< <
2 / total: 12

Prolaktin Hormonu

Hipofiz vəzindən ifraz olunan bu hormon, qadınlarda ana südünün ifraz olunması üçün süd vəzlərini xəbərdar edər. Eləcə də, bu hormon, hipotalamus nayihəsinin nəzarəti altında ifraz olunar. Bu hormonun vəzifəsini necə yerinə yetirməsindən, ətraflı şəkildə "ana südü möcüzəsi" hissəsində danışılacaq.

Oksitosin Hormonu

 oksitosin hormonu, ositosin hormonunun görevi
 

1. Beyin
2. Kafatası
3. Hipotalamus
4. Ön lob
5. Arka Lob
6. Aksonlar

7. Arka Lob
8. hormon içeren Granüller
9. Arka Lob
10. Hormonlar
11. Oksitosin
12. Rahim

Oksitosin hormonu, hipotalamus tarafından üretilir ve hipofizin arka bölümünde depolanır. Gerektiği zaman hipotalamustan gelen sinirsel bir emirle hipofiz tarafından salgılanır.

Görevi, süt kanallarının ve doğum yaklaştığı zaman rahim kaslarının kasılmasını sağlamaktır. Böylece doğumun kolay gerçekleşmesini sağlar.

Bu hormon hipotalamus tərəfindən ifraz olunar və hipofizin arxa payında ehtiyyat halında saxlanılar. Lazım olduğu vaxt hipotalamusdan gələn əmr (sinir xəbərdarlığı) nəticəsində hipofiz tərəfindən ifraz olunar. Vəzifəsi, süd kanallarının sıxılmasını təmin etməkdir. Oksitosin hormonunun ana südü ifrazındakı vəzifəsindən isə, "ana südü möcüzəsi" hissəsində ətraflı şəkildə danışılacaq.

Oksitosin hormonunun ana südü ifrazındakı vəzifəsindən savayı, digər bir vəzifəsi də doğum yaxınlaşdığı zaman bətni təşkil edən əzələlərin sıxılmasını təmin etməkdir. Belələliklə də, doğumun asanlaşmasını təmin edər. Doğum vaxtı yaxınlaşdıqda oksitosin ifrazı sürətlə artar. Çox maraqlıdır ki, həmin bu vaxtda bətni təşkil edən əzələlər, oksitosin hormonuna qarşı fövqəladə dərəcədə həssaslaşar.(6) Doğum əsnasında bəzi qadınlara, ağrının dayanması və doğumun daha asan olması üçün damardan oksitosin yeridilir.

Oksitosin hormonu ifrazının düzgün gedə bilməsi üçün hipotalamusu təşkil edən hüceyrələr, özlərindən çox uzaqda baş verən doğum hadisəsinin bütün təfərrüatları haqqında məlumat sahibi olmaq məcburiyyətindədirlər. Doğumun çətin proses olduğunu, doğumun baş verməsi üçün bətni təşkil edən əzələlərinin sıxılmaları və körpəni çölə doğru itələməli olduqlarını bilmək məcburiyyətindədirlər. Eləcə də, bətni təşkil edən əzələlərin sıxılması üçün, bir kimyəvi maddə ifrazının lazım olduğunu və bunun formulunu bilməlidirlər. Hipotalamus hüceyrələrinin genlərinə oksitosin hormonunun ifrazat planını yerləşdirən, dünyaya yeni gələcək körpəni, ananı, ana bətninin və hipotalamus hüceyrələrini yoxdan yaradan Allahdır.

Allahın göylərdə və yerdə baş verən hər hadisəyə hakim olduğu və hər şeyin Onun nəzarəti altında reallaşdığı Quranda belə bildirilmişdir;

Göylərdə və yerdə olanlar, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. Yaratmağa başlayan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, üstün və güclü, hökm və hikmət sahibidir. (Rum surəsi, 26-27)

Ana Südü Möcüzəsi: Prolaktin Və Oksitosin Hormonları Vəzifə Başında

Yeni doğulmuş bir körpənin bəslənmə ehtiyacları yetkin bir insanın bəslənmə ehtiyaclarından çox fərqlidir. Eləcə də, körpənin immun sistemi yetkin bir insanınkına görə zəif olduğu üçün möhkəmləndirilməlidir. Yeni doğulmuş bir körpənin bütün bu ehtiyaclarına cavab verəcək ən ideal qida "ana südü"dür. Aparılan araşdırmalar ana südü ilə qidalanan körpələrin olduqca sağlam olduqlarını və orqanizmlərinin daha yaxşı inkişaf etdiyini göstərmişdir.(7)

Ana südünün digər bir möcüzəvi xüsusiyyəti, inkişaf mərhələlərində körpənin dəyişən ehtiyaclarına cavab verəcək şəkildə, tərkibindəki qida maddələrini də dəyişməsidir. Uşaq yeməyi istehsal edən böyük şirkətlər milyonlarla dollar xərcləyərək etdikləri araşdırmalar nəticəsində, bir körpənin sağlam inkişafı üçün ən ideal qarışığı müəyyənləşdirməyə çalışmışdırlar. Lakin gəldikləri axır nəticədə, belə bir qarışığın olmadığını, körpənin dəyişən ehtiyaclarına görə hər mərhələdə xüsusi bir qarışığın hazırlanmalı olduğunu müəyyənləşdirmişdirlər. Sonra isə, ən qabaqcıl texnologiyalara malik laboratoriyalarda ana südünün bənzəri olan süni qidalar əmələ gətirməyə başlanılmışdır. Ancaq heç bir süni qida ana südünün yerini vermir.

