< <
6 / total: 8

Nümunəvi İman Həqiqətləri

İman həqiqətlərinə beş duyğu orqanımızın qəbul etdiyi hər yerdə rast gəlmək mümkündür. Böyük-kiçik, canlı-cansız yaradılmış hər şeydə onu Yaradana aparan bir yol vardır. Bu da iman həqiqətlərinin sayıla bilməyəcək qədər çox olduğunun bir göstəricisidir. 'a daha yaxın olmağı və cənnətdə yüksək dərəcələrlə mükafatlanmağı istəyən hər mömin, gücü çatdığı qədər iman həqiqətləri mövzusunda məlumat sahibi olmağa, onları təfəkkür etməyə və bunun sayəsində 'a yaxın olmağı parlatmağa, imanını gücləndirməyə və bu güclü iman ilə 'ı razı edəcək üstün bir əxlaqı yaşamağa çalışmalıdır.

Bu kitabı oxuyarkən iman həqiqətlərinin nə qədər əhəmiyyətli olduğunu fərq edənlər, iman həqiqətlərini öyrənib onlar üzərində düşünməyə başlayacaq. Buna görə kitabımızın bu hissəsində iman həqiqətləri üzərində düşünməyə başlayanlara köməkçi olmaq üçün, kainatdakı milyonlarla iman dəlilindən bir neçə nümunəyə yer verilmişdir.

Iman Dəlillərinə Orqanizmdən Nümunələr

Siz bu yazını oxuyarkən orqanizmdə milyonlarla əməliyyat aparılır. Bu əməliyyatlarla vücudumuzun hansı bölgəsində hansı hüceyrələrin nəyə ehtiyacları olduğu hesablanır, hansı vəzifələri etməli olduqları təyin olunur, hüceyrələrin ehtiyaclarını qarşılayacaq tədbirlər alınır və hüceyrələrə nələr etməli olduqları tək-tək bildirilir.

Məsələn, bu yazını oxumanızı təmin edən göz hüceyrələrinizin bəslənmək üçün qlükozaya ehtiyacları vardır. Bunun üçün qanınızda nə qədər şəkər olduğunu hesablayan və şəkər miqdarını sabit saxlayan bir sistem qurulmuş və vücudumuza yerləşdirilmişdir. Ürəyinizin dəqiqədə neçə dəfə vurmalı olduğu, sümüklərinizdə saxlanılan kalsium nisbəti, böyrəklərinizin dəqiqədə süzdüğü qan miqdarı və bunlara bənzər minlərlə təfərrüat böyük bir planlaşdırma və hüceyrələr arasındakı ünsiyyət şəbəkəsi sayəsində hesablanır və təşkil edilir.

Bütün bu təşkilatı reallaşdıran isə, orqanizmdəki sistemlərdən yalnız biridir. 100 trilyon hüceyrəmizin bir-birləri ilə uyğunlaşma içində işlərini təmin edən bu kimyəvi rabitə sistemi hormon sistemidir. Hormon sistemi, sinir sistemi ilə birlikdə orqanizm hüceyrələrinin koordinasiyasını təmin edər. Əgər sinir sistemi internet vasitəsilə göndərilən mesajlara bənzədilərsə, hormon sistemi məktub yoluyla göndərilən mesajlara bənzəyər; daha yavaşdır, ancaq daha uzun müddət təsirlidir. Hormon sisteminin orqanizmə təsirini böyümə mövzusunu müzakirə edərək araşdıraq.

Vücudumuzdaki Mütənasib Böyümə Necə Reallaşır?

Bir yaşına keçmiş bir körpə doğulduğu günə nisbətən təxminən iki qat daha ağır, 50% daha uzundur. İllər keçdikcə fövqəladə sürətlə çəkisi artmağa davam edər və boyu uzanar.

Tek hücreden insana...

Məhz bu möcüzəvi böyümə, hüceyrələrimiz arasındakı mükəmməl rabitə sayəsində reallaşar. Orqanizm bizim adımıza, kimyəvi bir xəbərləşmə sistemi ilə idarə olunur. Bu sistemin işçisi olan və hormon deyilən mesaj daşıyıcıları həyatımızı davam etməyimizi təmin edən əmrləri hüceyrələr arasında gətirib-götürürlər. Bu xəbərləşmə sayəsində vücudumuzda mütənasib bir böyümə reallaşır.

Büyüme Mucizesi

Hipofiz vəzi, noxud böyüklüyündə kiçik çəhrayı rəngli ət parçasıdır. Beyinin altında olan hipotalamus bölgəsinə kiçik bir sap ilə bağlıdır. Bu əlaqə sayəsində hipotalamustan birbaşa əmr alır. Bu əmrlər istiqamətində zəruri hormonu çıxarar və orqanizmdə ehtiyac duyulan tədbirlərin aparılmasını təmin edər.

İnsanların sağlıklı büyümeleri, simetrik ve estetik bir vücuda sahip olmaları büyüme hormonu vesilesiyle olur. Bu hormon, vücut hücrelerinin her birine teker teker komut vererek, ne kadar büyümeleri ve nerede durmaları gerektiğini emreder. Bir molekül ve vücut hücreleri arasındaki bu uyum 'ın gücünün delillerindendir.

Hipofizin orqanizmdəki etdiyi tənzimləmələrdən biri də vücudun böyüməsidir.

İnsan orqanizmindəki böyümə prosesi iki fərqli şəkildə reallaşar. Bunlardan birincisi, bəzi hüceyrələrin həcmlərini artırmasıyla, digəri isə bəzi hüceyrələrin bölünərək çoxalması ilə reallaşar. Məhz bu iki əməliyyatı da təmin edən və idarə edən böyümə hormonudur.

Hipofiz vəzisindən ifraz olunan böyümə hormonu bütün vücud hüceyrələrinə təsir edər. Hər hüceyrə hipofiz vəzisindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa böyüyər, bölünərək çoxalması lazımdırsa çoxalar.

Məsələn, yeni doğulmuş bir körpənin ürəyi, yetkin halına nisbətən təxminən 16-da biri qədərdir. Buna qarşı ümumi hüceyrə sayı yetkin insanın ürəyindəkilərlə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə tək-tək təsir edər. Beləcə hər hüceyrə, böyümə hormonunun özünə əmr etdiyi qədər böyüyər. Beləcə, ürək də böyüyərək yetkin bir insan ürəyi halına gəlir.

Orqanizmdə olan digər hüceyrələr məsələn, əzələ və sümük hüceyrələri- inkişaf dövrü boyunca bölünərək çoxalarlar. Bu hüceyrələrə nə qədər bölünmələri lazım olduğunu bildirən də yenə böyümə hormonudur.

Böyümə hormonunun bütün orqanizm hüceyrələri üzərində təsirli olması da son dərəcə böyük bir möcüzədir. Əgər bəzi hüceyrələr böyümə hormonuna itaət edərkən, bəzi hüceyrələr də bu hormona üsyan etsələrdi, nəticə fəlakət olardı. Məsələn, ürək hüceyrələri böyümə hormonunun əmr etdiyi şəkildə böyüyərkən, döş qəfəsi hüceyrələri çoxalma və böyüməyi rədd etsələrdi nə olardı? Əlbəttə ki, böyüyən ürək kiçik qalan döş qəfəsi içində sıxışar və nəticə insan üçün ölüm olardı.

