< <
11 / total: 12

Mükəmməl Xəbərçi: Azot Oksidi

Hava çirkliliyi, Nobel mükafatı və hormonun ortaq tərəfi nədir? İlk baxışda bu sual qəribə qarşılana bilər və ya sayılanlar arasında hər hansı bir əlaqənin varlığı olduqca çətin görünə bilər. Lakin bu sual cavabsız da deyil. "Azot oksidi" cavabını verənləri bu sualı düzgün cavablandırmış kimi qəbul edə bilərik.

Kimya kitablarında azot oksidi, azotun oksidləşməsiylə əldə olunan, rəngsiz, zəhərli bir qaz kimi xarakterizə olunar. Kimyəvi formulu NO kimi işarə olunar və bir azotla bir oksigen atomunun birləşməsindən meydana gələn "sadə" bir molekuldur. İstər azot, istərsə də oksigen yaxşı tanıdığımız elementlərdir. Orta məktəb dövründə qazandığımız ilk məlumatlardan biri, tənəffüs etdiyimiz havanın 78%-ni azotun, 21%-ni isə oksigenin meydana gətirməsidir.

 hava kirliliği

Nitrik oksit hava kirliliğine ve asit yağmuruna neden olan, ozon tabakasını ve ekolojik dengeyi bozan bir gazdır.

Ancaq əvvəlcə əhəmiyyətli bir nöqtəni xatırlatmaq istəyərik. Azot oksidi üçün işlədilən "sadə" ifadəsi, yalnız kimyəvi birləşməsindəki sadəliyi bildirir. NO-nun insan həyatındakı əhəmiyyəti baxımından isə, bunun tam əksi bir vəziyyət hakimdir. Son iyirmi ildəki intensiv araşdırmalar bu molekulun, hüceyrələr arası rabitə əlaqəsində təməl bir vəzifə boynuna götürdüyünü ortaya çıxartmışdır. Bu sahədəki elmi çalışmaların nəticələri göstərmişdir ki, azot oksidi, insan orqanizmində normal olaraq ifraz olunan bir hormon, yəni kimyəvi bir xəbərçidir. O, sinir, qan-dövranı, müdafiə, tənəffüs və reproduktiv sistemlərin həyati funksiyalarının təşkil edilməsində strateji bir rol oynayır.

Mövzumuzun əvvəlində verdiyimiz suala geri qayıtsaq, bu halda NO-nun hava çirkliliyi ilə əlaqəsi nədir? İnsan orqanizmi üçün "hökmən lazım olan" bu molekulun hava çirkliliyi ilə necə bir əlaqsəi ola bilər? Məhz bu sual olduqca maraqlıdır. Çünki zəhərli olan azot oksidi hava çirkliliyinə və turşulu yağışların yağmasına səbəb olan, ozon təbəqəsi və ekoloji mühiti korlayan bir qazdır. Azotun yanması nəticəsində yaranan bu qaz, avtomobillər tərəfindən havaya buraxılır. Bir müddət əvvələ qədər, NO-nun insan sağlamlığını təhdid etməkdən başqa heç bir funksiyası olmadığına inanılırdı. Hətta tədqiqatçıların NO-nun bir hormon olduğuna dair verdikləri ilk açıqlamalar, elmdə etibar qazanmamışdı. Ümumiyyətlə, verilən ilk reaksiyalar bu kəşfə "inanmağın çətin" olduğu hökmündə idi.

Ancaq tədqiqat nəticələrinin qısa müddət ərzində təsdiqlənməsi tibb aləmində böyük əks-səda oyandırdı. Belə ki, tanınmış elm jurnalı “Science”, 1992-ci ilin dekabr buraxılışında, azot oksidini "ilin molekulu" elan etdi.(74) Bu sahədəki elmi çalışmaların çoxalmasıyla azot oksidi də böyük "şöhrət" qazandı və adı "sehrli qaz", "möcüzəvi molekul", "sirrli xəbərçi" kimi adlarla çəkilməyə başlandı.

 1998 Nobel Tıp Ödülü

Nitrik oksidin hücresel haberleşmedeki rolünü ortaya çıkaran (soldan sağa) Ferid Murad, Louis J. Ignarro ve Robert Furchgott 1998 Nobel Tıp Ödülü'nü almışlardır.

Azot oksidinin hüceyrə səviyyəsindəki rabitə əlaqəsi rolunu ortaya çıxaran Robert Furxqott, Lui İqnarro və Fərid Murad 1998 Nobel tibb mükafatını aldılar. Nobel fondu mətbuata verdiyi məlumatda, mükafatın bu professorlara NO-nun xəbərçi molekul olduğuna dair kəşflərindən ötrü verildiyi ifadə edilmiş və bu görüşün dünyanın bir çox laboratoriyasında genişlənən tədqiqat işləri başlatdığına diqqət çəkilmişdir.(75) Hüceyrə səviyyəsindəki rabitə əlaqəsi sahəsindəki "xüsusi işləri", eyni tədqiqatçılara Nobel mükafatından başqa bir çox mükafat daha gətirmişdir.

