< <
4 / total: 8

3-cü Hissə: İslam Alimlərinin İman Həqiqətlərinin Əhəmiyyəti Haqqındaki Düşüncələri

Bizə iman həqiqətlərinin əhəmiyyətini göstərən, üstəlik bu həqiqətlərin necə şərh edilməli olduğu mövzusunda bizi işıqlandıran əhəmiyyətli bir qaynaq da keçmişdəki, ya da dövrümüzdəki İslam böyüklərinin əsərləridir. Quran'a və sünnəyə tam bir itaət içində yaşayan və düşünən bu vəli insanlar, iman həqiqətlərinin araşdırılmasına və bunlar üzərində təfəkkür edilməsinə böyük əhəmiyyət vermişlər, əsərlərində də iman həqiqətlərini hər zaman ön plana çıxarmışlar. Bu hissədə bəzi İslam alimlərinin əsərlərində yer alan iman həqiqəti nümunələrinə və bu mövzunun əhəmiyyəti haqqındakı düşüncələrinə yer verilmişdir.

İmam Qəzali

İmam Qəzali on birinci əsrin son yarısı ilə on ikinci əsrin əvvəllərində yaşamış xorasanlı İslam alimidir. Yaşadığı dövrün ən iti zəkalarından biri olduğu qəbul edilir. Dövrünün mücəddidi (Peyğəmbərimiz'in hədislərində bildirilən, hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim) olaraq qəbul edilir. Geniş elmi, üstün zəkası və güclü mühakiməsi ilə şanı yalnız İslam aləminə deyil, bütün Qərb dünyasına yayılmışdır. İmam Qəzali, o dövrdə xüsusilə Yunan fəlsəfəsindən təsirlənərək Quran'dan kənar inanc və düşüncələr irəli sürən bəzi mütəfəkkirləri çox təsirli bir şəkildə çürüdüb, bu kimi səhv düşüncələrə qarşı imanı yaşatmışdır.

Bu məşhur alim dərslərində və söhbətlərində iman həqiqətlərinə geniş və təfərrüatlı olaraq yer vermişdir. Əsərlərində də hər mövzuda iman həqiqətinə rast gəlmək mümkündür. Əsərlərində yer alan iman həqiqətlərindən bəzi nümunələr və iman həqiqətlərinin əhəmiyyəti mövzusundakı bəzi sözləri bu şəkildədir:

Heç bir hökmdarın məmləkətini idarəsi, göylərin və yerin səltənətini və bu aləmin nizamını təmin edən Allah-u Təala'nın tədbiri kimi nizamlı deyil. Allah-u Təala'dan daha gözəl, daha kamil heç kim yoxdur. O halda O'nu görməkdən, O'na baxmaqdan daha ləzzətli bir baxış ola bilərmi? Bundan aydın oldu ki, Allah-u Təala'nı və Özünə aid sirləri bilmək, bütün məlumatlardan daha ləzzətlidir.

Qəlbin Ləzzəti Mərifətullahdır: Hər əzanın xoşlandığı, zövq və ləzzət aldığı şeylər vardır. Gözün ləzzəti gözəl şeyləri görmək, qulağın ləzzəti istədiyi şeyləri eşitmək, şəhvətinki yemək-içmək, mukarenet (yaxınlaşma, qovuşma), düşməninə qalib gəlmək kimi şeylərdir. Qəlbin ləzzəti isə hər şeyin həqiqətini bilməkdir, bu da mərifətullahdır. Mərifətullah yolunda nə qədər irəliləsə o nisbətdə ləzzət alar. Kainatın Xaliqi və mutasarrıfı (hökmdarı) olan Allah-u Təala'nın zat və sifətinə, sirr və hikmətinə, əsər və sənətinə, izzət və qüdrətinə təəllüq edən mərifətdən daha ləzzətli; Ona yaxın olmaq, Onu tanımaq şərəf və səadətindən daha böyük nə ola bilər?1

