< <
4 / total: 12

Həssas Kalsium Sayğacları

Qandakı kalsium miqdarı insanın yaşaya bilməsi üçün olduqca əhəmiyyətli bir faktordur. Necə ki, bir insanın yaşaya bilməsi üçün nəfəs almağa və su içməyə ehtiyacı varsa, qanında müəyyən miqdarda kalsium olmasına da ehtiyacı var. Qandakı kalsium miqdarı normadan aşağı düşdükdə, insan həyatını itirər. İndi bu xəyali nümunə üzərində düşünək: önünüzə xüsusi bir şüşə içində 1 litr qan qoyulmuş olsun və bu qanın əməliyyat masasında gözləyən bir xəstəyə nəql ediləcəyi, ancaq bir problem olduğu deyilsin. Bu qanda kalsiumun çatışmadığı, ancaq nə qədər çatışmadığının müəyyənləşdirilə bilmədiyi bildirilsin. Sizdən isə, çatışmayan miqdarı təxmini olaraq tamamlamağınız istənilsin. Eləcə də, sizə istifadə etməyiniz üçün böyük bir qabda kalsium tozu da verilmiş olsun.

Görəsən hansı qərarı verərdiniz?

Əvvəlcə önünüzdəki qanda nə qədər kalsium olduğunu ölçməli olacaqsınız. Ancaq bunun üçün çox təkmilləşmiş texnoloji alətlər lazımdır ki, həmin an üçün bunları əldə etmə vaxtınız və imkanınız yoxdur. Belə olan halda, olduqca əlacsız qalarsınız. Önünüzdəki qanda kalsium miqdarını ölçə bilməməyiniz, bir insanın ölümünə səbəb ola bilər.

Nümunəmizi bir qədər dəyişdirək. Bu qanda heç kalsium olmasın. Belə olduqda ən ideal miqdarda kalsium əlavə etməli olacaqsınız. Görəsən bu dəfə hansı qərarı verərdiniz? Önünüzdəki kalsium qabından neçə qaşıq götürüb bu qana qarışdırardınız? Çatışmazlığı ölümlə nəticələnəcək bir maddədən bir litr qana qarışdırılmalı olan ən ideal miqdar görəsən nə qədərdir?

 labaratuar, hormon

Heç vaxt qarşılaşmayacağınız bu nümunə, yalnız qandakı kalsium miqdarının əhəmiyyətini daha yaxşı vurğulamaq üçün verilmişdir. Əgər önünüzə içində heç kalsium olmayan 1 litr qan qoyulsa, bu qana yalnız bir qramın onda bir hissəsi qədər kalsium qarışdırmalı olarsınız. Orqanizmdəki 5 litr qanda isə, ümumilikdə yalnız yarım qram kalsium miqdarı olmalıdır. Bundan daha artığı və ya daha azı olduqca ciddi sağlamlıq problemlərinə, hətta ölümə gətirib çıxaracaq. İnsan orqanizmi belə mükəmməl və həssas tarazlıqla yaradılmışdır. 80 kiloluq bir insan, qanında dolanan yarım qramlıq kalsiuma möhtacdır.

Kalsium orqanizmimizdə bir çox həyati funksiyanın reallaşmasını təmin edər. Kalsium olmadan qanınız laxtalanmaz və beləliklə də, kiçik bir yara və ya kəsik belə insanın qan itkisindən ölməsinə səbəb ola bilər. Kalsium sinir xəbərdarlıqlarının ötürülməsində də çox əhəmiyyətli rola malikdir. Əgər sinir xəbərdarlıqları yerinə gedib çatmasa, bu həmin an üçün ölüm mənasını verər. Eləcə də, kalsium, əzələlərin işləməsini və sümüklərin möhkəmliyini də təmin edər. Yetkin bir insan orqanizmində təxminən 2 kq-a qədər kalsium olar. Bu kalsiumun 99%-i sümüklərə yığılmışdır. Geri qalanı isə maddələr mübadiləsi yoluyla əlaqədar funksiyalar üçün istifadə edilər. Orqanizm funksiyalarının davam etməsi üçünsə, təxminən 0,5 qramlıq kalsiumun qanda dolanması kifayətdir. 100 ml qanda 10 mq (bu, 1 litrdə 0,1 qramla eynidir) kalsium var.(18)

