< <
4 / total: 7

2-ci Hissə Səs Təqlidi Edən Quşlardakı Yüksək Şüur

Quşlar və xüsusilə də "səsləri təqlid edən quşlar" olaraq təyin etdiyimiz qrup, çox heyrətləndirici təqlid qabiliyyətinə malikdir. Bu qabiliyyət, bəhs edilən canlıların müəyyən bir şüura sahib olduqlarını göstərir. Çünki quşların təqlid qabiliyyətlərini istifadə etmələri üçün təqlid edəcəkləri şeyi qavramaları, deyilən sözlərdəki vurğuları, intonasiyaları, müddəti çox diqqətlə dəyərləndirməli, sonra da bəzi nizamlamalar etməlidirlər. Bundan əlavə, quşun eşitdiyi səsi unutmaması, bu səsi qeyd edəcəyi, lazım olduğunda xatırlayacağı güclü bir yaddaşı olmalıdır.

bülbül, çalı

Çalı bülbülü ise 70 ayrı tür kuşa ait sesi taklit edebilir.

Bu nöqtədə unutmamaq lazımdır ki, təqlid, zəka və şüur sahibi insanların belə demək olar ki, müvəffəqiyyətli ola bilmədikləri bir bacarıqdır. İnsanların eşitdikləri mahnıları və ya səsləri orijinalının eynisi olacaq şəkildə təqlid etmələri olduqca çətindir. Hətta belə yaxşı təqlid qabiliyyəti olan insanlar, cəmiyyət içində zəka və müşahidə bacarıqları ilə ön plana çıxarlar; təqdir görərlər. Tutuquşular isə bir çox insanın bacara bilmədiyi və yaxud çətinlik çəkdiyi təqlid qabiliyyətlərini heç çətinlik çəkmədən istifadə edərlər. Bu da onların sahib olduğu "şüurun" bir əlamətidir.

Ancaq burada ifadə edilməlidir ki, quşların sahib olduğu "şüur" insanın şüuruna bənzəməz. İnsan, düşünmə, müqayisə etmə, anlama, öyrənmə, öyrəndiklərindən nəticə çıxarma, sahib olduğu məlumatları istifadə edərək yeniliklər əldə etmək kimi, heç bir canlının sahib olmadığı qabiliyyətlərə malikdir. Üstəlik, insan Allahın, etdiyi hərəkətlərdən məsul tutduğu bir varlıqdır. Allah bir ayəsində belə bildirmişdir:

… Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur… (Hud surəsi, 7)

Ayədə də bildirildiyi kimi, insan Allaha qarşı məsuldur. "Sonra onu düzəldib müəyyən şəklə saldı və ona Öz ruhundan üfürdü, sizə qulaqlar, gözlər və ürək verdi..." (Səcdə surəsi, 9) ayəsində bildirildiyi kimi, insan Allahın "ruh" verdiyi bir varlıqdır və dünyada etdiklərinin hesabını verəcək. Quşlar (və digər heyvanlar) isə bu məsuliyyətə sahib deyil. Onlar yalnız Allahın özlərinə ilham etdiyi vəzifələri yerinə yetirər və Allahın uca qüdrətinə şahid olmağımıza vəsilə olarlar. Allah bir ayəsində belə bildirmişdir:

lyrebird, çelenk

Çelenk kuyruklu kuş (lyrebird) dünyanın en iyi taklitçi kuşlarındandır. 12 farklı kuş türüne ait sesleri taklit edebilir. Bundan başka, kameranın motorunun pervane sesini, bir şalterin kapanma sesini, araba motorunun veya saat alarmının sesini çıkarabilir. Kendi bölgesinde kullanılan elektrikli testere sesini bile taklit edebilir.

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)

papağanlar, renkli

Göklerde ve yerde ne varsa O'nundur, itaat-kulluk da (din de) sürekli olarak O'nundur. Böyleyken Allah'tan başkasından mı korkup-sakınıyorsunuz?
(Nahl Suresi, 52)

Quşlarda Anlama-Öyrənmə Qabiliyyəti

Anlama-öyrənmə qabiliyyəti baxımından danışan quşlar arasında ən yaxşıları boz Afrika tutuquşularıdır. Bu tutuquşulardan sonra xüsusilə sarı boyunlular (yellow nape), mavi sinəlilər (blue front) və cüt sarıbaşlar (double yellowheads) gəlir. Tutuquşu növü olan Macawlar da, danışmağı öyrənə bilirlər, lakin çox vaxt yüksək və kobud bir səsdən istifadə edirlər. Danışmağı öyrənə bilən tutuquşulardan Cockatooların, Macawların xoşa gələn səsləri vardır. Lakin hər ikisi də, Afrika boz tutuquşuları və ya Amazonlar qədər asanlıqla öyrədilə bilməzlər. Mynah növlü quşlar da xüsusilə danışıq qabiliyyətləri ilə tanınarlar. Məsələn, mynah növü olan quş, bir uşaq ona yaxınlaşdığında ona "salam" deyə səslənir, əgər uşaqdan "salam" deyə qarşılıq alsa, "necəsən?" deyərək sual verər. Daha da maraqlısı "adın nədir?" deyərək danışmağa davam edə bilər. 12

alex studies, bilim

Prof. Irene Pepperberg'in 1977 yılından beri "hayvan davranışları ve hayvan-insan iletişimi" konusunda yaptığı çalışmalar, kuşların konuşma ve anlama yetenekleri hakkında derinlemesine bilgi vermiştir. Bilim adamları kuşların iletişimindeki kompleksliğin daha yeni yeni anlaşılmaya başlandığına inanmaktadırlar.