Ya da burun sümüyü böyüyərkən, burun dərisi böyüməyi dayandırsaydı, burun sümüyü burun dərisini cıraraq çölə çıxardı. Orqanizmdəki bütün əzələlər, sümüklər, dəri və orqanlar bir-birləriylə uyğun bir şəkildə böyüyərlər. Bu qüsursuz uyğunlaşma hər hüceyrənin tək-tək böyümə hormonuna itaət etməsi nəticəsində təmin edilir.

Bu vəziyyətdə bu sualı soruşmalıyıq;

Hipofiz vəzi necə olur ki, hüceyrələrin bölünməsi və ya böyüməsi üçün lazım olan düsturu bilir? Bu son dərəcə möcüzəvi bir hadisədir. Çünki noxud böyüklüyündə bir ət parçası, orqanizmdə olan bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin böyümələrini və ya böyüməmələrini təmin edir.

Məhz bu nöqtədə ın yaradılışındakı qüsursuzluq və mükəmməllik bir daha ortaya çıxar. Kiçik bir bölgədə olan hüceyrələr, trilyonlarca hüceyrənin bir nizam içində bölünmələrini və böyümələrini təmin edirlər. Halbuki, bu hüceyrələrin insan bədənini xaricdən görmələrinə, vücudun nə qədər böyüməsi və hansı mərhələyə gəldiyində dayanmalı olduğunu bilmələrinə imkan yoxdur. Bu şüursuz hüceyrələr, orqanizmin qaranlıqları içində, nə etdiklərini belə bilmədən böyümə hormonu istehsal edir. Üstəlik, tam istehsalı dayandırmaq lazım olduğu zamanda da dayandırırlar.

Böyümə hormonu haqqında buraya qədər izah edilən bütün təfərrüatlar və bir-birinin içinə keçmiş bu həssas tarazlıqlar tək bir həqiqəti göstərir: İnsanı tək bir səfərdə, qüsursuz bir şəkildə yaratmışdır. , Öz yaradılışındakı üstünlük üçün Quran'da belə buyurur:

O, Xaliq, yoxdan Yaradan, Surətverən dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr Surəsi, 24)

Super Nəzarətçilər: Fermentlər

Canlıların orqanizmində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat reallaşar. Bu əməliyyatlar o qədər təfərrüatlıdır ki, hər mərhələlərində, bütün qarışıqlığa nəzarət edən, nizamı təmin edən və hadisələri sürətləndirən "super nəzarətçilərin" müdaxiləsinə ehtiyac vardır. Məhz bu super nəzarətçilər fermentlərdir.

Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn, DNT köçürülməsinə kömək olan, qida maddələrini parçalayan, qidalardan enerji istehsal edən, sadə molekullardan zəncir düzəlməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə nəzarətçi vardır.

Bu nəzarətçilər fermentlərdir. Fermentlər canlı orqanizmadakı nizamdan məsuldurlar.

Fermentlər hüceyrə içində mitoxondrilərdə çoxaldılar. Böyük hissələri zülallardan ibarətdir, geri qalanları isə vitamin və vitamin bənzəri maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyanız işləməz, ya da demək olar ki, dayanacaq qədər yavaşlayardı. Nəticə hər iki halda da dəyişməzdi və ölüm olardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz qısacası yaşaya bilməzdik.

Fermentlərin ən əhəmiyyətli vəzifələri orqanizmdəki bəzi kimyəvi reaksiyaları başladıb dayandırmaq və onları surətləndirməkdir. Orqanizmdəki hüceyrələr vəzifələrini yerinə yetirərkən, ehtiva etdikləri kimyəvi maddələrin reaksiyaya girmələri lazımdır. Kimyəvi reaksiyaların başlaması üçün isə yüksək dərəcədə temperatur tələb olunur. Bu yüksək temperatur isə canlı hüceyrələrin həyatları üçün təhlükəli bir vəziyyətdir; hüceyrələrin ölümünə səbəb olar. Məhz bu problemi həll edənlər fermentlərdir.

Yüksək temperature ehtiyac qalmadan, fermentlər kimyəvi reaksiyaları başladar və ya sürətləndirər, ancaq özləri reaksiyaya girməzlər. Məsələn, nəfəs alıb verərkən karbondioksidin qanımızda təmizlənməsində vəzifəli olan bir ferment sayəsində boğulmadan həyatımıza davam edə bilərik. Çünki "anhidraz" adlı bir ferment karbondioksidin təmizlənmə əməliyyatının sürətini 10 milyon dəfə daha artırar. Bu sürətlə fermentlər bir dəqiqədə 36 milyon molekulu dəyişikliyə məruz qoyma imkanına sahibdirlər.27

Fermentlər Orqanizmdə Baş Verənləri Haradan Bilirlər?

Fermentlər həm zəruri olan reaksiyaların ən sürətli şəkildə reallaşmasını təmin edər, həm də vücud enerjisini ən qənaətli şəkildə istifadə edərlər. Əgər insan vücudu bir fabrik, içində işləyən fermentləri də fabrikdəki istehsal vasitələri kimi düşünsək, belə bir fabrikə enerji qaynağı tab gətirməz. Çünki 2000 fərqli növü olan, trilyonlarca maşının qüsursuzca belə bir sürətdə işləməsi üçün lazım olan enerji çox yüksəkdir. Qaldı ki, hüceyrə içindəki sadə bir reaksiyanı laboratoriya mühitində həyata keçirmək üçün olduqca çox miqdarda istilik və enerji istifadə edilməlidir.

Halbuki, hüceyrələrdə səssizcə işləyən fermentlər bədənin temperaturu və qidalardan aldıqları enerjiylə bütün vəzifələrini nöqsansız yerinə yetirirlər. Yalnız bu xüsusiyyətləri belə, fermentlərin bədəndə meydana gələn hər hadisəni ən qüsursuz və ən rahat hala gətirmək üçün nəzərdə tutulmuş qabiliyyətli işçilər olduqlarını görmək üçün kifayətdir. Hal-hazırda siz bu kitabı oxuyarkən də bir çox ferment orqanizmin hər yerində meydana gələn reaksiyalara nəzarət edir və onları hüceyrələrinizin həyatını təmin edəcək sürətə gətirirlər. İnsan, orqanizmində daha nələr olub bitdiyini belə bilməzkən, fermentlər, həm bunlardan xəbərdardırlar, həm də bütün əməliyyatlara son dərəcə əhəmiyyətli və yerində müdaxilələr edirlər. Həmçinin bir ferment bədəndəki müəyyən kimyəvi reaksiyaları sürətləndirər. Heç bir ferment bir digər fermentin vəzifəsini görməz, öz vəzifəsini səhv salmaz. Çünki hər bir ferment öz vəzifəsi üçün xüsusi olaraq hazırlanmışdır.

