< <
3 / total: 31

Allah Hər Yeri Əhatə Etmişdir

İnsanların bir qismi, Allahın müəyyən bir yerdə olduğunu zənn edər. Xüsusilə Allahın səmada, kainatın uzaq bir yerində olduğu şəklindəki bir batil inanc olduqca geniş yayılmışdır. (Allahı tənzih edirik). Əslində isə, Allah hər yerdədir və hər şeyi əhatə etmişdir. O, əsil və tək mütləq varlıqdır və bütün varlıqların Ona boyun əydiyi bir ayədə belə xəbər verilir:

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur (Bəqərə surəsi, 255)

Allah, hər an, hər yerdədir. Allahın olmadığı heç bir yer, nəzarətinin olmadığı heç bir varlıq və canlı yoxdur. Hər şeyə gücü çatan Allah hər cür zəiflik və acizlikdən münəzzəhdir.

Allah, tək mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir və Allah bütün kainatda təcəlli edir. Hədislərdə rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.v), Allahın göydə olduğunu söyləyən bir şəxsə doğru söylədiyini bildirmişdir. Ancaq bu rəvayət, Allahın hər yerdə olduğu həqiqətiylə heç bir şəkildə ziddiyyət təşkil etmir. Çünki, dünyanın sizin olduğunuz nöqtəsindəki bir adam əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə bir başqa insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı bir insan, Amerikadakı bir insan, Ekvatordakı bir insan da eyni şəkildə əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit istiqamətdən söz etmək mümkün deyil. Eyni şəkildə kainatın və kosmosun fərqli nöqtələrindəki cinlər, mələklər, şeytanlar da göyə doğru dua etsə hər hansı bir sabit göydən və ya istiqamətdən bəhs etmək mümkün olmayacaq, bütün kainatı əhatə edən bir vəziyyət olacaq.

Bunu da unutmamaq lazımdır ki, Allah zamandan və məkandan münəzzəhdir. Allahın Zatı başqadır. Allahın təcəlliləri isə hər yerdədir. Bir insan bir otağa girsə və "burada Allah yoxdur" desə, Allahı inkar etmiş olar. Allahın təcəlliləri o otaq da daxil hər yerdədir. Siz hər tərəfə yönəlsəniz, Allahın təcəllisi oradadır. Allahın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, hər hansı səmtə yönəlsəniz, Allahın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah Bəqərə surəsinin 255-ci ayəsində "... Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir ...." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə, "... Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir." deyilərək, Allahın insanları da, etdiklərini də əhatə etdiyi bildirilmişdir.

 

3 / total 31
"Harun Yəhyanın İslamın İnanc Əsasları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top