Həqiqətən də, geridə qoyduğumuz on il ərzində "NO tədqiqatları partlayışı" baş vermiş və "azot oksidi" adında dərnəklər yaradılmış, jurnallar nəşr olunmuşdur. Azot Oksidi dərnəyinin məlumatlarına görə, bu fövqəladə molekul haqqında yazılan elmi məqalələr 32 min səhifədən çoxdur.(76)

Azot oksidi üzərində gördüyü işlərlə tanınan dr. Salvador Moncada NO-nun, hüceyrələrarası rabitə əlaqəsinə dair etibarlı düşüncələri dəyişdirdiyini, hətta bu mövzudakı bəzi anlayışları alt-üst etdiyini dilə gətirir.(77) Stenford Universitetindən dr. John Cooke bu tədqiqatı, "böyük kəşf və bütün dünyada tibb sahəsində görülən işlərdə böyük inkişaflara gətirib çıxaracaq bir hadisə" kimi açıqlayır.(78)

Əlbəttə ki, burada əsas diqqət ediləcək məqam, həmin bu inkişafların təkamülçüləri necə sıxışdırdığıdır. Hər elmi inkişafda olduğu kimi, azot oksidi haqqında əldə edilən yeni məlumatlar da təkamül müdafiəçilərinin sanki kabusu olur. Çünki 0.000000001 metr (metrin milyardda biri) ölçüsündəki, şüur və ağla sahib olmayan bu molekulun insan orqanizmində həyata keçirdiyi mürəkkəb və möcüzəvi fəaliyyətlər təsadüflə açıqlana bilməz. Şübhəsiz ki, azot oksidi, Allahın mükəmməl yaratmasını gözlər önünə sərən saysız əlamətdən biridir.

Təkamülçülər isə, Allahı və atomlardan qalaktikalara qədər hər nöqtədəki möhtəşəm yaradılış dəlillərini inkar etmək məsələsində kor-koranə inadkarlıq edirlər. Bu hərəkətləri özlərini gülünc vəziyyətə salır. Nümunə olaraq, bunların nəşriyyat orqanlarının NO ilə bağlı açıqlamalarını ələ alaq: elm iddiasıyla qələmə alınan bu məqalələrdə, azot oksidi həddən artıq təriflənilir, sanki bir qəhrəman, hətta bir "supermen" kimi göstərilir. Əslində burada təəccüblənməyə heç nə yoxdur. Çünki həqiqətən ortada hüceyrə kimi mükəmməl bir sistem içində hər an müvəffəqiyyətlə işləyən, hələ daha bir çox funksiyası ortaya çıxarılmamış azot oksidi molekulu var və bu molekul olduqca kiçik olmasına baxmayaraq, nəhəng işlər görür. Ancaq təkamülçülər, azot oksidi yaradanı inkar etdikləri üçün, bu molekulun özünü sanki ilahlaşdırar və sanki bütün möcüzəvi əməliyyatları öz iradə və ağlıyla edirmiş kimi ondan danışarlar.

Məhz bu məqamda təkamülçülər öz qurduqları tələlərə özləri düşürlər. Çünki haqqında danışılan yanlış dünyagörüşünün, bal verdiyi üçün arını, meyvə verdiyi üçün ağacı və ya dünyanın işıq mənbəyi olduğu üçün günəşi ilahlaşdırmaqdan heç bir fərqi yoxdur və ya rəssamından heç danışmadan və ya rəssamını tərifləmədən, çox gözəl bir portreti tərifləyib təbrik etməklə eyni məntiqdədir. Hər insan iki yoldan birini seçmək məcburiyyətindədir: Ya Quranda "Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. O hər şeyin yaradıcısıdır…" (Ənam surəsi, 102) ayəsinin gərəyi ya Allaha iman etməli, ya da atomları, molekulları, hüceyrələri, canlı-cansız saysız varlığı ilahlaşdırmalıdır.

Şübhəsiz ki, xəbərçi azot oksidi molekulu, sonsuz mərhəmət sahibi Allahın yaratdığı və bizim xidmətimizə verdiyi saysız nemətdən yalnız biridir. Yaşadığımız əsrdə, mikro aləmdə ortaya çıxarılan bir çox yaradılış möcüzəsindən biridir. Oxuyacağınız başlıq boyunca, orqanizmnizdəki 100 trilyon (100.000.000.000.000) hüceyrənin əhəmiyyətli bir hissəsində bizim üçün fəaliyyət göstərən bu molekuldakı üstün dizayn gözlər önünə səriləcək.

