Darvinin Dilemması: Ruh

< <
3 / total: 8

Kvant Fizikasının Ardınca Xarici Aləm

Bir Enerji Forması: Işıq

Maks Plankın kəşfinə görə işıq, həm dalğa, həm də zərrəcik xüsusiyyəti göstərir. Plankdan sonra aparılmış bir çox təcrübə və müşahidə, bu həqiqəti konkret şəkildə ortaya çıxartmışdır. Belə olan halda, işıq barədə belə deyilə bilər: İşıq, dalğa şəklində hərəkət edən bir enerjidir. Bu tərifin daha yaxşı başa düşülməsi üçün, digər bir dalğa növünü, suda meydana gələn dalğaları nümunə verə bilərik. Su dalğaları sudan meydana gəlməzlər. Dalğa, suda hərəkət edən enerjidən meydana gələr. Əgər bir hovuzun bir ucundan digər ucuna dalğa hərəkət etsə, bu hovuzun sağ tərəfindəki suyun, hovuzun sol tərəfinə keçdiyi demək olmaz. Su olduğu yerdə qalmışdır. Hərəkət edən şey dalğadır, yəni enerjidir. Vanna suyla dolu olduğu vaxt, əlinizi onun içinə salıb hərəkət etdirdiyiniz vaxt, dalğa yaranar, çünki suya enerji verərsiniz. Enerji, suda dalğa şəklində hərəkət edər.

Bütün dalğalar hərəkət edən enerjidir və ümumiyyətlə bir vasitədən, məsəl üçün, sudan istifadə edərək hərəkət edərlər.

GolManzarasi LakeLandscape

Şüphesiz bu, gerçek bir olayın haberidir. Allah'tan başka İlah yoktur. Ve şüphesiz Allah, üstün ve güçlü olandır, hüküm ve hikmet sahibidir.
(Al-i İmran Suresi, 62)

İşıq dalğaları, su dalğalarına nisbətən bir qədər mürəkkəbdirlər və hərəkət etmək üçün bir vasitəsiyə ehtiyac duymazlar. Boşluq içində də hərəkət edərlər. İşıq yalnız başlanğıc mərhələsində maddədən asılı olar. Əvvəla işıq yaradıldıqda, hər hansı bir maddi element olmadan, müstəqil şəkildə hərəkət edə bilər. İşıq enerjisi, heç bir maddənin olmadığı yerdə ola bilər.(31) Həm işıq, həm də istilik, elektromaqnit şüa kimi bilinən enerjinin müxtəlif formalarıdır. Elektromaqnit şüanın bütün müxtəlif formaları, kosmosda enerji dalğaları şəklində hərəkət edər. Bu, bir gölün üzərinə atılan daşların meydana gətirdiyi dalğalara bənzədilə bilər. Necə ki, bir göldə yaranan dalğaların fərqli uzunluqları ola bilirsə, elektromaqnit şüaların da müxtəlif dalğa uzunluqları olur.

Lakin elektromaqnit şüaların dalğa uzunluqları arasında çox böyük fərqlər mövcuddur. Bəzi dalğa uzunluqlarının eni kilometrlərlə ola bilər. Başqa dalğa uzunluqları isə, bir santimetrin trilyonda bir hissəsindən daha kiçikdirlər. Alimlər bu fərqli dalğa uzunluqlarını təsnif edərək növlərə ayırarlar. Məsələn, santimetrin trilyonda bir hissəsi qədər kiçik dalğa uzunluqlarına sahib şüalar, qamma şüaları adıyla tanınır. Bunlar çox böyük enerjiyə malikdirlər. Dalğa uzunluqları kilometrlərlə enlikdə olan şüalar isə: "radio dalğalar" adlandırılar və bunlar çox zəif enerjiyə malik olarlar. Bundan ötrü də, qamma şüaları bizim üçün öldürücü olduğu halda, radio dalğaları bizə heç bir təsir göstərməz.

GolManzarasi LakeLandscape

Burada diqqət yetirilməli nöqtə, dalğa uzunluqlarının ölçülərinin görünməmiş dərəcədə geniş intervalda fərqlənmələridir. Ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan tam 1025 qat kiçikdir. 1025, 1-in yanına 25 sıfırın əlavə olunmasıyla yaranan bir ədəddir. 10.000.000.000.000.000.000.000.000 şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparmaq yerində olar. Məsələn, Yerin dörd milyard illik ömrü boyu keçən saniyələrin ümumi sayı, yalnız 1017dir. Əgər 1025-dək saymaq istəsək, gecə-gündüz heç dayanmadan saymalı və bu işi yerin yaşından 100 milyon dəfə daha uzun müddət ərzində davam etdirməliyik! Əgər 1025 ədəd oyun kartını üst-üstə düzməyə çalışsaq, Süd yolu qalaktikasından çox kənara çıxmalı və müşahidə edilə bilən kainatın təxminən yarısı qədər bir məsafə getməliyik.

Radyo dalga Frekansi Radio Frequency

Radyo frekansı ve ölçüm cihazı.

Kainatdakı müxtəlif dalğa uzunluqlarının ölüçüləri məhz bu qədər geniş intervalda dəyişir. Lakin maraqlıdır ki, Günəşimiz, bu geniş intervalda çox kiçik bir intervala sıxışdırılmışdır. Günəşdən yayılan müxtəlif dalğa uzunluqlarının 70%-i, 0,3 mikronla (bir mikron millimetrin mində bir hissəsidir) 1,50 mikron arasındakı kiçik bir interval daxilindədir. Bu intervalda üç növ işıq mövcuddur: Görünən şüalar, yaxın infraqırmızı şüalar və bir qədər də yaxın ultrabənövşəyi şüalar.

Elektron Electron

Işık, dalga şeklinde hareket eden bir enerjidir. Işık dalgaları, su dalgalarına benzerler. Ancak buradaki enerji, sudaki enerjinin aksine, hareket etmek için bir aracıya ihtiyaç duymaz. Boşluk içinde hareket eder. Işık enerjisi, hiçbir maddenin olmadığı yerde bulunabilir.

Bu üç növ işıq sayca çox görünə bilər. Lakin əslində üçü birlikdə, elektromaqnit intervalda tək bir yeri tutur! Digər bir sözlə, Günəşin saçdığı bütün şüalar, üst-üstə düzdüyümüz 1025 ədəd oyun kartının təkcə birinin ölçüsünə uyğun gəlir. Günəşin şüalarının bu kiçik intervala yerləşdirilmiş olmasının əhəmiyyətli səbəbi isə, Yer kürəsində həyatın mövcudluğunu təmin edən şüaların yalnız bu şüalar olmasıdır.

İnsan gözünə, ona təsvir vermək üçün qıcıqlandıran işıq isə, geniş tezlik intervalı arasında olduqca kiçik bir intervalı, bir oktavadan* daha az bir yeri tutur. Belə ki, torlu qişanı qıcıqlandıran işıqların dalğa uzunluqları santimetrin milyonda 75 hissəsiylə milyonda 39 hissəsi arasında dəyişir. Nevropsixologiya professoru Riçard L. Qriqoriyə (Richard L. Gregory) görə, "bu prizmadan baxsaq, demək olar ki, kor sayılarıq"(32)

Bu həqiqəti nəzərə aldıqda, xarici aləmdəymiş kimi qəbul etdiyimiz işığın yalnız kiçik bir hissəsini görə bildiyimizi başa düşərik. Digər bir sözlə, torlu qişamızın qəbul etdiyi işıqla, olduqca kiçik bir tezliyin meydana gətirdiyi təsvirlərə sahib ola bilərik. Bundan savayı tezliklərin olduğu dünya, bizim üçün naməlumdur.

GammaRay_Telescope

Hopkins Dağındaki altı aynalı dev gama ışını teleskobu.

Bəs onda, olduqca kiçik intervaldakı tezliklərini görə bildiyimizi zənn etdiyimiz işıq, həqiqətən də xarici aləmdə bizim tanıdığımız şəkildədirmi?

İşığın xüsusiyyəti, maddələr üzərində yaratdığı təsirdir. Maddə əsasən sabitdir. Bizim hər cür itələmə və çəkmə qüvvəmizə müqavimət göstərər və hər hansı bir şeyi itələdiyimiz və ya özümüzə çəkdiyimiz vaxt, öz üzərimizdə itələmə və çəkmə təsirlərini hiss edərik. Nyuton bunu: "Qarşılıqlı təsir qanunu" adlandırmışdır. İşıq da, maddə ilə qarşılıqlı təsirə daxil olar, lakin işıq zərrəcikləri sabit deyillər. İşığın, cisimlərlə qarşılıqlı təsirə daxil olduğunu görə bilərik (lazer şüasının metalları kəsməsi və zədələnmiş torlu qişanı bərpa etməsi nümunələrində olduğu kimi), lakin heç bir maddənin işıqla qarşılıqlı təsirə daxil olduğunu görə bilmərik. Fiziklər maddələrin işıqla qarşılıqlı təsirə girə bilməməsini sabit kütlənin yoxluğu adlandırırlar.(33) Sabit kütlə, bir yerdə olduğu kimi dayanan, yəni sabit varlığı olan kütlədir. İşıq isə, qeyri-sabitdir. O həmişə hərəkət edir. Dolayısilə işıq kütləsiz və bundan ötrü də, "maddə" xüsusiyyəti daşımayan enerji formasıdır. Fred Alan Wolf, bu vəziyyəti belə açıqlamışdır:

Biz işığı gördüyümüz vaxt, əslində qətiyyən işığı görmərik. Bizim gördüyümüz təsvirlər, işığın maddə ilə girdiyi qarşılıqlı təsirin duyğu orqanlarımız üzərində yaratdığı təsirin nəticələridir. Biz maddəni hərəkət edərkən görərik. İşıq, həqiqətən də bu dünyadan kənarda olan bir şeydir...(34)

visible_light_Spectrum

Güneş'ten bize ulaşan görülebilir ışık, kızıl ötesi ışınlar ve yakın mor ötesi ışınlar, elektromanyetik yelpazenin içinde tek bir birim yer kaplamaktadır. Yani Güneş'ten bize ulaşan ışık, üst üste dizilen 1025 tane iskambil kağıdının tek bir tanesine denk gelmektedir. Dünya'daki yaşamı destekleyen yegane ışınlar, yalnızca bu ışınlardır.

Isik_Oktavi_gorme_Light_Octaves

1. Optik Sinir
2. Retinal Damarlar
3. Camsi Gövde

4. Lens
5. Pupil
6. Iris

7. Kornea
8. Asıcı Bağ
9. Konjoktiva

10. Retina
11. Koroid
12. Sklera (Göz Akı)

Işık da, tıpkı sesler gibi oktavlardan oluşur. Işık oktavı, ışık ışınlarının frekansları ile belirlenir. Örneğin, 48. oktav kızıl ötesi ışınlar, 49. oktav görünür ışık ve 50. oktav ise ultraviyole ışıktır. İnfroson ve ultrason titreşimlerinden, radyo dalgalarına ve mikrodalgalara; kızıl ötesi, görünür ışık, ultraviyole ışık, gama ışınları, solar ışınlara kadar her ışık dalgası, elektromanyetik ölçümde farklı oktavları temsil ederler.

dalga

Xarici Aləmdəki Işıq Əslində Haradadır?

İşıq, bizə xarici aləmi göstərən və ondakı təsvirin meydana gəlməsinə vəsilə olan şeydirmi? Çölə çıxdığınız vaxt, ətrafınızdakı bütün maddi varlıqların mövcud olmasına, lakin qapqaranlıq bir otaqda maddənin bizim üçün tamamilə yox olmasına səbəb olan şey işıqdırmı? İşıq olmasa, ətrafımızdakı dünya bizim üçün tamamilə yox olarmı?

darknees karanlık

Bizim qəbul etdiyimiz xarici aləmin yalnız görünən işığın varlığı sayəsində mövcud olması iddiası, yalnız bizim zənnimizdir. Əslində xarici aləmdə işıq yoxdur, zülmət qaranlıq hakimdir. Nə lampalar, nə avtomobil faraları, nə də Günəş əslində bizim bildiyimiz kimi işıq saçmaz. İşıq, insanların beyinlərində yalnız bir siqnal kimi meydana gələr və yaşadıqları dünyanı işıqlandırar.

röntgen xray

Röntgen ışınlarından yararlanılarak röntgen makineleri üretilmiştir. Bunlar, radyo dalgalarının oluşturduğu etkiyi, görülebilen ışığa çevirirler.

Bunun texniki izahı belədir: Günəş və digər işıq mənbələri, müxtəlif dalğa uzunluqlarına malik elektromaqnit zərrəciklər (fotonlar) saçarlar. Bu zərrəciklər, quruluşlarına uyğun şəkildə kainata yayılarlar. Məsələn, bir çox radioaktiv zərrəcik bədənimizin içindən keçib gedər. Onları ancaq qurğuşun təbəqə dayandıra bilər. Bu zərrəciklərin bəziləri o qədər ağır olub, o qədər böyük miqdarda enerji yükünə sahibdirlər ki, çox vaxt dəydikləri molekulu parçalayaraq yollarından çox çıxmadan davam edərlər. Bu, radiasiyanın xərçəng xəstəliyi yaratmasının səbəbidir. Daha zəif radiasiya növü olan rentgen şüalarından faydalanılaraq rentgen maşınları istehsal olunmuşdur. Bu maşınların gördüyü iş, radio dalğalarının yaratdığı təsiri "görünən işığa" çevirmək, yəni gözlərimizin qəbul edə biləcəyi vəziyyətə salmaqdır. Yəni işıq, göz tərəfindən qəbul edildiyi və beyin tərəfindən şərh olunduğu müddətcə mövcud olar. Xarici aləmdə isə, bizə məlum olan işıq və aydınlıq yoxdur.

beyin Heat Light

Gerçekte dışarıda ısı ve ışık yoktur. Çeşitli frekanslarda dolaşıp duran parçacıkları görülür ve hissedilir hale getiren ise beynimizdeki algı merkezidir.

Radio dalğalarında zərrəciklər toqquşmadıqları üçün insana zərər verməzlər. Bu dalğalar heç bir duyğu orqanımız tərəfindən qəbul edilə bilməz, lakin evlərimizdəki radiolar bunları qulaqlarımız vasitəsilə eşidilə bilən səs dalğalarına çevirər. Radioda bir veriliş yayımlanmadıqda eşidilən xışıltı isə, əslində Günəş və bütün ulduzlar tərəfindən kainatın yaranmasından indiyədək yayılan kosmik fon radiasiyasının "səsidir". Burada "səs" deyildikdə, bu dalğaların radiolarımız tərəfindən emal olunaraq qulaqlarımız tərəfindən eşidilə bilən vəziyyətə gətirilməsi və sonra da beynimizdə yaratdıqları siqnal nəzərdə tutulur. Yəni, əslində bizim üçün mövcud olmayan, fiziki mənada da maddi varlığı olmayan dalğalar, radio tərəfindən qulağın eşitdiyi və beynin şərh etdiyi bir formaya çevrilər.

Eyni vəziyyət televizor üçün də etibarlıdır. Bizim görə bilmədiyimiz müxtəlif işıq dalğaları, televiziya tərəfindən şərh olunaraq, bizim qəbul edə biləcəyimiz şəklə çevrilər.

"İşıq" adlandırdığımız anlayışın mənbəyi olan fotonlar isə, olduqca yüngül zərrəciklər olub, çox vaxt ilk atoma toxunduqdan sonra istiqamətlərini dəyişərlər. Üstəlik, bunu edərkən toxunduqları yerə elə də zərər verməzlər. Tezliklərindən, yəni titrəşmə sürətlərindən ötrü daha yüksək enerjiylə yüklənmiş ultrabənövşəyi şüalar, dərimizə nüfuz edə bilər və bəzən də genetik şifrəmizi korlayarlar. Müəyyən saatlarda günəş işığına həddən artıq məruz qalmağın xərçəng xəstəliyinə səbəb olması da bundandır.

Radio Waves Ear Sound Radyo frekansı

Radyo dalgaları normal şartlarda duyularımızın hiçbiri tarafından algılanmazlar. Radyolar, bunları kulaklarımız tarafından duyulabilir ses dalgalarına çevirirler.

Tezliklərindən ötrü infraqırmızı şüalar kimi adlandırılan fotonlar isə, enerjilərinin bir hissəsini toxunduqları səthə verərlər və buradakı atomların titrəşmə sürətini, yəni temperaturunu artırarlar. Bu baxımından infraqırmızı şüalar, istilik şüaları da adlandırılar. Közərmiş kömür sobası və ya elektrik sobası yüksək miqdarda infraqırmızı şüa yayar. Bu şüalar dərimiz tərəfindən istilik kimi qəbul edilər. Əslində xarici aləmdə "istilik" adlı bir şey də yoxdur. İstilik dediyimiz şey, işıq dalğalarının yaratdıqları enerjidən ibarətdir. İstiliyi qəbul edənin, hiss edənin varlığı olmadan, "isti" adlı şeyin mövcud olduğunu iddia etmək qeyri-mümkündür.

Fotonların bir hissəsinin tezliyi ultrabənövşəyi şüalarla və infraqırmızı şüalar arasında tərəddüd edir. Bunlar gözümüzün arxasındakı torlu qişa təbəqəsinə düşdükdə buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilərlər. Biz də əslində fiziki bir hadisə olan fotonları "işıq" hesab edərik. Əgər gözümüzdəki hüceyrələr fotonları "istilik zərrəcikləri" hesab etsəydilər, o zaman bizim üçün işıq, rəng və qaranlıq kimi adlandırdığımız anlayışlar heç vaxt olmayacaq və cisimlərə baxdığımız vaxt, onların yalnız "isti" və ya "soyuq" olduqlarını hiss edəcəkdik. Digər bir sözlə xarici aləmdəki dünyanın mövcud forması, duyğularımızın onu qəbul etmə formasından asılıdır. Xarici aləmdə istilik və işıq yoxdur. Ətrafımız, müxtəlif tezliklərə malik olub, dalğa şəklində hərəkət edən zərrəciklərlə əhatələnmişdir. Bunları bizim üçün "görünən və hiss edilən hala gətirən şey", yalnız beynimizdəki qəbul etmə mərkəzləridir.

Gözümüzün torlu qişa təbəqəsinə düşən fotonlar, buradakı reseptorlar tərəfindən elektrik siqnalına çevrilərlər. Bu elektrik siqnalı sinir hüceyrələri tərəfindən beyindəki görmə mərkəzinə ötürülər. Beyindəki görmə mərkəzi də, bu elektrik siqnallarını şərh edərək bir təsvir meydana gətirər. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:

DNA_Human_Man_Baby

Frekansları nedeniyle daha fazla enerji yüklü olan mor ötesi ışınlar, cilde nüfuz edebilir ve bazen genetik şifrede bozulmalara sebep olabilir.

İşıq sözü fiziki və ya obyektiv mənada, elektromaqnit dalğalar və ya fotonlarla əlaqədar olaraq işlədildi. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonların, gözün torlu qişasına düşdüyü vaxt, insanda yaranan hisslə əlaqədar olaraq da işlədilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: İşıq, bir insan gözündə torlu qişanın qıcıqlandırılması nəticəsində yaranan görmə təsiriylə üzə çıxan enerji formasıdır.(35)

görüntü oluşumu

Dışarıda var olduğunu zannettiğimiz canlı ve ışıklı dünya, bizde algı olarak meydana gelen bir hayaldir aslında. Güneşli bir günde seyrettiğimiz deniz manzarası, yalnızca beynimize iletilen elektrik sinyallerinin oluşturduğu bir görüntüdür. Bu görüntünün dışarıdaki aslına hiçbir zaman ulaşamayız.