Məsələn, fermentlərin böyük bir hissəsi neytral vəziyyətdəki maye mühitlərdə təsirli ola bilərkən, mədədə qidaları həzm etməklə vəzifəli olan fermentlər ancaq turşulu mühitdə təsirli ola bilirlər.

Yürümek, koşmak, konuşmak gibi hiç düşünmeden yaptığımız birçok hareketi, 'ın vesile ettiği enzimler sayesinde başlarız.

Fermentlər Niyə Orqanizmdəki Bütün Reaksiyaları Deyil, Müəyyən Reaksiyaları Başladırlar?

Fermentlərin şəkilləri, üzərində təsirli olduqları maddə ilə tam uyğundur. Ferment və birləşərək təsir edəcəyi maddə, üçölçülü kompleks bir həndəsədə, açar və qıfıl kimi bir-birlərinə pərçimlənirlər. Orqanizm içində fermentlərin özlərinə uyğun gələn maddəni tapmaları və gedərək birləşmələri çox şüurlu bir hərəkətdir. Üstəlik, fermentlər orqanizmin hər yerində bir yer tutmuş və özlərinə uyğun olan maddələri gözləyən ovçulara bənzəyirlər. Hamısı öz dizaynına və xüsusiyyətlərinə uyğun, ən doğru yerdə mövcuddur. Zərər görəcəkləri və ya təsirlərini itirəcəkləri mühitlərdən isə uzaq durarlar. Bütün reaksiyaları başlatma və ya sürətləndirmə kimi bir məsuliyyəti daşımaları isə üzərində düşünülməli olan ayrı bir mövzudur.

Fermentlər, əgər özlərini dayandıran bir amil olmazsa, orqanizmdəki bütün reaksiyaları davamlı olaraq başladıb sürətləndirəcəklər. Bu da, məsələn, müəyyən bir zülalın lazımından çox ifraz olunmasına və ya hüceyrədəki bəzi tarazlıqların pozulmasına səbəb olacaq. Fermentin fəaliyyətlərini nizamlayan isə hüceyrələrdir. Hüceyrə, fermentin dayanmalı olduğuna qərar verdiyində, fövqəladə bir şüur və planlaşdırma ilə fermenti "ləngidər". Bunun üçün, fermentin normalda birləşdiyi maddəyə bənzər bir maddə göndərər və ferment bu maddə ilə birləşər. Bu səbəbdən, bu "təqlid" maddə, fermenti bir müddət gözlədərək, lazımsız fəaliyyət göstərməsinə mane olar. Ancaq bu təqlidi maddə, fermenti tutmaq üçün həqiqi maddələrlə rəqabət etməlidir. Bu səbəblə, fermentin bu şəkildə əngəllənməsinə "kompetitif inhibitor" (rəqabətli maneə törədici) deyilir. Və fermentin səbəb olduğu reaksiyanın nəticəsində yaranan məhsul müəyyən bir səviyyənin altına enənə qədər fermentin fəaliyyəti bu ləngimə metodu ilə dayandırılmış olar.

Yuxarıda göstərilənlər əlbəttə ki, üzərindən bir dəfə oxunub keçiləcək hadisələr deyil. Hər şeydən əvvəl bunu xatırlatmaqda fayda vardır; yuxarıda izah edilən hesabları aparan, qərarları alan, planları tətbiq edən təhsilli, şüurlu, məsuliyyət sahibi insanlar deyil; cansız atomların birləşməsi ilə meydana gəlmiş zülallar, yağlar, karbohidratlar, vitaminlərdir. Hüceyrə anbar nəzarəti edər kimi, çıxardığı maddənin miqdarını təsbit edir, istehsala bir müddət ara verilməsi lazım olduğuna qərar verdiyində isə, istehsalı dayandırmaq üçün son dərəcə ağıllı bir plan tətbiq edir.

Hüceyrənin fermenti ləngidəcək olan təqlidi maddəni ifraz etməsi və onu tam lazım olduğu zamanda göndərməsi də çox şüurlu bir hərəkətdir. Çünki bu təqlidi maddələr həmişə ortada olsaydılar, təcili istehsal lazım olduğunda fermentləri ləngidərək istehsala mane olacaqlardı. Ancaq hüceyrələr hər zaman doğru planlaşdırma edərlər. Bu qədər mütəşəkkil, ağıllı və məlumat tələb edən davranışların ard-arda, gözlə görülməyəcək qədər kiçik molekullar tərəfindən bacarılması 'ın yaratmasındakı üstünlüyün göstəricilərindəndir. Bütün bu varlıqların 'ın əmri ilə hərəkət etdikləri açıq-aşkar bir həqiqətdir.

Hüceyrələrin Hərəkət Etməsini Təmin Edən Tükcüklər

Ən yaxınımızdakı, öz bədənimizdəki iman həqiqətlərinə başqa bir nümunə olaraq, tək vəzifələri hüceyrəni hərəkət etdirmək olan tükcüklərin quruluşunu verək:

Bəzi hüceyrələr kirpiklərə bənzəyən tükcüklər sayəsində hərəkət edərlər. Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər biri yüzlərlə tükcüyə sahibdir. Tükcüklər eynilə gəmi kürəkçiləri kimi eyni anda hərəkət edərək, hüceyrənin irəliləməsini təmin edərlər.

-Bir tükcük uzununa kəsildiyində, bunun doqquz ayrı çubuq (mikroçip) şəklində quruluşdan meydana gəldiyi görülür.

-Mikroborucuq deyilən çubuqlar bir-birinə keçmiş iki ayrı halqadan meydana gələrlər.

-Bu halqaların biri 13, digəri 10 ayrı teldən ibarətdir.

-Mikroborucuqlar tubulin adı verilən zülallardan meydana gəlirlər.

-Mikroborucuq, "Dynein" adlı bir zülala sahib, xarici qol və daxili qol deyilən iki davamı vardır. Dynein zülalının vəzifəsi hüceyrələr arasında motor vəzifəsini görür və mexaniki bir güc meydana gətirir.

-Tubulin zülalını təşkil molekullar, sanki bir kərpic kimi düzülüb, hüceyrədə silindr şəklində bir nizam meydana gətirirlər. Ancaq tubulin molekullarının düzülüşü kərpiclərdən çox daha kompleksdir.

-Tükcüklərin ortasında iki mikroborucuq daha mövcuddur. Bunlar özbaşına olar və on üç tubulin xəttindən meydana gələrlər.

-Hər bir tubulinin üst tərəfində on dənə qısa çıxıntı, alt tərəfində də on dənə girinti var. Bu girinti və çıxıntılar bir-birinin içinə keçə biləcək şəkildə uyğun yaradılmışdır. Beləcə, çox möhkəm bir quruluş meydana gətirərlər. Çox xüsusi bir dizayna sahib olan bu girinti və çıxıntılardakı ən kiçik bir pozuqluq hüceyrənin quruluşuna zərər verəcək.


Bazı hücreler yukarıda büyütülmüş halleri görülen tüycükler sayesinde hareket eder. Tüycüklerin bu hareketleri yaparken sergiledikleri uyumu birlikte kürek çeken sporcuların uyumuna benzetmek mümkündür.