Damarlarımızdakı Dizayn

 Damar Sistemi

Vücudumuzdaki damar sistemi, gelişmiş bir ülkenin örneğin Amerika'nın sahip olduğu kara yolu ağıyla kıyaslanamayacak kadar komplekstir.

Azot oksidi haqqındakı araşdırmamıza ilk kəşf edildiyi yer olan damarlardan başlayaq. Məlum olduğu kimi, damarlar, ürək və qanla birlikdə, ürək qan-damar sistemini meydana gətirər. Ümumilikdə 100 min kilometrdən artıq uzunluqda olub orqanizmimizin hər tərəfinə paylanan damarlarımız böyük bir quru yolu şəbəkəsinə bənzədilə bilər. Kiçik bir hesablama aparsaq, bu sayın əhəmiyyətini daha yaxşı anlaya bilərik: bir insanın sahib olduğu damarlar uc-uca əlavə olunacağı təqdirdə, dünyanın ətrafını iki dəfə yarım dolanacaq bir uzunluğa çatar.(79)

 Kan damarlarının büzülüp gevşemesi

Kan damarlarının spor yaparken genişleyerek artan kan ihtiyacını temin etmesi, vücudun kusursuz tasarımının bir sonucudur.

Bunu da xatırladaq ki, orqanizmimizdəki damar sistemi, inkişaf etmiş bir ölkənin, məsələn, ABŞ-ın sahib olduğu quru yolu şəbəkəsiylə müqayisə edilməyəcək qədər mürəkkəbdir. Quru yolları müəyyən genişlikdə salınar və günün müxtəlif saatlarında dəyişən nəqliyyat hərəkəti sıxlığına görə zolaqların sayı artmaz və ya azalmaz. Halbuki damarlarımızın daxili genişliyi sabit deyildir, yəni damarlarımız bizim fəaliyyətlərimizə uyğun olaraq daralar və ya genişlənər, beləliklə də, qan təzyiqinin tənzimlənməsində əhəmiyyətli rol oynayarlar. Məhz bu mükəmməl sistem vasitəsilə, orqanizmin fərqli mühitlərə görə dəyişən ehtiyacları avtomatik şəkildə təmin edilər. Qan damarlarının, idman edərkən genişlənərək artan qan ehtiyacını təmin etməsi və ya yaralanmadan sonra daralaraq qanaxmanı azaltması, haqqında danışılan mükəmməl sistemin bir nəticəsidir.

Bəs damarlar nə vaxt genişləməli və ya nə vaxt daralmalı olduqlarını necə anlayırlar? Bu sualın cavabının insan həyatı baxımından çox əhəmiyyətli olduğu aydındır. 100 min kilometrlik damar şəbəkəsinin hər hansı bir nöqtəsində yarana biləcək kiçik bir xətanın, düzəldilməsi qeyri-mümkün xətalar yaradacağı aydındır.

Elm adamları bundan on il əvvələdək, damarların içində bəzi çox mürəkkəb əməliyyatlar baş verdiyini güman edir, lakin yuxarıdakı sualın cavabını verə bilmirdilər. Aparılan tədqiqatların nəticələri kimyəvi bir xəbərçinin varlığını ortaya çıxartdı. Bu xəbərçi azot oksidi molekulu idi. Damarlara genişləmələri "təlimatını verən" bu iki atomlu molekul idi.

İndi isə, damarlarımızın dərinliklərində azot oksidi ifraz edən möhtəşəm müəssisələri daha yaxından araşdıraq.

 Damar Sistemi

Damarlar, bu resimlerde de görüldüğü gibi uyarılar sonucunda genişleyip büzülürler.

Elektron mikroskobuyla araşdırıldıqda, damarların, kiçiklikləriylə tərs mütənasib şəkildə olduqca böyük strukturlar olduqları görüləcək. Məsələn, yan-yana düzülən 10 kapilyar damar, ancaq insan saçının bir teli qalınlığındadır. Bu qədər dar olan damarlarımızın daxili divarları, düz əzələ hüceyrələrinin meydana gətirdiyi bir toxumayla örtülmüşdür və damarların genişlənib-daralması da bu toxumanının fəaliyyətləri nəticəsində baş verir. Əzələ hüceyrələri qanla bilavasitə təmas etməzlər, çünki endotel hüceyrələri əzələ hüceyrələri ilə qan arasında qişalı bir təbəqə meydana gətirərlər.