Əslində xarici aləmdə mövcud olduğunu zənn etdiyimiz canlı və işıqlı dünya, xarici aləmdə maddi varlığı olan, lakin bu varlığın əslini bizim qətiyyən görə bilmədiyimiz, bizdə hiss kimi meydana gələn bir xəyaldır. Günəşli bir gündə seyr etdiyimiz dəniz mənzərəsi əslində tamamilə bir qaranlıqdan ibarətdir. Orada heç bir işıltı, dənizin parlaqlığı, havanın açıqlığı və günəşin göz qamaşdıran işığı yoxdur. Bizə aid bu canlı və işıqlı təsviri qəbul etməyimizi təmin edən şey, yalnız beynimizə ötürülən elektrik siqnallarıdır. İşıq; beynimizdə yaranan bir hiss olmaqdan savayı, xarici aləmdə də yalnız bir enerji şəklində mövcuddur. Buna görə də, maddənin mövcudluq səbəbi kimi düşünülən işıq, bizim üçün yalnız bir xəyaldan ibarətdir.

manzara

Güneş’i bir aydınlık, Ay’ı bir nur kılan ve yılların sayısını ve hesabı bilmeniz için ona duraklar tespit eden O’dur. Allah, bunları ancak hak ile yaratmıştır. O, bilen bir topluluk için ayetleri böyle birer birer açıklamaktadır.
(Yunus Suresi, 5)

Bu həqiqətə baxdığımız vaxt, maraqlı bir nəticəyə gələrik: Əslində gözümüzün "görmək" kimi bir xüsusiyyəti yoxdur. Göz, yalnız fotonları elektrik siqnalına çevirən bir vasitədir. İdrak etmək qabiliyyətinə sahib deyil. Ətrafımızı əhatə etdiyini düşündüyümüz parıldayan dünyanı seyr edən göz deyildir. İşıq və ya rəng hissi gözdə yaranmır. Bu mövzudan, görmə ilə əlaqəsi olan önümüzdəki başlıqlar altında ətraflı şəkildə danışılacaq.

Rənglər Ancaq Beynimizdədirmi?

Eye Light Goz isik

İşıq yalnız beynimizdə yaranan bir hissdən ibarətdir. Bunun üçün də, mənbəyi işıq olan və bütün həyatımızı əhatə edən rənglər də, beynin şərhindən başqa bir şey deyil.

İstənilən tezlikdəki fotonlar rəng adlandırılar. Fotonun titrəşmə ölçüsünə görə rəngləri bir-birindən ayırd edərik. Yəni, qırmızı bizim üçün fərqli titrəşmə ölçüsünün, sarı isə digər bir titrəşmə ölçüsünün meydana gətirdiyi rəngdir. Kağız ağdır, çünki istənilən tezlikdəki fotonu əks etdirər. Yarpaq yaşıldır, çünki yalnız yaşıl rəng hissi oyadan tezliklərdəki fotonları əks etdirər, geridə qalanları isə udar. Şüşə şəffafdır, çünki fotonlar demək olar ki, heç bir mane ilə üzləşmədən şüşədən keçərək bizə çata bilərlər. Qara bir parça, bütün fotonları udduğu üçün geriyə heç nə əks olunmaz. Yəni buradan gözümüzə fotonlar gəlib çatmaz, biz də onu qaranlıq, yəni qara hesab edərik. Ayna təsvirin surətini əks etdirər, çünki əks etdirmə səthi hamardır və gələn şüalar ona toxunub istiqamətlərini dəyişdikləri anda bir-birlərinə olan paralellikləri demək olar ki, heç dəyişməz.

Rəngin qəbul edilmə prosesi gözün torlu qişa təbəqəsindəki kolbacıqlarda başlayar. Torlu qişada, işığın müəyyən dalğa uzunluğuna cavab verən üç əsas kolbacıq qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrəsinin müxtəlif dərəcədə qıcıqlandırılması nəticəsində milyonlarla fərqli rəng tonu yaranar. Lakin işığın kolbacıq hüceyrələrinə çatması rənglərin meydana gəlməsi üçün kifayət deyil. Con Hopkins Universitetinin Tibb fakültəsindən tədqiqatçı Jeremy Nathans, gözdəki hüceyrələrin rəngləri yaratmadığını belə ifadə edir:

Bir kolbacıq hüceyrəsinin edə bildiyi yeganə şey, işığı tutub onun intensivliyi barədə məlumat verməkdir. Rəng haqqında sizə heç nə söyləməz.(36)

Renk Color Prizma

Kolbacıq hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını, sahib olduqları piqmentler sayəsində elektrik siqnallarına çevirərlər. Bu hüceyrələrə bağlı olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bir nahiyəyə çatdırarlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın yarandığı yer beyindəki bu xüsusi nahiyədir.

Bəs beynin bu nahiyəsində hər hansı rəng varmı?

Beynin bu xüsusi nahiyəsi, eynilə beynin digər nahiyələri kimi qapqaranlıqdır. Burada heç bir işıq, heç bir rəng yoxdur. Beynin bu nahiyəsində qırmızı, yaşıl, sarı rəng yoxdur. Ağ rəng yoxdur. Rənbərəng çiçəkli bağçaların, gözümüzü qamaşdıran günəş şüalarının əksi yoxdur. Gömgöy səma, yamyaşıl ağaclar yoxdur. Kəllənin içi zülmət qaranlıqdır. Gözlərimizdən içəriyə doğru işığın daxil olduğunu zənn edərik. Halbuki, nə gözlərimizdən kənarda, nə də gözlərimizin arxasında işıqdan əsər-əlamət yoxdur.

göz şema

1. Çubuk Hücreler
2. Koni Hücreler
3. Optik Sinir

Renk ilk olarak gözün retina tabakasında algılanır. Retinadaki üç ana koni hücre buradaki farklı dalga boylarına tepki verir. Koni hücrelerinin farklı oranlarda uyarılmaları sonucunda milyonlarca farklı renk tonu ortaya çıkar. Koni hücrelerinde elektrik sinyallerine dönüştürülen bu renkler, optik sinire iletilir. Bunun sonucunda karşımızdaki rengarenk dünya oluşur. Ancak aslında, beynin bu bölümünde hiç renk yoktur. Renkli dünya bizim yalnızca algıladığımız şeydir.

Rənglərin yaranması, obyektlərin işığı əks etdirmə xüsusiyyətindən qaynaqlanır. Xarici aləmdə işıq olmadığına görə, rənglərin varlığından söz gedə bilməz. Bəs bizə xarici aləmdəymiş kimi, görünən rəngli dünya haradadır? Bu rəngli dünya, nə xarici aləmdən bizə çata bilər, nə də beynimizin içində meydana gələr. Rəngli dünya, bizim qəbul etdiyimiz şeydir. Biz belə şərh etdiyimiz üçün belədir.

Kembric Universitetinin riyaziyyat və nəzəri fizika fakültəsindən Peter Russell bu vəziyyəti belə təsvir edir:

"Xarici aləmdəki" dünyanın, bizim irəli sürdüyümüzdən olduqca fərqli olduğu həqiqəti bir çox insanı təəccübləndirir. Yaşıl rənglə əlaqədar təcrübələrimizi qiymətləndirin. Fiziki dünyada müəyyən tezlikdə işıq mövcuddur, lakin işığın özü yaşıl deyil. Gözdən beynə çatan elektrik impulsları da yaşıl deyil. Orada heç bir rəng yoxdur. Gördüyümüz yaşıl rəng, bu işıq tezliyinə cavab verən zehində görülən bir xüsusiyyətdir. Zehnin yalnız obyektiv təcrübəsi kimi mövcuddur.(37) (vurğu qaynaqdakı kimidir)

Color Blind Renk Korlugu

Bizim "dışarısı" olarak algıladığımız mekanda aslında hiç renk yoktur. Bizim ışık ve renk olarak yorumladığımız foton hareketleri, zifiri karanlık bir ortamda gerçekleşen fiziksel olaylardan başka bir şey değildir.

Rənglər, eynilə işıq kimi, beynin şərhi ilə ortaya çıxar. Gördüyümüz təsvirlərdə mövcud olan işıqlıq və rəngli dünya, yalnız bizim bu şəkildə qəbul etdiyimiz radiasiya növlərinin yaratdığı bir dünyadır*. Şərh etmək tamamilə bizə aiddir. Bristol Universitetinin fəxri nevropsixologiya professoru Richard L. Gregory, “eye and brain” (göz və beyin) adlı kitabında bu həqiqəti belə yekunlaşdırmışdır:

İşıq, sözün əsl mənasında rəngli deyil. İşıq, parlaqlıq və rəng hisslərini verər. Lakin bunu, ancaq uyğun bir göz və sinir sistemi ilə bacara bilər.(38)

Gözdə yarana biləcək bir zədə və ya quruluş dəyişikliyi, gələn fotonları müxtəlif elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə də olsa, göz tərəfindən emal olunan siqnallar, eyni cismin çox müxtəlif şəkillərdə qəbul edilməsinə səbəb olacaq. Daltonizm xəstələriylə normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul etmələri və şərh etmələri bundandır.

görüş açısı

Renk, kişinin algılama biçimi ile ilgili olduğuna göre, bizim algıladığımız dün-yanın, başkaları için de aynı olup olmadığını bilmemize imkan yoktur. Birisi için kırmızı olan bir nesne, belki de bir başkası için farklı renktedir. Onun kır-mızı algısı ile kendimizinkini kıyaslamamız olanaksızdır.

Bütün bunların ortaya çıxartdığı həqiqətsə budur: "Xarici aləm" hesab etdiyimiz məkan, qaranlıqdır. Əslində qaranlıq anlayışı da aldadıcı ola bilər. Orada heç bir rəng yoxdur. Rənbərəng rənglərlə bizə təqdim edilmiş üç ölçülü, işıqlı dünya tamamilə aldadıcıdır. Bizim işıq və ya rəng kimi şərh etdiyimiz foton hərəkətləri, zülmət qaranlıq bir mühitdə baş verən fiziki hadisələrdən başqa bir şey deyil. Göz də daxil olmaqla bütün bədənimiz, eləcə də üç ölçülü, rəngarəng bir məkan kimi gördüyümüz bütün maddi aləm, bu boşluqda yerləşir. Bunu bizim gördüyümüz şəkildə şərh edən, yalnız beyindir. Lakin işin maraqlı tərəfi, bütün bunları qəbul edən gözün və bütün bunları şərh edən beynin də zülmət qaranlıq olmasıdır. İşıq və rəng, onu şərh edən beynin içində də deyil.

Şüur və beyin mövzusunda bir çox tədqiqatlar aparan Tufts Universitetinin fəlsəfə professoru Daniel C. Dennett, bu həqiqəti bu cür yekunlaşdırır:

Elm, rəngləri fiziki dünyadan çıxardıb yerinə yalnız rəngsiz, müxtəlif dalğa uzunluğundakı elektromaqnit şüaları gətirdi.(39)

Dennett, digər bir kitabında rənglərin yaranması barədə isə bunları söyləyir:

Dünyada rəng yoxdur; rəng yalnız baxnın gözündə və beynində meydana gələr. Obyektlər işığın müxtəlif dalğa uzunluqlarını əks etdirər, lakin bu işıq dalğaları rəngsizdir.(40)

Rəng, insanın xarici aləmdəki işığı qəbul etmə formasıyla əlaqədar olduğuna görə, bizim qəbul etdiyimiz dünyanın, başqaları üçün də eyni olub-olmadığını bilməyimizə imkan yoxdur. Birinin qırmızı kimi gördüyü rəngin bizim üçün də eyni qırmızı olduğunu heç vaxt bilmərik. "Rəngarəng" anlayışı, bəlkə bizim üçün milyonlarla fərqli rəngin birlikdə olması kimi ifadə etdiyimiz bir anlayışdır. Lakin başqa bir insan, olduqca məhdud sayda rəng aydınlığı və müxtəlifliyi görər və bunu yenə "rəngarəng" kimi şərh edə bilər. Öz qəbul etdiyimiz hisslə, bizimlə birlikdə eyni obyektə baxan digər insanın qəbul etdiyi hissi müqayisə etmə imkanımız yoxdur. Biz, eyni şeyə baxdığımızı zənn edərik. Lakin bəlkə də bizim və qarşımızdakı insanın qəbul etdiyi şey, bir-birindən olduqca fərqlidir. Xarici aləmi qavrama şəklimiz, beş duyğumuzla məhdudlaşdığına görə, mavinin qarşımızdakı insan üçün də eyni mavi rəngdə, qəhvənin dadının da qarşımızdakı insan üçün eyni dadda olduğunu qətiyyən bilməz və bunu tərif edə bilmərik.

resme bakmak

Daltonizm xəstəliyi (rəng korluğu), rənglərin yalnız beynimizdə meydana gəldiyinin əhəmiyyətli dəlillərindəndir. Məlum olduğu kimi, gözün torlu qişasında yaranan cüzi dəyişiklik rəng korluğuna səbəb olar. Bu vəziyyətdəki bir çox insan, yaşıl ilə qırmızını bir-birindən ayırd edə bilməz. Bizim üçün yaşıl olan bir şey, onlar üçün tamamilə fərqli rəngdədir. Bunun tək səbəbi, rəng anlayışını fərqli qəbul etməyimizdir. Bizim "yaşıl" olduğundan əmin olduğumuz bir şeyi, qarşı tərəfin "boz" kimi görə bilməsi, onun yanıldığını göstərməz. Hansının doğru olduğunu heç vaxt bilmərik. Çünki hər ikisi də bir hissdir və bunun gerçəkliyini sınaqdan keçirmək və müqayisə etmək imkanımız yoxdur. Həm yaşıl, həm də boz hissi insanların öz təcrübələridir və bu fərdi təcrübələrin gerçəkliyi həmin insanın şərhindən asılıdır.

resme bakmak

Buradan bu nəticə çıxır:

Varlıqlara isnad etdiyimiz bütün xüsusiyyətlər; "xarici aləmdəki əsllərinə" deyil, beynimizdəki təsvirlərinə aiddir. Biz heç vaxt hisslərimizdən kənara çıxıb, xarici aləmi bilməyəcəyimiz üçün maddələrin və ya rənglərin əslini də görə bilmərik. Tanınmış filosof Berkeley də bu reallığa bu sözləriylə diqqət çəkir:

Bir sözlə, eyni şeylər, eyni vaxtda bəziləri üçün qırmızı, bəziləri üçün isti, bəziləri üçünsə tam əksi ola bilirsə, bu, bizim illüziyaların təsiri altında olduğumuz və “şeylər”in ancaq zehnimizdə mövcud olduğu deməkdir...(41)

insan görüşü ve arı görüşü

Solda, insan gözünden bakıldığında çiçeklerin görünümü.

Sağda ise, aynı çiçekleri arılar böyle görüyor.

Avstraliyanın Adelaida Universitetində işləyən Oksford Universitetindən Gerald O'Brien, bir radio kanalına verdiyi müsahibədə bu mövzuyla əlaqədar bunları söyləmişdir:

Xarici aləmə baxdığımız vaxt, obyektləri rəngli görürük və bu rənglərin də həqiqətdə bütün gördüyümüz obyektlərə aid olduğunu düşünürük. Lakin hal-hazırda, bunun belə olub-olmadığıyla əlaqədar olduqca maraqlı bir sual ortaya çıxır. Bir çox filosof bizim gördüyümüz rənglərin, bu rənglərin xüsusiyyətlərinin əslində dünyanın içimizdə yaranan surətinin xüsusiyyətləri olduğunu iddia edirlər. Buna görə də, dünyanın özünəməxsus belə rənglər tapılmır. Bundan ötrü də, zehnimizdən kənarda və yaşadıqlarımızdan müstəqil olan dünya əslində rəngsizdir... Məsələn, siz almaya baxmadığınız vaxt, o yenə qırmızı rəngdədirmi? Düşündüyümüz vaxt, dünyanın bizim gördüyümüzü düşündüyümüz rəngdə olduğunu güman etmək əslində bizim şovinist yanaşma tərzimidir. Çünki artıq bu planeti bölüşdüymüz digər canlıların fərqli rəng sistemləri olduğunu və bəzi vəziyyətlərdə rəngləri bir-birindən daha az ayırd etdiklərini və bunun nəticəsində dünyanı əslində bizim gördüyümüzdən fərqli rənglərdə qəbul etdikləri fikrini bilirik. Bundan ötrü də, biz dünyanı müəyyən rənglərdə görürük, lakin, bəlkə də, heyvanlar fərqli rəng qrupu içində görürlər. Belə olduğu halda, niyə bizim gördüyümüzün doğru olduğunu düşünək? Dünyanın həqiqətdə sahib olduğu rənglərin bizim gördüklərimiz olduğunu haradan bilə bilərik? Bəlkə də, bunlar yalnız, bizim və yer üzündəki heyvanların meydana gətirdiyi təsvirlərlə əlaqəli dünyanı kodlaşdırmağın iki fərqli üsuludur.(42)

O'Brienin mövzuyla əlaqədar müəyyənləşdirdiyi şey, həqiqətən də "xarici aləmdəki gerçəkliyin" necə bir şey olduğunu öyrənmək baxımından əhəmiyyətlidir. Bizdən başqa digər canlıların da xarici aləmdə işıq gördüklərinə və ya rəngləri bizim kimi qəbul etdiklərinə dair heç bir dəlil yoxdur. Bizim qənaətimizin ən doğru olduğunu göstərən elmi bir dəlil əldə etməyimiz də qeyri-mümkündür. Belə olan halda, xarici aləmlə əlaqədar yalnız zənnlərə və təxminlərə sahibik. Çünki xarici aləmi bildiyimiz şəkildə qəbul etməyimiz, sahib olduğumuz beş duyğudan asılıdır.

Adnan Oktar Sohbetler

Her İnsan Tüm Hayatını Beynindeki Monitörün Başında Geçirir, Hiçbir İnsan Beyinden Dışarı Çıkmamıştır

ADNAN OKTAR: ...İnsanlar beyninin içinde yaşadıklarını bilmiyorlar. Dışarıda yaşadıklarını zannediyorlar. Dışarıda insanların bedeni vardır, fakat maddenin yapısından dolayı, atomun yapısından dolayı saydamdır madde. Bu bilim adamlarının ittifakla söylediği yani dinsiz-dindar her ikisinin de ittifakla söylediği bir sözdür. Ayrıca dışarıda ışık yok. Bu hiç bilinmiyor dünyada. İnsanlar, "pırıl pırıl, güneşli, aydınlık bir ortam var" diyor... Güneşli havada geziniyor.

Güneşli havada, Güneş'i gören hiçbir zaman için gerçek Güneş'i göremez. Çünkü gerçek Güneş simsiyah karanlıktır. Güneş dalga yayar, insanın beyni o dalgayı ışık olarak görüyor, ışık olarak algılıyor. Dışarıda ışık yok. Hangi bilim adamına sorarsanız sorun bunu bilirler ve madde; çekirdek, nötron ve protonun birbirlerine uzaklıklarından dolayı ve şiddetli uzak olduğu için saydamdır, yani cam gibi saydamdır madde. Dolayısıyla dışarıda ne renk var, ne ışık var, ne de bizim anladığımız tarzda bir madde var. O tarzda bir madde yok, yani saydam olan madde vardır. Dışarıda renk diye bir şey yoktur, çünkü dalga boylarını beyin renk olarak algılar. Dışarıda dalgalar var, o dalgalar beynimize geldiğinde kimini kırmızı, kimini yeşil, kimini mavi olarak alır. Dışarıda renk yok, bu çok önemli bir şey. Yemyeşil ormanlık diyor mesela bakıyor insanlar, öyle bir şey yok dışarıda. O beynin yorumu. Dolayısıyla bütün bunlar beynin içinde şu kadarcık (mercimek kadar) yerde oluyor. Ufak bir yerde oluyor. Şimdi mesela biri diyor ki "benim muhteşem bir yatım var", beraber gidiyorlar, yata bakıyor çok muhteşem bir yat. Bir gözünü kapatsın, gözüne yandan bastırsın, hafifçe beyaz kısmına şu yan içten bastırsın, yat bir böyle gelir bir böyle gider bastırdıkça, bir böyle gelir, bir böyle gider. Neden böyle olur? Çünkü dışarıda yatın aslı ile muhatap olmuyor ki görüntüsü ile muhatap oluyor da onun için. Yani beyninin içerisinde... Dışarıda yat var, ama dışarıdaki yat saydamdır ve simsiyah karanlıktır. Yatın görüntüsü beynine düşüyor, beyninde görüyor.

