< <
4 / total: 14

2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 2/5

1. "Palçıqlı suda ilk hüceyrə əmələ gəlib" iddiası saxtakarlıqdır

sitokrom C

Sitoxrom C
Tək bir amin turşusu zəncirinin təsadüfən əmələ gəlməsi mümkün deyil. Bu həqiqət darvinizmi kökündən məhv edir.

Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali "ilk hüceyrə" var. Darvinizmə əsasən, hər şey bu "ilk hüceyrə" ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali "ilk hüceyrə"dir.

Darvinizmə əsasən, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç sehrli (!) və ağıllı (!) güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! Habelə bu üç möhtəşəm (!) güc birləşərək hal-hazırda yer üzündə gördüyümüz mükəmməl canlıları da meydana gətirmişdir. Darvinizm dini insanları elə bu cəfəngiyata inandırmağa çalışır.

Lakin bu iddia böyük saxtakarlıq, böyük yalandır.

Əslində, Darvinin irəli sürdüyü palçıqlı suda əmələ gələn bu ilk hüceyrə fantaziyası Darvin dövrünün olduqca geri qalmış elm və texnologiyasına uyğun gəlir. Darvinin hüceyrəni yalnız içi su ilə dolu şar zənn etdiyi nəzərə alındıqda bu uşaq nağılı da o dövrün məlumat və elm anlayışından gözlənilən bir şeydir. O dövrdə insanlar hüceyrənin nəyə bənzədiyini bilmədiklərinə görə, bu yalana asanlıqla inanmışdılar. Lakin genetika elmi ilə əldə edilən nəticələr darvinizmin böyük yalan olduğunu bir daha sübut etmişdir. İndiki məlumat və faktlar əsasında hüceyrənin malik olduğu saysız-hesabsız zülaldan təkcə biri belə təkamül nəzəriyyəsini məhv edir. Zülallar üstün kompleksliyə malik formalardır və təsadüfən əmələ gəlmələri qeyri-mümkündür. Belə ki, laboratoriyalarda şüurlu, nəzarətli şəkildə əmələ gətirilməsi XXI əsrin texnologiyası ilə də mümkün olmamışdır. Belə bir formanın təsadüfən palçıqlı suda əmələ gəldiyini iddia etmək elm adına gülünc, hətta ağılsız iddadır. Amerikalı filosof S.K.Meyer bir zülalın təsadüfən əmələgəlmə ehtimalının qeyri-mümkünlüyünü bu sözlərlə ifadə etmişdir:

Sadəcə 100 amin turşusu uzunluğunda qısa zülal molekulunu əmələ gətirmək üçün keçilməli olan ehtimal maneələri düşünün. Zülal zəncirində digər amin turşuları ilə birləşmələri üçün amin turşuları əvvəlcə peptid rabitəsi adlanan kimyəvi rabitə qurmalıdırlar. Lakin təbiətdə amin turşuları arasında digər bir çox növdə kimyəvi rabitə qurula bilər. Yalnız peptid rabitəsindən ibarət 100 amin turşusu zəncirinin əmələ gətirilmə ehtimalı kobud şəkildə 1030'da birə bərabərdir.

İkincisi, təbiətdə hər amin turşusunun özünə aid güzgüdə əks olunmasına bənzəyən bir tayı var. Biri sol əlli L formasında, digəri isə sağ əlli D formasındadır. Bu bir-birinin əksi olan formalara "optik izomerlər" deyilir. Funksional zülallar sadəcə sol əlli amin turşularını qəbul edir, lakin sağ əlli və sol əlli izomerlərə təbiətdə təqribən eyni sayda rast gəlinir. Bunun nəzərə alınması bioloji cəhətdən funksional bir zülal əldə etməyin qeyri-mümkünlüyünü daha da artırır. 100 100 amin turşusundan ibarət xəyali peptid zəncirində təsadüflər nəticəsində sadəcə sol əlli amin turşularından istifadə etmə ehtimalı (1/2)100 və ya kobud şəkildə desək, 1030'da birə bərabərdir.