Nütfədən yaradılmış olan insan Allahın dəlillərindəndir ... Əvvəldən halının nə olduğunu sonra nə olduğunu düşün! Görəsən ins və cin bir yerə gəlsələr nütfədən bir göz, yaxud qulaq, yaxud ağıl, yaxud qüdrət, yaxud elm və ya ruh yarada bilərlərmi? Ondan sümük, damar, sinir, dəri, tük və sairə düzəltməyə müqtədir ola bilərlərmi? Bunlar bir tərəfə Allah yaratdıqdan sonra insanın keyfiyyət və mahiyyətini, varlığının künhünü (bir şeyin əsli, cövhəri, özü) anlamaq istəsəydilər bundan da aciz qalardılar ...

O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da O'nun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
(Nəhl Surəsi, 12)

Allah'ın lütf və kərəminə, o böyük qüdrətə və hikmətə baxın, insanı necə əhatə edir. Nə dərəcə heyrəti mucibdir (heyrət verici) ki, divarda bir rəsm və ya gözəl bir xətt, yaxud naxış görən kimsə durar, heyranlıqla onlara baxar, sənətkarın onları necə etdiyini düşünər, gördüyü işin nə qədər böyük bir sənət və məharət olduğunu ifadə edər, bu böyük kainata və Allah'ın məxluqatına baxdığı halda, onları və Allah'ın sənət və hikmətini düşünməkdə qəflətdə olar.2

Günəş, Ay, ulduzlar, bulud, yağış, külək və təbiətdəki bütün qüvvələr, həmişə Allah-u Təala'nın iradəsində, əmrindədir. Katibin əlindəki qələm kimidir.3

Göydə nə qədər ulduzlar vardır ki, yerdən yüzlərlə dəfə böyükdür. Uzaq olduqlarından nöqtə kimi görünürlər. Ulduzlar belə olduqda, fələyin yəni göylərin böyüklüyü buradan aydın olar. Bütün bu ulduzlar, bu böyüklükləri ilə sənin gözündə çox kiçik görünür. Məhz bu səbəblə, bunları yaradanın əzəmət və hakimiyyətini qavraya bilərsən.4

Ulduzların çoxluğuna diqqət edin ... Hərəkət və fırlanmaları, fırlanarkən olan sürətləri ayrı-ayrıdır. Bəzisi bir ayda, bəzisi bir ildə, bəzisi on iki ildə, bəzisi otuz ildə fırlanar, çoxu da bu qrupa aiddir. Oradakı heyrət ediləcək məlumatların sonu olmaz ... Allah-u Təala'nın, bu qısa dünya həyatında, bu barədə verdiyi elmləri izah etməyə çalışsaq günlərlə davam edər.5

Üzünü göyə çevir, səmanın ulduzlarına, onların doğuş və batışlarına, Günəş və Ayına, onların davamlı olaraq heç çaşmadan doğuş və batışlarındakı müxtəlif vəziyyətlərə, qiyamətə qədər davam edəcək olan müntəzəm hərəkətlərinə, bir saniyə belə hərəkətində fərq olmayan axışlarına ibrətlə bax! Ulduzların çoxluğunu, şəkil və rənglərini düşün. Günəşin bir il ərzindəki hərəkətinə nəzər yetir. Əgər onun doğuş və batışı olmasaydı, gecə və gündüz olmayacaqdı. Şərq və qərbindəki fərqlilik olmasaydı mövsümlər olmayacaqdı ... Bunlar saymaqla bitməz. Kainatdakı hər zərrənin nə qədər hikmətləri vardır. Aləm bir ev isə, səma onun tavanıdır.6