Əgər bu nisbət 10 mq-dan 6-7 mq-ə ensə, yəni qandakı ümumi kalsium miqdarı 0,2 qram azalsa tetaniya xəstəliyi yaranar. Tetaniya xəstəliyində həddindən artıq ağrılar verən əzələ sıxılmaları müşahidə olunar. Bu sıxılmalar başda ürək əzələləri və tənəffüs yolundakı əzələlərdə ortaya çıxar. Bu əzələlərin qeyri-müntəzəm sıxılması həm ürək döyüntülərinin normal ritmini pozar, həm də tənəffüs yollarını tıxar. Lazımi müalicə aparılmasa xəstənin ürəyi dayanar və ya müntəzəm nəfəs ala bilməz və nəticədə ölə bilər. Görüldüyü kimi insanın ürəyinin döyünməsi və ya nəfəs ala bilməsi kimi olduqca həyati funksiyalar üçün də yarım qramlıq bir maddəyə ehtiyac duyulur.

1. önden görünüş
2. tiroid kıkırdağı
3. tiroid bezi
4. nefes borusu
5. arkadan görünüş
6. yutak
7. yemek borusu
8. nefes borusu
9. paratiroid bezleri

 paratirod bezi, hormon

Yandaki şekilde paratiroid bezleri görülmektedir. Kanda kalsiyum miktarı düştüğünde, paratiroid bezi son derece özel tasarıma sahip olan parathormon isimli hormonu salgılar. Bir et parçasının kalsiyumu tanıması, miktarını ölçebilmesi ve elde ettiği sonuca göre üretim kararı alması olağanüstü bir olaydır. .

Əgər 100 ml qandakı kalsium miqdarı 12 mq-ə yüksələrsə, yəni qandakı ümumi kalsium miqdarı yalnız 1 qramın onda biri qədər artarsa, bu, böyrək daşlarının əmələ gəlməsinə, sinir sisteminin refleks fəaliyyətlərinin yavaşlamasına, əzələlərin zəifləməsinə və əldən düşmələrinə səbəb olar. 100 ml qandakı kalsium miqdarı 17 mq-ə yüksələcəyi vaxtsa, kalsium fosfat orqanizmin hər yerində çökər və orqanizmi zəhərləyər.(19) İnsan orqanizminin bir maddədən bu qədər asılı olması və orqanizmində baş verən bir çox əməliyyatda bu maddənin xüsusi plan əsasında istifadə olunması iki əhəmiyyətli məsələni təkrar ortaya çıxarar: insanın yaradılışındakı möhtəşəm plan və özünü yaradan Allah qarşısındakı acizliyi.

Qandakı kalsium miqdarının əhəmiyyəti aydın olduqdan sonra, ağla mütləq bu sual gələcəkdir: bəs bu həyati miqdarı müəyyənləşdirən mexanizm nədir? Bu sualın cavabı digər bir yaradılış möcüzəsini göstərər; tiroid vəzi və tiroid vəzinin içərisində gizlədilmiş digər bir hormonal vəz olan paratiroid vəzləri, orqanizmdə kalsium tarazlığının təmin edilməsi üçün olduqca ağıllı bir plan əsasında, ortaq şəkildə işləyərlər. Xüsusilə paratiroid vəzinin tək vəzifəsi, bütün ömrünüz boyunca, gecə-gündüz qanınızda nə qədər kalsium olduğunu ölçmək və kalsium nisbətini ən ideal ölçülərdə saxlamaqdır.

 mineral, vitamin

Bir insanın önüne yanda görülen maddelerden konsa ve bunların ne oldukları sorulsa, eğer bu konuda özel bir eğitim almamışsa bu maddeleri tanıyamaz. Ancak vücudumuzdaki hücreler, kandaki yüzlerce maddenin içinden kalsiyum atomlarını hemen tanırlar.

