< <
4 / total: 8

İnkarçıların Ümidsiz Halları

Ümidsizlik, din əxlaqını yaşamayan insanlarda tez-tez rast gəlinən ruh xəstəliyidir. Bu, insanların Allahın varlığını qəbul etməmələrindən və ya Allahı lazımi qədər tanımamalarından irəli gəlir. İmandan və dolayısilə Quran məlumatından məhrum olan bu insanlar ətraflarında baş verən bütün hadisələrin təsadüflər nəticəsində meydana gəldiyini düşünürlər. Allahın hər şeyi, Özünün müəyyənləşdirdiyi tale çərçivəsində yaratdığını və hər an idarəsi altında saxladığını dərk edə bilməzlər.

Buna görə də, üzləşdikləri istənilən mənfi hadisə özləri üçün kədər və ümidsizlik vəsiləsi olar. Hətta pis bir hadisəyə gərək qalmadan, sırf özlərinin qurduqları xülyalar, vəsvəsələr və narahatlıqlar belə onları böyük ümidsizliyə salmağa kifayət edər.

Bu ruh halındakı insan hər mövzuda, hər hadisədə pisə yozacaq, mənfi istiqamət tapa bilər. Hər şeydən pessimizmə və ümidsizliyə sürüklənəcək nəticələr çıxarda bilər. Çünki meyar qəbul edəcəyi heç bir yol göstərəni yoxdur. Həyat fəlsəfəsini və hadisələrə baxışını təyin edən şeylərin təsadüf, şans kimi anlayışlar olduğunu düşünər. Halbuki bu anlayışların ona ümid və güvən verəcək heç bir gücü yoxdur. Tam əksinə, bu anlayışlara inanması və həyatını bunların üzərində qurması, onun hər cür sıxıntını və əzabı yaşamasına səbəb olar.

Belə olması da təbiidir. Çünki Allahı tanımamaqla, Onun insanlara rəhbər, rəhmət və müjdə kimi göndərdiyi Quranı rəhbər tutmamaqla öz-özünə zülm etmiş, çəkdiyi bütün çətinliklərə özü səbəb olmuşdur. Özünü və bütün varlıqları əhatə edən İlahi taledən xəbərsizdir. Buna görə də, Allahın istəyi və məlumatı ilə baş verən hər şeyi nəzarətsiz hadisələr zənciri hesab edər. Bir sözlə, olduqca kor və cahil olması, ona həyatı boyu bir növ cəhənnəm əzabı yaşadar.

İnkar edənlər üçün vəziyyət belə ikən, özünü müsəlman kimi təqdim edən bəzi insanlar da eyni ruh halını yaşayarlar. Müsəlman olmalarına baxmayaraq, Quran əxlaqını yaşamadıqları üçün hadisələrə yanaşma tərzləri və reaksiyaları da inkar edənlərdən heç də fərqlənmir. Bütün hadisələri səbəblər zəncirinin, təbiət qanunlarının, ictimai inkişafların nəticəsi kimi qiymətləndirər, bütün bu hadisələri Allahın yaratdığını düşünməz və bunların arxasındakı İlahi hikməti və məqsədi görə bilməzlər.

Halbuki Qurani baxış insana tamamilə fərqli xarakter qazandırar. Hər şeyə bu baxışla yaxınlaşan bir insan mömin olduğu üçün, hər hadisənin özü və digər möminlər üçün də xeyirli olduğunu bilər. Çünki Allah möminlərin dostudur və onlar üçün dünyada və axirətdə ən xeyirli olanı istəyir və yaradır. Əgər mənfi kimi görünən bir vəziyyətlə qarşılaşsa, bunu pis şansa, uğursuzluğa, işlərin tərs getməsiylə əlaqələndirməz. "Şər" kimi görünən bir hadisədə; “ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirlidir” (Bəqərə surəsi, 216) ayəsində bildirildiyi kimi Allahın çox böyük xeyirlər yaratmış ola biləcəyini düşünər.

Hər şeyin Allahdan gəldiyini və Onun istəyi ilə baş verdiyini dərk edərək, heç bir şərtdə və vəziyyətdə kədərə, pessimizmə və ümidsizliyə qapılmaz. Bu dünyada hər şeyin imtahan vəsiləsi olduğunu düşünərək qarşısına çıxan hadisələrdə Quranda bildirilən ən gözəl əxlaqı, ən gözəl davranış formasını göstərər.

Allahın Rəhmətindən Yalnız Inkarçılar Ümid Kəsər

İnsanlar çətin hadisələrlə qarşılaşdıqları zaman göstərdikləri rəftara görə iki qrupa ayrılarlar. Bunlardan birinci qrup Allahın varlığını inkar edən və dünya həyatının işlərinə aludə olan insanlardır. Hər hansı bir çətinlik, sıxıntı, fiziki və ya mənəvi təzyiqlə qarşılaşdıqları zaman bir anda təcavüzkarlaşıb, gözlənilməz üsyankar rəftarlar göstərərlər. Çətinliklər iman gətirməyənlərin böyük ümidsizliyə qapılmalarına səbəb olar. 1) Bu ümidsizlik bütün həyatlarına mane olar, şövq və həyəcanlarını yox edər, çox böyük dəhşət və qorxu meydana gətirər. Hər çətinliyi bəla kimi görər, buna görə də, təmkinli davrana bilməzlər.