 bebek, güzel bebek

Ortada əsil bir möcüzə var. Ananın sinəsindəki bəzi hüceyrələr, heç görmədikləri və heç tanımadıqları xarici aləmdəki bir varlığın - yeni doğulmuş bir körpənin bütün ehtiyaclarını müəyyənləşdirirlər. Sonra isə, elm adamlarının laboratoriyalarda edə bilmədiyini bacarır və ən mükəmməl qida qarışığına sahib olan ana südünü ifraz edirlər. Halbuki ananın sinəsindəki süd vəzlərini təşkil edən hüceyrələr, eynilə digər hüceyrələr kimi şüursuz və ağılsız varlıqlardır. Bu mükəmməl qarışığın formulunu müəyyənləşdirmələri və əmələ gətirmələri qeyri-mümkündür.

Bəs ana südünün ifrazatı necə başlayar və bu ifrazata necə nəzarət edilər? Bu sualın cavabında yenə bir çox yaradılış möcüzəsi gizlənmişdir. Süd ifrazında hormonal sistem və sinir sistemi ortaq şəkildə işləyirlər. Mükəmməl məlumat mübadiləsi və planlama nəticəsində bu ifraz həyata keçirilər.

Ananın sinəsindəki süd vəzlərini hərəkətə keçirən çox xüsusi bir hormon var. Bu hormon (əvvəlki səhifələrdə də bildirildiyi kimi) prolaktin hormonudur. Prolaktin hormonu hipofiz vəzisindən ifraz olunar.

Ancaq hamiləlik dövrünün əvvəlində prolaktin hormonunun ifraz olunmasını məhdudlaşdıran bəzi amillər var. Bu amilləri yoxuşu enən bir avtomobilin əyləc pedalına basılması kimi düşünə bilərik. Avtomobil aşağı doğru hərəkət etməyə meyl edir, ancaq əyləc pedalı basılı olduğu müddətcə hərəkət edə bilməz. Yəni süd ifrazı dayanmış olar.

Prolaktin hormonu ifrazının dayanması olduqca tutarlı qərardır. Çünki körpə hələ doğulmadığı üçün ananın erkən süd ifraz etməsinin faydası yoxdur. Bəs bu əyləc pedalına necə basılar? Prolaktinin vaxtından tez ifraz olunmasının qarşısı necə alınmışdır? Bu sualın cavabı bizə bir yaradılış möcüzəsini göstərir. Beynin hipotalamus nahiyəsi, prolaktin hormonunun ifrazının qarşısını alan bir hormon ifraz edər. Dopamin (prolaktin ifrazının qarşısını alan hormon) adlandırılan bu hormon prolaktin ifrazatı yavaşladar, yəni müəyyən mənada əyləc pedalına basar.

araba, manzara resmi

Bəs əyləc pedalına basılmasına kim qərar verir? Hamiləlik dövründə ifraz olunan estrogen adlı bir hormon, hipotalamusun əyləc pedalına basmasını, yəni dopamin hormonu ifraz etməsini təmin edər. Körpənin doğumuyla birlikdə estrogen ifrazatı azalar. Estrogen ifrazatının azalması dopamin hormonunun azalmasını təmin edər. Bu əməliyyat ayağın əyləc pedalından yavaş-yavaş çəkilməsinə və avtomobilin yoxuşdan aşağı enməsinə bənzəyər. Beləliklə də, prolaktin ifrazatı yavaş-yavaş artar. Prolaktin hormonu da süd vəzlərini ana südü ifrazı üçün hərəkətə keçirər.

Ortada əsil bir yaradılış möcüzəsi var. Hamiləliyin ilk aylarında süd ifrazının qarşısı bu dizayn sayəsində alınmışdır. İndi bütün bu sistem üzərində diqqətlə düşünək:

Prolaktin hormonunu ifraz edən hipofiz hüceyrələri, süd vəzlərini haradan tanıyırlar? Süd ifraz etmək vəzifəsini yerinə yetirən hüceyrələrə "süd ifraz et" təlimatını hansı ağıl və şüurla verirlər?

Doğumdan əvvəl prolaktin ifrazının qarşısını alan hormonlar, südün hələ ifraz olunmamasının lazım olduğunu, bir müddət daha gözlənilməli olduğunu haradan bilirlər?

Bu hormonlar süd ifrazını prolaktinin etdiyini və süd ifrazının qarşısını almaq üçün prolaktin hormonu ifrazına maneə törədilməli olduğunu necə öyrəniblər?

Ana südünün ifrazını ən doğru vaxtda təşviq edən digər bir sistem də vardır ki, bu sistem də insan orqanizminin nə qədər plan şəkildə yaradıldığının digər bir dəlilidir.