Paratiroid vəzi ifraz etdiyi olduqca xüsusi dizayna sahib parathormon vasitəsilə qandakı kalsium nisbətinə müdaxilə edər. Əgər qanda kalsium miqdarı azalsa dərhal parathormon ifraz edər.(20) Burada çox maraqlı bir xüsus ortaya çıxır. Demək olar ki, bu başlığın əvvəlində, önünüzə qoyulan bir şüşə qandakı kalsium miqdarını müəyyənləşdirməyi bacarıb-bacarmayacağınızı soruşmuş, əgər əlinizdə bu iş üçün xüsusi olaraq dizayn olub hazırlanmış laboratoriya cihazları yoxdursa, bunu bacara bilməyəcəyinizi ifadə etmişdik. Bəşəriyyətin ancaq laboratoriya şəraitində apara bildiyi bir ölçmə işini, kiçik paratiroid vəzi apara bilir. Paratiroid vəzini meydana gətirən hüceyrələr yalnız hormon ifraz etməklə kifayətlənməyib, ifraz etdikləri hormonun istifadə olunacağı yerdə də ölçmə işləri aparırlar.

Bir hüceyrə, qarşısından axan qan çayındakı kalsium atomlarını necə müəyyənləşdirə bilər? Gözü, qulağı, əlləri olmayan hüceyrələr, qandakı duz, qlükoza, yağ, amin turşuları, zülallar, hormonlar, fermentlər, laktik turşu (süd turşusu), karbon, azotlu tullantı, natrium, kalium, sidik cövhəri, sidik turşusu, dəmir, bikarbonat kimi milyonlarla fərqli maddə arasından kalsium atomlarını necə ayırd edə bilərlər? Hüceyrə kalsiumu necə tanıya bilər? Kalsiumun qanda nə qədər olmalı olduğunu haradan bilərlər? Kalsium miqdarını hansı şüurla ölçə bilərlər? Hansı ağılla kalsiumun az və ya çox olduğuna qərar verə bilərlər? Bu məqamda təkrar xatırlatmaq lazımdır ki, bu hüceyrələr ağıl və şüur sahibi olmayan, millimetrin ancaq 1%-i böyüklüyündə olan varlıqlardır. Bu varlıqların bizim üçün qandakı kalsium miqdarını müvəffəqiyyətlə ölçmələri belə, ayrılıqda bir möcüzədir.

Lazımi Tədbirləri Ala Bilmək

Özünüzü bir an kalsium miqdarını ölçən hüceyrələrin yerinə qoyun. Gecə-gündüz heç dayanmadan, heç yatmadan, heç istirahət etmədən illər boyu tək işinizin qandakı kalsium miqdarını hesablamaq olduğunu düşünün. Belə olan halda, hüceyrələrin etdikləri möcüzəvi əməliyyatın əhəmiyyəti daha yaxşı ortaya çıxır.

Paratiroid hüceyrələri apardıqları ölçmə işləri nəticəsində kalsium miqdarının azaldığına qərar versələr, dərhal parathormon ifraz edərlər. Bu mərhələdə hüceyrələr digər bir şüurlu hərəkət göstərərlər. Hüceyrələr;

- kalsium nisbətinin azaldığını anlayar,
- çatışmayan kalsium miqdarının necə bərpa ediləcəyini bilər,
- və buna görə lazımi işi görərlər.

İndi təkrar özünüzü paratiroid hüceyrələrinin yerinə qoyun və düşünün. Əgər qanda kalsium miqdarının azaldığını görsəydiniz, hansı tədbiri alardınız? Kalsium miqdarının artması üçün hansı üsula müraciət edərdiniz?

Bunu cavablandırmaq üçün, əlinizdə insan orqanizmini araşdıracaq hər cür imkan tapılmalı və bir elm adamı olmalıydınız. Bəşəriyyətin həmin ana qədər orqanizmdəki kalsium haqqında heç bir məlumatı olmadığını da fərz edək. Belə olan halda, illərlə davam edən tədqiqatlar aparmalı və dünyanın qabaqcıl biokimyaçılarından da kömək almalıydınız. Bütün bu işlərin tək bir məqsədi olacaqdı; orqanizmdə istifadə edilə biləcək kalsium qaynaqlarını tapmaq.