İmam-ı Əzəm Əbu Hənifə

Əbu Hənifə həzrətləri, hənəfi məzhəbinin qurucusudur. Yaşadığı dövrdə müsəlmanlar arasında "İmam-ı Əzəm" yəni "Ən Büyük İmam" ləqəbiylə tanınmışdır. Müsəlmanlara imamlıq etmiş, İslamı təbliğ etmək və Allah'ın hökmlərini insanlara açıqlamaq üçün həyatı boyunca mübarizə aparmışdır. İmam-ı Əzəmin, Allah'ın varlığını isbat və təbliğdə istifadə etdiyi ən əhəmiyyətli üsul isə iman həqiqətləri olmuşdur. Bu böyük imamın iman həqiqətlərinə verdiyi əhəmiyyətə bir nümunə olaraq özünün aşağıda çatdırdığımız, ateist (dəhri-təbiətçi, materialist) bir kimsəylə olan dialoqu ibrət vericidir:

...

Bağdadın qarşı sahilində oturan Əbu Hənifənin müzakirə saatında yerində olmaması, "dəhri" nin və kütlənin zehnində dəyişik sualların formalaşmasına səbəb olur. Hər kəs maraq içindədir ... "Niyə gəlmədi? Gəlməyəcəkmi? Qorxdumu? Dəlil mi tapa bilmədi?  İmam Əzəm, təyin olunan saatdan bir müddət sonra gəlir. Dəhri, son dərəcə yüksək əhvaldadır, küfr və qüruru daha da artmışdır ...

Ebu Hanife, özür dileyerek gecikmesinin sebebini anlatmaya başlar: Karşı sahilden bu tarafa gelebilmek için bir vasıta bulamadım. Beklemeye başladım. Belki bir kayık veya sal gelir de, onunla giderim diye düşünüyordum. O esnada ağaçların birdenbire devrildiğini gördüm. Devrilen ağaçların kendiliğinden kereste, kerestelerin kendiliğinden kayık olduğuna şahit oldum. Yine kendiliğinden bir kürek ve yelkenin vücud bulduğunu gördüm. Sizlere karşı daha fazla mahcub düşmeyeceğimden sevinerek, kayığa atladım. Kayık Əbu Hənifə, üzr istəyərək gecikməsinin səbəbini izah etməyə başlayar: Qarşı sahildən bu tərəfə gələ bilmək üçün bir vasitə tapa bilmədim. Gözləməyə başladım. Bəlkə bir qayıq və ya sal gələr, onunla gedərəm deyə düşünürdüm. O əsnada ağacların birdən-birə aşdığını gördüm. Aşan ağacların özbaşına taxta-şalban, taxta-şalbanların özbaşına qayıq olduğuna şahid oldum. Yenə özbaşına bir kürək və yelkənin vücud tapdığını gördüm. Sizlərə qarşı daha çox xəcalətlənməyəcəyəm deyə sevinərək, qayığa mindim. Qayıq özbaşına məni buraya gətirdi ... beni buraya getirdi...

Dəhri (Allah’a inanmayan mübahisəçi) və dinləyənlər bu sözlərə bir məna verə bilməzlər. Təbiətçiliyi müdafiə edən, hər şeyi təbiətin var etdiyini iddia edən mübahisəçi, belə bir hadisənin, izah edildiyi tərzdə reallaşmasının mümkün olmadığını söyləyər.

Böyük İmam’ın gözlədiyi də sanki budur ...

Təbbəssüm edərək belə deyir: ""Bir kiçik qayığı belə özbaşına, qurucusu və sənətkarı olmadan meydana gələ biləcəyini qəbul etmədiyiniz halda, necə olur ki, bu böyük kainatın bir qurucusu, yaradıcısı olmadan özbaşına vücud tapdığına inanırsınız? Kainat, kainatın deyil, Allah'ın əsəridir.. Bütün bu qədər dəlillər ortada ikən, Allah'ın varlığı ilə əlaqədar bir müzakirə və mübahisəni başlamaq mənasızdır.7


O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allah'ın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
(Nəhl Surəsi, 14)