Allahın rəhmətindən ümid kəsənlər, Allaha və axirətə inanmayan insanlardır. Öz rəhmətindən təkcə inkarçıların ümid kəsdiyini Allah ayəsində bu cür ifadə edir:

Allahın ayələrini və Ona qovuşmağı “inkar edənlər”; məhz onlar, Mənim rəhmətimdən ümid kəsənlərdir; və məhz onlar, ağrılı əzab onlarındır. (Ənkəbut surəsi, 23)

Quranda təriflənən peyğəmbərlərdən biri olan hz. Yaqub (ə.s) da öz oğullarına Allaha qarşı ümidvar olmağı nəsihət etmişdir. Hz. Yaqub (ə.s)-ın oğullarına Allahın rəhmətindən ümid kəsənlərin yalnız inkarçılar olduğunu söylədiyini bildirən ayədə belə bildirilir:

Oğullarım! Gedin Yusifdən və qardaşından (həssas araşdırma ilə) bir xəbər gətirin və Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər. (Yusif surəsi, 87)

Allahın mərhəmətindən ümid kəsmək, Allahın hər şeyə qadir olduğunu dərk etməmək deməkdir. Belə ki, bu, hər şeyini Rəbbimizə borclu olan insan üçün olduqca böyük nankorluqdur. Çünki insanı yaradan, ona görmə, eşitmə, düşünmə qabiliyyətlərini verən, yeriməsini, qaçmasını, nəfəs almasını təmin edən, onu güldürən, sağlamlığını ona verən, ruzi verən, sevdiyi şeyləri ona bəxş edən Allahdır. Bu zaman Allahın mərhəmətindən ümid kəsmək, insanın bütün bunları görməzlikdən gəlməsi mənasını verər. Xüsusilə də əlindəki nemətləri itirdikdən sonra ümidsizliyə qapılmaq, Allahın bəyənmədiyi davranışdır:

İnsana nemət verdiyimiz vaxt, üz döndərər və uzaq durar; ona bir şər toxunduğu zaman da ümidsizliyə qapılar. (İsra surəsi, 83)

Nemətlər içində olarkən bu nemətləri onlara Allahın verdiyini heç düşünməyən, şükür etməyən insanlar, nemətlər əllərindən alındığı zaman, bir anda xeyli heyrətlənir və bütün ümidlərini itirirlər. Nankorluq və ümidsizlik Quran əxlaqını yaşamayan insanlarda birlikdə özünü göstərən pis əxlaq xüsusiyyətləridir. Başqa ayələrdə də bu cür insanlardan belə bəhs edilir.

Özlərinə xatırladılanı unutduqları zaman, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Belə ki, özlərinə verilən şeylərlə “sevinib əyləndikləri zaman”, onları qəflətən yaxaladıq. Artıq onlar ümidlərini itirənlərdən oldular. (Ənam surəsi, 44)

Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman, heyrətə gəlib ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)

İnkarçıların bu zəif və bəsit xarakterlərindən başqa bir ayədə isə, belə bəhs edilir:

İnsan özünə xeyir diləməkdən bezməz, lakin ona bir şər toxunan kimi ümidsizliyə qapılar. (Fussilət surəsi, 49)

Allah iman gətirənlərə inkarçıları dost tutmamağı, onların axirətə qətiyyən inanmadıqlarını, axirətdən ümid kəsmiş insanlar olduqlarını bildirir. Bu cür insanlar möminlərin həmsöhbət olmaqdan xüsusilə çəkindikləri kimsələrdir. Çünki axirətdən ümid kəsən insan istənilən cəhətdən mənfi xüsusiyyətlər daşıyan insandır. Heç bir sərhəd və ya qayda tanımaz, hər cür günahı işləyə biləcək xarakterdə olar. Necə ki, dünyada cinayətdən oğurluğa qədər hər cür qeyri-qanuni işin arxasında çıxış edən, insanlara çəkinmədən zülm edən, qanunsuzluğu, fırıldaqçılığı həyat tərzinə çevirən insanlar həmişə axirətə inanmayan, axirət ümidi daşımayan, Allahdan qorxmayan insanlardır. Buna görə də, möminlərin axirətdən ümidini kəsmiş bu cür insanları dost tutmamalarının lazım olduğu ayədə belə bildirilib:

Ey iman gətirənlər, Allahın qəzəbinə düçar olmuş bir qövmü vəli (dost və müttəfiq) tutmayın; belə ki, onlar kafirlərin qəbir əhlindən ümid kəsdikləri kimi axirətdən ümid kəsiblər. (Mumtəhənə surəsi, 13)

Ümidsizlik, imansız insanlarla imanlı insanlar arasındakı ən nəzərə çarpan fərqlərdən biridir. İnkarçılar Allahın rizasını qazanmaq məqsədiylə yaşamadıqları üçün, Allahdan gələn hər şeyə razı olan bir möminin yaşadığı rahatlığı yaşaya bilməzlər. Buna görə də, bir an sonra belə baş verəcək şeylərin narahatlığını yaşayarlar. Hər hadisənin öz əleyhlərində baş verəcəyi zənninə qapılarlar.

Bir anlığa ümidvar olsalar də, yaşadıqları hadisənin hər hansı mərhələsinin gözlədikləri kimi olmadığını gördükləri zaman dərhal ümidsizliyə qapılarlar.

İmanlı insan üçün isə, bu vəziyyət tam əksinədir. İman, dünyada insanın sahib ola biləcəyi ən böyük nemətlərin başında gəlir. Allaha inanan insan ayədə bildirildiyinə görə: "...ən möhkəm dəstəkdən yapışmış olar, (Bəqərə surəsi, 256). Yoxkən var edən, ölü ikən dirildən, xəstələndikdə şəfa verən, yedirdən, içirdən, böyüdən, qaranlıqdan nura çıxardan Allahdır. İman gətirən insan bu həqiqətdən xəbərdardır və bu böyük elmi bilməyin rahatlığını yaşayar.

İman, insanı ümidsizliyə sürüklənməkdən, qəm, kədər, sıxıntı, stress, qəzəb, gələcək qayğısı, qorxu və narahatlıq kimi insana maddi-mənəvi zərər verən faktorlardan uzaq tutar. Bütün bunların əksinə olduqca şən və dinc olmasına səbəb olar. Necə ki, imandan başqa bir dəstəkdən yapışmağa çalışan insan qətiyyən dincliyə nail olmadığını, məqsədlərinə nail olsa belə xoşbəxt olmadığını özü də görər.