Sonunda gələcəyiniz nəticə bu olacaqdı; sümüklərdə bol miqdarda kalsium olduğunu, bir miqdar kalsiumun da sidik yoluyla istəmədən də olsa orqanizmdən xaric edildiyini anlayacaqdınız. Orqanizmə nazik bağırsaq vasitəsilə kənardan kalsium alındığını öyrənəcəkdiniz.

 parathormonun yapısı

Şekil 1: Parathormonun Yapısı

Kanda kalsiyum miktarı azaldığında alınan tüm önlemleri yerine getiren tek bir molekül vardır: Yanda amino asit dizilimi görülen Parathormon. Bu mucize molekül, kemikleri, böbrekleri ve bağırsağı dilediği gibi yönlendirme özelliğine sahip olarak yaratılmıştır.

Belə olan halda, üç əməliyyat yerinə yetirməli olacaqsınız;

1) Sümüklərdəki kalsiumun bir hissəsinin müvəqqəti alınmasını təmin etmək.
2) Sidiyə qarışdırılan kalsiumun geri sorulması üçün bir yol tapmaq
3) Yediyimiz qidalardan daha çox kalsium əldə etməyinizi təmin etmək

Ancaq bu əməliyyatların hər biri fərqli sahələrdə ixtisaslaşma tələb edir.

Birinci variantı qiymətləndirməyiniz üçün, əvvəlcə sümük hüceyrələrini, ehtiyyat halında topladıqları kalsiumun bir hissəsini müvəqqəti olaraq vermələri üçün razı salmalısınız. Sümük hüceyrələri (osteositlər) özləri üçün çox əhəmiyyətli bir maddə olan kalsiumu itirmək istəməyəcəklər. Buna görə də, elə bir kimyəvi formul tapmalısınız ki, bu molekul sümük hüceyrələrinin ehtiyyat halında topladıqları kalsiumun bir hissəsini qana buraxmalarına səbəb olsun. Bu formulu tapmaq üçün də sümük hüceyrələrinin bütün kimyəvi sirlərindən xəbərdar olmalı, kalsiumun hansı sistem sayəsində ehtiyyat halında saxlanıldığını ən kiçik nöqtəsinə qədər bilməli və sistemi tərsinə işlədəcək bir molekul formulu hazırlamalı olacaqsınız. Üstəlik, bəşəriyyətin 100 ildir ki, sirlərini açmağa çalışdığı hüceyrənin daxili aləminə aid bütün məlumatları bir anda əldə etmək məcburiyyətindəsiniz. Aparacağınız uzunmüddətli araşdırmalar nəticəsində sümük hüceyrələrini kalsium buraxmağa razı salan möcüzəvi bir formul əldə edərsiniz; parathormon formulu.

Lakin hələ də etməli olduğunuz işlər bitməmişdir. İkinci və üçüncü əməliyyatların yerinə yetirilməsini təmin edəcək iki formul daha tapmalısınız.

 insan yüzü, büyüme hormonu

1-2. Yüksek Ca++ kan seviyesi
3-4. Alçak Ca++ kan seviyesi
5. Ca++ sindirim kanalından, böbreklerden ve kemiklerden kana gider.

6. Ca++ kandan kemiklere gider.
7. Daha fazla PTH salgılanır.
8. Daha az PTH salgılanır.
9. Daha fazla kalsitonin (CT) salgılanır.

Kalsiyum oranı düştüğünde, paratiroid hormonu kemiklerdeki kalsiyumun alınmasını, üredeki kalsiyumun geri emilmesini ve besinlerdeki kalsiyumun emilmesini sağlar. Kalsiyum oranı yükseldiğinde ise, kalsitonin aracılığı ile kemiklerdeki kalsiyum tutulur ve kemiklerin kalsiyumu emmeleri hızlandırılır.

Birinci variantı qiymətləndirmək üçün, böyrək hüceyrələrini sidikdəki kalsiumu tutmaları və təkrar qana qarışdırmaları üçün razı salmalısınız. Bu hüceyrələr sidik içində kalsium axtarmağa məcbur deyillər. Bu dəfə sümük hüceyrəsindən çox fərqli bir hüceyrənin, yəni böyrək hüceyrələrinin daxili strukturlarındakı bütün sirləri bilməlisiniz. Sonra isə, sonsuz fərqli molekulyar kombinasiya içində elə bir molekul tapmalısınız ki, bu molekul böyrək hüceyrələrini "sidik içində kalsium axtarmaq üçün" hərəkətə keçirsin. Nəticədə bu xüsusi formul əldə etməyi bacarar və dünyanın ən böyük möcüzələrindən birinə şahid olarsınız. Çünki əldə edəcəyiniz formul, birinci variantda əldə etdiyiniz formulla tamamilə eynidir. Eyni formula sahib molekullar, bir-birlərindən çox fərqli iki hüceyrəyə, bir-birlərindən çox fərqli iki hərəkəti etdirə bilirlər. Şübhəsiz ki, bu, qətiyyən təsadüflə izah edilə bilməyəcək qədər fövqəladə bir möcüzədir.