Her insan bir monitörün başında yaşar. Nasıl iş yerinde insanlar bir monitörün başında görevini yapıyor, hiç ayrılmıyorlar, sürekli monitörün başında yaşıyorlar. Veyahut güvenlik memurları oluyor, karşısında bir monitör oluyor değil mi?... İşte insan aynı öyle yaşıyor şu an beyninin içerisinde. Elektrikten oluşan bir ekran var, onun başında yaşar insanlar. Bu yalnız bir inanç, felsefe falan değil. Bu bilimsel bir gerçek. Hiçbir insanın reddedemeyeceği bir gerçektir bu. (30 Aralık 2009 tarihli röportaj/ www.a9.com.tr / www.harunyahya.tv)

Xarici Aləmi Təqdim Edən 5 Duyğu Orqanı

duyular

Dış dünya ile ilgili her türlü bilgi ve niteliği, ancak duyu organlarımız aracılığıyla öğreniriz. Duyu organlarımız vasıtasıyla gelen elektrik sinyalleri kesildiğinde, dışarıda var olan dünya, "yalnızca bizim için" yok olacaktır.

Əgər bildiyimiz hər şey öz zehnimizdə duyğularımızla əlaqədar yaranan təsvirlərsə, bizim hisslərimizdən kənarda fiziki həqiqət olduğunu haradan bilə bilərik? Bu yalnız bir təxmin deyilmi? Mənim cavabım: Bəlidir. Bu bir təxmindir, lakin yenə də ən inandırıcı olandır.(43)

Peter Russell bunları söyləyir:

Xarici aləm dedikdə, atomların aralarındakı elektron alış-verişindən, radio dalğalarının havada sürüklənməsindən, hava molekullarının titrəşməsindən ibarətdir. Bəs bir obyekti obyekt halına gətirən atomlar və molekullar və radio dalğalarını meydana gətirən enerji mənbələri görəsən həqiqətən vardırmı? Bizə bunların varlığını sübut edən nədir? Meydana gətirdikləri maddi varlıqlardırmı?, gördüyümüz, iylədiyimiz, hiss etdiyimiz cisimlərdirmi?, eşitdiyimiz və ya izlədiyimiz radio dalğalarıdırmı, yoxsa beş duyğu orqanımız vasitəsilə bizə çatan elektrik siqnallarıdırmı? Bu elektrik siqnalları yox olduqda nə baş verəcək? Xarici aləm yoxmu olacaq?

Xarici dünya sıxlaşdırılmış bir dalğa şəklində mövcuddur. Lakin bizim qəbul etdiyimiz dünya, xarici dünyanın əsli deyil. Dolayısilə, bizə çatan elektrik siqnalları yox olduqda, bizim üçün xarici dünya həqiqətən də yox olacaq. Çünki xarici dünya ilə əlaqədar hər cür məlumat və xüsusiyyəti, ancaq duyğu orqanlarımız vasitəsilə öyrənərik. Bizə xarici dünya ilə əlaqədar verilən məlumat, yalnız duyğu orqanlarımızın bizə çatdırdığı şəkildədir. Bizə çatan bu məlumatlar, bir sıra əməliyyatlar nəticəsində elektrik siqnallarına çevrilər və bu siqnallar beynimizin əlaqədar nöqtələrində şərh olunar. Dolayısilə içdiyimiz bir şey, seyr etdiyimiz bir film, iylədiyimiz bir çiçək beynimizin bu şərhinin bir nəticəsidir.

Lakin burada bu həqiqəti təkrar xatırlatmaqda fayda var: Beynimizdə əslində nə rənglər, nə səslər, nə də təsvirlər var. Beynimizdə olan şey yalnız elektrik siqnallarıdır. Qarşımızda seyr etdiyimizi zənn etdiyimiz ucsuz-bucaqsız mənzərə, baxmaqdan doya bilmədiyimiz rəngarəng bir çiçək, uca səsli musiqi parçası, dadına heyran qaldığımız mükəmməl bir yemək əslində yalnız beynimizə çatan elektrik siqnallarından ibarətdir. Şübhəsiz ki, bu, xarici dünyanın olmadığı mənasını vermir. Duyğu orqanlarımızdan beynimizə ötürülən elektrik siqnallarının kəsilməsi, xarici aləmdə mövcud olan dünyanı yox etməyəcək. Belə olduqda xarici aləm, "yalnız bizim üçün" yox olacaq. Çünki, bizə aid xarici aləm, yalnız elektrik siqnallarının beynimizdə şərh olunmasından ibarətdir.

seyretme

“Mapping the mind” (“zehnin xəritəsini çıxartmaq”) adlı kitabında elmi yazıçı Rita Carter, dünyanı necə qəbul etdiyimizi belə izah edir:

Hər bir duyğu orqanı özünə uyğun qıcığa cavab verəcək şəkildə yaradılmışdır. Bu qıcıqlar isə, molekullar, dalğalar və ya titrəşmələr şəklindədir. Bütün bu müxtəlifliklərinə baxmayaraq, duyğu orqanları əslində eyni funksiyası yerinə yetirərlər: Özlərinə aid qıcıqları elektrik siqnallarına çevirərlər. Bir qıcıq isə, yalnız bir qıcıqdır. Qırmızı rəng deyildir və ya Bethovenin beşinci simfoniyası ilk notası deyildir, yalnız bir elektrik enerjisidir. Əslində, bir hissi digərlərindən fərqli hala gətirmək əvəzinə, duyğu orqanları hamısını eyni hala, yəni elektrik siqnallarına gətirərlər.

beyin

1. Hareket
2. Düşünme
3. Dokunma
4. Konuşma

5. Görme
6. Tat alma
7. İşitme
8. Koku alma

Bütün hayatımızı beynimizin içinde yaşarız. Gördüğümüz insanlar, kokladığımız çiçekler, dinlediğimiz müzik, tattığımız meyveler, elimizde hissettiğimiz ıslaklık... Bunların hepsinin beynimizdeki halini biliriz. Gerçekte ise beynimizde, ne renkler ne sesler ne de görüntülervardır. Beyinde bulunabilecek tek şey elektrik sinyalleridir. Kısacası biz, beynimizdeki elektrik sinyallerinin oluşturduğu bir dünyadayaşarız. Bu bir görüş veya varsayım değil, dünyayı nasıl algıladığımızla ilgili bilimsel bir açıklamadır

Elə isə, bütün duyğu orqanlarına aid qıcıqlar, beynə tamamilə eyni şəkildə, elektrik siqnalları halında daxil olarlar və buradakı sinir hüceyrələrini qıcıqlandırarlar. Bütün olub-bitən budur. Bu elektrik siqnallarını təkrar işıq dalğalarına və ya molekullara çevirən geri çevirmə sistemi yoxdur. Bir elektrik siqnalının təsvirə və digər bir elektrik siqnalının isə, qoxuya çevrilməsi, bu elektrik siqnalının hansı sinir hüceyrəsini qıcıqlandırmasından asılıdır.(44)

beyin

Bu, həqiqətən də olduqca təəccüblü və əhəmiyyətli bir mövzudur. Dünya barədə qəbul etdiyimiz bütün hisslər, təsvirlər, dadlar, səslər, əslində eyni şeydən; elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalı hala gətirən, onları ləzzətli bir yemək, gözəl bir mənzərə, hərəkətli bir musiqiyə çevirənsə, bu elektrik siqnallarının beynimizdə qarşılıqlı təsirə daxil olduğu nahiyədir. Lakin bunu hiss edən və qəbul edən varlıq başqadır. Beyin və elektrik siqnalları, bir yeməyin dadını, bir çiçəyin rəngini və qoxusunu hiss edib ondan zövq ala bilməz. Materialist elm adamlarının görə bilmədikləri şey, qəbul edib hiss edənin, beyindən fərqli bir şey, yəni "ruh" olmasıdır.

beyin

Kaliforniya Universitetindən nevroloq və psixiatriya professoru Jeffrey M. Schwartz, hissin beyindən asılı olmadan meydana gəldiyi həqiqətini bu sözlərlə açıqlayır:

Hər şüur vəziyyəti, ehtimal ki, tək və bənzərsiz olan müəyyən hissə malikdir. Bir hamburqeri dişlədiyiniz vaxt, qazandığınız təcrübə, bir bifşteksi çeynəməkdən fərqlidir. Hər cür dad təcrübəsi, bir Şopen musiqisini dinləməkdən və ya şimşəkli bir fırtınanı seyr etməkdən və ya içilən bir şeyin qoxusundan fərqlidir. Vizual korteksdə qırmızının meydana gəldiyi yerin müəyyənləşdirilməsi, bizim qırmızını qəbul etməyimiz və ya qırmızı hissinin niyə Alfredo yeməyinin dadından və ya (Bethovenin bəstələdiyi) "Elizaya" əsərini dinləməkdən fərqli olduğunu açıqlamaqdan fərqli bir şeydir... Ən müfəssəl MRT (maqnit rezonans tomoqrafiya) nəticələri belə qavramağın və ya fərq etmənin fiziki mənbələrindən başqa bir şey vermir. Bunun necə bir duyğu olduğunu açıqlamağa belə qadir deyil. İnsanın ilk dəfə qırmızını necə qəbul etdiyi mövzusuna aydınlıq gətirə bilmirlər. Bunun fərqli insanlar üçün də eyni olduğunu haradan bilə bilərik? Niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə işləmək, bu suallara qətiyyən bir cavab verə bilmir?(45)

insan beyni

Beyindeki görüntü merkezi denilen yer kapkaranlık, ışığın asla ulaşmadığı, belki de hiç karşılaşmadığınız kadar karanlık bir yerdir. Ancak siz bu zifiri karanlıkta ışıklı, pırıl pırıl bir dünyayı seyredersiniz.

Peter Russell isə, bu həqiqəti belə açıqlamışdır:

Nə vaxt fiziki görünüş incəliklərini öyrənməyə çalışırıqsa, həmişə əlimiz boş qayıdırıq. Fiziki ilə əlaqədar əldə etdiyimiz hər fikir səhv çıxır. Materializm fikri gözlərimiz qarşısında buxarlanıb gedir. Lakin maddi dünyaya olan inancımız get-gedə kökləşir, (təcrübələrimiz sayəsində daim möhkəmlənir) belə ki, bunların fiziki bir varlığı olmasının vacibliyinə dair zənnimizdən möhkəm şəkildə yapışırıq. Dünyanın bütün kainatın mərkəzində yerləşdiyi zənnindən heç vaxt şübhələnməyən orta əsr astronomları kimi, xarici aləmin fiziki kökü olduğu zənnimizi heç vaxt sorğu-sual etmirik. Həqiqətən də, bunun cavabının bilavasitə bizdən asılı olduğunu öyrəndikdə çox təəccübləndim. Bəlkə də, xarici aləmdə həqiqətən də heç nə yoxdur. Yəni, heç bir "şey". Fiziki görünüş deyilən bir şey yoxdur. Bəlkə də, hər şeyin yalnız zehni bir görünüşü var.(46)

Beyin üzərində aparılan tədqiqatlar, qəbul edənin kim olduğuna dair suallara heç vaxt cavab verməyəcək. Çünki elm adamlarının beyində axtardıqları şey, əslində insanın fiziki bədənindən fərqli olub, mənliyində mövcud olan şeydir.

Stenford Universitetindən nevropsixologiya professoru Karl Pribram elm və fəlsəfə dünyasında, hissi qəbul edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa belə diqqət çəkmişdir:

Yunanların dövründən etibarən filosoflar "maşının içindəki xəyal", "kiçik insanın içindəki kiçik insan", və s. üzərində düşünüblər. "Mən" (yəni beyni istifadə edən varlıq) haradadır? Əsl bilməyi gerçəkləşdirən kimdir? Assizli Fransiskin də söylədiyi kimi: "Axtardığımız əsas şey baxanın nə olmasıdır".(47)

Şüur, yalnız Allahın insana verdiyi ruhun sahib olduğu bir xüsusiyyətdir. İnsan sahib olduğu ruh sayəsində düşünüb qəbul edən, qərar verib fikrini bəyan edə bilən varlıq olur. Sahib olduğu şüur və ağıl, bu ruhun insana qazandırdığı xüsusiyyətlərdir. Allah ayəsində belə buyurur:

Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən. (Şura surəsi, 52)

Bu mövzudan növbəti hissələrdə ətraflı şəkildə danışılacaq.

seyreden kim?

Beynin içinde, olup bitenleri izleyen bir küçük insan yoktur. Beyin üzerine yapılan çalışmalar, algılayanın kim olduğu sorusuna hiçbir zaman cevap vermeyecektir. Çünkü algılayan, insanın fiziksel benliğinden bağımsız olan "ruh"tur.

Beyinin Içindəki Mənzərəni Seyr Edən Kimdir?

Bir cisimdən gələn işıq, torlu qişanın üzərinə düşər və daha sonra emal olunması üçün beyində təxminən otuz fərqli görmə mərkəzinə ötürülər. Göz büllurundan keçən işıq, gözün arxa tərəfindəki torlu qişa üzərində başıaşağı və iki ölçülü təsvir yaradar. Torlu qişadakı çöpcüklər və kolbacıqlar, bəzi kimyəvi əməliyyatlardan sonra bu təsviri elektrik siqnalına çevirərlər. Bu elektrik siqnalları, göz sinirləri vasitəsilə beynin arxa hissəsində yerləşən görmə mərkəzinə ötürülər. Beyinsə gələn bu siqnalı mənalı və üç ölçülü təsvirlərə çevirər. Craig Hamiltonun ifadə etdiyi kimi; "bu indiyədək heç kəsin qaneedici həll gətirə bilmədiyi bir problemdir. Lakin yenə də bizim dərk etməyimiz vacib olan şey, hər bir gözünüzün təsvirin fərqli bir hissəsini gördüyü, beyninizinsə bunu bütöv şəklə salmasıdır".(48) Verilən bu təriflər, olduqca ümumi mənada gözün necə gördüyünü təsvir edir. Gözlər bizim üçün, xarici aləmdəki, əslini heç vaxt bilməyəcəyimiz bir təsvirin yaranma mərhələlərinin ilk mərhələsini təmsil edər. Xarici aləmdə mövcud olan dünya, gözdən keçən işıq sayəsində elektrik siqnalları vasitəsilə, daxildə, beynimizin olduqca kiçik bir nöqtəsində yaranar. Başımızı qaldırıb ətrafımıza baxdığımız vaxt, gördüyümüz təsvir ucsuz-bucaqsız da olsa, əslində beynimizin içindəki bu kiçik nöqtədə meydana gələr. Bu ucsuz-bucaqsız təsvirin əslinin, gördüyümüz təsvirə bənzəyib-bənzəmədiyini isə heç vaxt bilmərik.

Boyut Goruntu Light image

Göz merceğinden geçen ışık, gözün arka tarafındaki ağ tabakanın üzerine başaşağı ve iki boyutlu bir görüntü bırakır. Ağ tabakadaki çubuk ve koni hücreler, bu görüntüyü elektriksel akıma dönüştürür. Bu akımlar, beynin arka kısmındaki görme merkezine götürülür. Beyin ise, bu gelen sinyali anlamlı ve üç boyutlu görüntüler haline getirir.

Kembric Universitetinin Riyaziyyat və Nəzəri Fizika fakültəsindən Peter Russell, bu həqiqəti belə yekunlaşdırır:

Bir ağaca baxdığım vaxt, birbaşa həmin ağacı gördüyümü zənn edirəm. Lakin elm, tamamilə fərqli bir şeyin gerçəkləşdiyini söyləyir. Gözə düşən işıq torlu qişada kimyəvi reaksiyaları başladar, bunlarsa beynə gedən sinir lifləri boyu hərəkət edən elektrokimyəvi impulslar meydana gətirər. Beyin aldığı məlumatları analiz edər və sonra xarici aləmdə mövcud olan şeyə dair öz təsvirini meydana gətirər. Daha sonra mən, ağac görünüşünü görərəm. Lakin mənim gördüyüm əsil şey ağacın özü deyil, yalnız onun zehnimdə yaranan təsviridir. Bu, söylədiyim hər şey üçün etibarlıdır. Bildiyimiz, qəbul etdiyimiz və xəyal etdiyimiz hər şey, hər rəng, səs, duyğu, hər düşüncə, hər hiss zehində yaranan bir təsvirdir. Bütün bunlar zehnin öz şəkilləndirməsidir.(49)

Uyku Beyin Brain

Bütün bunlar, bizi əhəmiyyətli bir həqiqətə aparır: Biz həyatımız boyu dünyanının bizdən kənarda olduğunu zənn edərik. Halbuki dünya, hər şeyiylə birlikdə içimizdədir. Biz, özümüzdən kənarda zənn etdiyimiz dünyanı əslində beynimizin içindəki kiçik bir nöqtədə görərik.

Xarici aləmdəki dünyanın əslini görə bilmədiyimizə və hər şey beyində yaranan bir hiss olduğuna görə, görəsən görən həqiqətən "göz"dürmü?

Həyatımız boyu bütün xarici aləmi gözlərimizlə gördüyümüzü zənn edərik. Halbuki gözün görmə funksiyasını gerçəkləşdirməsi üçün verilən elmi tərif, görənin göz olmadığını bildirməkdir. Gözlər və gözlərə aid olan milyonlarla sinir hüceyrəsi, yalnız görmə hadisəsinin gerçəkləşməsi üçün beynə mesaj ötürən kabel vəzifəsinə sahibdirlər. Torlu qişa üzərinə düşən işıq zərrəciklərini qəbul edər və bunları elektrik siqnalına çevirərək beynə ötürər. Yəni burada, havadan gələn işıq dalğalarının, yağ, zülal və sudan meydana gəlmiş torlu qişa və ötürülən elektrik siqnallarından söhbət gedir. Beyində, bağçada qaçan uşaqlar, mavi buludsuz bir səma, dənizi yara-yara üzən gəmilər yoxdur. Mövcud olan şey, yalnız elektrik siqnallarıdır.

Bəs beynimizdə bütün bu hisslərin meydana gəldiyi, təsvirlərin canlandığı, səslərin eşidildiyi, qoxuların əmələ gəldiyi bir yer vardırmı? Beyni diqqətli şəkildə araşdırsaq, bir-biriylə qarşılıqlı təsirə girən neyronlar və bunlar arasındakı kimyəvi və elektriki əlaqələrlə qarşılaşarıq. Lakin beynin heç bir yerində rənglərin, şəkillərin, yazıların və xarici aləmə aid digər şeylərin təsvirlərini tapa bilmərik. Beynin heç bir yerində, yarpaqları hərəkət edən yaşıl bir ağac, alver edən izdihamlı insan kütləsi, evlər, avtomobillər, mebellər yoxdur. Beynin heç bir yerində bizə baxıb gülümsəyən bir dostumuz, anamız və ya atamız yoxdur. Hal-hazırda oxuduğunuz bu kitabın təsviri, beynin heç bir yerində yoxdur. Bir sözlə, ətrafımızda gördüyümüzü zənn etdiyimiz dünya, nə xarici aləmdə, nə də beyindədir.

oynayan çocuklar

Beyinde bahçede koşuşan çocuklar, mavi bulutsuz gökyüzü, denizi yararak yüzen gemiler yoktur. Var olan şey, sadece elektrik sinyalleridir.

Təsvirin beyində olduğunu iddia edən elm adamları bu sualı cavablandırmalıdırlar. Əgər beyində bir təsvir meydana gəlirsə, onda bu təsviri seyr edən kimdir?