Tutuquşuların təəccüblü xüsusiyyətlərindən biri, söhbətləri cisimlərlə ya da hərəkətlərlə əlaqələndirə bilmələridir. Məsələn, bir müddət hər səhər qəfəsin üzərindəki örtünü qaldırıb tutuquşuya "sabahınız xeyir" deyilərsə, tutuquşu bir səhər örtüsü qalxdığında bu sözü özü söyləyə bilər. Bir çox tutuquşunun, telefon zəng çaldığında "alo" dediyini, ya da qapı döydüyündə "kimdir?" dediyini eşitmisiniz. Üstəlik, bir çox quş bunları özlərinə xüsusi olaraq öyrədilmədiyi halda edə bilər. Bunun səbəbi, bəhs edilən quşların, hadisələr və bu hadisələr əsnasında keçən söhbətlər arasında əlaqə qura bilmələridir.

Uzun bir müddət tutuquşuların və digər danışan quşların yalnız təqlid etdikləri düşünülərkən, aparılan tədqiqatlarla bu canlıların təəccübləndirici zehni qabiliyyətləri olduğu aydın olmuşdur. Hətta elm adamları quşların ünsiyyətindəki kompleksliyin hələ yeni başa düşülməyə başlandığına inanırlar. Prof. Irene Pepperbergin, 1977-ci ildən bəri "heyvan davranışları və heyvan-insan ünsiyyəti" mövzusunda etdiyi işlər, quşların danışıq və anlama qabiliyyətləri haqqında dərin məlumat vermişdir. Prof. Pepperbergin ən əhəmiyyətli işlərindən biri, 3 boz Afrika tutuquşusu ilə icra etdiyi işdir. Bu tutuquşulardan ən yaşlısı olan "Alex", müəyyən sözlər istifadə edərək tədqiqatçı ilə ünsiyyət qura bilir, özünə verilən əmrləri anlayır, öz istəklərini dilə gətirə bilir, saymağı bilir, cisimləri, rəngləri, şəkilləri tanıya bilir.13 Bu qabiliyyət elm adamlarına görə, avtomatik olmaqdan çox, yüksək şüur göstəricisi olan öyrənmə nəticəsində reallaşır.14 Əlbəttə ki, heyvanlarda gördüyümüz bu yüksək şüur, Allahın canlılara olan ilhamıdır. Şüursuz atomlardan yaranan, kiçik bir ət parçası olan quşun, öz-özünə bu cür kompleks qabiliyyətlər sərgilədiyini düşünmək axmaqlıqdır. Allah bu canlılarda təcəlli etdirdiyi qabiliyyətlərlə bənzərsiz yaratma sənətini bizlərə göstərir.

alex, şuur

Prof. Irene Pepperberg'in eğittiği "Alex" adlı kuş sadece cümlecikleri üretmek ve kavramakla kalmamakta, aynı zamanda kendisine öğretilen kategori, miktar, renk ve boyut gibi kavramları da anlayabilmektedir. Hayvanlarda gördüğümüz bu yüksek şuur, Allah'ın canlılara olan ilhamıdır.

Sonrakı sətirlərdə Prof. Irene Pepperbergin öyrətdiyi "Alex" adlı quşdan nümunələr verərək, bir tutuquşunun nələr edə bildiyinə daha ətraflı şəkildə toxunacağıq. Bacarıqlarını ümumiləşdirsək, bu tutuquşu sadəcə cümlələr qurmaq və qavramaqla deyil, eyni zamanda ona öyrədilən kateqoriya, miqdar, rəng və ölçü kimi anlayışları da anlaya bilir. Ayrıca, bir cismin bir başqasından fərqli olub-olmadığını, bir yerdə mövcud olub-olmadığını da ayırd edə bilir. 15

◉ Alex adındakı bu tutuquşu 40-dan çox cismin adını öyrənmişdir: kağız, açar, fındıq, taxta, buğda, yük maşını, qızartma, paltar sıxacı, taxıl, göbələk, qoz, blok, qutu, duş, banan, makaron, idman salonu, kraker, cırmaqlama, popkorn, zəncir, kivi, çiyin, qaya, kök, çınqıl, kubok, turunc, arxa, kürsü, təbaşir, su, dırnaq, üzüm, qızartma, müalicə etmək, vişnə, yun, yaşıl paxla və alma.

alex, nesneler

Alex adlı bu eğitimli papağan farklı şekil ve renklerdeki nesnelerden kaç tanesinin yeşil üçgen ya da mavi dörtgen olduğunu söyleyebilmektedir. Bilinç ve akıldan yoksun canlıların öğrenme yeteneği geliştirmeleri, öğrendiklerini hafızalarında saklayıp, yerli yerinde kullanmaları Allah'ın bu canlılara olan ilhamıdır.

◉ "Xeyr" sözünü ehtiyacına görə yerli-yerində istifadə edir. Ayrıca, bir şey istədiyində "bura gəl", "... istəyirəm" və ya bir yerə getmək istədiyində "...getmək istəyirəm" kimi cümlələr quraraq istəklərini şifahi şəkildə bildirir.

◉ Bu tutuquşu aparılan tədqiqatlar nəticəsində sifətlərlə əlaqədar cümlələr də öyrənmişdir. Məsələn, 7 rəngi; qırmızı, mavi, yaşıl, sarı, narıncı, boz və bənövşəyi- ayırd edə bilir.

◉ Cisimlərin sayını ayırd etmək üçün "iki", "üç", "dörd", "beş" və "altı" rəqəmlərini -qruplar nə qədər qarışıq olursa olsun- istifadə edə bilir. 5 fərqli formanı 2, 3, 4, 5 və ya 6 bucaqlı olaraq adlandıra bilir.

