< <
16 / total: 31

Mələklərə İman

Mələklər, Quranda bizə bildirildiyi üzrə, Allahın əmrlərini yerinə yetirən qullarıdır. Allah onlara fərqli vəzifələr vermişdir. Vəhy endirən Cəbrayıl ilə yanaşı, insanın iki yanında, etdiklərini yazan mələklər; axirətdə, cənnətdə insanları qarşılayan mələklər və cəhənnəmin gözətçiləri olan mələklər; insanın canını alan mələklər, möminlərə dəstəkçi olan mələklər; elçilərə, olduqları cəmiyyətə Allahın əzabını xəbər verən mələklər, elçilərə uşaq müjdələyən mələklər vardır. Mələklərin, itaətkar, həmişə Allahı təqdis edən, ucaldan varlıqlar olduqları bir ayədə belə xəbər verilir:

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. (Nəhl surəsi, 49)

Mələklər tarix boyunca insanlara Allahın əmrlərini çatdırmışlar. Bir çox peyğəmbərə və hətta hz. Məryəm kimi peyğəmbər olmayan saleh insanlara da mələklər insan görünüşündə gəlmiş, onlara Allahın əmrlərini və hikmətlərini xəbər vermişlər. Bu mövzudakı məlumatları Allah bizə Quranda bildirmişdir. Buna görə, mələklərə iman, Qurana və dinə imanın bir şərtidir. Bir ayədə, mələklərə imanın bir mömin xüsusiyyəti olduğu belə izah edilİr:

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir! (Bəqərə surəsi, 285)

 

16 / total 31
"Harun Yəhyanın İslamın İnanc Əsasları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top