Endotel hüceyrələri bir zəncirin halqaları kimi yan-yana düzülərək endotel təbəqəsini meydana gətirərlər. 1980-ci illərə qədər bu hüceyrələrin, qanın damardakı axınını asanlaşdırmaqdan başqa heç bir mühüm fəaliyyətinin olmadığına inanılırdı. Halbuki həqiqətin çox fərqli olduğu daha sonra ortaya çıxdı. Endotel hüceyrələrinin məsuliyyətlərindən birinin NO xəbərçisini ifraz etmək olduğu məlum oldu.

Endotel hüceyrəsini bir fabrik kimi təssəvvür etsək, azot oksidi molekulları da bu fabrikin məhsullarına bənzədilə bilər. Əlbəttə ki, fabrik deyildikdə ağla gələn ilk şey böyük sənaye müəssisələri ola bilər. Halbuki, burada damarın içində yerləşən metrin yalnız milyonda bir hissəsi kiçikliyindəki bir fabrikdən söhbət gedir. Bu mikroskopik fabrikin kimyəvi məhsulları da metrin milyardda bir hissəsi qədər olan xəbərçi azot oksidi molekullarıdır. Bu ölçünü gözümüzdə canlandıra bilmək üçün belə bir nümunə verə bilərik: NO molekulunu çılpaq gözlə bir üzüm çəyirdəyi ölçüsündə görülməsi üçün bir tennis topu dünya böyüklüyündə olmalıydı.(80)

 Damar Duvarları

Damar duvarları kasılıp gevşeyebilen düzgün kaslarla çevrilidir. Kalp damarlarında bir tabaka oluştuğunda kan akışı azılır. Tıkanan kalp damarı aniden kasılır, kalbe giden kan miktarı azalır ve göğüste ağrı olur. Böyle bir durumda nitrik oksit oranıyükselerek, kalp kaslarını besleyen damarların gevşemesine neden olur.

Azot Oksidi Ifrazatı Müəssisəsi: Endotel Hüceyrəsi

Arginin adlı amin turşusu, NOS fermenti, nikotinamid adenin dinükleotid fosfat (NADF), kalmodulin (Ca2+ birləşdirici zülal), oksigen, flavin mononükleotid, flavin adenin dinükleotid, tetrahidrobiofterin…

Bu sözlərin böyük hissəsini həyatınızda ilk dəfə eşitmiş ola bilərsiniz. Ancaq endotel hüceyrəsi bu mikroskopik maddələri çox yaxşı tanıyır və bunlardan azot oksidi molekulunu ifraz etmək üçün istifadə edir.

Dövrümüzün qabaqcıl texnologiyasından istifadə edərək kimyəvi məhsullar istehsal edən fabriklər endotel hüceyrələrindən trilyon dəfə böyükdür. Buna baxmayaraq, endotel adlı mikroskopik fabrikin texnologiyası, gördüyümüz nəhəng sənaye müəssisələrinin texnologiyasından xeyli üstündür. NO-nun ifraz olunma yeri olan endotel hüceyrəsi araşdırıldıqca nəzərdə tutduğumuz gözəçarpan fərqlər də anlaşılacaq. 20-ci əsrin son on ili ərzində ortaya çıxarılmış mürəkkəb əməliyyatları, ilk insanın yaradıldığı gündən bəri çətinlik çəkmədən edən endotel hüceyrəsinin üstün xüsusiyyətləri nələrdir?

 Elektronik posta sistemi

Nitrik oksit molekülünün haber iletme sürati, elektronik posta sistemini çağrıştırmaktadır.

Endotel hüceyrəsi NO molekulunu əmələ gətirmək üçün hansı kimyəvi maddədən nə qədər istifadə etməli olduğunu çox yaxşı bilir. Yanlış və ya xətalı bir ifrazat prosesi getməz. Məsələn, azot oksidi (NO) əvəzinə güldürücü qaz kimi tanınan oksid diazot (N2O) ifraz etməz. Endotel hüceyrəsində qətiyyən nəzarətsiz ifrazat prosesi getmir. İstehsal prosesində çox həssas tarazlıqlar var. Bu məqamda bunu təkrar xatırladaq: endotel hüceyrələri normadan az xəbərçi əmələ gətirsəydi, damarlarımız daralar, qan təzyiqimiz sürətlə yüksələr, bu da infarkta gətirib çıxarardı. Eləcə də, bunun əksi baş versəydi, damarlarımız həddən artıq genişlənər, qan təzyiqimiz enər, bu da şok vəziyyəti yaradardı. Ancaq endotel hüceyrələri ölümümüzə səbəb ola biləcək belə nisbət xətalarını heç vaxt etməzlər.

Haqqında danışılan hüceyrələr həyatımızın hər anında ifrazat prosesini aparmaq üçün hazır vəziyyətdədirlər və ehtiyac olduqda dərhal fəaliyyətə keçərək ifrazat prosesinə başlayarlar. Bu kiçik fabrik olduqca səmərəli işləyər. Əmələ gətirdiyi NO xəbərçi molekullarını ehtiyyat halında toplamaz. Beləliklə də, ehtiyyat halında saxlamanın yaratdığı problemlər aradan qaldırılar.

