< <
2 / total: 8

Möminlərin Ümidvar Halları

Ümidvar Olmaq Mömin Xüsusiyyətidir

Ümid etmək Quranda möminlərin mühüm xüsusiyyəti olaraq ifadə edilmişdir. Ümidvar olmaq eyni zamanda insanın imanının da göstəricisidir. İnsan imanı dərəcəsində Allahdan ümid edər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmaq üçün böyük həsrət duyar. Çünki Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük gözəlliklər vəd etmişdir. İnsan da Allaha olan etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağı ümid edər. Hər hadisənin yalnız Allahın istəyi ilə baş verdiyini bildiyi üçün, heç bir mövzuda kədərə, pessimizmə və ümidsizliyə qapılmaz. Allahın möminlərin dualarına cavab verdiyini bildiyi üçün, ən pis görünən bir hadisənin belə imtahan mühitinin parçası olduğundan və əvvəl-axır möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.

Ətrafımızda olan-keçən hər şey Allahın "ol" deməsi ilə baş verər. Gördüyümüz hər təsvir Allahın istəyi ilə yaradılar. Heç nə başıboş və nəzarətsiz buraxılmayıb. Hər şey Allahın müəyyənləşdirdiyi tale əsasında yaradılar.

Bunu dərk edən bir mömin, ən mənfi şərtlərdə, ən çətinmiş kimi görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini kəsməz. Çətinliklər qarşısında səbir edən, Allahdan ümidini kəsməyən və heç bir şəraitdə Allahın hökmlərindən güzəştə getməyən insanlar həm dünyada, həm də axirətdə müjdələniblər.

Quranda möminlərin həmişə Allahdan ümid edən ruh halı içində olduqlarını görərik. Həqiqətən də səmimi şəkildə iman gətirən kimsə Rəbbimizi Quranda təsvir edildiyi kimi tanıyıb təqdir edər və bunun nəticəsində, Allahın öz üzərindəki rəhmətini və nemətini görər. Onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allahın qətiyyən vədindən dönməyəcəyini bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, özünə bir çox mükafat qazanma fürsəti verdiyini görər.

Məhz, belə şüura sahib olan mömin Rəbbimizə qarşı həmişə ümüdvar münasibət göstərər, dünyada da, axirətdə də hər şeyin ən gözəlini və ən xeyirlisini Allahdan umar. Quranın bir çox ayəsində Allahın möminlərə dünyada və axirətdə gözəl qarşılıq verəcəyinin bildirildiyini görərik. Allah iman gətirənlərə Öz neməti, lütfünü və rəhmətini bəxş edəcəyini bəzi ayələrində belə müjdələmişdir:

İman gətirərək saleh əməl işləyənlərin, əlbəttə ki, günahlarının üstünü örtəcək və onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Ənkəbut surəsi, 7)

O, iman gətirib saleh əməl işləyənlərə cavab verər və Öz nemətini onlara artırar. Kafirlərə gəldikdə isə, onlar üçün şiddətli əzab var. (Şura surəsi, 26)

Şeytan sizi yoxsulluqla qorxudur və sizə çirkin həyasızlığı əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və bol lütf vəd edir. Allah geniş olandır, biləndir. (Bəqərə surəsi, 268)

Möminlərin duaları və istəkləri də ümid doludur. Ayədə bildirildiyi kimi onlar: ...öz Rəbbinə, qorxu və ümid içində dua edərlər... (Səcdə surəsi, 16). Onsuz da dua etmək özlüyündə ibadət olduğu kimi, möminin Allaha qarşı ümidvar davranışının da bir göstəricisidir. Mömin Rəbbimizin özünə cavab verəcəyinə ümid edərək dua edər.

Mömin Cənnətə Getməyə Ümid Edər

Adnan Oktar: İnsan Allahdan qorxar, ölümdən qorxmaz. Allahdan qorxarıq, yəni günahkar olmaqdan, xətalı olmaqdan çəkinərik. Lakin təbii ki, mömin ümidvardır. Biz cənnətə gedəcəyimizi ümid edirik inşaAllah Allahdan və Allaha qovuşmaqdır ölüm. Onsuz da bir məqsədimiz bu deyil? Biz bunun üçün yaşayırıq. Allahın rizasını qazanmaq üçün yaşayırıq, əgər Allahın rizasını qazanmaq üçün səy göstərdiksə ümidvar olaraq da ölərik və təbii ki, mömin normalda cəhənnəmə getməz, yəni səmimi olan gözəl əxlaqlı müsəlman cəhənnəmə getməz, lakin ümid və qorxu arasında olmalıdır.

Böyük sevincdir ölüm, Allaha qovuşmaqdır. Allaha qovuşmağı matəm havasında ifadə etmək çox anormal hərəkətdir. Allah üçün yaşayacaqsan, Allahı çox sevəcəksən, Allah səni yanına çağıracaq, hər kəs ağlamağa başlayacaq, yerə yatmağa başlayacaqlar, yəni bunun nə məntiqi var? Məsələn, əmisi çağırır, dayısı çağırır onun yanına getdikdə sevinirlər, bir qohumunun yanına getdikdə sevinirlər. Allah çağırdıqda isə, yerlərə atıb özlərini parçalayırlar, Allah çağırdıqda sevinilər, sevinc duyular, fəxr edilər, xoşbəxt olunar, ölüm matəm yeri deyil, sevinc yeridir. Ölü evi deyirlər, ölü evi sevinc evi olar, bir nemətdir, orada Quran oxunar, Allahdan bəhs edilər, axirətdən bəhs edilər, o insanın gözəl əxlaqından bəhs edilər, "Allah bizi də qovuşdursun" deyilər. Allah ən qısa zamanda xeyirlisi ilə bizi də inşaAllah qovuşdursun, ən qısa zamanda demərik də xeyirlisi ilə bizi də Allah qovuşdursun deyərik və sevinc içində olarıq (hörmətli Adnan Oktarın Çay telekanalına verdiyi müsahibədən, 4 mart 2009-cu il).

Ümidvar Olmağın Təməli: "Taleyə Təslimiyyət"

Çoxlu sayda insanın, başına gələn ani və gözlənilməz hadisələr qarşısında tez-tez ümidsizliyə qapıldığı görünər. Məsələn, işində müvəffəqiyyətsiz olan, çox sevdiyi bir əşyanı itirən və ya mütləq keçmək istədiyi dərsdən qalan bir insan, əgər bu mövzuları həyatının məqsədi halına gətiribsə heç gözləmədiyi bu nəticələrdən hər hansı birinə tab gətirə bilməz və böyük kədər yaşayaraq sarsılar.

Çünki bütün ümidlərini, hədəflərini, hadisələrin özü planlaşdırdığı kimi baş verməsinə başlamışdır. Lakin həyatı həmişə qurduğu plana görə işləməz, həyatın gedişatında gözləmədiyi bir çox hadisə ilə də qarşılaşa bilər.

Məsələn, memar olmağı çox istəyən bir insan memarlıq imtahanlarına çox yaxşı hazırlaşmışdır. Gələcəklə əlaqədar bütün planlarını irəlidə memar olacağını düşünərək qurmuşdur. Lakin heç gözləmədiyi bir şey olar və memarlıq əvəzinə başqa ixtisasa qəbul olar. Memar olmağı planlaşdırarkən, çox fərqli bir peşənin təhsilini almaq məcburiyyətində qalar.

İdmanla məşğul olan və həyatı boyu idmanla əlaqədar işlər görəcəyini planlaşdıran bir insan da gənc yaşında sağlamlığını itirərək idmanla əlaqəsini kəsmək məcburiyyətində qala bilər. Yaxud diqqətlə yeni bir ev döşəyən insan həmin evdə heç otura bilmədən borca görə evini satmaq məcburiyyətində qala bilər.

