< <
3 / total: 14

2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 1/5

Bir elmi nəzəriyyəni, məsələn, Big Bang (Böyük partlayış) nəzəriyyəsini nəzərdən keçirək. Bu nəzəriyyə Eynşteynin nisbilik nəzəriyyəsinə əsaslanaraq əvvəlcə bir şübhə və fərziyyə kimi irəli sürülmüşdü. Bunun ardınca sözügedən böyük partlayışın baş verdiyini göstərən dəlillər axtarılmağa başlandı. Bu dəlillər həqiqətən də var idi. Qeyd edilən partlayışı təsdiq edən artıq radiasiya tapılmış, kainatın izotopik xüsusiyyəti (bütün kosmosun mütləq temperaturunun -270 oC olması) kəşf edilmişdi. Kainatın getdikcə genişlənməsi də elmi cəhətdən sübut edilmişdi. Bu, həmin nəzəriyyəni sübut edən mühüm və qəti dəlil idi. Beləliklə, Big Bang nəzəriyyəsi iddialarının hamısı təcrübədən keçirilmiş, təsdiqlənmiş və sübut edilmiş nəzəriyyəyə çevrildi.

Darvinin təkamül nəzəriyyəsi də "fərziyyə" kimi irəli sürülmüşdü. (Əslində, təkamül nəzəriyyəsinin irəli sürülmə səbəbi tamamilə ideoloji idi, lakin elmi nəzəriyyə adı altında insanlara tanıdıldı.) Bu nəzəriyyənin əsaslı hesab olunması üçün də eyni ilə Big Bang kimi bu nəzəriyyənin də iddiaları sübut edilməli idi. Bunun üçün əvvəlcə xəyali təkamül mexanizmlərinin təkamülə səbəb olub-olmadığı aşkarlanmalı idi. XX əsr elminin irəliləməsi Darvinin xəyali təkamül mexanizmi"təbii seleksiya"nın təkamül xarakterli heç bir rolunun olmadığını sübut etmişdi. Genetika elmi isə xəyali təkamül mexanizmi olan təbii seleksiyadan ümidini kəsmiş və əvəzində mutasiyaları təkamül mexanizmi kimi göstərməyə çalışan yeni darvinistləri (neodarvinizm) ümidsizliyə salmışdı. Mutasiyaların da təkamül xarakterli təsirinin olmadığı başa düşüldükdən sonra növbə Darvinin və darvinistlərin ən böyük ümidi olan fosillərə çatmışdı. Fosillərin verdiyi nəticə isə darvinistlər üçün əsl mənada böyük şok idi! İllərlə axtarılan xəyali ara keçid fosillər yer üzünün heç bir yerində yox idi. Araşdırmaların genişləndirilməsi isə bu nəticəni dəyişdirmədi. İndiyə qədər aparılan bütün tədqiqatlar nəticəsində bircə ara keçid fosil nümunəsi belə tapılmadı.

manzara

Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? "Ayı bir nur, günəşi də çıraq etmişdir."
(Nuh Surəsi, 15-16)

Bağlandıqları batil dindən əl çəkmək istəməyən darvinistlərin darvinizmə dəlil tapmaq ümidi uzun illər davam etdi. Amma gözlənilən xəyali dəlillər heç vaxt üzə çıxmadı. Lakin buna baxmayaraq, darvinist yalanlar bitmədi. Darvinizm lehinə demaqogiya təkidlə davam etdirildi. Maraqlısı budur ki, 150 il keçməsinə, heç bir dəlil tapılmamasına və habelə fosillərin və genetika elminin aşkar etdiyi nəticələrin yaradılış həqiqətini sübut etməsinə baxmayaraq, darvinistlər bu batil dinin ayaqda dura biləcəyinə inanırlar. Əlbəttə, bu, onlar üçün böyük xətadır. Əslində, nəzəriyyənin tərəfdarları da canlılarda tarixən təkamül hadisəsinin baş vermədiyini bilirlər. Bunu saysız elmi dəlil nəticəsində açıq şəkildə görüblər.