Xüsusilə xəstələndiyi və ya yaşlandığı zaman həyatını həsr etdiyi insanların ona sadiq olmadığını, keçən illərin bu dünyada da heç bir fayda gətirmədiyini düşünüb ruhən çökər. Bu günə qədər özünün ayaqda saxlayan idealları, gözləntiləri, dostları, sevdikləri yox olmuşdur.

İman əhli isə dünyaya bağlı olmadığı üçün vücudunda meydana gələn dəyişikliklər, ətrafında və həyatında yaşadığı itkilər kədərlənməsinə və ya əhval-ruhiyyəsinin korlanmasına səbəb olmaz. İllərini Allah yolunda mübarizəyə həsr etmiş görkəmli İslam alimi Bədiüzzaman Səid Nursi imanın özünə kifayət etdiyini və özünə bitməyən ümid mənbəyi meydana gətirdiyini bu cür dilə gətirmişdir:

Məhz bütün qocalığımdan və firaq (ayrılıq) bəlalarından gələn təəssüratıma (kədərlərimə), mənə nur-u iman tam kafi gəldi; qırılmaz rica, tükənməz bir ümid, sönməz bir ziya, bitməz bir təsəlli verdi. Əlbəttə ki, sizə qocalıqdan gələn qaranlıq, qəflət, təəssürat və təəllümata (kədərlənmələrə), iman kafi və vafidir (tamdır). Əsil ən qaranlıq, ən nursuz, həmçinin təsəllisiz qocalıq və ən əlim (acınacaqlı) və heyrətamiz firaq (ayrılıq), əhl-i dəlalətin (haqq yoldan azanların) və əhl-i səfahətin (səfahətlərin) qocalıqları və ayrılıqlarıdır. O rica və ziya və təsəlli verən imanı zövq etmək və təsiratını (təəssüratını) hiss etmək üçün, qocalığa layiq və İslamiyyətə müvafiq ubudiyətkârânə (qulluğa yaraşan tərzdə) bir tavr-ı şuurdârânə (şüurlu bir rəftar) göstərməklə olar. Yoxsa, gənclərə bənzəməyə çalışmaq və onların sərxoşca qəflətlərinə dalıb qocalığını unutmaqla deyil…"

Bir insanın nemətlər içində olarkən şən və xoşbəxt olub, nemətlər əlindən alındığı zaman bir anda bütün xarakterinin dəyişməsi, heyrətamiz sıxıntı və narahatlığa qapılması əslində tam mənası ilə bəsitlik, alçaqlıqdır. İnsanın Allaha və axirətə həqiqi iman gətirmədiyinin dəlilidir. Eyni zamanda mühüm ağılsızlıq və qavrayış çatışmazlığının da göstəricisidir.

Çünki neməti verən də, alan da Allahdır. Mömini digər insanlardan fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də, belə vəziyyət qarşısında göstərəcəyi gözəl əxlaqdır. Mömin hər iki vəziyyətdə də böyük sevinc və təslimiyyət içindədir. Möminlərin ən təməl xüsusiyyətləri bütün varlıqları ilə Allaha tam təslim olmaları, Onun özlərinə göndərdiyi Qurana uyğun hərəkət edib düşünmələri, Qurandan kənar heç bir zehniyyət, model və dünyagörüşünə sahib olmamalarıdır.

İman gətirməyənlər isə, Quran əxlaqına zidd olan həyat modelini bütün istiqamətlərdə yaşayarlar. Lağlağılıq, zülm, narahatlıq, qorxu, sıxıntı, yalan, ölüm qorxusu, dünya ehtirasları, kədər və s. şeylərin hamısı bu modelə daxil olan xüsusiyyətlərdəndir. Ümidsizlik də iman gətirməyənlərin demək olar ki, hamısında rast gəlinən xüsusiyyətdir. Yaşama məqsədlərini və həyat tərzlərini möhkəm zəmin üzərində, yəni Allaha iman və qulluq üzərində qurmadıqları üçün həyatları, fərasətləri, dayanma gücləri çox cüzidir. Hər an sarsılmağa, məhv olmağa əlverişli bir ruh halı içindədirlər.

Bitib tükənməyən, sönməyən, coşğulu bir ümid olması üçün Allaha tam iman gətirmək, güvənmək və sədaqət lazımdır. Təkcə Allahla dost olan insan lazımınca ümidvar yaşayar. Allaha inanmayan insan gerçək ümidi, yəni dünyəvi şərtlərə əsaslanmayan daimi ümidin nə olduğunu bilməz. Həmişə mənfi ehtimallar barəsində düşünər, hadisələri həmişə mənfi istiqamətdə qiymətləndirər. Allaha güvənib təvəkkül etməyən belə insanların narahat olmaq üçün bitib tükənməyən səbəbləri var. Hər şeyin nəzarətsiz təsadüflərə bağlı olduğunu zənn edərlər. Belə vəziyyətdə yalnız baş verməsi ehtimal olunan təbii fəlakətlər belə təvəkkülsüz insanlar üçün böyük sıxıntı mənbəyidir.

Kainatda çox həssas tarazlıqlarla bir-biriylə uyğunlaşma təmin edən bir çox təfərrüat var. Bu tarazlıqlardan birində meydana gələcək çox kiçik nisbətdəki dəyişiklik belə kainatda böyük fəlakətlər törədə bilər.