Yaşadığı həyatı boyunca bunlara bənzər bir çox gözlənilməz hadisə insanın başına gələ bilər. Əslində, bir an sonra belə nə olacağı, insanın nə ilə qarşılaşacağı bəlli deyil. Bu mövzuda tək bilinə biləcək şey, insanın yaşayacaqlarının, hələ o doğulmadan yüzlərlə, hətta milyardlarla il əvvəldən bəlli olmasıdır. Daha doğrusu, insanın yaşayacağı hər an "zamansızlıqda" müəyyəndir. İnsan günü, saatı gəldikdə həmin hadisəni mütləq yaşayacaq. Bu, onun taleyidir. Allahın müəyyənləşdirmiş olduğu tale mütləq yaşanacaq. Bu vəziyyəti gündəlik həyatdan bir nümunə ilə belə açıqlaya bilərik:

Zehnimizdə iki avtomobilin bir-biri ilə toqquşduğu anı canlandıraq. Ehtimal ki, hər iki tərəfin də mütləq tezliklə çatmaq istədikləri yerlər var. Bəlkə evdə özlərini gözləyən ailələrinin yanına, bəlkə də çatmaq məcburiyyətində olduqları işlərinə getmək istəyirlər. İki tərəf də müəyyən saatlarda evlərindən çıxmış, avtomobillərinə minmişdirlər.

Bəlkə qəzanın baş verdiyi küçəyə girmədən əvvəl qısamüddətli qərarsızlıq anı yaşamış, ən sonunda da hadisənin baş verdiyi küçəyə daxil olmağa qərar vermişdirlər. Sürücülərdən biri və ya hər ikisi də həyatları boyu avtomobillərini çox diqqətlə idarə edən, tədbirli insanlar ola bilər. Lakin tam o əsnada biri gözünü yoldan ayırıb avtomobilin maqnitofonu və ya başqa hər hansı mövzu ilə maraqlanar. Hər şey o hadisənin olması üçün xüsusi təşkil edilmişdir, hər təfərrüat insanları o hadisəyə aparar.

Ümumiyyətlə yaşananlar bir an içində baş verər. Avtomobillərin bir-biri ilə toqquşması, gözlənilməyən hadisənin yaşanması çox qısa müddətdə gerçək ola bilər. Halbuki o hadisənin hər təfərrüatını taledə Allah yaratmışdır. Avtomobilləri idarə edən insanların qəza anında diqqətlərinin dağılmasına, maqnitofonda çalan musiqiyə, qəzanı edənlərin paltarlarına qədər hər şey taledə əvvəlcədən mövcuddur. Qəzanı törədəcək insan o gün o paltarı geyər, evindən çıxar, qəzanın baş verdiyi küçəyə daxil olar və həmin qəzanı mütləq törədər. Heç nə o qəzanın yaşanmasına mane ola bilməz.

Allah bu cür təqdir etmişdir. Bu mövzuda, "kaş ki, o küçəyə girməsəydim", "kaş ki, maqnitofonla deyil, yol ilə maraqlansaydım" kimi məntiqlər irəli sürmək olduqca səhv olacaq. Bu yanlış dünyagörüşü ilə heyfislənmələrin, peşmanlıqların sonu da gəlməz. Qəzanın səbəbi axtarılsa, bir çox səbəb göstərilə bilər. Lakin işin əsli, o hadisə taledə səbəbləri ilə birlikdə hazır vəziyyətdə yaradılmışdır.

Bu həqiqətlə ilk dəfə üz-üzə gələn insan "bəs o zaman nə edə bilərəm?" deyə düşünə bilər. Madam ki, hər şey taledə hazır vəziyyyətdə yaradılıb və hamısını Allah bilir, bu təqdirdə insan necə davranmalıdır?

Yuxarıdakı sualların cavabı, hər şeyin doğrusunu öyrəndiyimiz Quranda bizə çox açıq şəkildə açıqlanmışdır. İnsanın özü üçün hazırlanan taleyə təslim olması, yaşadıqlarında həmişə xeyir axtarması, kədərlənməməsi, ümidsizliyə qapılmaması və hər şərtdə şükür edən qul olması Qurana görə ən gözəl və ən doğru davranış olacaq:

De: "Allahın bizim üçün yazdıqlarından başqa bizə heç nə üz verməz. O bizim mövlamızdır. Həmçinin möminlər yalnız Allaha təvəkkül etməlidirlər!" (Tövbə surəsi, 51)

Allah bütün kainatı, planetləri, Günəşi, Ayı, ağacları, okeanları, insanları, heyvanları, bir sözlə, canlı-cansız hər şeyi yaradan olduğu kimi, bütün hadisələri də ən incə təfərüatlarına qədər yaradandır. Bu həqiqət Quranda belə bildirilir:

Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyi Yaradandır, elə isə Ona ibadət edin. O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)

Allaha iman gətirən, axirətin varlığına inanan və Allahdan qorxan müsəlman hər şeyi yaradan Rəbbimizə təslim olar. Yəni başına gələn hər şeyə qarşı olduqca təslimiyyətli olar, hər hansı şeydən ötrü ümidsizliyə qapılmaz. Çünki hər şeyi Allah idarə edər. Rəbbimiz isə onun ən böyük dostu və vəkilidir. Müsəlman Allahdan gəldiyinə iman gətirdiyi üçün, hadisələr qarşısında təşvişə, ümidsizliyə qapılmasının çox yanlış davranış olacağını bilər. Allahın yaratmasının mükəmməlliyindən xəbərdardır; qarşılaşdığı hadisənin ən mükəmməl şəkildə yaradıldığını düşünər. Bəzən hadisələr öz əleyhinəymiş kimi görünsə də, o bütün bunlarda özü üçün xeyir olduğunu bilər. Möminlərin reaksiyaları ilə taleyə təslim olmayan insanların hadisələr qarşısında verdikləri reaksiyalar bir-birlərindən çox fərqli olar. Məsələn, mömin özü üçün çox xeyirli olacağını düşündüyü bir iş görüşünə çatmaya bilər və buna görə də, iş imkanını itirmiş ola bilər.

Lakin taleyin yaşandığını çox yaxşı bildiyi və çalışdığı halda görüşə yetişə bilməməsinin Allahın idarəsində olduğunu bildiyi üçün: "deməli, bu iş mənim üçün xeyirli deyilmiş" deyə düşünər və hadisənin o cür yaşanmış olmasına şükür edər. Allahın özü üçün daha xeyirli bir nəticə yaradacağını ümid edər. Görüşə gecikmə səbəbi olaraq, tıxacı və ya partlayan təkərini düşünməsinin çox yanlış olacağını bilər. Belə ki, Allah istəsə tıxac yaranmaz və ya heç bir təkər partlamaz.

Tıxac, partlayan təkər və ya buna bənzər şərtlər, əlbəttə ki, insanın gedəcəyi yerə gecikməsinə görünən səbəb təşkil edərlər. Lakin görünən şərtlərdən olduqca əhəmiyyətlisi, insanın neçə illər əvvəl onun üçün hazırlanmış və olması lazım olduğu şəkildə işləyən taleyidir. Yuxarıdakı nümunədə bəhs olunan insanın taleyini Allah "o görüşməyə qatılmamış" kimi yazmışdır. Dolayısilə heç bir şərtdə qatıla bilməsi qeyri-mümkündür.

Əgər hər hansı maneə meydana gəlirsə, bütün bunlar, Allah möminlərə bir xeyir istədiyi üçün olur. İnsanın bu təslimiyyəti tam qavraya bilməsi üçünsə, Allahı tam mənası ilə dost və vəkil tutması və Ona səmimiyyətlə yönəlməsi lazımdır.

Allahın Quranda insanlara əmr etdiyi əxlaq modelinin ən mühüm xüsusiyyətlərindən biri (insanın hansı şərtlə qarşılaşsa da) heç vaxt ümidsizliyə və yanlış düşüncəyə qapılmamasıdır. Ümidsizlik, imansızlığın və ya zəif imanın göstəricisidir. Hadisələri Allahın yaratdığını, hər şeyin müəyyən tale əsasında baş verdiyini qavraya bilməməyin nəticəsidir. Bu, Allahın Quranda önəmlə bildirdiyi səhvlikdir. Çünki ümidsizliyin altında Quran əxlaqına müxalif ruh və düşüncə tərzi yatır. Bu da Allahın qadağan etdiyi davranışdır. Qurana baxdığımızda Allahın bir çox ayədə insanlara təvəkküllü olmağı, ümidvar olmağı, hər hadisəni xeyir gözüylə qarşılamağı tövsiyə etdiyini görərik.

