< <
6 / total: 12

Böyrəküstü Vəzlər

Demək olar ki, hər insan bir cüt böyrəyi olduğunu və böyrəklərin həyati əhəmiyyətə sahib olduqlarını bilir. Ancaq əksər insan böyrəklərinin üzərində 5-6 qramlıq kiçik bir ət parçası olduğunu və bu ət parçalarının həyati bir əhəmiyyəti olduğunu bilmir. Halbuki böyrəklərin tam üstündə yerləşən böyrəküstü vəzləri həyatınızı davam etdirməyiniz üçün lazım olan çox əhəmiyyətli funksiyaları yerinə yetirərlər.

Hər bir böyrəküstü vəzini araşdırdığımız zaman qarşımıza bir-biri üzərinə inşa edilmiş iki ayrı laboratoriya çıxar. Bunlardan birincisi 3 ayrı növ hormonun ifraz olunduğu böyrəküstü vəzinin xarici qabığı (adrenal korteks), ikincisi 2 fərqli hormonun ifraz edildiyi daxili qabığıdır (adrenal medula). Bu vəzlər o qədər əhəmiyyətli hormonlar ifraz edərlər ki, bu hormonların çatışmazlığı və ya yanlış miqdarda ifraz olunmasının nəticəsi ölümdür.(22)

"Vuruş Və Ya Qaç" Sistemi

adrenalin hormonu

Kullandığı uçak arıza yapan bir pilotun vücudunda hemen adrenalin salgılanır. Bu sıvı beyne daha çok şeker ve kan gönderir, böylece pilotun daha dikkatli olmasını sağlar. Kan basıncını ve kalp atışlarını artırarak daha atak olmasına yol açar. Bunlar adrenalinin pilotta meydana getirdiği onlarca değişiklikten sadece birkaçıdır.

Bəzi insanlar həyatlarını möcüzəvi bir mayeyə borcludurlar. Bu maye ən çox ehtiyac duyduqları anda yanlarında olmuş və möcüzəvi formulu sayəsində o insanların həyatlarını xilas etmişdir. Bu maye, insanların təhlükə altında və çox çətin vəziyyətdə olduqları anda daha güclü, daha çevik, daha sürətli və daha diqqətli olmalarını təmin etmişdir. Hətta onların güclərini, sanki çox təsirli bir qüvvət iksiri içmişlər kimi, iki mislinə çıxartmışdır. Buna bir nümunə verək: məsələn, idarə etdiyi təyyarə ilə qəza keçirən bir pilotu ələ alaq. Bəzən qəzetlərdə buna bənzər xəbərlər dərc olunar. Qəhrəman bir pilotun, qəza keçirən və düşmə təhlükəsindən xilas olan təyyarəni müvəffəqiyyətlə aeroporta endirdiyi və yüzlərlə sərnişinin həyatını xilas etdiyi yazılar. Ancaq jurnalistlərin bilmədikləri çox əhəmiyyətli bir xüsus var. Bu da pilotun həyatını xilas edən, yuxarıda danışdığımız möcüzəvi mayedir.

Bu maye, pilotun beyin hüceyrələrini həyəcan vəziyyətinə keçirmiş, beyninə daha çox qan və şəkər göndərmiş və pilotun daha diqqətli olmasını təmin etmişdir. Həmçinin, onun ürək döyüntülərini və qan təzyiqini artırmış, daha cəld və daha sürətli ola bilməsini təmin etmişdir. Tənəffüs yolları açılmış, bundan ötrü də, daha çox oksigen almış, beləliklə də, əzələ və beyin hüceyrələrinə daha çox qan getmişdir. Skeleti və əzələləri daha möhkəm sıxılmış, qanındakı şəkər səviyyəsi artdığı üçün ehtiyac duyduğu əlavə enerjini ala bilmişdir.

Bu mayeni hər bir insan ömür boyu yanında daşıyar. Siz də bu anda bu mayeni yanınızda daşıyırsınız. Əslində tam olaraq yanınızda deyil, orqanizminizin içində, çox dərinlərdə bir yerdə; böyrəklərinizin tam üstündə yerləşən böyrəküstü vəzlərinin içində. Əgər bir gün bu mayeyə ehtiyacınız olsa, böyrəküstü vəzləriniz bu mayeni sizə istifadə etdirəcək. Beləliklə də, olduqca güclü, olduqca sürətli və olduqca çevik olacaqsınız. Əgər bir təhlükə ilə üz-üzə gəlsəniz, vuruşmağa və ya oradan qaçıb həyatınızı xilas etməyiniz üçün hazırkı gücünüzün təxminən iki mislinə sahib olacaqsınız. Böyrəküstü vəzlərinin ifraz etdikləri bu möcüzəvi mayenin adı, "adrenalin"dir.

Adrenalin hormonu, böyrəküstü vəzlərinin daxili hissəsində yerləşən laboratoriyada ifraz edilər və daim burada ehtiyyat halında toplanar.

Bəs bu qədər güclü təsirə malik bu mayedən qanda nə qədər var? Aparılan araşdırmalar çox maraqlı bir həqiqəti ortaya qoymuşdur. Bir insanın qanındakı adrenalin hormonu miqdarı, təxminən bu nümunə ifadə edilir: Əgər orqanizmimizdə olan qan, 2 metr dərinliyə 100 metr enə sahib bir göllə müqayisə edilsə, qanımızda olan adrenalin miqdarı bu gölə töküləcək bir çay qaşığı dolusu maye qədər olar.(23)

böbrek üstü bezleri

1. Adrenal bezleri
2. Böbrek
3. Kapsül
4. Adrenal korteks
5. Adrenal medulla

6. Sağ adrenal bezi
7. Sağ böbrek atar damarı
8. Sağ böbrek toplar damarı
9. Alt ana toplar damarı
10. Karın gövdesi

11. Sol adrenal bezi
12. Sol böbrek atar damarı
13. Sol böbrek toplar damarı
14. Karın aortu

Böbrek üstü bezleri bir laboratuvar gibi çalışır ve birbirinden önemli hormonları üretirler. Böbrek üstü bezlerinde iki ayrı laboratuvar vardır. Birincisi adrenal korteks, diğeri ise adrenal medulladır. Bu laboratuvarlarda üretilen hormonlar insan için hayati önemdedir.

Hormon molekullarının qandakı miqdarları, gördükləri işlə müqayisə edildikdə insanı təəccübləndirəcək qədər azdır. Az miqdardakı bu maddənin insan orqanizmi üzərində çox güclü təsiri var. Hormon molekullarının sahib olduqları bu güc, yaradılışlarındakı mükəmməl dizayndan qaynaqlanır. Adrenalin molekulunun işləmə sistemi araşdırıldıqda, Allahın yaratmasındakı mükəmməllik daha yaxşı aydın olar.

adrenal korteks adrenal korteks

1. Ön hipofiz bezi
2. Hipotalamus
3. Adrenal korteks

4. Kortikosteroidler
5. Vücut hücreleri

a. Enerji
b. Gevşeme
c. Fiziksel hareket

Adrenal korteks vücuttaki aşırı baskıyı azaltmada önemli rol oynar. Vücut ağır baskı altındayken, hipotalamus hipofiz bezine ACTH hormonu salgılaması için emir gönderir. ACTH hormonu da adrenal korteksi uyararak kortikosteroid üretmesini sağlar. Bu kortikosteroidler vücudun proteinler gibi karbonhidrat olmayan moleküllerden glikoz yapmasını sağlar. Böylece vücut ekstra enerji elde ederek, baskıyı azaltmış olur.