Körpənin süd əmməsi, ananın sinə nahiyəsindəki bəzi sinir hüceyrələrinin hipotalamusa sinir xəbərdarlığı göndərmələrinə səbəb olar. Bu xəbərdarlıq hipotalamusa təsir göstərər və hipotalamusun sanki prolaktin üzərində basdığı əyləcdən ayağını çəkməsini təmin edər. Beləliklə də, prolaktin ifrazı artar və süd vəzləri süd ifrazı üçün xəbərdar edilmiş olar.

Bu xüsus üzərində bir daha düşünək;

Ananın sinəsi içinə o dünyaya gəldikdən bəri, bəzi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar körpənin əmmə refleksini ayırd edəcək şəkildə dizayn olunmuşdurlar. Bu reseptorlardan çıxan elektrik kabellərinin (sinir çıxıntıları) bir ucu çox uzaqda yerləşən digər bir orqana, beynin hipotalamus nahiyəsinə bağlanır. Yəni körpənin əmmə refleksinin başlamasını hipotalamus nahiyəsinə bildirmək üçün, xüsusi sistem yaradılmışdır. Bu kabellər ətdən və sümükdən meydana gəlmiş insan orqanizmindəki trilyonlarla yer içində ən doğru yerə bağlanırlar. Səhvə yol verərək beynin görmə mərkəzinə, mədəyə və ya bağırsaqlara deyil, tam lazımi yerə, yəni hipotalamusa bağlanırlar.

prolaktin, anne sütü

a-e. Süt Bezleri
b. Hipotalamus

c. Hipofiz Bezi
d. Prolaktin

1)Bebeğin süt emmesiyle birlikte annenin göğüs bölgesinde bulunan bazı sinir hücreleri hipotalamusa uyarı gönderir.
2) Bu uyarı üzerine hipotalamus, hipofiz bezine prolaktin üretme için emir verir.
3-4)Hipofiz bezinden salgılanan prolaktin hormonu da anne sütünün üretilmesi için göğüste bulunan süt bezlerini uyarır.

Hipotalamusu təşkil edən hüceyrələr də özlərinə bu elektrik siqnalı çatdığı anda, ana südünün ifraz olunması üçün lazım olan əməliyyatı başladarlar. Ancaq bu hüceyrələr ağıl və ya şüur sahibi deyildirlər. Bu siqnalın ana sinəsindən gəldiyini, körpənin əmmə refleksini özlərinə bildirdiyini, buna görə də, ana südünün ifraz olunmalı olduğunu, südün ifraz olunması üçün özlərinə əhəmiyyətli vəzifə düşdüyünü, prolaktin ifrazatı artırmalı olduqlarını, çünki prolaktinin süd vəzlərini hərəkətə keçirəcəyini qətiyyən bilməzlər. Bəs onda, şüursuz hüceyrələrə bu şüurlu hərəkətləri etdirən kimdir?

Kim ana sinəsinin içinə reseptorlar yerləşdirmişdir?

Kim bu reseptorların əmələ gətirdikləri siqnalları ötürəcək kabelləri çəkmişdir?

Kim bu kabellərin ucunu hipotalamusa bağlamışdır?

Kim hipotalamus hüceyrələrinə bu siqnal gəldiyi vaxt hipofiz vəzisinə təsir etməli olduqlarını öyrətmişdir?

Kim hipofiz vəzini təşkil edən hüceyrələrin içinə, süd vəzlərini hərəkətə keçirəcək hormonun formulunu yazmışdır?

Kim bu hormonun, kəllənin içində yerləşən hipofiz vəzindən, ana sinəsinə çatmasını təmin edəcək damar sistemini yaratmışdır?

Kim sinə hüceyrələrini bu hormon gəldiyi vaxt fəaliyyətə keçəcək şəkildə yaratmışdır?

Kim sinə hüceyrələrinə ana südünün (elm adamlarının da təqlid edə bilmədikləri) o bənzərsiz formulu öyrətmişdir?

Əlbəttə ki, bütün bu sualların tək cavabı var: Aləmlərin Rəbbi olan Uca Allah.

Elm və texnologiyanın inkişafı sayəsində insan öz orqanizmini daha yaxından araşdırma imkanı tapmışdır. Bu imkan, insan orqanizmindəki sistemlərin nə qədər böyük ağıl və planlama ilə yaradıldığını göstərmiş və Allahın yaratma sənətini ətraflı şəkildə gözlər önünə sərmişdir.

Allahın varlığını qəbul etməyən insanların bütün bu hadisələr qarşısında hər vaxt olduğu kimi sığındıqları tək bir yalan var; təsadüf...

Bu insanlar canlılardakı və kainatdakı mükəmməl planlama və sənətin mənbəyi haqqında yalnız təsadüfü müdafiə edərlər. Lakin təkcə yuxarıda ümumi şəkildə bəhs etdiyimiz "ana südü möcüzəsi" belə, bu təsadüf iddiasının mənasızlığını göstərmək üçün kifayətdir.

Bu sistemdə iştirak edən minlərlə fərqli işçinin təkcə birinin belə, məsələn, təkcə bir sinə, hipofiz, sinir və ya hipotalamus hüceyrəsinin və ya təkcə bir hormonun təsadüfən yaranması elmi cəhətdən qeyri-mümkündür. Bu sistemin işçilərinin hər biri vəzifələrini yerinə yetirəcəkləri doğru yerdə, varlıqlarını davam etdirmək üçün ehtiyacları olan əlavə sistemlərlə (qan-dövranı, tənəffüs və s.) birlikdə, bir anda yaranmaq məcburiyyətindədirlər. Bunun isə tək bir izahı var; bu sistem Allah tərəfindən yaradılmışdır.

