Darvinin Dilemması: Ruh

< <
5 / total: 8

Darvinin Dilemması: Ruh

İnsan Ruhu Qarşısında Açıqlamasız Qalan Təkamül Nəzəriyyəsi

Manzara Kopek Bitki Dağ Bulut

Viktoriya dövrü İngiltərəsində iki bioloq, canlıların tamamilə təsadüfi proseslər nəticəsində bir-birlərindən törədiyi və insana qədər gəlib çıxan bir prosesdə inkişaf edib dəyişdikləri iddiasını ortaya atdı. Bu bioloqlar, Çarlz Darvin və Alfred Russel Wallace idi. Təbii seleksiya yoluyla təkamül haqqındakı ilk əsər Darvin və Wallace tərəfindən ortaq şəkildə hazırlanmışdı. Bioloqlar, təkamül nəzəriyyəsi mövzusunda bir-birləriylə rəqabət aparmaq əvəzinə, bir-birlərinin bu uydurma nəzəriyyəyə verdiyi töhfələri qəbul etdilər. Hətta Wallace yazdığı “darvinizm” adlı kitabla Darvinin təbii seleksiya nəzəriyyəsini dəstəklədi. Bu kitabdan xəbərdar olduqda, Darvinin verdiyi cavabsa, "darvinizm adından bəhs etməyin, çünki bu nəzəriyyə eyni zamanda Vallasizm də ola bilər" kimiydi.(116)

Lakin bu xəyal məhsulu nəzəriyyə ilə əlaqədar iki bioloqun yolları qısa müddət sonra ayrılacaqdı.

Təkamül nəzəriyyəsinə görə canlılar, bütün anatomik və fiziki xüsusiyyətləriylə, tamamilə təsadüfi və dolayısilə şüursuz proseslər nəticəsində, təbii seleksiya yoluyla, bir-birlərindən törəyiblər. Bu iddiaya görə, bir bakteriya ilə başlayan həyat, bəhs edilən xəyali törəmə yoluyla, hazırkı canlı müxtəlifliyini meydana gətirib (ətraflı məlumat üçün baxın: “Təkamül yalanı”, Harun Yəhya, Araştırma nəşriyyatı). Darvin, təbii seleksiya prinsipinin təkcə barmaqlar və ya burun kimi morfoloji xüsusiyyətlərin yaranmasını izah etməklə kifayətlənmədiyinə, həmçinin beynin quruluşunu və dolayısilə zehni potensialımızı da müəyyənləşdirdiyinə inanırdı. Digər bir sözlə, Darvinə görə təbii seleksiya, insanların musiqi, incəsənət, ədəbiyyat mövzusundakı maraq və qərarlarına, düşüncə qabiliyyətinə və zehin gücünə təsir edən və onları dəyişdirib inkişaf etdirən bir gücdü. Lakin Wallace bu fikri qəbul etmirdi. Darvinin prinsiplərinin barmaqlar və ayaq barmaqlarını və ya daha sadə xüsusiyyətləri açıqlaya biləcəyini düşünürdü, lakin riyaziyyat və musiqi qabiliyyəti kimi üstün insani bacarıqların təkcə kortəbii təsadüflərin əsəri ola bilməyəcəyinə inanırdı.

Wallacenin "kortəbii təsadüflərin Motsartın qabiliyyətlərinin mənbəyi olması" iddiasına qarşı çıxmasının ən əhəmiyyətli səbəbi, potensial zəka kimi adlandırıla biləcək xüsusdu. Wallaceyə görə, məsəl üçün, hazırda yaşayan bir aborigen qrupundan demək olar ki, oxuyub-yazmağı bilməyən gənc bir qəbilə üzvünü götürdüyümüzü fərz edək. Daha sonra bu gəncə Rio, Nyu-York və ya Tokioda müasir bir dövlət məktəbində təhsil verək. Əlbəttə ki, bu şəhərlərdə böyüyüb başa çatan uşaqlardan heç bir fərqi olmayacaq. Wallace bunu belə açıqlamışdı; "aborigen və ya kromanyon, öz təbii mühitinə uyğunlaşması üçün ehtiyac duyacağından olduqca artıq potensial zəkaya malikdir. Bu cür potensial zəka, əslində rəsmi təhsil yoluyla qazanılan kinetik zəka ilə müqayisə edilə bilər. Bəs bu potensial zəka niyə təkamül keçirdi? İngilis dilində təhsil verilən məktəblərdə latın dilini öyrənmək üçün ortaya çıxa bilməzdi. Riyaziyyat öyrənmək üçün də təkamül keçirmiş ola bilməzdi, hər kəs kifayət qədər çalışsa bu mövzuda mütəxəssisləşə bilər. Bəs bu görünməz qabiliyyətlərin ortaya çıxmasını təmin edən çeşidləyici qüvvə haradan gəlib?"(117) Wallace, canlıların şüursuz proseslər ərzində bir-birlərindən törəyərək təkamül keçirdikləri hekayəsinə inandığı üçün, insanların zəka inkişafının bu xəyali nəzəriyyənin hansı hissəsinə daxil edildiyini tapmağa çalışırdı. Lakin belə bir şey baş vermədiyi üçün, bu iddianı müdafiə edəcək bir məntiq də meydana gətirə bilmirdi.

