< <
5 / total: 8

Ümidsizliyi Yaradan Şeytani Səs: "Vəsvəsə"

Vəsvəsə şeytanın təlqinləri nəticəsində insanın zehnində yaranan boş şübhə və xülyalardır. Vəsvəsə insanın doğru qərar almasına mane olar. Onu şübhəyə salıb məşğul edər, qərarsızlığa sürükləyər, içini sıxar, mənasız qorxulara səbəb olar, ağlını və düşünə bilmə qabiliyyətini pozar, özünə olan etibarını yox edər. İnsan narahat, qərarsız, qorxaq, ümidsiz, pessimist ruh halına bürünər. Vəsvəsə və onun gətirdiyi psixoloji problemlər, xüsusilə tale barəsində məlumatı olmayan, Allaha təvəkkül etməyi bacarmayan, zəif imanlı insanların yaşadıqları problemlərdir.

Şeytanın məqsədi, belə insanlara boş xülyalar pıçıldayaraq onları Quran əxlaqından uzaqlaşdırmaq, Allahın qüdrətindən xəbərsiz, Allahı lazımınca təqdir edə bilməyən insanlar halına gətirməkdir. Şeytan, həyatını boş məqsədlərə sərf edən, Allahın rizasını deyil, öz istək və ehtiraslarını ön planda tutan, əsil yaradılış məqsədi olan Allaha qulluq etmək vəzifəsini unutmuş bir insan modeli meydana gətirmək üçün çalışar. Ona qulaq asan insanlar isə, sırf şeytanın verdiyi vəsvəsəyə düşdükləri, onları əhəmiyyətli gördükləri, Allahı unutduqları üçün dünyada və axirətdə itki içində olarlar.

Dünyadakı itkilərinin başında, həyatlarındakı narahatlıq və qərarsızlıq durar. İnsanlar həyatlarının bir çox fərqli mərhələsində, insandan insana dəyişən çox müxtəlif mövzularda vəsvəsəyə düşə bilərlər. Çox vaxt doğru qərar ala bilməməyin, hadisələr qarşısında yaxşı seçim edib edə bilməməyin narahatlığı ilə yaşayarlar. Təhsil, iş kimi mövzularda həmişə qərarsızdırlar. "Görəsən digər işi mi seçsəydim?" və ya "digər məktəbə mi getsəydim daha yaxşı olardı?" kimi cümlələri bu insanlardan eşidərsiniz.

Burada ağla; "həmişə yaxşını axtarmağın nə kimi problemləri ola bilər?" şəklində suallar gəlir. Lakin burada izah etmək istədiyimiz şey, bu sualların yaxşılığı və gözəlliyi tapmağa istiqamətli deyil, əksinə insanları yaşadıqları hər gündən, hətta hər saniyədən ötrü sıxıntıya və tərəddüdə salmağa istiqamətli olmasıdır. Çünki belə ruh halında yaşayan insanlar özlərini davamlı sorğu-sual etdikləri üçün, düşüncələri, ağılları həmişə qarışıq və bulanıq olar, heç vaxt etdiklərindən əmin ola bilməzlər və əsil düşünmələri lazım olan mövzuları düşünə bilməyəcək hala gələrlər. Məhz bu, vəsvəsənin insana verə biləcəyi ən böyük zərərlərdən biridir.

Vəsvəsə, səbəb olduğu qərarsızlıq və böyük-kiçik müxtəlif xülyalarla bir çox insanın vaxtının çoxunu, dolayısilə də həyatının böyük hissəsini korlayan bir bəladır. Qərarsızlıq və şübhələrin səbəb olduğu boş xülyalar nəticədə stressli, gərgin ruh halına gətirib çıxardar. Əgər vəsvəsə içində olan insan, Allaha iman gətirməyən və ya Allahın varlığına iman gətirsə də Onun gücünü təqdir edə bilməyən vəziyyətdədirsə, belə olan halda vəsvəsəsi və şübhələri böyüdükcə böyüyər. Özünü yaratmış olan Allaha arxalanıb güvənmədiyi üçün, şeytanın təlqinlərindən xilas ola bilməz və qapıldığı vəsvəsələr içinə bürüyüb heç dayanmadan onu sıxar. Hər kəsin yaxın ətrafında, hərdənbir özündə də gördüyü bu ruh halı çox geniş şəkildə yaşanır.

