< <
6 / total: 8

Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri

Kəhf Əhli

Allah Quranda yer alan Kəhf hekayəsində, inkarçı qövmlərindən ayrılan iman sahibi gənclərin Allaha ibadətdə qətiyyət göstərərək ibadət etmək üçün yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığınmağı seçdiklərini bildirir. Kəhf hekayəsində bildirilən Kəhf əhli olaraq adlanan bu topluluğun Allaha olan güclü bağlılığının və sədaqətinin iki mühüm əlaməti diqqət çəkir. Bunlardan birincisi onların gənc olmalarıdır.

Bir çox insan üçün gənclik, bəlkə də, həyatında istədiyi hər şeyi edə biləcəyi, ən sağlam və fiziki baxımdan da ən gözəl və güclü olduğu dövrdür. Kəhf əhli də gənc olmalarına baxmayaraq, gəncliklərinin bütün imkanlarını Allahın razılığını qazanmaq üçün həsr etmişlər. Həyatlarının ən mühüm hissəsini Allahın razılığını qazana bilmək üçün könüllü Allaha həsr etmələri bu insanların dərin imana sahib olduqlarını göstərir. Sadəcə Allaha ibadət etmək üçün əllərindəki bütün imkanlardan imtina edərək mağaraya sığınmağı gözə almaları və Allaha ibadətdə belə qətiyyət göstərmələri Allaha olan güclü sevgiləri, bağlılıqları və sədaqətlərindən irəli gəlir. Allah Quranda Kəhf əhlinin Allaha olan güclü imanları və göstərdikləri təslimiyyətli davranışlarını belə bildirir:

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. (Kəhf surəsi, 9-10)

Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)

Allah Quranda “bu gənclərin qəlbinə səbri və qətiyyəti rəbt etdik" şəklində buyurmuşdur. Bundan başqa, bu gənclərin Allaha iman etmədə nə qədər qətiyyətli və səbirli olduqlarını xəbər vermişdir.

Başqa bir ayədə isə Fironun zülmünə baxmayaraq, Allaha təslim olaraq hz. Musaya iman gətirən gənclərin sədaqətlərinə belə diqqət çəkilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Firon dövründəki bu gənclər kimi Kəhf əhlinin də inkar edənlərin təzyiqlərinə qarşı çıxa bilmələri və Allahın razılığını qazanmaq üçün mağara kimi yaşanılması çətin olan bir yeri seçmələri bu insanların Allaha olan sədaqətlərini göstərən başqa bir gözəl davranışdır. Allaha olan güclü sədaqət və bağlılıqları onlara bu gücü və cəsarəti vermiş və bundan sonra qarşılaşdıqları çətinlik və əngəllərdə göstərdikləri səbirə də zəmin yaratmışdır. Eyni vəziyyət fironun zülmünə və qəddarlığına baxmayaraq, hz. Musaya iman gətirən gənclərə də aiddir. Bu gənclər firondan qorxmamış və hz. Musaya tabe olaraq Allaha sədaqətlərini göstərmişlər.

Bütün bunlar bizə göstərir ki, Allaha olan güclü sədaqət və bağlılıq möminin hər zaman Allahın rizasına uyğun hərəkət etməsini təmin edir.

Fironun Ailəsində Imanını Gizlədən Insan

Allah Quranın Mömin surəsindəki bir hekayədə bildirdiyi məlumatlar Allaha güclü sədaqət və bağlılığın insanı necə üstün əxlaqa yönəltdiyini bizlərə göstərir. Allah bu hekayədə hz. Musanın Firona təbliğ etdiyi zaman ortaya çıxaraq hz. Musaya dəstək olan və Fironun zülmünə qarşı çıxan birindən bəhs edir. Fironun hz. Musanın təbliğinə lovğalanaraq qarşı çıxması Quranda belə bildirilmişdir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram!” (Mömin surəsi, 26-27)

Hz. Musanın Firona Allahın haqq dinini təbliğ etdiyi həmin vaxt Firon ailəsindən olan bu insan ortalığa çıxmış, Firona və onun tayfasına təbliğ edərək onlara hz. Musaya inanmalarını demişdir:

Firon ailəsindən olub imanını gizlədən mömin biri dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz. (Mömin surəsi, 28)

İman gətirmiş bu insan Fironun qəzəbinə və Peyğəmbəri öldürməklə təhdid etdiyi bir anda ortaya çıxmış və hz. Musaya böyük dəstək olmuşdur. Həmin vaxt Firon kimi zalım və yer üzündə həddi aşmış birinə qarşı çıxmaq bu insanın imanını və Allaha olan güclü sədaqətini ortaya qoyur. O da hz. Musanın etdiyi kimi Fironun qarşına keçmiş və qövmünü Allahın yoluna tabe olmağa dəvət etmişdir. Göstərdiyi bu rəftar onun üstün əxlaq sahibi olduğunu göstərir. Mömin olan bu insan qəlbində daşıdığı güclü imanı ilə Firona qarşı durmaq cəsarətini göstərmişdir. Bu da onun Allaha olan güclü sədaqətini və Allahın razılığını qazanmaqda heç bir maneə və çətinlik tanımadığını göstərir.