Abdülkadir Geylani

Xl əsrdə yaşamış olan Əbdülqadir Gilani də digər İslam alimləri kimi iman həqiqətlərinə böyük əhəmiyyət vermişdir. Əsərlərində insanları Allah'ın dəlilləri üzərində düşünməyə çağırmışdır. "İlahi Ərmağan" adlı əsərində iman həqiqətlərinə verdiyi əhəmiyyəti göstərən bəzi ifadələri belədir:

Ey Övlad! Kainatın hər zərrəsində Allah'ın gözəl sənəti var. Bu gözəl sənətlərin hər biri Haqqa çatdıran dəlillərdir. Bu dəlillərə yapışan hər kəs Haqqa vara bilər. Dərin düşüncələrə dal. Düşüncən dərinlərə kök saldıqca yüksələr və ucalarsan..8

Bədiüzzaman Səid Nursi

Ötən hicri əsrin mücəddidi sayılan böyük alim Bədiüzzaman Səid Nursi də, bir Quran təfsiri sayılan Risalə-i Nur külliyatında iman həqiqətlərinin əhəmiyyətindən çox yerdə bəhs edir:

Bir saray, yüzlərlə bağlı qapıları var. Bir tək qapı açılmasıyla o saraya daxil oluna bilər, o biri qapılar da açılar. Əgər bütün qapılar açıq olsa, bir-ikisi bağlansa, o saraya girilməyəcəyi deyilə bilməz. Məhz, hakaik-i imaniyə (iman həqiqətləri) o saraydır. Hər bir dəlil, bir açardır; isbat edir, qapını açır. Bir tək qapının bağlı qalmasıyla o hakaiki imaniyyədən imtina və inkar edilə bilməz. Şeytan isə, bəzi esbaba (səbəblərə) görə, ya qəflət və ya cəhalət vasitəsiylə bağlı qalmış olan bir qapını göstərir; isbat edici bütün dəlilləri nəzərdən iskat edir (silir). "Məhz bu saraya girmək olmaz. Bəlkə saray deyildir, içində bir şey yoxdur" deyər, aldadar.9

... Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.
(Loğman Surəsi, 10)

Bədiüzzaman “Məktubat” adlı əsərində isə xüsusilə indiki vaxtda iman həqiqətlərinə sarılmağın əhəmiyyəti üzərində dayanmış, keçmişdə yaşamış bir çox İslam aliminin, əgər bu dövrdə yaşasalar, ən çox üzərində dayanacaqları mövzunun da iman həqiqətlərini öyrətmək yolu ilə insanların imanını qurtarmaq olacağını söyləmişdir:

Silsilə-i Nəqşi”nin qəhrəmanı və bir günəşi olan İmam-ı Rəbbani (R.Ə) Məktubat'ında demiş ki: "Hakaik-i imaniyyədən (iman həqiqətlərindən) bir məsələnin inkişafını (meydana çıxmasını), minlər ezvak (zövqlər) və mevacid (vəcd halları) və keramata (kəramətlərə) seçərəm. "Həm də demiş ki: "Bütün tarixlərin (yolların) nöqtə-i müntəhası (son nöqtəsi), hakaik-i imaniyyənin vuzuh (açılması) və inkişafıdır (meydana çıxmasıdır)." ... Elə isə tarix-i Nəqşinin üç pərdəsi var: biri və ən birincisi və ən böyüyü: Birbaşa hakaik-i imaniyyəyə (iman həqiqətlərinə) xidmətdir ki, İmam-ı Rəbbani (R.Ə) də axır vaxtında (son dövründə) ona süluk etmişdir (o yolu təqib etmişdir) ...