Vəsvəsənin ən mühüm zərəri, insanın ağlını örtməsi və sağlam düşünməsinə mane olmasıdır. Gündəlik həyatı boyunca zehnini məşğul edən xülyalar və şübhələrlə məşğul olan bir insanın isə, Allahı lazımınca tanıyıb təqdir etməsi, Onun istədiyi şəkildə yaşaması qeyri-mümkündür. Bu insan dünyaya istiqamətli ehtiras və narahatlıq içindədir. Buna görə də, Quranda əmr edilən təvəkkülü, rahat və sakit ruh halını, buna bağlı olaraq formalaşan gözəl əxlaqı qazana bilməz.

Vəsvəsəli ruh halına sahib insan doğru ilə yanlışı, yaxşı ilə pisi, etməsi və ya etməməsi lazım olan şeyləri də bir-birinə qarışdırar. Başına gələcəklərlə əlaqədar davamlı vəsvəsə, qorxu və şübhə içindədir. Aldığı qərarların doğruluğu mövzusunda da davamlı tərəddüd içindədir. Bu vəziyyət onun zehnində güclü təzyiq meydana gətirər və məntiqli düşünməsinə, sağlam qərarlar almasına, mühakimə etməsinə mane olar.

Halbuki bütün bunlar olduqca mənasızdır. İnsanın bu dünyada mövcud olma məqsədi Allahın istədiyi kimi qul olmaq və bu səyində səmimidirsə, Rəbbbimizin həmişə dostu olduğunu unutmamaqdır. Belə bir insan hər şeyi yaradanın Allah olduğunu unutmaz. Yaşadığı böyük-kiçik hər hadisənin Allahın istəyi daxilində reallaşdığını bilər. Məhz vəsvəsələr içində həyatını davam etdirən və özünü əsl qurtuluşa aparacaq yoldan uzaqlaşan insanların da, bu həqiqətləri qavraması şərtdir. Bu insanlar da sahib olduqları xülyaların, şübhələrin, vəsvəsələrin yaşadıqları hadisələrin nəticəsini dəyişdirməsinin qətiyyən mümkün olmadığını bilməlidirlər. Təkcə bu şüura sahib insanlar rahat həyat yaşaya bilərlər. Çünki bu həqiqəti bilən insanlar, özlərini yoxdan var edən Allahın təyin etdiyi və onlar üçün mütləq xeyirli olan taleyə təslim olmuşdurlar.

Özünün bir tale tamaşaçısı olduğunu, Allahın özü üçün təqdir etdiyi taledən heç vaxt kənara çıxa bilməyəcəyini anlaya bilməmiş insanlara isə, şeytan əziyyət verər. İnsanların vəsvəsə kimi getdikcə böyüyən, sıxıntıya salan, ruh halını korlayan bir bəladan xilas ola bilməməsinin təməlində də bu problemə necə yaxınlaşacağını, bunun nədən qaynaqlandığını və bundan necə xilas olacağını bilməməsi dayanır. Bu mühüm problemin həlli, güclü Allah sevgisi və qorxusu, imandan qaynaqlanan möhkəm təslimiyyət hissidir.

Vəsvəsə Insanı Ümidsizliyə Sürükləyər

Kitab boyunca iman gətirən insanların həmişə ümidvar ruh halına sahib olduqlarından bəhs etdik. Həqiqi imana sahib insanların tükənməz ümid içində olduqlarına diqqət çəkdik. Məhz buna görə də, insanları Allahın yolundan döndərməyə çalışan şeytanın ən hiyləgər taktikalarından biri də insanlara gözəllikləri və xeyirləri ümid etmə mövzusunda vəsvəsə verməyə çalışmaqdır. Ümidsizlik, şeytanın insanları Allahın yolundan ayırmaq üçün verdiyi vəsvəsələrlə meydana gələr. Bu vəsvəsələrə qapılıb hər hansı mövzuda ümidsizliyə qapılan insanlar, təməldə zəif imana sahibdirlər. Bu vəziyyət, həmin bu insanların taleyə imanlarının tam və lazımınca olmadığının da bir göstəricisidir.