Bunlar tükcüklərdəki təfərrüatların çox qısa xülasəsidir. Bu hissəciklər tək bir tükcüyə aiddir və tək hədəfləri bədəninizdəki trilyonlarca hüceyrənin birini hərəkət etdirir. Bu günə qədər yaşamış olan və hələ də yaşayan bütün insanların tənəffüs hüceyrələrinin hər birində belə əhatəli bir sistem vardır. Üstəlik, bu kompleks və bir çox hissədən ibarət olan sistem, gözlə belə görə bilməyəcəyimiz qədər kiçik hüceyrənin içindəki bir tükcüyün daha da alt quruluşlarıdır.

Qısacası , bizim gözlə görə bilməyəcəyimiz qədər kiçik bir yerə, son dərəcə sistemli və kompleks bir mexanizm yerləşdirmişdir. Təsadüflərin, bir hüceyrəni hərəkət etdirməyi düşünüb, belə bir sistemi qurmaları və bu qədər kiçik bir sahəyə sığdırmaları qətiyyən mümkün deyil. Bu, ancaq 'ın üstün və sonsuz ağlı, elmi və gücü ilə mümkün ola bilər.

Bir Anesteziya Mütəxəssisi Kimi Işləyən Beyin Hüceyrələri

Beyin hücrelerindeki tasarım yaratılışın delillerinden yalnızca bir tanesidir.

Sümüklər, sıx təzyiqlə qarşılaşdıqlarında, bədəndəki digər sümüklərə və orqanlara zərər gəlməməsi üçün incə qisimlərindən qırılacaq şəkildə hazırlanmışlar. Sıx bir təzyiq ilə qarşı-qarşıya qalıb qırılan bir sümük üçünsə orqanizmin bir sıra tədbir paketi vardır. Bu tədbirlərdən biri də qırılma əsnasında, ağrını azaltmaq üçün nəzərdə tutulmuş endorfin ifrazatıdır.

Qırılma əsnasında əzilən ağrı sinirləri, onurğa iliyi vasitəçiliyi ilə beyinə çox siqnal göndərər. Beyin hüceyrələri isə, ilk 10-15 dəqiqə ərzində ağrı siqnallarını demək olar sıfıra endirən morfin bənzəri təbii anesteziya maddəsi olan endorfini ifraz etməyə başlayar. Bunun sayəsində yaralanan adam, təhlükə yerindən uzaqlaşa biləcək və ya tədbir ala biləcək gücü özündə tapa bilər.

Şüursuz, məlumatsız, əli, gözü və ya beyini olmayan hüceyrələr, morfin təsiri olan endorfinin düsturunu haradan öyrəniblər? Endorfini nə zaman ifraz etmələri lazım olduğunu necə bilirlər? Digər zamanlarda ifraz edilməməli olduğuna necə qərar verirlər?

Son dərəcə incə bir plan üzərində inşa edilmiş insan bədənində bu şəkildə daha çox təəccüblü və mükəmməl əməliyyatlar reallaşır. Şüursuz hüceyrələrə bu əməliyyatları reallaşdıracaq ağılı verən isə uca 'dır.

İnsan Orqanizmindəki Qüsursuz Sistemlər ’ın Gücünün Dəlillərindəndir

Mədədən həzm edilərək bağırsaqlara gələn qida məhlulunun içində olduqca güclü turşular mövcuddur. Bu turş mühit onikibarmaq bağırsaq üçün böyük bir təhlükə meydana gətirər, çünki bağırsağın mədə kimi özünü qoruyan xüsusi bir təbəqəsi yoxdur.

O halda onikibarmaq bağırsaq necə olur ki, turşulardan zərər görmür?

Onikibarmaq bağırsağa gələn qidaların içindəki turşu nisbəti təhlükəli bir nöqtəyə çatdıqda, bağırsağın divarındakı hüceyrələrdən "sekretin" adlı bir hormon ifraz olunur. Sekretin hormonu qana qarışaraq mədəaltı vəziyə gəlir və mədəaltı vəzini xəbərdar edir. Mədəaltı vəzi isə onikibarmaq bağırsağın qarşı-qarşıya olduğu təhlükəni aradan qaldırmaq üçün bikarbonat molekullarını bu bölgəyə göndərir. Bu molekullar sayəsində mədə turşusu təsirsiz hala gətirilər və bağırsaq qorunmuş olur.

-Yaxşı bağırsaq hüceyrələri ehtiyacları olan "bikarbonat molekullarının" mədəaltı vəzidə olduğunu necə bilirlər?

-Mədəaltı vəzi, onikibarmaq bağırsağı təhdid edən turşuları təsirsiz hala gətirəcək olan "bikarbonat molekulları"nın meydana gəlməsini təmin edən düsturu və istehsalını necə bilir?

-Mədəaltı vəzi bağırsaqdan gələn təhlükə mesajını necə qəbul edir?

Ağıl sahibi hər insanın da təqdir edəcəyi kimi hüceyrələrin düşünməsi, iradə sahibi olması və qərarlar verməsi, başqa bir orqanın xüsusiyyətlərindən xəbərdar olması və düsturlar çıxara bilməsi qətiyyən mümkün deyil.

Hüceyrələri, sahib olduqları üstün xüsusiyyətlərlə yaradan aləmlərin Rəbbi olan dır. , insanlara öz vücudlarında yaratdığı bu qüsursuz işləri ilə, qüdrətinin və elminin sonsuzluğunu göstərir.

Qram DNT Molekulu = 1 Trilyon CD Dolusu Məlumat

Gələcəyin kompyuterlərini hazırlayan mühəndislər insan genomunu "əldə edilməsi qeyri-mümkün" bir dizayn olaraq xarakterizə edirlər. Bunun səbəbini anlamaq üçün kiçik bir müqayisə edək.

İnsan orqanizmindəki təxminən 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT, o kimsəyə aid bütün xüsusiyyətləri ehtiva edən məlumatı toplamışdır. DNT ağlasığmaz dərəcədə üstün bir dizayna və məlumat saxlama tutumuna malikdir. Belə ki, 1 qram DNT molekulu, 1 trilyon CD-yə bərabər məlumat saxlayar. Bir tək CD-yə yüzlərlə kitab dolusu məlumatın sığdığı düşünüləcək olsa, 1 trilyon CD-lik məlumatı saxlayan DNT-nin varlığı daha yaxşı aydın ola bilər.

DNT-dəki məlumat saxlama sistemi, kompyuter mühəndislərinin hələ təqlid etməyi belə xəyal edə bilmədikləri qədər mükəmməl bir quruluşa malikdir.

DNT molekulu, istisnasız hər insanda və hər heyvanda ilk yaradıldıqları andan etibarən vardır. Bu xatırlandığında, nə qədər üstün bir yaradılışla yaradıldığımız açıq şəkildə ortaya çıxır.