sanat

Wallace bunu söyləyirdi:

Bütün müasir yazıçılar, insan nəslinin çox qədimə gedib çıxdığını etiraf etdiyi halda, bir çoxları zəkanın çox qısa müddət əvvəl meydana gəldiyi inancını davam etdirir və bizimlə eyni zəka səviyyəsinə sahib insanların eramızdan əvvəlki dövrlərdə yaşamış olduqları ehtimalını düşünmürlər.(118)

Müasir elm adamlarından Vilayanur S. Ramachandran isə, bunu belə açıqlayır:

Neandertal və kromanyon insanlarının beyin həcmlərinin bizdən daha böyük olduğunu bilirik, bundan ötrü də, gizli qalmış potensial zəkalarının homo sapienslə eyni hətta daha çox olduğunu düşünmək heç də çətin deyil.(119)

sanat

Əslində Darvin belə, nəzəriyyəsinin insan zəkasına dair bu xəyali yaranma prosesini açıqlaya bilmədiyini açıq şəkildə etiraf edir, hətta bundan ötrü də, nəzəriyyəsinin əsassız olduğunun irəli sürülə biləcəyini dilə gətirirdi:

...İnsan zehin gücü baxımından bütün digər heyvanlardan elə fərqlidir ki, qənaətə gəlinən bu nəticədə (aşağı səviyyəli bir canlıdan törəmə) səhvlik ola biləcəyi irəli sürülə bilər.(120)

Elə isə, təkamüllə gerçəkləşməsi qeyri-mümkün olan bu əhəmiyyətli yaranma prosesinin açıqlaması nə idi? Wallacenin buna verdiyi cavab belə idi: Bunu Allah gerçəkləşdirib”. Wallaceyə görə, “insanın zərifliyi, “İlahi lütfün” dünya üzərindəki ifadəsi idi”.(121)

Məhz bu məqamda Wallace, təkamülün hərəkətverici qüvvəsinin təbii seleksiya olduğu mövzusunda israr edən və ən sirrli zehni xüsusiyyətlərin belə uca bir Varlıq tərəfindən yaradılmadan meydana gəldiyini iddia edən Darvindən ayrılmışdı. Darvin, Wallacenin iddialarını nəzəriyyəsi üçün böyük təhdid kimi görmüş və 1869-cu ildə Wallaceyə yazdığı məktubunda təbii seleksiyanı nəzərdə tutaraq, "ümid edirəm ki, övladımızı öldürməyəcəksən" demişdi.(122) Əlbəttə ki, Wallacenin gəldiyi bu nəticə, materializmdən güc alan və Allahın varlığını inkar edə bilmək üçün ortaya atılmış təkamül nəzəriyyəsinə qəti uyğun gəlmirdi. Məhz bundan ötrü də, Wallacenin fikirləri tezliklə ört-basdır edildi. Materialist ətraflar üçün, ön plana çıxarılmalı şey, hər şeyin şüursuz proseslər nəticəsində meydana gəldiyini nəzərdə tutan anlayışdı. Bunun da banisi Darvin olmuşdu.

doğal seleksiyon

Darwin'in evrim teorisi, kaplanların, ceylanların, tavşanların, kısacası yeryüzündeki tüm canlıların hiçbir şuurlu müdahale olmadan, tesadüfen meydana geldiklerini iddia eder. Darwinizm'e göre tesadüf, evrimin mucizeler meydana getiren ilahıdır. Bilimsel olarak kesin olarak desteklenmeyen, son derece mantıksız temeller üzerine kurulu bu teori, canlıların mükemmel özellikleri karşısında yenilgiye uğramıştır. Üstün kompleks özellikler, tüm varlıkların Allah'ın mükemmel yaratışını ispat eder niteliktedir.

Təkamüli Dəlilsizlik Və Nəzəriyyənin Bioloji Tənəzzülü

19-cu əsrdən etibarən materialistlərin diqqət yetirdikləri ən mühüm məsələ, Darvin və darvinizm təbliğatı aparmaq oldu. 19-cu əsrin (dövrümüzlə müqayisədə geri qalmış) elmi mühitində təbii seleksiya adlı bir mexanizmin bütün canlıların yaranma səbəbi olduğunu iddia etmək asan idi. Fosil yataqları dərindən araşdırılmamış, genetika elmi yaranmamışdı. İnsanların başını, o dövrün məlumatı, daha doğrusu məlumatsızlığı içində ağlasığımaz ssenarilərlə qatmaq Darvin və tərəfdaşları üçün çox çətin olmamışdı. Lakin o dövrdə belə, nəzəriyyənin qurucularından biri olmasına baxmayaraq, Wallacenin diqqət çəkdiyi insan şüurunun təkamül cəhətdən "açıqlana bilməzliyi" açıq şəkildə görülmüş. Şüursuz işləyən bir mexanizm, şüurun varlığını açıqlaya bilmirdi. Təkamülçülər heç bir şüurlu hadisəyə imkan verməyən təsadüfən baş verən hadisələrin, necə olubsa şüur, anlayış, qabiliyyət və bilik meydana gətirdiklərini iddia edirdilər. Bunun heç bir məntiqli izahı yoxdu.

dna

20. yüzyıl bilimi, paleontoloji, biyoloji ve genetik alanlarında, evrim teorisinin sonu-nu getirmiştir. Teorinin delilsizliği ve geçersizliği açıkça ortaya çıkmış, canlıların kompleks yapılarıyla yoktan yaratıldıkları kanıtlanmıştır.