Halbuki Quranda hər şeyin Allahın idarəsində olduğu ayələrdə çox açıq şəkildə bildirilmişdir. Bu mövzudakı bir ayə belədir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan bir yarpaq belə düşməz... (Ənam surəsi, 59)

Ayədə bildirildiyi kimi, Allah istmədən və məlumatı olmadan bir yarpaq belə düşməz. Yəni yer üzündəki hər hadisə Allahın məlumatı və idarəsi altındadır. Məhz insanlar dünyanın xüsusi olaraq yaradılmış imtahan yeri olduğunu bilməli və bu xüsusi mühitdə bir çox imtahan vəsiləsini Allahın xüsusi olaraq yaratdığını da unutmamalıdırlar.

Allah yer üzündəki imtahanın tələbi olaraq insanları hər cür hadisə ilə sınaya bilər. Necə ki, Quranda bu həqiqət belə bildirilmişdir:

Andolsun, Biz sizi bir az qorxu, aclıq və bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayacağıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Yuxarıdakı ayə ilə yanaşı, Quranda insanların müxtəlif sınaqlardan keçəcəyini xəbərini verən bir çox ayə var. Baş verən bütün bu hadisələrdə göstərilməsi lazım olan doğru rəftar, şükr etmək, səbr etmək və Allahdan xeyir və gözəllikləri ümid etməkdir. Başına gələn bir çətinliyin çox qısa müddətdə keçib gedəcəyini bilən, qarşısına çıxan bu hadisə ilə sınandığını və gözəl əxlaq göstərərsə cənnəti ümid edə biləcəyini bilən möminlər, belə vəziyyətlərdə heç sarsılmazlar. Sıxıntı, kədər hiss etməz, ümidsizliyə qapılmaz, narahat ruh halına bürünməzlər.

Lakin bunu da unutmamaq lazımdır ki, şeytanın vəsvəsələrinə qapılmamaq mövzusunda insan qəti qərarlı olmamalıdır. Çünki şeytan, insana ağla gəlməyəcək yüzlərlə fərqli nöqtədən yaxınlaşaraq vəsvəsə verməyə çalışa bilər. Məsələn, tez-tez səhv edən insana, bu səhvlərindən əsla xilas ola bilməyəcəyini pıçıldayar. Əgər insan Allaha qarşı bir səhvə yol vermişdirsə, nə qədər tövbə etsə də bunun etibarlı olmayacağı, doğrusunu etməyə niyyət etsə belə Allahın özünü bağışlamayacağı yalanını söyləyər. Bu, şeytanın insanları ümidsizliyə salaraq tövbə etməkdən uzaqlaşdırmaq üçün oynadığı bir çox hiyləgər oyundan biridir. Məhz buna görə də, insanlar səhv etdikləri zaman ümidsizliyə qapılaraq onu düzəldə bilməyəcəkləri narahatlığına qapılarlar. Lakin bir insan, etdiyi səhvə görə peşmançılıq hiss etsə və bundan sonra bir daha təkrarlamamaq şərti ilə dərhal Allaha tövbə etsə, həmin səhv bu insan üçün bir təcrübə olaraq “xeyir” olacaq. Bir ayədə belə buyrulur:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan pis və yaramaz işlər görməyi əmr edər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxa bilməzdi. Lakin Allah istədiyini təmizə çıxardar. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)