◉ Alex "kateqoriya" mövzusunda da qavrama qabiliyyətinə malikdir. Məsələn, "yaşıl" ifadəsinin "rəng" kateqoriyasında olduğunu anlayır. Eyni zamanda müəyyən bir rəngdə və formada olan cisim üçün, "yaşılın" və "3 bucaqlının" fərqli bir kateqoriyanı təmsil etdiyini anlayır. "Hansı rəng" yaxud "hansı forma" kimi suallara hər iki xüsusiyyətdən birinə görə cavab verir. Başqa bir sözlə, bir əşyanın rəngi ondan soruşulduğunda, forması ilə əlaqədar cavab vermir, əşyanın rəngini söyləyir. Eyni şəkildə, əşyanın formasıyla əlaqədar soruşulan suallara da doğru cavab verir, ondan, "kvadrat" cavabı gözlənilirsə, rənglə əlaqədar deyil, formayla əlaqədar bir cavab verir. Bu vəziyyət, tutuquşunun "mücərrəd anlayışlara qarşı qabiliyyət" sahibi olduğunu ortaya qoyur.

◉ 100-dən çox cismi istəmək, rədd etmək, kateqoriyalara ayırmaq və saymaq üzrə cisimlərin sifətlərini və adlarını birləşdirə bilir. Bu qabiliyyətləri test edildiyində isə 80% müvəffəqiyyətlidir.

◉ Alex adlı tutuquşu bununla yanaşı, "eyni", "fərqli" kimi mücərrəd terminlərlə əlaqədar suallara cavab verməyi də öyrənmişdir. Məsələn, rəng, forma ya da vəsait xüsusiyyətlərinə görə iki cisim göstərildiyində, bu cisimlərin hansı kateqoriyada bənzər və ya fərqli olduqlarını bilir, yaxud verilən sual mövzuyla əlaqəli deyilsə, sualı "heç biri" olaraq cavablandırır.

alex, şekiller

◉ Aparılan tədqiqatlar nəticəsində, Alexin, öyrədilmələrdə istifadə edilməyən ad, rəng, forma və vəsaitlər haqqında da doğru cavab verdiyini görmüşlər. Məsələn, yaşıl üçbucaq bir taxta və mavi üçbucaq bir taxta üçün "eyni olan nədir?" kimi suala da doğru cavab verir.

◉ Əgər bir təlimatçı Alexin istəklərinə səhv cavab versə (Məsələn, istənməyən bir maddə ilə dəyişdirsə), Alex ümumiyyətlə, "xeyr" deyərək ilk istəyini təkrar edər. Ayrıca, iki cisimdən hansının daha böyük, yaxud kiçik olduğu soruşulduğunda doğru cavab verərkən, əgər bərabər ölçüdədirlərsə "xeyr" deyə reaksiya verir.

◉ Fərqli forma və rənglərdəki cisim quruluşu verildiyində, məsələn, neçə ədəd obyektin yaşıl üçbucaq yaxud mavi dördbucaqlı olduğunu söyləyə bilir. Fərqli ölçülərdəki şüşə qapaqlarını sıraya düzə bilən Alex, həmçinin, sözləri quraraq "yaşıl fıstıq istəyirəm" yaxud "bura gəl" kimi istəklərini sadə cümlələrlə ifadə edə bilir.

papağan, yetenek

◉ Tutuquşunun qavrama qabiliyyəti ilə əlaqədar aparılan tədqiqatlardan biri isə belədir: Müxtəlif forma, rəng və vəsaitdən ibarət olan 100 cisim arasından ona "X cismi nə rəngdir?" kimi sual soruşulduğunda, Alex bu sualın 81,3% -nə doğru cavab verir. Verdiyi doğru cavablar bu tutuquşunun, sualın bütün hissələrini anladığını və göstərilən cisimlər arasından istənilən məlumatı təmin edəcək şəkildə doğru cavabı seçə bildiyini göstərir.

papağan, ibikli

Yuxarıdakı məlumatlardan da görüldüyü kimi, tutuquşular –zəruri təhsili aldıqları təqdirdə- uzun cümlələri əzbərləyib bunları doğru yerlərdə və müxtəlif suallara cavab vermək üçün istifadə edə bilirlər. Ayrıca, müxtəlif sözləri və melodiyaları da tanıya bilirlər. Dövrümüzdə tutuquşular, delfinlər və balinalar kimi üstün zəkaya sahib canlılar arasında sayılır. The Augusta Chronicle adlı nəşrdə tutuquşuların zəka və qabiliyyətlərindən belə bəhs edilir:

Aparılan yeni tədqiqatlar tutuquşuların, şimpanzelər və delfinlərdə olduğu kimi ancaq 5 yaşındakı uşaqların bacara biləcəyi kompleks zehni anlayışların öhdəsindən gələ bildiyini açıqlayır. 16

Həmçinin, üzərində dayanılmalı olan bir başqa məlumat da, heyvanlar arasındakı ünsiyyətin ümumiyyətlə -məsələn, bir itin hürməsi- öyrənilən bir davranış deyil, doğuşdan var olan bir xüsusiyyət olmasıdır. Quş növlərinin bir çoxunda da təməl səs siqnalları doğuşdan və avtomatik ola bilər. Ancaq müəyyən səsləri təqlid edə bilmək isə ayrı bir mövzudur və öyrənmə qabiliyyəti tələb edir. Tədqiqatlar, tutuquşu qrupu (tutuquşular, kəkilli tutuquşular, dalğalı tutuquşular), Corvids (xoruz, quzğun, alaqarğa) və Craticidae (Avstraliya sağsağanı, currawongs, çəyirtkə quşu) kimi quş növlərində səs bacarıqlarının bir çoxunun öyrənilmiş davranış olduğunu göstərmişdir. 17

Burada unudulmamalı olan bir həqiqət vardır: bəhs edilən canlılara aid bütün bu qabiliyyətlər özlərinə aid deyil. Şüur və ağıldan məhrum canlıların öyrənmə qabiliyyəti təkmilləşdirmələri, sonra öyrəndiklərini yaddaşlarında saxlayıb, yerli-yerində istifadə etmələri Allahın bu canlılara olan ilhamıdır.