Kaliforniya Universitetinin Psixologiya fakültəsi və Nevrologiya Proqramı professoru, həmçinin Beyin və Qəbul Etmə Mərkəzinin rəhbəri Vilayanur S. Ramachandran, “phantoms in the brain” (“beynin aldanışları”) adlı kitabında bu vəziyyəti belə açıqlamışdır:

Əlində tutduğu stəkandakı içkiyə baxdı. "Göz almamın içinə bu stəkanın başıaşağı təsviri düşür. Açıq və tünd rəngli təsvirlərin hərəkətləri torlu qişamın üzərindəki fotoreseptorları aktivləşdirir və təsvirlər, bir yol boyu (bu yol optik sinirdir) tək-tək piksellər halında ötürülür. Beynimin içindəki ekranda da göstərilir. Bu stəkanı da eynilə bu cür görmürəmmi? Əlbəttə ki, beynim, təsviri yenidən çevirib düzəltməlidir".

nöron Real Brain Noron Gercek Beyin

Beyin

Nöronlar

Onun fotoreseptorlar və optika barəsindəki məlumatları valehedici olsa da, beynin hər hansı bir yerində təsvirlərin seyr edildiyi bir ekran olduğu sözündə ciddi məntiqsizlik var. Çünki daxili neyronlara bağlı bir ekranda stəkanın təsvirini seyr edə bilsəydiniz, beyninizin içində bunu görməsi üçün, digər bir kiçik insana ehtiyac duyardınız. Bu da problemi həll etməyəcək, çünki bu dəfə onun başının içində təsviri seyr edə bilməsi üçün daha da kiçik bir insana ehtiyac duyacaqdınız və beləliklə də, bu proses bitmədən davam edəcəkdi. Nəticədə, idrak sualının həqiqi cavabını tapa bilmədən sonsuz saydakı gözlər, təsvirlər və kiçik insanlarla başa çıxmalı olacaqdınız.(50)

Ramachandranın burada toxunduğu nöqtə olduqca əhəmiyyətlidir. Beynin içində təsvir olduğunu fərz etdiyimiz təqdirdə, bu təsviri beynin içində seyr edən bir insan olmalıdır. Beləliklə də, sonsuz sayda beyinlərin içində təsvirlər, təsvirləri seyr edən kiçik insanlar və onların beyinlərindəki təsvirləri seyr edən kiçik insanlar olacaqdı (ətraflı məlumat üçün baxın: Qüllədəki kiçik insan, Harun Yəhya, Araştırma nəşriyyatı). Beynin içindəki təsviri seyr edən bir varlıq olmadığına görə, beynin içindəki təsvir iddiası yalan və məntiqsizdir. Beynin içi qapqaranlıqdır, işıqsızdır, səssizdir. Beynin içində rənglər, bir-birindən gözəl görünüşlü çiçəklər, istilik hissi verən manqal odu və cik-cik ötən quşlar yoxdur.

O zaman beynin içində olan nədir? Ramachandran, bunun texniki izahını belə verir:

... İdrak mövzusunu anlamaq üçün atılmalı ilk addım, beyindəki təsvirlər fikrindən xilas olmaq və obyektlərlə hadisələrin xarici aləmdəki təmsili tərifləri üzərində düşünməkdir. Bu səhifədə yazılmış abzaslar kimi bir abzas, təmsili tərif ifadəsini çox yaxşı açıqlaya biləcək nümunədir. Əgər Çindəki dostunuza mənzilinizin necə göründüyünü çatdırmaq istəyirsinizsə, mənzilinizi Çinə köçürməyiniz lazım olmayacaq. Etməli olduğunuz tək şey, mənzilinizi təsvir edən bir məktub yazmaqdır. Lakin məktubunuzdakı sözləri və ya abzasları meydana gətirən mürəkkəb qətiyyən fiziki mənada otağınıza bənzəməz. Məktub, sizin mənzilinizin təmsili bir tərifidir.

snapsler

1. Sinaptik Son Kısım
2. Akson
3. Hücre
4. Dendrit

5. Mitokondri
6. Sinaptik Keseler
7. Sinaptik Ağız
8. Sinaptik Keseler

9. Nöro İletici
10. Reseptör
11. İyon Kanalı

12. Presinaptik Zar
13. Potsinaptik Kese
14. Potsinaptik Zar

Bir kitaba, kaleme ya da bir insana baktığımızda, her durum için farklı bir sinirsel faaliyet harekete geçer. Baktığımız şeyle ilgili olarak üst beyin merkezleri bilgilendirilir. Ancak burada gerçekleşen sayısız kimyasal işlem, tek başına görmeyi açıklamaz. Çünkü, beynin içinde görüntüleri izleyen bir küçük adam yoktur. Dış dünyayı izleyen, gören ve bundan bir anlam çıkaran, insana ait ruhtur.

Beyindəki təmsili tərifin mənası nədir? Əlbəttə ki, mürəkkəb damlalarından yox, sinir xəbərdarlıqlarının dilindən söhbət gedir. İnsan beynində təsvirlərin emalı üçün çox sayda yer var, bunların hər biri təsvirdən müəyyən növdəki məlumatları almaq məsələsində ixtisaslaşmış mürəkkəb neyron şəbəkəsindən ibarətdir. Hər bir obyekt, bu yerlərdə yalnız həmin obyektə məxsus bir sıra fəaliyyətləri hərəkətə keçirər. Məsələn, bir qələmə, kitaba və ya bir insan üzünə baxdığınız vaxt, istənilən vəziyyət üçün müxtəlif bir sinir aktivliyi forması hərəkətə keçər və sizin nəyə baxdığınızla əlaqədar daha yuxarı beyin mərkəzlərini "məlumatlandırar". Bu fəaliyyətlərin forması, eynilə kağızın üzərindəki mürəkkəb damlalarının sizin otağınızı təmsil və ya simvolizə etməsi kimi, vizual obyektləri təmsil və ya simvolizə edər. Vizual prosesləri anlamağa çalışan biz elm adamları üçün hədəfimiz, beynin bu simvolik tərifləri meydana gətirmək üçün işlətdiyi şifrəni açmaqdır, eynilə bir şifrə açanın yad bir mətni deşifrə etməyə çalışması kimi...(51)

Lakin təkcə bu xəritənin varlığı görməni izah edə bilməz, çünki beynin içində əvvəlcə də ifadə etdiyim kimi birinci dərəcəli vizual korteksin üzərində göstərilənləri seyr edən kiçik bir insan yoxdur.(52)

görüntü

Richard L. Gregory isə, bunu belə ifadə edir:

Gözlərin beyində, obyektlərin qəbul edilməsi sayəsində yaranan bir təsvir yaratdıqları düşüncəsinin cazibəsindən qaçmaq əhəmiyyətlidir. Beyində təsvir olması fikri, bütün bunları görəcək daxili bir gözün də olmasını tələb edir. Lakin bu da, bu təsviri görə biləcək digər bir gözün olmasını, başqa təsvirlərin görünməsi üçün də başqa gözlərin olmasını və s. şeyləri tələb edəcək. Bu isə heç bir nəticəyə gəlmədən sonsuza qədər bu cür davam edər.(53)

Ayova Universitetinin nevrologiya şöbəsinin professoru və rəhbəri Antonio Damasio: "olduqca dürüst şəkildə bunu söyləyə bilərəm; şüurun ilk problemi, necə “beyində bir film” meydana gətirə bilməyimizdir"(54) deməklə, elm adamlarının bu mövzu ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti açıq şəkildə etiraf edir. Aydındır ki, 21-ci əsr elmi; "görən kimdir?" sualını cavabsız qoyur. Şübhəsiz ki, elm adamları, beynin içində bir tamaşaçının olduğu fərziyyəsindən imtina ediblər. Lakin bu vəziyyət, beyində yaranan təsvir anlayışını elm adamları baxımından daha böyük problem halına gətirmişdir. Beynin içindəki tək bir nöqtə, bizə, bir çox incəliyə sahib olan, mükəmməl konkretlikdə və mükəmməl incəliklərə sahib bir dünya təqdim edir, özü də fasiləsiz surətdə. Bunun texniki və elmi izahı budur. Bəs görəsən yaranan "təsvir" haradadır?

Oksford Universitetindən psixoloq yazıçı Susan Blackmore, bunları söyləyir:

*Crick: "Gözlərimiz qarşısında gördüyümüz dünyanın canlı təsviri"nin əlaqələrini tapmaq istədiyini söyləyir. Damasio isə bunu: "Beynin içindəki kinofilm" kimi adlandırır. Əgər vizual dünya böyük illüziyadırsa, bu vəziyyətdə bu insanlar axtardıqları şeyi heç vaxt tapa bilməyəcəklər, çünki nə beynin içindəki kinofilm, nə də canlı təsvir beyində yoxdur. Bunlar da illüziyanın bir hissəsidir.(55)

Susan Blackmore’a görə təmasda olduğumuz hər şey, yalnız bir illüziyadır. Əslində illüziya tərifi burada ortaya çıxan vəziyyəti tam şəkildə açıqlaya bilmir. İllüziya, zehnimizdə meydana gələn hadisələri fiziki həqiqətlərlə müqayisə etdiyimiz vaxt, üzə çıxan bir vəziyyətdir. Lakin insan burada, xarici aləmdəki dünya ilə, yəni müqayisə edə biləcəyi fiziki bir həqiqətlə təmasda deyil. Bunların hamısı, zehnin yaratdığı şeylərdir və zehin, ətrafımızdakı həqiqəti heç vaxt nə görə, nə eşidə, nə də hiss edə bilir. Bunlar yalnız bizə məxsus həqiqətlərdir. Belə olan halda, burada yaranan vəziyyəti illüziya deyil, daha çox xəyal kimi xarakterizə etmək daha doğru olar.

iluzyon

Baktığımız nesnenin, dış dünyadaki gerçek halini gördüğümüzden emin oluruz. Oysa biz, o nesnenin hiçbir zaman aslına ulaşamayız. Gördüğümüz şey, tıpkı yanda yere yapılmış bu üç boyutlu resimde olduğu gibi yalnızca bir illüzyondur. Zihnimi-zin ürettiği şeydir. Ancak biz, bunların gerçekliğinden, dışarıdaki asıl görüntüleri ile muhatap olduğumuzdan hiçbir zaman şüphe duymayız.

Sahib olduğumuz dünya, yalnız bizim hisslərimizdə meydana gəlir. Bu dünyanı bizim gördüyümüz kimi görən, bizə aid hissləri qəbul edib hiss edən, bizim dünyamıza şahid olan heç kəs yoxdur. Gördüklərimiz, beynimizin də bir hissəsi deyil. Beyin də sahib olduğumuz bu xəyali təsvirə daxildir. Hisslərimiz; bizə seyr etdirilən, bizim üçün yaradılmış bir dünyanı meydana gətirər. Xarici aləmdə həqiqi, maddi bir dünya var, amma insan buna heç vaxt çata bilmir. Kvant fizikasının pionerlərindən Ervin Şrödingerin ifadə etdiyi kimi: "hər bir insanın gördüyü dünya, öz zehninin yaratdığı anlayışdır və daim belə qalacaqdır. Bu dünya görünüşünün, başqa görünüşə sahib olduğu heç vaxt təsdiq edilə bilməz".(56)

Gözümüzün qarşısında zənn etdiyimiz bir obyektə, məsələn, bir kitaba baxaraq qazandığımız təcrübə, bunu təkcə düşünərək də, qazana biləcəyimiz bu həqiqətin əhəmiyyətli dəlillərindəndir. Beynin içində, əslində olmayan bir şeyin təsvirini əldə edirik. Vaşinqton Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus Raichle, beynin bu fövqəladə mexanizmi barədə bu sözləri söyləyirlər:

Gözlərinizi açın, heç səy göstərmədən bir mənzərəni görəcəksiniz, indi isə gözlərinizi yumun və həmin mənzərəni düşünün. Bu yolla o mənzərənin bir təsvirini çağıra bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərə qədər canlı, kəsilməz və ya tam deyil. Lakin hələ də mənzərənin təməl xüsusiyyətlərinə sahib xüsusiyyətdədir. Hər iki vəziyyətdə də mənzərənin bir təsviri zehində meydana gəlir. Həqiqi vizual təcrübələrlə yaranan təsvir, xəyal edilən bir təsvirdən ayırd edilə bilməsi baxımından "hiss" adlandırılır. Hiss torlu qişaya toxunan və daha sonra beyində əməliyyatdan keçiriləcək siqnalları göndərən işığın məhsulu olaraq meydana gəlir. Lakin bu siqnalları göndərmək üçün torlu qişaya heç işıq düşmədikdə bir təsviri necə meydana gətirə bilirik?(57)

Bir obyekti, bu obyektin əsli olmadığı halda, zehnimizdə yaradan şey, əslinin olduğunu zənn etdiyimiz vaxt, onu zehnimizdə yaradan mexanizmlə eynidir. Dolayısilə, xarici dünya olaraq gördüyümüz təsvirlərin varlığı, yalnız bir illüziya, bir xəyaldır. Gördüyümüz hər şey, qarşımızdakı rəngli dünya, dostlarımız, ətrafımızdakı insanlar, hətta öz bədənimiz bu xəyalın bir hissəsidir. Bütün bunların mənbəyi olduğunu zənn etdiyimiz şey, yəni xarici aləmin əsli, bizim üçün daim naməlum qalacaq.

Bu kölgə dünya; işlədiyimiz iş yerini, evimizi, ətrafımızdakı insanları, avtomobilimizi, yediyimiz yeməyi, seyr etdiyimiz filmi, bir sözlə, həyatımızdakı hər şeyi əhatə edir. Evimizə girdiyimiz vaxt, həqiqi evimizə girdiyimizi hiss edərik. Halbuki əsil evimizin, ona tamamilə bənzəyən, hətta təsvir olduğunu da ehtimal etmədiyimiz surətini zehnimizdə seyr edərik. Evin içində qarşılaşdığımız hər kəsin təsvirini yenə zehnimizdə seyr edərik. Bütün həyatımız, beynimizin içindəki kiçik bir məkanda keçər.

algılayan Kim Who is seeing

Bu mövzu üzərində tədqiqat aparan nevroloq və psixoloqların bir çoxu, buraya qədərki nəticəyə asanlıqla gələrlər. Lakin "qəbul edənin kim" olduğu sualını adətən cavablandırmazlar. Beyində kiçik insanlar axtarar, bütün bunları qəbul edən maddi bir varlıq tapmağa çalışarlar. Kitablarda, məqalələrdə və konfranslarda buna dair müzakirələrə yer verir, məsələyə aydınlıq gətirə bilməmiş digər elm adamlarını nümunə göstərir və işin içindən çıxa bilmədiklərini iddia edirlər. Halbuki bütün texniki və elmi həqiqətlərin açıq şəkildə göstərdiyi nəticə, bütün bunları qəbul edən, görən və hiss edənin, insanın sahib olduğu ruhun olmasıdır. Elm adamlarının beyində axtardıqları şey, yəni "görən varlıq" ruhdur. Bizim "xarici aləm" kimi qəbul etdiyimiz həyata aid hər şey, bu ruha seyr etdirilən təsvirlərdən ibarətdir. Bu həqiqət, bəzi elm adamlarının ucalığına inandıqları materializmi yox edir. Hər şeyin maddi varlıqlardan ibarət olduğunu iddia edən materialistlər üçün ruhun varlığı, qətiyyən qəbul edilməzdir. Məhz bundan ötrü də, "qəbul edənin kim" olduğu sualı, materialistlər üçün daim cavabsız qalacaq.

İnsana sahib olduğu ruhu verən Allahdır. Bu ruha eşitdirən, seyr etdirən, hiss etdirən Allahdır. Mükəmməl konkretlikdə, mükəmməl incəlikli və fövqəladə canlılıqdakı bir dünyanı bizim üçün yalnız xəyal olaraq yaradan, ruha bütün bunları yaşayırmış hissini verən, hər şeyi yoxdan yaradan Uca Allahdır. Allah, ayələrində bu həqiqəti insanlara xəbər vermişdir:

Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
Hansı ki, yaratdığı hər şeyi gözəl şəkildə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
Sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,
Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 6-9)

Səslər Yalnız Beynimizdə Mövcuddur

Eşitmə prosesi, eynilə görmə prosesi kimidir. Səs şəklində bizə çatan məlumatlar, eynilə təsvirdə olduğu kimi yalnız elektrik siqnallarıdır. Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürər. Orta qulaq, səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürər. Daxili qulaq isə, bu titrəyişləri səsin gərginliyinə və tezliyinə görə elektrik siqnallarına çevirərək beynə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə emal olunar və şərh edilmək üçün eşitmə mərkəzinə ötürülər. Beləliklə də, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçər.

Lakin burada diqqət yetirilməli olan əhəmiyyətli bir məqam var: Eynilə təsvirlər kimi, səslər də beynimizdən kənarda hər hansı yerdə deyildir. Xüsusilə, insan şüuru mövzusunda gördüyü işləriylə tanınan Kembric Universitetinin Riyaziyyat və Nəzəri Fizika fakültəsindən Peter Russell bu vəziyyəti belə açıqlayır:

Yepiskop Berkli hisslərimizdən başqa heç nəyin olmadığı fikrini müdafiə edərkən, bunu, əgər onu eşidəcək heç kəs yoxdursa, yıxılan bir ağac səs çıxardarmı mübahisəsi izlədi. O dövrlərdə səsin havada necə ötürüldüyünə və ya qulağın yaxud da beynin öz funksiyasını necə yerinə yetirdiyinə dair heç nə məlum deyildi. İndiki vaxtda burada qeyd olunan əməliyyatlar haqqında olduqca artıq şey bilirik və bunun cavabı açıqca "xeyr"dir. Fiziki reallıqda heç bir səs yoxdur, təkcə havada təzyiq dalğaları vardır. Səs, yalnız bir qəbul edənin onu qəbul etməsi nəticəsində mövcud olar, bu ya insan, ya maral, ya quş, ya da bir qarışqadır.(58) (vurğu qaynaqdakı kimidir).

Çöldəki səs, bizim üçün, ancaq biz onu qəbul etdiyimiz müddətcə mövcuddur. Ancaq, burada ifadə edilməli olan əhəmiyyətli bir məqam daha var: Eynilə təsvirlər kimi, səslər də beynimizin içində deyildirlər. Beyində olan şey, yenə yalnız elektrik siqnallarıdır. "Həqiqi" hesab etdiyimiz hər cür səs, beynimizin içindəki bu elektrik siqnallarının məhsuludur. Bir dostumuzla söhbət edərkən, onun üçölçülü təsvirini siqnallar sayəsində beynimizdə mükəmməl şəkildə hiss edər; ondan gələn səsi də, bəhs olunan dərinlik hissini təsdiq edən şəkildə duyarıq. Dostumuz uzaqda isə, səsin uzaqdan gəldiyindən əmin olarıq. Halbuki bu səs, nə uzaqda nə də yaxındadır. Yalnız elektrik siqnalı olaraq mövcuddur. Digər bir sözlə, bu səs, beynimizin içində də deyildir. Beynimizin içində dərin sükunət hakimdir. Nə qədər izdihamlı və gurultulu bir mühitdə olsaq da, beynimizin içində heç səs olmaz. Elektrik siqnallarının ötürdüyü xəbərdarlıqlar, bizə xarici aləmdə izdihamlı və gurultulu bir dünyanın mövcud olduğu məlumatını verir. Halbuki, nə xarici aləmdəki bu izdihamlı və gurultulu dünyaya çata bilər, nə də onları beynimizin içində meydana gətirə bilərik. Səs, bizim qəbul etdiyimiz bir şeydir.

ses

1. Ses Dalgaları
2. Tek bir notadan gelen kompleks ses dalgası
3. Timpanik Zar
4. Üzengi
5. Koklea
6. Kokleanın Yayılan Görüntüsü
7. Kokleanın Kesiti
8. Tüy Hücreleri
9. Ana Zar

10. Zardaki hareketin göreceli genişliği
11. İşitme Siniri Lifleri
12. Farklı frekanslara ayarlanmış farklı nöronlarda sonlanan işitme sinir lifleri
13. Motor Korteks
14. İşitme Korteksi
15. Yatay Kesit Düzlemi
16. Talamus
17. Beyincik
18. Beyin Sapı

Dışarıdan gelen sesler, dış ve orta kulak tarafından iç kulağa doğru ilerleyen sıvı dalgalara dönüştürülür. Bu dalgalar, bir dizi işlemden sonra elektrik sinyalleri halinde beyne iletilir ve beynimizde ses olarak algılanır. Dolayısıyla dışarıdaki ses, bizim için yalnızca onu algıladığımız sürece vardır. Duyduğumuz her şey, beynimizin içindeki bu elektrik sinyallerinin bir ürünüdür.

