< <
3 / total: 8

2-ci Hissə: İman Həqiqətləri Nə Üçün Vacibdir?

İman Həqiqətləri İmanın Qazanılmasına Vəsilə Olar

İman həqiqətləri, insanların iman etmələrinə vəsilə olan ən əhəmiyyətli səbəblərdən biridir. İman etməyən adam dərin bir qəflət içindədir. Ətrafındakı yaradılış dəlillərini görə bilməz. İçində yaşadığı cəmiyyətin dindən uzaq quruluşu səbəbiylə zehni gündəlik həyatın təfərrüatları ilə boğulmuş, hissləri və şüuru ətrafındakı saysız yaradılış həqiqətini fərq edə bilməyəcək dərəcədə zəifləmişdir. Halbuki, belə bir insana, səmimi və vicdanlı olması şərti ilə, iman həqiqətləri izah edildiyi təqdirdə, Allah'ın varlığına və birliyinə, canlı-cansız hər şeyi Allah'ın yaratmış olduğuna iman etməsi, Allah'ın sonsuz elmini və qüdrətini görməsi umulur. İman həqiqətləri, vicdanlı, lakin inkarçı təlqinlər səbəbiylə həqiqətlərdən xəbərsiz qalmış kəslərin Allah'ın izni ilə imana qovuşmaları üçün çox əhəmiyyətli bir vəsilədir.

Dünya bir imtahan yeri olduğu üçün, hər kəsi iman etməyə məcbur edəcək, insanın vicdanı ilə imanı seçməsinə fürsət buraxmayacaq dərəcədə bir möcüzə gözləmək səhv olar. Məsələn, yerə atdığımız toxum bir neçə saniyə içində nəhəng bir ağaca çevrilsə şübhəsiz, böyük bir maraq oyandıracaq və bu hadisəyə şahid olan kəslər tərəfindən böyük bir möcüzə olaraq qiymətləndiriləcəkdir. Ancaq milyardlarla ağac, bu dəyişikliyi yavaş-yavaş keçirdikləri üçün bu vəziyyət ilk baxışda insanlar üzərində möcüzəvi bir təsir meydana gətirməz.

Başqa bir nümunə üzərində düşünək. Orta hesabla 60-70 il içində yaşlanan insan orqanizmin, bir anda gözlərinin qarşısında yaşlandığını fərz edin. Yeni doğulan bir körpə bir neçə dəqiqə içində sürətlə böyüyərək inkişaf etsə, yetkinləşsə və yaşlansa əlbəttə ki, bu təəccüblü bir hadisə olar və buna şahid olan insanları düşünməyə sövq edərdi. Amma burada buna diqqət edək; eyni hadisə indi də yaşanır; tək fərq aradakı zamandır. Eyni möcüzəvi hadisənin fərq edilə bilməyəcək dərəcədə yavaş reallaşması; diqqəti, şüuru və təfəkkürü zəif olan insanlar üçün adi bir hadisə kimi görünür. Halbuki, bu hadisə də həqiqətdə tamamilə bir möcüzədir. Bu möcüzəni fərq etmək üçün isə səmimi və vicdanlı bir baxışla hadisənin təfərrüatlarını araşdırmaq, bu təfərrüatlardakı yaradılış hikmətlərini, incəlikləri görmək lazımdır.

Qəflət içindəki insanların bilmədikləri bir həqiqət vardır; öz vücudları da daxil ətraflarındakı və kainatdakı hər şeyin bir yaradılış möcüzəsi olduğu ... Quran'da insanlar bu mövzuda belə xəbərdar edilmişdir:

Məgər Allah'ın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır. (Zumər Surəsi, 21)

Məhz iman həqiqətlərinin təfərrüatlı olaraq izah edilməsinin əhəmiyyəti də bu nöqtədə ortaya çıxar. Qəflət içindəki insanların, hər gün ətraflarında olub bitən, lakin fərqinə varmadıqları bir çox yaradılış dəlilini, mükəmməllikləri bütün təfərrüatlarıyla onların gözləri önünə sərmək, bu kəslərin qəflətlərinin dağılmasında son dərəcə təsirli olar. İllərdir hər kəsin görməyə alışdığı və bir çox kimsənin üzərində düşünməyə zəhmət etmədiyi bir çox iman həqiqətinə insanların diqqəti çəkilsə bu, imanı şüurun yerləşməsinə, vicdanların oyanmasına və küfrün batil təlqinlərinin yox olmasına səbəb olar.