Normal bir insanın fiziki ehtiyacları ilə təhlükə altında qalan bir insanın fiziki ehtiyacları, əlbəttə ki, eyni olmayacaq. Bir təhlükə ilə üz-üzə gələn insanın nə kimi ehtiyacları ola biləcəyini düşünək: sürətli qaçmalı, əzələləri daha sürətlə işləməli, qan təzyiqi artmalı və ürəyi daha sürətli döyünməlidir. Beləliklə də, daha sürətli qaça biləcək, daha tez qaça biləcək və ya təhlükə ilə daha güclü şəkildə mübarizə apara biləcək. Bəs bütün bunlar necə baş verəcək?

Adrenalin hormonu

1. Hipotalamus
2. Şahdamarı SinüSü
3. Kalp

4. Atardamarlar
5. Adrenal Bezi

Tehlike anlarında beyin ile böbrek üstü bezleri arasındaki zincir ile vücut alarma geçirilir.

Təhlükənin ortaya çıxması ilə birlikdə orqanizmdə həyəcan düyməsinə basılar. Beyin, böyrəküstü vəzlərinə sanki ildırım sürətiylə bir əmr göndərər. Böyrəküstü vəzinin daxili nahiyəsində yerləşən hüceyrələr həyəcan vəziyyətinə keçər və təcili surətdə adrenalin hormonu ifraz edərlər. Adrenalin molekulları qana qarışar və orqanizmin müxtəlif yerlərinə paylanar.

İfraz olunan adrenalin molekulları damarlarda xüsusi tənzimləmə aparar. Bu tənzimləmə, təhlükə anında ehtiyac duyulan həyati orqanlara daha çox qan getməsini təmin edər. Bunun üçün ürəyə, beynə və əzələlərə gedən qan damarlarını genişləndirərlər. Damarların ətrafındakı hüceyrələr adrenalinə itaət edər və lazımi damarların genişləməsini təmin edərlər. Beləliklə də, beynin, əzələlərin və ürəyin ehtiyacı olan əlavə qan təmin edilmiş olar.(24)

Adrenalin molekullarının apardığı tənzimləmə ürəyə, beynə və əzələlərə gedən damarları genişləndirdiyi halda, qaraciyərə və dəriyə gedən damarları daraldar. Beləliklə də, orqanizm üçün ehtiyac duyulan əlavə yardım təmin edilmiş olar. Dəriyə az qan göndərilməsinin digər bir səbəbi daha var: bu sayədə baş verə biləcək bir yaralanma halında qan itirmə riski minimuma endirilmiş olacaq. Həddindən artıq həyəcan qarşısında dəridə müşahidə edilən təngnəfəsliyin səbəbi də, həmin anda dəriyə daha az qan göndərilməsidir.(25)

Heç vaxt səhvən ürəyə və ya beynə gedən damarlar daraldılıb qaraciyərə və ya dəriyə gedən damarlar genişlədilməz. Adrenalin molekulu nə etməli olduğunu çox yaxşı bilər. Orqanizminizdə olan yüzlərlə damarın diametri və bu damarların haraya hansı miqdarda qan çatdırdıqları, gözlə görülməyən bir hormon tərəfindən nizamlanır.

Adrenalin molekulları hər orqan üçün fərqli məna daşıyar;

Damara getdiyi zaman, damarı genişlədən adrenalin molekulu, ürəyə getdiyi zamansa, ürək hüceyrələrinin sıxılmalarını sürətləndirər. Beləliklə də, ürək daha sürətlə döyünər və əzələlərə əlavə güc təmin edilməsi üçün ehtiyacları olan qan təmin edilmiş olar.

 adrenalin hormonu

1. Sinir sinyali
2. ACHT
3. Korteks medulla
4. Adrenal bezlerinde adrenalin üretilir.
5. Böbrek

6. Epinefrin
7. Glikokortikoidler
8. Artan kalp atışı, solunum ve kan şekeri
9. Karaciğer glikoz salgılar.

Resimdeki görüldüğü gibi, kadın, yılan görüp korktuğunda, vücudundaki alarm düğmesine basılmış olur. Beyni, böbrek üstü bezlerine yıldırım gibi bir emir gönderir. Böbrek üstü bezinin iç bölgesinde bulunan hücreler alarm durumuna geçer ve acil olarak adrenalin hormonu salgılarlar. Adrenalin molekülleri kana karışır ve vücudun çeşitli bölgelerine dağılarak vücudun tehlike durumuna uygun tepkiler vermesini sağlar. Örneğin kadının kalbi daha hızlı atar, kan şekeri yükselir, böylece kaslara ekstra güç sağlanmış olur ve tehlikeden kaçabilir.

Adrenalin molekulu əzələ hüceyrələrinə çatdığı zaman da, əzələlərin daha güclü şəkildə sıxıla bilmələrini təmin edər. Qaraciyərə çatan adrenalin molekulları, buradakı hüceyrələrə, qana daha çox şəkər qarışdırmalarını əmr edər. Beləliklə də, qandakı şəkər miqdarı artar və əzələlərin ehtiyacı olacaq əlavə yanacaq təmin edilmiş olar.

Adrenalin hormonunun orqanizm daxilindəki bu fəaliyyəti böyük ağıl, bilik və qabiliyyət tələb edir. Bu çox kiçik molekul, hər şeydən əvvəl, nə vaxt nə etməli olduğunu çox yaxşı bilir və insan ehtiyac duymadığı müddətcə orqanizmini əsla həyəcan vəziyyətinə keçirmir. Bundan savayı, hansı hüceyrələrə getməli olduğunu, hansılarına necə bir əmr verməli olduğunu da çox yaxşı bilir və bunu heç unutmur. Eləcə də, bunlar hüceyrələri, orqanları və funksiyalarını çox yaxşı tanıdığını və bildiyini də göstərir. Orqanizmin nə vaxt bu vəziyyətdən çıxardılmalı olduğu məsələsində də heç vaxt yanılmır.

Əks halda, yəni belə bir səhv etdikdə, orqanizmdə düzəldilməz problemlər yarana bilər. Lakin bu kiçik molekullar böyük məsuliyyətlə işləyirlər. Bir neçə atomun müəyyən nizamla birləşməsindən meydana gələn, şüursuz, cansız, beyni, gözü, elmi olmayan bir mayenin bu qədər ağla və məntiqə uyğun, mütəşəkkil və ardıcıl şəkildə hərəkət etməsi mümkündürmü? Bəs bütün bunları bu, gözlə görülməyəcək qədər az miqdardakı mayenin öz ağlı və iradəsi ilə reallaşdırması mümkün ola bilərmi? Əlbəttə ki, xeyr.