Peter Russell, bu həqiqəti belə açıqlayır:

Bir skripkanın musiqisini eşidirəm, lakin eşitdiyim səs, zehnimdə yaranır. Bunun kimi bir səs xarici aləmdə yoxdur, təkcə titrəşən hava molekulları vardır".(59)

Dolayısilə səsləri eşidərkən də, görünüşlə əlaqədar yaşadığımız eyni səhvliyə yol verərik. Səslərin xarici aləmdən gəldiyini zənn edərik. Halbuki, bizim qəbul etdiyimiz səslər, bizim üçün meydana gətirilmiş kölgə dünyanın bir hissəsidir. Eynilə bu dünyaya aid təsvirlər, dadlar, qoxular və hisslər kimi, səslər də bizə aid siqnalların beynimizdə yaratdığı hisslərdir. Xarici aləmdə mövcud olduğunu düşündüyümüz izdihamlı mühitin səs-küyü, bizə səslənən yoldaşımızın səsi və dinlədiyimiz musiqi, yalnız bizə aid bu hisslər aləmində meydana gələr. Bütün bunların xarici aləmdəki əsilləriylə eyni olub-olmadığını bilməyimizə imkan yoxdur. Çünki, beynimizdən kənara çıxaraq həqiqi dünyaya çatmağımız heç vaxt mümkün deyil.

müzik Music Keman Nota Kulak Duymak

Bizler, seslerin dış dünyadan geldiğini zannederiz. Oysa duyduğumuz sesler, bize ait algı dünyasının bir parçasını oluştururlar. Beynimizin dışına çıkarak bu sesin dışarıdaki gerçeklik ile mutabık olup olmadığını bilmemize ise imkan yoktur.

Qoxular Və Ləzzətlər Də Yalnız Beynimizdə Meydana Gəlir

Bişən gözəl bir yeməyin qoxusunun, həqiqətən yeməkdən gəldiyini zənn edərik. Yemək bişərkən, başqalarının da bizimlə eyni qoxunu qəbul etdiyini düşünər və ortaq bir hissi bölüşdüyümüzə inanarıq. Lakin bu yalnız bir zənndir. Bizə çatan şey, qoxu molekullarının elektrik siqnalına çevrilib beynimizə çatmış halıdır. Digər bir sözlə, "qoxu" dediyimiz şey də eynilə görmə və eşitmə kimi, elektrik siqnallarından ibarət olan bir hissdir. Xarici aləmdəki qoxu molekulları, heç vaxt beynimizə çatmaz.

Tanınmış mütəfəkkir Corc Berkli, bu həqiqəti bu sözlərlə açıqlamışdır:

Əvvəlcə rənglərin, qoxuların və sairənin, həqiqətdə mövcud olduğu güman edildi, lakin daha sonra, bu cür fikirlər rədd edildi və görüldü ki, bunlar ancaq hisslərimiz sayəsində mövcuddur.(60)

İybilmə hissi, fiziki mənada heç bir qoxu molekulunun həqiqətdə olmadığı yuxularda da, gerçəkmiş kimi hiss edilə bilən bir hissdir. İnsanlar yuxularda, təsvirləri olduqca aydın və mükəmməl şəkildə gördükləri, səsləri ən mükəmməl halıyla eşitdikləri kimi, qoxuları da eyni cür hiss edə bilirlər. Dolayısilə, buna əsaslanaraq, qoxunun qəbul edilə bilməsi üçün onun maddi varlığının olmasının vacib olmadığını anlamaq asan olar.

koku

1. Koku Yolu
2. Talamus
3. İşlem Merkezi

4. Tat Algı Korteksi
5. Koku Algı Korteksi
6. İşlem Merkezi

7. Omurilik
8. Sinirler
9. Tat Tomurcuğu

10. Dil
11. Koku Epitelyumundaki Nöronlar
12. Koku Soğanı

Bu vəziyyət dadbilmə hissinə də aiddir. İnsan dilindəki dad reseptorlarının vəzifəsi də, eynilə digər duyğu orqanlarında olduğu kimi, gələn xəbərdarlığı elektrik siqnalına çevirməkdir. Dolayısilə biz xoşladığımız bir tortu yediyimiz vaxt, onun heç vaxt əsil dadını bilmərik. Onun əsil görünüşünü görmədiyimiz, əsil qoxusunu hiss etmədiyimiz kimi, əsil ləzzətini də hiss edə bilmərik. Hiss etdiyimiz dad, beynimizə elektrik siqnalı halında gələn xəbərdarlıqların yaratdığı təsirdir. Digər bir sözlə, həyatımız boyu sevdiyimiz bir yeməyin, şokoladın, meyvənin dadını hisslər aləmimizdə yaranan halıyla təmasda olarıq. Beş duyğu orqanımız vasitəsilə beynimizdə meydana gətirilən hisslər, bizə bunların gözəl görünüşlü, gözəl qoxulu və ləzzətli olduğunu söyləyər. Amma bu tamamilə bizə aid bir məlumatdır. Bizim zehnimizdə bizə hiss etdirilən xüsusiyyətlərdir. Bundan savayı, xarici aləm haqqında heç bir fikrimiz yoxdur.

Ayet 040062 Cocuk Sari Cicek Tarlasi

İşte bu sizin Rabbiniz Allah’tır: her şeyin Yaratıcısıdır: O’ndan başka Ilah yoktur. Öyleyse nasıl olur da çevriliyorsunuz?
(Mümin Suresi, 62)

Oysa sizi de, yapmakta olduklarınızı da Allah yaratmıştır.
(Saffat Suresi, 96)

Toxunma Hissi Yalnız Beynə Ötürülən Elektrik Siqnallarıdır

Qəbul etdiyimiz xarici aləm, elə gerçəkdir ki, hisslərimizin meydana gətirdiyi bir dünyada yaşamağımız elmi bir həqiqət olmasına baxmayaraq, insanların əksəriyyəti yaranan bu hisslərin mükəmməlliyindən ötrü yanılırlar. İnsanları yanıldan ən böyük faktorlardan biri isə, toxunma hissinə sahib olmalarıdır. İnsanlar, gördükləri, iylədikləri və ya daddıqları şeylərin gerçək olub-olmamsından şübhələnə bilərlər. Lakin insanlardakı toxunma hissi, onlara xarici aləmin gerçək olduğu hissini verir ki, bu da insanların yanılmasına səbəb olur. Halbuki, toxunduqları şeylərin elektrik siqnalı olaraq beynə ötürüldüyü həqiqəti, bu mövzudakı bütün ön mühakimələri ortadan qaldırır. Digər bütün hisslərimiz kimi, toxunma hissi də beyində meydana gələr. Bir şeyi hiss etməyimiz, ancaq onunla əlaqədar beynimizdə olan məlumatdan asılıdır. Beynimiz qəbul etməsə, maddəyə toxunmağımıza baxmayaraq, onu hiss edə bilmərik.

Peter Russell, bu vəziyyəti belə açıqlayır:

Maddənin bərk material olduğuna dair fikrimizsə, eynilə yaşıl rəng kimi, şüurda meydana gələn bir xüsusiyyətdir. Bu, "çöldə olanın" bir modelidir. Lakin eynilə digər modellər kimi, çöl də gerçəkdə olandan olduqca fərqlidir.(61)

dokunma hissi

Peter Russellin vurğuladığı gerçəklik anlayışı, olduqca doğrudur. Çöldəki maddəyə toxunarkən onunla yaranan əlaqəmiz, yalnız əlimizin elektronlarının həmin obyektin elektronlarını itələməsindən ibarətdir. Yəni, əslində ona toxunmuruq belə. Çöldəki obyektlə aramızda heç bir təmas yoxdur. Buna baxmayaraq, yaranan hiss, bizə onun xüsusiyyətini qəbul edirmiş təəssüratı verər. Bir ağac gövdəsinin sərt olduğunu, pambığın yumşaq olduğunu qəbul edə bilərik. İkisini fərqli xüsusiyyətlərdə hiss edərik, amma əslində molekulyar səviyyədə gerçəkləşən əməliyyat, elektronların bir-birlərini itələməsindən ibarətdir. Toxunduğumuz maddədən gələn sərtlik hissi, bir pişiyin tüklərindən və ya bir divarın nahamar səthindən əldə etdiyimiz hiss, bizə yalnız elektrik siqnalı olaraq çatır. Digər bir sözlə, fiziki şəkildə gerçəkləşən təcrübəmizlə, bizdə yaranan hiss tamamilə fərqlidir. Dolayısilə, çöldə olan maddənin heç vaxt əslinə toxuna bilmərik. Bizə çatan, xarici aləmə aid hissdir və bu hisslərə əsasında, xarici aləmin necə bir yer olduğunu bilməyimizə imkan yoxdur.

Pensilvaniya Universitet Xəstəxanasının nüvə təbabəti bölməsində köməkçi dosent doktor Andrew B. Newberg mövzuyla əlaqədar bunları söyləyir:

Keçmişdə belə deyən bəzi filosoflar vardı: "Bax, əgər bir qayaya təpik vursam, ayaq barmağım ağrıyar, bu həqiqətdir. Bunu hiss edərəm. Gerçək olduğunu hiss edərəm. Bu canlıdır. Buna həqiqət deyilir". Lakin əslində bu bir təcrübədir və bu həmin insanın qəbul etdiyi hissdir.(62)

dokunma

1. Deri
2. Meissner Yuvası
3. Akson
4. Ranvice Nodu
5. Schwann Hücresi

6. Myelin Kılıfı
7. Sinir inpulslarının Yönü
8. Hücre Gövdesi
9. Omurilik Yumrusu
10. Omuriliğin Kesiti

11. Omurilik
12. Yolların Kesişme Noktası
13. Talamus
14. Duyu Korteksi
15. Beyin

Resimde tek bir tuşa basma eylemi ile parmağımızdan beyne kadar gerçekleşen iş-lemler görülmektedir.

Bir maddeye dokunduğumuzde edindiğimiz his, bize yalnızca elektrik sinyali olarak ulaşmaktadır. Bir başka deyişle, bizde oluşan madde hissi, yalnızca elektrik sinyalleri yoluyla meydana gelmektedir. Dolayısıyla, dışarıda var olan maddenin aslına hiçbir zaman dokunamayız. Bizde oluşan algıdan yola çıkarak, fiziksel gerçeklikte o nesnenin neye benzediğini, dış dünyanın nasıl bir yer olduğunu bilmemize imkan yoktur.

Məsələn, isti bir maddəyə toxunduğumuz vaxt, bu hissi beynə çatdırmaq vəzifəsini yerinə yetirən sinirlər çıxarılsa, əlimizin yanmağını hiss etmərik. İstidən yanma, onu hiss etmə və bundan ötrü ağrı duyma hissi, yalnız beynin şərhidir. Eynilə kənardan bir qıcıq gəlmədikdə, sırf elektrik siqnallarının süni şəkildə yaradılması nəticəsində də bu hiss meydana gələ bilər. Çöldə yanan od olmamasına baxmayaraq, əlimizin yandığını hiss edə bilərik. Bu vəziyyət, buradakı yanma hissinin yalnız bizim hisslər aləmimizdə meydana gəldiyinin digər bir sübutudur. Üzərində diqqətlə düşünülməli olan bu əhəmiyyətli həqiqəti 20-ci əsrin tanınmış mütəfəkkiri Bertran Rassel belə ifadə etmişdir:

...Barmaqlarımızla masaya basdığımız vaxt, yaranan toxunma hissinə gəldikdə, bu, barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya görə, masadakı elektron və protonların yaxınlığı sayəsində meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, başqa yolla yaranmış olsaydı, masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.(63)

Maddənin əsas xüsusiyyəti, yəni sərtlik, hisslər aləmimiz üçün, elmi cəhətdən ortadan qalxmışdır. Bir şeyi görməyimiz onun həqiqi fiziki görünüşünə dair bir dəlil və əlamət vermədiyi kimi, bir şeyə toxunmağımız da, onun sərtliyinə dair heç bir dəlil və əlamət vermir. Toxunduğumuz şey, yalnız beynimizdə yaranan varlıqdır. Çöldəki həqiqi xüsusiyyətini və görünüşünü bilməyəcəyimiz bir xəyaldır. Elmi yazıçı J. R. Minkel, “new scientist” jurnalındakı bir yazısında bu həqiqəti belə açıqlayır:

Hal-hazırda bir jurnal tutursunuz, bunu bərk bir maddə hesab edirsiniz və siz bunun kainatda müstəqil şəkildə mövcud olduğunu görürsünüz. Ətrafınızdakı obyektlər də, məsələn, bir fincan qəhvə və ya bir kompyuter, bütün bunlar çöldə həqiqətən varmış kimi görünür. Amma hamısı yalnız bir xəyaldır.(64)

yanık

1. Deri
2. Duyu Siniri
3. Duyu Alanı
4. Beyin

5. Talamus
6. Omurilik
7. Motor Sinir
8. Kas Lifleri

Sıcak bir maddeye dokunduğunuzda, o sıcaklık hissini beyne iletmekle görevli olan sinirler devreden çıkarılsa, yanmakta olan elinizi hissetmeniz mümkün olmaz. Çünkü yanma hissi, yalnızca bizim algı dünyamızda meydana gelen bir histir.

Məsafə də Hissdir, Yalnız Beynimizdə Meydana Gələr

Qarşımızdakı bir insanın uzaq bir yerdən yaxınlaşdığını dərhal anlayarıq. Görünüşü, səsi və böyüklüyü olduğu mühitə görə dəyişər. Bu amillər əsasında, bir qiymətləndirmə aparar və onunla aramızda nə qədər məsafə olduğunu müəyyənləşdirərik. Lakin əslində qarşımızdakı insanla aramızda hər hansı məsafə yoxdur. Onu uzaq bir yerdə gördüyümüz inancı, yalnız beynimizdə apardığımız bir müqayisədən ötrü yaranır. Digər bir sözlə, məsafə hissi yalnız bir hissdir.

Xarici aləm adlandırdığımız təsvir o qədər inandırıcı və o qədər təsirlidir ki, insanın, bütün bunların bir hissdən ibarət olduğuna inanması üçün, dərindən diqqət yetirərək düşünməlidir. Təsviri bu qədər inandırıcı və təsiredici edən şeylərsə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu ünsürlərdən o qədər mükəmməl istifadə edilmişdir ki, bunlar beynimizdə üç ölçülü, rəngli və canlı bir təsvir halını almışdır. Sonsuz saydakı incəlik bu təsvirə əlavə olunduqda, ortaya, tamamilə xəbərsiz şəkildə bütün ömrümüz boyu əsli zənn edərək içində yaşadığımız, lakin əslində yalnız zehnimizdə təmasda olduğumuz və əslinin yalnız bir surəti olan dünya çıxar.

mesafe

Uzaktan geldiğini sandığımız bir insanla bizim aramızda, aslında herhangi bir mesafe yoktur. Algıladığımız mesafe hissi, yalnızca beynin yorumudur. Ufka doğru uzayıp gittiğini zannettiğimiz bir tünel ile gerçekte aynı yerdeyizdir. Her şey, beynimizin içindeki bir noktada yalnızca bize seyrettirilmektedir.

Məsafə dediyimiz hiss, bir cür üç ölçülü görmə formasıdır. Təsvirlərdə məsafə və dərinlik hissini oyandıran şeylərsə perspektiv, kölgə və hərəkət dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) qəbulu deyilən bu qəbul forması, çox mürəkkəb sistemlərlə təmin edilir. Bu sistemi ən sadə şəkliylə belə izah edə bilərik: Gözümüzə gələn təsvir yalnız iki ölçülüdür. Yəni, hündürlük və genişlik ölçülərinə malikdir. Göz bəbəyinə daxil olan təsvirlərin ölçüləri və iki gözün eyni anda iki fərqli təsvir görməsi dərinlik və məsafə hissini meydana gətirir. Bizim hər bir gözümüzə düşən təsvir, digər gözə gələn təsvirdən bucaq, işıq kimi ünsürlər baxımından fərqlidir. Beyin bu iki fərqli təsviri tək bir təsvir halına gətirərək dərinlik və məsafə hissini meydana gətirər.

uzaklık

Karşımızdaki insanın bizden uzakta olduğuna dair öylesine mutlak bir inancımız vardır ki, ona sesimizi duyurmak için yüksek sesle bağırır, ona koşarak yetişmeye çalışırız. Oysa ulaşmak istediğimiz insan bizimle aynı yerdedir. Gerçekte ne biz ha-reket ederiz, ne de karşımızdaki insan bize doğru yaklaşır. Tüm görüntü, tüm me-safe, beynimizin içinde bizim için birer algı olarak yaratılmaktadır.

Məsafə bizim üçün yalnız bir hiss olaraq yaradılır. Bir qədər əvvəl də ifadə etdiyimiz kimi uzaqdan gəldiyini güman etdiyimiz bir insanla bizim aramızda əslində hər hansı məsafə yoxdur. Qarşımızdakı insan, bizim beynimizin içində tək bir səthdə yaradılır. Qəbul etdiyimiz məsafə hissi isə, yalnız beynin şərhidir. Qarşımızdakı insanın bizdən uzaqda olduğuna elə mütləq inancımız vardır ki, ona səsimizi eşitdirmək üçün yüksək səslə qışqırar və ona yetişmək üçün var gücümüzlə qaçarıq. Halbuki, çatmaq istədiyimiz insan, bizimlə eyni yerdədir. Qaçaraq keçdiyimizi zənn etdiyimiz hər kvadrat santimetr sahə əslində bizim beynimizin içində mövcud olan təsvirin bir hissəsidir. Əslində, nə biz hərəkət edərik, nə də qarşımızdakı insan bizə yaxınlaşar və ya bizdən uzaqlaşar. Hər şey, yalnız beynimizin içindəki kiçik bir nöqtədə bizə seyr etdirilir.

Məsələn, səmada uçan bir təyyarənin bizdən kilometrlərlə uzaq məsafədə olduğunu düşünərik. Halbuki o əslində bizə çox yaxındır, beynimizin içindədir. Təyyarəyə baxdığımız vaxt, təyyarənin çıxartdığı səs dalğasının və o maddənin yaydığı işıq dalğalarının, gözümüzə əks olunan tezlikləri və ölçüləri nəticəsində təyyarənin bizdən kilometrlə uzaqda olduğunu düşünərik. Lakin beyin 2 vahid olan tezlik və ölçünü 1 vahid hesab etsəydi, vəziyyət olduqca fərqli olardı. Belə olan halda, min kilometrlə uzaqda olduğuna əmin olduğumuz təyyarənin, olduqca fərqli bir məsafədə olduğu fikriylə razılaşar və bunun gerçəkliyindən şübhələnməzdik.

mesafe

Gökyüzündeki bir uçağın bizden kilometrelerce uzakta olduğunu düşünürüz. Oysa o aslında, bizim yanı başımızda, beynimizin içindedir. Uçak ile aramızda, hiçbir me-safe yoktur.

İnsan, qarşısındakı dərinlik hissi içində bir çox incəlik görər. Bir qədər irəlidə əlində tutduğu kitabı, ondan da irəlidə televizoru, bir qədər uzaqda pəncərəni, daha uzaqda pəncərədən görülən ucsuz-bucaqsız meşəni və ən uzaqda isə Günəşi görər. Əlləri, ayaqları, bədəni də bu təsvirin içindədir. Hər birinin müəyyən perspektivi, müşahidə etdiyi yerdən müəyyən uzaqlığı var. Yaxud başqa sözlə desək, o belə hiss edir. Dərinlik hissi, perspektiv, kölgələr və təsvirin içində gördüyü öz bədəni, onu həqiqi bir xarici aləmi gördüyünə inandırır. Halbuki, müşahidə etdiyi öz bədəni də daxil olmaqla hər şey, beyninin içindəki elektrik siqnallarının bir təsiridir. Tam qarşısında dayanan kitabla ən uzaqda olduğunu zənn etdiyi Günəş arasında bir məsafə yoxdur. Bunlarla özü arasında da bir məsafə yoxdur. Müşahidə etdiyi hər şey, beynində yaranan tək bir təsvirin bir hissəsidir.