Ana südü möcüzəsindəki digər bir yaradılış dəlili isə, oksitosin adlı hormondur.

Yuxarıdakı sətirlərdə ana südünün ifrazı üçün mövcud olan mükəmməl dizayndan bəhs edildi. Ancaq ortada bir problem var: süd vəzlərində südün ifraz olunması təklikdə kifayət deyil. Körpə ana südünü sinə ucundan, əmzikdən olduğu kimi asanlıqla öz gücüylə əmə bilməz. Süd, süd vəzlərindən sinə ucuna çatdırılmalıdır. Əks halda indiyədək incəliklərindən danışdığımız sistemin heç bir əhəmiyyəti olmayacaq, ana südü süd vəzlərindən sinə ucuna çata bilməyəcək və yeni doğulmuş körpə qidasız qalacaq. Bəs süd sinə ucuna, burdan da körpəyə necə ötürülər?

Tarix boyu ana südü əmən trilyonlarla insan (belə ki, buna siz də daxilsiniz) bunu oksitosin hormonuna borcludur.

Oksitosin hormonu süd vəzi kanallarının ətrafındakı əzələlərin sıxılmalarını təmin edir. Məhz bu sıxılmalar sayəsində süd, süd vəzlərindən sinə ucuna doğru hərəkət edər və bu nahiyədə hazır vəziyyətdə gözləyər. Beləliklə də, əmizdirmə əməliyyatı əsnasında süd asanlıqla körpəyə çatmış olar.

Bəs oksitosin hormonunu ifraz edən hüceyrələr, südün istifadə edilə bilməsi üçün ana sinəsinin ucuna çatdırılmalı olduğunu, əks halda körpənin süd əmə bilməyəcəyini haradan bilirlər? Bunu bilsələr belə, süd kanalındakı hüceyrələrin sıxılmalarını təmin edəcək formulu necə bilirlər?

Bu suallar bir insanın mövcud sistemdəki mükəmməlliyi daha yaxşı qavraya bilməsi üçün öz-özünə verməli olduğu suallardır. İnsan orqanizmindəki bütün hüceyrələr üzərində təcəlli edən ağıl və şüur, özlərini yoxdan yaradan Allahın sonsuz elmini əks etdirir. Allah Quranda göydən yerə qədər olan hər işi Özünün idarə etdiyini belə bildirmişdir:

O, göydən yerə qədər olan bütün işləri idarə edir... (Səcdə surəsi, 5)

Qanınızdakı Su Miqdarını Tənzimləyən Sistem: Antidiuretik Hormon

 su içme, su kaybı

1. Deri
2. Akciğerler
3. Karaciğer

4. Böbrekler
5. Kalın Bağırsak

Su ve diğer atıklar, vücuttan, böbrekler, bağırsaklar, ciğerler ve deri yoluyla atılır.

Orqanizminizdə nə qədər su olması lazım olduğunu bilirsinizmi? Hər gün yediyiniz qidalar və içdiyiniz mayelərlə orqanizminizə neçə qram su qəbul etdiyinizi və bu suyun nə qədərini orqanizminizdən kənarlaşdırmalı olduğunuzu hesablaya bilərsinizmi? Günün hər saniyəsi qanınızda neçə qram su olduğunu, qan təzyiqinizi, toxumalarınızdakı su nisbətini hesablaya bilərsinizmi?

Əgər bu hesablamaları tək-tək yerinə yetirmək vəzifəsi bir insana verilmiş olsaydı, başqa heç bir işlə məşğul olmadan bütün vaxtını bu vəzifəyə ayırmaq məcburiyyətində qalardı. Bu çox əhəmiyyətli bir vəzifədir; çünki insan orqanizmi su itirməmək məcburiyyətindədir. Əgər 10%-lik su itkisi baş versə bunun ardınca ölüm gələr.

Ancaq insanın, orqanizmindəki su miqdarını ölçməyə ehtiyacı olmaz. Çünki hər insanın orqanizminin dərinliklərinə, orqanizmində olan su miqdarını tənzimləyən və qaydaya salan çox xüsusi bir sistem yerləşdirilmişdir. Əgər bu sistemin incəliklərini araşdırsanız təəccüb oyandıran mühəndislik və planlama möcüzəsi ilə qarşılaşarsınız.

Əgər tərləmək və ya su içməməkdən ötrü müəyyən miqdar su itirsək, qandakı su miqdarı azalacaq. Əgər orqanizminizdə xüsusi bir sistem qurulmasaydı, qanınızdakı su miqdarı nə qədər azalırsa azalsın, sizin bundan xəbəriniz olmayacaq və bir müddət sonra özünüz də bilmədən susuzluqdan öləcəkdiniz. Bəs qanınızdakı su miqdarının azaldığı necə müəyyənləşər və lazımi tədbirlər necə alınar?