Bütün bu izah edilənlər, orqanizmimizdəki hər molekulun Allah tərəfindən yaradıldığını və həyatımız boyu hər an Allahın gücü, iradəsi, nəzarəti və əmri ilə fəaliyyət halında olduğunu göstərən aydın və konkret dəlillərdir. Ağıl və vicdan sahibi heç bir insan, bu məlumatları oxuduqdan sonra, canlıların, hüceyrələrin, hormonların, molekulların və ya atomların təsadüflərin əsəri və nəzarətsiz varlıqlar olduqlarını iddia edə bilməz. Allahın gücü, qüdrəti, yaratmasındakı üstün elm və ağıl, hər an, hər yerdə təcəlli edir. Quranda bildirildiyi kimi; "göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Allah, hər şeyi əhatə edəndir" (Nisa surəsi, 126).

10 Milyon Insan - 1 Qram Hormon (Aldosteron)

 aldesteron hormonu

On milyon insanın vücudundaki aldosteron hormonu bir araya getirildiğinde, ancak 1 gram aldosteron elde edilebilmektedir. İnsan vücudunda bu kadar az oranda bulunmasına rağmen bu hormonun görevi son derece önemlidir.

Yaşaya bilməyiniz üçün orqanizminizdə, hər an, sayıla bilməyəcək qədər çox tarazlıq təmin edilməlidir. İnsan gündəlik həyatını davam etdirərkən bu tarazlıqların hamısından xəbərsiz olar. Məsələn, bu anda qan təzyiqinizin səviyyəsi bir çox ayrı sistem tərəfindən tənzimlənilir. Böyrəküstü vəzlərinin ifraz etdiyi "aldosteron" adlı hormonun vəzifəsi də qan təzyiqinizin azalmasının qarşısını almaq və orqanizminizdəki natrium tarazlığını nizamlamaqdır.

Orqanizmimizdə 1 qramın 10 milyonda bir hissəsi qədər az bir miqdarda aldosteron hormonu var. Aparılan araşdırmalar 1 ton böyrəküstü vəzindən yalnız 10 mq aldosteron ifraz olunduğunu ortaya çıxartmışdır.(26) Bu da çox əhəmiyyətli bir həqiqəti göstərir. 1 qram aldosteron hormonu əldə etmək üçün, cəmi 10 milyon insanın böyrək üstü vəzlərinin ifraz etikləri aldosteron hormonu toplanılmalıdır. İnsan orqanizmi o qədər həssas tarazlıqla yaradılmışdır ki, bu qədər az miqdardakı bir hormonun belə çatışmazlığı ölümə səbəb ola bilər.

Yuxarıda da ifadə edildiyi kimi, aldosteron hormonunun iki məqsədi var: birincisi natrium (Na+) miqdarını artırmaq, ikincisi qan təzyiqinizi yüksəltməkdir. Bu iki ehtiyac bir-birləri ilə xeyli əlaqəlidir və aldosteron hormonu bu iki ehtiyacın eyni anda ödənilməsi üçün tapılmış mükəmməl bir çıxış yoludur. Əgər qandakı natrium miqdarı müəyyən yolla yüksəlsə, artan natrium özüylə birlikdə qandakı su miqdarını da artıracaq. Çünki su molekulları natriumun sıx olduğu yerə getməyə meyl edirlər.

Aldosteron hormonunun dizaynının mükəmməlliyi burada ortaya çıxar. Çünki aldosteron hormonu bir tərəfdən natrium miqdarını artırarkən, digər bir tərəfdən natriumun suyu çəkmə xüsusiyyətindən istifadə edər. Qandakı natrium miqdarı azaldığı zaman, aldosteron hormonu böyrək kanalcıqlarındakı hüceyrələri oyandırar. Bu hüceyrələr sidikdəki natrium ionlarını tutar və içlərinə alar. Beləliklə də, natrium ionları əvvəlcə kanalcıqlardakı hüceyrələrin içinə keçər, buradan da qan dövranına geri qaytarılarlar. Əlbəttə ki, natrium ionlarını arxalarından su molekulları təqib edər.

 sodyum potasyum dengesi

a. Hücrenin dışı

b. Hücrenin içi

Böbrek kanalcıklarında bulunan hücreler sodyum iyonunu (Na+) geri alırken bir taraftan da potasyum iyonunu (K+) idrara verirler. Çünkü sodyum ve potasyumun kanda çok özel bir oranda bulunmaları gerekmektedir. Aldosteron hormonu ise bu önemli dengenin sağlanmasından sorumludur.

Beləliklə də, həm natrium miqdarı artırılaraq ion tarazlığı təmin edilmiş, həm də qandakı su miqdarı artırılaraq qan təzyiqi normal səviyyəsinə yüksəldilmiş olar. Böyrək kanalcıqlarındakı hüceyrələr natrium ionunu geri alarkən bir tərəfdən də kalium ionunu (K+) sidiyə buraxarlar. Çünki natrium və kaliumun qanda çox xüsusi nisbətdə olmalıdırlar. Bu mineralların nisbətləri hüceyrə daxili və hüceyrə xarici mayelərin turşu-əsas tarazlığının təmin edilməsi və sinir sisteminin fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Aldosteron, böyrəküstü vəzinin xarici hissəsində ifraz olunur. Bu yerdəki hüceyrələr, böyrəklərin dərinliklərində yerləşən hüceyrələri heç görməmişdirlər və bu hüceyrələri tanımalarına imkan yoxdur. Onda, bu hüceyrələr, natrium almaları və kalium vermələri üçün lazım olan hormonu ifraz etməyi necə bacarırlar? Böyrəküstü vəzi insan orqanizmində elektrolit tarazlığının təmin edilməli olduğunu, qan təzyiqinin enməməli olduğunu necə bilə bilər? İnsanların əksəriyyətinin belə bir ion tarazlığının mövcudluğundan xəbərsiz olduqları halda, hüceyrələr bu tarazlığın qorunması üçün necə səy göstərə bilərlər? Bu hüceyrələr niyə boyunlarına belə bir vəzifə götürmüşdürlər?

Cavab həmişəki kimi, çox aydındır. İnsan orqanizmindəki hər hüceyrə xüsusi bir vəzifə üçün yaradılmış, xüsusi xüsusiyyətlərlə təchiz edilmiş və vəzifə yerinə yetirməli olduğu yerə, yenə xüsusi olaraq yerləşdirilmişdir. Bir sözlə, insan yaradılmışdır və orqanizmindəki hər incəlik də bu yaradılışın bir dəlilidir.

Göylərin və yerin mülkü Onundur. O Özünə övlad götürməmişdir. Ona mülkündə şərik yoxdur, O hər şeyi yaratmış, ona nizam vermiş və müəyyən ölçüylə var etmişdir. (Furqan surəsi, 2)

Mükəmməl Planlama

kan basıncı

Kan basıncı oranının insan için hayati bir önemi vardır.

Bir qədər sonra birlikdə böyük bir planlama nümunəsinə şahid olacağıq. Araşdıracağımız sistem, insanın planlama və dizayn sahəsində dünyagörüşünü artıracaq qədər mükəmməl şəkildə təşkil edilmişdir. Buna görə də, sistemin incəlikləri araşdırılarkən, latınca adlar üzərində çox dayanılmamalı və bütün diqqət sistemin planlaması üzərində cəmləşdirilməlidir. Bu sistemi araşdırarkən insanın etməli olduğu digər bir şey də, hər mərhələdə özünə çox əhəmiyyətli olan bu sualı verməsidir: "Bu sistem şüursuz təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?"

