< <
6 / total: 8

Peyğəmbərlərdəki Ümidvar Əxlaqdan Gözəl Nümunələr

Peyğəmbərlər, insanlar üçün hər mövzuda olduğu kimi, hər cür çətinlik qarşısındakı ümidvar və təvəkküllü halları ilə də ən gözəl nümunəni təşkil edirlər. Peyğəmbərlər yalnız Allahı dost tutan, Allahın hökmlərinə qəlbən bağlı olan, bütün həyatlarını Allah üçün yaşayan insanlardır. Həmçinin həyatlarının hər anında Allaha güvənib təvəkkül edən, hər zaman Allahın köməyinin yanlarında olduğunu bilən insanlardır.

O zaman onlara bənzəməyə cəhd edən möminlərin də, gözəl əxlaqın hər təfərrüatında olduğu kimi, ümid dolu olma mövzusunda da onları nümunə götürmələri lazımdır. Peyğəmbərləri nümunə götürən müsəlmanın bütün davranışları, reaksiyaları, qərarları sağlam olacağı üçün, ətrafındakılar da onun bu halından təsirlənəcəklər və onun kimi gözəl rəftar göstərməyə çalışacaqlar.

Tarix boyu bir çox peyğəmbər yaşadıqları qövmlərin qabaqcıl inkarçıları tərəfindən təzyiq altına alınmağa, Allahın tövsiyə etdiyi gözəl əxlaqı insanlara çatdırmaqdan məhrum edilməyə çalışılmışdırlar. İnkarçılar bu məqsəd əsasında peyğəmbərlərə müxtəlif tələlər qurmuş, onlara böhtan atmış və əziyyətlər vermişdirlər.

Peyğəmbərlər isə, inkar edənlərin bu ağır təzyiqini səbir və təvəkküllə qarşılamış və Allahın həmişə onlarla birlikdə olduğunun şüuru ilə, heç vaxt ümidsizliyə qapılmamış, mübarizələrinə daha da artıran şövq və qətiyyətlə davam etmişdirlər. Onların bu əzmləri sayəsində gözəl əxlaq insanlar arasında yayılmış, inkar edənlərin səyi hər dövrdə boşa çıxmışdır.

İrəliləyən sətirlərdə Quranda qeyd olunmuş peyğəmbərlərin həyatlarından bir neçə nümunə gətiriləcək.

Hz. Məhəmməd (s.ə.v)

Mübarək Peyğəmbərimiz (s.ə.v) bütün həyatı, həyatının hər anı möminlər üçün gözəl nümunədir. Peyğəmbərimiz (s.ə.v)-in həyatına hakim olan dərin təvəkkül və ümidvarlığı göstərən gözəl nümunələrdən biri, Quranda bu cür xəbər verilmişdir:

Siz Ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək etmişdir. Bir zaman kafirlər iki nəfərdən biri olaraq, Onu (Məkkədən) çıxartmışdılar; ikisi mağarada olduqları zaman o öz dostuna belə deyirdi: "Kədərlənmə, əlbəttə ki, Allah bizimlədir!". Beləcə Allah Ona “rahatlıq və güvən” duyğusunu nazil etdi, Onu sizin görmədiyiniz ordularla dəstəklədi və inkar edənlərin sözünü (inkar çağırışlarını) də alçaltdı. Halbuki Allahın sözü ucadır. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Tövbə surəsi, 40)

Hz. Musa (ə.s)

İnkarçılar tərəfindən əngəllənməyə çalışılan peyğəmbərlərdən biri də hz. Musa (ə.s)-dır. Qövmü düşmənlər qarşısında qorxuya qapılıb ümidsizliyə sürüklənərkən, hz. Musa (ə.s) əsla ümidsizliyə qapılmamış, Allahın mütləq onlarla birlikdə olduğunu bir an belə unutmamışdır. Hz. Musa (ə.s)-ın bu səmimiyyət və təslimiyyətinə qarşılıq Allah da onlara böyük möcüzə ilə kömək etmiş, dənizin yarılmasını və beləcə onlar üçün yol açılmasını təmin etmişdir:

İki dəstə bir-birini gördükdə Musanın adamları: “Həqiqətən yaxalandıq!” dedilər. Musa dedi: “Xeyr, şübhəsiz, Rəbbim mənimlədir, O mənə yol göstərəcəkdir”. Bundan sonra Musaya: “Əsanla dənizə vur!” deyə vəhy etdik. (Vurdu və) dəniz dərhal yarıldı ki, hər parçası nəhəng bir dağ kimi oldu. (Şuəra surəsi, 61-63)