Möminlər insanlar üçün ən ağır deyilə biləcək, məsələn, yaralanma, bütün mal-dövlətini itirmə kimi gözlənilməyən hadisələrlə də qarşılaşdıqları zaman olduqca təvəkküllü, səbirli görünüş göstərərlər. Bunun səbəbi hadisələri Allahın yaratdığını bilmələridir. Ətrafımızda gördüyümüz və görmədiyimiz hər cür canlını mükəmməl şəkildə yaradan, hər birinə həyat verən Allahdır. Hər şeyi yaradan Allah, yer üzündə yaşayan və yaşamış olan hər insanı və hər birinin taleyini də ayrı-ayrı yaratmışdır.

Bizdən minlərlə kilometr uzaqda, tam fərqli qitədə, dünyanın digər ucundakı bir ölkədə yaşayan insanın yaşadığı ən incə təfərrüatlar da Allahın nəzarətində baş verir. Allah hər şeyi əhatə etmişdir, eləcə də, hər şeyi və hər məkanı görür, hər səsi eşidir. Üstəlik, onsuz da, "məkan", "səs", "görünüş" kimi anlayışları yaradan bilavasitə Allahdır.

Beləliklə, hər şey Allahın nəzarətində olduğu halda, insanın başına gələn hadisə qarşısında ümidsizliyə qapılması çox yanlış hərəkət olar. Çünki həmin hadisə, insan istəsə də, istəməsə də, mütləq baş tutacaq. Həmçinin bütün hadisələr insanın xeyirinə baş verir. Burada əsl əhəmiyyətli olan, hadisələrdəki xeyiri görə bilməkdir. Xeyir axtaran insan, əslində hadisələrin nə qədər mükəmməl olduğunu görəcək və imanı artacaq.

Ümidlə ümidsizlik arasında da buna bənzər fərq var. Ümid ağla və məntiqə nə qədər uyğundursa, ümidsizlik də bir o qədər zidddir. Məsələn, insan çox yaxşı hazırlaşdığı bir imtahanda müvəffəqiyyət qazanmamış ola bilər. Çox çalışmış olmasına baxmayaraq, imtahanı keçə bilmədiyi üçün sarsıldığını, ümidsizliyə qapıldığını fərz edək. Bunun ona mənəvi və maddi cəhətdən heç nə qazandırmayacağı aydındır. İnsan ümidsiz ruh halı ilə heç nəyə nail ola bilməz. Üstəlik, yaşadığı əhval pozğunluğu, dərd və sıxıntıdan ötrü ruhi və bədən cəhətdən də zərər görəcək.

Halbuki Allah onun üçün bəlkə də başqa bir xeyiri istəyir. Bəlkə də onun üçün həmin il o universitetdə oxuması deyil, imtahana təkrar hazırlanması xeyirlidir. Bəlkə növbəti il daha yaxşı universitetə daxil olacaq. Yaxud daxil olmaq istədiyi universitet, qəbul olmaq istədiyi peşə sahəsi gələcək həyatında onun üçün sıxıntı və çətinlik yaradacaq.

İnsanlar həyatları boyu bəzən xeyirini bilmədikləri bu cür hadisələrlə qarşılaşarlar. Çox istədikləri işə girə bilməz, çox ehtiyacları olan yüklü miqdarda pulu itirər, böyük zəhmətlə qazandıqları pulla aldıqları qiymətli əşyaları oğurlanar və ya sevdikləri bir insanı itirərlər… Buna bənzər hadisələr hər insanın başına gələ bilər. Allah ayədə insanların malları və canları ilə sınanacaqlarını ifadə edib. Ayələrdən səbir edənlərin xeyirə nail olacaqları, üsyan edən, ümidsizliyə qapılanların isə itki ilə qarşılaşdıqları aydın olur. Səbir edən və səbri müqabilində cənnətə gedənlərdən olmaq üçün, əlbəttə, "ümidvar olmağın əhəmiyyətini" çox yaxşı qavramaq lazımdır.

Ümidvar olmağın, "Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər”, (Yusif surəsi, 87), ayəsi ilə fərz olduğunu, yəni Allahın əmri olduğunu, əksinin isə Allahın bəyənmədiyi əxlaq olduğunu bilmək və Allahı dost tutub, Onun rizasını qazanmağa çalışmaq lazımdır.

Taleyə Təslimiyyət Həyatı Gözəlləşdirən Nemətdir

Adnan Oktar: Allah sonsuz ağıldır, sonsuz gücdür. Sonsuz olan hər şeydir Allah. İnsanlar qul kimi yaradılarlar. Qul kimi yaradıldığı zaman, taleyi bəlli olaraq yaradılar. Yəni başlanğıcı vardır insanın. Lakin sonu yoxdur. Sonu cənnətə və ya cəhənnəmə gedər. Lakin burada son yoxdur. Məsələn, biz hazırda sizinlə danışırıq. Bu 2007-ci ildə olur, lakin hələ siz dünyaya gəlmədən burada bu danışığı aparmışdınız. Mən də hələ dünyaya gəlmədən burada bu danışmağı aparmışdım. Sözlər bəlli idi. Məsələn, neçə stəkan su içəcəyim, buradakı çiçəklərin sayı, bir qədər əvvəl külək salfet kağızı yerə saldı, müxtəlif yerlərə yayıldı o. O da taledə yerləri bəlli idi. Bütün bu təfərrüatlar bəllidir. Həmçinin bu qətiyyən dəyişməz. Biz qul olduğumuz üçün taleyə tabe olarıq. Allahın yaratdıqlarını görərik.

Əl-Cəzirə: İndi hadisə daha çətinləşdi.

Adnan Oktar: Xeyr, daha gözəlləşdi. Allah bizi idarə edir. Bu mövzuda heç zəhmət çəkməməyimiz üçün, Allah taleyi yaratmışdır. Çox böyük nemətdir. Məsələn, sizin soruşacağınız hər sual taledə bəllidir. Mənim verəcəyim hər cavab taledə bəllidir. Hərflərinə qədər bəllidir. Buna görə də, çətin olan heç nə yoxdur. Kameraların gedəcəyi yerlər bəllidir. Buradan keçəcək gəmilər bəllidir. İnsanın edəcəyi, çətinlik çəkəcəyi heç nə yoxdur. Sadəcə Allaha təslim olmalıdır, taleyə təslim olmalıdır. Allahın göstərdiyi gözəl görünüşləri seyr etməli, Ona şükür etməli, həmd etməlidir. Onun böyüklüyünü söyləməlidir. Allahı təqdis etməlidir. SübhənAllah deməlidir. Bu. Yəni fərzləri yerinə yetirməlidir (hörmətli Adnan Oktarın Əl-Cəzirə telekanalına verdiyi müsahibəsindən, avqust 2007-ci il).

Allahın Bəxş Etdiyi Sonsuz Nemətlər, Ona Güvənməyi Və Rəhmətindən Ümidvar Olmağı Tələb Edir

Möminin Allaha təslimiyyətini artıran ünsürlərdən biri də Allahın "Vədud" sifətini düşünməkdir. Allahın bu sifəti "çox sevən" mənasını verir. İnsanı yaradan, ona ruzi verən, sevdiyi hər şeyi ona verən, güldürən, görə bilməsini, eşidə bilməsini, düşünə bilməsini təmin edən, dua etdiyi zaman dualarını eşidib qəbul edən və ona daha bir çox nemətlər verən Allahdır.

Allah insanlar üçün ən gözəl rənglərdə, ən gözəl dadlarda yemək və içkiləri yaradandır. Çiyələyi, bananı, alçanı, portağalı, qarpızı, qovunu, pomidoru, kökü, bibəri, qarğıdalını, dondurma və ya şokolad növlərini və insanlara zövq verən daha minlərlə ləzzəti Allah yaradır. Bunlarla yanaşı, Allah insanların xoşuna gələn heyvanları, bitkiləri, ağacları, dənizi, çimərlikləri, idman növlərini, musiqi növlərini, izləyib bəyəndiyi filmləri, xoşladığı avtomobilləri və burada saymaqla bitirilə bilməyəcək bütün gözəllikləri də yaratmışdır.

Bunlara baxmayaraq, insanların çoxu nankorluq edər, Allaha tam şəkildə güvənə bilməz və Allahın rəhmətindən ümidlərini kəsərlər. Bu vəziyyət bir ayədə belə ifadə edilir:

Sizə istədiyiniz hər şeyi verdi. Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim Surəsi, 34)

Allah insanlara istədikləri hər şeyi vermişdir. İnsan öz nəfsində səmimi şəkildə təfəkkür etdikdə bu həqiqətə özü də şahid olacaq. Bunun qarşılığında Allahın insanlardan istədiyi şey təslimiyyətli, əlindəki nemətlərə görə qürurlanmayan və ya itirdiklərindən ötrü ümidsizliyə qapılmayan, dünya ehtiraslarından uzaq, məmnun ruh halı içində Ona yönəlmələridir, axirətdəki həqiqi və əbədi həyatlarını düşünmələri və buna görə davranmalarıdır.