20-ci əsrdə, təkamül nəzəriyyəsi böyük sürprizlə qarşılaşdı. Əvvəlcə paleontologiya elmi, Darvinin "gələcəkdə tapılacağından əmin olduğu" itkin keçid fosillərin heç birinin yer üzündə olmadığını elan etdi. Yer səthinin demək olar ki, hər yeri qazılmış və araşdırılmış, Darvin və tərəfdaşlarının gözlədiyi keçid fosillərsə tapıla bilməmişdi. Təkamül nəzəriyyəsi üçün ikinci sürpriz isə, yaranan genetika elmi idi. Genetika, canlıların, Darvinin iddia etdiyi kimi təbii seleksiya yoluyla dəyişə bilməyəcək qədər mürəkkəb və dəyişməz quruluşa sahib olduğunu bütün dünyaya açıq şəkildə göstərdi. Elmi inkişaflar, hüceyrənin, Darvinin zənn etdiyi kimi, su dolu bir şarcıq olmadığını, bir çox və bir-birindən mürəkkəb orqanoidlərdən ibarət olub, ağıllı mexanizmlərə sahib olan sadələşdirilə bilməz mürəkkəb bir quruluşda olduğunu göstərdi. Kəşf edilən DNT, bəlkə də, təkamül nəzəriyyəsi üçün ən böyük zərbələrdən birini oldu. Canlının bütün genetik məlumatının saxlanıldığı bu nəhəng molekul, təsadüfən meydana gələ bilməyəcək qədər mürəkkəb olmasıyla yanaşı, hər hansı dəyişmə prosesinə imkan verməyəcək qədər həssas quruluşdaydı. Təkamülə görə canlılar bir-birlərindən törəyərək dəyişməli, yeni növlərdə başqa canlılara məxsus yeni xüsusiyyətlər qazanılmalıydı. Genetika elminin göstərdiyi həqiqətlərlə, bunun Darvinin iddia etdiyi kimi ola bilməyəcəyi açıq şəkildə aydın olmuşdu. Genetikanın ortaya çıxartdığı mürəkkəbliyə heç bir elm adamı qarşı çıxa bilmirdi.

Bundan sonra darvinistlər, genetik quruluşu dəyişə biləcək ünsürləri nəzərə almaq ehtiyacı duydular. Bunun üçün öz ağıllarınca istifadə edə biləcəkləri tək mexanizm, mutasiyalardı. Tezliklə neodarvinizm adı altında darvinizmin yeni variantını hazırladılar və təkamül prosesində genetik dəyişməni təmin edən ikinci bir mexanizmin, yəni mutasiyaların fəaliyyət göstərdiyini iddia etdilər. Lakin, hər biri elm adamı olan bu insanlar, qəribədir ki, mühüm bir həqiqətə mahal qoymurdular: Mutasiyaların 99%-i orqanizmə zərər verən, 1%-i isə təsirsiz qalan genetik müdaxilələrdən ibarətdi. İdarə olunan laboratoriya mühitlərində belə, mutasiyalar yoluyla canlıya yeni bir genetik məlumat qazandırıb onu daha inkişaf etmiş fərqli bir növə çevirmək mümkün deyildi. Tam əksinə, gerçəkləşdirilən hər mutasiya, canlının şikəst qalmasına və ya ölməsinə səbəb olurdu. Nəzarətsiz təbiət mühitində təsadüfi baş verən mutasiyaların isə, bir canlıya necə təsir edəcəyi məlumdu.

Paleontologiyanın ortaya çıxartdığı nəticələr və genetika elminin göstərdiyi həqiqətlər qarşısında təkamülçülər həmişə nəzəriyyələrində dəyişikliklər apardılar. Genetika elmi təbii seleksiyanın əsassızlığını göstərdikdən sonra mutasiyalara, paleontologiya fosil qeydlərini ortaya çıxardıqdan sonra isə, sıçrayışlı təkamül iddiasına sarıldılar. Elmi inkişafların təkamül əleyhinə verdiyi bütün danılmaz dəlillər, təkamül nəzəriyyəsini tamamilə açıqlamasız qoyur, onu çürümüş bir nəzəriyyə çevirirdi. Nəzəriyyə üzərində aparılan yeni dəyişikliklər də, təkamülçülər baxımından heç vaxt nəticə vermirdi. Çünki təkamülün lehinə tək bir dəlil belə tapılmırdı.

Nəzəriyyə, müdafiə etdiyi hər mövzuda açıqlamasız idi. Təkamülçülər tərəfindən ortaya atılan iddialar elmi cəhətdən çürüdülmüşdü. Lakin elə bir mövzu vardı ki, təkamülçülər, iddialar irəli sürməyə başladıqlarından bəri bu mövzuya çarə tapa bilmədiklərini bilir və bunu açıq şəkildə etiraf edirdilər. Bu, Alfred Wallacenin hələ nəzəriyyəni ortaya atarkən "təkamüli yolla yaranması qeyri-mümkündür" dediyi "şüur"du.