Üçüncüsü və ən vacibi isə budur ki, funksional zülallar müəyyən şəkildə düzülərək bir-birinə bağlanmış amin turşularına malik olmalıdırlar, eynilə mənalı bir cümlədəki hərflər kimi. Bioloji cəhətdən 20 növ amin turşusu olduğu üçün müəyyən növ amin turşusunu əldə etmə ehtimalı 1/20-dir. Bu zəncirdəki bəzi yerlərin ancaq bir neçə amin turşusunu qəbul etdiyini nəzərə alsaq, (MTİ-dan (Massaçusets Texnologiya İnstitutundan) biokimyaçı Robert Sauer tərəfindən müəyyən edilən dəyişikliklərdən istifadə edərək) birdən çox funksional zülalda bir funksional amin turşusu düzülüşünü təsadüfən əldə etmə ehtimalının 1065'də bir qeyri-mümkün "deyiləcək qədər az" olduğunu görə bilərik. Bu, sadəcə yüz amin turşusu uzunluğunda bir zülal üçün astronomik rəqəmdir. (Əslində, bu ehtimal daha da azdır, çünki təbiətdə bu hesablamada nəzərə alınmayan və zülalların tərkibində olmayan bir çox başqa amin turşusu mövcuddur.)

Əgər uyğun rabitələrin və optik izomerlərin təmin edilməsi ehtimalı da bu hesaba daxil edilsə, olduqca kiçik və funksional bir zülalı təsadüfən əldə etmə ehtimalı o qədər az olar ki, milyardlarla il yaşı olan kainatda belə bu, həqiqətən, sıfır ehtimal hesab edilir (10125'də bir ehtimal). Habelə, funksional bir DNT-nin təsadüfən əldə edilməsində buna bənzər ciddi çətinliklər olduğunu da nəzərə almaq lazımdır. Bununla yanaşı, ən aşağı səviyyədə bir kompleks hüceyrədə 1 deyil, ən az 100 kompleks zülal (və DNT ilə RNT kimi digər başqa bimolekulyar birləşmələr) olmalıdır və bunlar sıx əlaqədardırlar. Bu səbəbdən, hüceyrədəki mürəkkəbliyin kəmiyyət cəhətdən dəyərləndirilməsi 1960-cı ilin ortalarından etibarən biologiyanın həyatın mənşəyi ilə bağlı bir fikri möhkəmləndirmişdir: Təsadüf bioloji mürəkkəbliyin və özünəməxsusluğun mənşəyini açıqlamaq üçün qane edici açıqlama deyil.33

manzara

Darvinistlərin saxta tanrısı təsadüflərin heç bir şeyi yaratmağa gücü çatmaz, tək yaradıcı aləmlərin Rəbbi olan Allah`dır.

Bütün bu kompleks formaların əmələ gəlməsinin qeyri-mümkün olduğu halda, təsadüfən baş verməsini fərz etsək, darvinstlər DNT kimi möhtəşəm molekulun içində bir milyon ensiklopediya səhifəsini dolduran məlumatın təsadüfən necə əmələ gəldiyini açıqlamalıdırlar. Lakin hüceyrə və həyatın mənşəyi ilə bağlı məsələdə olduğu kimi, bu məsələdə də darvinistlər açıqlama verə bilmirlər. Ziddiyyətli darvinist məntiqə əsasən, palçıqlı suyun içində təsadüfən əmələ gələn bir hüceyrənin içindəki qeyri-adi məlumat da müxtəlif xarici amillər yolu ilə təsadüfən əmələ gəlməlidir. Şübhəsiz, bu, mümkün deyil. DNT-nin içindəki məlumat DNT ilə birlikdə yaradılmış nəhəng məlumatdır.