Belə kiçik yerdə, müəyyən bir kod sistemi üzrə düzülmüş atomlarda, canlıların quruluşuna dair bütün məlumatların gizli olması, hər şeyin Yaradıcısı olan ın bənzərsiz gücünü və sonsuz ağlını göstərir.

İman Dəlillərinə Canlılardan Nümunələr

Palıd Qurdu Böcəyinin Dəlmə Mexanizmi

Palamut böceği yaşamının her aşamasında nasıl davranacağını bilir. Larva iken tam yapması gerekenleri yapar, erişkin iken bir ağacı delebileceğini bilir ve buraya yuva yapar. Böceğe bu özellikleri veren Rahman olan 'tır.

Bir taxtanı dəlmək olduqca çətindir. İnsan üçün texniki alət istifadə etmədən bu əməliyyatı kiçik bir böcək bütün ömrü boyunca heç çətinlik çəkmədən edər. Gövdəsindən daha uzun bir borunu başında daşıyan palıd böcəyi, palıd ağacının palıd qozası adlı taxtaya bənzər meyvəsindən asılı yaşayar. Böcəyin başındakı bu borunun ucunda da kiçik, lakin çox kəskin mişar dişi mövcuddur.

Böcək adi halda bu borunu, yeriməsinə mane olmaması üçün, bədəniylə eyni istiqamətdə tutar. Bir palıd qozasının üzərinə gəldiyində isə, borunu ona doğru əyər. Bu halıyla tam bir qazma maşınına bənzəyir. Borusunun mişara bənzəyən ucunu palıd qozasına dayayar. Hərəkətli başını bir sağa bir sola çevirərək borunu oynadar və qozanı deşməyə başlayar. Böcəyin başı bu iş üçün ideal bir dizayna malikdir və fövqəladə bir hərəkət sərbəstliyi göstərir.

Böcək bu şəkildə qazarkən bir tərəfdən də borusu vasitəsilə palıd qozası içindəki meyvəni yeyərək bəslənər. Ancaq meyvənin böyük hissəsinə toxunmaz; bunu yeni doğulacaq balası üçün saxlayar. Dəlmə əməliyyatı tamamlandığında, böcək açılan dəlikdən içəri bir dənə yumurta buraxar. Yumurta, anasının palıd qozası içində açdığı kanalın içinə yerləşdikdən sonra sürfə halını alar. Sürfə palıd qozasını yeməyə başlayar. Yedikcə böyüyər, böyüdükcə də daha çox yeyər. Sürfə nə qədər çox yesə, qoza içində inkişaf üçün özünə o qədər çox yer açmış olar.

Bu vəziyyət, palıd qozasının bağlı olduğu budaqdan düşənə qədər davam edər. Palıd qozası yerə düşərkən çıxan çarpma səsi və sarsıntı, sürfəyi artıq çölə çıxma zamanının gəldiyini xəbər verər. Güclü dişləri sayəsində, daha əvvəldən anasının açdığı dəliyi böyüdər və dəlikdən çölə çıxar. Sürfənin bundan sonrakı ilk işi özünü yerin 25-30 sm-ə qədər altına basdırmaqdır. Burada "pup" mərhələsini keçirəcək və bir-beş il boyunca gözləyəcək. Tam bir yetkin olub torpaq üzərinə çıxdığında isə, bu dəfə o palıd qozalarını dəlməyə başlayar. Pup müddətindəki fərqlilik, yeni sürgündəki palıd qozalarının yaranmasına bağlı olaraq dəyişir.29

Palıd qurdu böcəyinin bu maraqlı həyatı təkamül nəzəriyyəsini çürüdən və ın canlıları nə cür qüsursuz dizaynlarla yaratdığını göstərən dəlillərdən biridir. Diqqət yetirilsə, böcəyin hər cür mexanizmi müəyyən bir plan üzrə dizayn edilmişdir. Qazma borusu, bu borunun ucundakı kəsici dişlər, borunun istifadə edilməsini təmin edən oynaq baş quruluşu, bütün bunlar təsadüflərlə, ya da "təbii seleksiya" ilə açıqlana bilməz. Sahib olduğu uzun boru, qazma işini qüsursuzca yerinə yetirmədiyi müddətcə, heyvan üçün maneədən və qısacası, çətinlikdən başqa bir şey olmayacaq. Buna görə "mərhələ-mərhələ" inkişafı iddia edilə bilməz.

Sürfənin palıd qabığını parçalayacaq güclü dişlərə sahib olması, çölə çıxdığı anda torpağın dərinliklərinə girməli olduğunu "bilməsi" və burada gözləmək üçün də "səbir" etməsi zəruridir. Əks halda, canlı nəslini davam etdirə bilməyəcək və yox olacaq. Bütün bunlar təsadüflərlə açıqlana bilməz və bu kiçik canlının çox üstün bir ağılla yaradıldığını ortaya qoyar.

Bu kiçik canlını qüsursuz orqanlar və qüsursuz instiklərlə yaratmışdır. Çünki O, "qüsursuzca yaradan" dır. (Bəqərə surəsi, 54)

Maraqlı Bir Bitki: Torbaotu

Bir canlının hərəkət qabiliyyəti yoxdursa və ətyeyəndirsə, necə bəslənir? Bu suala ən gözəl cavab olaraq bir su bitkisini nümunə verə bilərik.

Torbaotu avlanmak için kese biçiminde kapanlar kullanır. Yukarıda görülen bu kapanların üzerine dokunmaya karşı çok duyarlı tüyler yerleştirilmiştir. 'ın bir su bitkisinde benzersiz olarak yarattığı bu özel mekanizma doğadaki sayısız iman hakikatinden yalnızca bir tanesidir.

Elm dünyasında Utricularia adıyla bilinən torbaotu su bitkisidir. Torbaotunun kəsə formasındakı qapanlarında üç tip ifrazat vəzi mövcuddur: Bunlardan ilki olan kürəvi ifrazat vəziləri qapanın çöl tərəfində yerləşər. Digər iki tip ifrazat vəzisi, yəni "dörd qollu ifrazat vəziləri" və "iki qollu ifrazat vəziləri" isə qapanın daxili tərəfində yerləşər. Bu fərqli ifrazat vəziləri, çox maraqlı bir tələni mərhələli olaraq işlədər. Əvvəlcə, daxili səthdəki ifrazat vəziləri dövrəyə girər. Bu vəzilərin üzərindəki tüklər, suyu torbaotunun xaricinə doğru nasoslayar. Beləliklə, torbaotunun içində əhəmiyyətli bir boşluq meydana gəlir. Bu boşluğun ağzında isə, dəniz suyunun təkrar içəri girməsini maneə törədən bir qapan vardır.