İndi isə, geridə qalan son bir əməliyyatı etməlisiniz: orqanizmin, yediyiniz qidalardan daha çox kalsium əldə etməsini təmin etmək.

Yediyiniz qidalardakı kalsiumun qana qarışması nazik bağırsaqda gedir. Ancaq kalsiumun geriyə sorulması üçün bağırsaq hüceyrələrinin aktivləşmiş D vitamininə ehtiyacları var. Bu məqamda böyük bir problem ortaya çıxır, çünki yediyiniz qidalar yoluyla əldə etdiyiniz D vitamini aktiv vəziyyətdə deyil.(21) Bağırsaqlarınızın daha çox kalsium sorması, dolayısilə qandakı kalsium miqdarını artırmağınız üçün bu problemi yox etməlisiniz. Yəni aktivləşməmiş D vitamininin kimyəvi quruluşunu dəyişdirəcək və aktivləşdirəcək çox xüsusi bir molekul tapmaq məcburiyyətindəsiniz. Yenə uzunmüddətli araşdırmalar və təcrübələr aparmalı və D vitaminini dəyişikliyə məruz qoyacaq çox xüsusi bir molekul hazırlamalısınız. Aparılacaq araşdırma nəticəsində qarşınıza çıxacaq nəticə, insanı heyrətə salıb, çaşbaş qoyacaq digər bir möcüzə olacaq. Çünki D vitaminini aktivləşdirmək və bağırsaq hüceyrələrinin kalsium sormalarını təmin etmək üçün ehtiyac duyulan molekulun formulu da yenə eyni parathormon formuludur.

 insan yüzü, büyüme hormonu

Kandaki kalsiyum miktarını artırmak için üç farklı yöntem vardır. Ve bu üç ayrı yöntem için tek bir hormon yeterli olabilmektedir. Bu aynı amaç için, tek bir anahtarın üç ayrı kilidi açabilmesi gibidir.

İndi bu məqamda çox diqqətlə düşünmək lazımdır. Qandakı kalsium miqdarının artırılması üçün bir-birindən fərqli 3 müxtəlif üsul var, eləcə də, bir-birindən çox fərqli bu üç sistemin işə başlamasını təmin edən açar eynidir. Bu açar üç sistemin də işə salır. Daha da heyrətləndirici xüsus, bir-birindən çox fərqli quruluşa malik və çox fərqli şəkillərdə işləyən bu sistemlərin işəsalma açarları çevrildiyi vaxt, əldə edilən səmərənin eyni olmasıdır; "qandakı kalsium miqdarını artırmaq".

Üç fərqli sistemin eyni açarla, eyni məqsəd üçün işlədilməyə başlanmaları, Allahın yaratmasındakı mükəmməlliyin və bənzərsiz uyuşmanının çox böyük bir dəlilidir.

Bütün bu incəlikləri yaxşıca göz önünə gətirdikdən sonra, indi daha böyük bir möcüzəni araşdıra bilərik. Qandakı kalsium miqdarı azaldığı vaxt, paratiroid hüceyrələri ağlasığmaz bir hərəkət edərlər və hər üç sistemin də işə salmaq üçün lazımi açarı hazırlayarlar; olduqca yaxşı tanıdığınız bir molekulu, yəni parathormonu ifraz edərlər.

Beləliklə də, sümük hüceyrələrinin kalsium ifraz etməsini, böyrək hüceyrələrinin sidik içindən kalsiumu ayırd etmələrini və D vitamininin aktivləşib həzm sisteminin kalsium əldə etməsini təmin edərlər. Eləcə də, qandakı kalsium miqdarını yüksəldərlər.