Bilim Adamları Kuşlarda Tecelli Eden Akıl Karşısında Şaşkınlık Duyuyorlar
yeşil papağan

URockefeller Üniversitesinde hayvan davranşları laboratuvarında beyin araştırmacısı olan Carlio Melo şunları söylemiştir:

"Yüzyılın başında 1930'lar ve 40'larda insanlar kuşların beyninin çok basit olduğunu ve hatta ilkel olduklarını düşünüyordu. Bu aslında birçok problem ve ön yargı oluşturuyordu. Bunun bilimde gerçekleştiğini düşünmek komik, ama oluyor... Kuşlar birçok yönden çok zekidir... Bu birçok kuşun, özellikle de seslendirmeyi öğrenen ötücü kuşlar, papağan ve sinek kuşlarının vücut oranlarına göre çok yüksek bir beyne sahip olduğu anlamına gelir... Dolayısıyla bunlar çok çok akıllı hayvanlardır." *http://www.abc.net.au/worldtoday/s162563.htm

Quşların Heyrətləndirici Hafizələri:

Səs təqlidi edən quşların bu qabiliyyətləri, eşitdikləri səsləri qeyd etmələri və xatırlamaları ilə düz mütənasibdir. Berlində olan Freie Universitetinin tədqiqat qrupu, bir quşun hər hansı bir səsi necə təqlid etdiyini araşdırarkən cavablandırılmalı olan nöqtələri belə ifadə edir:

İnsanlarda məşhur olan səs təqlidi, heyvanlarda olduqca nadir rast gəlinər. İndiyə qədər bu xüsusiyyət sadəcə bir neçə quş ailəsi (Məsələn, tutuquşular və bir qisim oxuyan sərçələr (oscines)) və bəzi məməlilər (Məsələn, dəniz məməliləri və yarasalar) üçün sənədləşdirilmişdir. Bu qabiliyyətin araşdırılması əsnasında fərdlərin əvvəlcə, bir sıra eşitmə baxımdan sınanmış siqnalı səsli olaraq əldə etmələri, sonra əzbərləmələri və sonunda təqlid etmələrinə imkan verən yaddaş mexanizmlərinin xüsusiyyətlərini araşdırırıq. Bioloji modelimiz, bülbüldür (Luscinia megarhynchos). Bu növün errkəkləri eşidərək öyrənə bilir və 200 fərqli mahnı növünü doğru səsləndirə bilir. Bu səbəblə, işimizin əsas məqsədi, bu quşların kompleks öyrənmə işinin öhdəsindən necə gəldiklərini və yaddaşlarındakı məlumatları təsirli şəkildə necə istifadə etdiklərini... ortaya çıxarmaqdır.18

Quşlarda xatırlama qabiliyyəti heyrətamiz dərəcədə yüksəkdir. Müxtəlif qitələrdəki yazlıq və qışlıq evlərinin tam yerlərini xatırlamaqla deyil, həmçinin qışda istifadə etmək üçün yığdıqları bir çox şeyin tam yerini və daha əvvəl nektarını içdikləri xüsusi bitkilərin yerini də xatırlayırlar. Əslində bəzi quş növlərinin yaddaşı insan yaddaşından daha mükəmməldir. Gələn soyuq və qarlı qış şəraitində yaşaya bilmək üçün, bəzi quş növləri payız əsnasında minlərlə toxumu fərqli yerlərə basdırarlar və qışdan aylarla sonra hamısının yerlərini xatırlayarlar. 19

hayvanlar, seslendirme

İnsan dilinin bir özelliği olan seslendirmeyi öğrenmek hayvanlarda çok nadir rastlanan bir özelliktir. Bu özelliğin çok az sayıda hayvanda olduğu bilinmektedir: 3 grup kuş (papağanlar (psittaciformes), ötücü kuşlar (oscine passeriformes) ve sinek kuşları (trochiliformes)) ve memelilerden de yarasalar, balinalar-yunuslar (cetaceans)... Diğer hayvan türlerinin tamamının yalnız doğuştan gelen sesleri ürettikleri bilinmektedir.

Şübhəsiz quşun "yaddaşa" və "öyrənmə" qabiliyyətinə sahib olması böyük bir möcüzədir. Eyni zamanda təkamülçülərin canlıların təkamülləşmə prosesi haqqındakı iddialarını təsirsiz hala gətirir. Təkamül nəzəriyyəsi, quşların eşitdikləri səsləri necə yaddaşlarında saxladıqlarını və sonra bunları necə yerli yerində istifadə etdiklərini açıqlamaqda acizdir. Belə bir yaddaşa necə sahib olduqları, təkamülçü izahlarla açıqlanması mümkün olmayan bir hadisədir. (Ətraflı məlumat üçün baxın. "Səs təqlidi edən quşlar təkamül iddialarını etibarsız edir" hissəsi)

Bir quşun beynində -kiçik bir ət parçasında- öyrəndiklərini qeyd edəcəyi bir sistemi öz-özünə qurması qeyri-mümkündür. Bu cür xüsusi bir quruluşun təsadüf əsəri quşun beynində meydana gəlməsi də mümkün deyil. Quşların yaddaşlarında səs və məlumatları qeyd edə bilmələri, Allahın bu canlılara verdiyi bir çox qabiliyyətdən yalnız biridir.