Madam həqiqət belədir; mən təxmin edirəm ki: Əgər Şeyx Əbdülqadir Gilani (r.ə) və Şah-ı Nəqşibənd (r.ə) və İmam-ı Rəbbani (r.ə) kimi şəxslər bu zamanda olsaydılar, bütün himmətlərini, hakaik-i imaniyyənin (iman həqiqətlərinin) və akaid- i İslamiyyənin (İslam əsaslarının) möhkəmlətməsinə sərf edəcəkdilər. Çünki səadət-i əbədiyyənin mədarı onlardır. Onlarda qüsur edilsə, şəkavət-i əbədiyyəyə (əbədi çətinliyə, bəlaya) səbəb verir ... 10

Digər yazılarında da Ustad Bədiüzzaman, iman həqiqətlərinin əhəmiyyətindən belə bəhs edir:

Bu zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsil məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcədə qalar. Risalə-i Nurla onlara xidmət etmək ən birinci vəzifə, maraq mövzusu və əsil məqsəd olmalıdır ... Risalə-i Nur çərçivəsi xaricində olan alimlər bəlkə də vəlilər bu siyasi və ictimai həyatın bağları səbəbiylə iman həqiqətlərinin əhəmiyyətini ikinci, üçüncü dərəcədə buraxıb, o axınların təsirinə məruz qalaraq, özü ilə eyni fikri paylaşan münafiqləri belə sevər hala gəldi ... Həm də Risalə-i Nurun həqiqi tələbələri ölümsüz almazlar səviyyəsində olan iman həqiqətlərini izah etmə vəzifəsində ikən zalımların şahmat oyunlarına bənzər mövzularla maraqlanacaq onların müqəddəs vəzifələrini iflasa məruz qoymamaq və anlayışlarını qarışdırmamaq lazımdır deyə düşünürəm. (Orijinalından tərcümə edilərək qələmə alınmışdır) 11

Həmçinin Bədiüzzamanın həyatı ilə bağlı bir yazıda onun iman həqiqətlərinə verdiyi əhəmiyyət belə ifadə edilir:

Bədiüzzaman’a görə əsas məsələ;  insanın özünü, digər varlıqları, kainatı və həmcinslərini iman oxunda qəbul etməsidir. . Ən əhəmiyyətli vəzifə bunu təmin etməkdir ... diaqnozunu bu şəkildə qoyan Bədiüzzaman, müalicə metodunu da inkişaf etdirdi: "təhqiqi iman" inkişaf etdirdiyi metodun mahiyyəti və xülasəsiydi. Növbə "təhqiqi iman" oxunda inkişaf edib dövrün texnologiyasıyla zənginləşəcək insanlar yetişdirməyə gəlmişdi. Bunun da yolu təhsildən keçirdi.12

Bədiüzzaman Təbiət Risaləsi adlı əsərində də iman həqiqətləri mövzusuna çox sıx şəkildə yer vermişdir. Barla Lahika'sında isə, Risalə-i Nurun ən əhəmiyyətli xüsusiyyətlərindən birinin iman həqiqətlərini təfəkkür etdirərək, "maddiyyun və tabiyyun" (materialist və təbiətçi) fikir axınlarını susdurmaq olduğunu açıqlamışdır:

Risalə-i Nur, Quran-ı Hakimin bir möcüzə-i mənəviyyəti və bu zamanın dinsizliyinə qarşı mənəvi atom bombası olaraq solçuluq cərəyanlarının mənəviyyat-ı qəlbiyyənin məhvinə müqabil, mənəviyyat-ı qəlbiyyəni təmir edib fərddənn fərdə (fərd-fərd) iman-ı tahkikidən gələn böyük bir qüvvət və qüdrətə istinadı, oxucuların qəlbini qazandırır. Və bu vəzifəni də yenə müqəddəs Quranımızın ilham və irşadıyla və dərsiylə ifa edir. Təfəkkür-ü imani dərsi ilə tabiiyyun və maddiyyunun boğulduğu eyni məsələlərdə tövhid nurunu göstərir; iman həqiqətlərini maddə aləmindən misallar və dəlillər göstərərək izah edir.Liseylərdə, universitetlərdə tədris elm və fənlərin eyni məsələlərində iman həqiqətlərinin isbatını günəş zuhurunda göstərir.Bu kimi çox cəhətlərlə Risalə-i Nur, bu zamanda əhl-i iman və İslam üçün ön planda müzakirə olunmalı, əhl-i iman əlində mənəvi almaz kimi qılıncdır. Əsrin idrakına, zamanın təfəhhümünə (fərqinə varmaq), anlayışına xitab edən, ehtiyaca ən müvafiq tərzi göstərən, dərs verən və birbaşa feyz və ilham tarixiylə (vasitəsilə) ayələrin ulduzlarından gələn dərs-i Qurandır, külli mərifətullah bürhanlarıdır (dəlilləridir) .13