Damarlarımızın dərinliklərindəki bu fövqəladə fabriklərin istənilməyən zərərli məhsulları yoxdur. Qlobal istiləşmə, turşulu yağışlar, ətraf mühit çirkliliyi kimi dünya gündəmindəki bir çox problemin kimyəvi tullantılardan qaynaqlandığı düşünülsə, endotel hüceyrələrinin nə qədər müvəffəqiyyətli olduğu daha yaxşı aydın olar. Çünki azot oksidi molekulları 10 saniyə kimi qısa müddət ərzində vəzifələrini tamamlayaraq "parçalanarlar". Beləliklə də, orqanizmdə toplanaraq zərərli təsirlər meydana gətirməzlər. Bütün bunlar onu göstərir ki, endotel hüceyrələri kimyəvi məmulatların ifrazatında, mümkün olan ən ideal üsuldan istifadə edərlər.

Bir fabrik mühəndislərin və işçilərin əsəridir. Bu fabrikdəki sistemlər də dizaynerlərin nə qədər təkmilləşmiş bir texnologiyaya sahib olduqlarını göstərər. Heç kəs buna şübhə etməz. Endotel adlı fabrik də üstün bir Yaradıcının əsəridir. Bu mikroskopik fabrik, orqanizmimizdəki digər 100 trilyon fabriklə birlikdə Allahın sonsuz elmini açıq şəkildə göstərər.

Spermadakı Xəbərçi

 Nitrit Oksit Sentaz

Spermin içindeki nitrik oksit sentaz (NOS) isimli enzim, döllenmeden birkaç saniye önce NO üretimine başlar. Birleşmeyle birlikte spermdeki haberci NO molekülleri yumurta içine yayılır. Bundan 30 saniye sonra yumurtadaki kalsiyum aktif hale gelir ve ilk hücrenin bölünerek çoğalma mekanizması faaliyete geçer.

Buraya qədər NO-nun damarlarımızdakı strateji vəzifəsindən bəhs etdik. İndi isə, bu molekulun həyatımızın ilk anında, bizim üçün boynuna götürdüyü çox əhəmiyyətli bir vəzifədən bəhs edək. Əvvəlcə bir nöqtəyə diqqət çəkək: "Həyatımızın ilk anı" ifadəsiylə doğulduğumuz və ya həyata gözlərimizi açdığımız anı nəzərdə tutmuruq. Həyatımızın ilk anı, bizi meydana gətirən ilk hüceyrənin, yəni sperma və yumurta hüceyrəsinin birləşməsiylə meydana gələn ilk hüceyrənin ilk anıdır.

Sperma və yumurta hüceyrəsi görüşməsinin bir sıra fövqəladə dərəcədə mürəkkəb kimyəvi əməliyyatlar başlatdığı, bu əməliyyatlar nəticəsində də rüşeymin əmələ gəldiyi bilinirdi. Ancaq qaranlıq qalan bir çox incəlik arasında olduqca əhəmiyyətli bir nöqtə vardı. Məhz bu nöqtə biologiya professoru David Epelin; "əsrin başlanğıcından indiyədək sperma-yumurta birləşməsinin tam olaraq inkişafı necə başlatdığı insanları maraqlandırdı" ifadəsiylə ümumiləşdirilə bilər.(81)

Bu sualların cavabını tapmaq üçün aparılmış elmi tədqiqatlar göstərmişdir ki, ana bətnindəki möcüzə inkişafı NO-nun daşıdığı mesajlar başladır. Spermanın içində NOS adlandırılan bir ferment var. Bu ferment mükəmməl zamanlama ilə, mayalnmadan bir neçə saniyə əvvəl NO ifraz etməyə başlayır. Birləşməklə birlikdə spermadakı xəbərçi azot oksid molekulları yumurta içinə yayılır və bundan 30 saniyə sonra da yumurtadakı kalsium aktivləşir və ilk hüceyrənin bölünərək çoxalma mexanizmi fəaliyyətə keçir. Hələ bu ilk hüceyrənin içindəki mükəmməl nizamın sirri tam mənasıyla açılmamışdır. Mövzumuz baxımından burada diqqətçəkən məqam, azot oksidi molekulu çatışmadıqda sperma ilə yumurta hüceyrəsinin bir-birləriylə əlaqə yarada bilməməsidir. İnsanın 2000-ci ildə öyrəndiyi bu həqiqət göstərir ki, hər şey kimi azot oksidi də Allah tərəfindən yaradılmış və ona bu cür vəzifə verilmişdir.