Bu insanın Allaha nə qədər bağlı və sadiq olduğunu Fironun ailəsindən olmasına və Fironla birlikdə yaşamasına baxmayaraq, qərarlı, ağıllı və diqqətli şəkildə imanını gizlədə bilməsindən də aydın olur. Bu insan Firon kimi din düşməni olan birinin təhdidlərinə və tətbiq etdiyi zorakılığa baxmayaraq, iman gətirmiş və bu imanını da qoruya bilmişdir. Diqqət yetirilməli məqam da məhz budur. Çünki Allahın “Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız” (Ali İmran surəsi, 149) ayəsində bildirdiyi kimi, inkar edən insanların sözünə tabe olmaq insanın imanına zərər verər. Məhz bu baxımdan, bu insanın təhlükəli yerdə imanını həm gizlədə bilməsi, həm də inkar edənlərə itaət etmədən qoruyub saxlaya bilməsi, həqiqətən də, onun güclü ağıla və Allaha sarsılmaz bağlılıq və sədaqət hissinə sahib olduğunu göstərir.

Allahın Quranda bildirdiyi bu nümunədən də göründüyü kimi, Allahın razılığını qazanmaq nə qədər çətin olursa-olsun, Allaha qarşı güclü sədaqət göstərməklə mümkündür.

Hicrət Edən Möminlər

Möminlər Quran əxlaqını təbliğ etmək və insanları doğru və gözəl olana dəvət etmək üçün böyük səy göstərməkdə istəklidirlər. Ancaq Quran əxlaqının insanlara gətirəcəyi ədalət, sülh və bərabərlik kimi anlayışlar bəzi insanların maraqlarına mənfi təsir etdiyi üçün onlar Quran əxlaqından böyük narahatlıq duyarlar. Buna görə də Quran əxlaqını təbliğ etməyə çalışan və bu mövzuda istəkli olan möminlərə müxtəlif formalarda mane olmağa çalışırlar.

Bu insanların bu məqsədlə müraciət etdikləri üsullardan biri, möminləri yaşadıqları yerləri tərk etməyə məcbur etmələridir. İnkarçılar bu şəkildə hərəkət edərək möminlərin müqavimətlərini qıracaqlarını və öz ağıllarına görə möminləri zəiflədib onlar üzərində qəti zəfər çalacaqlarını zənn edirlər. Ancaq unutduqları əhəmiyyətli bir şey var, o da, möminlərin, Allahın onlara göstərdiyi doğru yolda irəliləmədə qətiyyətləri və Allaha olan güclü bağlılıqlarıdır. Möminlər Allaha duyduqları səmimi iman və sədaqətlərinə görə rastlaşdıqları çətinlik hər nə olursa-olsun, hədəflərindən əsla yayınmazlar. Onlar üçün yaşadıqları şəhərdən çıxarılmaq hicrət etmək deməkdir ki, bu da möminlərin Allaha olan itaətini göstərən hadisələrdən biridir. Belə bir vəziyyətlə qarşılaşan möminlər heç tərəddüd etmədən yaşadıqları mühiti, evlərini, mallarını və yaşayış yerlərini tamamilə geridə qoyarlar. Lazım olduqda heç bir plan qurmadan və hazırlıq görmədən yalnız Allahın razılığını qazana bilmək üçün çətin səfərə çıxarlar. Bu səbəbdən, bir möminin hicrət etməsi Allahın razılığını qazanmaq və Quran əxlaqına uyğun yaşaya bilmək üçün sahib olduğu hər şeyi heç bir tərəddüd etmədən geridə qoyub getməsidir. Bu hadisə möminlərin bu yolda həqiqətən də səmimi və qətiyyətli olduqlarını göstərir. Allah hicrət etmənin və insanın sahib olduğu hər şeydən bu məqsədlə imtina edə bilmənin mömin xüsusiyyəti olduğunu Quranın bir çox ayəsində bildirmişdir.

Hicrət etmək, eyni zamanda insanın “seçdiyi batil yolu tərk edərək Allahın göstərdiyi doğru yola tabe olmasıdır”. Hz. Lut hicrətin bu mənasını bu şəkildə dilə gətirmişdir:

Lut Ona iman etdi və dedi ki: "Həqiqətən mən Rəbbimə hicrət edəcəyəm. Çünki şübhəsiz O, güclü və üstün olandır, hökm və hikmət sahibidir”. (Ənkbut surəsi, 26)

Möminlərin hicrətlərinə bu baxımdan baxdıqda həyatları boyunca Allahın haqq yolundan və Onun razılığını qazanmaqdan əsla uzaqlaşmadıqları və həyatlarını tamamilə Allahın razılığı üzərində qurduqlarını görmək olur. Möminlər “hicrət ruhunu” daşıyan, buna görə də həyatları boyunca Allaha sadiq qalan insanlardır. Allah Öz yolunda bu cür qətiyyət və əzm göstərən möminləri həm dünyada, həm də axirətdə “böyük dərəcələrlə” mükafatlandıracağını Quranda belə xəbər vermişdir:

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Nəhl surəsi, 41)

 

6 / total 8
"Harun Yəhyanın Quranda Sǝdaqǝt kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."