< <
25 / total: 31

Məqsəd Allahin Məmnuniyyətini Qazanmaqdir

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur."
(Zumər surəsi, 11)

İnsanın, Yaradıcımız olan Allahın sonsuz qüdrətinin fərqinə çatdıqdan sonra Onu unudaraq həyat sürməsi, özünü aldatmasından başqa bir şey olmaz. Allahın insandan istədiyi, Onun razılığını hədəfləmək və Onun üçün yaşamaqdır. İnsanı yaradan, ona ruzisini və hər şeyi verən, ona sonsuz olan axirəti verəcək olan Allahdır. Bu düşünüldüyündə, insanın başqalarının razılığını qazanmaq və ya nəfsini təmin etmək məqsədiylə yaşaması böyük bir nankorluqdur. Bu nankorluğun cəzası isə əbədi cəhənnəmdir.

Məhz insan bu həqiqətlə qarşı-qarşıyadır. Ya həyatını Allahın rizası üzərində quracaq və beləcə, Onun razılığını və cənnətini qazanacaq, ya da cəhənnəmə gedən bir yolu seçəcək. Üçüncü seçim haqqı yoxdur. Bir ayədə bu həqiqət çox açıq şəkildə belə ifadə edilir:

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)

Quranda əmr edilən gözəl əxlaq da tamamilə Allah rizası üzərində qurulmuşdur. Məsələn, Allahın bəyəndiyi bir rəftar olan fədakarlıq, əgər qarşılığında bir gözlənti və ya bir göstəriş məqsədi yoxsa, yalnız Allahın razılığı üçün edilərsə qiymətlidir. Quranda möminlərin gözəl əxlaqının yalnız Allah rizası üçün olduğu belə izah edilir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! (İnsan surəsi, 8-9)

Bir insan üçün ola biləcək ən böyük xoşbəxtlik və şərəf, Rəbbimiz olan Allahın özündən razı olmasıdır. Allah verdiyi bütün nemətlərlə qullarını Özündən razı edər. Bir ayədə Allahın razılığını qazanmış və Allahdan razı olmuş möminlərin mükafatı belə izah edilir:

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!. (Beyyinə surəsi, 8)

Allah rizası, yalnız müəyyən ibadətlər və ya müəyyən zamanlar üçün deyil, həyatın hamısı üçün keçərlidir. Aşağıdakı ayədə, bir möminin bütün həyatının tək bir məqsədə istiqamətli olması lazım olduğu belə bildirilir:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

 

25 / total 31
"Harun Yəhyanın İslamın İnanc Əsasları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top