Bütün bunlara baxmayaraq, təkamül nəzəriyyəsi bir ideologiya və tərəfdarları tərəfindən mütləq ayaqda tutulmalı batil din olduğuna görə, darvinistlər saxta elmilik rolunu davam etdirməli olduqlarına inanırlar. Elə darvinistlərin bu saxta dini ayaqda tutmaq üçün 150 ildən bəri saxtakarlıqlara, saysız-hesabsız təbliğat üsullarına əl atmalarının səbəbi də budur. Darvinistlər öz batil dinlərinə əsasən, insanlara nəzəriyyələrinin "doğru" olmasını təlqin etmək üçün başqa yol tapa bilməzlər. Çünki nəzəriyyənin doğruluğuna dair heç bir elmi dəlil yoxdur. Buna görədir ki, darvinizm dininə əsasən, insanlara "elmi dəlil vardır" deyə təlqin etməyə çalışırlar.

Missouri Universitetindən doktor Nikolas Komninellis Creative Defense adlı kitabında bu böyük yalanın sonrakı illərdə düşəcəyi vəziyyətlə bağlı bu sözlərə yer vermişdir:

Fəlsəfi cəhətdən təkamül ehkamı bir röyadır. Zərrə qədər sübutu olmayan bir nəzəriyyədir. Əlli il ərzində məktəblərdəki uşaqlar çox məşhurlaşmış yalanları oxuyacaqlar və bundan (təkamül nəzəriyyəsindən) ən cəfəng iddialardan biri kimi bəhs ediləcək. Bir çoxu on doqquzuncu əsrin elmi ilə bağlı ağılsızlıqları başa düşərək ələ salıb güləcəklər.32

Komninellisin diaqnozu doğrudur. Təkamül nəzəriyyəsini yalana əsaslanan iddiadır və bu nəzəriyyənin tarixi saysız-hesabsız saxtakarlıq nümunələri ilə doludur. Təkamülün irəli sürdüyü hər iddia, hər dəlil saxtakarlığın məhsuludur. Bu saxtakarlıqların hamısının əsl mahiyyəti, əsl üzü ortaya çıxmışdır. Lakin bunlar darvinizm dininin tərəfdarları tərəfindən ört-basdır edilməyə və ya insanlara unutdurulmağa çalışılmışdır. Ancaq nə qədər cəhd etsələr də, darvinist təbliğatın çürük təməllərə əsaslandığını bütün dünya anlamağa başlamışdır. Komninellisin də bildirdiyi kimi, gələcək nəsillər bu böyük yalanın dünya səviyyəsindəki təsirini, onun dünyada məşhur olan professorlar və elm adamları tərəfindən müdafiə edilməsini təəccüb və heyrətlə qarşılayacaq və bu böyük ağılsızlığı uzun illər ələ salacaqlar.

Dəccal belə batil üsullarla insanları Allah`ın dinindən uzaqlaşdırmağa çalışmışdır. Lakin hal-hazırda artıq planları alt-üst olmuşdur. Onun istifadə etdiyi üsul, yəni darvinizm bu gün insanların, hətta uşaqların dilində lağ mövzusuna çevrilməyə başlamışdır. Bütün dünya yaxın gələcəkdə darvinizm cəfəngiyatını utanma hissi ilə xatırlayacaqdır. Şübhəsiz, bu, Allah`a qarşı çıxanlara Rəbbimizin bir tələsi, cavabıdır. Allah bir ayəsində belə bildirir:

Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri onları yaxaladı. (Nəhl surəsi, 34)

 

Qeydlər

32. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 254

3 / total 14
"Harun Yəhyanın Darvınist Dəccalın Ölümü 150 İl Davam Edən Darvinist Yalanın Sonu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com