Bu sual çox əhəmiyyətlidir. Çünki sırf Allahın varlığını inkar etmək üçün ortaya atılan və tarixin ən böyük yalanı olan təkamül nəzəriyyəsinin canlıların necə yarandığı mövzusundakı tək iddiası "təsadüf"dür.

Təkamül yalanı insanın və insana məxsus hər şeyin şüursuz təsadüflər nəticəsində yarandığını iddia edir. Halbuki növbəti sətirlərdə araşdıracağımız sistem belə ayrılıqda, "təsadüf" nağılının, dolayısilə də təkamül yalanın gerçək üzünü göstərməyə kifayətdir.

Araşdıracağımız sistem qan təzyiqi endiyi anda fəaliyyətə keçmək üçün meydana gətirilmişdir. Buna görə də, ən doğru vaxtda, yəni qan təzyiqi müəyyən səviyyədən aşağı endikdə fəaliyyətə keçər. Eynilə avtomatik yanğın siqnalı cihazlarının odun çıxartdığı tüstünü müəyyənləşdirəcək şəkildə xüsusi olaraq dizayn olunmaları kimi.

Qan təzyiqi endiyi anda siqnalizasiya sistemi işə düşər. Qan təzyiqinin aşağı olması insan üçün çox təhlükəli vəziyyət yarada bilər. Buna görə də, siqnalizasiya sistemi işə düşən kimi, qan təzyiqini artırmaq üçün bir sıra tədbirlər alınmalıdır. Bu tədbirləri belə sadalaya bilərik;

  1. Qan damarları daraldılmalıdır (Bu əməliyyat, eynilə bağ üçün olan suvarma şlanqının başı sıxıldıqda daha təzyiqli su püskürtməsi kimi, qan təzyiqini artıracaqdır).
  2. Böyrəklərdən daha çox su sorulmalı və qana qarışdırılmalıdır.
  3. Ən qısa vaxtda insanın su içməsi təmin edilməlidir.

Bəs bütün bunlar necə təmin ediləcək? Yenə bənzərsiz bir sistem hər bir insan orqanizminin dərinliklərinə o dünyaya gəldikdən bəri yerləşdirilmişdir.

Sistem belə işləyər: Qan təzyiqi endiyi anda (və ya qanda olan natrium miqdarı azaldıqda), böyrəklərdəki bəzi hüceyrələr vəziyyəti anlayarlar. Bunlar həyəcan siqnalı verən “yukstaqlomerular (YQA)” hüceyrələridir. Bu hüceyrələr "renin" adlı çox xüsusi bir maddə ifraz edərlər.(27)

renin, anjiotensinojen

Karaciğerde üretilen "anjiotensinojen" proteini ile böbrek hücreleri tarafından üretilen "renin" aynı amaç için bir araya gelirler. İki farklı organda üretilen bu iki farklı maddenin, aynı bir logonun parçaları gibi birbirine son derece uyumlu olmaları vücuttaki kusursuz tasarımın bir göstergesidir.

Hüceyrələrin qan təzyiqinin və ya natrium miqdarının azaldığını müəyyənləşdirə bilmələri, ayrılıqda bir möcüzədir. Ancaq daha da əhəmiyyətlisi hüceyrələrin renin ifraz etmələridir. Çünki "renin" çox mərhələli bir istehsal zəncirinin ilk halqasıdır.

Qan plazmasında iştirak edən və normalda tamamilə passiv şəkildə qanda gəzən bir zülal var. Bu zülal qaraciyərdə ifraz olunan "angiotenzin" zülalıdır. Ağlasığmaz bir planlamanın ilk mərhələsi burada başlayar. Çünki ayrılıqda heç bir işə yaramayan "angiotenzin" və "renin" maddələri, əslində bir-birləri ilə birləşmək üçün xüsusi olaraq dizayn olunmuşdurlar. Eynilə bir leqonun parçalarının iç-içə keçə bilmələri üçün bir-birlərinə uyğun şəkildə hazırlanmaları kimi.

Burada bunları düşünmək lazımdır: Böyrək hüceyrələri və qaraciyər hüceyrələri orqanizm daxilində bir-birlərindən uzaqdadırlar. Onda biri leqonun bir parçasını (renin) ortaya çıxararkən, digəri bu parçaya tam uyğun gələn digər parçanı (angiotenzin) ortaya çıxarar və bunlar bir-birlərinə tam olaraq necə uyğun gələrlər?

Bu məqamda bu sualı verməliyik;

Bu şey şüursuz təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?

Əlbəttə ki, cavab "xeyr" olacaqdır. Çünki belə bir şeyin təsadüfən reallaşması qeyri-mümkündür.

Renin, angiotenzin molekulunun quruluşunu dəyişdirər və yeni bir molekul olan "angiotenzin I" molekulu ortaya çıxar:

Renin + angiotenzin -> angiotenzin I

Ortaya çıxan bu yeni molekulun da bir təsiri yoxdur; çünki istehsal zənciri hələ bitməmişdir. Fəaliyyətə ağciyərdə yerləşən "AÇF" adlı və yalnız "angiotenzin I" molekulunu parçalamağa yarayan bir ferment keçər. Bu ferment sayəsində "angiotenzin I" daha fərqli bir molekul olan "angiotenzin II" molekuluna çevrilər:

Angiotenzin I + AÇF fermenti -> angiotenzin II

Bu nöqtədə bunu təkrar düşünmək lazımdır: Böyrək və qaraciyər hüceyrələrinin ifraz etdikləri iki fərqli molekul qarşılıqlı təsirə daxil olmuş və ortaya yeni bir molekul çıxmışdır. Böyrək və qaraciyər hüceyrələri ilə heç bir əlaqəsi olmayan ağciyər hüceyrələri də bu yeni molekulun tam olaraq birləşəcəyi bir ferment ifraz edir. Üstəlik, bu fermenti, haqqında danışılan molekullar birləşmədən xeyli əvvəl ifraz edir. Ağciyər hüceyrələri hələ baş verməmiş bir hadisə və hələ də ifraz olunmamış bir maddəyə ən uyğun fermenti necə ifraz edə bilər? Bu maddəni başqa bir maddəyə çevirəcək fermentin formulunu haradan bilir? Bu məqamda soruşulmalı olan bir sual daha var;

Bu şüursuz təsadüflər nəticəsində baş vermiş ola bilərmi?