Bu qapanın üzərində olan tüklər isə, toxunuşa qarşı olduqca həssasdır. Sudakı bir böcək və ya orqanizm bu tüklərə dəyəcək olsa, qapan sürətlə açılar. Təbii olaraq da içi boş olan torbaotuna doğru ani bir su axını meydana gələr. Bu axıntıya qapılan qurban daha nə olduğunu anlamadan qapan bağlanar. Saniyənin mində biri qədər qısa olan bu hadisədən dərhal sonra da, ifrazat vəziləri içəridə həbs olunan ovu həzm etmək üçün ifrazat çıxarmağa başlayar.30

Hər torbaotu bu mükəmməl dizayna malikdir. Eyni ifrazat vəziləri hamsının qapanlarının daxili üzündə yerləşir. Qapanların üzərindəki tüklər də eyni həssaslıqdadır. Bu mexanizm necə ortaya çıxmışdır? Necə olur ki, bu cür su bitkilərinin hamısında eyni xüsusiyyətlər mövcuddur?

Təkamül müdafiəçiləri canlılardakı bu kimi xüsusiyyətlərə təsadüflərlə şərh gətirməyə çalışırlar. Ancaq bu dizayn tək bir həqiqətə işarə edir. Canlılar bədənlərindəki dizaynlara sahib olaraq bir anda ortaya çıxmışlar. Bütün canlıları bu xüsusiyyətlərə sahib olaraq yaradan uca 'dır.

Köpək Balıqlarında Xüsusi Istilik Sistemi

Ağ köpək balıqları ovlarını gözləri ilə izləyərək tutarlar. İsti mərcan qayalıqlarında gəzdiklərində bu canlılar üçün heç bir problem yoxdur. Ovlarını asanlıqla görərlər. Ancaq sərin okeanlarda gəzdiklərində ağ köpək balıqlarının soyuqdan görmə qabiliyyətlərinə təsir etməsi lazımdır.

Normal şərtlər altında soyuq suyun təsiriylə kimyəvi əməliyyatlar yavaşlayacağı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu təqib etmədə çətinlik çəkmələri lazımdır. Ancaq köpək balığı heç bir zaman belə bir problem yaşamaz. Çünki ağ köpək balıqlarının gözləri özləri kimi soyuqqanlı deyil. Bu köpək balığı növündə bədən əzələlərinin istiliyi birbaşa olaraq gözlərə ötürülür. Bunun sayəsində ən sürətli hərəkət edən balıqları, hətta suitiləri belə rahatlıqla ovlaya bilər.31

Yaxşı, görmə duyğuları, suyun içindəki hərəkətləri təqib edə bilməyəcək qədər zəif olan digər növ köpək balıqları necə ovlanırlar?

Bu sualın cavabı köpək balıqlarının mükəmməl yaradılışına bizə təqdim edir.

Elektrik Axınlarına Həssas Köpək Balıqları

Bütün canlılar istilik xaricində elektrik də yayarlar. Quruda yaşayan bir canlının bu axınları hiss etməsi çətindir, çünki hava izolyator vəzifəsini görür. Ancaq suyun içərisində vəziyyət fərqlidir. Elektrik təbii keçirici olan suyun içərisinə axır. Bu səbəbdən, bu elektriki hiss edən bir canlı son dərəcə təsirli duyğuya da sahib olmuş olur. Məhz köpək balıqları da bu üstünlüyə sahib olan canlılardır. Belə ki, sudakı bütün titrəşmələri, suyun temperaturundakı dəyişiklikləri, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər.32

Köpək balıqlarının bədənlərində, içi jele dolu çox sayda çuxur mövcuddur. Bu çuxurlar sıx olaraq köpək balığının başında yerləşdirilmiş olmasına baxmayaraq, balığın bütün bədəni boyunca da paylaşmışdır. "Lorens lampaları" olaraq adlandırılan bu xüsusi orqanlar, mükəmməl bir elektrik qəbulediciləridir. Köpək balıqları və skatlar bu qəbuledicilərini istifadə edərək ovlarını tapırlar. Bu orqanlar, başın və heyvanın üzündəki sivri qisminin üstündə olan məsamələrə bağlıdırlar. Və elektrik qəbulediciləri (elektroreseptor) olaraq son dərəcə həssasdırlar. Belə ki, köpək balıqları, bir voltun 20 milyardda biri böyüklüyündəki axınları belə hiss edə bilərlər.

Bu böyük bir gücdür. Evinizdəki qələm batareyaları düşünün. Məhz 1.5 voltluq bu batareyaların ikisini bir-birindən 3000 kilometr uzağa qoyduğumuzda köpək balıqları bu batareyaların yaydığı axını hiss edəcəklər.33

Bura qədər verilən bütün məlumatlar, köpək balıqlarının fövqəladə dərəcədə kompleks bədən sistemlərinə sahib olduqlarını göstərir. Köpək balıqlarındaki sistem və orqanların bir çoxu bir-birinə bağlı işləyir. Biri olmadan digəri funksiyalarını yerinə yetirə bilməz. Məsələn, elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən təkcə biri belə olmasa, ya da hər hansı bir nasazlıq olsa, Lorens lampaları heç bir işə yaramaz.

Bu açıq həqiqətə baxmayaraq, təkamül nəzəriyyəsinə görə; ilk ortaya çıxan köpək balıqlarının yəni "ibtidai köpək balıqlarının" bugünkü kimi elektrik qəbuledicilərinin olmadığının, ancaq zaman ərzində bu mükəmməl sistemin bir şəkildə meydana gəldiyinin qəbul edilməsi lazımdır. Ancaq belə bir qəbulun məntiqsiz olduğu çox açıqdır. Çünki köpək balıqlarının bu sistem olmadan yaşaması mümkün deyil. Həmçinin belə kompleks bir sistemin zamanla meydana gələ bilməyəcəyi də ortadadır. Vücud əzələlərinin istiliyini birbaşa olaraq gözlərə ötürəcək, elektrik dalğalarını böyük bir həssaslıqla fərq edəcək bu sistemlər tam olaraq ortaya çıxmaq məcburiyyətindədirlər.

Bu səbəbdən, bu sistemin təkamülçülərin iddia etdikləri kimi "mərhələ-mərhələ" inkişafı mümkün deyil. Ara mərhələlərin heç biri hər hansı bir işə yaramayacaq. Necə ki, fosil (daşlaşmış qalıntı) qeydləri də bu həqiqəti təsdiqləyir. Milyonlarla il əvvələ aid köpək balığı qalıqları ilə indiki vaxtda yaşayan köpək balıqları arasında heç bir fərq yoxdur.

Köpek balıklarının denizlerde yaşamasını sağlayan sistemler bir iman hakikatidir. Ancak milyonlarca yıl öncesine ait köpek balığı fosilleri de (sağdaki resim) birer iman hakikatidir. Bir canlının milyonlarca yıl öncesinde de günümüzdeki örnekleriyle aynı özelliklere sahip olması evrimin olmadığının, bu canlının bir anda ortaya çıktığının kanıtlarındandır. Bu durum bize köpek balıklarını yaratanın canlı cansız bütün varlıkları yaratan olduğunu gösterir.

Lorens lampaları köpək balıqlarının sahib olduqları xüsusiyyətlərdən yalnız biridir. Köpək balıqları istər tənəffüs sistemləri, istər yollarını tapmalarını təmin edən maqnit qəbulediciləri, istərsə də sürətli üzmə qabiliyyətləri ilə yaradılış möcüzəsidir. bütün canlıları olduğu kimi köpək balıqlarını da qüsursuz bir şəkildə yaratmışdır.