İki ölçülü bir torlu qişada dərinlik hissinin yaranması, iki ölçülü bir rəsmdə gerçək dərinlik hissi meydana gətirməyə çalışan rəssamların istifadə etdiyi üsula çox bənzəyir. Dərinlik hissini meydana gətirən bəzi əhəmiyyətli ünsürlər var. Bunlar, obyektlərin üst-üstə yerləşməsi, perspektiv, toxuma dəyişikliyi, ölçü, yüksəklik və hərəkətdir. Rəssamların portretlərini çəkərkən istifadə etdikləri üsul, beynimizdə yaranan təsvir üçün də etibarlıdır. Beynimizdəki iki ölçülü bir məkanda dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. Bir təsvirdə incəliklər, yəni işıq, kölgə və ölçülər nə qədər müfəssəl şəkildə işlənsə, həmin təsvir bir o qədər həqiqi olar və duyğularımızı aldadar. Beləliklə də, biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edərik. Halbuki, gördüyümüz bütün təsvirlər bir film kadrı kimi tək bir səth üzərində yerləşir. Beynimizdəki görmə mərkəzi olduqca kiçikdir! Bütün uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi təsvirlər bu kiçik məkana sığışır. Yəni sizin baxıb minlərlə kilometr yuxarıda olduğunu dediyiniz bir təyyarə ilə, əlinizi uzadıb tuta bildiyiniz stəkan arasında texniki cəhətdən məsafə yoxdur, bütün bunlar beyninizdəki hissiyyat mərkəzində tək bir səth üzərindədir.

görüntü

Zihin gücü, her birimizin paylaştığı bir şeydir. Ama zihnimizde olup bitenler, zihnin meydana getirdiği şekiller değişmektedir. Bu bizim kişisel gerçekliğimizdir, her birimizin bildiği ve tecrübe ettiği gerçekliktir. Bizler, istisnasız olarak bu kişisel gerçeklikle fiziksel gerçekliği karıştırırız, "dışarıdaki" dünya ile doğrudan bağlantı halinde olduğumuza inanırız. Ama tecrübe ettiğimiz renkler ve sesler aslında "dışarıda" değildir; bunların tümü zihindeki şekillerdir, bizim meydana getirdiğimiz görüntülerdir. Bu gerçek bizi, bilinç ile gerçek arasındaki ilişkiyi tekrar düşünmeye götürmektedir. (Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 39)

Bu, fövqəladə bir yaradılış dəlili, möhtəşəm bir sənət, mükəmməl bir əsərdir. Allah, hər bir insanın zehnində, bu mükəmməl təsviri və incəliyi, hər an, kəsilməz şəkildə yaradır. İnsanın, qarşısındakı üç ölçülü, dərinlikli təsvirin varlığından şübhə edə biləcəyi heç bir əskiklik yoxdur. Bizə aid dünya, sanki çöldəki əslinin surəti olaraq daim yaradılır və bu dünyaya aid hər incəlikdə, hər sənətdə, bütün bunların Sahibinin gücü, qüdrəti və yaratma sənəti təcəlli edir. Bütün aləmləri yaradan, bunların hamısını hər insan üçün ayrı-ayrılıqda meydana gətirən, bütün varlıqların Sahibi və Hakimi olan Uca Allahdır.

Allah ayələrində belə buyurur:

uzaklık

Yeddi göyü və yerdən də onların bənzərini yaradan Allahdır. Əmr onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq surəsi, 12)

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.
(İsra surəsi, 99)

Bizim Üçün "Həqiqət" Nədir?

"Özlərini gördüyümüz və toxunduğumuz üçün və bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanarıq. Halbuki, hisslərimiz yalnız zehnimizdə olan fikirlərdir. Bu halda hisslər vasitəsilə qəbul etdiyimiz obyektlər fikirlərdən başqa bir şey deyildir və bu fikirlər zərurət etibarilə, yalnız zehnimizdə olarlar... Madam ki, bütün bunlar yalnız zehində olan şeylərdir, elə isə kainatı və şeyləri zehindən kənardakı varlıqlarmış kimi xəyal etdiyimiz vaxt yanılırıq..."(65)

Corc Berkli bunları söyləmişdir: Hər hansı bir varlığı görməyimiz, onun səsini eşitməyimiz və ya ona toxunmağımız, xarici aləmdəki maddi dünyanın xüsusiyyəti haqqında heç bir məlumat vermir. Bizim üçün bir maddəni maddə edən, onun fiziki varlığına dair bizə dəlil verən şey, onu hisslər vasitəsilə qəbul etməyimizdir. Lakin, əslində bizim hisslər aləmimizdə, hisslərin yarandığı mərkəz olan beynin içində nə təsvir, nə səs, nə ləzzət, nə də qoxu var. Beynin içi zülmət qaranlıq və səssizdir. Beynin içində qoxunu qəbul edən, təsvirləri seyr edən kiçik varlıqlar yoxdur. Dolayısilə, beynin içində təsvirlərin və səslərin meydana gəlməsi məntiqsizdir, mənasızdır və elmi cəhətdən qeyri-mümkündür. Lakin biz, bu zülmət qaranlıq və səssiz məkanın içində, heyrətamiz dərəcədə mükəmməl, rəngli, hərəkətli və aydın bir dünya görərik. Bu elə bir dünyadır ki, yalnız beynimizin içində yaranan bir hiss aləmi olmasına baxmayaraq, bizi gerçək olduğuna xeyli inandırır.

Beyində, dünyanın ən mükəmməl kamerasından daha keyfiyyətli təsvir verən, ən təkmilləşmiş üç ölçülü kinoteatr və televizordan daha aydın və rəngli bir təsvir meydana gəlir. Beyində, ən təkmilləşmiş maqnitofondan daha mükəmməl olan, daha aydın və çox ölçülü, əslindən ayırd edilə bilməyən səslər meydana gəlir. Eləcə də, beyində, ətrin, gülün qoxusu və həmçinin isti, soyuq hissi mükəmməl şəkildə meydana gəlir. Bu mükəmməl konkretlikdəki dünya, Allahın diləməsi ilə kəsilməz şəkildə bizə təqdim edilir.

İzdihamlı bazar mühitində ətrafına baxan insan, ətrafda qaçan uşaqları, alver edən bir-birindən müxtəlif insanları, rəngarəng vitrinləri, yeməkləri, yol boyu gəzib dolanan küçə pişiklərini, isti havanı, ətrafdakı restoranlardan yayılan yemək qoxularını, eyni anda qəbul edib hiss edə bilir. Bəzən yanındakı insanla söhbətə dalır, yanından keçən tanışlarına salam verir, ətrafdakı çiçəkləri iyləyir. Lakin əslində bu insan, yalnız beyninin içində yaranan bir təsviri seyr edir. Ətrafında gördüyü izdihamlı mühit, müşahidə etdiyi incəliklər, burnuna gələn xoş qoxular, beyninin içindəki xəyali ekranda meydana gəlir. O isə, duyğuları vasitəsilə özünə izlətdirilən təsviri seyr edir və hiss edir. Bunların hamısı, bu insanın həyatının bir hissəsidir, lakin əslində hər biri onun beynində yaranan hisslərdən başqa bir şey deyil.

uzaklık

Görəsən əslində içində olduğu mühit, yəni bu dünyanın əsli, insanın özünə hiss etdirilən kimidirmi? Bunu bilmərik. Həqiqətən ətrafında çoxlu insanların olub-olmadığı və ya çiçəklərin qoxusunun bütün mühiti bürüyüb-bürümədiyi mövzusuyla əlaqədar məlumat əldə etməyimiz qeyri-mümkündür. Bizə göstərilən, yalnız mühitin qəbul etdiyimiz formasıdır. Bizim üçün xarici aləm, yalnız qəbul etdiyimiz dünyadır. Orqanlarımızın bizə çatdırdığı elektrik siqnalları yox olduqda, xarici aləmdə bir dünya olmasına baxmayaraq, bizim xarici aləmimiz də yox olacaq.

Biz, yalnız bizə çatdırılan və göstərilən şeyləri bilə bilərik. Bu da zehnimizin içində olub bitən bütün şeylərdir.

Gerald O'Brien, xarici dünya ilə qavradığımız dünya anlayışını belə açıqlayır:

Bizim yaşadığımız dünyanın, müəyyən mənada beyinlərinin içində yaradılan dünyanın, həqiqətdə dünyanın əsli olub-olmadığıyla əlaqədar bir sual ağla gəlir. Çünki, əgər bir sıra nəzəriyyəçilərin mənimsədiyi kimi dünyanın əslində beynimizdə yaradıldığını qəbul etsək, belə olan halda, bizim dünyada sınaqdan keçirdiklərimizlə təcrübələrimizdən başqa həqiqi dünya arasındakı bənzərlik həqiqi bir sual işarəsi olaraq qarşımıza çıxır. Əgər, bizim dünyadakı təcrübələrimizlə dünyanın əslində necə olduğu arasında böyük ziddiyyət olduğu düşünülsə, belə olan halda, bizim gördüyümüz dünyanın və təcrübələrimizin müəyyən mənada xəyal olduğu düşünülə bilər.(66) (vurğu qaynaqdakı kimidir).

hayat

Bizler; bize iletilen, ulaştırılan ve gösterilen kadarını bilebiliriz. O da zihnimizin içinde olan bitenlerin tamamıdır. İnsanın çalıştığı iş yeri, evi, yaşantısı, aslında tümüyle zihnindedir. Bizler, dışarıda var olduğuna emin olduğumuz o maddesel dünyanın yalnızca hayali bir kopyasını görmekteyiz.

Belə Olan Halda, Bizə Görə Həqiqət Nədir?

İnsanın həqiqət dediyi şey, beynindən və hisslərindən kənarda maddi şəkildə mövcud olan həqiqi dünyaya işarə edər. İnsan, bu dünyanı müşahidə etsə də, etməsə də bunun varlığına tam inanar. Səhər oyandıqda öz otağının içində olduğundan əmindir. İş otağını və iş otağındakı kompyuterinin tam olaraq olduğu yeri beynində canlandırar, ertəsi səhər təkrar işə getdiyində bunları burada tapacağından da əmindir. Günün sonunda evə qayıtmaq üçün yola çıxdığında evinin orada olacağını fərz edər. Yoldaşlarının, ailəsinin, tanışlarının, qohumlarının, onları görsə də, görməsə də mövcud olduqlarını qəbul edər. Hər gün yaşadığı və təkrarladığı bu gündəlik təcrübələrin çoxu, bütün bu vəziyyətləri sorğu-sual etməyə imkan vermir, hətta tam əksinə bütün bunları möhkəmləndirəcək şəkildə gerçəkləşməkdədir.

Lakin əslində bunların hamısı zehnimizdədir. Bizə hiss etdirilən şeylərdir. Xarici aləmdə mövcud olduğuna əmin olduğumuz maddi dünyanın yalnız xəyali bir surətini görürük. Bizim dünyamızı, yalnız sahib olduğumuz hisslər meydana gətirir.

Susan Blakmore, beynin içindəki bu dünyanı, belə xarakterizə etmişdir:

Zehin, fərdi bir teatr kimidir. Mən, bu teatrın içində, başımın içində bir yerdəyəm və gözlərimdən çölə doğru baxıram. Amma bu, çox duyğulu bir teatrdır. Bundan ötrü də, toxunuşları, qoxuları, səsləri və hissləri də sınaya bilirəm. Bundan başqa mən, təxəyyülümdən də istifadə edə bilirəm. Daxili gözüm və ya daxili qulağım sayəsində zehni bir ekran üzərində təsvirləri və səsləri görünən hala gətirə bilirəm. Bunların hamısı mənim şüurumu təşkil edir və "mən" bunları sınaqdan keçirən tamaşaçıyam.(67)

Bizim müşahidə etdiyimiz dünya, yalnız bir təsvirdir. İşıqlarla təchiz edilmiş bir əyləncə məkanı, beyində yaranan bir surətdir. Mənbəyi yalnız elektrik siqnallarıdır. Ətrafımızdakı insanların, yaxınlarımızın, ətrafdakı quşların səsləri, beynimizin içində yaranan surət səslərdir. Mənbəyi yalnız elektrik siqnallarıdır. Yediyimiz bir meyvənin dadı və qoxusu, beynimizdə yaranan surət ləzzət və qoxudan ibarətdir. Meyvənin əslini yeməyimiz qeyri-mümkündür. Beynimizdəki meyvənin hər cür xüsusiyyətinin mənbəyi elektrik siqnallarıdır. Heç vaxt Günəşin həqiqi istiliyini, dənizin həqiqi sərinliyini və bir buz parçasının həqiqi soyuqluğunu hiss edə bilməmişik. Çünki Günəşin, dənizin və buzun əslinə heç vaxt çata bilmədiyimiz kimi, onların bizdə meydana gətirdiyi hisslər də yalnız elektrik siqnallarıdır.

Qarşımızda dayanan su stəkanı, əslində bizdən uzaqda deyil. Qarşımızda dayanmır. O, beynimizin içindədir. Onun təsvirini beynimizin içində görərik. Stəkanın şüşə səthinə toxunduğumuzu zənn etdiyimizdə, əslində stəkanın əslinə toxunmarıq. Çünki toxunmağı hiss edən barmaqlar deyil, beynimizdir. Belə olan halda, insan heç vaxt gerçək bir stəkana toxuna bilməz. O stəkandakı suyu içə bilməz. İçdiyi su, yenə insanın beynində yaranan hisslərin verdiyi bir su içmə hissindən ibarətdir.

Ölkəmizdə də yayımlanmağa başlayan “what the bleep do we know?” (“nə bilirik ki”?) adlı sənədli filmdə Atlantada (Corciya) Həyat Universitetindən tibb doktoru Joe Dispenza: "Beyniniz orada (xarici aləmdə) olanla burada (beynin içində) olan arasındakı fərqi bilməz" deyə söyləyir. Eyni filmdə Fred Alan Volf isə, "orada (beynin içində) olandan asılı olmayan burada” (xarici aləmdə olan) yoxdur"(68) deyir.

Yaşadığımız həyat, bəhs olunan surət hisslərin toplusudur. Bunların həqiqi təsviri isə, olduqca aldadıcıdır. Biz, qarşımızdakı insanın da bizimlə eyni şeyləri qəbul etdiyini düşünər, onunla bu mövzuda həmfikir olar və qəbul etdiyimiz dünyanın əsil halını müşahidə etdiyimizi zənn edərik. Halbuki gördüyümüz və eşitdiyimiz şeylər mövzusunda bizimlə həmfikir olan qarşımızdakı insan da, bizim beynimizdə yaranan bir təsvirdən ibarətdir. Həmçinin, onun qəbul etdiyi şeylərin bizimkindən fərqinin nə olduğunu heç vaxt bilmərik. Bizim üçün yaşılın necə bir şey olduğunu, cökə qoxusunun nəyə bənzədiyini ona tərif edə bilməyimiz qeyri-mümkündür.

Belə olan halda həqiqət nədir? Joe Dispenza, mövzuyla əlaqədar olaraq bu sualları verir:

Elmi təcrübələr göstərdi ki, əgər bir insanın beynini müəyyən pozitron emissiya tomoqrafiyasına salarkən və ya kompyuter texnologiyasıyla araşdırarkən müəyyən bir obyektə baxmalarını istədikdə, beynin müəyyən nahiyələri işıqlanır. Sonra gözlərini yumub eyni obyekti xəyal etmələri tələb olunduqda, sanki o obyektə həqiqətən gözlə baxırmış kimi, beynin eyni nahiyələri yenə işıqlanır. Bu, elm adamlarının bu sualı verməsinə səbəb oldu: O zaman kim görür? Beyin mi görür? Yoxsa gözlərmi? Həqiqət nədir? Həqiqət beynimizlə gördüyümüzdürmü? Yoxsa gözlərimizlə gördüyümüzdürmü? Həmçinin həqiqət budur ki, beynin, ətrafında gördükləriylə, xatırladıqları arasındakı fərqi bilməz. Çünki eyni xüsusi sinir şəbəkələri fəaliyyətə keçər. Bundan sonra, elm adamları yenə eyni sualı verər: Həqiqət nədir?(69)

"What the bleep do we know?" adlı sənədli filmdə J. Z. Knight, həqiqəti belə xarakterizə etmişdir:

Bu gerçəkliyə gerçək deməyə icazə verdik... təxəyyüllə... hərəkətsizliyi yox etmək, xaosdan qurtulmaq və onu öz formasında tutmaq üçün ona "maddə" deyirik.(70)

Biz, yalnız bizə aid olan hisslər aləmində yaşayarıq. Bu dünyadakı təsvirlər, bizdən başqa heç kəsin bizimlə paylaşa və təsdiqləyə bilməyəcəyi təsvirlədir və biz bu təsvirləri həqiqət kimi qəbul edirik. Belə olan halda, həqiqət deyilən şey yalnız bir xəyaldırmı? O yalnız bizə hiss etdirilənlərdənmi ibarətdir? Öz bədənimiz olaraq sahibləndiyimiz bədən, öz həyatımız deyə qəbul etdiyimiz həyat, bizim zehnimizdə yalnız bir xəyal olaraqmı yaranır?

Bunların hamısı həqiqətən də bir xəyaldır. Öz beynimizin içində yaradılan bir xəyal aləminin içində yaşamağa davam edərik. Xarici aləmdəki həqiqi dünyanı seyr etdiyimizi düşünərik. Lakin əslində bizim üçün beynimizdə yaradılan yeni bir dünya mövcuddur və bizim bundan kənara çıxmağımız qeyri-mümkündür.

Filosof Geof Haselhurst, bizim beynimizdə meydana gətirdiyimiz həqiqət anlayışı mövzusunda elmin deməyə bir şey tapa bilmədiyini bu sözlərlə açıqlayır:

İkincisi, (təəssüf ki) hisslərimiz bizi aldadır. Fəlsəfəçilər, min illərdir ki, zehnimizin hisslərimizi təmsil etdiyini və bundan ötrü də bizim gördüyümüz, daddığımız və toxunduğumuz dünyanın, hisslərimizin yaranmasına səbəb olan həqiqi dünyadan fərqli olduğunu bilirdilər. Rəngləri qəbul etməyimiz, zehnimizin necə müəyyən işıq tezliyini təmsil etdiyinə çox aydın bir nümunədir. Üstəlik, həqiqəti xarakterizə etsək, bunu hisslərimizi meydana gətirən həqiqi varlıqlara əsaslanaraq etməli olarıq, əslini tam təmsil etməyən hisslərimizlə deyil. Bundan ötrü də elm, təcrübə üzərində qurulduğundan, həqiqəti xarakterizə etmə mövzusunda elə də müvəffəqiyyətli olmur.(71)

Peter Russell isə bunları söyləyir:

Əvvəlcə, müasir fizikanın gəldiyi nəticələrin bizim təcrübələrimizdən və ya həqiqətlərdən çox uzaqlaşdığına təəccüblənə bilərik. Lakin bundan daha təəccüblüsü, insan beynində yaranan gerçəklik təsvirinin, hər şeyin əslinə uyğun olan tam bir təsviri olmasıdır... Maddi dünyadan bəhs etdiyimiz vaxt, bir qayda olaraq onun altında yatan həqiqəti nəzərdə tutarıq - bizim "xarici aləmdə"ymiş hiss etdiyimiz dünyanı. Amma əslində biz yalnız həqiqətin təsvirinin tərifini verərik. Bizim nəzərdə tutduğumuz maddilik, hiss etdiyimiz qatılıq, tanıdığımız "həqiqi dünya", zehində yaradılan təsvirin hissələridir. Bunların hamısı həqiqəti şərh etmə şəkilləridir. Hər nə qədər qulağa ziddiyyətli gəlsə də, maddə, zehində yaradılan bir şeydir.(72) (vurğu qaynaqdakı kimidir)

Belə olan halda, bizim üçün həqiqət, xarici aləmdəki əslinə heç vaxt çata bilməyəcəyimiz maddə deyildir. Beynimizdə bunların hamısının elektrik siqnallarından yaranan bir təsviri meydana gəldiyinə görə, həqiqət, bizim beynimizdə yaranan dünya da deyil. Bu dünya tamamilə xəyaldır, illüziyadır. Biz bu dünyanı seyr edərək yanılar, aldanarıq. Dolayısilə "həqiqət", bizim üçün nə xarici aləmdə, nə də beynimizin içindəki təsvirdədir.

manzara

Gerçek (hak) Rabbinden (gelen)dir. Şu halde sakın kuşkuya kapılanlardan olma.
(Bakara Suresi, 147)

Bəs bunu görüb qəbul etmək çətindirmi? Fred Alan Volf, insanların içində yaşadıqları xəyal dünyasına olan vərdişlərini və "əsl həqiqət" anlayışından necə uzaq dayanmağa çalışdıqlarını bu sözlərlə yekunlaşdırar:

Biz şüursuzca içimizdə basdırılmış bu sirri gizlətməyə çalışırıq... Digər bir sözlə, biz şüursuzca, hər şeyin gördüyümüz kimi olduğu xəyalını yaşamağı seçirik. Bu yalnız mənə və ya sizə aid olan əhəmiyyətli bir həqiqət deyil, bu kainatın varlığının ən dərin sirridir... Bunun (bu sirri gizlətmək səyinin) nəticə verməsinin tək səbəbi, buna inanmaqda hamımızın həmfikir olmağımızdır. Əgər buna inanmaqdan bir dəqiqə və ya tək bir millisaniyə belə imtina etsək və şüurumuzun bundan imtina etdiyimizi görməsini təmin etsək, bu sirrin aydınlığa qovuşduğunu görərik.