Şeytanın bu mövzudakı gizli taktikalarından biri də, hadisələri içindən çıxılmazmış kimi göstərməyə çalışmaqdır. Əgər bir hadisə asan şəkildə görülsə onun həllinin də asan olacağı aydındır. Buna görə də, şeytan hadisələri çətin və dolaşıq göstərmək istəyər. İnsanların qarşısına çıxan çətinlikləri bir daha həll edə bilməyəcəkləri böyük hadisələr olaraq göstərməyə çalışar ki, insanlar ümidlərini itirsinlər və pessimist, qəmgin ruh halına bürünsünlər. Çünki şən, ümid dolu bir insanın vəsvəsələrə qapılması daha çətindir. Kədər və ümidsizlik kimi pessimist ruh halında isə vəsvəsə olduqca asan zəmin tapar.

Vəsvəsədən xilas olmaq üçün, bu ruh halını xoşlamamaq və bunu yaşamağı istəməmək çox əhəmiyyətlidir. Bəiz insanlar belə yaşamaqdan çox sıxıldıqlarını, ancaq heç cür bundan xilas ola bilmədiklərini söyləyərlər. Buna görə də, ümidsiz və sıxıntılı vəziyyətdə həyatlarına davam edərlər. Buna bir də gündəlik həyatın gedişatında dinlədikləri mahnılardakı, izlədikləri filmlərdəki qəmgin və ümidsiz sözlər əlavə olunduqda xeyli sıxıntıya qapılarlar. Özlərinə həqiqətlər izah edilsə belə, “nə edim əlimdə deyil, kədərlənirəm” kimi, məntiqi və şərhi olmayan bir vəsvəsə ilə, belə həyat yaşamaları lazım olduğuna inanarlar.

Açıqca söyləməsələr də, əslində belə bir həyatdan xoşlanan insanlar olduqlarını ibrətlə görürük. Hər nə qədər sıxıntı yaşasalar də, "melanxolik" adlandırılan bu cür insanlar şüur altında kədərlənməkdən qəribə həzz alarlar və bir cür bu ruh halından asılı olarlar. Şərtlər düzəlsə belə, bu şeytani ruh halı özlərində alışqanlıq yaratdığına görə buraxmaq istəməzlər. Şeytan cəhənnəm əhlinin xüsusiyyəti olan bu qəflət içindəki ruh halını insanlara bəyəndirmək üçün çalışar. Onların hələ dünyada olarkən cəhənnəmin mənəvi əzabını yaşamalarını təmin etmək və onları doğru yoldan, cənnəti və Allahın rəhmətini ümid etməkdən uzaqlaşdırmaq istəyər. Bu da şeytanın mühüm taktikalarından biridir.

Bu ruh halından xilas olmağın həlli, təkcə Allahın qüdrətini bilən, şəfqətindən və mərhəmətindən xəbərdar olan, yaranma məqsədini bilən, insanları tələyə salmağa çalışan şeytanın oyununa gəlməyən bir imana sahib olmaqla mümkün olar. Məhz buna görə də, Allaha təslim olmuş, taleyini yaşadığını görən bir insan, əsla vəsvəsələrə qapılaraq ümidsizliyə düçar olmaz.

Vəsvəsəli Insanlar Qorxu və Narahatlıq Içində Yaşayarlar

Allah Quranda təkcə bir qorxunun insanı doğru yola aparacağını bildirmişdir. Bu da Allah qorxusudur. Sonsuz ağıl sahibi olan Allah, ondan qorxanlar üçün doğrunu yanlışdan ayırd edə biləcək anlayış verəcəyini bildirmişdir. Bu, insanların sahib olması lazım xüsusiyyətlərdən biridir. İman sahibi, qəlb gözü olan bir insan doğrunun və yanlışın nə olduğunu bilər. Buna görə də, özünü müxtəlif qorxularla aldatmağa çalışan şeytanın oyunlarına aldanmaz.