Beynin hipotalamus nahiyəsinə çox xüsusi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar hər saniyə, hətta siz bu yazını oxuyarkən belə, qanınızdakı su miqdarını ölçərlər. Əgər qandakı su miqdarının azaldığını müəyyənləşdirsələr, dərhal həyəcan vəziyyətinə keçərlər.

 su içme, su kaybı

Su, insan vücudunun en çok ihtiyaç duyduğu maddedir. Eğer vücuttaki su kaybı mevcut suyun %10'u gibi bir rakama ulaşırsa, bu kayıp ölüm ile sonuçlanır. Ancak insan hiçbir zaman bedenindeki su miktarını ölçüp, buna göre tedbirler almaz. Çünkü bu görevi kendisinin yerine üstlenmiş, kusursuz bir sisteme sahiptir.

Bir anlıq hipotalamusdakı reseptor hüceyrələrdən birinin yerinə yenə bir insan qoyduğumuzu fərz edək. Bu insanın vəzifəsi; 24 saat heç yorulmadan, yatmadan qandakı su miqdarını ölçmək olacaq. Ölənə qədər də başqa heç bir işlə məşğul olmayacaq, tək vəzifəsi yalnız bu ölçmə işini hesablamaq olacaq. Şübhəsiz ki, belə bir vəzifəni yerinə yetirmək insan üçün qeyri-mümkündür. Bəs bir hüceyrə toplusu, bütün həyatını nə üçün bir mayenin içindəki su miqdarını hesablamaya həsr edər? Əlbəttə ki, bu, həmin bu hüceyrə toplusunun özünə verilən bir vəzifəni yerinə yetirdiyini göstərməkdədir. Hipotalamus Allahın ilhamı ilə hərəkət edir.

Bu mövzunun bir də fərqli istiqamətini düşünək. Qandakı su miqdarının azaldığını fərz edək. Belə olduqda reseptor hüceyrələrin yerinə qoyulan insan nə etməli olacaq? Əgər bu hüceyrələrin yerində həqiqətən bir insan, məsələn, siz olsaydınız necə bir tədbir alardınız? Su içmə imkanını nəzərə almadan, qandakı su miqdarını necə artırardınız?

Yəqin ki, (biologiya təhsili almamısınızsa) ağlınıza sidik mayesindəki su molekullarını ayırdıqdan sonra, onları qana geri qaytarmaq gəlməzdi. Belə bir fikir ağlınıza gəlsə də, bunu tətbiq etmək üçün nə etməli olduğunuzu bilməzdiniz.

Hipotalamusdakı reseptor hüceyrələr qandakı su miqdarının azaldığını müəyyənləşdirdikləri vaxt, dahiyanə bir üsula əl atarlar. Hipofiz vəzisində saxlanılan antidiuretik hormon, mesaj daşıyan çox xüsusi bir molekulu istifadə etməyə qərar verər. Bu mesaj böyrəkdəki milyonlarla mikro kanalcığın ətrafındakı hüceyrələr üçün yazılmışdır və bu hüceyrələrə "sidik mayesindəki su molekullarını tutun" əmrini verir.

Bu məqamda ağla bu suallar gəlir: hipotalamusdakı hüceyrələr özlərindən çox uzaqda yerləşən və heç vaxt görmədikləri böyrək hüceyrələrinə əmr verməyi necə bacarmışdırlar? Böyrək hüceyrələrinin başa düşəcəkləri və itaət edəcəkləri bir mesaj yazmağı necə bacarmışdırlar? Böyrək hüceyrələri bu əmrə nə üçün itaət edirlər?

Bu rabitə sistemi sayəsində sidikdəki su molekullarının böyük hissəsi təmizlənər və təkrar qana qarışdırılar. Nəticədə sidik miqdarı azaldılmış və orqanizmə müəyyən ölçüdə su qazandırılmış olar.

Əgər həddindən artıq su içmişiksə, bu dəfə də mexanizm tam tərsinə işləyər. Qandakı su miqdarı yüksələr. Bu yüksəlmə nəticəsində hipotalamusdakı reseptorlar antidiuretik hormonunun ifraz olunması əməliyyatını yavaşladarlar. Antidiuretik hormon azaldıqda böyrəklərdə suyun geri sorulma prosesi də yavaşlayar. Sidik mayesi artar və qandakı su miqdarı tarazlıqda saxlanılmış olar.

su dengesi, insan vücudundaki dengeler

1. Hipofiz Bezi
2. Hipotalamus
3. Atar Damar
4. Toplardamar
5. Arka Hipofiz Bezi

6. Ön Hipofiz Bezi
7. Kılcal Damar
8. Atar Damar
9. Kılcal Damarlar

Eğer kanda bulunan su miktarını ölçme ve buna göre önlem alma görevi insanın kendisine verilseydi, bunun için insanın çok gelişmiş bir laboratuvara ihtiyacı olurdu. Ve gece gündüz hiç aralık vermeden kanındaki gelişmeleri gözlemlemek zorunda kalırdı. Ancak insanların binbir güçlükle yapacakları (hatta büyük ihtimalle yapamayacakları) bu görevi, küçücük hücreler büyük bir ustalıkla yerine getirirler.