Bəs bu dahiyanə formulu paratiroid hüceyrələri necə tapmışdırlar? Bu molekulun sümüklərə, böyrəklərə və D vitamininə təsir edəcəyini necə bilmişdirlər? Tarix boyu yaşamış milyardlarla insanın paratiroid vəzisi (xəstəlik halları istisna olmaqla) bu düzgün formulu əldə etməyi necə bacarmışdır? Paratiroid hüceyrələri, sümüklərin kalsium yığdıqlarını, sidik içində əldən gedəcək kalsium olduğunu və nazik bağırsaq hüceyrələrinin kalsium sormaq üçün aktiv D vitamininə ehtiyacları olduğunu haradan bilərlər? Bu üç sistemi işlədəcək formulu necə meydana gətirmişdirlər? Şüursuz və ağılsız hüceyrələr insanı da aciz qoyan bu ağıl nümayişini necə edə bilərlər?

Əlbəttə ki, hüceyrələr üzərində təcəlli edən bu ağıl və planlama, hüceyrələri də, kalsium molekulunu da, insanı da yoxdan var edən, insanı kalsium molekuluna möhtac şəkildə yaradan, sonra isə, bu ehtiyacın ödənməsi üçün mükəmməl bir sistem meydana gətirən, göylərin, yerin və ikisi arasındakıların Rəbbi olan Allahdır. Allahın şəni çox ucadır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, qaimdir. Onu mürgüləmə və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Nəzarət Mexanizmi

Əvvəlki səhifələrdə hormonal vəzlərin böyük hissəsinin fəaliyyətinin hipofiz vəzinin nəzarəti altında olduğunu araşdırmışdıq. Ancaq diqqət yetirilsə kalsium miqdarının tənzimlənməsi üçün qurulan sistem ayrı bir nəzarət mexanizmi ilə işləyir. Paratiroid vəzləri qandakı kalsium miqdarını özləri ölçüb, nə etməli olduqlarına özləri qərar verərlər. Əgər qandakı kalsium miqdarı azdırsa, parathormon ifraz edərlər.

Əgər qandakı kalsium miqdarı ehtiyac duyulandan artıqdırsa, parathormon ifrazı azalar. Bu dəfə digər bir hormon fəaliyyətə keçər. Tiroid vəzi "kalsitonin" adlı hormon ifraz edər. Bu hormon parathormonun göstərdiyi təsirinin tam əksini göstərər. Yəni sümük hüceyrələrinin kalsium ifraz etmələrinin qarşısını alar və ehtiyyatda saxlamalarını təmin edər.

Paratiroid vəzini meydana gətirən hüceyrələr, kalsium miqdarı azaldıqda, sanki fəaliyyətə keçməli olduqlarını bilirlər. Tiroid vəzini meydana gətirən hüceyrələr də kalsium miqdarı çoxaldıqda, fəaliyyətə keçməli olduqlarını bilirlər. Bəs bu planı hüceyrələrə qurduran kimdir?

Əgər paratiroid vəzi düzgün vaxtda fəaliyyətə keçməsə, onsuz da kalsium miqdarı çox olduğu halda, parathormon ifraz etməyə başlasa insanın sağlamlığı əhəmiyyətli ölçüdə təhlükə altına girər və ya parathormon və kalsitonin hormonları eyni anda ifraz olunsa orqanizm hüceyrələri nə edəcəklərini bilməzlər. Ehtiyac duyulduğu vaxt, bu vəzləri meydana gətirən hüceyrələr tənbəllik etsələr və ya özlərinə ehtiyac duyulduğunu bilməsələr nəticə, insan sağlamlığı üçün yenə böyük təhlükə olar. Tiroid və paratiroid vəzlərinin işlərindəki uyğunluq və bu vəzləri meydana gətirən hüceyrələrin hərəkətlərində müşahidə edilən şüur, insan orqanizminin yaradılmış olduğunun açıq bir dəlilidir.

 

Dipnotlar

18. Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s. 127

19.Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s. 129

20. Helena Curtis, Sue Barnes, Invıtation To Biology: Dördüncü Baskı, New York, Worth Publisher, INC, Ağustos 1985, s. 472

21. Biological Science A Moleculer Approach s. 517

4 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top