150 milyon yıllık Coelacanth fosili

150 milyon yıllık Coelacanth fosili

Şüur, Heç Bir Darvinist Iddia Ilə Açıqlana Bilinmir

Fiziki mənada, insanın təkamülü barədəki hər hansı bir nəzəriyyə, güclü çənələri və iri kəsici dişləri olan və bizdən dörd dəfə sürətli qaçan meymun bənzəri bir əcdadın necə yavaş-yavaş, iki ayaqlı bir heyvana çevrildiyini izah etməlidir. Bu güclərə ağlı, danışmağı və əxlaqı da əlavə edin, bunların hamısı təkamül nəzəriyyəsinə qarşı çıxır.(123) (Təkamülçü elmi yazıçı Roger Lewin)

Təkamül tərəfdarları, Darvinin dövründə açıqlamasız olan şüur mövzusuna Darvindən sonra müxtəlif şəkillərdə açıqlama gətirməyə çalışdılar. Xəyali primitiv insanların bir-birləriyə ünsiyyət yaratmağa, ov etməyə və alət düzəltməyə başlayaraq, beynin təkamülünü təmin etdiklərini iddia etdilər. Beynin xəyali inkişafıyla birlikdə dilin təkamül keçirdiyini, danışma bacarığıyla birlikdə şüurun meydana gəldiyini və beləliklə də, insanı digər heyvanlardan fərqləndirən ən əhəmiyyətli fərqin ortaya çıxdığını müdafiə etdilər. Bu iddiaların heç biri elmi dayaq tapa bilmədi. Fosil qeydləri bunların hər hansı birinə dəlil təşkil edə biləcək tək bir tapıntı belə vermədi. Dil və şüur üzərində aparılan elmi çalışmalar və təcrübələr, belə bir yaranma prosesinin gerçəkləşməsinə dair bütün ehtimalları ortadan qaldırdı. Darvinistlərin əllərində yalnız iddiaları vardı. Bu iddialardan, bütün təkamülçü kitablarda az-çox bənzər şəkildə, görünməmiş bir ssenari çərçivəsində bəhs edilir, lakin heç bir təkamülçü mənbə buna elmi bir dəlil gətirə bilmirdi. Çünki belə bir təkamül prosesi yaşanmamışdı.

Tanınmış “Nature” jurnalının redaktoru Henry Gee, bir təkamülçü olmasına baxmayaraq, bəhs olunan təkamülçü iddianın məntiqsizliyiylə əlaqədar bunları söyləyir:

Məsələn, insanın təkamül prosesinin, bədənin duruş vəziyyəti və beyin həcmi ilə oddan, alətdən istifadə etməsi kimi texnoloji müvəffəqiyyətlər və dilin yaranmasını təmin edən əl-göz uyğunlaşmasındakı inkişaflara bağlı olaraq baş verdiyi deyilir. Lakin bu kimi ssenarilər subyektivdir. Təcrübələrlə əsla sınaqdan keçirilə bilməzlər, o zaman elmi deyildirlər. Ümumiyyətlə, istifadə edilmələri elmi sınaqlara deyil, sahiblərinin iddia və nüfuzuna əsaslanar.(124)

Beyin Kupler Brain Cubes

Bu iddia, qeyri-elmi olmasıyla yanaşı, məntiqi baxımdan da əsassızdır. Təkamülçülər saxta təkamül prosesi nəticəsində yaranan ağıl sayəsində alətlərdən istifadə olunmağa başlandığını, alətlərdən istifadə nəticəsində isə, ağlın inkişaf etdiyini müdafiə edirlər. 1,5 əsrdir ki, yumurta-toyuq hekayəsinə izah gətirə bilmədikləri və bu barədə ixtilaf yaşadıqları kimi, bu məsələdə də eyni şeyləri yaşayırlar. Təkamülçülərin buradakı ziddiyyəti izah etməlidirlər. Bu vəziyyət, təkamül nəzəriyyəsini ortaya atarkən Wallacenin üzləşdiyi dilemmanın (iki mümkün vəziyyətdən birini seçmə vəziyyəti), təkamül nəzəriyyəsi baxımından hələ də davam etdiyini göstərir.

Darvinizmin ən mühüm tənqidçilərindən Phillip Johnson, bu mövzuda bunları yazır:

Ağlın məhsulu olan bir nəzəriyyə, nəzəriyyəni yaradan ağlı lazımi qaydada əsla açıqlaya bilməz. Mütləq doğrunu kəşf edən üstün elmi ağlın hekayəsi, ancaq və ancaq ağlı verilmiş bir qabiliyyət kimi qəbul etdiyiniz vaxt qaneedici olar. Ağlı öz icadlarının məhsulu kimi açıqlamağa çalışdığımız vaxt, çıxışı olmayan aynalı bir koridora girmiş olarıq.(125)

Corc C. Marşal İnstitutunun rəhbəri Robert Jastrowun verdiyi şərhləri isə belədir:

İnsan gözünün təsadüf məhsulu olduğunu qəbul etmək çətindir. Lakin insan zəkasının, əcdadlarımızın beyin hüceyrələrində meydana gələn təsadüfi dəyişikliklərin məhsulu olduğunu qəbul etmək daha da çətindir.(126)

Deyəsən darvinistlər, insan şüurunun təkamülünə dair təkcə şərhə əsaslanan iddiaların qeyri-kafi qaldığını düşündülər ki, mövzunu "elmi cümlələrlə" bəzəməyə ehtiyac duydular. Bunun üçün "ortaya çıxma faktı" adlı bir faktorun təsirli olduğunu müdafiə etdilər. Darvinistlərə görə, bir təsadüf, heç gözlənilməyən başqa bir şeyin ortaya çıxmasına səbəb ola bilərdi. Bunun klassik elmi nümunəsinin isə, "su" olduğunu iddia etdilər. Buna görə, oksigen və hydrogen molekulları suya bənzər bir xüsusiyyət daşımır, lakin müəyyən sayda birləşdiklərində ortaya çıxan su molekulları əvvəlcədən təxmin edilə bilməyən müxtəlif xüsusiyyətlər göstərir. Təkamülçülər bu vəziyyəti insanın şüuru mövzusuna uyğunlaşdırdılar və insan şüurunun təməlində, beynin kimyəvi quruluşunda baş verən təsadüfi bir dəyişikliyin dayandığını iddia etdilər. Qətiyyən sınanıla bilməyən, heç bir elmi dəlili olmayan belə bir iddianı, cavab tapa bilmədikləri şüur mövzusuna uyğunlaşdırmaq, çarəsizliklərinin çox açıq göstəricisiydi.

Əlbəttə ki, bu, olduqca məntiqsiz və texniki cəhətdən qeyri-mümkün bir yalandır. Çünki hamı, insan şüurunun su nümunəsindəki kimi fizika qanunlarından asılı olmadığını çox yaxşı bilir. Əlbəttə ki, bir insanın bir çiyələyi, görünüşü, qoxusu və dadıyla birlikdə gözünün önünə gətirə bilməsi, ailə yaxınlarının təsvirlərini və səslərini sanki yanındaymış kimi hiss edə bilməsi, beynindəki atomların daha əvvəl bilinməyən bir şeyi ortaya çıxartmaq üçün hərəkətlənmələrinin bir nəticəsi deyildir. Bütün bunları həqiqət kimi qəbul etməsi, insanın azrusudur, istəyidir və o əsnada düşündüyü şeydir. Fiziki xüsusiyyəti olan atomların müxtəlif şəkillərdə birləşərək metafizik bir anlayış olan "şüuru" meydana gətirmələri qeyri-mümkündür. Filosof və yazıçı Christian de Quinceyin ifadə etdiyi kimi, "elm adamları, hələ də şüura izah gətirə bilmədikləri halda, öz şüurlarının danılmaz varlığıyla hər gün üzləşmək kimi qəribə vəziyyətdədirlər".(127)

Təkamülçü elm adamı J. Hawkes, “New York Times Magazine”də dərc olunan bir yazısında bunları söyləyir.

Quşları, balıqları, çiçəkləri və s. göz qamaşdırıcı gözəlliyi, sırf təbii seleksiyaya borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Hətta, insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi? Necə ola bilər ki, bütün sivilizasiya nemətlərinin yaradıcısı olan insan beyni; Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimiləri ölümsüzləşdirən yaradıcılıq, "həyat mübarizəsi" adlanan meşə qanununun bizə bir hədiyyəsi olsun?(128)

Bu yalnız darvinistlərin yaşadığı bir xəyal, gerçəkləşməsini çox istədikləri bir arzudur. Şüur, təkamülün axmaq və dəlilsiz iddialarıyla qəti şəkildə açıqlana bilməz vəziyyətdədir.

Bilinc

Bir musiqini dinləyərkən onun verdiyi ritmdən zövq alan, bir yeməyi dadarkən ondan xoşlanan və ya onu ləzzətsiz hesab edən, qarşısındakı insanı sevən, ona şəfqət duyan, öz mənliyini araşdıran, öz beynini laboratoriyada araşdıran, kəşflər edən, problemlər həll edən, müvəffəqiyyətləriylə sevinən, qərar verən, bəstələyən, kitab yazan varlıq görəsən şüursuz təsadüflərin nəticəsində meydana gəlmiş ola bilərmi? Görəsən hansı təsadüfi kimyəvi hadisə bir insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər? Görəsən hansı təsadüfi hadisə nəticəsində insan bir şeyləri öyrənmə, yadda saxlaya bilmə, qarşısındakını öyrətmə, dövlətləri idarə edə bilmə qabiliyyətinə sahib olmuşdur? Görəsən hansı şüursuz hadisə, bir insanı şüurlu, məntiqli, çətin anlarda ani qərarlar verə bilən, sevinən, kədərlənən, duyğulanan, çaşbaş qalan, narahat olan, planlar quran bir varlıqa çevirə bilər? Görəsən beynin içindəki şüursuz atomlar bir heyvanı necə göydələnlər inşa edən, təyyarələr düzəldən, kompyuterlər istehsal edən, saysız riyaziyyat düsturu yaradıb inkişaf etdirərək kosmosa çıxan, özünə bənzər robotlar hazırlayan şüurlu bir insan halına gətirə bilmişdir? Bir bakteriya, necə olub da bütün dünyada möhtəşəm bir mədəniyyət yaratmış və fövqəladə bir texnologiya yaratmış bir insana çevrilmişdir?