Antidiuretik hormonun bir xüsusiyyəti də qan damarlarını daralda bilməsi və beləliklə də, qan təzyiqini artıra bilməsidir. Bu da çox xüsusi hazırlanmış sığorta sistemidir və insanın xüsusi yaradılışla yaradıldığının digər bir dəlilidir. Bu sığorta sisteminin də işləyə bilməsi üçün yenə hərtərəfli plan hazırlanmışdır. Həm ürəyin qulaqcıq nahiyəsinin içinə, həm də ona gələn damarların içinə qan təzyiqini ölçən çox xüsusi resptorlar yerləşdirilmişdir. Bu reseptorlardan çıxan kabellər də (sinirlər) hipofiz vəzinə bağlanmışdırlar. Normal qan təzyiqi altında bu reseptorlar fasiləsiz surətdə qıcıqlandırılır və hipofiz vəzisinə dayanmadan elektrik siqnalı göndərirlər. Bu elektrik siqnallarının hipofizə çatması, antidiuretik hormonun ifrazının qarşısını alır.(8)

Bu sistemi infraqırmızı şüalardan istifadə olunan siqnalizasiya sistemlərinə bənzədə bilərik. Əgər oğru bilmədən bu işıq selinə təmas etsə, işıq mənbəyi və qəbuledici arasındakı əlaqə kəsilər və həyəcan siqnalı çalmağa başlayar.

Eynilə bu nümunədə olduğu kimi, ürəyin və damarların içinə yerləşdirilən reseptorlardan hipofizə siqnal çatdığı müddətcə hər şey normal və yolunda gedər. Bəs həyəcan siqnalı necə çalmağa başlayar?

adh hormonu, vücuttaki su dengesi

a. ADH hormonu hipotalamusta üretilir.
b. ADH hormonu hipofiz bezinde depolanır ve gerektiğinde buradan salgılanır.
c. Olumsuz Geri Besleme

1. Hipotalamus
2. Arka Hipofiz
3. Ön Hipofiz
4. Atardamar

5. ADH
6. Uyarı
7. Duyular
8. Hipotalamus

9. Arka Hipofiz
10. Response
11. ADH
12. Böbrek

13. Böbrek Tübülleri
14. Yoğunluğu Azalmış Kan
15. Normal
16. Yoğunlaşmış Kan

Kandaki su miktarı düştüğü̈nde, hipotalamusa uyarı gelir. Bunun sonucunda hipotalamustaki sinir hü̈creleri, ADH salgılanması için uyarıda bulunurlar. ADH hormonu, gönderdiği mesajla böbreklerden daha fazla suyun geri emilmesini sağlar. Kan yeteri kadar sulandıktan sonra ADH salgılanması sona erer.

Ciddi qanaxma baş verdikdə insan çox qan itirər və damarlarındakı qan miqdarı azalar. Bu da qan təzyiqinin azalması mənasına gələr ki, aşağı qan təzyiqi xəstə üçün çox təhlükəlidir.

Qan təzyiqi azaldığı anda damarlar və ürəyin içindəki reseptorların hipofizə göndərdikləri siqnal da kəsilər. Bu da hipofizin həyəcan vəziyyətinə keçməsinə və antidiuretik hormonu ifraz etməsinə səbəb olar. Antidiuretik hormon tezliklə qan damarlarının ətrafındakı əzələlərin sıxılmasına səbəb olar və bu əməliyyat qan təzyiqinin yüksəlməsini təmin edər. Bu çox mürəkkəb, bir-birindən asılı işləyən və bir çox hissədən ibarət sistemin, üzərində düşünülməli bir çox incə xüsusiyyəti var.

 su içme, su kaybı

Kalbin ve damarların içine yerleştirilen alıcılardan hipofize sinyal ulaştığı sürece herşey yolunda gidiyor demektir. Ancak kan basıncı düştüğünde sinyal kesilir. Bu da hipofizin gerekli önlemleri almasına neden olur. Bu sistemi, kızıl ötesi ışınlar kullanarak yapılan alarm sistemlerine benzetebiliriz. Kızıl ötesi ışın devam ettiği sürece sorun yoktur. Ancak herhangi bir sebeple (resimde görüldüğü gibi) ışının kesintiye uğraması, alarm durumuna geçilmesini sağlar.

Antidiuretik hormonu ifraz edən hipotalamus hüceyrələri, özlərindən çox uzaqda yerləşən damarların ətrafındakı əzələ hüceyrələrinin quruluşunu haradan bilirlər?

Qan təzyiqinin artması üçün bu damarların sıxılmalı olduqlarını necə düşünmüşdürlər?

Bu hüceyrələrin sıxılmasını təmin edəcək kimyəvi formulu necə meydana gətirə bilirlər?

Ürək və hipofiz arasındakı rabitə şəbəkəsini və kabelləri kim çəkib belə mükəmməl bir siqnalizasiya sistemi meydana gətirmişdir?