Məsələn, şiddətli bir zəlzələ yer qabığı üzərindəki hər şeyi alt-üst etməyə kifayətdir. Yer qabığı alovlanıb qaynayan, ən ağır metalların belə ərimiş vəziyyətdə olduğu minlərlə dərəcə temperaturdakı maqma üzərində sanki bir pərdə kimi üzür. Bu pərdənin hər an bir neçə yerindən cırılması və yer üzünün qaynayan lava kütlələriylə külə dönməsi olduqca asandır. Yer üzünün ən etibarlı sayılan yerləri belə bu təhlükədən uzaq deyil. Çünki aparılan hesablamaların heç biri dəqiqlik daşımır, yalnız təxmin və fərziyyə şəklində qalır. Həmçinin Yer kürəsi heyrətamiz sürətlə kosmosda fırlanaraq hərəkət edir, minlərlə meteorit yer kürəsinin çox yaxınlığından toxunub keçir. Günün birində böyük bir meteoritin Yer kürəsinə tuş gəlməyəcəyinə heç bir zəmanət yoxdur. Yalnız bir kilometr diametrindəki bir meteorit belə Yer kürəsindəki iqlim tarazlıqlarını alt-üst edərək canlı həyatını təhdid etməyə kifayətdir. Günəşdə baş verəcək böyük bir partlayış nəticəsində ətrafa yayılacaq enerji və radiasiya da Yer kürəsindəki həyata bir anda son qoya bilər. Üstəlik, bunlar yalnız bir neçə nümunədir və bunlar kimi daha minlərlə alternativ düşünülə bilər.

Bütün bunları görən bir insanda, əgər Allaha inancı və təvəkkül yoxdursa, çox böyük qorxu və narahatlıq hiss edər. Lakin iman gətirənlər isə öz bədənləri də daxil olmaqla, bütün kainatın Allahın idarə etdiyini bilər. Allahın ağlına və elminə tamamilə təslim olar. Kainatın həssas tarazlıqlar üzərində qurulmuş olması, onun imanını daha da artırır, Allaha olan bağlılığını, heyranlığını gücləndirir.

Bədiüzzaman Səid Nursi bu mövzuda müsəlmanların rahatlığı ilə inkarçıların qapıldıqları ümidsizliyi səmimi üslubu ilə belə ifadə edib:

"...Məhz, kainat içində maddi və mənəvi bütün bu silsilələr; imansız əhl-i dəlalətə (doğru və haqq yoldan azanlara) hücum edir, təhdid edir, qorxu verir, kuvvə-i mânəviyəsini (mənəvi gücünü) zir-ü zəbər (alt-üst) edir. Əhl-i imana (iman gətirənlərə), nəinki təhdid və qorxutma, bəlkə sevinc və səadət, ünsiyyət (dostluq), ümid və güc verir. Çünki əhl-i iman, iman sayəsində görür ki, o həddsiz silsilələri, maddi və mənəvi şiməndifərləri (qatarları), səyyar kainatları mükəmməl intizam və hikmət dairəsində bir vəzifəyə sövq edən bir Sani-i Hakim (hikmət sahibi olan Yaradıcı) onları işlədir. Zərrə qədər də işlərində səhv etmirlər, bir-birinə təcavüz edə bilmirlər. Və kainatdakı kəmâlât-ı sənətə (mükəmməl sənətlərə) və təcəlliyat-ı cəmâliyəyə (gözəllik təsvirlərinə) məzhər olduqlarını (qovuşduqlarını) görüb kuvvə-i mânəviyəyi (mənəvi qüvvəni) tamamilə əlinə verib, səadət-i əbədiyənin (əbədi səadətin) bir nümunəsini iman göstərir…"

İnkarçıların ən çox ümidsizliyə qapılacaqları gün, bütün insanların hesab vermək üçün dirildiləcəkləri axirət günü olacaq. Qiyamətin başlaması ilə, çətin bir günlə qarşı-qarşıya qaldıqlarını dərhal anlayan inkarçılar, həyatları boyu qaçdıqları həqiqətlə çox açıq şəkildə qarşılaşacaqlar, dünyada olduqları müddətdə imana heç yaxınlaşmadıqları üçün təsviredilməz peşmançılıq hissinə qapılacaqlar. Allahın vədlərini xatırlayacaqlar, cəhənnəmə soxulacaqlarını anlayacaqlar. Bu məqamda və bundan sonra yaşayacaqları ümidsizlik, ümidsizliyin ən son həddidir. Necə ki, dünyada yaşanılan heç bir peşmançılıq, heç bir ümidsizlik nümunəsi bu qədər şiddətli deyil. Allah, axirətin başlanğıcı olan qiyamət günündə inkarçıların yaşayacaqları fəlakəti bu cür ifadə edir:

Qiyamət qopacağı gün günahkarlar ümidsizcəsinə məhv olacaqlar. (Rum surəsi, 12)

Qurana dəvət edildikləri halda, öz istəkləri ilə inkarda israr edən insanların cəhənnəm əzabının çox şiddətli olacağı və bu əzabın yüngülləşdirilməyəcəyi də ayələrdən aydın olur. Zuxruf surəsində belə buyurulur:

Onların (əzabı) yüngülləşdirilməyəcək və orda onlar ümidlərini itirmiş şəxslər olacaq. Biz onlara zülm etmədik; ancaq onların özləri zalımdırlar. (Zuxruf surəsi, 75-76)