Hz. Əyyub (ə.s)

Ağır bir xəstəliklə mübarizə aparan hz. Əyyub (ə.s) da vəziyyətinə görə az da olsa mütəəssür olmamış və ya ümidsiz qapılmamış, dərin bağlılıqla Allaha yönəlmiş, Allahdan şəfa diləmişdir. Xəstəliyində xeyir görmüş, səbr etmişdir. Quranda bildirilən bu davranışı ilə bütün müsəlmanlara gözəl nümunə təşkil edən hz. Əyyub (ə.s)-ın ümid dolu səbri ilə bağlı ayələr bu şəkildədir:

Bəndəmiz Əyyubu da xatırla. Bir zaman o: "Hər halda şeytan mənə qəhr edən acı və əzab toxundurdu" deyə Rəbbinə səsləndi. "Ayağını hərəkət etdir. Budur yuyunacaq və içəcək soyuq (su" deyə vəhy etdik). Qatımızdan ona bir mərhəmət və təmiz ağıl sahiblərinə bir ibrət olsun deyə, ailəsini və onlarla birlikdə bir bənzərini də bağışladıq. "Və əlinə bir dəstə (çubuq) al, beləcə onunla vur və andını pozma". Həqiqətən, Biz onu səbir edən gördük. O, nə gözəl qul idi. Çünki o, (həmişə Allaha) yönələn biriydi. (Sad surəsi, 41-44)

Beləliklə onun duasına cavab verdik. Üstündən o dərdi götürdük. Ona qatımızdan bir mərhəmət və ibadət edənlərə zikr olsun deyə, ailəsini və onlarla birlikdə bir mislini daha verdik. (Ənbiya surəsi, 84)

Hz. Yaqub (ə.s)

Hz. Yusif (ə.s)-ın atası hz. Yaqub (ə.s) da Quranda gözəl əxlaqı ilə, Allaha olan sədaqəti ilə təriflənən, nümunə göstərilən bir peyğəmbərdir. Digər oğullarının hz. Yusif (ə.s) üçün qurduqları hiyləgər plandan sonra, Allahdan ümidini heç kəsməmiş və bütün səmimiyyəti ilə Allaha yönəlmiş, onun geri qayıtmasını Allahdan istəmişdir:

O dedi: “Mən dözülməz qəhrimi və kədərimi yalnız Allaha şikayət edirəm və Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm. Oğullarım! Gedin Yusifdən və qardaşından (həssas araşdırma ilə) bir xəbər gətirin və Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər”. (Yusif surəsi, 86-87)

Hz. İbrahim (ə.s)

Tarix boyu yaşamış bütün peyğəmbərlər, bütün elçilər Allahın rəhmətindən heç vaxt ümid kəsməməyi əmr ediblər. Hz. İbrahim (ə.s)-a bir övladı olacağının müjdəsini verməyə gələn elçilər də eyni davranışı göstərirlər.

Onlar dedilər: "Səni həqiqətlə müjdələdik; elə isə ümid kəsənlərdən olma". (Hicr surəsi, 55)

Hz. İbrahim (ə.s) da Allahın Quranda təriflədiyi bir peyğəmbərdir. Lakin ixlasıyla, səmimiyyətiylə və Allaha olan bağlılığıyla həmişə müsəlmanlara öndər olmuş bir peyğəmbər olan hz. İbrahim (ə.s)-ı qövmü lazımınca təqdir edə bilməmiş, onu yandıraraq öldürməyə cəhd etmişdir. Bu hadisədə də hz. İbrahim Allaha çox böyük sədaqət göstərmiş, ümidini qətiyyən itirmədən Allahın rəhmətinə güvənmiş, gözəl təslimiyyətlə taleyinə təslim olmuşdur. Allah da ona heç bir zərər və əziyyət toxundurmadan odu onun üçün zərərsizləşdirmiş və onu qorumuşdur.

Bundan sonra Qövmünün (İbrahimə) cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda iman gətirmiş qövm üçün ayələr var. (Ənkəbut surəsi, 24)

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” dedik. (Ənbiya surəsi, 69)

 

6 / total 8
"Harun Yəhyanın Quranda Ümidvar Olmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com