Şübhəsiz ki, ortada əsil bir dizayn var və bu dizayn insanın şüursuz təsadüflər nəticəsində deyil, mükəmməl yaradılışla yaradıldığını göstərir. Təkamülçülərin orqanizmdəki rabitə və siqnalizasiya sisteminin təsadüfən yarandığını, hüceyrələrin öz-özlərinə bu sistemi düşünüb tapdıqlarını və quduqlarını iddia etmələri böyük məntiqsizlik nəticəsidir. Belə bir iddia torpağın üzərinə qoyulan sement, kərpic, elektrik kabeli kimi vəsaitlərin, qopan bir fırtına nəticəsində əvvəlcə təsadüfən bir göydələn meydana gətirdiklərini, sonradan qopan ikinci bir fırtına nəticəsində, bu göydələnin içinə elektrik sistemi çəkdiklərini, üçüncü bir fırtınada isə, binanın içində mükəmməl təhlükəsizlik sistemi qurduqlarını iddia etməyə bənzəyir. Ağıl və idrak sahibi heç bir insan belə məntiqsiz bir iddianı qəbul etməz. Lakin təkamülçülərin iddiası bundan daha da məntiqsizdir. Allahın varlığını inkar etmək məsələsində qətiyyətli olan təkamülçülər, söylədiklərinin nə qədər məntiqsiz olduğunu nəzərə almadan təkamül nəzəriyyəsini müdafiə edərlər.

Halbuki Allahın varlığı və göydən yerə hər şeyi mükəmməl dizaynla yaratdığı çox aydındır:

Göyləri və yeri (bənzərsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar. (Bəqərə surəsi, 117)

computer_network

Tesadüfen meydana gelen doğa olayları bir arsaya yığılan çimento, tuğla ve elektrik kablosu gibi malzemeleri gelişmiş bir gökdelenler şehrine veya ileri teknolojiye sahip bir bilgisayar ağına dönuştüremez.

Vücuttaki çok daha kompleks yapıların tesadüfen oluştuğunu iddia etmek ise, bir gökdelenler şehrinin tesadüfen meydana geldiğini iddia etmek kadar mantıksızdır.

Vaxt Tənzimləməsi Və Cinsiyyət Seçimi Apara Bilən Hormonlar

 children, gender

Bəlkə də, ilk dəfə oxunulduqda inanılması çətin gələcək, lakin orqanizminizin içində bir çox saat var. Elm adamlarının bioloji saat kimi də xarakterizə etdiyi bu anlayış, orqanizmin fərqli nahiyələrinə yerləşdirilmiş və hər biri öz vəzifəsinə görə zamana görə proqramlaşdırılmış bir çox mikro saatdan ibarətdir. Bu mikro saatlardan biri də beynin hipotalamus nahiyəsinə yerləşdirilmişdir.(9)

Hər kəs insanların, uşaqlıqdan yetkinliyə qədərki mərhələdə dəyşikliyə məruz qaldıqlarını, həddi-büluğa çatdıqlarını və bu mərhələdə insan orqanizmində müəyyən dəyişikliklərin baş verdiyini bilir. Həddi-büluğa keçid qadınlarda 8-14, kişilərdə 10-16 yaşları arasında yaşanır.

Bəs bu günə qədər yaradılmış milyardlarla insanın orqanizminə yerləşdirilən və tam vaxtında işləməyə başlayan bu saat nədir? Üstəlik, bir insanın həddi-büluğa çatdığını necə heç yanılmadan anlaya bilir?

Beynin hipotalamus nahiyəsi doğumdan etibarən çox xüsusi bir əməliyyatı yerinə yetirmək üçün illərlə gözləyər. Ən doğru vaxt, yəni uşaqlıqdan həddi-büluğa keçmə vaxtı çatdıqda hipotalamusun içində sanki zəngli bir saat çalar. Bu, zəng hipotalamusun yeni bir vəzifəyə başlama vaxtını göstərir.

Əslində bu saat bənzətməsi, elm adamlarının mövcud bir şeyi izah etmək və aydınlaşdırmaq üçün işlətdikləri ifadədir. Əlbəttə ki, hipotalamusun içində bir saat yoxdur. Ancaq bir ət parçası illərlə gözləyib ən doğru vaxt gəlib çatdıqda hərəkətə keçirsə, bunun üçün ən uyğun bənzətmə hipotalamusun içində bir saat olması bənzətməsidir.

Bəs hipotalamusu təşkil edən hüceyrələr doğru vaxtın gəlib çatdığını necə anlayırlar? Elm aləmi, kiçik bir ət parçasında bu qədər şüurlu və proqramlı hərəkətin edilə bilməsinə hələ də bir izah gətirə bilməmişdirlər.(10) Bu hadisə böyük bir möcüzədir. Həmin bu sistemin incəliklərinin sonrakı illərdə öyrənilə bilcəyi ehtimal olunur. Əlbəttə ki, bu incəliklərin başa düşülməsi də Allahın yaratmasındakı mükəmməlliyin yeni bir dəlili olacaq.

hipotalamus, cinsiyet ayrımı

Beynin hipotalamus bölgesine yerleştirilmiş olan "görünmez" saat sayesinde, hipotalamus bir insanın ergenlik çağına geldiğini anlar. Ve bu saat her insanda hiç durmadan ve bozulmadan çalışmaktadır.

Həmin bu zəng işə düşən vaxt, hipotalamus xüsusi bir hormon (QTRH) ifraz edər. Bu hormon da hipofiz vəzisinə iki hormonu ifraz etmə əmrini verər. Çünki hormonların ifraz olunması üçün ən ideal vaxt gəlib çatmışdır. İfraz olunan hormonlar follikulstimiləedici hormon (FSH) və lüteinləşdirici hormon (LH)-dur.