Danışan Quşlar Üzərində Aparılan Təcrübələr

mavi kuş, papağan

Harvard Universitetindən Prof. Irene Pepperberg, boz Afrika tutuquşunu (psittacus erithacus) üzərində apardığı təcrübələrlə, Allahın danışan quşlara verdiyi fövqəladə qabiliyyətlərin bir qismini ortaya çıxarmışdır.

Irene Pepperberg və yoldaşları bu işlər əsnasında Alexə, mənasız söz yaxud cümlələri təkrarlamaq yerinə, sadə amma mənalı söhbətlər etdilər. Məsələn, bir adam "açar haradadır?" deyə soruşur və digəri də açarı qaldıraraq "açar buradadır" deyirdi. Birinci adam, "açar nə rəngdədir?" deyə soruşduğunda digər adam rəngini söyləyirdi. Eyni işi fərqli kateqoriyalarda, forma və məzmun baxımından da təkrar etdilər. Bu işlərin ardından Alex sözləri yerli-yerində istifadə etdiyində istədiyi bir şey ona verilir və ona yaxşı bir quş olduğu deyilirdi. Bu təhsillə Alex, daha əvvəl də ifadə etdiyimiz kimi, 100 cismin ad, forma, rəng və quruluşu haqqındakı suallara doğru cavab verməyi öyrəndi.20 Alex, təcrübə aparan kəslərin özünə nə dediyini anlayır və onlarla mənalı bir şəkildə danışırdı. Bunu, danışan iki adamı müşahidə edərək bacarmışdı. Çox vaxt yanında sistemli olaraq bir-birlərinə sual verən iki adamı dinlədi. Bir müddət sonra, "məni qaşıyın", "popkorn istəyirəm" kimi istəklərini dilə gətirməyə başladı. Əgər istədiyi yeməkdən fərqli bir şey verilsə, bunu rədd edir və istəyini təkrarlayırdı. Müəyyən yerlərə aparılmağı istəyirdi. Məsələn, "məni stulun yanına aparın" deyir, əgər səhv yerə aparılsa, aparan adamın qolundan enmir və istəyini təkrar edirdi.

Bir başqa təcrübədə isə Alexə, bir nimçə içində 7 maddə -məsələn, bənövşəyi açarlıq, sarı odun, yaşıl dəri, mavi kağız, narıncı dirək, boz qutu, qırmızı yük maşını- göstərilib hansı bozdur deyə soruşulduğunda, Alex yeddi cismə də diqqətlicə baxıb "qutu" deyə cavab verirdi. Sonra podnosa qırmızı üçbucaq kağız və mavi üçbucaq taxta qoyularaq hansının eyni olduğu soruşulduğunda "forma" deyə cavab verirdi. 21

alex, yetenek

Allah'ın dilemesi ile bu hayvanlar, kendi beyin kapasitelerinden beklenmeyecek ölçüde üstün bir yetenek göstermekte ve insanları hayrete düşürecek davranışlar sergilemektedirler.

Tutuquşuların və digər danışan quşların qabiliyyətləri üzərinə aparılan tədqiqat və təcrübələr Alex ilə məhdudlaşmır. Heyrətləndirəcək nümunələrdən biri də, Mavi quş adlı kiçik bir tutuquşudur. Bu quş, işlərə başlandıqdan sonra bir neçə həftə içində sözlərlə mənalı bir şəkildə danışmağa başlamışdır. Mavi quş, istədiyi şeyləri aydın şəkildə soruşmağı öyrənmişdi. Qəfəsinin yaxud başqa hər hansı bir qapının açılmasını istədiyində "qapını açın", birinin yediyi şeyi yemək istədiyində "bir az götürə bilərəm?", duş almaq üçün kranın açılmasını istədiyində "duş al" kimi ifadələr istifadə edirdi. 22

Mavi quşa sözlər birbaşa olaraq, yaxud şəkillərlə öyrədilməmişdi. Bunun yerinə təlimatçısı Sheryl C. Wilson, quşa sanki anlayırmış kimi sözləri yavaşca və yerli-yerində söyləyirdi -məsələn, qəfəsinin qapısını açdığında "qapını aç" demək kimi. Bu metodla quş, qısa bir müddətdə bu sözləri deyilməli olan yerlərdə söyləməyə başladı:

manzara, renkli kuşlar

"Necəsən?", "Nə edirsən?", "Hara gedirsən?", "Salam", "Sabahınız xeyir", "Gecəniz xeyrə qalsın" və "Yatağan kiçik quş". Ayrıca, sahibinin "Aşağı en", "Xahiş edirəm qəfəsinə get", "Xeyr" kimi istəklərini anlayır və onlara əməl edirdi. Və sahibi onu nə vaxt çağırsa, ona doğru uçurdu.23

Bütün bu məlumatlar, bir qisim quşların da insanlar kimi ümumi yaxud mücərrəd anlayışlar istifadə edə bildiyini, keçmiş məlumatları yaddaşlarında saxlayıb xatırlaya bildiklərini ortaya qoyur. İnsanların istifadə etdikləri səsləri təqlid etməyə anatomik quruluşları uyğun olan tutuquşular kimi, digər bəzi quşlar da insanlarla mənalı şəkildə danışa billir. Şübhəsiz bunlar, Allahın yaratmasındakı elm və ağılın bir göstəricisi olaraq bizi düşünməyə sövq edir. Quşları danışma, təqlid etmə kimi müxtəlif qabiliyyətlərlə yaradan Allahdır. Allahın diləməsi ilə bu heyvanlar, öz beyin tutumlarından gözlənilməyəcək ölçüdə üstün bir qabiliyyət göstərir və insanları heyrətə salacaq davranışlar sərgiləyirlər. Təbiətdə olan bu və bənzər minlərlə nümunə, insanların Allahın gücünü və qüdrətini bir daha görmələrinə vasitəçi olur və Allahı lazımı şəkildə tanımayan bir çox insanın yaradılış həqiqətini düşünməsini təmin edərkən, iman edənlərin imanlarının daha da güclənməsinə vəsilə olur.