İman həqiqətləri qarşısında vicdanının səsini dinləyən insanın ilk ağlına gələn, bunların təsadüfən və ya özbaşına meydana gələ bilməyəcəyi olacaq. Bütün bunları yaradan üstün güc sahibi Allah’ın varlığını anlayacaq və O'na iman edəcək.

İman Həqiqətləri İmanı Dərinləşdirər

Sıx-sıx bağlar, meyvələr və otlar da bitiririk. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.

(Əbəsə Surəsi i, 30-32)

 

İman həqiqətlərini yalnız Allah inancı olmayan kəslərin deyil, iman edən insanların öyrənməsi və üzərində təfəkkür etməsi də son dərəcə əhəmiyyətlidir. Allah Quran'da möminlərə, kainatda yaratdığı dəlillər üzərində dərin-dərin düşünmələrini əmr edərək iman həqiqətlərinin əhəmiyyətini vurğulayır.

İman etmiş bir mömin, namaz qılmasının, oruc tutmasının və digər ibadətlərini yerinə yetirməsilə yanaşı dərin bir təfəkkürə də sahib olmalıdır. Quran'da diqqət çəkilən "göylərdəki və yerdəki" yaradılış dəlilləri üzərində dərin təfəkkür etmək, möminin imanının artmasına, qəti olaraq iman etməsinə vəsilə olur. Bir Quran ayəsində Allah’ın yer üzündəki dəlillərinin qəti olaraq iman etməyə yönəltdiyi belə bildirilir:

Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?  (Zəriyət Surəsi, 20-21)

Ayədə açıq şəkildə ifadə edilir ki, insanın öz nəfsindəki və yer üzündəki iman həqiqətləri qəti olaraq inanmağa vəsilə olacaq. Qəti məlumata əsaslanan bir iman da insanın Allah qorxusunun artmasını, bu səbəbdən Allah'ın əmr və qadağalarını daha şüurlu və dəqiq bir şəkildə yerinə yetirməsini təmin edəcək. Yaradılış dəlilləri üzərində dərin təfəkkür sahibi olan bir kimsə, ibadətlərini huşu içərisində yerinə yetirərkən, artıq etdiklərini Allah'ın gördüyünü və yaxşılıqlarının qarşılığında Allah'ın onu mükafatlandıracağına qəti qənaət gətirmişdir. Eyni şəkildə etdiyi ən kiçik səhvi də Allah'ın bilməsi onu tövbə etməyə və səhvlərindən tez zamanda vaz keçməyə yönəldəcək.

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir."
(Ənkəbut Surəsi, 60)

Allah Quran'da iman edənlərə belə səslənir:

Ey iman gətirənlər! Allah'dan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.(Maidə Surəsi, 35)

Ayədə bildirildiyi kimi, insanların, özlərini Allah'a yaxınlaşdıracaq vəsilə axtarmaları, qurtuluşu ummaları üçün bir yoldur. İman həqiqətləri də möminlərə, Allah'ın varlığı və sifətləri haqqında daha dərin bir qavrama və anlama, Allah'a daha çox yaxınlaşma təmin edən səbəblərdir. Məsələn, Allah'ın yaratdığı canlıları araşdırmaq, onlardakı mükəmməl quruluş və sistemləri müşahidə etmək və bunlar üzərində düşünmək, Allah'ın sonsuz elminə və gücünə daha yaxından şahid olmağı təmin edəcək.

Məsələn; insan orqanizmindəki möhtəşəm quruluşları öyrənən adam Allah'ın varlığının və sənətinin açıq dəlillərini görəcək, öz orqanizmi daxil hər şeyin Allah'ın əsəri olduğunu və hər an Allah'ın nəzarəti altında olduğunu anlayacaq. Eyni zamanda acizliyini fərq edərək Allah'a daha da yaxınlaşacaqdır. Allah'a duyduğu bu yaxınlıq səbəbiylə O'nun rizası və rəhmətini qazanmağa daha çox yönələcək. Məsələn; bəlkə daha əvvəl boş keçirdiyi zamanlarını artıq Allah'ın razılığını daha çox qazanmağa ayıracaq, ibadətlərini daha şövqlü bir şəkildə yerinə yetirəcək.

Nəticə olaraq iman həqiqətləri səthi və təqlidi bir imandan, təhqiqi (qəti məlumatla, sarsılmaz) və qüvvətli bir imana keçiddə çox əhəmiyyətli rol oynayar.