Bu iki hormonun çox əhəmiyyətli vəzifələri və möcüzəvi qabiliyyətləri var. Hər ikisi də kişi və qadın orqanizminin fərqlənmə və fiziki yetkinləşmə prosesini başladarlar. Bu çox mühüm bir incəlikdir; çünki FSH və LH hormonları bu dəyişikliyi təmin edəcək yerlərə uyğun şəkildə dizayn olunmuşdurlar. Eləcə də, hər iki hormon nə etməli olduqlarını çox yaxşı bilirlərmiş kimi hərəkət edərlər.

FSH hormonu qadın orqanizmində yumurtalığın içində yerləşən yumurta hüceyrələrinin yetkinləşməsini və inkişafını təmin edir. Digər bir vəzifəsi də, bu yerdə çox əhəmiyyətli olan digər bir hormonun, estrogen hormonunun ifraz olunmasını təmin etməkdir.

FSH hormonu yenə eyni formul əsasında kişi orqanizmində də ifraz olunur. Ancaq bu dəfə tam fərqli təsirlər meydana gətirir. Xaya hüceyrələrini oyadar və sperma ifrazatını başladar.

LH hormonunun qadın orqanizmindəki vəzifəsi isə, yetkinləşmiş yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı digər bir hormonun ifraz olunmasını təmin edər.

LH hormonunun kişi orqanizmində fərqli vəzifəsi var. Xayalardakı bir qrup xüsusi hüceyrələri (leydiq hüceyrələrini) xəbərdar edər və testosteron adlı hormonun ifraz olunmasını təmin edər.

Əlbəttə ki, bu hormonların fərqli cinslərin orqanizmlərində eyni formul əsasında ifraz olunmaları və hər cinsdə bir-birlərindən tam fərqli təsirlər göstərmələri çox düşündürücüdür. Kişi orqanizmi və qadın orqanizmi arasındakı fərqi, hormonlar haradan bilirlər? Eyni formula sahib bir hormon, kişi orqanizmində testosteron ifrazını təmin etdiyi halda, qadın orqanizmində progesteron ifrazını necə təmin edə bilir? Eyni formul əsasında ifraz olunan hormonlar necə olur ki, kişi orqanizmini tanıyıb, səsini, əzələlərini kişiyə uyğun hala gətirdikləri halda, qadın orqanizmindəkilər qadının ruhunu və xüsusiyyətlərini bilib bunun əsasında dəyişikliklər edə bilirlər? Eyni hormonla fərqli təsirlərin və fərqli cinslərin meydana gəlməsini təmin edəcək bu mükəmməl genetik proqramı, hüceyrələrin içinə kim yerləşdirmişdir?

Bu planı quran ağıl kimə məxsusdur? Təsadüflərə mi, şüursuz hüceyrələrə mi və ya hüceyrələri meydana gətirən atomlara mı?

Bu ağlın təsadüflərə də, hüceyrələrə də, hüceyrələri meydana gətirən atomlara da aid olmadığı olduqca aydındır. Kişi və qadına xas olacaq şəkildə aparılmış bu tənzimləmələr, bizə bir planın olduğunu göstərir. Allah, üstün güc sahibi Yaradıcımızdır.

 su içme, su kaybı

1. Hipofiz Bezi
2. FSH
3. LH
4. Yumurtalık

1. Hipofiz Bezi
2. FSH
3. LH
5. Testis

Kadınlarda Hormonal Düzenleme:

Hipofiz bezinden salgılanan LH yumurtanın serbest hale gelmesini ve progesteron isimli hormonun salgılanmasını sağlar. FSH adlı hormon ise kadınlarda yumurtalığın içinde bulunan yumurta hücrelerinin oluşumlarını ve gelişmelerini sağlar.

Erkeklerde Hormonal Düzenleme:

Hipofizden salgılanan LH isimli hormon, testislerde bulunan bir grup özel hücreyi (leyding hücreleri) uyarır ve testosteron isimli hormonun salgılanmasını sağlar. Erkeklerde salgılanan FSH hormonu ise testis hücrelerini uyarır ve sperm üretimini başlatır.

 

Dipnotlar

1. The Illustrated Encyclopedia of The Human Body, Marshall Cavendish Books, London, 1974, s. 81

2. Guyton & Hall,Textbbok of Medical Physiology, 7. Baskı, W.B. Saunders, s. 1264-1275

3. Biological Science, A Moleculer Approach BSCS Blue Version-6. Baskı, Colorado 1990, s. 521

4. Glissor S. Linda, Jensen Karen, Lanoutte Edward, Human Machine, Washington D. C. National Geographic Society, 1986, s. 226

5.  Glissor S. Linda, Jensen Karen, Lanoutte Edward, Human Machine, s. 222

6. The Illustrated Encyclopedia of The Human Body, s. 81

7. Biological Science A Moleculer Approach, s. 523

8. Terzioğlu Meliha, Oruç Tülin, Yiğit Günnur, Fizyoloji Ders Kitabı, İstanbul, İ. Ü. Basımevi ve Film Merkezi, 1997 s. 399

9. Body Atlas, Ambrose Video Publishing, Inc. New York, Discovery Communications, 1994

10. Kemalettin Büyüköztürk, İç Hastalıkları, İstanbul, Nobel Tıp Kitapevi, 1992, s 392

2 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top