Bakteriya və Viruslarla Üzbəüzə

Bundan əvvəlki sətirlərdə, azot oksidinin mühüm mesajlar daşıyan bir xəbərçi olmaqla yanaşı zəhərli bir molekul olduğundan da bəhs etmişdik. NO-nun müdafiə sistemimizdəki rolu da zəhərli xüsusiyyətləriylə əlaqədardır. Bu molekul, orqanizmin müdafiə sisteminin əhəmiyyətli qüvvələrindən olan makrofaqlar tərəfindən ifraz olunur. Qısaca xatırlatmaq lazımdırsa, makrofaqlar 0,01 millimetrlik mikroorqanizmlərdir və faqositoz (udma) metodundan istifadə edərək bakteriya və orqanizmimiz üçün zərərli molekulları yox edərlər. Makrofaqlar xəstəliyə səbəb olan bakteriya və ya mikroblarla qarşılaşdıqları vaxt, onların ətrafını bürüyərlər. Bundan sonra makrofaqlar hər tərəfdən əhatə etdikləri bakteriyaları intensiv azot oksidi bombardmanına tutarlar. Beləliklə də, azot oksidi molekulları bakteriyaları yox edəcək reaksiyaları başladarlar. Əlbəttə ki, azot oksidi ilə makrofaqlar arasındakı əməkdaşlıq, hər şeyin bir-birinə uyğun şəkildə yaradılmış olmasının saysız dəlillərindən biridir.

NO molekullarının müdafiə sistemində diqqətçəkici bir vəzifəsi daha var. Tədqiqatlar NO-nun, bəzi viruslardakı "proteaz" adlı fermenti təsirsiz hala gətirdiyini göstərmişdir. Bu ferment böyük zülalları, yeni virusların ifrazatında istifadə edilən kiçik hissələrə parçalayır. NO-nun bu fermenti təsirsiz hala gətirməsiylə də virusun çoxalmasının qarşısı alınır.

Bu əhəmiyyətli bir məlumatdır. Kiçik molekullar heç tanımadıqları başqa molekulları orqanizm içində tapır və onları necə təsirsiz hala gətirə biləcəklərini çox yaxşı bilirlər. Beləliklə də, insan xəbəri belə olmadan çox böyük təhlükələrdən qoruna bilir. Bütün bu nizamın, molekullar arasındakı əlaqənin təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi çox aydındır. NO molekullarına, bu vəzifələri verən və onları bu xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan Allahdır.

Bunu da əlavə etmək lazımdır ki, bu sahədəki tədqiqatlar davam edir. Elm adamları yaxın gələcəkdə azot oksidindən xərçəng xəstəliyi və şişlərlə mübarizədə istifadə edə biləcəklərini düşünürlər. Bunun baş tutması üçün də, əvvəlcə bu molekul haqqındakı bilinməyən məlumatların işıqlandırılmasını gözləmək lazım gələcək. Əlbəttə ki, gün işığına çıxan hər məlumat, bu molekulun olduqca üstün bir dizayn məhsulu olduğunu yenidən göstərəcək.

Azot oksidi molekulu hər keçən gün, yeni tədqiqatların mövzusu olur. Bu tədqiqatlardan əldə edilən nəticələr elm adamlarını da heyrətə gətirir. Hal-hazırda isə, bu xəbərçi molekulun başımızdan ayaqlarımıza qədər orqanizmimizin hüceyrələrində əmələ gətirildiyi və bir çox mürəkkəb əməliyyatda əhəmiyyətli vəzifələr boynuna götürdüyü məlumdur. Bu molekulun gördüyü işlərin insanları heyrətə gətirəcək səviyyədə olduğunu belə bir nümunə ilə təsvir edə bilərik: bir anlıq özünüzü NO-nun yerinə qoyun və onun vəzifələrini öz boynunuza götürdüyünüzü təsəvvür edin.