Həyatımızın bəzi anlarında, müəyyən şəkildə, müəyyən yerlərdə, yalnız bir anlığa, bu böyük sirrin ortaya çıxdığı vaxtlar olar... Amma heç vaxt “urra” deyib qışqırmarıq. Teatr salonunda heç kəsin izdihamlı insan kütəsindən ötrü nəfəsi kəsilməz. Tək bir yaradıcı hərəkət əsnasında, bir şey heçlikdən ayırd edilə biləcək vəziyyət alar, amma özümüzü aldadaraq bunu görmərik. Bu, beləcə davam edər. Ətrafı alqışlar bürüməz. Arxamıza yaslanar, nümayişi seyr edər, dərindən nəfəs alar və belə deyərik: "Biz bunun sirrini heç vaxt aça bilməyəcəyik, ən yaxşısı budur ki, bunu qəbul edək".

...Əksəriyyətimiz vərdiş olaraq bu mövzuda nə edəcəyimizi bilməz və varlığımızın son nanosaniyəsinədək bu xəyaldan möhkəm şəkildə yapışmış halda yaşayarıq. Okeanla yer səthi arasındakı havaya, yer və su arasındakı sərhədə baxarıq. Qabaran quma, suya və havaya baxar və fərqləri xatırlayarıq. Eynilə, həyatımızı görünməyən bir pərdənin bizi "oradakı xarici aləmdən" ayırdığı olduqca rahat bir zənn içində keçiririk. "İçəridə", zehnimizin içində, xəyal gücümüzün daxili aləmində, təhlükəsizlikdə və təklikdəyik. Qətiyyən heç kəs və ya heç nə bizim zehin aləmimizin içinə icazəsiz girə bilməz. Bədənimizdəki hər duyğu, bizə daima bunun həqiqət olduğunu söyləyir, hər birimiz təklikdəyik. "Çöldəki" və "içəridəki" dünyaları bir-birindən fərqləndirən hissi nümayişlərimizlə üzləşdirəcək hər cür məlumatı, hər düşüncəni, hər hissi, hər xəyali hekayəni inkar edərik. Bizə fərqli bir hekayə danışanlar şübhəylə baxar və ehtimal ki, onların doğru yoldan azdığını düşünər, hətta dəli olduqlarına qənaət gətirərək onları özümüzdən uzaqlaşdırmağa çalışarıq.(73)

Beynimizdə yaranan dünyanın həqiqi olmadığını qavramaq və bunu qəbul etmək, bir materialist üçün olduqca çətindir. Lakin, müasir elm bunu təsdiqləmişdir. Buna baxmayaraq, Fred Alan Volfun da ifadə etdiyi kimi, bu böyük həqiqət görməzlikdən gəlinir. Bir xəyal aləmində yaşadığımız, adi bir elmi görüş kimi əks etdirilir və həll edilə bilməyən bir problem kimi qəbul edilir. Bunun tək səbəbi, bizim üçün "gerçək" olanın, materialist zehniyyət üçün "qəbul edilməz" olmasıdır. Materialistlərin qəbul edə bilmədikləri və elm adamlarının axtarmağa davam etdikləri bu "gerçək", insana məxsus ruhdur. Bu dünyada mütləq olan və axirətdə sonsuza qədər varlığını davam etdirəcək şey insan ruhudur. Bu ruhu insana verən Allahdır. İnsandan kənarda mövcud olan maddə də, insanın öz bədəni də, zehnində meydana gələn həyatı da bir gün yox olacaq. Baqi və Mütləq olan, Uca Allahın istədiyinə verdiyi Öz əmrindən olan "ruh"dur.

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad surəsi, 71-72)

Adnan Oktar Sohbetler

Biz Sadece Maddenin Bize Gösterilen Halini Biliriz, Maddenin Gerçek Halini Allah Bilir

ADNAN OKTAR:... Hayat kısa, imtihan süresi kısa. Akıllı davranılırsa şu kısacak hayatımızda İslam ahlakının dünyaya hakim olduğunu göreceğiz. Asıl olan ahirettir. Çok muazzam bir imtihan sistemi kurmuş Allah. Ben eskiden ortaokuldayken bilmiyordum mesela, bir kalemin iman hakikati olduğunu bilmezdim ben. Bunu insanlar yapıyor zannediyordum. Bir de baktım, beynimin içinde görüyorum. Beynimin içinde bir güç gösteriyor bana bunu. Kalem nerede diyoruz? Dışarıda. Kalemin dışarıda olduğuna iman ediyoruz biz sadece. Hiç kimse kalemin dışarıdaki halini bilmiyor. İnanç olarak kabul ediyoruz. Kuran'ın bize hükmü olarak, Allah var dediği için kabul ediyoruz. Yoksa dışarıdaki şeklini hiç kimse bilmiyor. Sadece beynimizdeki şeklini görebiliyoruz. Bize ait bilgi, bunun dışında hiç bir bilgi yok. Sıfırdır. Darwinistler de konuşuyor ya, beynin dışında verilen hiçbir bilgiyi konuşmuyorlar. "Laboratuvar" şartlarında diyor. Laboratuvar nerede diyorsun? "Dışarıda" diyor. Dışarı nerede? "Beynimin içinde görüyorum" diyor. Beyninin içinde görüyorsun laboratuvarı. Dışarıdaki laboratuvarı gören oldu mu hiç? Yok. Biz ona iman ediyoruz, sadece iman ediyoruz. Dışarıdaki varlığına iman ediyoruz, o kadar.

Varlık olarak hiç kimsenin şu ana kadar dışarıdaki maddenin hakikati hakkında hiçbir bilgisi yok. Sadece biz fizik biliminden görüntü olarak saydam olduğuna inanıyoruz bilimsel olarak, varlığına inanıyoruz, saydam olduğuna ve ışıksız olduğuna inanıyoruz. Siyah karanlık olduğuna ama aydınlatılırsa da saydam olduğuna inanıyoruz. Renkli değil. Dışarıda böyle bir maddenin var olduğuna iman ediyoruz. Ama bizim pratik olarak doğrudan yaşadığımız sadece bunun görüntüsü. Görüntüyü de Allah veriyor bize üç boyutlu olarak. Gözün içi, damarlarla dolu, koca koca. Gözün içindeki, pelte kıvamında, bulanık bir sıvıdır. Jöle kıvamında, içi kan damarlarıyla dolu. Şu görüntünün netliğine bakın. En kaliteli objektif de olsa, en kaliteli kameralardan da baksak böyle bir görüntü elde edemeyiz. Beynin içinde gördüğümüze biz hayat diyoruz, ev diyoruz. Hem görüntüde derinlik var, hem seste derinlik var. "Ses şuradan geliyor" diyoruz. Teypte olduğunda yer tespiti mümkün değil. Ama kulağımızla olduğunda her nerede ise yeri biliyoruz. (13 Mart 2012 tarihli röportaj / www.a9.com.tr / www.harunyahya.tv)

Yuxudakı Həqiqət

Yuxu gördüyümüz vaxt, əslində heç kimlə danışmarıq. Heç kimi görmərik, gözlərimiz yumulu olar. Qaçmarıq, yerimərik. Qarşımızda ürküb qaçmağımıza səbəb olan varlıqlar və ya gözəlliyinə tamaşa etdiyimiz yamyaşıl və geniş çəmənlik və ya aşağıya baxmağa qorxduğumuz nəhəng göydələnlər və ya izdihamlı insan cəmiyyətləri olmaz. Biz qarşımızda bütün bu təsvirlər olduğu vaxt, əslində yatağımızda tək olarıq. Ətrafımızda olduğunu zənn etdiyimiz insan kütləsinin çıxartdığı güclü səs-küy, səssiz otağımızda bizə heç vaxt çatmaz. Sürətlə qaçdığımızı zənn etdiyimiz bir anda əslində heç hərəkət etməmiş olarıq. Yanımızdakı insanla qızğın söhbət apararkən əslində ağızımızı belə açmamış olarıq. Lakin yuxu gördüyümüz vaxtda, bütün bunları gerçəkmiş kimi yaşayarıq. Ətrafımızdakı insanlar, mühit, yaşadığımız hadisələr o qədər gerçək olar ki, yatdığımız vaxtı bunları həqiqətdə yaşadığımızdan qətiyyən şübhələnmərik.

Ruya Dream Cocuk Child

Rüya gördüğümüz sırada, kapkaranlık sessiz bir ortamda yalnız başımızayızdır. Gözlerimiz kapalıdır, koşmayız, konuşmayız, hiç kimseyi görmeyiz. Ama rüya sırasında çevremizdeki insanlar, ortam, yaşadığımız olaylar o kadar gerçekçidir ki, tüm bunları gerçekte yaşadığımızdan hiçbir zaman şüphe duymayız. Rüya örneği, bize dış dünyanın algılardan oluştuğunu kanıtlayan önemli bir delildir.

Yuxumuzda bizə avtomobil dəydiyini görə bilər və buna aid hissləri gerçəkmiş kimi qəbul edə bilərik. Avtomobil yaxınlaşarkən hiss etdiyimiz qorxunu, avtomobilin bizə tərəf gəlməyini və sürətini, bizə dəydikdə bədənimizdə yaranan ağrı hissini həqiqətdə baş verdiyi şəkildə yaşayar və bu hadisənin gerçək olub-olmadığına dair heç bir şübhə duymarıq. Havanın istiliyi, insanların baxışları, geydiyimiz paltarlar, hər şey olduqca həqiqi olar. Lakin əslində bunların heç birini yaşamarıq. Bizə çatan heç bir işıq, heç bir səs olmaz. Təsvirin, səsin, qoxunun meydana gəlməsi üçün heç bir səbəb olmaz. Xarici aləm dediyimiz anlayış, yox olar. Yalnız zehnimizdə yaşanan bir həyat olar. Lakin bunun belə olduğundan xəbərsiz olarıq. Yuxu gördüyümüz vaxt, bizə bütün bunların yuxu olduğu xatırladılsa, buna ehtimal etməz, içində yaşadığımız dünyanın həqiqi olduğundan şübhələnmərik. Bizim üçün, yuxu vaxtı gördüyümüz, iylədiyimiz, toxunaraq hiss etdiyimiz və eşitdiyimiz şeylərin qəti həqiqəti var. Elə bundan ötrü də, yuxu vaxtı keçirdiyimiz qorxu, sevinc, narahatlıq hisslərimiz həqiqidir. Bütün fiziki təcrübələri, oyanıq vaxtı yaşadığımız halıyla yaşayarıq. Yuxu vaxtı, yuxuda olduğumuzdan şübhələnməyimizi tələb edəcək heç bir dəlil olmaz.

atom

Yuxu nümunəsi, bizə aid xarici aləmin hisslərdən ibarət olduğu həqiqətini sübut etmək üçün olduqca effektiv nümunədir. İnsan yuxu vaxtı, ətrafındakıların gerçək olmadığına inanmadığı kimi, gerçək həyat dediyi bu dünyada yaşayarkən də, bunun yalnız zehnimizdə hiss edilən həqiqət olduğuna inanmaqda çətinlik çəkər. Halbuki, "həqiqi həyat" dediyimiz təsvirləri qavrama formamız, yuxuları qavrama formamızla tamamilə eynidir. Hər iki təsvir də zehnimizdə meydana gələr. Hər iki təsviri də seyr edərkən bunların həqiqi olub-olmadığından şübhələnmərik. Halbuki, yuxuların həqiqi olmadığına dair əlimizdə gerçək bir dəlil var. Yuxudan oyandığımız vaxt, "deməli, gördüklərim yalnız bir yuxu imiş" deyərik. Elə isə, hazırda gördüklərimizin bir yuxu olmadığını necə sübut edə bilərik?

Allah, ayələrində bu həqiqəti belə xəbər verir:

Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. (Yasin surəsi, 51-52)

Hal-hazırda bunun sübutu, bizə verilən elmi dəlillərdir. Yuxudan oyandığımız an isə, həyatımızın sona çatmasıyla başlayacaq. Belə olan halda, əsl düzgün hərəkət bu dünyanın bizim üçün yalnız bir xəyal, bir yuxu kimi zehində yaşandığını qəbul edib buna görə davranmaqdır.

Peter Russell, yuxudakı həqiqətlə yaşadığımız dünyaya aid həqiqəti belə müqayisə edir:

Dünya hissimiz, "xarici aləmdə" olanın olduqca inandırıcı bir təsviridir. Lakin bizim gecə gördüyümüz yuxulardan daha "çöldə" olan heç nə yoxdur. Yuxularımızda ətrafımızda təsvirlərin, səslərin və hisslərin olduğundan xəbərdar olarıq. Öz bədənimizdən xəbərdar olarıq. Düşünər və qərar verərik. Qorxu, qəzəb, xoşbəxtlik və sevgi hisslərini yaşayarıq. Digər insanları, bizimlə danışan və bizimlə əlaqədə olanları ayrı-ayrı insanlar qəbul edərik. Yuxu, bizim ətrafımızda olan "xarici aləmdəki" dünyada gerçəkləşirmiş kimi görünür. Təkcə oyandığımız vaxt, bütün bunların yuxu olduğunu anlayarıq - hər şey zehnimizdə yaradılır.

"Bu yalnız yuxuymuş" dediyimiz vaxt, bu təcrübələrimizin fiziki həqiqətə söykənmədiyini nəzərdə tutarıq. Bunlar; xatirələrdən, ümidlərdən, qorxulardan və digər amillərdən ötrü meydana gəlir. Oyanıq vaxtı, dünya təsvirimiz, fiziki ətrafımızdan qəbul etdiyimiz hissi məlumatlardan asılıdır. Bu vəziyyət, oyanıq olarkən yaşadığımız təcrübələrə tutarlılıq və yuxularda olmayan bir həqiqət hissi verər. Lakin əslində, oyanıq olarkən yaşadığımız təcrübələr də, yuxularımızda olduğu qədər zehnimizin məhsuludur.(74)

Dekart bu həqiqəti belə xarakterizə etmişdir:

Yuxularımda onu bunu etdiyimi, ora bura getdiyimi görürəm, oyandıqda isə heç nə etməmiş, heç bir yerə getməmiş olduğumu, sakitcə yataqda yatdığımı anlayıram. Kim mənə hazırda yuxu görmədiyim, hətta bütün həyatımın yuxu olmadığına dair zəmanət verə bilər?(75)

Əlbəttə ki, nə ətrafımızdakı insanlar, nə də hisslərimizin sahibi olan biz, hal-hazırda yaşadığımız həyatın yuxu olmadığına dair heç vaxt zəmanət verə bilmərik.

Yatan vaxtı bir buza toxunduğumuzda, onun soyuqluğunu, yaşlığını, şəffaf təsvirini beynimizdə mükəmməl şəkildə hiss edərik. Bir gülü iylədiyimiz vaxt, gülün özünəməxsus qoxusunu mükəmməl şəkildə hiss edə bilərik. Bunun səbəbi, bir gülü həqiqətdə iyləyərkən də, onu yuxumuzda görərkən də beynimizdə eyni əməliyyatların baş verməsidir. Belə olan halda, hansı vəziyyətdə gülün həqiqi təsviri və həqiqi qoxusuyla təmasda olduğumuzu bilmərik. İşin əsli isə, hər iki vəziyyətdə də həqiqi güllə təmasda olmadığımız və hər iki vəziyyətdə də gülün təsvirinin və qoxusunun beynin heç bir yerində olmamasıdır. Belə olan halda, hər ikisi də həqiqəti təmsil edir. Gerald O'Brien, bu vəziyyəti bu sözlərlə təsvir etmişdir:

Yatağımızda yatırıq, gözlərimiz yumuludur, lakin yenə də əksəriyyətimiz çox canlı vizual təcrübələr yaşayırıq. Bu vizual təcrübələrdə insanların olduğu bir dünyadayıq, ətrafımızda hadisələr baş verir və biz bu yuxunu görərkən, bu mühit, müəyyən şəkildə bizə həqiqətən dünyada olduğumuz kimi görünür. İndi bu həqiqətən əhəmiyyətlidir, çünki bizə beyinlərimizin, əslində görmə təcrübəsini yuxularımızda olduğu kimi yaratma qabiliyyəti olduğunu göstərir. Bu da bəzi fəlsəfəçilər və zehin üzərində çalışan nəzəriyyəçilər üçün, bir qayda olaraq bizə, bəlkə də, biz oyanıq olarkən və dünyanı müşahidə edərkən, yanlış bir anlayışa sahib olduğumuzu göstərir. Bəlkə də, həqiqətən bütün təcrübələrimizi, dünya ilə əlaqədar bütün vizual təcrübələrimizi müəyyən yolla beynimiz şəkilləndirir və bizim dünya ilə birbaşa əlaqədə olduğumuza dair qəbul edilən ümumi fikir tamamilə yanlışdır.(76)

koku

Rüya sırasında bir çiçeği kokladığımızda, o çiçeğin kendine has kokusunu kusursuz şekilde hissedebiliriz. Bunun nedeni o çiçeği gerçekte koklarken de, onu rüya-mızda gördüğümüzde de beynimizde aynı işlemlerin meydana gelmesidir.

İnsan yuxu gördüyü vaxt, yuxuda olduğunu bilsə, üstünə gələn avtomobil onu qorxutmaz, qazandığı mal-dövlətin və pulun müvəqqəti olduğunu bilər və bunun üçün sevinməz. Sahib olduğu nemətlərin və gözəlliyin, oyanmasıyla sona çatacağını bilər, təkəbbürlənməz. Yuxu vaxtı, insanların özünə göstərdiyi mənfi münasibətləri və rəftarları əhəmiyyət kəsb etməz. Çünki, həm bu mühitin, həm də bu insanların həqiqət olmadıqlarını bilər. Yuxu vaxtı, mütləq yuxudan oyanacağını bilər, elə buna görə də, dünyəvi ehtirasların ardınca qaçmaz, dünyəvi narahatlıqlar yaşamaz, bu həyatın heç bitməyəcəyini zənn edib mənfəət dalınca qaçmaz. Yuxu mühitindən başqa həqiqi bir həyat olduğundan əmin olar. Elə bundan ötrü də, yuxu gördüyünü bilən bir insan üçün yuxu vaxtı içində olduğu mühitin heç bir əhəmiyyəti və dəyəri olmaz.

Yuxu üçün verə biləcəyimiz bu nümunə, həqiqi həyat kimi adlandırdığımız bu həyat üçün də məqbuldur. Bu həyatın həqiqət olmadığını, yalnız bir hiss kimi göstərildiyini bilən bir insan üçün, burada dünyaya dair yaşadıqlarının və eşitdiklərinin heç bir əhəmiyyəti olmaz. Çünki, eynilə yuxuda olduğu kimi, gerçək olmayan bir həyatda yaşayarkən, bunun saxta olduğunu görmüşdür. Özündən mənfəət güdmək istəyənlərin əslində olmadıqlarını, ətrafındakı aldadıcı gözəllik və şeylərin əslində bir xəyal olduğunu artıq bilir. Dolayısilə, dünyadakı şeylərə qarşı hərislik duyğusuna qapılması, mənfəət əldə etmək üçün səy göstərməsi mənasızdır. Müvəqqəti bir yuxuda yaşayır və əsil həyatın bundan sonra başlayacağını bilir.