İman Həqiqətləri Küfrün Təlqinlərini Yox Edər

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allah'dan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
(Fatir Surəsi, 28)

Hazırda yaşadığımız dövr, ateistlərin və din düşmənlərinin, insanlara Allah'ın varlığını və birliyini inkar etdirmək üçün çox böyük səy gösdərdikləri bir dövrdür. Buna qarşı Allah, inkarçıların səhv və azğın fəlsəfələrini yerlə bir edəcək imkanları və dəlilləri də iman edənlərə təqdim etmişdir. Bu dəlillərin əvvəlində iman həqiqətləri gəlir.

Allah'ı inkar edənlərin irəli sürdükləri ən böyük cəfəngiyyat, canlı-cansız hər şeyin təsadüflər nəticəsində meydana gəldiyi iddiasıdır. İnkarçıların yaymağa çalışdıqları bu batil təlqinin qırılması və ört-basdır etməyə çalışdıqları yaradılış əlamətlərinin gün işığına çıxması üçün, ətrafımızdakı iman həqiqətlərini müasir elmin əsasında araşdırmaq və bunları da insanlara izah etmək tələb olunur. Canlılardakı möhtəşəm quruluşları, kainatdakı fövqəladə sistemləri və milyardlarla həssas tarazlığı bunun sayəsində bütün açıqlığıyla görən vicdanlı insanlar, bunların təsadüfən meydana gələ bilməyəcəyini və hər şeyi üstün güc sahibi olan Allah'ın yaratmış olduğunu anlayacaqlar. Beləcə, inkarçıların yaymağa çalışdığı "təsadüf" iddiası, ayədəki "... Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur." (İsra Surəsi, 81) ifadəsinin də xəbər verdiyi kimi yox olacaq.

Budur sizin Rəbbiniz olan Allah. O'ndan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allah'dır! Elə isə O'na ibadət edin! O, hər şeyi Qoruyandır.
(Ənam Surəsi, 102)

Digər tərəfdən, iman həqiqətlərinin məlumatından məhrum bir insanın isə, dinsizlik təlqinlərinə qarşı son dərəcə həssas hala gələcəyinə diqqət etmək lazımdır. Bunun yaşanmış bir çox nümunəsi var. Yaxın tarixə baxdıqda, mühafizəkar bir ailə quruluşundan gələn, uşaqlığında dini tərbiyə almış bir çox insanın, lisey və ya universitet illərində, ətrafında gördüyü, yoldaş olduğu bəzi kəslərin təlqinləri ilə sürətlə inancını itidiyi müşahidə edilir. Bunun səbəbi, ateistlərin öz batil inanclarına "ağıl və elm" bəzəyi vermələridir. Özlərini təbiət və kainat haqqında hər şeyi bilən, həyatın qaydalarını qavramış, həqiqətlərini həll etmiş kəslər olaraq qələmə verərlər. Bu yolla, mühafizəkar bir nəsildən gələn, ancaq iman həqiqətlərindən xəbərsiz olan və buna görə "təhqiqi" yəni qəti məlumata əsaslanan bir imana sahib olmayan insanları təsir altına alaraq aldada bilərlər.

Halbuki, iman həqiqətlərini bilən bir insan, ateistlərin yalanlarını, saxtakarlıqlarını asanlıqla analiz edər və çürüdər. Həm özünə, həm də ətrafındakı digər insanlara fayda verər. İman həqiqətlərindən xəbərsiz olmaq, bir insanı ateistlərin yalanlarına qarşı müdafiəsiz hala gətirərkən, iman həqiqətlərini bilmək, qavramaq və izah etmək dindar insanı hər cür inkarçı fəlsəfəyə qarşı fikrən üstün edər.

İman Həqiqətləri Allah'ı Gərəyi Kimi Təqdir Edə Bilməyi Təmin Edər

Göydən suyu endirən O'dur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.
(Nəhl Surəsi, 10)

İman həqiqətləri üzərində dərin düşünmək və Allah’ın bunlarda əks olunan sifətlərini görmək Allah’ı çox daha yaxşı və yaxından tanımağı təmin edəcək. Allah’ı daha yaxşı tanımağa, hər an hər yerdə O’nun təcəllilərini görməyə başlayan insan da qazandığı bu üstünlük sayəsində Allah’ın qüdrətini layiqincə təqdir edən bir vəziyyətə gələcəkdir.