Allah ayələrində bu dünyanın imtahan yeri olduğunu da ifadə edir. Çünki bu dünya həqiqi yurd deyil, əsil əbədi qalınacaq yer olan axirət yurdu üçün hazırlıq görmə, ruhi və əxlaq cəhətdən yetkinləşmə məkanıdır. Bu vəziyyətdə insanlar yaşadıqları müddət boyunca müxtəlif imtahanlarla qarşılaşacaqları üçün, Allaha təvəkküllü olmalı və hər cür imtahanla sınana biləcəkləri həqiqətinə hazır olmalıdırlar.

Özləri üçün hazırlanmış taleyi seyr edərkən, səbir edib ən gözəl rəftarı göstərənlər həm dünyada, həm də axirətdə qazanclı çıxacaq və bir çox xeyirlə qarşılaşacaqlar. Özlərini hadisələrin gedişatına buraxıb, taledən qafil şəkildə Qurana zidd reaksiyalar göstərənlər isə özlərinə zülm etmiş və Allahın rəhmətindən uzaqlaşmış olacaqlar.

Allah dünyaya bağlı, gələcək qayğısı olan, həris, hadisələri özünün idarə etdiyini sanaraq təkəbbürlənən və ən kiçik problem qarşısında ümidini itirib, nankorluq edənlərdən isə razı olmadığını bildirmişdir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan bunu geri alsaq, o, ümidini kəsmiş nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” deyər. Çünki o, lovğadır. Səbir edən və saleh əməllər işləyənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük mükafat var. (Hud surəsi, 9-11)

Məhz möminlərin hər vəziyyətdə çox təvəkküllü olmaları, sevinclərindən və şövqlərindən heç nə itirməmələrinin sirri, iman gətirmələri və Allaha çox güvənmələridir. Möminlər çətin kimi görünən hadisələr qarşısında hər şeyin Allaha aid olduğunu, Allahın verdiyini və Allahın alacağını qavramış olmağın şüuru ilə hərəkət edərlər.

Könüllü Təslimiyyət Səmimi Iman Şərtidir

Adnan Oktar: Bildiyiniz kimi insanlar pula, mala, mülkə çox maraq göstərirlər, instinkt olaraq qorxunc ehtiras var. Ən çox ehtiras etdiyi şeydən, insanlara payladığın zaman, ruhları yetkinləşmiş olur, yəni ruhlarındakı o azğın duyğular sakitləşmiş olur, şəfqəti və sevgini daha şiddətli dadmış olur və Allaha təslimiyyətin zövqünü və gözəlliyini görmüş olur. Məsələn, bol pulu olan var-dövlət sahibinin ətini qopartmaq kimidir ondan pul istəmək, yəni "canımı istə, malımı istəmə" məntiqinə sahib olur onlar və çox şiddətli əzab da çəkər bir şeyə pul xərcləyərkən, yəni xəsislikdən özləri də məcburdur, lakin bunu edərlər.

Müsəlman Allah yolunda bol-bol xərclədiyi zaman, ruhunda fərəhlik və rahatlanma olur, həmçinin Allaha daha yaxınlaşar. Allah onu vəsilə edir, “bunu etsəniz sizin hidayətinizi artıraram” deyir Allah; mömində hidayət artımı olur, qəlbi fərəhlənir, ağlı açılır, həmçinin cəmiyyətdə nizam yaranır, zəngin və kasıbların sayı bərabərləşir, yəni tarazlıq meydana gəlmiş olur, düzgünlük meydana gəlmiş olur və ictimai ədalət yaranmış olur, bunun üçün də infaq, yəni ehtiyacdan artıq qalanı paylamaq müsəlmanın ən mühüm vəzifələrindəndir. Yəni cəmiyyəti ən gözəl hala gətirən, dinc hala gətirən, mehribanlığı artıran, sevgi ruhunu təşviq edən gözəllikdir, bu hz. Mehdi (ə.s) dövründə ən şiddətli olacaq. O qədər çox hədis vardır ki, hz. Mehdi (ə.s) dövründə malın bollaşacağı, hətta pula ehtiyac qalmayacağı, yəni mal bolluğundan insanlar nə edəcəklərini bilmirlər. Mal bolluğu problem olur, kasıblıq deyil, əksinə mal bolluğunun problem yaranacağı bildirilir Axırzamanda (hörmətli Adnan Oktarın Tempo telekanalına verdiyi müsahibədən, 3 fevral 2009-cu il).

Allahın Möminlərə Verdiyi Gözəl Vədləri Ümidvar Olmağı Tələb Edir

Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük nemətlər verəcəyini vəd etmişdir. İnsan da Allaha olan imanı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti nəticəsində bu nemətlərə qovuşmağı ümid edər. Nemətləri də Allaha yaxınlaşmağa, şükür etməyə, Onun sonsuz sifətlərinin təcəllilərinə, gözəlliklərinə şahid olmağa vəsilə kimi görər. Buna görə də, Allahdan daha çox nemətə sahib olmağı istəyər. Allah gözəl davrananlara gözəllik bəxş edən olduğu üçün, möminlər nemətlərin davamlı artmasını istəyər və bunlarla Allaha yaxınlaşarlar.

Allaha dərin imanla iman gətirən və Onun özündən istədiklərini yerinə yetirən insanın vicdanı çox rahatdır. Dünya həyatı boyu Allaha qarşı göstərdiyi bağlılıq əvəzində, Rəbbimizin özünü cənnətlə mükafatlandıracağından yana böyük ümid içində olar. Sahib olduğu bu ümid, həyatının hər anına əks olunar. Hələ dünyada yaşayarkən "cənnətə qovuşmuş kimi" sevincli, şən və həyəcan doludur. Çünki Allahın dost tutmuş, Onun rizasını qazanmaq üçün çalışmış, nəfsini pisliklərdən təmizləmiş və həmişə xeyir ardınca qaçmışdır. Sonunda isə, Rəbbimizə qovuşacaq. Bunun həyəcanını daşıyan mömin, axirətdə Allahın rizasını qazanmış şəkildə ona qovuşmaqdan yana böyük ümid içindədir.

Allah bir çox ayəsində iman gətirənləri dəstəyi və cənnəti ilə müjdələyir. Allah Öz yolunda xidmət edən bütün müsəlmanları mütləq mükafatlandıracaq. Bu həqiqəti bilən müsəlmanlar da etdikləri hər saleh əməlin, hər cür yaxşılığın, gözəl əxlaqın və Qurana bağlılıqda qətiyyətli olmağın qarşılığını mütləq Allah qatında alacaqlarını bildiklərindən təvəkkülün, təslimiyyətin, səbrin və imanın gözəlliyini yaşayacaqlar.

Məhz belə şüura sahib olan mömin Rəbbimizə qarşı həmişə ümidvar olar. Dünyada və axirətdə hər şeyin ən gözəlini və ən xeyirlisini ümid edər. Quranın bir çox ayəsində Allahın möminlərə gözəl qarşılıq verdiyini, onlara nemət, lütf və rəhmətini vəd etdiyini görürük:

İman gətirərək saleh əməl işləyənlərin, əlbəttə ki, günahlarının üstünü örtəcək və onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Ənkəbut surəsi, 7)

O, iman gətirib saleh əməl işləyənlərə cavab verər və Öz nemətini onlara artırar. Kafirlərə gəldikdə isə, onlar üçün şiddətli əzab var. (Şura surəsi, 26)

Müsəlmanlar bəzən yer üzündəki imtahanın tələbi olaraq çətinliklərlə də sınana bilər, bəzi çətinliklərə məruz qala bilərlər. Quranda möminlərin müxtəlif dövrlərdə fərqli təzyiq və hücumlara məruz qaldıqlarını, təzyiq altına alındıqlarını, bəzən həbs olunduqlarını, həbsxanaya girdiklərini, hətta tarixdə bir çox müsəlmanın öldürülmüş olduğunu görürük. Lakin əksər hallarda göz dağı vermək, qorxutmaq, şövqü yox etmək, din əxlaqını yaşamaqdan imtina etdirmək üçün, təzyiq altına alınmağa çalışılan möminlərin, bu çətinliklər qarşısında ümidləri heç vaxt yox olmaz. Başlarına bu cür hadisələr gəldikdə inkarçıların gözlədiklərinin əksinə, daha çox şövqlənərlər. Allahın, möminlərin inkar edənlər tərəfindən təzyiq altına alınmağa çalışılacaqlarına dair ayələrini xatırlayar, öz üzərlərində bu ayələrin təcəlli etməsindən dolayı böyük həyəcan duyaraq şükür edərlər. İnkar edənlər onları qorxutmuş olduqlarını zənn edərkən, möminlər imanlarının sevincini yaşayır, Allahın özlərinə olan vədlərini təfəkkür edirlər.