Darvinistlərin"palçıqlı suda təsadüfən hüceyrə əmələ gəldi" iddiası hüceyrəni içi su ilə dolu şar zənn edən Darvin dövründən qalmış köhnə inancdır. Ancaq XIX əsrə aid bu xurafatlar elmin və texnologiyanın çox irəlilədiyi dövrümüzdə artıq tamamilə əsassızdır. Bir canlı orqanizmində açıqlanmalı saysız-hesabsız kompleks forma var ikən darvinizm bircə zülalın əmələ gəlməsini də açıqlaya bilmir. Lakin darvinistlər bunlardan xəbərsizmiş kimi davranırlar. Hələ də təkamülçü KİV-də palçıqlı sudakı bu qeyri-mümkün əmələgəlmə sanki bir hekayə kitabındakı hekayələr kimi danışılır. Məqsəd bu elmdən kənar, məntiqsiz, amma eyni zamanda da sübutsuz hekayə ilə kütlələri aldatmaqdır. Bu batil dinin tərəfdarlarına əsasən, sözügedən hekayəyə nə qədər çox insan inansa, o qədər çox insan darvinizm sehrinin təsiri altına düşəcəkdir.

dna

DNT kimi möhtəşəm kompleksliyə malik bir quruluşun təsadüfən meydana gəlməsi iddiası darvinizmin ən böyük biabırçılıqlarından biridir. Bir DNT molekulunun içində bir milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat vardır. Belə gözəl bir əsərin təsadüfən əmələ gəlməsi isə qeyri-mümkündür.

Lakin artıq darvinistlərin saxta hekayələrinə insanlar inanmırlar. Yaradılanların hamısı kainatı və içindəkiləri qüsursuz şəkildə yaradan uca Rəbbimizin üstün gücünü və qüdrətini göstərir. Allah Quranda hüceyrənin və insanın üstün yaradılışını belə xəbər vermişdir:

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur! (Muminun surəsi, 12-14)

Qurandan kənarda açıqlama axtaranlar yer üzündəki möhtəşəmliyə istədikləri qədər açıqlama verməyə çalışsınlar, Allah`ın yaratdığı bu əsərin çox böyük və ehtişamlı olması qəti həqiqətdir. Bu üstün yaradılış qarşısında təkamül nəzəriyyəsinə yer yoxdur. Uca Allah bir ayəsində yaratdığı əsərlərin böyüklüyünü belə xəbər verir:

Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz! (Gafir surəsi, 57)

2. "Təbii seleksiya təkamülə səbəb olur" iddiası Saxtakarlıqdır

Darvin 1800-cü ildə "təkamül mexanizmi" kimi bir məfhum irəli sürmüşdü: Təbii seleksiya.

Təbii seleksiya, başqa adı ilə, təbii seçmə deməkdir. Güclü və içində mövcud olduğu şərtlərə uyğun canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, şirlər tərəfindən təhlükəyə məruz qalan zebra sürüsündə daha sürətlə qaçan zebralar həyatda qalacaqlar.

Təbii seleksiya, həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç vaxt təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər əlavə etmə və yeni növ meydana gətirmə qabiliyyətinə malik deyil.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: fərz edək ki, bir coğrafi ərazidə biri daha tüklü, digəri isə nisbətən qısa tüklərə malik iki bənzər it cinsi yaşayır. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşərsə, uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar. Bunun nəticəsində də uzun tüklü itlər daha çox üstünlük qazanacaq, yəni daha çox yaşayacaq, daha çox törəyəcək və rahat qidalanacaqdır. Bir müddət sonra qısa tüklü itlərin sayı da azalar və ya bu canlılar isti ərazilərə köçə bilərlər, ya da nəsilləri tamamilə kəsilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və digər növə nisbətən üstünlük qazanırlar.

köpekler

Soyuq bölgədə uzun tüklü itlər qısa tüklü itlərə görə daha üstün olar, bu səbəbdən, daha uzun yaşayar, daha da çoxalar və daha asan qidalanar. Bu müddət heç bir vəchlə yeni bir it cinsi meydana gətirməz.

Ancaq bu proses ortaya yeni it cinsi çıxarmır. Təbii seleksiya yolu ilə sadəcə onsuz da mövcud olan iki fərqli cinsdən biri üstünlük qazanır. Ortada heç uzun tüklü it yox ikən təbii seçmə nəticəsində uzun tüklü itlər əmələ gəlməmişdir. Bu itlərin zaman ərzində başqa canlı növünə çevrilməsindən də əsla söz gedə bilməz.