Əlbəttə ki, cavab yenidən "xeyr, qeyri-mümkün"dür olacaqdır. Çünki ortada hər mərhələsi ayrı-ayrı meydana gətirilmiş bir sistem var. Bütün bu mərhələlər nəticəsində ortaya çıxan "angiotenzin II" fermenti isə planlamadakı mükəmməlliyin dəlilidir. Çünki bu fermentin istənilən nəticəyə doğru aparan iki həyati vəzifəsi var: Bunlardan birincisi qan damarlarının daralmasını təmin etməkdir ki, bu da, bu başlıqda, 3 maddə olaraq sadaladığımız istənilən nəticələrdən birincisidir. Angiotenzin II fermenti qan damarlarının ətrafındakı əzələləri oyandırar və sıxılmalarını təmin edən mexanizmi (belə ki, bu da bir dizaynın dəlilidir) hərəkətə keçirər. Beləliklə də, əzələlər sıxılar, damarı daraldar və qan təzyiqi artırılmış olar.

renin, anjiotensinojen

1. Böbrek
2. Karaciğer
3. Akciğer
4. Böbreküstü bezi
5. Kan damarı (daralmış)

a. Renin
b. anjiotensinojen
c. anjiotensin I
d. ACE
e. anjiotensin II
f. aldosteron

Kan basıncı düştüğünde bazı böbrek hücrelerinin salgıladığı renin ile karaciğerde salgılanan anjiotensinojen isimli maddeler bir araya gelir ve bir logonun birbirine uygun iki parçası gibi birleşirler. Bu birleşmeden sonra devreye giren ACE isimli enzim ile oluşan anjiotensin 2 isimli molekül hem kan damarını daraltır hem de böbreklerde aldosteron isimli hormonun salgılanmasını sağlar. Bu hormon ise böbreklerin daha çok suyu geri emmesine neden olur Tüm bu zincirleme gelişmeler ise düşen kan basıncının yükselmesi ile sonuçlanır.

Bəs bu hadisə şüursuz təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?

Cavab yenə "qeyri-mümkün" olacaq. Çünki angiotenzin II molekulu qan damarlarının daraldılması üçün xüsusi olaraq dizayn olunmuş bir molekuldur və bu mükəmməl dizaynda təsadüfə yer yoxdur.

Angiotenzin II maddəsinin çox əhəmiyyətli bir vəzifəsi daha var: O da möcüzəvi bir hormon olan "aldosteron"u fəaliyyətə keçməyə çağırmaqdır. Angiotenzin II maddəsi böyrəküstü hüceyrələrə çatar və bu hüceyrələrə "aldosteron" ifraz etmələri əmrini verər. Bu da planın mükəmməlliyinin digər bir dəlilidir. Çünki aldosteron böyrəklərə təsir edəcək və böyrəklər sidikdəki suyu geri soraraq qana qarışdıracaq. Beləliklə də, qan təzyiqi artacaq. Bu da istədiyimiz nəticələrdən ikincisidir.

Böyrəklər, ağciyərlər və qaraciyərin bir plan əsasında, ortaq şəkildə ifraz etdikləri maddələr müəyyən qayda əsasında birləşmiş və nəticədə qan təzyiqinin yüksəlməsinə səbəb olan bir hormonun ifraz olunmasını təmin etmişdirlər. Bunun üçün böyrək hüceyrələri, ağciyər hüceyrələri və qaraciyər hüceyrələri bir yerə toplanıb birlik meydana gətirməlidirlər.

Bu birlik əvvəlcə qan təzyiqi endiyi vaxt, nə edilməli olduğunu araşdırmalıdır. Bu araşdırma nəticəsində də birlik, ən ideal çıxış yoluna qərar verməlidir: bu ideal çıxış yolu "qan damarlarını daraltmaq" və "aldosteron hormonunun ifraz olunmasını təmin etmək"dir.

Sonra da, yenə bir yerə toplanıb, uzunmüddətli araşdırmalar aparıb, böyrəküstü vəzlərinin və damar əzələsi hüceyrələrinin anatomiyalarını, işləmə sistemlərini analiz etməlidirlər. Sonra bu damarların sıxılması və böyrəküstü vəzlərinin aldosteron ifraz etməsi üçün möcüzə bir formulu, yəni "angiotenzin II" maddəsinin molekulyar layihəsini müəyyənləşdirməlidirlər.

Görüləcək ən son iş isə, bu molekulun necə əmələ gətiriləcəyinin müəyyənləşdirilməsidir. Hər orqan bu molekulun ifrazatı prosesində üzərinə bir məsuliyyət götürməlidir. Hazırlanan istehsal planı çərçivəsində üç mərhələli montaj sistemi uyğun hesab edilməli, hər orqana bir vəzifə verilməlidir. Böyrək hüceyrələri "renin", qaraciyər hüceyrələri "angiotenzin", ağciyər hüceyrələri isə "AÇF" ifraz etməyə qərar verməli və vəzifə bölgüsü tamamlanmalıdır. Sonra isə, yığıncaq sona çatmalı və hüceyrələr aid olduqları yerlərə geri qayıtmalıdır.

Əgər bir insan, bu sistemin üstün bir güc tərəfindən yaradıldığını, xüsusi bir plan çərçivəsində meydana gətirildiyini qəbul etmirsə, deməli o, şüursuz hüceyrələrin yığıncaq keçirdiklərini, bir yerə toplandıqlarını və ortaya bir plan qoyduqlarını qəbul edir. Əlbəttə ki, ağıl sahibi bir insanın bunu qəbul etməsi qeyri-mümkündür.

Təkamülçülərin təsadüf iddiaları isə, bu məntiqsiz ssenaridən daha çox inanılmaz və ağılsızdır. Çünki bu sistemin təsadüfən meydana gəlməsi üçün, böyrək, qaraciyər və ağciyər hüceyrələri eyni anda, təkcə bir təsadüf nəticəsində bu sistemin hissələrini meydana gətirməyə başlamalıdırlar. Yenə eyni anda təsadüfən böyrəklərdə təzyiq ölçən hüceyrələr və böyrəküstü vəzlərdə aldosteron hormonu meydana gəlməli və yenə eyni anda təsadüfən böyrək kanalı hüceyrələri aldosterona itaət edəcək, damar əzələsi hüceyrələri isə, angiotenzin II maddəsindən təsirlənəcək quruluşa almalıdırlar. Eləcə də, buna bənzər yüzlərlə incəlik, sırf bu sistemin meydana gəlməsi üçün eyni anda yaranmalıdır; çünki bu hissələrdən təkcə birinin olmaması bütün sistemi işləməz hala gətirəcək.

Belə bir sistem şüursuz təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?

Əlbəttə ki, xeyr. Bu sistem sonsuz ağıl və elm sahibi olan Allah tərəfindən yaradılmış və insan orqanizminin içinə yerləşdirilmişdir. Bu möcüzəvi sistem ilk insandan bəri milyardlarla insanın orqanizmində qüsursuz şəkildə işləyir. İnsan bu sistemin varlığından çox təkmilləşmiş texnoloji alətlərin köməyi ilə aparılan araşdırmalar nəticəsində hələ yeni xəbərdar olmuşdur. Eləcə də, sistemin incəliklərini hələ yeni-yeni öyrənir və aparılan hər araşdırma insan orqanizmində mövcud olan sistemlərin varlığını təsadüf nağılı ilə izah olunmasını daha da qeyri-mümkün hala gətirir. Çünki insan yaradılmışdır və yaradılışındakı bu mükəmməlliyi xəyali və ağılsız ssenarilərlə gizlətmək qeyri-mümkündür.

susama algısı

1. Hipotalamustaki alıcı hücreler
2. Kalpteki baroreseptörlerden alınan bilgi hipotalamusa gider.
3. Böbrek üstü bezleri susama bölgesini uyaracak hormonları üretir.
4. yeterli su sağlandığında dil ve mideden reservlerin dolduğu mesajı gönderilir.
5. hipotalamus tükürük bezlerine "üretimi durdur" emri verir. Bunun sonucunda ağız kuruluğu oluşur.