Bu kimi məlumatlar 'ın yaratdığı gözəllikləri düşünmək üçün bir vəsilədir. Düşünən insanlar üçün də heyvanlarda böyük ibrətlər vardır. bu həqiqəti ayələrində belə bildirmişdir:

göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır.... (Nəhl surəsi, 65-66)

2 Qramlıq Güvəni Təqlid Edən 150 Tonluq Döyüş Texnologiyası

Müasir əsrin ordularının istifadə etdiyi AWACS təyyarələri hücum anını və istiqamətini əvvəldən biləcək şəkildə nəzərdə tutulmuşdur. AWACS-lar yüz milyonlarla dollar xərclənərək qurulan zavodlarda, yüzlərlə elm adamı və mühəndisin ortaq şəkildə icra etdikləri işlərin məhsuludur. Bu təyyarələr üzərlərindəki nəhəng radarı və kompleks kompyuter sistemlərini istifadə edərək özlərindən çox uzaqlardakı düşmənin fəaliyyətlərinə nəzarət edə bilirlər.

Təbiətdəki canlılardan biri də, bütün həyatı boyunca AWACS ilə müqayisədə üstün bir bacarığa sahibdir. Bu canlılar bir neçə qramlıq, 2-2.5 sm-lik güvələrdir.

Bəzi güvə növləri eynilə AWACS təyyarələrindəki kimi "erkən xəbərdarlıq" sistemi ilə təchiz edilmişlər. Bu güvələr qanadlarının altındakı qulaqları sayəsində, düşmənləri olan yarasanın yaydığı səs dalğalarını 100 m uzaqdan belə eşidə bilərlər. Beləcə, düşmənlərinin koordinatlarını və özlərini hədəf seçən bir hücuma başlayıb-başlamadıqlarını müəyyənləşdirə bilərlər.

Bir tərəfdə 150 ton ağırlığında, qanad uzunluğu 40 m-i, boyu isə 44 m-ə çatan AWACS təyyarəsi, digər tərəfdə bir neçə qram ağırlığında qanad açıqlığı da 2.5 sm olan 2 sm. boyundakı güvə ...


Tonlarca ağırlıkta bir uçak ile küçücük bir güvedeki teknoloji karşılaştırıldığında, güvelerdeki yaratılış mucizesi açıkça görülür.

İkisi də eyni texnoloji xüsusiyyətlərə malikdir. Üstəlik, AWACS-ın uçması üçün 9.5 ton təyyarə benzini lazım olarkən, güvənin bu iş üçün bir neçə milliqram bitki suyu alması kafidir ... AWACS-ın radarının və kompyuterlərinin işləməsi üçün kilometrlərlə naqil istifadə edilər, amma güvənin mükəmməl qəbuletmə sistemi üçün yalnız iki qısa sinir lifi kafidir ...

İnsanlığın yüzlərlə illik elmi təcrübəsinin, tonlarla ağırlıqdakı təyyarələrə ancaq sığdıra bildiyi erkən xəbərdarlıq sistemləri, bir neçə qramlıq güvənin qanadları altında kibrit ucu qədər bir sahədə reallaşdırılır.

İnsanların bütün imkanlarını səfərbər etməsinə baxmayaraq, bənzərini belə hazırlamaqda çətinlik çəkdikləri möcüzəvi bir sistem, kiçik bir güvənin bədənində qüsursuzca yaradılmışdır. Hər şeyin Yaradıcısı olan bütün kainatın sahibi və mütləq surətdə hökmdarıdır. Rəbbimizin Məlik sifəti bir ayədə belə bildirilir:

Haqq məlik olan çox ucadır, Ondan başqa ilah yoxdur; Kərim olan Ərşin Rəbbidir. (Muminun surəsi, 116)

Milçək Qulağındakı Dizayn Eşitmə Alətlərinə Tətbiq Edilmişdir

işitme aleti ve sinek

Ormia Ochracea adlı milçək, yumurtalarını cırcıramanın üzərinə buraxar və yumurtalardan çıxan sürfələr cırcırama ilə bəslənərlər. Meşənin içində bir cırcıramanın yerini tapmaq isə olduqca çətindir. Amma Ormia milçəyi, bu iş üçün xüsusi hazırlanmış həssas qulaqları sayəsində, böcəyin yerini asanlıqla tapa bilər.

İnsan beynində də səsin yerini təsbit etmək üçün eyni üsul istifadə edilir. Bunun üçün, səsin əvvəl yaxınlıqdakı qulağa, daha sonra uzaqda olan qulağa çatması kifayətdir. Səsin iki ayrı qulağa neçə millisaniyə fərqlə çatdığını hesablayan beyin, beləcə səsin gəldiyi istiqaməti təyin edər. İnsanda bu hesablama 10 milisaniyədə nəticələnir. Halbuki, Ormia milçəyi, eyni hesabı iynə başı böyüklüyündəki beyniylə üstəlik insandan 1.000 qat daha sürətli bir şəkildə reallaşdır bilir.34

Təbiətdəki dizaynlar insan üçün hər zaman tükənməz bir ilham qaynağı olmuşdur. Müasir texnoloji məhsulların böyük hissəsi təbiətdəki dizaynları təqlid edir. Milyonlarla ildir qüsursuz bir şəkildə işləyən sistemləri təqlid etmək, şübhəsiz ki, dizaynerlərin işini olduqca asanlaşdırır. Milçəyin qulağındakı bu mükəmməl dizayn da, indiki vaxtda Ormiafon adı altında, eşitmə aləti və dinləmə cihazlarının istehsalında təqlid edilməyə çalışılır.

İnsanın yalnız köçürə bildiyi bu kimi dizaynlar örnəksiz yaratma gücünün yalnız 'a aid olduğunu sübut edir.

Kəpənəklərdən Isinən Kompyuter Çiplərinə Həll Yolu

Kelebekleri, özel bir soğutma sistemiyle birlikte yaratan 'tır. Aynı teknolojinin fazla ısınan bilgisayar çiplerine uyarlanması için çalışılmaktadır.

Kəpənək qanadlarındakı mükəmməl dizayn bir möcüzəni də özü ilə daşıyır. ABŞ-da Tufts Universitetində aparılan bir tədqiqat kəpənəyin qanadlarında xüsusi bir soyutma sistemi olduğunu ortaya çıxardı. Kəpənəklər soyuqqanlı canlılar olduqları üçün bədən istilikləri daim tənzimləməlidir. Bu, çox böyük bir problemdir. Çünki böcək uçarkən qanadlarda yüksək dərəcədə istilik meydana gələr. Həll yolu isə, qanın qanadlardakı çox incə lent quruluşların içindən keçirilməsi ilə təmin edilir. Kəpənəyin bədənində yaranan yüksək istilik, qanadlardakı incə damarlarda qanın dövranıyla birlikdə çölə atılır.

Kəpənəklərdəki bu xüsusi soyutma sistemi kompyuter çiplərindəki sistem ilə müqayisə edilmiş və çox üstün bir performansa sahib olduğu görülmüşdür.