Ustad, digər bəzi əsərlərində də, kainatın və canlıların yaradılışındakı iman dəlillərinə diqqət çəkmiş, var olan hər şeyin Allah'ın üstün qüdrətini nümayiş etdirən bir dəlil olduğunu söyləmişdir. Bədiüzzamanın iman həqiqətləriylə əlaqədar digər bəzi ifadələri belədir:

Ey zövq və ləzzətə mübtəla insan! Mən yetmiş yaşımda minlərlə təcrübələrlə və hüccətlərlə (dəlillərlə) və hadisələrlə aynəl yakin bildim ki: Həqiqi zövq və əzabsız ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur. Yoxsa dünyəvi bir ləzzətdə çox əzablar var.14

Hər bir kəlməsi bir kitabı və hər bir hərfi bir sətri ehtiva edən bir kitabın, katibsiz bədəni (ortaya çıxması) mümkün deyil. Kainat kitabı da Nəqqaş-ı Əzəlinin vücub-u vücuduna (var olmasına) bağlıdır.15


İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir...
(Fatir Surəsi, 12)

Kainatda heç bir zişuur (şüur sahibi), kainatın bütün əczası qədər şahidləri olan Xaliq-Zülcəlalı inkar edə bilməz ... Etsə, bütün kainat onu təkzib edəcəyi üçün susar, laqeyd qalar.16

Adi müntəzəm maşın, intizam və mizan kimi heyətiylə şübhəsizsiz, mahir və diqqətli ustanı göstərdiyi kimi; kainatı dolduran hədsiz zihayat (canlı) maşınlar da, hər biri min mucizat-ı ilmiyəyi (elmi möcüzələri) göstərirlər. Əlbəttə, ulduz böcəyinin işığına nisbətən günəşin ziyası (işığı) dərəcəsində elmin cilvələri ilə o zihayatlar, usta və sermedi (əbədi) sənətkarlarının vücub-u vücuduna (var olmasına) və məbudluğuna çox parlaq şəhadət edərlər.17

Madam müntəzəm bir hərəkət felsiz olmaz. Mənalı bir kitab katibsiz olmaz. Sənətli bir naxış nəqqaşsız olmaz ... Əlbəttə bu kainatı dolduran efal-i hakimanənin (hökm edən işlərin) bir feli və yer üzünün hər mövsüm təzələnən heyrət-fəza nukuşlarının (heyrət verən naxışlar), mənalı məktubatının bir katibi, bir nəqqaşı vardır.18

Rəbbimizi bizə təsvir edən üç böyük, külli muarrif (tərcüməçi) var. Biri: bu kitab-ı kainattır. Biri: bu kitab-ı kəbirin ayə-i kübrası olan Hatəmül-Ənbiya Əleyhissalatu vəssəlamdır. Biri də Quran-ı Əzimüşşandır.19

Başını qaldır, gözünü aç! Bu kainat kitab-ı kəbirinə bir bax; görəcəksən ki; o kainat heyət-i məcmuəsi üstündə, böyüklüyü nisbətində bir vuzuh (dəqiqlik) ilə hatəm-i vəhdəti (təkliyin möhürünü) göstərir.20

