< <
4 / total: 31

Allah İnsana Çox Yaxindir

İnsanların böyük bir əksəriyyəti Allahı özlərindən uzaq zənn edər. Halbuki əslində, Allah "Rəbbin insanları əhatə etmişdir" (İsra surəsi, 60) ayəsində buyurduğu kimi insanlara çox yaxındır. İnsanın hər vəziyyətini görər, hər səsini eşidər. Hətta içindən keçən düşüncələri, qəlbindəki sıxıntı və vəsvəsələri bilər. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından daha yaxınıq. (Qaf surəsi, 16)

Allah hər dua edənin, içində etsə belə, duasını eşidər və ona cavab verər. Bu vəziyyət Quranda belə xəbər verilir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allah insanın ürəyindən keçənləri də bilir. İnsanın etdiyi bir davranışı Öz rizası üçünmü, yoxsa nəfsini təmin etmək üçünmü etdiyini bilir. Bir Quran ayəsində, Allahın insanların düşüncələrini bildiyi belə xatırladılır:

... Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!. (Bəqərə surəsi, 235)

Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. (Taha surəsi, 7)

Allah, bu kitabı oxuduğunuz anda da hər an olduğu kimi sizin yanınızdadır, sizin nə etdiklərinizi görür və nə düşündüyünüzü də bilir. Bu həqiqət Quranda belə bildirilir:

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

 

4 / total 31
"Harun Yəhyanın İslamın İnanc Əsasları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top