Allah ayələrində şirk qoşmayacaqları təqdirdə, möminlərə mütləq inkarçılar qarşısında qələbə bəxş edəcəyini və onları qorxularından sonra dinclik və əmin-amanlığa qovuşduracağını vəd edir:

Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi onlar da yer üzündə “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinini onlarda hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Allaha və ayələrinə səmimi qəti məlumatla iman gətirən möminlər inkar edənlərin qurmağa çalışdıqları tələlər və təzyiqləri qarşısında Allahın bu vədini xatırlayar, ümid və sevinc dolu şəkildə səbir edərlər. Möminlərin bu davranışları isə inkar edənlər üçün ürək ağrısı olar. Möminlərin bu təvvəkküllü rəftarları onlara Allahın qəzəbini və özlərini gözləyən dünya və axirət əzabını hiss etdirər. Təsviredilməz qorxu və narahatlığa qapılarlar.

Quranda möminlərin həmişə Allahdan ümid edən ruh halı içində olduqlarını görərik. Səmimi şəkildə iman gətirən insan, Rəbbimizi Quranda təsvir edildiyi kimi, tanıyıb təqdir edər və bunun nəticəsində, Allahın öz üzərindəki rəhmətini və nemətini görər. Allahın ayələrinə bağlı qalan insan, onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allahın qətiyyən vədinə xilaf çıxmayacağını bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı istədiyini, ona rəhmət və hidayət qapılarını açdığını, önünə bir çox mükafat qazanma fürsəti çıxartdığını görər.

Möminlərin özlərinə hər vaxt gözəllik müjdələyən Rəbbimizə qarşı olan şövqlü və ümidvar halları isə, Fəth surəsindəki ayədə belə təsvir edilir:

Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq istəyən görərsən... (Fəth surəsi, 29)

Ayədə göründüyü kimi, Allahın vədlərinə qarşılıq möminlərin rəftarı, həyatları boyu Rəbbimizi məmnun edəcək davranışlar göstərmələridir. Özlərinə dünyada və axirətdə verilən müjdələrə qarşılıq möminlər, həmişə Allahın elçiləri və kitabları ilə bildirdiyi əmrlərinə tabe olar, Onun məmnun olacağı gözəl əxlaqı ən gözəl şəkildə yaşamaq üçün səy göstərərlər. Allahın mərhəmətli, anlayışlı, ədalətli, səbirli, ümidvar, təvazökar, köməksevər, fədakar qullarından məmnun olduğunu bilər və bu əxlaqın ən üstününə sahib olmaq üçün bir-birləri ilə yarışarlar. Çünki Allah qullarının cənnətə qovuşma ümidi ilə yarışmalarını əmr edib:

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göylər və yer qədər olan Cənnətə (qovuşmaq üçün) yarışın, belə ki, o, müttəqilər üçün hazırlanmışdır. Onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyənlər, qəzəblərini boğanlar və insanlardan bağışlama ilə (vaz) keçənlərdir. Allah yaxşı iş görənləri sevər. Həmçinin “çirkin həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını istəyənlərdir. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis işlərdə) bilə-bilə israr etməyənlərdir. Məhz bunların mükafatı, Rəbbindən bağışlanma və içində əbədi qalacaqları altından çaylar axan cənnətlərdir. (Belə) edənlərə necə də gözəl qarşılıq (mükafat var). (Ali İmran surəsi, 133-136)

Rəbbiniz tərəfindən bağışlanmağa və cənnətə (qovuşmaq üçün) “səy göstərib yarışın”, belə ki, (o cənnət) genişliyi göyün və yerin genişliyi qədər olub, Allaha və Onun Rəsuluna iman gətirənlər üçün hazırlanmışdır. Məhz bu, Allahın lütfüdür ki, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

Allah səmimi qullarına dünyada gözəl həyat, üstünlük və zəfər, axirətdə isə, sonsuz gözəlliklərlə dolu, əbədi yurd olan cənnəti vəd etmişdir. Ayələrdə belə bildirilir:

Ədn cənnətləri ki, Rəhman Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Allah mömin kişilərə və mömin qadınlara içində əbədi qalmaq üçün, altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahdan olan razılıq isə ən böyükdür. Məhz, böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 72)

Bununla iman gətirənlərin bir-birlərini müjdələməsini əmr edən Allah, cənnəti hələ dünyada yaşayarkən mömin üçün sevinc və ümid vəsiləsi etmişdir. Cənnət, bir insanın arzu edə biləcəyi, xəyal edə biləcəyi, sahib olmaq istəyə biləcəyi bütün gözəlliklərin və Allahdan rəhmət olaraq bunlardan qat-qat üstün şeylərin olduğu, sözlərlə tərif edilə bilməyən gözəllikdəki məkandır.

Orada müsəlmanlar istədikləri hər şeyi edə biləcək və sevdikləri insanlarla birlikdə əbədi xoşbəxtlik içində yaşayacaqlar. Cənnət, heç bir qüsurun olmadığı, maddi-mənəvi bütün çatışmazlıqlardan uzaq yerdir. Quranda cənnətdən; "altından çaylar axan", "hara baxılsa nemət və böyük mülklə" qarşılaşılan, "kəsilib azalmayan və qadağan edilməyən" nemətlərlə dolu məkan kimi bəhs edilmişdir. Həmçinin: "...Orada nəfslərin istədiyi və gözlərin ləzzət (zövq) aldığı hər şey var..." (Zuxruf surəsi, 71) deyə xəbər verilmişdir. Cənnət mənəvi cəhətdən də sonsuz nemətlərlə dolu məkandır. Allah cənnətdə boş söz eşidilməyəcəyi, kin və qəzəbin olmayacağı, hər an sevinc və xoşbəxtlik dolu məşğuliyyət olacağı və ən önəmlisi də inananlara Allahdan sözlü salam olduğu xəbər verilmişdir. Quranda cənnətə girəcək olan möminlərə belə səsləniləcəyi bildirilir:

Ey mutmain (razı qalmış) nəfs, Rəbbinə, razı qalmış və razılıq qazanmış halda qayıt. Artıq qullarımın arasına daxil ol. Cənnətimə gir. (Fəcr surəsi, 27-30)

Başqa ayələrdə isə cənnətə girəcək olan möminlərin yaşadıqları sevinc, xoşbəxtlik və Allaha olan şükürləri belə xəbər verilmişdir:

Onlar dedilər: "Bizə verdiyi vədinə sadiq qalan və bizi bu yerə varis etmiş Allaha həmd olsun ki, cənnətin istədiyimiz yerində sakin ola bilirik. (Saleh) əməllər işləyənlərin mükafatı necə də gözəldir. Mələkləri isə, ərşin ətrafını əhatə edənlər olaraq, Rəbbinə həmd ilə təqdis etdiklərini görəcəksən. Aralarında haqq ilə hökm verilmiş və "Aləmlərin Rəbbinə həmd olsun" deyilmişdir. (Zumər surəsi, 74-75)

Əlbəttə, cənnətlə müjdələnmiş olmaq, insanın həyatında qazana biləcəyi ən böyük hədiyyədir. Buna görə də, möminlər bu həqiqəti heç vaxt unutmadan, yadda saxlamaq üçün dua edərlər. "Cənnət sevinci" Allahın dünyada müsəlmanlara verdiyi böyük nemətdir. Belə ki, insan özünə böyük miras qaldığını eşitdiyi zaman, birdən necə sevinirsə, Allahın əbədi cənnət yurduna varis etdiyini müjdələdiyi möminlər bundan olduqca böyük sevinc yaşayarlar. Dünya həyatının sürətlə keçdiyini, Allahın səmimi olanlara müjdələdiyi cənnətə qovuşmağın çox yaxın olduğunu bilərlər.