Təkamül nəzəriyyəçiləri bütün bu suallara açıqlama gətirməlidirlər. Təsadüflərin, təsadüfi və şüursuz şəkildə yaranan təsirlərin, necə şüur yaratdıqları açıqlanmalıdır. Şüursuz hadisələrin, necə şüurdan daha üstün davrandıqlarını, necə şüurlu bir varlığın edə biləcəyindən daha çox şüur göstərə bildiklərini izah etməlidirlər. Əgər iddia etdikləri təkamül prosesi doğrudursa, əvvəlcə elmi dəlillər gətirməli, sonra isə, bütün bu məntiqsizlikləri aydınlığa qovuşdurmalıdırlar. Təkamülçülər, buna elmi bir izah gətirə bilmişdirlərmi? Şüursuz hadisələrin şüur meydana gətirdiyi dilemmasına bir çıxış yolu tapmışdırlarmı? Bu mövzuyla əlaqədar yazılmış saysız təkamülçü kitabda, saysız təkamülçü məqalədə, saysız konfransda buna açıqlama gətirilmişdirmi?

Xeyr!

Təkamülçülərin etdikləri yalnız iddialarını sadalamaq, bunu edərkən sözləri bəzəmək, dəlillər göstərməkdən çəkinmək, boş və uzun sözlərlə "insan əslində heyvandır" təlqinini mümkün qədər zorla mənimsətməkdir. Elmi dəlil gətirə bilmədikləri kimi, bəhs olunan məntiq dolaşıqlığına da, bir izah gətirə bilmirlər. Şüur, təkamül nəzəriyyəsini ciddi mənada yox edən, darvinistləri çaşqınlıq və çarəsizlik içində qoyan ən qəti və ən labüd həqiqətlərdəndir. Darvinistlərin maddə barəsində uydurduqları yalanlar, şüur mövzusuna tətbiq oluna bilməz. Sırf maddənin varlığına dair yaradılmış nəzəriyyə, maddədən kənardakı bu möcüzə qarşısında görünməmiş şok yaşayır. Allahın varlığını inkar etmək üçün ortaya atılmış bu yalan, Allahın fövqəladə əsəri olan "şüur" qarşısında tamamilə yox olmuşdur. Allah bir ayəsində belə buyurur:

Zalımlar öz hiylələrini qurdular. Halbuki onların hiyləsi dağları yerindən tərpətsə də, Allah qatında onlara qurulmuş bir hiylə var. (İbrahim surəsi, 46)

manzara

Ki O, yarattığı her şeyi en güzel yapan ve insanı yaratmaya bir çamurdan başlayandır.
Sonra onun soyunu bir özden (sülale'den), basbayağı bir sudan yapmıştır.
Sonra onu 'düzeltip bir biçime soktu' ve ona ruhundan üfledi. Sizin için de kulak, gözler ve gönüller var etti. Ne az şükrediyorsunuz?
(Secde Suresi, 7-9)

Darvinistlər Ruh Sahibi Olduqlarını Dərk Edirlərmi?

Müasir elm, insan ağlının, materialistlərin iddia etdikləri kimi beyin hüceyrələri arasındakı alış-verişindən qaynaqlanmadığını təsdiqləmişdir. Digər bir sözlə, insan bədənində, bədənin öz funksiyalarına aid olmayan və fiziki xüsusiyyəti olmayan bir varlıq var. Materialist fəlsəfənin bir məhsulu olan və maddənin mütləq varlığından başqa heç bir açıqlamanı qəbul etməyən təkamül nəzəriyyəsi, maddi varlığı olmayan insan ruhu qarşısında tamamilə cavabsız qalmışdır.

Bu məqamda bir həqiqəti təkrar xatırlatmaqda fayda var: Təkamül nəzəriyyəsinin, canlıların yaranmasıyla əlaqədar sübut edilmiş tək bir iddiası, əsaslandırılmış tək bir nümunəsi yoxdur. Təkamül nəzəriyyəsi, canlıların yaranması barəsində yalnız fərziyyələr yaratmağa əl atmış, saxta dəlillər işlətmiş və canlıların təkamül keçirmədiyini sübut edən elmi və paleontoloji həqiqətləri ört-basdır etməyə çalışmışdır. Bu yolla da, saxta olduğu məlum fosil nümunələrini təbliğat vəsaitinə çevirmiş, onları keçid nümunələri kimi göstərərək insanları aldatmağa çalışmış və hətta bu yolda saxtakarlığa əl atmışdır (ətraflı məlumat üçün baxın: “Ara keçid çıxılmaz vəziyyəti”, Harun Yəhya, Araştırma nəşriyyatı). Təkamülçülərin, canlıların xəyali təkamül prosesiylə əlaqədar saysız ssenarisi, saysız nağılı var. Lakin bunların tək biri belə elmi cəhətdən sübut edilə bilməmişdir. Həmçinin, elm və texnologiya, belə bir təkamül prosesinin yaşanmasının qeyri-mümkün olduğunu açıq şəkildə elan etmişdir.