Yazıçı Remez Sasson, mövzuyla əlaqədar bunları söyləyir:

Bu sanki bir kinofilm nümayişi kimidir. Kinofilmi seyr edən insan, özünü tamamilə ekrandakılara və ondakı insan xarakterlərinə qapdırmışdır. Qəhrəmanlarla birlikdə xoşbəxt olar və ya kədərlənər, əsəbiləşər, qışqırar və ya gülər.

Əgər müəyyən vaxt, ekranı artıq izləməməyə qərar versə və diqqətini nümayiş etdirilən kinofilmdən geri çəkməyi bacara bilsə, kinofilmin yaratdığı illüziyadan xilas olaraq özünə gələr. Proyektor ekrana təsvirlər verməyə davam edər. Lakin o artıq bunun yalnız proyektordan ekrana əks etdirilən işıq olduğunu bilir. Ekranda gördükləri həqiqət deyil, lakin yenə də oradadır. Kinofilmi seyr edə bilər və ya gözlərini və qulaqlarını bağlamağa və ekrana baxmamağa qərar verə bilər.

Hər hansı filmi seyr edərkən, bir anda lentin ilişməsi və ya elektrik kəsilməsi üzündən filmin dayandığı oldumu? Televizorda qəribə, diqqəti cəlb edən bir kinofilm seyr edərkən birdən araya reklamlar girdikdə sizə nə olar? Ətrafınızdakı illüziyadan xilas olaraq özünüzə gələrsiniz. Siz yatarkən və yuxu görərkən, biri sizi oyandırsa, bir dünyadan başqa bir dünyaya sürüklənmiş olduğunuzu hiss edərsiniz. Bu, bizim həqiqət dediyimiz dünyada da belədir. Bundan oyanmaq mümkündür.(77)

Yaşadığımız dünya da, eynilə yuxular kimi xəyal təsvirlərdən, xəyali qoxulardan, xəyali dadlardan və xəyali hisslərdən ibarətdir. Əlbəttə ki, bu həyatın sonu gəlmədən əvvəl istəyən bu yuxudan oyanıb həqiqətləri görə bilər. Bu yuxudan oyanmaq, gerçək olanın bu dünya olmadığını görmək, əsl həqiqətin axirət olduğunu anlamağı təmin edəcək. Axirəti qavrayan bir insansa, dünyanın müvəqqəti olduğunu görər, axirətdə xilas olması üçün Allahı razı salmağın lazım olduğunu bilər və bu məqsəd naminə yaşamağa başlayar. İnsana dünyada və axirətdə sonsuz nemətlər bəxş edəcək həqiqətlərdən biri də budur. Ayələrdə, qiyamət günündə oyandırılan insanlardan belə xəbər verilir:

Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” (Qaf surəsi, 20-22)

Beyində Qavrayış Pozğunluqları Və Fərqli Bir Xarici Aləm

blind spot

Kör nokta ile ilgili konuyu daha iyi kavrayabilmek için yukarıdaki testi yapabilirsiniz. Sağ gözünüzü kapatın ve kitabı 50 cm.'lik mesafeden gözünüze doğru yakınlaştırın. Baştan itibaren gözünüzü sadece artıya odaklayın. Yakınlaştıkça belirli bir süre için soldaki siyah noktanın yok olduğunu göreceksiniz. Beyin görmediği siyah noktayı beyaz zeminle tamamlamıştır.

Bizi dünyanın gerçək təsvirini gördüyümüzə inandıran beş duyğu orqanımız, hissləri meydana gətirən elektrik siqnallarından məhrum qaldıqda, xarici aləm də yox olar. Bu, elmi bir həqiqətdir. Beş duyğu orqanı, təkcə elektrik siqnalları vasitəsilə bizə məlumat verir. Xarici aləmdə hər hansı məlumat olsa, lakin bu məlumatları elektrik siqnalları beynimizə çatdırmasa, bundan xəbərimiz olmaz.

Beyində qavrayış yanılmaları, bu həqiqəti bizə açıq şəkildə göstərən ən əhəmiyyətli dəlillərdəndir. Məsələn, qarşımızdakı otağa baxar və bütün otağı mükəmməl şəkildə gördüyümüzü zənn edərik. Lakin həqiqət belə deyil. Qarşımızdakı otağının kiçik bir nöqtəsini qətiyyən görə bilmərik. Bu, yalnız bu otaqla məhdudlaşmır. Baxdığımız hər yerdə görünməyən bu sahə mütləq vardır. Həyatımız boyu gördüyümüz təsvirlərin hər birində əslində o kiçik nöqtəni heç vaxt görə bilməmişik. Bu, hər insanda olan "kor nöqtədir".

Bu korluğun səbəbi, gözü beynə bağlayan sinirlərin gözün bir nöqtəsində olmamasıdır. Lakin buna baxmayaraq, qarşımızdakı təsviri daim tam görərik. Bunun səbəbi, beynin tamamlayıcı xüsusiyyətidir. Kor nöqtədən ötrü görünməyən sahə, beynin "boyama" və arxa plandakı digər təsvirlərlə "tamamlama" qabiliyyətindən ötrü görünən vəziyyətə gələr. Bu, əslində fövqəladə haldır. Bu nöqtədə bizim üçün həqiqi mənada heç nə yoxdur. Beynin orada meydana gətirdiyi şey tamamilə xəyalidir və biz, həmin nöqtəni "görə bilmədiyimizi" əsla bilmərik. Beyin kor nöqtəni, orada olmalı olduğuna qərar verdiyi ən yaxşı təxminlə, yəni arxadakı fonla doldurar. Bu təxminin necə meydana gəldiyi, elm adamları üçün hələ də sual işarəsidir. Kaliforniya Universitetinin Psixologiya şöbəsinin və nevrologiya proqramı professoru və Beyin və Qəbuletmə Mərkəzinin rəhbəri Vilayanur S. Ramachandran, bu sirri belə təsvir edir:

Məsələn, kor nöqtənizi bir kvadratın küncünə "hədəfləməyə" çalışa bilərsiniz. Digər üç nöqtəni görən görmə sisteminiz əskik küncü tamamlayacaqdırmı? Bu təcrübəni öz üzərində apardığınız vaxt, əslində küncün gözdən itdiyini, "dişlənilmiş" və ya bulanıqlaşmış olduğunu görəcəksiniz. Görülənə görə, kor nöqtə üzərində tamamlama əməliyyatı aparan sinir mexanizmi künclərin öhdəsindən gələ bilmir, doldurula biləcək və ya doldurula bilməyəcək şeylərin bir sərhəddi var.(78)

Dis Dunya Outside World

Bəs beyindəki bu tamamlama əməliyyatında bizim bir seçim haqqımızın olması mümkündürmü? Ramachandran, bu suala da bu cavabı verir:

Görmə ilə əlaqəli çatışmazlıqları tamamlamaq çox fərqlidir. Kor nöqtənizi bir xalça naxışıyla doldurduğunuz vaxt, bu nöqtəni nəyin tamamladığıyla əlaqədar seçim hüquqlarınız yoxdur, zehninizi bu mövzuda dəyişdirə bilməzsiniz. Vizual boşluqları doldurmaq vəzifəsini görmə ilə əlaqəli neyronlar yerinə yetirir. Onlar bir dəfə qərar verdikdən sonra onların bu qərarı geri çevrilə bilməz: Digər beyin mərkəzlərinə bir dəfə belə olsa: "Bəli, bu özünü təkrarlayan bir naxışdır" və ya "bəli, bu düz bir xəttdir" təlimatları getsə, hiss etdiyiniz şeyi geri götürə bilməzsiniz.(79)

Biz bir masaya baxarkən, görmə sistemimiz masanın əvvəlcə kənarları haqqında məlumat toplayır və masanın çəkilmiş halına bənzər bir təmsili şəklini zehnimizdə meydana gətirir. Görmə sistemi, bundan sonra masanın rəngini və hazırlanma materialını seçər. Bunlar, "tamamlama" əməliyyatı üçün əhəmiyyətli ünsürlərdəndir. Toplanılan bu məlumatlardan sonra beyin, qarşısındakı təsvirlə əlaqədar ümumi təxmin edər. Beynimiz, qarşımızdakı təsvirin hər incəliyini araşdırmaq məcburiyyətində qalmaz və müfəssəl hesablamalar aparmağa təşəbbüs etməz.(80) Beynimiz, qarşımızda, "ehtimal daxilində" olan təsviri meydana gətirmişdir.

Dolayısilə beyin, bizdə yarandığına inandığımız bir illüziya meydana gətirir. Kor nöqtədəki təsvir, qarşımızdakı gerçək təsvir deyil. Amma, biz bundan xəbərsiz oluruq. Lakin qəribə olan, bütün təsvirin gerçək olduğuna dair heç bir sübutumuzun olmamasıdır. Əslində kor nöqtədə olmayan təsvir də, eynilə digər təsvirlər qədər həqiqətdir. Gündəlik həyatımızda sahib olduğumuz kor nöqtənin harada olduğunu belə bilmərik. Belə olan halda, gün ərzində gördüyümüz təsvirlərin xəyal olub-olmadığını bilmərik. Bizə "gerçəkmiş" görünmələri, gerçək olduqlarına inanmaq üçün kifayət deyildir.

Beyindəki digər qavrayış yanılmaları və ya qavrayış pozğunluqları da bu həqiqəti dəlilləndirir. Bunlardan biri kortikal korluqdur. Əgər beynin hər iki yarımkürəsində də rənglərlə əlaqəli nahiyə olan V4 nahiyəsi zədələnsə, bu vaxt dediyimiz xəstəlik yaranar. Bu xəstəliyə tutulanlar dünyanı boz rəngin çalarları şəklində görərlər. Hər şey sanki ağ-qara bir kinofilm kimidir. Lakin qəzet oxumaq, insanların üzünü tanımaq və ya hərəkətləri və istiqamətləri seçə bilmək mövzularında heç bir problemləri yoxdur.(81) Buna baxmayaraq, əgər orta gicgah nahiyəsi zədələnsə, xəstə kitab oxuya bilər, rəngləri görə bilər lakin bir şeyin hansı istiqamətə doğru getdiyini və hansı sürətdə getdiyini anlaya bilməz. Prof. Ramachandran, bu mövzuyla əlaqədar bunları yazmışdır:

rüya halusilasyon _hallucination

(Beyində), bir və ya daha çox nahiyə zədələndikdə bir neçə nevroloji xəstədə müşahidə edilən qeyri-adi zehni vəziyyətlərlə qarşılaşarsınız. Bunlar arasında nevroloji mənada ən çox bilinən nümunələrdən biri "akinetopsiya xəstəsi" olan İsveçrəli bir qadınla (ona Ingrid deyəcəyəm) əlaqədardır. Ingridin beynində orta gicgah nahiyəsində cüttərəfli zədə meydana gəlmişdi. Bir çox cəhətdən normal görürdü, cisimlərin şəkillərini söyləyə bilir, insanları tanıya bilir və heç bir problem olmadan kitab oxuya bilirdi. Lakin qaçan bir insana və ya yolda hərəkət edən bir nəqliyyat vasitəsinə baxdığı vaxt, düzgün və daimi hərəkətlər görmək əvəzinə hərəkətsiz, tez-tez yox olub gələn kəsik və ani hərəkətlər görürdü. Gələn avtomobillərin modelini, rəngini və hətta nömrələrini müəyyən edə bilməsinə baxmayaraq, onların sürətini təxmin edə bilmədiyi üçün prospektin qarşısına keçməkdən qorxurdu. Biriylə üz-üzə danışmağın telefonla danışmağa bənzədiyini, çünki normal danışıq əsnasında insanın üz ifadəsinin dəyişməsini görmədiyini söyləyirdi. Hətta bir fincan qəhvə vermək belə böyük çətinlik yaradırdı, çünki maye labüd şəkildə daşır və yerə tökülürdü. Nə vaxt yavaşlamalı və nə vaxt qəhvə cəzvəsinin meyilliyini dəyişdirməli olduğunu bilmirdi, çünki mayenin fincanın içində hansı sürətlə yüksəldiyini bilmirdi. Bu bacarıqlar sizin və mənim üçün çox zəhmətsiz ola bilər və bunları olduqca normal qarşılayarıq. Lakin bir şey tərs getdikdə, məsələn, bu nahiyə zədələndikdə görmənin nə qədər mürəkkəb proses olduğunu anlamağa başlayarıq.(82)

Hallüsinasiyalar da, qavrayış yanılmalarının digər bir nümunəsidir. Bir qayda olaraq, beyində yaranan bir zədə, müxtəlif qızdırmalı xəstəliklər, istifadə edilən dərmanlar və ya yaşlılığa görə ağlını itirmə nəticəsində yaranan hallüsinasiyalar, insanın, əslində qarşısında olmayan şeyləri varmış kimi qəbul etməsidir. Hallüsinasiyalar, insanın ətraflarında olmayan təsvirləri görmələri və olmayan səsləri eşitmələri şəklində meydana gəlir. Bu insanlar, hallüsinasiya gördükləri vaxt, şüurlu və oyanıq vəziyyətdə olurlar. Təsvirlərin, görən insan üçün gerçəkliyi olduqca inandırıcıdır.

Sadaladığımız sindromlar, beyində yaranan zədələr və ya başqa səbəblər nəticəsində yaranan xəstəliklərdən yalnız bir neçəsidir. Bu xəstəliklər nəticəsində insanların bəziləri olmayan təsvirləri görür, həqiqətdə görmədiyi lakin özləri üçün çox gerçək olan bir həyat yaşayırlar. Bəziləri üçün çöldəki rənglər tam fərqlidir. Gördüyümüz rəngarəng dünya onlara demək olar ki, ağ-qara bir film kimi görünür. Əgər həqiqətən xarici mühitdə maddənin əsli ilə təmasdayıqsa, yaşadığımız dünya beynimizə gələn elektrik siqnallarından ibarət deyilsə, belə olan halda, bu insanlar niyə fərqli hisslərə sahibdirlər? Əgər təkcə “bir xarici aləm” vardırsa, niyə onlar da xarici aləmi bizim qəbul etdiyimiz kimi qəbul etmir və niyə eyni şeyləri eyni cür görə bilmirlər?

Bütün bunların izahı budur: Biz xarici aləmi mükəmməl şəkildə qəbul etdiyimizdən və hisslərimizin bütöv olduğundan şübhələnmirik. Lakin bəzi hallarda hallüsinasiya görən bir insan üçün də eyni şey məqbuldur. O da gördüyü xəyali təsvirlərin həqiqətdə mövcud olduğunu düşünür. Belə olan halda, beynimizdə yaranan xarici aləmin nəyə bənzədiyi və ya digərlərinin hisslərindən fərqli olub-olmadığı mövzusunda söyləyə biləcəyimiz heç nə yoxdur. Bu, 21-ci əsrin elmi ilə qətiyyən sınaqdan keçirilə bilməyəcək, təcrübələrlə tapıla bilməyəcək bir həqiqətdir. Hər birimiz üçün yaradılan dünyanın necə bir dünya olduğunu bilməyimiz qeyri-mümkündür. Biz, bu dünyada, yalnız bizə hiss etdirilənlərlə təmasda olarıq. Bunlardan kənara çıxmağımız, bundan artığını düşünməyimiz qeyri-mümkündür.

Duyğu orqanlarımız vasitəsilə yaranan elektrik siqnalları, bizim üçün xarici aləmin surətini yaradır. Lakin təməldə, bu xarici aləmi qəbul edən, qəbul etdiyi şeylərdən məna çıxardan, narahat olan, sevinən, kədərlənən, həyəcanlanan, düşünən, tanıyan, analiz edən bir "mənlik" var. "Mən" dediyimiz bu varlıq, görəsən beynin içində bir yerdədirmi? Neyronlar arasındakı qarşılıqlı təsirlər bizi düşündürüb xoşbəxt edərmi? Çalınan bir musiqini xoşlamağımızı təmin edərmi? Bir mənzərəyə baxmaqdan və ya ləzzətli bir yeməyi yeməkdən həzz almağımızın səbəbi, bu qarşılıqlı təsirdirmi?

Əlbəttə ki, ağıl və vicdan sahibi bir insan bu sualların heç birinə "bəli" cavabı verə bilməz. Mənliyimiz, beyindən tamamilə kənarda olan bir şeydir və bunun adı "ruh"dur.

Dis Dunya Outside World

Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)
(İsra Suresi, 85)

 

Qeydlər

31- http://science.howstuffworks.com/light2.htm

32- Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 20

33- Fred Alan Wolf, Mind into matter "A New Alchemy of Science and Spirit", 2001, Moment Point Press, s. 136

34- Fred Alan Wolf, Mind into matter "A New Alchemy of Science and Spirit", 2001, Moment Point Press, s. 137

35- M. Ali Yaz, Sait Aksoy, Fizik 3, Sürat Yayınları, İstanbul, 1997, s. 3

36- http://hhmi.org/senses/b140.html

37- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

38- Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 84

39- Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, The MIT Press, Cambridge, 1998, s. 142

40- Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, s. 142

41- George Politzer, Felsefenin Başlangıç İlkeleri, Sosyal Yayınları, Çev: Enver Aytekin, İstanbul: 1976, s.40

42- Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004, http://www.abc.net.au/rn/science/mind/s996555.htm

43- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 47

44- Rita Carter, Mapping The Mind, University of California Press, London, 1999, s. 107

45- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 26-27

46- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

47- Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakroğlu, Kuraldş Yaynlar, İstanbul: 1996, s. 37

48- Craig Hamilton, What is Enlightenment?, sayı 29, Haziran-Ağustos 2005, s. 70

49- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

50- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66

51- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66-67

52- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 70, 72

53- Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 5

54- Antonio Damasio, The Feelings of What Happens "Body Emotion and the Making of Consciousness", Vintage Books, 2000, s. 9

55- Susan Blackmore, Consciousness "A Very Short Introduction", Oxford, 2005, s. 64

56- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 42

57- Michael I. Posner, Marcus E .Raichle, Images of Mind, Scientific American Library, New York 1999, s. 88

58- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 50

59- http://www.peterussell.com/SP/PrimConsc.html - Peter Russell, The Primary of Consciousness

60- George Berkeley, A Treatise Concerning the Principles of Human Knowledge, 1710, Works of George Berkeley, vol. I, ed. A. Fraser, Oxford, 1871

61- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

62- What The Bleep Do We Know, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse

63- Bertrand Russell, Rölativitenin Alfabesi, Onur Yayınları, 1974, s. 161-162

64- J. R. Minkel, "The Hollow Universe", New Scientist, 27 Nisan 2002, sayı 2340, s. 22

65- George Politzer, Felsefenin Başlangç İlkeleri, Sosyal Yaynlar, Çev: Enver Aytekin, İstanbul: 1976, s. 38-39-44

66- Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004, http://www.abc.net.au/rn/science/mind/s996555.htm

67- Susan Blackmore, Consciousness "A Very Short Introduction", Oxford, 2005, s. 13-14

68- What the Bleep Do We Know?, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse

69- What the Bleep Do We Know?, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse

70- What the Bleep Do We Know?, Belgesel film, yönetmen: William Arntz, Betsy Chasse

71- Geoff Haselhurst, Introduction to Metaphysics / Principles http://www.spaceandmotion.com/metaphysics.htm

72- http://www.peterussell.com/Reality/realityart.html

73- Fred Alan Wolf, Mind into matter "A New Alchemy of Science and Spirit", 2001, Moment Point Press, s. 15-16

74- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 42

75-http://www.cevaplar.org/index.php?khide=visible&sec=1&sec1=22&yazi_id=3828

76- Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004, http://www.abc.net.au/rn/science/mind/s996555.htm

77- Reality Versus Imagination and Illusion, Remez Sasson, http://www.successconsciousness.com/index_000014.htm

78- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 94

79- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 103

80- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 103

81- V. S. Ramachandran, A Brief Tour of Human Consciousness, 2004, PI Publishing, s. 26

82- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 72

3 / total 8
"Harun Yəhyanın Darvinin Dilemması: Ruh kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com