Bir möminin (orta hesabla 60 il yaşadığını düşünsək), məsələn, o 30 yaşındadırsa təxminən (3 x 10), 40 yaşındadırsa (4 x 10) ili qalmışdır. Nəticədə, 100 yaşına qədər də yaşasa mütləq öləcək və Allahın icazəsi ilə əbədi olan, heç vaxt yox olmayacaq cənnətə qovuşacaq. Sonsuz zamanlar boyu, sevdiyi insanlarla birlikdə, Allahın təcəllilərini görərək, dünyada bənzəri görülməmiş gözəlliklərlə və bənzərsiz təmizlik içində, xoşbəxt və sevincli həyat yaşayacaq.

Üstəlik, bu sonsuz nemətlərə qovuşa bilməsi üçün, dünyada ondan istənilənləri etməsi çox asandır. Hər an bu gözəlliklərə qovuşmağın ümid dolu sevinci ilə, Allahın əmrlərinə tabe olması, ibadətlərini yerinə yetirməsi və Quran əxlaqını yaşamaq üçün səy göstərməsi lazımdır ki, bu onsuz da insanın dünyada da ən çox zövq alacağı həyat tərzidir. Allahın qullarından istədikləri aşağıdakı ayələrdə belə bildirilmişdir:

Əsrə and olsun; həqiqətən insan, ziyan içərisindədir. Lakin iman gətirib saleh əməllər görənlər, bir-birlərinə haqqı tövsiyə edənlər və bir-birlərinə səbirli olmağı tövsiyə edənlər başqa. (Əsr surəsi, 1-3)

Bu ayələrdən göründüyü kimi, insanın ziyandan xilas olması və əbədi cənnətə layiq qul ola bilməsi üçün, saleh əməllər işləməsi və digər insanlara da Allahın əmrlərini tövsiyə etməsi lazımdır. Həmçinin Allah saleh qullarına nemət olaraq cənnətlə yanaşı, dünyada da gözəllik vəd etmişdir. Dünyada da səmimi müsəlmanları gözəl həyatla yaşadacağını bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Yaxşılıq edənlərə daha yaxşısı və artığı var. Onların üzünü nə zülmət, nə də zillət bürüyər. Məhz onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 26)

(Allahdan) çəkinənlərə: “Rəbbiniz nə nazil etmişdir?” deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” dedilər. Bu dünyada gözəl davranışlar göstərənlər üçün gözəllik var; axirət yurdu isə daha xeyirlidir. Təqva sahiblərinin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Bunlar, Allahın möminlərə dünyada və axirətdə olan vədləridir. Həmçinin Allahın vədinin qəti və həqiqət olduğu Quranın bir çox ayəsində: "Şübhəsiz ki, Allahın vədi haqdır" (Fatir surəsi, 5; Loğman surəsi, 9; Yunis surəsi, 55; Rum surəsi, 60) sözüylə ifadə edilmişdir.

Məhz bu ən gözəl vədlər dünyada möminin hər an ümidvar ruh halı içində yaşamasını, kədərə və sıxıntıya qapılmamasını təmin edən ən mühüm faktorlardır. Allahın vədi ilə cənnəti ümid edən insan dini bütün şövqü, həyəcanı və həssaslığı ilə yaşayar.

İslam Əxlaqının Hakim Olacağına Ümid Etmək Fərzdir

Adnan Oktar: "Bu zülm yox olacaq" de, "Əfqanistan, Pakistan, Türkiyə, Mərakeş, Tunis, Əlcəzair hamısı xilas olacaq" de. "İslam dünyaya bu əsrdə hakim olacaq Allahın icazəsi ilə" de. Müsəlmanları şövqləndir. Sən bunu niyə deyə bilmirsən? Niyə mütləq "70 il daha bu sistem davam edəcək" deyirsən. "Əlimizdən gələni edib mütləq Allahın icazəsi ilə İslam əxlaqını hakim edəcəyik" de... Bunu deməyin fərzdir, bunu niyə dryə bilmirsən? İslam əxlaqı dünyaya hakim olacaq deyə ümidvar olması, müsəlmanların fərzidir. İslam əxlaqının dünyaya hakim olması üçün səy göstərməsi fərzdir. Nur surəsinin 55-ci ayəsində və Quranın bir çox ayəsində İslam əxlaqının dünya hakimiyyətindən bəhs edər. "Türk İslam aləmi birləşəcək" de. "Türklük aləmi birləşəcək, bütün dünyaya Türk İslam birliyi hakim olacaq" de. "Dünyanın lideri olacağıq inşaAllah zülm aradan qalxacaq dünyadan" de. Bunu desə mehdiyyəti də qəbul etməli olacağı üçün, deyə bilmir Çünki desə ki, Mehdi (ə.s) gəlməyəcək, lakin İslam dünyaya hakim olacaq desə, deyəcəklər ki, o zaman, "bunun lideri olacaq mı" deyəcəklər. Bu Türk İslam aləminin lideri olacaq mı, kim bu desələr, məsələ bitəcək təbii ki. Baxın burada sırf inadını davam etdirə bilmək üçün, bunu da deyə bilmir. Baxın fərz olan bu mövzunu deyə bilmir. Yəni bunda nə problem var, elə deyil? Çıx, sinəni gərə-gərə ümidvar olun, de. İslamın nuru bütün dünyaya hakim olacaq. Nə kommunizm qalacaq, nə faşizm qalacaq, nə darvinizm, nə də materializm, heç nə qalmayacaq. Bu əsrdə Allahın icazəsi ilə İslam əxlaqını hakim edəcəyik, var gücümüzlə səy göstərəcəyik, siz də səy göstərin, hər kəs səy göstərsin, İslam əxlaqını dünyaya hakim edək deyə bilmir. İslam əxlaqı bütün dünyaya hakim olsun deyə bilmir. Sevgi, sülh, qardaşlıq, dostluq gəlsin deyə bilmir (hörmətli Adnan Oktarın Samsun AKS telekanalına verdiyi müsahibədən, 16 sentyabr 2009-cu il).

Adnan Oktar: ..."Ümidvar olun". İndi bu xalq arasında belə bilinir; "yəni əslində elə də qurtuluş yolun yoxdur, lakin ümidvar olmaqda da fayda var", belə deyil. Ümidvar olmaqda nəzərdə tutulan şey; qəti gerçəkləşəcək olan hadisənin içindəsən gedirsən. Ümidvar budur, ümid hazırdır, sən ümidə doğru gedirsən. İnşaAllah. Budur, yəni "ümidvar" olmaqda risk yoxdur, ikinci ehtimal yoxdur. Məsələn, Türk İslam Birliyində ikinci ehtimal yoxdur. Məsələn, deyərlər ki; birinin problemi vardır, "indi biz taleyə boyun əyəcəyik" deyər. Sanki mənfi şeylə qarşılaşacaq da, o da ona dözürmüş kimi, bir üslub. Xeyr, sözü doğrudur, lakin türkcədə istifadəsini ruh halı olaraq bəzi insanlar yanlış bilirlər. Taleyə təvəkkül etmək, boyun əymək nə deməkdir bilirsənmi? Allahın dediyi ən mükəmməl şey olacaq, ən xoşbəxt olacağın, axirətin, dünya həyatın üçün ən mükəmməl hadisəyə doğru gedirsən deməkdir. Çünki Allah taledə heç vaxt səhv etməz, hadisələrdə heç vaxt səhv etməz.

Altuğ Bərkər: Xocam, Bədiüzzaman həzrətləri də, siz də onu çox sevirsiniz, həmişə dilə gətirirsiniz. O da sizin kimi belə çox ümidvar danışılmasının tərəfdarı idi. Özü də, məsələn, "ümidvar olun, gələcəkdə ən uca və gur səda İslamın sədası olacaq" deyə, o şərtlərdə, yəni dünya müharibələrində.