Təkamülün içində olduğu bu çıxılmaz vəziyyətlər arasında şüur mövzusunu xüsusi hala gətirən şey, mövcudluğu heç bir fiziki dəlillə izah oluna bilməyən bu mövzu barəsində təkamülçülərin bir ssenari belə meydana gətirə bilməmələridir. Müasir texnologiya məhsulları, təkmilləşmiş yoxlama cihazları, materialistlərin, beyində ağıl meydana gətirən bir nahiyə olması və ya belə bir proses yaşanması gözləntilərini puç etmişdir. İnsan ağlına materialist bir izah gətirmək olmur.

Materialist dünyagörüşünə sahib insanların bu axtarışlarının səbəbi, şüuru həqiqi mənada qavraya bilməmələridir. Ruh sahibi olduqlarını, şüur əsasında hərəkət etdiklərini anlaya bilmirlər. Darvinizmi müdafiə etmələrinin tək səbəbi budur. Əgər şüur kimi fövqəladə bir varlığı dərk etsələr, bir ruh daşıdıqlarını anlasalar, darvinist olmaları qeyri-mümkün olar. Bu tamamilə metafizik bir həqiqətdir.

Darvinistlər, sadələşdirilə bilməyən mürəkkəblikdəki bir insan gözünün təsadüfən təkamül keçirdiyini və işığı qəbul etmə, yəni "görmə" xüsusiyyətinə təsadüfən sahib olduğunu iddia edirlər. Rəngləri görən, ətrafındakıları qəbul edə bilən, bunlar barəsində şərh verə bilən insanı, bəhs edilən təsadüflərin, hüceyrə səviyyəsindəki qarşılıqlı təsirlərin bir nəticəsi kimi görürlər. Gözdəki hüceyrələrin xarici aləmdəki işığı qəbul etdiyini və bizə rəngli dünyanın təqdim edilməsi üçün, bu mexanizmin və beynin varlığının kafi olduğunu iddia edirlər. Lakin bu hüceyrələrin bir təsviri görüb bunu qəbul edə bilmək üçün, açılıb-bağlanmaları, şüurla qərar vermələri, bir sözlə, ruhun əmrinə itaət edərək hərəkət etmələri kimi bir fövqəladəliyi qavraya bilməzlər. Heç bir darvinist, özündə olan şüuru hiss etməz. Bunu hiss edərək darvinizmi müdafiə etməsi qeyri-mümkündür. Özündəki şüuru hiss edərək, yalnız bir hüceyrə yığınından ibarət olduğunu, bakteriyadan törəyib bu vəziyyətə gəlib çatdığınə, sahib olduğu və qəbul etdiyi hər varlığın şüursuz təsadüflərin əsəri olduğunu iddia etməsi qeyri-mümkündür. Normal şüur və vicdanla bunu iddia etməsi qeyri-mümkündür. Darvinistlər, içlərində görən, düşünən, ağlını işlədən, şərh edən, sevən, sevinən, kədərlənən bir varlıq olduğunu görə bilmirlər. Gördükləri anda, maddəni ilahlaşdırma düşüncəsindən dərhal imtina edəcəklər.

Bir insanın yaşıl rəngi görməsi, qarşıdan gələn yoldaşını tanıması, onu gördüyündən ötrü sevinməsi, artıq elmə aid bir mövzu deyil. Fizikadan kənara çıxan bir həqiqətdir. Bu, fiziki və ya maddi heç bir səbəb və anlayışla izah oluna bilməz. Özündəki şüuru görən bir insan üçünsə, hər şeyin mütləq maddədən ibarət olduğunu iddia edib müdafiə etmək qeyri-mümkündür. Məhz bundan ötrü də, darvinistlərin sahib olduqları şey, tam fərqli bir düşüncə, tam fərqli bir qavrama formasıdır. Şübhəsiz ki, doğrusunu Allah bilər.

Allah Quranda, belə insanların, möcüzə görsələr belə inanmayacaqlarını belə bildirmişdir:

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu cahillik edir. (Ənam surəsi, 111)

Normal düşünən bir insan üçün, öz içindəki şüuru hiss edib görən "mən"i görə bilmək, beyindən kənardakı bir şüura sahib olduğunu anlaya bilmək olduqca asandır. Lakin darvinistlər, fərqli bir düşüncəyə sahib olduqlarından, həm maddədən kənarda olan bir şüurun varlığını, həm də özlərinə məxsus şüuru görə bilmirlər. Bunu hər hansı bir darvinist üzərində görmək və müşahidə etmək olduqca asandır.