Məsələn; iman həqiqətləri üzərində əldə edilən dərin bilik və təfəkkür nəticəsində insan bu həqiqəti çox daha yaxşı qavrayar: Dünya üzərində yaşayan milyardlarla insan və yaşadıqları hər an Allah’ın bilgisi və nəzarətindədir. Bir orqanizmdəki trilyonlarca hüceyrə, dünyadakı milyardlarla insanın vücudları və kainatdakı bütün canlılar, Allah’ın diləməsiylə mövcuddur və varlıqlarını davam etdirirlər. Hər hərəkətləri Allah’ın diləməsiylə reallaşır və Allah’ın idarəsi altındadır. Belə bir sistemin davam etməsi üçün sonsuz bir güc, sonsuz bir məlumat, sonsuz bir ağıl və zəka lazım olduğu açıqdır. Məhz yalnız bu həqiqət üzərində təfəkkür etmək belə Allah’ın sonsuz sifətlərinə daha yaxından şahid olmağı və Allah'ın sonsuz gücünü gərəyi kimi təqdir edə bilməyi təmin edər.

Quran'da Allah kiçik bir milçəyi belə bir iman həqiqəti olaraq nümunə verdikdən sonra, bu həqiqətlərdən xəbərsiz olanların, Allah’ın qüdrətini layiqincə təqdir edə bilmədiklərindən bəhs edir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc Surəsi, 73-74)

Digər Quran ayələrində də iman həqiqətləri üzərində düşünməyən kəslərin vəziyyətindən bəhs edilərkən bu kəslərin Allah'dan qorxmadıqları ifadə edilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allah'dan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allah'dır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis Surəsi, 31-32)

Ayələrdən aydın olduğu kimi, iman həqiqətlərini araşdırmaq və öyrənmək, bunlar üzərində haqqı düşünmək, Allah’ın canlı-cansız bütün varlıqlar üzərində hər an davam edən mütləq nəzarət və hakimiyyətini qəti olaraq anlamağa vəsilə olmalıdır. Və bu anlayış da, Allah’a qarşı tam bir təslimiyyəti özü ilə gətirəcək. Bədənindəki kompleks sistemləri və bunlardakı həssas tarazlıqları bilən və üzərində düşünən bir mömin, qüsursuz şəkildə işləyən bu sistemləri meydana gətirən ağılın, bədənin özünə aid olmadığını anlayar. Bilir ki, bədən dediyi şey, şüuru, duyğu orqanları, düşünmə qabiliyyəti olmayan atomların meydana gətirdiyi hüceyrələr birliyidir. Bu təfəkkürün nəticəsində insan orqanizmindəki hər bir hüceyrəyə, hətta hər bir atoma qədər hər şeyin Allah’ın əmri və istəyiylə hərəkət etdiyinə qəti qənaət gətirər. Heç bir hadisənin heç bir mərhələsində şansa ya da təsadüfə yer olmadığını anlayar.

Ancaq Elm Sahibləri Allah’dan Gərəyi Kimi Qorxarlar

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar."
(Ya sin Surəsi, 81-82)

İman həqiqətləri üzərində tədqiqat aparıb məlumat əldə etmək, bunlar üzərində düşünmək zaman keçdikcə dərin bir elm təcrübəsi təmin edər. Bu məlumat təcrübəsinə sahib olan insanlar, daha əvvəl də bəhs etdiyimiz kimi, Quran'ın tərifiylə "elmdə dərinləşən" və ya "elm sahibi" olan kəslərdir. Elm sahibləri dərin təfəkkür etdikləri iman həqiqətləri ilə Allah’ın hər yeri əhatə-etdiyinə, Ondan başqa ilah olmadığına qəti olaraq şahidlik edərlər:

Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. O’ndan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran Surəsi, 18)

Elm sahibi olan insanlar Allah’ın öz üzərlərindəki və ətraflarındakı təcəllilərini hər an müşahidə edərlər. Məsələn; kiçik bir qarışqanın, qarışqa koloniyasında özünə verilən vəzifəsi heyranedici bir itaətkarlıq və məharətlə yerinə yetirdiyini, yuvasına yemək daşımaq üçün mükəmməl və planlı bir iş sisteminə sahib olduğunu bilən elm sahibi bir insan rast gəldiyi hər qarışqada Allah’ın üstün ağlının və qüdrətinin təcəllisini görür.