5. Böbrek üstü bezi
6. Böbrek

7. Kalp
8. Mide

Gün içinde defalarca susadığımızı hisseder ve hemen bir bardak su içeriz. Ancak birçoğumuz bu esnada vücudunda neler olduğundan habersizdir. Vücudun farklı organlarındaki hücreler, vücudun suya ihtiyacı olduğunu tespit etmişler ve arka arkaya birbirlerini etkileyerek insanı su içmesi için uyarmışlardır. Biz ise bu uyarının nereden geldiğini hiç düşünmeden suyumuzu içerek, vücudumuza bir yardımda bulunuruz.

Bu hissənin əvvəlində qan təzyiqinin artırılması üçün edilməli olan 3 maddə sadalanmışdı. Bu üçüncü maddə, insanın su içməsinin təmin edilməsinin lazım olduğu idi. Bəs insan orqanizminin içində yerləşən və onsuz da insana aid olan orqanlar, insanın zehninə, psixologiyasına necə təsir edəcək? İnsanın su içməsi üçün, "ürəyinin su içməyi istəməsi" təmin edilməlidir. İnsan orqanizminin dərinliklərindəki şüursuz ağciyər, böyrək və qaraciyər hüceyrələri, insanı psixoloji təsir altında qoya bilmək üçün bu dəfə necə bir plan hazırlamalıdırlar?

Lazımi plan hazırlanmış və Allah, yaratdığı mükəmməl sistemdə heç bir incəliyi əskik qoymamışdır.

Böyrək, qaraciyər və ağciyərin ortaq şəkildə işləməsi nəticəsində ifraz olunan "angiotenzin II" maddəsinin çox əhəmiyyətli bir vəzifəsi daha var: Beynin xüsusi bir yerinə çatmaq və bu yeri oyandırmaqdır. Bu yer susama hissini oyandıran "susama nahiyəsi"dir.

Lakin "angiotenzin II" maddəsinin qarşısında bir maneə var. Çünki beyni qorumaq üçün qandan beyin toxumasına keçidi çox çətinləşdirən, çox seçici bir sistem var və buna "qan-beyin baryeri" deyilir. Bu sistem beyinin 1-2 nöqtəsində yoxdur və bu nöqtələrdən biri də "susama nahiyəsidir". Ancaq angiotenzin II, xüsusi yaradılışı sayəsində beynin susama nahiyəsini asanlıqla oyandırar və beləliklə də, insanda su içmə istəyi yaradar.(28)

İndi isə, eyni sualı sonuncu dəfə yenidən verək;

Bu sistem şüursuz təsadüflər nəticəsində əmələ gəlmiş ola bilərmi?

Bu qədər aydın dəlillərdən sonra bu suala "bəli" deyən bir insana artıq deyilə biləcək bir söz qalmamışdır. Çünki bu insanın vicdanı və qəlbi artıq qatılaşmış və həqiqəti qəbul etməməyə şərtləndirilmişdir. Bu insana deyiləcək söz Quranda Allah tərəfindən belə bildirilmişdir:

...Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni düzgün (əli-ayağı tutan, güclü və qüvvətli) bir insan qiyafəsinə salmış Rəbbini mi inkar edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! (Kəhf surəsi, 37-38)

Möcüzəvi Dərman: Kortizol Hormonu

böbrek üstü bezi

1. Böbrek üstü bezi

Bir qədər sonra çox əhəmiyyətli bir möcüzənin də incəliklərini araşdıracağıq. Araşdıracağımız möcüzənin adı, "kortizol hormonu"dur. Ancaq bu hormonun insan orqanizmində o qədər müxtəlif vəzifələri vardır ki, bu hormonu araşdırmağa başlamadan əvvəl bir xüsusa diqqət çəkmək istəyirik:

Bir hormonun bir hüceyrəni hərəkətə keçirməsi möcüzədir. Çünki bir hormonun bir hüceyrəyə təsir göstərməsi üçün, həmin hüceyrənin daxili quruluşundakı sistemləri hərəkətə keçirməlidir. Bu da hormonun ya o hüceyrənin membranında yerləşən bir reseptora bağlanması ya da hüceyrənin içinə daxil olaraq hüceyrə daxilindəki bir mexanizmə bilavasitə təsir etməsi yolu ilə reallaşar. Ancaq hər iki vəziyyətdə də hormon molekulu, təsir edəcəyi hüceyrə üçün xüsusi olaraq dizayn olunmaq məcburiyyətindədir. Hormon molekulunun quruluşundakı ən kiçik bir uyğunsuzluq, hüceyrəyə təsir edə bilməməsinə səbəb olar. Buna görə də, əlinizdəki kitabın bir çox hissəsində hormonla, onun təsir etdiyi hüceyrədəki reseptor (qəbuledici) molekul arasındakı əlaqə, açar-qıfıl əlaqəsinə bənzədilmişdir.

Kortizol hormonunun təsirləri araşdırıldığı vaxt, qarşımıza çox əhəmiyyətli bir həqiqət çıxır. Allah insan orqanizmində bir çox təhlükəsizlik sistemi yaratmış və bir-birindən fərqli bu təhlükəsizlik sistemlərinin hər birinin hüceyrələri içinə, tək bir açarla açılan qıfıllar qoymuşdur. Məsələn, bu qıfıl bir kapilyar damar hüceyrəsinin içində ola bildiyi kimi, bir qaraciyər hüceyrəsinin içində də vardır. Bu da fərqli hüceyrələrin ortaq bir məqsəd üçün eyni anda hərəkətə keçirilə bilmələrini təmin edər. Şübhəsiz ki, bu, Allahın yaratma sənətinin bir nümunəsi olduğu kimi, eləcə də, təkamül yalanının iç üzünü göstərən bir dəlil meydana gətirər. Çünki fərqli hüceyrələrin ortaq bir məqsəd naminə hərəkət etmək üçün proqramlaşdırılmış olmaları və bu proqramı işə salan mərkəzi bir sistem olması, təkamül nəzəriyyəsinin təsadüf nağılının əsassızlığını yenidən göstərər.

kortizol hormonu

1. Karaciğer
2. Kan damarı

Kortizol hormonu kusursuz tasarımı sayesinde kılcal damar hücrelerinde olduğu gibi, karaciğer hücrelerinde de etkili olabilmektedir. Bu hücrelerle uyumu anahtar kilit ilişkisi gibidir.

Kortizol hormonunun təsirləri araşdırıldığı vaxt, qarşımıza çox əhəmiyyətli bir həqiqət çıxır. Allah insan orqanizmində bir çox təhlükəsizlik sistemi yaratmış və bir-birindən fərqli bu təhlükəsizlik sistemlərinin hər birinin hüceyrələri içinə, tək bir açarla açılan qıfıllar qoymuşdur. Məsələn, bu qıfıl bir kapilyar damar hüceyrəsinin içində ola bildiyi kimi, bir qaraciyər hüceyrəsinin içində də vardır. Bu da fərqli hüceyrələrin ortaq bir məqsəd üçün eyni anda hərəkətə keçirilə bilmələrini təmin edər. Şübhəsiz ki, bu, Allahın yaratma sənətinin bir nümunəsi olduğu kimi, eləcə də, təkamül yalanının iç üzünü göstərən bir dəlil meydana gətirər. Çünki fərqli hüceyrələrin ortaq bir məqsəd naminə hərəkət etmək üçün proqramlaşdırılmış olmaları və bu proqramı işə salan mərkəzi bir sistem olması, təkamül nəzəriyyəsinin təsadüf nağılının əsassızlığını yenidən göstərər.