Qısacası, təbii seleksiya ortaya yeni növlər, yeni xüsusiyyətlər çıxarmır, sadəcə onsuz da mövcud olan növlərin həyatda qalma ehtimalı artır. Yeni növ və yeni xüsusiyyət əmələ gəlmədiyi üçün də təkamülçülərin iddia etdiyi təkamül də baş verməmişdir. Başqa sözlə, təbii seleksiyanın heç bir "təkamül" xarakteri yoxdur. Belə ki, Darvin özü də bu həqiqəti etiraf etmişdir:

Təbii seleksiya faydalı canlıların başlanğıc mərhələlərinin əmələ gəlməsi üçün kifayət etmir.34

Tanınmış təkamülçü paleontoloq ingilis Kolin Patersonun bununla bağlı etirafı isə belədir:

Heç kim təbii seleksiya mexanizmləri ilə yeni növ əmələ gətirə bilməmişdir. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur.35

Təbii seleksiya yenilik gətirərək bununla növləri dəyişdirən, məsələn, bir sürünənin zaman ərzində quşa çevrilməsini təmin edən möcüzələr yaradan mexanizm deyil. Məşhur bioloq Darsi Uenvort Tompsonun dediyi kimi: "Təbii ki, seleksiyada gördüyümüz şey yaratmaq deyil, yox etmək, aradan götürmək və yanğına sürükləməkdir."36

Ona görə, darvinistlər təbii seleksiyanı təkamül mexanizmi kimi insanlara tanıtmağa çalışaraq yalan deyirlər. Təbii seleksiyanın təkamülə səbəb olmadığını özləri də bilmələrinə baxmayaraq, açıq şəkildə bu saxtakarlığı insanlara qəbul etdirməyə çalışırlar. Darvindən qalan mirasa sahiblənmək arzusu və xəyali ssenarilərinə yeni mexanizm uydura bilməmələri onları bu köhnə iddiaya, bu böyük yalana bağlamışdır. Dövrümüzdə hələ də bu böyük yalana sahib çıxmağa çalışan darvinist elm adamları var. Bu yalanın məhv olacağını görənlər isə başqa bir yalanla ortaya çıxmışdır. Bu yalan "mutasiyalar təkamülə səbəb olur" iddiasıdır.

doğal seleksiyon aldatmacası

Təbii seçmə yeni növ əmələ gətirməz. Yırtıcı heyvanların hücum etdiyi maral sürüsündə daha sürətlə qaçan marallar həyatda qalar və beləcə, maral sürüsü sürətli və güclü fərdlərdən meydana gələr. Amma bu mexanizm maralları təkmilləşdirməz, onları başqa canlı növünə çevirməz.

3. "Mutasiyalar təkamülə səbəb olur" iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsi ilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozur. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqlarının şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.

Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə, əsasən, orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışdır. Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir.37

dna-kromozom

1. Xromosom
2. Histon
DNT-də baş verən hər mutasiya mütləq bu quruluşa zərər verir. Mutasiyalar nəticəsində canlının mükəmməlləşməsi və ya yeni genetik məlumat qazanması mümkün deyil.

Lakin təkamül nəzəriyyəsi sözdə "yeni" canlılar əmələ gətirən, möcüzələr yaradan bu xəyali mutasiyalara əsaslanır. Darvinistlər növlərin xəyali və faydalı saysız-hesabsız mutasiyanın ortaya çıxardığı mükəmməl forma və orqanlar vasitəsilə bir-birlərindən törədiklərini iddia edirlər. Darvinistlərə üz qarası olan bu iddia mutasiyaların orqanizmə mütləq zərər verdiyini bilən darvinist elm adamları tərəfindən irəli sürülmüşdür. Habelə, darvinistlər mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq, sözügedən iddialarına laboratoriyada mutasiyaya uğradılmış dörd qanadlı mutant meyvə milçəyini nümunə göstərirlər. Diqqətli şəkildə həyata keçirilən mutasiyalar nəticəsində meyvə milçəyində əmələ gətirilən iki artıq qanad darvinistlər tərəfindən mutasiyaların təkamülə səbəb olması iddiasının ən böyük dəlili kimi təqdim olunmuşdur. Amma, əslində, bu iki qanad canlıya fayda deyil, zərər vermiş, canlının uçma qabiliyyətinin itirməsinə səbəb olmuşdur. Kaliforniya Universitetindən molekulyar bioloq C. Uels bunu belə açıqlayır:

1970-ci ildə Kaliforniya Texnologiya İnstitutundan genetik Eduard B. Luis üç mutant növünü cütləşdirərək müvazinət orqanı normal olan ikinci cüt qanada çevrilən meyvə milçəyi törətməyi bacardı.

İlk baxışda Karolun təcrübəsi nizamlayıcı DNT-dəki kiçik inkişaf yönlü dəyişikliklərin görünüşdə böyük təkamül xarakterli dəyişikliklər etməsi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə milçəyi yenə də meyvə milçəyidir. Habelə, ikinci cüt qanad normal görünməsinə baxmayaraq, uçma əzələlərindən məhrumdur. Dörd qanadlı meyvə milçəyi quyruğundan lazımsız yerə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı uçarkən və cütləşərkən çətinlik çəkir, buna görə, yalnız laboratoriyada yaşaya bilir. Təkamülə dəlil kimi təqdim edilən dörd qanadlı meyvə milçəyi sirkdəki iki başlı danadan heç də yaxşı görünmür.38

C. Uels sözlərinə belə davam edir:

Artıq qanadlı və ya əskik ayaqlı şikəst meyvə milçəkləri inkişaf genetikası haqqında bizə bəzi şeylər öyrətdi, amma təkamül haqqında heç bir şey öyrətmədi. Bütün dəlillər bir nəticəni göstərir: meyvə milçəyinin embrionuna nə etsək də, yalnız üç ehtimal meydana gələ bilər – normal meyvə milçəyi, qüsurlu meyvə milçəyi və ya ölü meyvə milçəyi. At bir tərəfə dursun, at milçəyi belə deyil.39

Göründüyü kimi, darvinistlərin ziddiyyətli iddialarına yeganə dəlil kimi göstərməyə çalışdıqları dörd qanadlı mutant meyvə milçəyi də qüsurlu meyvə milçəyindən artıq deyil. Mutasiyalar canlı üzərində nə qədər təsirlə olursa-olsun, o canlı növünə başqa canlıya aid xüsusiyyət əlavə etmə kimi möcüzəvi qabiliyyətdən məhrumdurlar. Amma darvinistlər canlıda mutasiyalar yolu ilə möcüzələr əmələ gəlməsi yalanına inanmaq istəyirlər.

mutasyon

Mutasiyaların zərərli təsirləri şəkildəki canlılarda aydın görünür. Mutasiyalar canlıları ya şikəst edir, ya da onları öldürür. Mutasiyalar canlıları inkişaf etdirmir, əksinə onlara ancaq zərər verir.

Maraqlısı budur ki, sözügedən meyvə milçəyinin qüsurlu olması darvinist elm adamlarına məlum olmasına baxmayaraq, bu mutant hələ də dərsliklərdə mutasiya ilə təkamülün ən böyük dəlili kimi göstərilir. Molekulyar bioloq C.Uels bununla bağlı belə yazır:

Peter Raven ve Corc Consonun 1999-cu ildə nəşr olunan dərsliyi Biology'yə əsasən, "təkamül genetik məlumatdakı dəyişikliklərlə başlamışdır... Mutasiya və yenidən birləşmə (mövcud genlərin yenidən nizamlanması) yolu ilə baş verən genetik dəyişiklik təkamül üçün xam maddə hazırlayır." Kitabdakı eyni səhifədə dörd qanadlı meyvə milçəyinin rəsmi verilir və onu "inkişafın kritik mərhələsini nizamlayan gen Ultrabithorax'daki dəyişiklərə görə mutant" adlandırır, bundan əlavə, sinəyə və iki cüt qanada malik olduğunu da əlavə edir.