Papağan ve Muhabbet Kuşlarının Konuşmalarından Örnekler...
papağan, konuşma papağan, hayvanların konuşması

YARAMAZ, YARAMAZ ÇOCUK!

SENİN ADIN NE? BILL, BILL GATTER. BEN ŞIK BİR PAPAĞANIM. EVET.

papağan, konuşma3 papağan, konuşma

HADİ, KONUŞ BENİMLE!

... BİR KÖPEK NE DER? HAV HAV. BİR KÖPEK NE DER? MİYAV.

papağan, konuşma5 papağan, konuşma

O NEDİR? BİR FİNCAN ÇAY. O NEDİR?

SENİ GÖREBİLİYORUM. BOO!

papağan, konuşma7 papağan, konuşma8.

BAK NE YAPTIN.

KARA KOYUN. YÜNÜN VAR MI? EVET EFENDİM. BİR TANE SAHİP İÇİN. BİR TANE..

uhabbet kuşu, konuşma1 muhabbet kuşu, konuşma2

ELDEKİ BİR KUŞ, ÇALIDAKİ İKİ KUŞA BEDELDİR.

OLMAK YA DA OLMAMAK. İŞTE BÜTÜN MESELE BU. CANDY (ŞEKER) BİR YILDIZ.

muhabbet kuşu, konuşma3 muhabbet kuşu, konuşma4

MERHABA BAY DAVID ATTENBOROUGH. SİZ İYİ BİRİSİNİZ.

ÖYLEYSE SEVİMLİ ÇOCUK KİM?

Yukarıdaki kareler Nature yayınlarının "Parrots: Look Who's Talking" (Papağanlar: Bakın Kim Konuşuyor) adlı belgeselinden alınmıştır. Burada yer verdiğimiz ifadeler papağanların ve muhabbet kuşlarının öğrenebildikleri cümlelerden sadece birkaçıdır.

Allah, göydə və yerdə olan saysız yaradılış dəlili üzərində düşünməyimizi əmr etmişdir. Ancaq unudulmamalıdır ki, yalnız vicdanının səsini dinləyən insanlar bu açıq dəlilləri görə biləcək və Allahın izniylə bunların mənasını qavraya biləcəklər:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.. (Qaf surəsi, 6-8)

havuz, kuşlar

Kendinden (bir nimet olarak) göklerde ve yerde olanların tümüne sizin için boyun eğdirdi. Şüphesiz bunda, düşünebilen bir kavim için gerçekten ayetler vardır.
(Casiye Suresi, 13)

Quşlardakı Ünsiyyət və Siqnallaşma

Quşlar baxış, ağız hərəkəti, müəyyən tüklərin qaldırılması, boynu uzatma, çömbəlmə, sıçrama, qanad çırpma kimi hərəkətlərlə mənalı bir ünsiyyət reallaşdırarlar. Hər quş növü öz bədən dilinə sahib olmasına baxmayaraq, bir çox növ müəyyən hərəkətləri eyni şəkildə edər. Məsələn, müxtəlif növlər dimdiyi yuxarı doğru qaldırmağı "uçacağam"; sinəsi aşağı doğru hərəkət etdirməyi "diqqətli ol" yaxud "təhlükə" olaraq bildirər. Bəzi növlər də, quyruq tüklərini qaldırmağı "səni təhdid edirəm"; təpələrindəki parlaq rəngləri göstərməyi ümumiyyətlə, "hücum etməyə hazıram" deyə qəbul edərlər. Quşlar, baxışlarındakı dəyişmə ilə həm xoşlanmamaq, küskünlük kimi mənfi hissləri, həm də zövq, sevinc və maraq kimi müsbət hissləri bildirərlər.

Quşlar üz ifadələrini istifadə edərək çevrələrinə müxtəlif mesajlar verərlər. Üz ifadəsi, çənə yaxud dimdiyin hərəkətləriylə və ya başın üzərindəki tüklərin şəkliylə təmin edilər. Bəzi növlərdə gözün üstündəki tüklər də digər tüklərdən müstəqil olaraq hərəkət edərlər. Ayrıca, bir çox quş növü, dimdiklərini açaraq nümayiş edər; məsələn, əsmər qurbağa-ağız (frogmouth) quşu dimdiyini açaraq parlaq yaşıl rəngdə olan geniş ağız boşluğunu göstərər. Bu, quşun böyüklüyünü vurğulayar və olduğundan daha qorxulu görünməsini təmin edər. Digər bəzi quş növləri də təhdid ünsürü olaraq dimdiklərini açarlar, bunu edərkən ümumiyyətlə səs çıxarmazlar, lakin bəzən bu nümayişi şiddətli nəfəs səsləri ilə zənginləşdirərlər. 25

kuş, tüyler

Görüldüyü kimi, quşlar qışqırıqlar, mahnılar və bədən dili -gözlərdə, kəkildə, dimdikdə, tüklərdə, qanadlardakı dəyişmə- sayəsində ünsiyyət qurarlar. Quşlar, sürülərindəki digər üzvlərlə, qonşuları və ya ailə fərdləri ilə ünsiyyət qurmaq üçün də çox müxtəlif səslər çıxararlar. Bu səslər, qısa sadə çağırışlardan heyrətlənəcək dərəcədə uzun və mürəkkəb mahnılara qədər fərqlidir. Bəzən quşlar müxtəlif vasitələr (ağacdələnlər) yaxud xüsusi tüklərdən (Amerikan ağacdələni) istifadə edərək səslər çıxararlar.