Dinsizlik Insanları Ümidsizliyə və Nəşəsizliyə Sürükləyər

Adnan Oktar: Din ruhun qidasıdır, insanların gümrah, şən, sağlam olmasını təmin edən ruhi dərmandır eyni zamanda, Allah bizi dinlə sağlam olacaq şəkildə yaratmışdır. Din getdikdə insanların sağlamlığı pozulur, cəmiyyətlərin sağlamlığı pozular, baxın çölə, insanların nə qədər bədbəxt olduğunu görəcəksiniz, bu din təhsilinin kafi verilməməsindən qaynaqlanır. Din insana sevinc bəxş edər. Yaşama arzusu, yaşama həyəcanı verər. O biri cür insanlarda ümidsizlik, qorxu və təvəkkül meydana gələr. Bunun nəticəsində də ruhən və bədən cəhətdən çökmə yaşanar, hətta ictimai çökmə də olar. Məsələn, iqtisadi böhranın təməlində də yenə ateist düşüncənin qalib hücumları var. Darvinist düşüncənin hücumları var. Bunu elm adamları söyləyir, iqtisadi böhranın kökü budur deyə. Darvinizmdən qaynaqlanır şəklində açıqlamaları var. İnsanları laqeydliyə sövq edir, televole mədəniyyətinə sövq edir. Hər kəs özünü xilas etmək ardınca qaçır. Yəni vətən, millət, din, iman kimi belə yüksək düşüncələr insanlar üçün unudulması lazım olan hadisələr kimi qalır. Köməksevərlik, fədakarlıq, vətənə, millətə faydalı olma düşüncəsi ortadan qalxır. Daha eqoist, özünü düşünən xarakter meydana gəlir. Bunun nəticəsində isə, iqtisadiyyatda da inkişaf yaşanmır, kənd təsərrüfatında da inkişaf yaşanmır, hər kəs özünü xilas etməyin ardınca qaçır. Dolayısilə insanlar pullarını çəkirlər, içlərinə qapanırlar, kimsəyə etibar edə bilmədikləri üçün pul bloklanmış olur, yalnız özünü canlı tutma, ailəsini canlı tutma düşüncəsi olur. O zaman da cəmiyyət getdikcə iqtisadi cəhətdən çöküşə doğru gedir... Həddən ziyadə, yəni bir kərə rəqabət ehtirasını meydana gətirir. Gələcək düşüncəsi insanlarda yox olur, çünki "necə olsa ölüb gedəcəyəm" deyir. "Boşluq olacağam mən. Həyatın mənim üçün heç bir mənası yoxdur" deyir. "Mən yalnız həyatın dadını çıxardım" düşüncəsində olur. Dolayısilə rəqiblərini əzmə düşüncəsində olur. Halbuki rəqiblərinin əzməsi ilə deyil, rəqiblərinin də güclənməsi ilə iqtisadiyyat güclənər. Yəni əzən-əzənə olan bir sistemdə, o onu əzir, o onu əzir sonunda ikisi də məhv olmağa gedir, elə deyil? İki əlavə bir-birinə vuran kimi, ikisi də mənfiyə çevrilir bu dəfə. Darvinizmin düşüncəsi də budur onsuz da. Vuruşmanı tövsiyə edər, vuruşmanı təşviq edər və vuruşmanı elmi bir həqiqət kimi göstərər. Bunun nəticəsində isə, cəmiyyətdə degenerasiya və pozulma baş verir. I və II Dünya müharibələrinin təməlində də bu vardı. Vuruşma məntiqi vardı. Darvinizmin dünyadakı təsiri özünü sırf faşizmlə göstərmədi, kommunizmlə də göstərdi, vəhşi kapitalizmdə də göstərdi. Hər yerdə göstərdi və dünyanı bədbəxtliyə, nəşəsizliyə və ümidsizliyə sürüklədilər. Hazırda dünyada heç kim heç kimə güvənmir. Hər kəs bir-birindən qorxur, hər kəs bir-birindən çəkinir. Süni şəkildə nəşələnməyə çalışırlar. İntihar halları artdı. Narkotik istifadəsi çox kəskin şəkildə inkişaf etdi. Yuxarı sinif şagirdlərinə qədər gəlib çatdı və bunu dayandıra da bilmirlər. Amerikada, Avropada hər yerdə belədir. Hələ 14 yaşında, 15 yaşında uşaq narkotik asılısıdır. Dolayısilə darvinizm dünyada heyrətamiz təxribat meydana gətirdi. Bunu, din dərsləri ilə də olar, fəlsəfə dərsləri ilə də olar, aradan qaldırmağın yolu gənclərə elmin göstərdiyi həqiqətləri göstərməkdir. Yəni saxta elmin, yalanların yerini elmlə, elmin həqiqətən göstərdiyi konkret dəlillər vasitəsilə həqiqəti ortaya qoymaqla olar (hörmətli Adnan Oktarın Dem telekanalına verdiyi müsahibədən, 18 dekabr 2009-cu il).

Ümidsizliyi Yaşayan Insanların Ruh Halları

İnsana həyat verən, diri saxlayan, xoşbəxt və rahat olmasını təmin edən ən mühüm mənəvi faktorlardan biri "ümidvar" ruh halıdır. Bu, bir insanın həyatını sağlam şəkildə davam etdirə bilməsi üçün də, lazım olan ən mühüm mövzulardan biridir. Necə ki, dünyada "ümidvar" ruh halını tam mənası ilə yaşamadıqları üçün, əzab və sıxıntı yaşayan, özlərinə zülm edən, dünyanı özlərinə yaşanılmaz yer halına gətirən çox sayda insan var.

Bu insanların problemi, baş verən bütün hadisələri tamamilə Allahın idarə etdiyini düşünməmələri, taleyə tam təslim olmamalarıdır. Halbuki insana ancaq, Allaha və Onun yaratdığı taleyə tam təslim olmaq rahatlıq verər. Gələcəyə ümid bəsləməsi, qorxu və narahatlıqlara qapılmadan, təvəkkül edərək yaşaması, onu həm maddi, həm də mənəvi cəhətdən sağlam edəcək. Əks halda təmkinli və sağlam olması qeyri-mümkündür. Gələcəkdən ötrü, hətta bir an sonradan belə, narahatlıq və qayğı içində yaşayan insan sanki həyatda yaşyarkən, həyatını itirmiş kimidir. Belə bir insandan böyük təşəbbüslər, böyük xidmətlər, gözəl fikir və düşüncələr, gözəl davranışlar gözləmək də yanlış olar. Çünki o ruhunda dayanmadan davam edən məmnuniyyətsizlik və narahatlığı yaşayır.