Adnan Oktar: Lakin bax, indi burada yenə bu, bu söz, bu danışıq yanlış anlaşılar. Bu ümidvar olma, ümumiyyətlə, məsələn, xərçəng xəstəsidir insan, ümidvar olun deyərlər. Lakin insan öləcək, elə deyil? Elə bilinər. Bu mənada ümidvarlıq deyil bu. Bədiüzzaman nə deyir bilirsənmi? "Mən" deyir, "gözümlə gördüm, zamandan kənara çıxdım" deyir. "Məkan və zaman yox oldu" deyir. "Zaman və məkan ölçüsündən kənara çıxdım, hadisələri Allahın istəyi ilə gördüm. Mehdi (ə.s)-ı da gördüm, hadisələri də gördüm. İslam əxlaqı hakim oldu deyir, mən gördüm, gəlib indi danışıram" deyir. "Ümidvar olun" deyir, "olacaq" deyir. Bu mənada deyir. Olmuş şeydən bəhs edir. Ümumiyyətlə bu yanlış tətbiq olunduğu üçün, yəni bunun hərdənbir bir qədər deyilməsində fayda var. Təbii ki, məsələn, ümidvar olun, eşidən: "tamamilə sevincini itirmə. Tamam, bu iş artıq baş tutmadı, lakin ümidsiz də olma, var gücünlə yenə səy göstər, lakin baş tutmadı artıq təbii ki", kimi, belə başa düşülər. Belə şey yoxdur. Bədiüzzamanın söylədiyi bu deyil. Bədiüzzaman, bilavasitə Mehdi (ə.s) ilə görüşmüş insandır. Yəni üz-üzə görüşmüş insandır Mehdi (ə.s) ilə... Hamısını bilir. Mehdi (ə.s)-ın doğum tarixini də bilir, harada, nə fəaliyyət göstərəcəyini bilir, nə cür fəaliyyət göstərəcəyini bilir, nə vaxta qədər fəaliyyət göstərəcəyini bilir, nə vaxt vəfat edəcəyini bilir. Tələbələrini bilir, nələrlə qarşılaşacağını bilir, hamısını söyləmişdir. Dolayısilə, elə yəni, o mənada ümidvar olun demir Ustad (hörmətli Adnan Oktarın Kocaeli telekanalına verdiyi müsahibədən, 2 fevral 2010-cu il).

Allahdan "Ən Xeyirlisini" Ümid Etmək

"Ümidvar olmaq", istənilən vəziyyət və şərtlər daxilində, hadisələrin hansı istiqamətdə baş verməsindən asılı olmayaraq, Allaha təslim olmaq, heç bir narahatlıq və kədərə qapılmadan hadisələri sevinclə qarşılamaq, hadisələrin gec-tez möminlər üçün ən xeyirli nəticəyə bağlanacağından ən kiçik şübhə duymamaqdır.

Möminlərin ən mühüm xüsusiyyətlərindən biri, daha əvvəl də ifadə etdiyimiz kimi, hər işlərində Allaha yönəlmələri, Allahın yaratdığı taleyə "könüldən" təslim olmalarıdır. Hadisə daha əvvəl heç planlamadıqları şəkildə baş verdikdə isə, çox istədikləri bir şeyə nail ola bilmədiklərində də, çox sevdikləri bir şeyi və ya bir kimsəni itirdiklərində də, bir sözlə, hər şəraitdə Allaha yönələr və hadisələrdəki gözəl və xeyirli istiqamətləri görərlər. Möminlərdən "niyə belə oldu?", "kaş ki, belə olmasaydı" kimi sözləri eşitmək qeyri-mümkündür. Çünki onlar əvvəldən bəri Allahdan razı qalaraq, taleyə təslim olublar.

Mömin dua edərkən Allahdan "ən xeyirlisini" istəyər. Çünki nəyin xeyirli olduğu onun üçün "qeyb"dir, yəni əvvəlcədən bilə bilməz. Lakin Allah ən xeyirli olanın nə olduğunu bilər. Məsələn, Allahın dininə olduqca bağlı olan mömin hidayət tapmasını istədiyi birinin də iman gətirməsini, ibadətlərini yerinə yetirməsini istəyə bilər, bunu ümid edərək Allaha dua edə bilər. İstəyinin çox gözəl və yaxşı niyyətli istək olduğu aydındır. Lakin, "yenə də ən xeyirlisini Rəbbim bilər" deyə düşünər. Çünki bir insan, ancaq Allah istəsə iman gətirə bilər. Buna görə də, sevdiyi bir insan hidayətə gəlmirsə bunda da bir xeyir olduğunu bilər və heç vaxt kədər və ümidsizliyə qapılmaz. Çünki Allah: “şübhəsiz ki, sən istədiyini hidayətə yönəldə bilməzsən. Lakin Allah istədiyini hidayətə yönəldər. O, hidayətə yönələcəkləri də daha yaxşı tanıyır" (Qəsas surəsi, 56) ayəsiylə bu mövzuya diqqət çəkmişdir.

Digər bir nümunə üzərində daha düşünək: mömin hər anını digər möminlərlə birlikdə keçirmək istəyər. Çünki möminlər bir-birlərinin vəliləri, ən yaxın dostları, qardaşlarıdır. Hamısı özlərini Allaha və Onun dininə həsr ediblər. Buna görə də bir yerdə olmaqdan böyük həzz alarlar. Lakin həmişə birlikdə olmaya bilərlər. Allahın dininə xidmət etmək məqsədi ilə sevdikləri insanlardan uzaq, fərqli məkanda olmaq məcburiyyətində də qala bilərlər. Yaxud Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan bir nümunə olaraq, inkar edənlər tərəfindən təzyiq altına alınıb, hicrət etməyə məcbur edilə bilərlər. Möminlərlə birlikdə olmaq, əlbəttə, çox xeyirli hadisədir. Lakin Allah yolunda təzyiq və əziyyətlərə səbir etmək olduqca böyük mükafatlara və xeyirlərə vəsilə ola bilər.

Quranda iman gətirməyənlər tərəfindən sürgün edilmiş, zindanlarda saxlanılmış peyğəmbərlərdən, möminlərdən bəhs edilir. Buna bənzər hadisələrdə möminlər heç vaxt ümidsizliyə qapılmazlar. Özləri üçün bunun böyük xeyir olduğunu bilərlər. Onların məqsədləri hər vəziyyətdə ən gözəl əxlaqı göstərərək əcr toplamaq və Allahı razı etmək olduğu üçün, olduqları hər məkanı ibadətlərini yerinə yetirə biləcəkləri yer halına gətirər və bundan böyük həzz alarlar. Məhz möminlərin hər şəraitdə göstərdikləri bu təvəkküllü davranışları, həqiqi iman gətirdiklərini göstərər. Ən ağır xəstəliyə tutulsalar və ya şərtlər ən çətin şəraitlərdə olmağı da tələb etsə, həmişə ümidvar, həmişə təvəkküllü, həmişə Allahın yaratdığı hikmətləri və xeyirləri düşünən rəftar göstərərlər.

Tövbə Qapısı Həmişə Açıqdır

Allah ayələrində, qəflətə qapılıb səhv edən və sonra isə səmimi şəkildə tövbə edib bağışlanma istəyən insanın bağışlanacağını bildirir. Möminlərin yol verdikləri nöqsanın böyüklüyündən asılı olmayaq, səmimi şəkildə etdiklərindən peşmanlıq hiss etdikləri təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməmələri lazım olduğu ayədə belə vurğulanır:

De: “Ey öz əleyhlərinə qarşı həddi aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki, O, Bağışlayandır, Rəhmlidir”. (Zumər surəsi, 53)

Bu, din əxlaqını yaşamağın insanlara bəxş etdiyi ən böyük nemətlərdən və asanlıqlardan biridir. Dində insanlara belə asanlıq verildiyi halda, insanın ümidsizliyə qapılıb etdiyi səhvlərdən sonra özünü bir daha yığışdıra bilməyəcəyini düşünməsi çirkin zənndir. Allahın özünə verdiyi belə asanlığı görməzlikdən gələn insan, öz-özünə zülm etmiş və eyni zamanda da Quran əxlaqının tələbini yerinə yetirməmiş olar.

Quranın insanlara bəxş etdiyi bu böyük asanlıq sayəsində cahil cəmiyyətlərdə yaşanan bir çox Quran əxlaqına uyğun olmayan davranışın da qabağı alınır. Məsələn, cahil cəmiyyətdə səhv edən bir insana lağ etmə, onu alçaltma vərdişi Quran əxlaqının hakim olduğu mühitlərdə heç vaxt yaşanmaz. Əksinə, tövbə etmiş, səhvlərinə görə Allahdan bağışlanma diləmiş və səmimi mömin olaraq Allaha qayıtmış kəslər, Quran əxlaqının yaşandığı cəmiyyətlərdə böyük rahatlıq, sevinc və şövqlə həyatlarını davam etdirər, həmçinin onlara sataşılmaz və ya eyib tutulmaz.