  1. Əvvəlcə gözünüzdə bu xəbərçi molekulun qan damarlarındakı tənzimləyici rolunu öz boynunuza götürdüyünüzü canlandırın. Müvəffəqiyyət qazanmağınız üçün əvvəlcə ürək, qan və damarlardan ibarət olan ürək qan-damar sisteminə çox yaxşı bələd olmalısınız.
  2. Gün ərzindəki yatmaq, yemək, idman etmək kimi bir-birindən fərqli fəaliyyətlər əsnasındakı qan təzyiqini tənzimləyən xəbərləri əlaqədar orqanlara çatdırmalısınız. Bunu edərkən də, cüzi də olsa biganəlik etməməlisiniz və ya səhviniz olmamalıdır, əks təqdirdə qan təzyiqiniz normadan aşağı enə və ya normadan yuxarı qalxa bilər ki, bu vəziyyət də iflic, şok, infarkt kimi ölümlə nəticələnəcək mənfi nəticələrə gətirib çıxara bilər. Həmçinin, orqanizmimizdəki arteriya, vena və kapilyar damarların birlikdə ümumi uzunluğunun 100 min kilometrdən çox olduğunu xatırladaq. Belə olan halda, qeyd olunan vəzifənin öhdəsindən gəlməyinizin qeyri-mümkün olduğunu asanlıqla təxmin edə bilərsiniz.
  3. İndiki vaxtda NO-nun öyrənmə əməliyyatları vaxtı, beyində xəbərçi kimi istifadə edildiyi bilinir. Bu əməliyyatlar da o qədər mürəkkəbdir ki, hələ də böyük hissəsi aydın ola bilməmişdir. Dolayısilə təkcə siz yox, dünyadakı bütün elm adamları bir yerə toplansa belə, bu xəbərçi vəzifəsini qətiyyən bacara bilməzlər.
  4. Azot oksidinin, müdafiə sistemimizin virus və bakteriyalara qarşı apardığı müvəffəqiyyətli mübarizədəki rolunu unutmayın.
  5. Həmçinin bu xəbərçinin oxuduğunuz bu başlıqda, ağciyər, qaraciyər, böyrək, mədə və reproduktiv orqanların nizamlı fəaliyyətlərindəki rolu qeyd olunmamışdır. Siz NO-nun insan orqanizmindəki yerində olduğunuz vaxt, bütün bu orqanların dilindən anlamalı, digər bir sözlə, bu orqanların mütəxəssisi olmalısınız. Əlbəttə ki, bu da kifayət deyil. Çünki insan orqanizmi, uyğunluq içində işləyən bütün orqanlarıyla və inanılmaz dərəcədə mürəkkəb əməliyyatlar yerinə yetirən trilyonlarla hüceyrəsiylə bənzərsiz bir sistemdir.
  6. Son olaraq bunu qeyd edək ki, bu xəbərçinin ideal ölçüdə, tam vaxtında və tam yerində istifadə edilmədiyi təqdirdə zərərli və korlayıcı xüsusiyyətləri olduğunu da nəzərə almalısınız. Bu, 60-70 il ərzində hər an dinamit və ya bənzəri bir partlayıcı maddədən istifadə edərək, olduqca mürəkkəb əməliyyatlar yerinə yetirən bir insanın tək bir saniyə belə səhv etməməsinə bənzədilə bilər.

Bunu etiraf etmək məcburiyyətindəsiniz ki, nə qədər ixtisaslı olsanız da, ən təkmilləşmiş kompyuterlər və laboratoriyaların köməyi ilə də bu molekulun etdiklərini edə bilməzsiniz.

Şübhəsiz ki, xəbərçi azot oksidi molekulunu, "hər şeyi xəlq etmiş, ona nizam vermiş, müəyyən ölçüylə təqdir etmiş" (Furqan surəsi, 2) olan Allah yaratmışdır. Bu molekulun duyğu orqanları, ağlı, şüuru, təhsili və ya texniki təchizatı olmadığı halda trilyonlarla hüceyrənin funksiyalarını tənzimləməsi, öz təşəbbüsüylə orqanizm üçün lazımi həssas qərarlar qəbul edərək tətbiq etməsi Allahın üstün və bənzərsiz dizaynından qaynaqlanır.

Burada üzərində dayanılmalı olan, son bir nöqtə daha var: bütün bu məlumatlar 20-ci əsrin son on illiyində, nüfuzlu elm adamlarının apardıqları intensiv tədqiqatlar nəticəsində əldə olunmuşdur. Əlbəttə ki, NO haqqındakı bilinməyənlərin işıqlandırılması yalnız tədqiqatçıların səyləriylə mümkün ola bilməz və nəzərə alınmalı olan başqa faktorlar da var. Dövlətlər və beynəlxalq təşkilatlar bu sahədəki elmi çalışmalar üçün böyük maddi vəsait və təkmilləşmiş texnologiya məhsulu cihazlarla dolu laboratoriyalar yaratmışdırlar.

Əlbəttə ki, bu xəbərçi molekuldakı yaradılış möcüzələrinin bu qədər əmək və səy nəticəsində işıqlanması, Allahın elminin nə qədər üstün olduğunu göstərən yeni bir dəlil olmuşdur.

NO Üretim Tesisi: Endotel Hücresi

L-arjinin isimli amino asit, nitrik oksit sentez enzimi, nikotinamid adenin dinükleotid fosfat, kalmodulin, oksijen, flavin mononükleotid, flavin adenin dinükleotid, tetrahidrobiyopterin…

Bu kelimelerin büyük bir çoğunluğunu hayatınızda ilk defa duyuyor olabilirsiniz. Ancak endotel hücresi bu mikroskobik maddeleri çok iyi tanır ve bunları nitrik oksit molekülünü üretmek için kullanır.

