətə baxmayaraq, köç davranışının təkamüllə ortaya çıxdığını müdafiə etmək, qısa mənzilli və hər hansı bir radar sistemindən məhrum bir planerin radiosunda meydana gələcək qəzalarla, ortaya GPS (Qlobal Positioning System-Qlobal Yertapma Sistemi), elektronik radar sistemləri və digər koordinat təyin etmə və naviqasiya texnologiyasına sahib bir təyyarənin çıxa biləcəyini müdafiə etmək kimidir.

flowers_garden

Köç davranışları üzərində bir az düşünüldüyündə, bu canlıların üstün bir ağıl və qüdrət sahibi Allah tərəfindən istiqamətləndirildikləri asanlıqla görülər. Kiçik bir canlının belə təhlükəli səfərlərə cəhd etməsi, bu səfərində özünə güc təmin edəcək şəkildə, olduğu bölgədə hələ yemək qaynaqları azalıb tükənmədən onları yanacaq olaraq yığması, Günəş və ulduzlara görə istiqamət tapma texnikalarının bu canlılara qazandırılması və ən əhəmiyyətlisi, milyardlarla canlının hər köç dövründə proqramlaşdırılmış şəkildə yola qoyulması, bütün bu planın bir Yaradıcının əsəri olduğunu göstərir.

Allah canlıları yaratmışdır və hər növə necə yaşamalı olduğunu "ilham" edir. "Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. (Nəhl surəsi, 79) ayəsiylə də işarə edildiyi kimi, canlılardakı üstün qabiliyyətlər, göstərdikləri şüurlu və ağıllı davranışlar bizlərə Allahın canlılar üzərindəki hakimiyyətini göstərir. Canlılardakı köç hərəkəti də, Allahın onlara bir ilhamıdır:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

Ön mühakimələrini bir kənara buraxan və vicdanıyla düşünən insanlar bu həqiqəti qavrayarlar: bütün canlı növləri hər şeyə güc çatdıran, bütün aləmlərin Rəbbi olan Allahın diləməsi və yaratmasıyla var olmuşdur. Kitabda verilən nümunələrdən yalnız ilan balıqlarının hər dəfə ölmək və yumurtlamaq üçün Avropadan yola çıxıb özlərindən minlərlə kilometr uzaqdakı Sarqas dənizinə getmələri və bu yolda heç çaşmadan istiqamətlərini tapa bilmələri belə, bir insanın Allahın varlığına iman etməsi üçün kafi bir dəlildir. Çünki, bu davranışda bir mühakimə qabiliyyəti və üstün bir ağıl vardır. Bir çox insanın da göstərə bilməyəcəyi bu üstün ağıla, ilan balıqlarının sahib olduğunu düşünmək məntiqli deyil. Bu ağılı onlara Allah ilham edir, bunun xaricində bir şərh axtaran, tapa bilməyəcək. Allah bir ayədə belə buyurar:

De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatir surəsi, 40)

Allah, Quranda insanlara yaratdığı varlıqlar ilə göylərin və yerin yaradılışı haqqında düşünmələrini əmr etmişdir. Çünki, vicdanlı bir şəkildə düşünən hər insan Allahın varlığının dəlillərini hər yerdə görə bilər. Bu dərəcə açıq olan bir həqiqəti görməməkdə müqavimət göstərən inkarçılar isə, əslində vicdanlarını dinləsələr görə biləcəkləri bir həqiqəti sırf içində yaşadıqları təkəbbür səbəbiylə inkar edirlər. Allah bu kəslərlə əlaqədar olaraq bir ayədə belə buyurar:

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mümin surəsi, 56)

Rəbbimizin yer üzündən səmaya qədər yaratdığı hər varlıq Onun sonsuz ağlının və bənzərsiz sənətinin ən gözəl təcəllisidir.

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allaha küfr etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Nisa surəsi, 131)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

7 / total 7
"Harun Yəhyanın Heyvanlarda Köç Etmə Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com