Nəfsinin xoşlamadığı ən kiçik hadisə ilə qarşılaşdığı zaman sarsılan, depressiyaya düşən, ruhən çökən bu insanlar bir çox cəhətdən ziyana məruz qalarlar. Ruhları əldən düşər; bununla birlikdə bədənləri də çökər. Halbuki insan ancaq təslimiyyətli və təvəkküllü ruh halına sahib olduqda, rahat, sağlam və məhsuldar olacaq şəkildə yaradılıb.

İman gətirməyən bir insan üçün hər şey problem ola bilir. Mühüm bir gündə xəstələnməsi, mütləq iştirak etməsi lazım olduğunu düşündüyü bir dəvətə gedə bilməməsi, bir araşdırmasını müvəffəqiyyətlə nəticələndirə bilməməsi, çox istədiyi bir istirahət məkanına gedə bilməməsi, özünü bəyəndirməyə çalışdığı insanların gözünə girə bilməməsi, hətta avtomobilində kiçik bir cızıq olması da, onda ani və böyük kədərlərə, ümidsizliklərə səbəb ola bilər. Buna bənzər kiçik hadisələr belə, anən əhval-ruhiyyəsinin pozulmasına səbəb ola bilər. Bunun səbəbi, dünya həyatına həddindən artıq dəyər verməsi, axirəti düşünməməsi, bir gün bu dünyanı tərk edib mütləq öləcəyi həqiqətini heç ağlına gətirməməsidir. Bunları düşünmədiyi üçün kiçik hadisələrdə, problemlərdə ilişib qalır və kiçik hədəflərə bağladığı ümidləri çox tez sarsıla bilir. Belə bir həyat tərzini mənimsədiyi üçün də, həmişə bədbəxt və narahat olar.

Fiziki görünüşündə hər hansı bir səbəbdən pozulma baş verən insan, bir müddət depressiyaya düşərək böyük ümidsizlik dövrü yaşaya bilər. Bu müddət ərzində, fiziki görünüşündə hər hansı qüsur olmadığını düşünərkən, gözlənilməz davranışlar göstərə bilər. Məsələn, çox gözəl və ya yaraşıqlı bir dostunun sahib olduğu xüsusiyyətləri qısqandığı üçün onu lağa qoyar, onu çirkin göstərməyə çalışan söhbətlər edər.

Başqa biri isə, eyni hadisə qarşısında içinə qapanar, heç bir dostuyla görüşməz. Bütün bunlar taleyə təslim olmamağın və təvəkkül etməməyin gətirdiyi davranış pozğunluqlarıdır.

Ümidsizlik insana heç nə qazandırmaz, nə əxlaqa, nə insanın ruh sağlamlığına, nə gələcəyinə, nə də hal-hazırdakı həyatına ən kiçik bir müsbət təsir göstərməz. Əksinə insanı xəstəliklərə, hətta ölümə qədər sürükləyə biləcək şəkildə mənəvi sarsıntıya salar. Ümid dolu olmağın isə, maddi və mənəvi cəhətdən qazandıracağı çox şey var. Əvvəla Allahın bir əmrini yerinə yetirdiyi üçün insan çox mühüm bir ibadəti yerinə yetirmiş və Allahın rizasını qazanmış olar.

İnsanın hər hadisə qarşısında ümid dolu olması, əsla ümidsizliyə qapılmaması ruhunda bir çox müsbət inkişafa səbəb olar. Təvəkküllü, dünya ehtirasları olmayan, səbirli, sakit, hadisələrin sürükləyib aparmadığı, güclü, məmnun, insanlar tərəfindən hörmət edilən, ağlına müraciət edilən, yetkin, lider xarakterli bir insan olacaq.

Ağılsızların Ümidlənməsi

Ümidvar olmaqla Allahın əmrlərinə tabe olmaq və Onun sərhədlərini qorumaq arasında çox mühüm əlaqə var. İnsanın Allahın rəhmətindən ümidvar olması, əlbəttə, Ona olan yaxınlığı və bağlılığı, Quranın hökmlərini nəzərə almasıyla mütənasibdir. Yoxsa Allahı xatırlamayan, həyatını öz bildiyi kimi yaşayan, Allahın hökmlərindən üz döndərən bir insan, əgər bu rəftarlarını düzəltməsə, tövbə edib Allaha təslim olmasa bu əxlaqına qarşılıq gözəl mükafat veriləcəyini düşünməsi, təkcə özünü aldatmaq olar.

Məhz, ağılsızlar bu cür ümidlənər. Allahı lazımınca tanıyıb təqdir edə bilməyən, Qurandan, İslamdan xəbəri olmayan bir çox insan vardır ki, axirətdə gözəl qarşılıq alacaqlarına özlərini inandırıblar. Bu möminlərin ümidvar olma xüsusiyyətlərindən kənar, inancsızlığın gətirdiyi qorxmazlığı və çirkin cəsarəti göstərir. Bu insanlar din əxlaqından uzaq olduqları üçün sıxılan vicdanlarını, bu cür saxta ümid və gözləntilərlə rahatlaşdırmağa çalışar, özlərini də buna inandırarlar. Məsələn, bir tədqiqatçı Quran əxlaqına uyğun kiçik bir davranış sərgiləməsə də, gördüyü elmi işlərin özünü "qurtaracağını" ümid edər. Yaxud bir fəlsəfəçi dini rədd etsə belə, çox mədəni bir insan olduğu üçün digərlərindən üstün olduğunu və axirətdə buna müvafiq qarşılıq alacağını zənn edər. Bir tacir isə, insanlara təmin etdiyi mal və imkanlar sayəsində axirətdən gözlənti və ümid içində olar. Halbuki bu insanların danışıqlarına baxıldığı zaman, əslində axirətin varlığı barədə şübhə içində olduqları görünər. Bir ayədə inanmadığı halda, axirətdən yana gözlənti içində olan bu insan modeli ayələrdə bu cür bildirilir:

Onlara iki kişinin əhvalatını misal çək; Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Birinin başqa məhsulları da vardı. Beləliklə, o öz dostuyla danışarkən ona: "Mən sərvətcə səndən daha zəngin və adamlarımın sayına görə səndən daha qüvvətliyəm!".