Kortizol hormonu; ağrı, qəza, yaralanma, infeksiya, həddindən artıq isti, həddindən artıq soyuq, allergiya, iltihab, oksigensiz qalmaq, aclıq, hərarəti yüksəldən faktorlar kimi, vəziyyətlərə qarşı insan orqanizmi daxilində bir çox fərqli cəbhədə insan üçün vuruşar.

Kortizol hormonunun vəzifələri araşdırılarkən bu xüsus unudulmamalıdır: bu hormon şüursuz hüceyrələr tərəfindən ifraz olunar və bunu edən hüceyrələr bu hormonun harada istifadə ediləcəyini qətiyyən bilə bilməzlər. Bu hüceyrələr kortizolun vuruşduğu cəbhələrdən heç vaxt şüurlu şəkildə xəbərdar ola bilməzlər.

İndi isə, böyrəküstü vəzləri tərəfindən ifraz olunan "kortizol" möcüzəsinin insan orqanizmindəki vəzifələrini yavaş-yavaş araşdıraq və Allahın sənətinin insan orqanizminin incəliklərində necə təcəlli etdiyini yenidən görək. Hər mərhələdə öz-özünüzə verə biləcəyiniz; "bu sistem təsadüfən yarana bilərmi?" sualı da, sizə Allahın varlığını inkar edən təkamül nəzəriyyəsinin iç üzünü yenidən göstərəcək.

Kortizol Hormonunun Vəzifələri:

Yaralanmalara Qarşı Əvvəlcədən Tədbir Alar:

Adrenalin hormonu insanı təhlükə anı üçün hazır vəziyyətə gətirdiyi halda, kortizol hormonu insan orqanizmini təhlükədən sonra baş verə biləcək şeylər üçün hazır vəziyyətə gətirər.(29) Məsələn, baş verəcək yaralanma riskinə qarşı, əvvəlcədən bir tədbir görər və orqanizmdəki amin turşularını səfərbər edər. Bu amin turşuları yaralanma olduğu anda, toxumaların bərpası üçün istifadə ediləcək xammallardır.

Yaralanma Əsnasında Ortaya Çıxan Ağrı Hissini Azaldar:

Bəzi insanların yaralandıqları anda və yaralandıqdan uzun müddətə qədər ağrı hiss etməmələrinin səbəbi budur.(30) Beləliklə də, insan yaralı olduğu halda vuruşmağa, özünü qorumağa və ya qaçmağa güc tapar.

Ağrı hissi sinir hüceyrələri vasitəsilə ötürülər. Kortizol ifraz edən hüceyrələr sinir hüceyrələrinin elektrik ötürmələrini yavaşladan və qismən dayandıran mexanizmdən necə xəbərdardırlar?

Təcili Vəziyyətlərdə Yağ Və Zülalları Şəkərə Çevirər:

injured person

When a person is injured, the cortisol hormone goes into action without his knowing it.

Orqanizmlə beyin hüceyrələrinin bəslənmək üçün şəkərə ehtiyacları var. Xüsusilə də, beyin hüceyrələri həmişə və nəyin bahasına olursa olsun, mütləq şəkərlə qidalanmalıdır. Əks halda insan qısa müddətdə ölə bilər.

Aclıq vəziyyətində şəkər əldə ediləcək qida olmadığı üçün qandakı şəkər miqdarı azalacaq. Belə olan halda, kortizol hormonu fəaliyyətə keçər və orqanizmin şəkərsiz qalmasına icazə verməz. Ehtiyyat halında toplanılan yağ və zülalların şəkərə çevrilməsini və qan şəkəri səviyyəsinin müəyyən sərhədlər çərçivəsində qalmasını təmin edər.(31)

İndi isə, bu cümlə barədə düşünək: "Yağın şəkərə çevrilməsi və ya zülalın şəkərə çevrilməsi". Bu cür əməliyyatlardan bəhs edilərkən tək bir cümlə deyilib keçilər. Halbuki aparılan əməliyyat olduqca çətin və mürəkkəb bir əməliyyatdır. Bir maddə başqa bir maddəyə çevrilir və molekulyar quruluşu tamamilə dəyişir. Əgər insanın önünə trilyonlarla dəfə böyüdülmüş və bir masa böyüklüyünə gətirilmiş bir yağ molekulu və ya zülal molekulu qoyulsa və özündən bu molekulu şəkər molekuluna çevirməsi tələb olunsa, heç nə edə bilməz. Hansı atomun yerini hansı ilə dəyişdirməli olduğunu bilməz. Halbuki hüceyrələrin içində bu dəyişməni həyata keçirən ayırma yerləri var və həmin bu dəyişmə prosesi çox mürəkkəb əməliyyatlar nəticəsində həyata keçirilər. Kortizol hormonu bu əməliyyatların gedişatının necə dəyişdiriləcəyini bilir. Daha doğrusu kortizol hormonu bu dəyişmənin başlamasını təmin edəcək qıfılı açacaq dizayna malikdir. Kortizol ifraz edən hüceyrələr, yağ-şəkər və ya zülal-şəkər çevrilməsini icra edən sistemi işlədəcək açarın formasını haradan bilirlər?

CH3-(CH2)n-COOH (yağ molekulunun formulu) formulunu hansı əməliyyatlar nəticəsində, CH2OH (şəkər molekulunun formulu) formuluna necə çevirə biləcəyini haradan bilir?

Təcili Hallarda Beyin Və Ürəyin Bəslənməsinə Üstünlük Verər:

Kortizol molekulları təcili vəziyyətdə fəaliyyətə keçər və orqanizm hüceyrələrinin istifadə etdikləri şəkər miqdarını azaldar. Ancaq yenə bir möcüzə görülər və bu təsiri beyin və ürək kimi həyati orqanlarda göstərməz. Sanki müharibə vəziyyətində səfərbərlik elan edib, iqtisadi qaynaqların müəyyən bölgələrə köçürülməsi kimi, kortizol molekulları beyin və ürəyin bəslənməsinə üstünlük verər və digər toxuma hüceyrələrinin bəslənmələrində qənaətə səbəb olarlar.(32)

Kortizol molekulları hansı hüceyrələrin daha həyati əhəmiyyətə sahib olduğunu haradan bilirlər? Bu tədbiri hansı şüurla alırlar?