Bu səbəbdən quşlarda ünsiyyət dediyimiz zaman bu ifadə, müəyyən bir növün fərdləri arasındakı görmə, eşitmə və qoxuya əsaslanan ünsiyyətlərini də əhatə edir. Qoxu sistemi zəif olan quşlar, təməl olaraq səs və görmə ilə ünsiyyət qurarlar. Görmə qabiliyyətləri zəif olduğunda, məsələn, gecə yaxud sıx yarpaqlarla örtülü bölgələrdə səsdən istifadə etmək faydalıdır. Uzaq məsafələr üçün isə səsli mesajlar ən ideal xəbərləşmə üsuludur. Əgər şərtlər uyğundursa, quşlar mahnıları bir neçə kilometrlik məsafədən eşidilə bilərlər.

kanarya, beyin

A. SESSİZLİK
B. İŞİTME VE ŞARKI SÖYLEME
C. SADECE İŞİTME
D. SADECE ŞARKI SÖYLEME

Yukarıdaki resimlerde, ötücü kuşlardan olan kanaryanın işitme ve şarkı söyleme sırasında beyninde aktif olan bölgeler gösterilmektedir.

Mahnı oxuma bacarığından əlavə, boz Afrika tutuquşusu Alex nümunəsində gördüyümüz kimi, quşların, insanlarla paylaşdığı qavrama və ünsiyyət bacarıqları da vardır. Bəzi vəziyyətlərdə uşaq bağçası dövründəki uşaqlar ilə eyni bacarıqlar sərgiləyər, ictimai təsir yoluyla söz qurmağı və insan ünsiyyətinə aid ünsürləri öyrənərlər. Bu tutuquşular tək qaldıqlarında səs oyunları keçirərlər və insanların olduqları mühitlərdə mövcud danışma ardıcıllıqlarından yenilərini yaratmaq üçün səsləri birləşdirərlər. Bu canlılara bu bacarıqları verən, yerdə və göydəki hər şeyi yaradan və onları bir-birindən üstün xüsusiyyətlərlə təchiz edən Allahdır. Bu səbəbdən, ətrafımızda gördüyümüz üstünlüklərə və gözəlliklərə olan təriflərimiz, tərifə layiq olan Allaha aiddir.

kuşlar, şarkı

Quşların Çağırış Dili və Mahnıları

Quşlar, çıxartdıqları güclü və yüksək tezlikli səslərlə bir-birlərini çağırarlar. Yalnız bir neçə quş növünün səsləri yoxdur: Qutanlar, leyləklər və bəzi ağbaş kərkəslər. Quşların öz aralarında istifadə etdikləri akustik səslər, çağırış dili meydana gətirər. Quşların mahnıları isə, bundan daha uzun sayıla biləcək, çox vaxt melodiyalar ehtiva edən bir sıra notdan meydana gələr. Mahnılar, ümumiyyətlə quşların öz aralarında özlərini bəyəndirməyə çalışmaqları ilə əlaqəlidir.

kuşlar, çığlık

Çağırışlar, mahnılardan daha sadədir və hər iki cins tərəfindən də istifadə edilər. Quşların mahnıları demək olar ki, yazda eşidilərkən, çığırtıları isə il boyunca eşidilər. Quş çığırtıları böyük bir enerji sərf etmədən sadə bir mesajla sürətli ünsiyyəti təmin edir.26 Bu çağırışların başlıca funksiyaları belə sıralana bilər:

◉ Quşun "növünü" təyin etmək

◉ Quşun yerini müəyyən etmək

◉ Bölgə təsbit edib oranı qorumaq

◉ Qida qaynağı olduğunu bildirmək

◉ Balalara valideynlərini tanıtmaq

◉ Sürünü bir yerdə tutmaq

◉ Düşmənin varlığı haqqında xəbərdar etmək

◉ Düşmənləri qorxutmaq

◉ Cinsiyyəti açıqlamaq

◉ Özünü bəyəndirməyə çalışmaq

◉ Yuvayla əlaqədar vəzifələrdə -bəsləmə yaxud kürt kimi- məsuliyyət dəyişikliyi etmək

◉ Praktika edərək mahnını mükəmməlləşdirmək

Quşların mahnıları çox vaxt qeyri-sistematik çıxarılan səslər deyil. Quşların söylədiyi mahnılar müəyyən bir məna daşıyan, bir məqsədə əsaslanaraq oxunan melodiyalardır və fövqəladə müxtəlifliyə malikdir. Mahnılar, quşların çağırış və siqnaldan istifadə edərək səslənmələrindən daha çox kompleks bir hadisədir. Ümumiyyətlə, erkəklər tərəfindən göstəriş etmək, bölgəni müdafiə etmək və ya özünü bəyəndirməyə çalışmaq üçün istifadə edilir. Mahnıların ictimai bir funksiyası olduğu da düşünülür. Cütlər yuva inşa edərlərkən də mahnı yoluyla ünsiyyət qurarlar. Ayrıca, qəfəs quşları üzərində aparılan təcrübələr, ayrı qəfəslərdə olan quşların mahnı oxumağı öyrənməsini asanlaşdırdığını göstərmişdir.27

sinek kuşu, şarkı

Sinek kuşlarının şarkıları ve bunları nasıl öğrendikleri araştırmacıları hayrete düşürmüştür. Her şarkı bireyin kendine özeldir. Sinek kuşları, doğuştan gelen bir özellik olarak değil, anne babalarından öğrenerek şarkı söylerler. (http://www.abc.net.au/worldtoday/s162563.htm)