O nəfsinə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa quruyub yox olacağını düşünmürəm. Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha xeyirli bir nəticə qismətim olacaq!" (Kəhf surəsi, 32-36)

Göründüyü kimi, qiyamət gününə belə şübhə edən bu insan, axirətə getdiyi təqdirdə xeyirli bir nəticə ilə qarşılaşacağı şəklində əsassız məntiqə sahibdir. Bu əsassız məntiqi də, həqiqətən iman gətirməməsinin gətirdiyi, ağılsızlığından qaynaqlanır. Bu nümunə dövrümüzdə də olduqca yayılmış bir zehniyyəti əks etdirir.

Bu axmaq ümid və gözlənti içində olanlar, dünyada (öz mənfəətlərinə mütənasib şəkildə) etdikləri yaxşılıqların qarşılığını almalarının lazım olduğunu, bunu təbii haqqları olduğunu düşünərlər. "İşləmək ən böyük ibadətdir", "xalqa xidmət Haqqa xidmətdir" kimi şüarları mənimsəyər və tez-tez istifadə edərlər. Əlbəttə ki, bu düşüncələr səmimi olduğu müddətcə insana fayda verə bilər, lakin bir tərəfdən Allaha qarşı nankor və üsyankar rəftar göstərər və Quranda qadağan edilən hər cür çirkin rəftarı, pis əxlaqı tətbiq edərkən, digər tərəfdən də dünyada nəfsi üçün gördüyü işlərdən qarşılıq gözləmək məntiqsizdir. Lakin bu cür insanlara bunun boş və axmaq gözlənti olduğu, Allah qatında qiymətli olanın iman gətirib yalnız Allahın rizasını qazanmaq üçün görülən işlər olduğu xatırladıldıqda, bu həqiqəti qəbul etməyə yanaşmazlar. Halbuki Allaha iman gətirmədən və Allahın rizası nəzərə alınmayan işlərin axirətdə qazanc gətirməyəcəyi, boşa gedəcəyi Quranda bildirilən həqiqətlərdir. İman gətirilmədiyi təqdirdə (Allahın diləməsi istisna olmaqla) həqiqətən də görülən işlərin boşa gedəcəyi ayələrdə belə xəbər verilmişdir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Özlərini dindar zənn etdikləri halda, əslində Quranda təsvir ediləndən fərqli bir dini modeli mənimsəyən və dolayısilə şirkə düşən insanlar da, axirətdən yana boş ümid və gözlənti içindədirlər. Halbuki Qurandan başqa heç bir dini anlayış və tətbiqin Allah qatında dəyəri yoxdur. Çünki Allahın bildirdiyi haqq din Qurandadır, bundan savayı din adından, İslam adından mənimsənilən modellərin heç biri Allah qatında etibarlı deyil. Quranda dinə xidmət etdiyini zənn edən, lakin şirkə əsaslanan zehniyyətlərindən ötrü, xidmətləri hədər olanlardan belə bəhs edilir:

Şirk qoşanların, öz inkarlarına bilavasitə özləri şahid olduğu halda, Allahın məscidlərini təmir etmələrinə (haqq və səlahiyyətləri) yoxdur. Məhz bunlar, etdikləri hədər olanlardır. Həmçinin bunlar odda əbədi qalacaq kimsələrdir. (Tövbə surəsi, 17)

Şirk qoşduqları halda, axirətdən yana gözlənti içində olanların, axirətdə heç gözləmədikləri bu vəziyyət qarşısında düşdükləri bu heyrət də Quranda belə bildirilir:

O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şirk qoşanlara deyəcəyik: “(Bir şey) zənn edərək şirk qoşduqlarınız haradadır?”

Sonra onların: "Rəbbimiz olan Allaha and olsun ki, biz müşrik deyildik" deməkdən başqa fitnələri olmadı (qalmadı).

Bax, özlərinə qarşı necə yalan söylədilər və uydurduqları da özlərindən uzaqlaşıb yox çıxdı. (Ənam surəsi, 22-24)

Göründüyü kimi ümidvar olmaq, ancaq imanla dəyər qazanır, bir ibadət və gözəl əxlaq xüsusiyyətinə çevrilir. Həqiqi imana sahib olmadan, Quranın hökmlərini nəzərə almadan, Allahın bildirdiyi ibadətləri yerinə yetirmədən, Allahdan və axirətdən ümid və gözlənti içində olmaq isə, öz aləmində vicdanı rahatlatmağa xidmət edən, səmimiyyətsiz və əsassız zehniyyətin məhsuludur. Belə bir düşüncənin özünü aldatmaqdan savayı bir mənası da yoxdur. Möminlərin ümidvar olmaları ilə, qəflət əhlinin və müşriklərin boşuna ümidlənmələrini bir-birinə qarışdırmamaq lazımdır.

Allahdan cənnəti ümid edən bir insan da bunun üçün Allahın ayələri istiqamətində davranışlar sərgiləməlidir. Allahın rizasına uyğun davranan, Onun əmr və tövsiyələrinə əməl edən, heç bir şərait və mühitdə Allahın ayələrindən güzəştə getməyən insan, bu vəziyyətdə Allahın cənnətlə mükafatlandıracağını bildirdiyi insanlardan olmağı ümid etməyə haqq qazanar. Bir ayədə belə bildirilir:

Var-dövlət və övladlar dünya həyatının cəlbedici bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha xeyirlidir. (Kəhf surəsi, 46)

Bura qədər deyilənlərlə birlikdə mühüm bir mövzuya diqqət çəkməkdə fayda var. Bir insan bu ana qədər Allahın bəyənməyəcəyi bir əxlaqı və həyat tərzini davam etdirmiş ola bilər. Lakin mühüm olan insanın Quranda bildirilən həqiqətlərdən xəbərdar olduqdan sonra Allaha tövbə edib, səmimi insan olmağa qərar verməsidir. Həmçinin bu qərarı istiqamətində gözəl əxlaq göstərərək həyatına davam etməsidir. Bu yolla həmin bu insan keçmişdə etdiyi səhvləri Allahın bağışlamasını və cənnəti ümid edə bilər.