Fərqli işləyən xüsusi bir düşüncə sistemi, darvinistləri məhz bundan ötrü maddədən bu qədər asılı edir və bundan kənar açıqlamaları rədd etmələrinə səbəb olur. Lakin normal şüura, sağlam düşüncə sisteminə sahib bir insan, dünyanın hisslər toplusu olduğunu və bunu hiss edən "mən"in xarici aləmdəki işıqdan, beyindən, qulaqdan, gözdən, elektrik siqnallarından fərqli bir şey olduğunu asanlıqla görə bilər. Xarici aləmdəki işıq, gördüyümüz qırmızı rəngin səbəbi ola bilər, lakin onun qırmızı olduğunu görən, bunu tanıyan, qırmızının nə olduğunu bilən "mən"in bir izahı olmalıdır. Normal düşünə bilən bir insan, bütün bu hisslərin ruha aid olduğu nəticəsini dərhal çıxardacaq. Çünki belə bir insan, sahib olduğu şüurdan, "mən" dediyi şüurun varlığından xəbərdardır. Belə bir insan, bütün materialist izahların məntiqsizliyini və əsassızlığını asanlıqla görə bilər. Darvinizmin nə qədər böyük yanılma olduğunu dərhal görə bilər.

Darvinist görüşün təbliğatına aldanılmamalı, iddialarına qətiyyən diqqət yetirilməməlidir. Çünki bu iddiaların sahibləri, fərqli anlayış və fərqli meyar içində yaşayırlar. Bunun ən böyük dəlillərindən biri, maddənin əsli mövzusunun kvant fizikasının kəşfindən, yəni 20-ci əsrin əvvəllərindən bəri elmi cəhətdən bilinməsinə baxmayaraq, eyni materialist təbliğatın dayanmadan davam etməsidir. Nəzəriyyələrini və fəlsəfələrini söykədikləri maddə yox olmuşdur. Lakin bu vəziyyət, darvinist və materialist ətraflar üçün, sanki elə də bir şey dəyişdirməmişdir.

Bu, Allahı inkar etmələrindən ötrü, Rəbbimizin onlara vermiş olduğu bir qarşılıq ola bilər. Onlar öz varlıqlarını, öz ruhlarını inkar etdikcə, Allah onları ruh sahibi varlıq xüsusiyyətindən uzaqlaşdırmış ola bilər. Şübhəsiz ki, doğrusunu Allah bilər. Allah, bir ayəsində belə buyurur:

Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir. (Həşr surəsi, 19)

Məhz bundan ötrü də, darvinist yalanlara aldanmaq, materialistlərin boş iddialarına güvənmək, ağıllı, məntiqli və maddənin əsli mövzusunu qavraya bilmiş, bir "mən"dən xəbərdar olmuş bilmiş insan üçün böyük yanılma olar. Əgər bir insan, öz daşıdığı ruhun əlamətlərini görə bilirsə, hər şeyin Yaradıcısı olan uca və güclü bir Yaradıcının, yəni Allahın varlığını görə bilirsə, o zaman üstün qabiliyyətlərə və ağla sahib bir varlığa çevrilər. Bu üstün ağıl, darvinizm yalanına aldanmayacaq qədər zəngin və dəyərlidir. Allahın üstün qüdrətini qiymətləndirə biləcək qədər güclüdür. İnsan, bu üstün ağıl sayəsində, yoxdan yaradılmış olduğunu və sonsuz bir ruh daşıdığını bilər. Bu sonsuz ruha hiss etdirilən rəngarəng, bənzərsiz dünyaya heyran qalar, bunların hamısını xəyal olaraq yaradan Allahın sənətini heyranlıqla seyr edər. Bu sonsuz ruhun əsil yurdunun dünya olmadığını və özünə vəd edilmiş əsil yurda qovuşmaq üçün səy göstərməli olduğunu da bilər. Ruhun aid olduğu əsil yurd, axirətdir. Axirət, bütün ruhlar, yəni gəlib-keçmiş bütün insanlar üçün yaradılmışdır. Sonsuz nemət və əzab axirətdə insanların qarşısına çıxacaq. Yalnız bir təsvirdən ibarət olan dünya həyatı, bu sonsuz həyat üçün imtahan olunma yeridir. İnsanın, əbədi nemət içində yaşayıb-yaşamayacağı, əzab çəkib-çəkməyəcəyi barədə veriləcək qərar, dünyada göstərdiyi əxlaq və etdiyi əməllərlə müəyyənləşəcək. Gözəl əxlaq və saleh əmələ sahib olmaqsa, yalnız Allaha səmimi iman edib Qurana tabe olmaqla mümkündür.

manzara

Hamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, yaratmağı ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.
(Yunis surəsi, 4)

 

Qeydlər

116- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 189

117- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 190

118- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 190

119- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 191

120- Charles Darwin, İnsann Türeyişi, Onur Yaynlar, Nisan 1995, s. 85

121- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 191

122- Gerald M. Edelman ve Giulio Tontoni, A Universe of Consciousness "How Matter Becomes Imagination", Basic Books, 2000, s. 81

123- John Peet, The True History of Mankind, www, pages.org/uk/org/bcs

124- Henry Gee, In Search Of Deep Time: Beyond The Fossil Record To A New Hstory Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, s. 5

125- Phillip E. Johnson, Reason in the Balance: The Case Against Naturalism in Science, Law & Education, Downers Grove, Illinois: InterVarsity Press, 1995, s. 62

126- Robert Jastrow, "Evolution: Selection for Perfection," Science Digest, Aralık 1981, s. 87

127- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 26

128- J. Hawkes, Nine Tantalizing Mysteries of Nature, New York Times Magazine, 1957, s. 33

5 / total 8
"Harun Yəhyanın Darvinin Dilemması: Ruh kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com