Kompyuter çipi texnologiyası inkişaf etdikcə ortaya çıxan istilik problemi də böyüyür. Daha sürətli çiplər, daha çox istilik mənasını verir. Bu istiliyin aradan qaldırılması problemi çip istehsalçılarının gündəmini təşkil edir. Bu mövzuda aparılan işlər nəticəsində kəpənək qanadlarındakı texnologiyanın 2 il içində istehsala girməsi planlaşdırılır.

Elm adamları təbiətdəki canlıları nümunə alaraq dizayn edirlər. Qısacası, canlılardakı unikal sistemlər, texnologiyanın inkişafında və yeni həll yolları tapmasında yol göstəricisi olur.

Bayquşların Səssiz Uçuşları, Dizaynerlərin Yeni Hədəfi

Amerikan Hava Qüvvələrinin "Xəyali Təyyarə Layihəsi" daxilində icra etdiyi tədqiqatlar bayquşlardakı unikal qanad dizaynını ortaya çıxardı.

Bayquşların gecənin səssizliyində ovlarına fərq etdirmədən yaxınlaşa bilirlər. Bu üstünlüyü onlara təmin edən, qanadlarındakı xüsusi dizayndır. Digər quş növlərinin qanadlarındakı tük quruluşu kəskin kənarlıdır. Bayquş tükləri isə bunun tam tərsinə incə, amma kəskin olmayan bir dizayna malikdir. Bu xüsusi dizayn gecə ovlayan bu heyvana uçuş zamanı tam bir səssizlik təmin edir.


Baykuşların sessiz uçuşları hayalet uçaklarda taklit edilmeye çalışılıyor.

NASA Langley Tədqiqat Mərkəzindəki elm adamlarının etdikləri şərhlərə görə, bayquşun yumşaq kənarlı tüklərə sahib qanadları, hava burulğanını, yəni səs-küyü əngəlləyir. Hərbi dizaynerlər, bayquş qanadlarını təqlid edərək, xəyali təyyarələri səmada daha gizli uçura bilmək yollarını axtarırlar.

Hamısı bir iman həqiqəti olan bu kimi dizayn nümunələrini araşdıran elm adamları, ın yaratma sənətindəki bənzərsizliyini ortaya qoyurlar.

Özlərini Qoruya Bilən Bitkilər

Bir çox bitki növü, tırtıl hücumuna məruz qaldıqda, qorunmaq məqsədiylə uçucu üzvi kimyəvi maddələr ifraz edər. Bu kimyəvilər sayəsində təcavüzkar tırtılların düşməni olan ovçu böcəklər bölgəyə gəlir və tırtılları yeyərək bitkini qoruyarlar.

Məsələn, ABŞ-ın Utah əyalətində yetişən tütün bitkisinin yarpaqları, Manduca güvəsinin tırtılı tərəfindən tez-tez hücuma məruz qalar. Tütün bitkisi yarpaqlarını yeyən tırtılın ağız suyunu "analiz edər" və zərər gördüyünü "anlayar". Dərhal müdafiə sistemini "dövrəyə salar" və uçucu üzvi kimyəvi maddələr ifraz etməyə başlayar. Tütün bitkisinin ifraz etdiyi uçucu kimyəvilər sayəsində Geocoris böcəyi dərhal köməyə gələr və tırtıl yumurtalarını yeyərək zərərvericilərin sayının artmasının qarşısını alar.


Tütün bitkisi, Manduca güvesininin (sol altta) bıraktığı tırtıllardan (üstte) kurtulmak için başka bir böceği yardıma çağırır.

Beləcə, əkinə zərər verən tırtıllar bilvasitə strategiya və üstün bir ağıl sayəsində məhv edilmiş olar. Yaxşı bəs,

  • -Bitki zərər gördüyünü necə anlayır?
  • -Bitki tırtılın ağız suyunu necə analiz edə bilir və özünü qorumaq üçün hansı böcəyə ehtiyacı olduğunu haradan bilir?
  • -Bitki özünə kömək edəcək olan Geocoris böcəyinin marağını çəkmək üçün uçucu xüsusiyyətdə kimyəvi maddəni necə ifraz edə bilir?</

Şübhəsiz ki, bir bitkinin özünü düşmənlərindən qorumaq üçün belə ağıllı bir strategiyanı meydana gətirməsi mümkün deyil.

Bitkini qüsursuz xüsusiyyətlərlə yaradan və özünü qorumaq üçün nələr etməsi lazım olduğunu bitkiyə ilham edən aləmlərin Rəbbi olan 'dır.

Allah'ın Varlığının Dəlilləri Hər Yerdədir

Yuxarıda bir neçə nümunəsini saydığımız iman həqiqətlərində də gördüyümüz kimi, 'ın yaratdıqları üzərindəki üstün güc və elminin təcəlliləri açıqdır. Bu iman həqiqətlərini oxuyan heç bir vicdanlı insan, bunların təsadüfən, ya da özbaşına meydana gəldiyini iddia edə bilməz.

Bu nümunələr kimi kainatda, səmadan bitkilərə, insan hüceyrəsindən heyvanların ustalıqla hazırladıqları quruluşlara qədər milyardlarla iman həqiqəti vardır. Bu səbəblə, iman həqiqətlərinə hər yerdə hər an rast gəlmək mümkündür. Əslində həmişə iman həqiqətləri ilə əhatə olunaraq yaşadığımızı söyləmək daha doğru olar. qullarının vücudlarını hər an varlığını xatırladan iman dəlilləriylə yaratmışdır.

Bu vəziyyətdə belə bəzi insanların hələ inkar etməsi, gözlərini kor edən, ağıllarını örtən qəfləti və bu qəflətin böyüklüyünü göstərir. Quran'da bu insanların vəziyyətini belə xəbər verir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “!” De: “Bəs belə olduğu halda 'dan qorxmursunuz?”O sizin Haqq Rəbbiniz olan 'dır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis Surəsi, 31-32)

Açıq bir şüura və görə bilən gözlərə sahib bir insan isə, 'ın dəlillərindən əsla üz çevirib, inkar etməz.

 

Dipnotlar

27- Prof. Dr. Engin Gözükara, İnönü Üniversitesi Tıp Fakültesi Biyokimya Ana Bilim Dalı Bşk., Biyokimya, Nobel Tıp Kitabevleri, 1997, Üçüncü Baskı, s. 579-580

28- Fenella Saunders, Gene-ius Computer, Discover, cilt 21, no. 4, Nisan 2000

29- Mark W. Moffet, "Life in a Nutshell", National Geographic, Temmuz 1989, s. 783-788

30- Stanley Taylor, "Life Underwater" Botanic, sayı 83, Şubat 1988, s. 24.

31- John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Ltd., London 1999, s. 146

32- Marie-Sophie Germain, Science et Vie, No: 966, Mart 1998, s. 85-89

33- John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Ltd., London 1999, s. 17.

34- http://www.comdig.de/ComDig01-16/# 14.3

6 / total 8
"Harun Yəhyanın İman Həqiqətlərinin Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com