Darvinin Dilemması: Ruh

< <
7 / total: 8

Nəticə

Materialistlər əzəli və əbədi olduğuna inanmaq istədikləri bir kainatda, təsadüflərin meydana gətirdiyi bir dünyanın olduğunu qəbul edərlər. Halbuki ağlını işlədən, mədəniyyətlər yaradan, robotlar meydana gətirən, interneti meydana gətirən, bütün bunları görüb bunlardan faydalanan, anlayan, düşünən, bunlar barəsində şərhlər verən, narahatlıq hissi keçirən, fədakarlıq edən, mənzərədən həzz alan, əmək sərf edən, ən doğrunu tapmağa çalışan fövqəladə xüsusiyyətlərdəki insanın təsadüflərin əsəri olduğunu qəbul etmək, şübhəsiz ki, məntiqə ziddir. Yer üzündə olan heç bir canlı təsadüfən meydana gəlmədiyi kimi, milyardlarla hüceyrəsiylə, hər hüceyrənin içindəki saysız orqanoidiylə, görünməmiş beyni və fövqəladə surətiylə insan da təsadüfən meydana gəlməmişdir.

Materialistlərin gözlədiklərinin əksinə, yer üzündəki heç bir şey təsadüfən yaranmamışdır.

Əgər insanın özündə, etdiklərində və bacardıqlarında təsadüf yoxdursa, deməli, bunların hamısında şüur vardır. Əgər insan şüurla hərəkət edirsə, bu şüuru onda yaradan daha üstün bir şüur sahibi olmalıdır. Bu şüur sahibi, insanın etdiyi, gördüyü, bildiyi hər şeydən üstün olmalıdır.

Bu şüur sahibi, onu yoxdan yaradan, onu Özündən bir ruhla yaradan Allahdır.

İnsan, Allah istədiyi təqdirdə gözəllikdən zövq alar. Allah istədiyi təqdirdə kəşflər edər, texnologiya kəşf edər. Allah istəsə bəstələyər, skripka çalar, kitab yazar. İnsan, Allah istədiyi təqdirdə sevinər, kədərlənər, zövq alar, həyəcanlanar, narahatlıq və coşğu hissi keçirər. Allah istədiyi təqdirdə bir gözəlliyi təqdir edər, bir musiqini, gözəl mənzərəni, gözəl paltarı, gözəl davranışı, çiçəyi, dovşanı, portreti və tortu xoşlayar. Əgər Allah istəməsə, bu hisslərin və bu qabiliyyətlərin heç birinə sahib ola bilməz.

Bunları edən maddə deyil. İnsanın beynindəki hüceyrələr deyil. İnsanın yediyi yeməklərin çevrildiyi zülallar deyil. Bunları edən insanın beyni deyil. Beyin sevgi bəsləməz. Beyin musiqidən zövq alma qabiliyyətinə sahib deyil. Beyin, kiçik bir dələnin təlaşlı görünüşünü seyr edərək şəfqət hissi keçirməz. Beyin darıxmaz. Beyin sədaqət duymaz, vəfa göstərməz. Beyin ibtidai məktəbə başladığı günü xatırlayıb bundan ötrü həyəcanlanmaz. Beyində yalnız yağ, su, zülal və digər kimyəvi maddələr var. Darıxan, sevən, sevinən, utanan, xatırlayan beyin deyil. İnsan, ruhuyla sevər, sevinər, darıxar, şəfqət duyar. İnsan, Allaha aid ruhun varlığı sayəsində insandır.

İnsan ruhun varlığını qəbul etsə də, etməsə də, bədənini dünyada qoyub gedəcək və ruh olaraq axirətdə Allahın hüzurunda hesab verəcək. İman edənlər, Allahın verdiyi ruh olduğuna inananlar, inkarçılar, materialistlər, darvinistlər, həyatı boyu ruhun varlığına qarşı mübarizə aparanlar, "bir neyron yığınından ibarətik" deyənlər, "axirət yoxdur" deyənlər, "maddə təkdir və mütləqdir" deyənlər, bir sözlə, yer üzündə yaşamış hər insan, hər ruh, Allahın hüzurunda hesab verəcək. Hər biri, etdiyi bütün əməlləri qarşılarında görəcək. Hər biri üçün ədalətlə hökm veriləcək. Bir insan, əgər bu həqiqətə yalnız 1%, hətta 0,1% inanırsa, axirət həqiqəti mövzusunda "görəsən" deyib şübhə yaşayırsa, o artıq öz yanlış inanclarını bir kənara qoymalı və Rəbbimiz olan Allaha yönələrək öz axirəti üçün əlindən gələni etməlidir. Dünyada olduğu müddətcə, daim etdiyi səhvlikdən dönmə imkanı var. Allah ayələrində belə buyurur:

Sari Lale Yellow Tulip

Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
(Ənam surəsi, 54)

Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.
(Əraf surəsi, 153)

Dünya həyatı, müvəqqəti qalma yeridir. Dünyaya aid hər şey müvəqqətidir. Dünyada insana aid heç nə həqiqət deyil. Bu dünyanı həqiqət hesab etmək, insanın gördüyü bir yuxunu həqiqət hesab edərək bütün həyatını onun üçün sərf etməsi və başqa şeylər qarşısında gözlərini və ruhunu bağlaması kimi bir şeydir. Yeganə Varlıq Allahdır. Tək həqiqət Allahdır. Darvinizm dağılmış və materializm ölmüşdür. Allahın uca varlığının qəbul edilməsi, bütün batil dinlərin sonudur. Əlinizdəki kitabın məqsədi, bütün insanları bu həqiqəti görməyə dəvət etməkdir. Şübhəsiz ki; "...ancaq təmiz ağıl sahibləri öyüd alıb düşünərlər" (Rad surəsi, 19).

 

Manzara Landscape Cocuklar Yesillik Children

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

7 / total 8
"Harun Yəhyanın Darvinin Dilemması: Ruh kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com