Çünki insanların üstünlüyü ancaq təqva ilə, yəni Allaha və Qurana olan bağlılıqla ölçülə bilər. Cahil cəmiyyətdə kimin nə səhv etdiyi, hansı nöqsana yol verdiyi əhəmiyyətli olduğu halda, Quran əxlaqının yaşandığı mühitdə tövbə etmiş insanların keçmişdəki səhvləri və günahları heç vaxt müzakirə edilməz. Mühüm məsələ insanın Allah qatında bağışlanmasıdır. Allahın bağışlamağı vəd etdiyi bir kimsəni, digər insanların qınamasının, ayıblamasının heç bir etibarlı və qanuni istiqaməti ola bilməz.

Həyatı boyu səhvsiz, günahsız, əskiksiz və qüsursuz olduğunu zənn etməyin ilahlıq iddia etməkdən heç bir fərqi yoxdur (Allahı tənzih edirik). Çünki, insan səhv və günah işləməyə meyilli, aciz varlıqdır. Bunun müqabilində də, Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Buna görə də, bilərək və ya bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq işlədiyi səhvlərdən ötrü ümidsizliyə qapılması, şübhəsiz ki, qətiyyən Qurana uyğun olmayan davranış olacaq. Səhv edən möminə düşən səhvindən ötrü ibrət götürmək, peşman olub doğrusunu görmək, vaxt itirmədən Allaha sığınmaq və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməkdir.

Əlbəttə ki, mömin səhv və günah işləməməyə, Allahın hökmlərini qorumağa olduqca diqqət göstərər. Lakin buna baxmayaraq, etdiyi səhvlər ola bilər. Səhv və günah işləyib, sonra da tövbə edib Allahdan bağışlanma diləmək mömin xüsusiyyətidir. Allahın “tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qəffar), “mərhəmət edən” (Rəhman) adları da səhv və günah işləyib peşman olan və Allaha yönələn möminlər üzərində təcəlli edər.

Mömin səhv etdiyi zaman, dərhal tövbə etdiyi kimi bu səhvini tale gözüylə də təfəkkür edər. Hər şeydən əvvəl bu səhvi onun dünyadakı təhsili və Allaha yaxınlaşması üçün onun taleyində yazılmışdır. Bu səhvi tövbə etdikdən sonra özü üçün əcr vəsiləsi olacaq. Çünki səhvlər, bu səhvlər qarşısında bunlardan dərhal imtina edən və Qurana uyğun rəftar göstərərək bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldər, onları yetkinləşdirər, əskiklik və acizliklərini, həmçinin qulluqlarını daha yaxşı dərk etmələrini təmin edər. Mühüm olan isə insanın günahında israr etmədən dərhal peşman olub tövbə etməsidir.

Bütün bunlardan başa düşüləcəyi kimi, səhv edən, günaha işləyən mömin, tövbə edib Allahdan bağışlanma dilədiyi təqdirdə kədər və ümidsizliyə qapılmamalıdır. Çünki ümidsizlik Allahın məmnun olmayacağı davranışdır. Yol verdiyi nöqsana görə Qurana uyğun rəftarı göstərən möminin şövqü, həyəcanı və sevinci yox olmaz, hətta tam əksinə daha da artar.

Ümid Və Qorxu Arasında Olmaq

Ümid və qorxu arasında olmaq, insanın gözəl əxlaqı qazanmasında ən mühüm ünsürlərdən biridir. Ümid, möminin, din əxlaqını, şövq, səy, həyəcan, sevinc və coşğu ilə yaşamasını təmin edərkən, Allaha qarşı duyduğu qorxu da, onun Allahın hökmlərinə əməl etməkdə olduqca diqqətli olmasına, Allahın istəmədiyi şeylərdən şiddətlə çəkinməsinə, halal və harama çox böyük diqqət göstərməsinə səbəb olar. Ümidvar olmağın verdiyi şövq və coşğu ilə, Allah qorxusunun verdiyi etidal, diqqət, həssaslıq möminin əxlaqının gözəlləşməsinə və Allaha olan yaxınlığının artmasına vəsilə olar.

Allah Quranda möminlərdən heç bir hadisə qarşısında ümidsizliyə qapılmamalarını, həmişə ümid və güvən içində olmalarını istədiyi kimi, Özünə qarşı sevgi dolu qorxu içində olmalarını da istəmişdir. Belə ki, Allah qorxusu Quranda çox böyük yeri olan və din əxlaqının təməlini meydana gətirən məsələlərdən biridir.

Allahdan lazımınca qorxan insan Allahın əmr etdiklərindən kənara heç vaxt çıxmaz və çox gözəl əxlaqa sahib olar. Allahdan bağışlanmağı, özünə rəhm olunmasını, cənnətə qəbul edilməyi ümid edərkən, eyni zamanda da böyük qorxu içindədir. Çünki heç kəsin cənnətə mütləq gedəcəyinə dair zəmanəti yoxdur. Allahın əzabından heç kəs arxayın ola bilməz. Mömin ancaq əlindən gələni etməklə və Allahın rəhmətini ümid etməkdə məsuldur.

Cənnəti ümid edərkən bir tərəfdən də içi titrəyərək qorxmağın, insanın ibadətlərinə çox müsbət təsiri var. Allah qorxusu güclü olan insan axirəti qazanmaq üçün, olduqca böyük səy göstərəcək, dayanmadan xeyirxahlıq ardınca qaçacaq. Allah qorxusu güclü olmayanlar isə, "necə olsa cənnətə gedərəm", "necə olsa bağışlanaram" deyə düşünə bilir, dolayısilə içi titrəyərək qorxan möminlər qədər böyük sevgi və şövqlə ibadətlərə sarılmırlar.

Allah qorxusu olan insan gördüyü xeyirxah işləri kafi görməz, həmişə Allah rizasının ən çoxunu qazanmaq istəyər. Çünki əlində imkan olduğu halda, məhdud səy göstərmək, nəfsinin arzularına da yer vermək, insanın digər əməllərini də təhlükə altına sala bilər.

Quranda bəhs edildiyi kimi, ümid və qorxu arasındakı ruha sahib olmaq üçün lazım olan, yalnız Allaha qarşı səmimi olmaqdır. Allaha və axirətin varlığına inanan insan normal olaraq, dünyada Allahı razı salmaq və cənnətə gedənlərdən olmaq istəyər. Bu səmimiyyətlə Allahın dininə yönələn insan Onun yaratmasındakı üstünlüyü və mükəmməlliyi hər yerdə görəcək, eləcə də, Allaha qarşı hörmət dolu qorxu duyğusunu və hörmət hissini normal olaraq hiss edəcək. Allah qorxusu ilə Qurana tabe olmaqda olduqca həssas olacaq, Allahın ayələrinə əməl etməyin verdiyi rahatlıq və güvən hissiylə də cənnəti ümid edəcək. Göründüyü kimi, səmimi mömində ümid və qorxu normal tarazlıq halındadır.

Bu iki xüsusiyyətin hər mömində olmasını Allah xüsusilə bildirib. Hər ikisi də, mömin olmağın tələblərindəndir. İnsanın hər ikisini də qəlbində güclü şəkildə hiss etməsi və yaşaması, onu doğru yola yönəldəcək və ona dünya və axirətdə xoşbəxtlik gətirəcək.

Allah Özünə yönələn və dua edən möminlərdən dualarında da ümid və qorxu içində olmalarını istəmişdir. Mövzu ilə əlaqədar ayələr belədir:

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Doğrusu, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf surəsi, 56)

Onların yanları yataqlarından uzaqlaşar. Qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən infaq edərlər. (Səcdə surəsi, 16)

Allahın bu tövsiyəsi ilə möminlər həm cənnətə qovuşa bilmə ümidi ilə, həm də eyni zamanda çox güclü Allah qorxusu ilə dua edərlər. Bu sərhədi qorumaları onları Allaha qarşı olduqca itaətkar edər.

 

2 / total 8
"Harun Yəhyanın Quranda Ümidvar Olmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com