Şeytan insanların zəif nöqtələrini yaxşı bildiyi üçün, onları bu zəif nöqtələrindən tutmağa çalışar. Hər insana eyni taktika və üsulla yaxınlaşmaz. Bəzi insanları gələcək qorxusu ilə, bəzi insanları ölüm qorxusu ilə, bəzi insanları da xəsislik və aclıq qorxusu ilə qorxutmağa çalışar. Məsələn, bir insan mənfəət gözlədiyi bir insandan çox çəkinər. Öz mənfəətinə mane olmasından, məsələn, pulunu, malını itirməsinə səbəb olmasından və ya bu insan ucbatından etibarının zədələnməsindən qorxar. O insana müstəqil mənlik verdiyi üçün, onun şəxsi qərarlar aldığına və istəmədiyi bu cür hadisələrin onun gücü ilə meydana gəldiyinə inanar. Halbuki unudulmamalıdır ki, o insanın da Yaradacısı Allahdır. İnsanı yedirdən, içirdən, xəstələndiyi zaman ona şəfa verən Allahdır. Özü bunu bilsə də, bilməsə də, Allaha boyun əymiş şəkildə yaradılmışdır və bu şəkildə həyatını davam etdirir. Bu insan da söylədiyi hər sözü, taleyində Allahın müəyyən etdiyi şəkildə söyləyər. Allah bir ayəsində, özündən mənfəət ümid edən insanların da əslində Allaha qul olduqlarını bildirmişdir. Hər insan axirətdə Allaha hesab verəcək və etdiklərindən sorğu-sual olunacaq. Buna görə də, insanların əsas Allahdan qorxmaları lazımdır.

Allahın sonsuz gücünü və hər şeyin üzərindəki mütləq idarəsini qavraya bilməyən insanlar, bir çox fərqli varlığa mənlik verib, onları müstəqil güc sahibi kimi gördükləri üçün hər tərəfdən təhlükə içində olduqlarını zənn edərlər. Pisliyin kimdən və haradan gələcəyini bilməz və dolayısilə davamlı qorxu və narahatlıqla yaşayarlar. Din əxlaqından uzaq yaşayan insanlar gələcəkdən güclü şəkildə qorxarlar. Həmişə gələcəkdə necə bir həyat yaşayacağını düşünmək, müxtəlif ehtimallardan ötrü narahatlıq keçirmək sıx yaaşdıqları ruh halıdır. "Görəsən başıma bir şey gələrmi? Ya xəstələnsəm? Ya gənc yaşda ölsəm? Görəsən rahat bir həyat yaşaya biləcəyəmmi?" kimi tamamilə yersiz narahatlıqlar, tez-tez rast gəldiyimiz və yüzlərlə fərqli nümunələr gətirə biləcəyimiz, insanı boş yerə məşğul edən mövzulardan yalnız bir neçəsidir. Hələ baş verməmiş bu hadisələri müxtəlif ehtimalları düşünərək quraşdırmaq, insana yaşadığı anda da böyük sıxıntı və ümidsizlik verər.

Şeytanın insanlara verdiyi şübhə və vəsvəsələrin təbii nəticəsi olaraq insanda həddindən artıq narahat ruh halı meydana gələr. Sakit, təvəkküllü ruh halı ilə qiymətləndirildiyi zaman asanlıqla həll ediləcək sadə problem, vəsvəsəli vəziyyətdə düşünən insanlar üçün içində çıxılmaz hal alar. Bu yanlış aspekt insanı qorxu və narahatlıqlara sürükləyən bir bəlaya çevrilər.

Möminlərin gücünün və qətiyyən pozulmayan əhvalının qaynağı isə, bu həqiqətləri çox yaxşı bilmələri və Allahın yaratdığı taleyə səmimi şəkildə iman gətirmələridir.