Bütün meyvələr və içindəki toxumcuqlar; hikmət-i Rabbaniyyətin bir möcüzəsi, sənət-i ilahiyyənin bir möcüzəsi, rəhmət-i ilahiyyənin bir hədiyyəsi, vəhdət-i ilahiyyənin bir bürhan-ı maddisi (maddəyə aid dəlili), axirətdə eltaf-ı ilahiyyənin (İlahi lütflərin) bir müjdəçisi, qüdrətinin ihatasına (tam qavranmasına) və elminin şümulünə (örtməsinə) bir şahid-i sadiq (doğru, dürüst) olduqları kimi; bunlar, aləm-i kəsrətin köçürülməsində və bu ağac kimi təkəssür etmiş (çoxalmış) bir növ aləmin ətrafında, vəhdət ayinləridirlər. Ənzarı kəsrətdən vəhdətə (baxışları çoxluqdan təkliyi) çevirirlər.21

Əgər ağlın evhamda (yanlış fikir) boğulmamış isə anlayarsan ki; bir kəlimə-i qüdrəti, məsələn bal arısını, əksər əşyaya bir növ kiçik fihristə etmək; və bir səhifəyə, məsələn insanda, bu kitab-ı kainatın əksər (daha çox) məsələlərini yazmaq; həm bir nöqtədə, məsələn kiçik əncir çəyirdəyində, qocaman əncir ağacının proqramını dərc etmək (içinə almaq) və bir hərfdə məsələn qəlb-i bəşərdə, bu aləm-i kəbirin safahatında (səhifələrində) təcəlli və əhatə edən (içinə alan, əhatə edən) bütün isimlərinin asarını (əsərlərini, izlərini) göstərmək və bir mərci dənəsi qədər mövqe tutan qüvvə-i hafizə-i insaniyyənin bir kitabxana qədər yazı yazdırmaq və bütün hadisat-ı kevniyənin (varlıqla əlaqədar hadisələrin) müfəssəl fihristəsini (izahlı, geniş malumatlı fihristini) dərc etmək (içinə almaq ), əlbəttə və əlbəttə Xaliq-ı Küll-i Şeyə xas və bu kainatın Rabb-i Zülcəlalına məxsus bir hatəmdir (möhürdür). 22

Mehmed Zahid Kotku

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də O'dur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
(Rad Surəsi, 3)

Mehmed Zahid Kotku, 1897-1980 illər arasında yaşamışdır. Yaşadığı müddət ərzində hikmətli sözləri, dərsləri və Quran xidmətiylə insanlara mürşid olmuşdur. Quranı özünə rəhbər edərək, insanlara şərh etməyə çalışmışdır. İnsanlara Allah'ın varlığının qəti dəlilləri olan iman həqiqətlərini izah etmişdir. Əsərlərindəki iman həqiqəti nümunələri və iman həqiqətlərinin əhəmiyyəti haqqındakı sözlərindən bəziləri belədir:

Düşünən bir qövm üçün Haqq Təalanın varlığı və birliyi haqqında, yerlərin və göylərin təfəkküründə saysız dəlillər və əlamətlər vardır. Buna görə də, təkrar-təkrar yerlərə və göylərə baxmaq və onlardan ibrət və pay almağın, Cənab-ı Haqqa dönməyə səbəb olacağında heç bir şübhə yoxdur.23

Haqqın məxluqatlarını yerdə, göydə, dənizdə, havada olanlarının cins və miqdarını bilə bilərikmi? Bunun miqdarını ancaq yaradanımız uca Allah'dan başqa kimsə bilə bilməz. Hələ o mikrob deyə bizləri çox qorxudan və gözlə görülməyəcək qədər kiçik və lakin insanların hətta heyvanların və hətta meyvələrimizin canına oxuyan və hec cür də haqqından gələ bilmədiyimiz varlıqlar, Allah-u Təala'nın varlıq və birliyini isbat etməyə yetməzmi? O kiçicik məxluq, necə olur nəhəng adamı bir anda yerlərə sərib, nəhayət ölümə qədər sürüyür. Əlbəttə düşünən insan üçün bunda çox ibrət vardır.24

Göründüyü kimi, İslam alimləri hər dövrdə iman həqiqətlərini, təbliğlərində ən ön planda istifadə ediblər. Əsərlərindəki ifadələrindən də aydın olduğu kimi İslam alimləri iman həqiqətləri üzərində ciddi və dərin təfəkkür sahibidirlər. Bu təfəkkürlərini digər insanlara da izah edərək, onları, Allah'ın varlığının dəlillərini qavramağa, Allah'ın sifətləri üzərində düşünməyə çağırmışlar.