İman həqiqətləri üzərində dərindən düşünərək Allah’ı daha yaxından tanıyan elm sahibləri, Allah’ın güc və qüdrətinin böyüklüyünü daha yaxşı qavrayarlar. İman sahibi hər insan Allah’ın güc və qüdrətinin fərqindədir. Ancaq, iman həqiqətləri mövzusunda çox məlumatı olmayan insanlar, məsələn uçan bir quş gördükləri zaman yalnız, "Allah nə gözəl yaratmış" demənin kafi olacağını düşünürlər. Halbuki, elm sahibləri quşların qanadlarının uçmağa uyğun yaradıldığını, daha az enerji sərf etmək üçün "V" şəklində ucduqlarını, tüklərindəki kompleks dizaynı bilirlər. Qısacası bir quşun, uçmasından çoxalmasına, tüklərinin şəklindən rənginə qədər hər şeyi Allah'ın üstün bir nizam və dizaynı içində yaratdığının şüurundadırlar. Və ya belə insanlar yeni dünyaya gəlmiş bir körpəyə baxıb "nə gözəl bir körpədir, Allah uzun ömür versin" deməklə kifayətlənərlər. Əlbəttə, bir insanın bir körpəyə baxanda Allah’ı xatırlaması da gözəl bir davranışdır.

Ancaq daha gözəl və daha dərin olan, bu körpənin inkişaf mərhələləri üzərində düşünüb, bunların hamısını yaradanın Allah olduğunu, Allah’ı təsbih etməyi, Allah’a şükür etməyi xatırlamaqdır. Necə ki, elm sahibləri o körpənin dünyaya gələnə qədər keçirdiyi mərhələlərdəki möcüzəvi tərəflərini düşünürlər. Tək bir sperma hüceyrəsinin özündən çox uzaqda olan yumurta hüceyrəsinə çatmasındakı fövqəladəliyi görür, iki ayrı vücuddakı bu iki ayrı hüceyrənin bir-biriylə tam bir uyğunlaşma içində birləşərək, zaman ərzində görən, eşidən, düşünə bilən bir insana çevrilməsindəki mükəmməlliyi xatırlayarlar. Bu mükəmməl yaratma sənətinin nümunələri üzərində düşündüklərini, Allah'ın üstün gücü və elmi qarşısında imanları artar. Allah’ın hər təzahüründə Allah’ın sifətlərini güclü bir şəkildə hiss edən elm sahiblərinin Allah’dan duyduqları qorxu da eyni nisbətdə artar və güclənər. Necə ki, elm sahiblərinin bu xüsusiyyəti -daha əvvəl də ifadə etdiyimiz kimi- Quran’da belə xəbər verilmişdir:

...Allah'dan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir Surəsi, 28)

Elm sahibləri Quran’da belə üstün xüsusiyyətlərlə təriflənmişlər. Bütün möminlər də Quran’da təriflənən bu elm sahiblərinin mərtəbəsinə yüksəlməyə çalışmalıdırlar. Bunun üçün də, yaşadıqları hadisələri, qarşılaşdıqları varlıqları bir iman həqiqəti olaraq görüb qiymətləndirmələri və bunlar üzərində təfəkkür etmələri lazımdır.

İman Həqiqətləri, insanın Düşüncə Qabiliyyətini Açar

Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. Otlar da, ağaclar da səcdə edir.
(Rahmən surəsi, 5-6)

İman həqiqətlərini öyrənmək, bunların üzərində düşünmək, hikmət və incəliklərini qavramaq, insanın düşüncə qabiliyyətini açması baxımından da çox əhəmiyyətlidir.

Dövrümüzdə insanlar sıx şəhərlərin boğucu atmosferində, vahid və qəlibləşmiş bir həyat içində yaşayır, Allah’ın hər an hər yerdə yaratdığı iman həqiqətlərini görmür, görsələr də üzərindən keçib gedirlər. Halbuki, iman edən bir insan üçün hər şey iman həqiqətidir. Yer üzündəki canlı-cansız bütün varlıqları, kainatdakı nizamı Allah’ın yaratdığını bilən insan hər şeyi buna görə qiymətləndirir. Məsələn, iman etməyən insanlar da bir mömin üçün bir iman həqiqətidir. Çünki Allah Quran'da belə insanların var olacağını bildirmişdir. Həmçinin, Allah’ın varlığı açıq-aşkar ikən bu insanların iman etməməsi, möminin Allah qorxusunun artmasına və imanı üçün Allah’a şükür etməsinə vəsilə olur. İman həqiqəti olaraq yalnız ağacları, çiçəkləri, ya da heyvanların heyrətverici xüsusiyyətlərini düşünməz. Onun üçün Allah’ın yaratdığı asanlıqlar məsələn daşıma vasitələri, cib telefonu, ya da kompyuter də iman həqiqətidir. Bunların da Allah’ın izni ilə var olduğunu bilir və işlərini asanlaşdırdığı üçün Allah’a şükür edər.