Vəsvəsədən Xilas Olmaq

İnsanların bir hissəsi də vəsvəsənin boş xülyalardan ibarət olduğunu bilər, lakin bundan xilas olmaq məsələsində iradə göstərməzlər. Halbuki bu hərəkət şeytanın insanı inkar etməyə dəvət etməsinə, fəaliyyətlərinə davam etməsinə icazə vermək mənasını verər. Pisliyə istiqamətləndirən bir səsə qarşı laqeyd qalmaq, “bunun mənə bir zərəri olmaz” şəklində düşünmək şeytanın tələsinə düşmək deməkdir. Bunu görən bir insanın bundan qəti şəkildə xilas olmağa çalışması lazımdır. Çünki şeytan insana vəsəvəsədən xilas olmağın çətin məsələ olduğunu təlqin etməyə çalışar. Hamısından əhəmiyyətlisi də, şeytan vəsvəsəni verənin özü olduğunu gizlədər və bunun insanın öz zehninin yaratdığı düşüncələr, xülyalar olduğuna yanılmasına sürükləyər.

Şeytan bir çox xülyanı insanın zehninə təlqin edərək, onun üçün içindən çıxılması qeyri-mümkün kimi görünən bir mənzərə meydana gətirər. İnsan da bu süni problemləri həll etməsinin mümkün olmadığını görüb ümidsizliyə və pessimizmə qapılar. Halbuki hadisələrə Quran gözüylə baxsa, hər şeyi hər an yaradanın Allah olduğunu və istədiyi təqdirdə hər şeyi yaratmağa gücünün çatdığını bilər, hər mövzuda Ona yönələr və ondan kömək istəyər. Allahın, səmimi qullarını içində olduqları sıxıntıdan qurtaracağını və onlara Ona yönəlmələrindən və güvənmələrindən ötrü daxaili rahatlıq və xoşbəxtlik nəsib edəcəyini bilər və ümid edər. Rəbbimizdən qafil yaşayan insanlar isə hər şeyi özlərinin həll etmələri lazım olduğunu düşünər və güclərinin tükəndiyi yerdə yıxılıb qalarlar.

Halbuki insanın sürətlə gəlib keçən dünyada yaşadığı hər an çox qiymətlidir və əsla boş qorxular, faydasız xülyalarla bu "təyin olunmuş" müddət keçirilməməlidir. İnsan həmişə müsbət düşünməli, yaranma məqsədinə uyğun bir həyat yaşamalıdır. Məhz belə bir səy göstərən insan, Allah istədiyi təqdirdə dünyada və axirətdə gözəllik tapar. Allaha imanın, taleyə təslimiyyətin dincliyini dərk edən bu insanın şeytanın hiyləsinə düşməsi qeyri-mümkündür. Yəni vəsvəsə bəlasından xilas olmağın yolu, Allaha sığınmaq və Rəbbimizin istədiyi kimi yaşamaq və davranmaqdır:

(Allahdan) çəkinənlərə şeytandan bir vəsvəsə toxunduğu zaman, yaxşı şəkildə düşünərlər (Allahı zikr edib xatırlayarlar), sonra da dərhal görüb anladıqlarını görərsən. (Əraf surəsi, 201)

Şeytanın pıçıldadığı boş xülyalardan xilas olmağın yolu, digər bir ayədə də belə ifadə edilib:

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. (Əraf surəsi, 200)

Göründüyü kimi möminlər üçün şeytanın vəsvəsələri heç bir problem yaratmaz. Sahib olduqları iman və davamlı Allahı xatırlamaları, şeytana və onun vəsvəsələrinə qapılmamalarını təmin edər. Sığınacaq heç bir yerləri olmayan inkarçıların isə vəsvəsə və şeytanın oyunları ilə mübarizə apara biləcək gücləri də yoxdur. Şeytanın əmri altında olan insanlar olmaqdan heç vaxt xilas ola bilməzlər. Necə ki, şeytanın iman gətirənlər üzərində heç bir gücü olmadığı, təkcə inkar edənlərə gücünün çatdığı ayələrdə belə bildirilib:

(Şeytan) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (sənə qarşı çıxmağı və dünya ehtiraslarını) bəzəyib cəlbedici göstərəcəyəm və onların hamısını mütləq azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. Allah dedi: “Bu, Mənə görə dümdüz olan yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir gücün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”. (Hicr surəsi, 39-42)

 

5 / total 8
"Harun Yəhyanın Quranda Ümidvar Olmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com