Oxuyan sərçələrdə dişilər və erkəklər fərqli beyin quruluşlarına malikdir, xüsusilə də səs istehsalının olduğu sahələrdə. Bir çox oxuyan sərçələr arasında erkəklər mahnı oxuyarkən dişilər mahnı oxumazlar. Quş növlərində erkəklər yoldaşlarını çağırmaq yaxud bir ağac, dirək və ya naqili məskunlaşma sahəsi olaraq təyin etmək üçün "mahnı nöqtəsi"ndən istifadə edərlər. Hər quş növü özünə aid xarakterik bir mahnı oxuyar, lakin bu mahnılar yaş, cinsiyyət, coğrafi mövqe və ilin müəyyən zamanlarına görə müxtəliflik göstərər. Məsələn, çəmənlərdə yaşayan quş növləri "uçuş mahnıları"ndan istifadə edər. Yağmur meşələri kimi sıx bitkilərin, yaxud qalın qamışlıqların olduğu bölgələrdə yaşayan quşlar isə, yüksək səsə malikdir, çünki bitkilər görüntünü kəsdiyi qədər səsi də udarlar. Buna görə quşlar ümumiyyətlə, yaşadıqları mühitin quruluşuna uyğun olan mahnılardan istifadə edərlər.

kuşlar, kulak

Uyarı seslenişinin yapıldığı yer kolay belirlenemez. Bir kaynağı duymak ve yerini belirlemek genellikle iki kulakla başarılır. Kuşlar da kulakları sayesinde, yoğunluk ve zaman farkı gibi mesajın önemli unsurlarını değerlendirir ve karşılaştırırlar. Böylece mesajın şifresini çözer ve gönderenin yerini belirlerler. Ses dalgasının bir kulağa ve sonra diğer kulağa ulaşması arasındaki zaman farkı, düşük frekanslarda daha etkili bir netice verir. Frekans yükseldikçe sesin dalga boyu düşer, dinleyicinin başının büyüklüğüne göre dalga boyları arasındaki farkı anlamak güçleşir. Bu yüzden de sesin kaynağının yerini belirlemek zorlaşır. Öte yandan dinleyicinin kulak aralığının mesafesine bağlı olarak, her bir kulağa sesin ulaşması arasındaki zaman farkını kullanarak, sesin kaynağını tespit etmenin imkansız olduğu bir ses frekansı da vardır. Eğer bir kuş bu frekansı, alarm olarak kullanmışsa kendisini de doğal olarak düşmanından korumuş olur. (Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000, ss. 93-94) Bu üstün yetenek Allah'ın kuşlarda tecelli ettirdiği yaratılış harikalarından biridir.

Görüldüyü kimi, quşlar olduqları məkana və məqsədlərinə ən uyğun olan üsuldan istifadə edirlər. Hər quşun hansı mühitdə hansı mahnını söyləyəcəyini bilməsi, söyləyəcəyi mahnının məna və məqsəd daşıması bir quşun özünün hesablaya biləcəyi bir vəziyyət deyil. Ağıl və mühakimədən məhrum canlıların, bu cür ağıl və proqnoz əlaməti daşıyan davranışlar sərgiləmələri Allahın canlılara ilhamıdır. Allah hər canlını ehtiyacı olan xüsusiyyətlərlə yaradır və onlara ağıllı davranışlar ilham edir.

canlılar, yaratılış

Gökleri ve yeri yaratan, onların bir benzerini yaratmağa kadir değil mi? Elbette (öyledir); O, yaratandır, bilendir. Bir şeyi dilediği zaman, O'nun emri yalnızca: "Ol" demesidir; o da hemen oluverir.
(Yasin Suresi, 81-82)

 

Qeydlər

12. http://www.alexfoundation.org/research/articles/birdsusa.html; Irene M. Pepperberg, Ph.D., Robyn J. Bright, Birds, USA, 1990 Annual.

13. http://www.alexfoundation.org.

14.Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000, s. 72.

15.Irene Maxine Pepperberg, The Alex Studies, Harvard University Press, England,1999; http://www.alexfoundation.org/research/articles/harvard/harvard.html.

16. "Parrots may be smart as chimps and dolphins", The Augusta Chronicle; http:// www.augustachronicle.com/stories/110897/tech_parrots.html.

17. Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000, s. 71.

18.http://luscinia.biologie.fu-berlin.de/research/maintop/memory_eng.html.

19. Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s.10.

20.Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000.

21.Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s. 4.

22.Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, ss. 79-80.

23.Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s. 80.

24. Theodore Xenophon Barber, Phd., The Human Nature of Birds, USA, 1993, s. 34.

25.Lesley J. Rogers & Gisela Kaplan, Songs, Roars and Rituals, Communication In Birds, Mammals and Other Animals, USA, 2000, ss. 78-79.

26.http://whalonlab.msu.edu/Student_Webpages/Bird_song/page.

27. - http://whalonlab.msu.edu/Student_Webpages/Bird_song/page.

4 / total 7
"Harun Yəhyanın Danışan Quşlar Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com