Onların bu təfəkkür üsulu bizə nümunə olmalı və müasir dövrün bizə təqdim etdiyi bütün elmi və texnoloji imkanları istifadə edərək iman həqiqətlərini daha yaxşı öyrənməli, araşdırmalı və şərh etməliyik.

 

Dipnotlar

1- http://www.haki kat.com/nur/ tsvf/ tsvf16.html

2- İmam Gazali, Zübdet-ül-ihya, Huccet-ül-İslam, Muhammed Cemaleddin el-Kasımi, Salah Bilici, Kitabevi Yayınları, İstanbul, 1973, s. 579

3- İmam Gazali, Kimya-yı Saadet, Tercüme: A. Faruk Meyan, Bedir Yayınevi, İstanbul, s. 712

4- İmam Gazali, Kimya-yı Saadet, Tercüme: A. Faruk Meyan, Bedir Yayınevi, İstanbul, s. 707

5- İmam Gazali, Kimya-yı Saadet, Tercüme: A. Faruk Meyan, Bedir Yayınevi, İstanbul, s.706-707

6- İmam Gazali, Zübdet-ül-ihya, Huccet-ül-İslam, Muhammed Cemaleddin el-Kasımi, Salah Bilici, Kitabevi Yayınları, İstanbul, 1973, s.584

7- Emin Arık, Ateizm'den İnanca, Marifet Yayınları, İstanbul, 1998, 4. baskı, s. 68

8- Abdülkadir Geylani, İlahi Armağan, çev. Abdülkadir Çiçek, Bahar Yayınevi, İstanbul 1968, 3. Baskı, s. 39

9- Lem'alar, s. 92 (Risale-i Nur Külliyatı, Nesil Yayınları, cilt 1, s. 628)

10- Mektubat, 5. Mektup, s. 26-27. (Sait Nursi, Envar Neşriyat, İstanbul, 1996, s. 22-23)

11- Kastamonu Lahikası, s. 84-85 (http://www.yeniasya.org.tr/rslhtm/ KAST_78.HTM)

12- Bediüzzaman'ın Hayatı,  www.nesil.com.tr/wwwroot/turkish/nursi-tr/ nursi.html

13- Barla Lahikası, Takdim 7-8; Bediüzzaman Said Nursi, Risale-i Nur Külliyatı, 2. cilt, s. 412

14- Şualar, s. 481

15- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 161. (Mesnevi-i Nuriye, s.33)

16- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 162. (Emirdağ Lahikası, 1: 200)

17- Şaban  Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 162. (El-Huccetü'z-Zehra, s. 79-80)

18- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 162. (Sözler, s. 601)

19-Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 163. (Sözler, s. 243, Mesnevi-i Nuriye, s.17, Nur'un İlk Kapısı, s. 108)

20- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 166. (Sözler, s. 315)

21- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 183. (Sözler, s. 651)

22- Şaban Döğen, Risale-i Nur'dan Vecizeler, Gençlik Yayınları, 2. baskı, s. 188. (Sözler, s. 308, Nur'un İlk Kapısı, s. 96)

23- Mehmed Zahid Kotku, Tasavvufi Ahlak, Seha Neşriyat, İstanbul, 1991, 4.baskı, s. 228

24- Mehmed Zahid Kotku, Tasavvufi Ahlak, Seha Neşriyat, İstanbul, 1991, 4. baskı, s. 229

4 / total 8
"Harun Yəhyanın İman Həqiqətlərinin Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com