Şeytan Insanlara Ümidsizliyi Aşılamaq Istəyər

Şeytan özünə dost seçdiyi insanlara həmişə özünə inamsızlığı, gələcək üçün ümidsiz olmağı, hadisələrə həmişə pessimist cəhətdən baxmağı təlqin edər. İnsanların iman gətirmələrini, Allaha qarşı itaətkar olmalarını, taleyə təslim olmuş, təvəkküllü, ümidvar və şövqlü şəkildə yaşamalarını istəməz. Çünki bütün bu sadalananlar həm Allahın bəyəndiyi və Ona yaxınlaşdıran, həm də din əxlaqının yaşanması üçün zəruri olan xüsusiyyətlərdir. Şeytan isə insanların Allaha yaxınlaşmalarını, Allahın dinini şövqlü və qətiyyətli şəkildə yaşamalarını istəməz. Buna görə də, insanı ümidsizlik təlqini ilə ruh düşkünlüyünə, şövqsüzlüyə, pessimizmə, çarəsizliyə və bezginliyə sürükləməyə çalışar.

Şeytanın möminə etdirmək istədiyi, lakin etdirə bilmədiyi şeylərdən biri də, mənfi kimi görünən mühitlərdə ümidsizliyə salmaqdır. Şeytanın təkcə səmimi möminlərə gücü çatmaz, onları öz tərəfinə çəkə bilməz. Çünki möminlər imanlarına görə həmişə Allahın əmr və tövsiyələrinə tabe olarlar. Ümidvar olmaq Allahın Quranda bildirdiyi qəti əmrdir. Buna görə də, iman gətirənlərin bu mövzuda da fərqli münasibət göstərmələri qeyri-mümkündür. Çünki Allah ayəsində möminlərə; “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər” deyə buyurur, (Yusif surəsi, 87). Buna görə də, möminlər belə bir ruh halına sahib olmaqdan qətiyyətlə çəkinərlər.

Eynilə, digər Quran ayələrində də ümidsizliyə qapılmaq qınanılır və inkarçıların mənfi bir xüsusiyyəti kimi bildirilir. Ayələrdə belə buyurulur:

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Halbuki ona toxunan bir zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən Qiyamət saatının gələcəyini də güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” And olsun, Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fussilət surəsi, 49-50)

Allahın ayələrini və Ona qovuşmağı “inkar edənlər”; məhz onlar, Mənim rəhmətimdən ümid kəsənlərdir; və məhz onlar, ağrılı əzab onlarındır. (Ənkəbut surəsi, 23)

Ümidsizliyə qapılan, üsyan edən insan şeytanın tələsinə düşmüş, onun əmrlərini yerinə yetirmiş olar. Hər vaxt ümidvar olan, gələcəyinə həmişə ümidlə baxan mömin isə həm Allahın razılığını və axirət savabını qazanar, həm də Allahın bir neməti olaraq dünyada da sağlam və xoşbəxt həyat yaşayar. Hər şəraitdə ümidvar, Qurana sıx bağlı və Allahı çox yaxın dost tutmuş olacağı üçün, şeytan ümidsizliyə qapılması istiqamətində onu aldada bilməyəcək. Bu mövzu din əxlaqını təməlini meydana gətirən mühüm mövzulardan biri olduğu üçün, mömin Quranla əlaqədar istənilən mövzuya olduğu kimi, bu mövzuya da olduqca diqqət göstərər.

Mövzunun digər bir istiqaməti də, Allahın dininin yaşanmasını istəməyən şeytanın, insanlara həmişə dindən kənar əxlaq modellərini yaşatmaq istədiyi və ümidsizliyin də bu modelin bir parçası olmasıdır. Belə ki, bəzi cəmiyyətlərdə ümidsizlik sanki həyat fəlsəfəsi halına gəlir. Şeytanın təsiri altına aldığı insanlar, ümidsizliyin və pessimizmin dilə gətirildiyi, mahnılardan, filmlərdən və izahatlardan nəfsani bir ləzzət alacaq vəziyyətə gələrlər.

Halbuki ümidsiz insanın ağlı, məntiqi və mühakiməsi sağlam qərar almağa imkan vermir. Ümidsizlik insanın fiziki və əqli sağlamlığını itirməsinə səbəb olduğu kimi, dərəcəsinə görə insanları öz həyatına son verməyə, intihar etməyə qədər sürükləyən ruhi xəstəlikdir. Əlbəttə ki, belə bir insanın Quran əxlaqını lazımınca yaşaması gözlənilə bilməz. Bu da şeytanın maraqlarına olduqca uyğun gələn vəziyyətdir. Çünki belə vəziyyətdə insanları din əxlaqından və axirətdən hər hansı gözləntiləri ola bilməyəcək şəkildə azdırmış, özü ilə birlikdə sonsuz əzaba sürükləmiş olar. Onsuz da bəşəriyyət tarixi boyunca şeytanın ən böyük hədəfi də budur.

Ümidsiz insan özünə olduğu kimi ətrafındakı insanlara da mənfi və pessimist hal aşılayar. Bu hərəkəti ilə sanki şeytanın köməkçisi olar. Çünki şeytan insanlarda hakim etmək istədiyi ruh halını onun vasitəsilə təlqin edər. Belə hərəkətlə də insan (bilərək və ya bilməyərək) şeytana xidmətçisinə çevrilmiş olar. Halbuki insan şeytana deyil, Allaha qulluq etmək üçün, Allahın dininə xidmət etmək üçün yaradılmışdır.

 

4 / total 8
"Harun Yəhyanın Quranda Ümidvar Olmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com