Günümüzün ileri teknolojisini kullanarak kimyasal ürünler üreten fabrikalar endotel hücrelerinden trilyon kere trilyon defa daha büyüktür.  Buna rağmen endotel isimli mikroskobik fabrikanın teknolojisi, gördüğümüz dev sanayi tesislerinin teknolojisinden çok daha üstündür. NO üretim yeri olan endotel hücresi incelendikçe kastettiğimiz belirgin farklar da anlaşılacaktır. Peki 20. yüzyılın son on yılı içinde çözülen karmaşık işlemleri, ilk insanın yaratıldığı günden beri zorlanmadan yapan endotel hücresinin üstün nitelikleri nelerdir?

Endotel hücresi NO molekülünü üretmek için hangi kimyasal maddeden ne oranda kullanması gerektiğini çok iyi bilir. Yanlış veya hatalı bir üretim söz konusu değildir. Örneğin, nitrik oksit (NO) yerine güldürücü gaz olarak bilinen nitröz oksit (N2O) üretmez. Endotel hücresindeki üretim asla tesadüflere dayalı değildir. Üretimde çok hassas dengeler mevcuttur. Bu noktada tekrar hatırlatalım: Endotel hücreleri gerekenden az haberci üretseydi damarlarımız daralır, kan basıncımız hızla yükselir, bu da kalp krizine yol açardı. Fazla üretim yapması durumundaysa, damarlarımız aşırı genişler, kan basıncımız düşer, bu da şok durumuna neden olurdu. Ancak endotel hücreleri ölümümüze neden olabilecek böyle oran hatalarını hiçbir zaman yapmazlar.

Sözü edilen hücreler hayatımızın her anında üretim için hazır durumdadır; ihtiyaç baş gösterdiğinde hemen devreye girerek üretime başlarlar. Bu minik fabrika oldukça da verimli çalışır. Ürettiği NO haberci moleküllerini depolamaz. Bu şekilde stoklamanın beraberinde getirdiği sorunlar ortadan kaldırılır.

Damarlarımızın derinliklerindeki bu olağanüstü fabrikaların istenmeyen zararlı yan ürünleri yoktur. Küresel ısınma, asit yağmurları, çevre kirliliği gibi dünya gündemindeki pek çok sorunun kimyasal atıklardan kaynaklandığı düşünülürse, endotel hücrelerinin ne kadar başarılı olduğu daha iyi anlaşılır. Çünkü nitrik oksit molekülleri 10 saniye gibi kısa bir süre içinde görevlerini tamamlayarak "parçalanırlar". Böylece vücutta birikerek zararlı yan etkiler meydana getirmezler. Tüm bunlar şu anlama gelir ki, endotel hücreleri kimyasal mamullerin üretiminde, olabilecek en ideal yöntemi kullanırlar.

Endüstriyel bir fabrika mühendislerin ve işçilerin eseridir. Bu fabrikadaki sistemler de tasarımcılarının ne derece gelişmiş bir teknolojiye sahip olduklarını gösterir. Kimsenin bundan şüphesi olamaz.  Endotel isimli fabrika da üstün bir Yaratıcı'nın eseridir; bu mikroskobik fabrika, vücudumuzdaki diğer 100 trilyon fabrikayla birlikte Allah'ın sonsuz ilmini açıkça gösterir.

 

Dipnotlar

74.   D.E. Koshland, "The Molecule of the Year", Science, sayı:258, 18 Aralık 1992, s:1861-1865.

75.   The Nobel Assembly at Karolinska Institute, "Press Release: The 1998 Nobel Prize in Physiology or Medicine", 12 Ekim 1998, http://www.nobel.se/medicine/laureates/1998/press.html.

76.   The Nitric Oxide Society, "The Nitric Oxide Home Page", 2000, http://www.apnet.com/no/.

77.   R.H. Epstein, "Puff the Magic Gas", Physician’s Weekly, sayı:XIII, No:31, 19 Ağustos 1996.

78.   J. Cooke, "Magic Molecule", 12 Ekim 1998, http://www.pbs.org/newshour/bb/science/july-dec98/nobel_10-12.html.

79.   M. Encarta Encyclopedia 2000, "Circulatory System".

80.   "What is Nanotechnology?", Nano Technology Magazine, 2001, http://nanozine.com/WHATNANO.HTM.

81.   D. Epel, "Scientists discover key ingredient in sexual reproduction", Stanford University News Service, 2000, http://www.stanford.edu/dept/news/report/news/august9/sperm-89.html.

11 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top