< <
4 / total: 12

Qarşılıq Gözləmədən Səmimiyyətlə Sevmək

"Aqape"İncildə ən çox istifadə edilən sevgi sözcüyüdür. 116 dəfə istifadə edilir."Hər zaman verən və heç bir zaman qarşılıq gözləməyən sevgi"mənasındadır. Məsələn "... Allah'ın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün anlayışınla sevəcəksən. Ən əhəmiyyətli olan və başda gələn əmr budur .. " (Matta, 22:37-39) sözündə sevgi sözünün keçdiyi yerdə "aqape" istifadə edilməkdədir. Yəni qarşılıqsız sevgi.

Qoy sevgisiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın ... Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. (Romalılara, 12:9-14)

Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın. (Romalılara, 13:8)

Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki “sevgi çox günahı örtər”. Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. (1 Peter, 4:8-10)

Əgər sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da onları sevənləri sevirlər. Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tərifə layiqsiniz? Çünki günahkarlar da elə edirlər. Əgər geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz? Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Sizsə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq ... (Luka, 6:32-35)

Beləliklə, Allah'ın seçilmişləri, müqəddəsləri (möminlər) və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə səbirli olun və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, kamil birliyin bağı olan sevgiyə bürünün. (Kolosselilərə, 3:12-14)

Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin sevgim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma sevgim yoxdursa, mən bir heçəm. Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin sevgim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. (1 Korinflilərə, 13:1-3)

Sevginin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını (əxlaqını) səylə istəyin. (1 Korinflilərə, 14:1)

 

4 / total 12
"Harun Yəhyanın İncildǝ Sevgi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top