Damarların Yığılıb-Büzülmələrini Tənzimləyər:

Qan damarlarının sabit və cansız borular olmadıqlarını, bu damarların ətraflarındakı əzələlərin yığıla bilmələri və boşala bilmələri sayəsində damar diametrlərinin ehtiyac əsasında dəyişə bildiyini əvvəlki səhifələrdə araşdırmışdıq. Bu daralma əmrinin müxtəlif hormonlar vasitəsilə damarlara çatdırıldığını da bilirik. Kortizol, damarları yığıb-büzən faktorlar qarşısında damarların verdiyi reaksiyaları nizamlayar və təcili vəziyyətlərdə insan üçün digər bir dəstək funksiyası yerinə yetirmiş olar.(33)

Kortizol hormonu damarların ətrafındakı əzələlərin yığılma sistemlərini haradan bilir ki, bu sistemin yığıb-büzən faktorlar qarşısında damarların verdiyi reaksiyaları nizamlaya bilir?

Suyun Hərəkətinə Nəzarət Edər:

hücre

Küçücük hücrenin içinde yağı şekere dönüştüren son derece başarılı rafineriler vardır.

Suyun (gərəksiz vəziyyətlərdə) hüceyrə daxilinə girməsinə mane olar. Bu da qan həcminin qorunması mənasını verər. Bir kortizol molekulu suyun hüceyrələrin içinə girməyə meyil etdiyini haradan bilir? Bu suyu hüceyrə xaricində tutmaq lazım olduğuna necə qərar verər? Eləcə də, suyu çöldə tutma üsullarını haradan bilir? Daha da əhəmiyyətlisi, suyun hüceyrənin xaricində tutulmalı olduğu vaxtları, necə müəyyənləşdirir? Hər vaxt deyil, əksinə yalnız lazımi vəziyyətlərdə suyun hüceyrəyə girməsinin qarşısını alacaq anlayış və şüura necə malik ola bilər?

Təhlükə Meydana Gəldikdə, Yüksək Hərarətin Qarşısını Almaq Üçün Əlaqədar Hormonun Ifrazını Dayandırar:

Ateş yükselmesi insan bedeninin hastalıkla savaşma belirtisidir. Ateşin yükselmesi insanı dinlenmeye ve yatmaya zorlar. Böylece vücudun ihtiyacı olan enerji yürümek, gezmek, çalışmak vs. gibi günlük işlere harcanmamış olur. Ateş yükselmesi hastalığın sebep olduğu bir yan etki değildir. Ateş, hastalıkla savaşta insanı dinlenmeye zorlamak için özel olarak ayarlanmış bir güvenlik önlemidir. Ateşin yükseltilmesi beynin "ateş merkezi" tarafından sağlanır. Beynin ateş merkezi de 'IL-1' isimli bir madde tarafından harekete geçirilir.

Hərarətin yüksəlməsi insan orqanizminin xəstəliklə vuruşması əlamətidir. Hərarətin yüksəlməsi insanı dincəlməyə və yatmağa məcbur edər. Beləliklə də, orqanizmin ehtiyacı olan enerji yerimək, gəzmək, çalışmaq və s. kimi gündəlik işlərə sərf edilməmiş olar. Hərarətin yüksəlməsi xəstəliyin səbəb olduğu təsir deyil. Hərarət, xəstəliklə mübarizədə insanı dincəlməyə məcbur etmək üçün xüsusi olaraq görülmüş bir təhlükəsizlik tədbiridir. Hərarətin yüksəldilməsi beynin "hərarət mərkəzi" tərəfindən təmin edilər. Beynin hərarət mərkəzi də “interleykin-1” adlı maddə tərəfindən hərəkətə keçirilər.

Kortizol hormonunun digər bir möcüzəvi təsiri də, orqanizm temperaturu təhlükəli həddə olduqda ortaya çıxar. Kortizol hormonu digər bütün funksiyalarıyla yanaşı, təhlükəli hərarətin dayanması üçün də dizayn olunmuşdur. İnsanın yüksək hərarətdən ölmə təhlükəsi ilə qarşılaşdığı vəziyyətlərdə kortizol hormonu fəaliyyətə keçər və hərarət mərkəzini aktivləşdirən interleykin-1 maddəsinin ifrazını dayandıraraq hərarəti salar.(34)

Bəs kortizol hormonu interleykin-1 maddəsinin insanın hərarətini yüksəltdiyini və yüksək hərarətin insan üçün təhlükə meydana gətirdiyini necə bilir? İnterleykin-1 maddəsinin haradan ifraz olunduğu haradan öyrənmiş və interleykin-1 maddəsinin ifrazını dayandırmağa necə qərar vermişdir?

İnsan Həyatı Üçün Çox Əhəmiyyətli Olan Bəzi Zülalların Ifrazını Tənzimləyər:

ateşin yükslmesi

Ateşin yükselmesi beynin ateş merkezi tarafından sağlanır. Bu merkez de, IL-1 isimli bir madde tarafından harekete geçirilir. Tehlike halinde kortizol hormonu bu maddenin salgılanmasını durdurur.

Kortizol hormonu çətin vəziyyətdə qaldığınız vaxt, bütün ehtiyaclarınızı ayrı-ayrılıqda düşünər. Sümük iliyində hemoqlobin, leykosit, trombosit ifrazını artırıb, qan səviyyəsini yüksəldər.(35)

Görüldüyü kimi, gözlə görülə bilməyəcək qədər kiçik bir molekulun bir çox xüsusiyyəti, qabiliyyəti və məsuliyyəti var. Bu molekulun bunları yerinə yetirə bilməsi üçün, bütün bu xüsusiyyətlərlə birlikdə xüsusi olaraq dizayn olunmuş olmalıdır. Kortizol hormonunun təsadüfən bu xüsusiyyətlərlə birlikdə meydana gəldiyini iddia etmək, böyük cəhalət və ağılsızlıq nümunəsidir. Bu hormon, Allahın yaratmasındakı uyğunluğun və mükəmməl dizaynın digər bir dəlilidir.

...Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Yenə də öyüd alıb düşünməyəcəksiniz? (Ənam surəsi, 80)

 

 

Dipnotlar

22. Selahattin Koloğlu, Endokrinoloji Temel ve Klinik, s. 533

23. Helena Curtis, Sue Barnes, Invıtation To Biolog, s. 467

24. Eldra Pearl Solomon, İnsan Anatomisine ve Fizyolojisine Giriş, Çeviri: Doç. Dr. L. Bilkem Süzen, İstanbul, Birol Basın Yayın Dağıtım, Ağustos 1997, s. 140

25. Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s. 133

26. Yenson Mutahhar, İnsan Biyokimyası, Ankara, Güneş Kitabevi, 1995, s. 761

27. Kemalettin Büyüköztürk, İç Hastalıkları, İstanbul, Nobel Tıp Kitapevi, 1992, s. 275

28. Terzioğlu Meliha, Oruç Tülin, Yiğit Günnur, Fizyoloji Ders Kitabı, 1997, s. 398

29. Lionel Bender, The Human Body: Its Mysteries And Marvels, England, Colour Library Books, 1992, s. 165

30. Lionel Bender, The Human Body: Its Mysteries And Marvels, England, Colour Library Books, 1992, s. 165

31. Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s. 131

32. Helena Curtis, Sue Barnes, Invıtation To Biology, s. 472

33. Kemalettin Büyüköztürk, İç Hastalıkları, s. 267

34. Kemalettin Büyüköztürk, İç Hastalıkları, İstanbul, Nobel Tıp Kitapevi, 1992, s 267

35. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, Ankara, Feryal Matbaacılık, 1993, s. 2582

6 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top