Ətrafımızda asan şəkildə rast gəlinən gərgin, qəzəbli, bezmiş, düşüncəsiz, kobud və hörmətsiz davranışlar, hər şeyi Allah’ın yaratdığından xəbərsiz olan cahil insanlara aiddir. Halbuki, hər şeyi iman həqiqəti olaraq qiymətləndirən, bunlar üzərində düşünən bir insan, mənəvi baxımdan inkişaf edər və dərinləşər.

Allah, bu mənəvi dərinlik və qavramadan uzaq olan, yalnız dar qəliblər və sadə məntiqlər içində düşünən insanlara Quranda "Bədəvi" ləri nümunə göstərmişdir. Bədəvilər, Peyğəmbərimiz dövründəki şəhərli ərəblərin müqabilində, köçəri həyat sürən qəbilələrdir. Şəhərli ərəblər ədəbiyyat və estetika mədəniyyətlərinə sahibkən, bədəvilər cahil, sərt və kobud təbiətli bir cəmiyyətdir. Belə bir təbiət dinin qavranması və yaşanması üçün böyük bir maneədir. Onun üçün Allah Quranda bədəvilər üçün belə buyurmuşdur:

Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allah'ın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir. (Tövbə Surəsi, 97)

"Bədəvi xarakteri", cəhaləti, düşüncəsizliyi, kobudluğu təmsil edir. Bu xarakteri müalicə etmək üçün insanların, mədəni, dərin düşünən, Allah'ın yaradılışındakı üstün sənəti və hikmətləri qavraya bilmək üçün məşğul olmaları lazımdır. İman həqiqətlərini araşdırmaq, öyrənmək, düşünmək və şərh etmək isə Allah'ın bizdən istədiyi bu mədəniyyətin əsasıdır. Bir ayədə, müsəlmanın bu xüsusiyyəti belə təsvir edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran Surəsi, 191)

Nəticə: İman Həqiqətləri Allah'ın Mərhəmətindən Cənnətinə və Axirətdə Yüksək Dərəcəyə Qovuşmağa Vəsilə Olur

Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!
(Şuəra Surəsi , 28)

İman həqiqətlərinin, insanların Allah’ı daha yaxından tanıyaraq Ona iman etmələrinə vəsilə olduğunu buraya qədər müxtəlif istiqamətləriylə müzakirə etdik. Eyni zamanda iman edənlərin imanlarını artırdığından, sarsılmaz bir imanı qəlblərə yerləşdirdiyini, Allah’ı gərəyi kimi təqdir etməyi təmin etdiyindən də bəhs etdik. İman həqiqətlərinin öyrənilməsi və təfəkkür edilməsi nəticəsində qazanılan bütün bu vəsflər möminin Allah qorxusunun artmasını, Allah’ın əmr və qadağanlarını çox daha şövqlü və şüurlu bir şəkildə yerinə yetirməsini təmin edər. Bu səbəbdən, Allah’ın rəhmətinə qovuşmasına vəsilə olarlar. Allah’ın rəhməti bu dünyada xeyir, bərəkət, gözəllik, ağılın artması, elm və hikmət verilməsi, hüzur, sevinc və xoşbəxtlik verilməsi, nemət verilməsi kimi ehsanlardır. Axirətdə isə əbədi cəhənnəm əzabından qurtuluş, sonsuz cənnət nemətlərinə və Allah’ın davamlı rizasına qovuşmaqdır.

İmanın dərəcəsinə görə cənnətdə qovuşulan dərəcələr də fərqli fərqlidir. Bu səbəblə, iman həqiqətlərində dərinləşərək, Allah'ın sonsuz sifətlərinə daha yaxından şahid olan və bunun nəticəsində qəti məlumata əsaslanan (təhqiqi), şəffaf və üstün bir imana sahib olan möminlərin cənnətdəki məqamları da Allah'ın izni ilə eyni nisbətdə üstün olar. (Ən doğrusunu Allah bilir.)

İman həqiqətlərini araşdıran, öyrənən möminlər, sahib olduqları dərin təfəkkürləri və içləri titrəyərək Allah'dan duyduqları qorxu səbəbiylə, Allah'ın izni və istəyilə, cənnətlərdə yüksək dərəcələrlə mükafatlandırılacaqlar:

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. (Ənfal Surəsi, 2-4)

 

3 / total 8
"Harun Yəhyanın İman Həqiqətlərinin Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com