Yuxarıda qeyd edilən dərs kitabı, bundan əlavə, oxucuya əlavə qanadların qazanc olması təsəvvürünü verir. Amma, əslində, dörd qanadlı meyvə milçəyi uçuş üçün lazımi orqanlardan məhrumdur. Müvazinət orqanları yox olmuş və onların yerini yeni bir şey deyil, digər hissədə onsuz da mövcud olan orqanların surətləri almışdır. Nə qədər dörd qanadlı meyvə milçəyi rəsmləri mutasiyaların yeni orqan əlavə etməsi təsəvvürünü versə də, bunun tam əksi həqiqətə daha yaxındır.40

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan o "xəyali ilk hüceyrə"nin öz-özünə meydana gəldiyini fərz etdikdə belə kompleks quruluşlu insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olarkən, eyni zamanda, bunların "hamısı" canlıya fayda və ya "yenilik" gətirən xüsusiyyətdə olmalıdır. Çünki inkişaf etməkdə olan bu xəyali yeni orqanizmdə baş verəcək bircə səhv sistemin tamamilə pozulub çökməsinə səbəb olacaqdır. Mutasiyaların 99% zərərli və 1% təsirsiz olduğu nəzərə alınarsa, təkamül nəzəriyyəsinə görə baş verməli bu milyardlarla mutasiyanın hər birinin istisnasız faydalı olduğunu iddia etmək, şübhəsiz, ağıla və elmə ziddir.

Ona görə, bir canlıda daha əvvəl mövcud olmayan yeni bir üzvün və ya xüsusiyyətin mutasiyalar nəticəsində meydana gəlməsi qeyri-mümkündür. Mutasiyaların bir canlıya o canlıya aid olmayan yeni məlumat əlavə etmə və onu fərqli canlıya çevirmə gücü yoxdur. Mutasiya iddiası darvinizm yalanının, darvinist məntiqsizliyinin ən böyük göstəricisini təmsil edir. Çünki təkamül fikri, əslində, olmayan bu xəyali "faydalı mutasiyalara" əsaslanır.

Mutasiyalar Simmetriyaya Ziddir

Günəbaxanın yarpaqlarında, ilbizin qabığında, şam qozasında, ya da barmaqlarımızın uzunluğunda olan riyazi nisbət Allah`ın yaratdığı fövqəladə gözəllik və nemətlərdən biridir. Bu, elm adamlarının qızıl nisbət adını verdikləri heyran edici bir uyğunluqdur.

Qızıl nisbət adı verilən və orta əsrlərin ən nüfuzlu riyaziyyatçısı Fibonaççinin kəşf etdiyi say silsiləsinin xüsusiyyəti, silsilədəki ədədlərdən hər birinin özündən əvvəl gələn iki ədədin cəmindən meydana gəlməsidir. Fibonaççi sırası 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584, ... şəklində davam edir. Silsilədəki ədədlər bir əvvəlkinə bölündüyündə, bir-birinə çox yaxın ədədlər əldə edilir. Hətta silsilədəki 13-cü yerdə olan ədəddən sonra bu say sabitləşir. Həmin bu say "qızıl nisbət" olaraq adlandırılan 1,618 - dir. Bu möhtəşəm nisbət Allah`ın möcüzəsi olaraq təbiətdəki bir çox varlıqda müşahidə edilir. Hüceyrələrimizin içindəki DNT zəncirindən kosmosdakı qalaktikaların formalarına, qar kristallarından mikrocanlılara, buynuz və dişlərdən ilbiz qabıqlarına qədər qızıl nisbəti tapmaq mümkündür. Qızıl nisbətə ən maraqlı nümunə insan bədənidir.

simetri

İnsan bədənində,
Üzün uzunluğunun eninə nisbəti;
Dodaqla qaşların birləşmə yeri arasındakı məsafənin burunun uzunluğuna nisbəti;
Üzün uzunluğunun çənə ucu ilə qaşların birləşmə yeri arasındakı məsafəyə nisbəti;
Ağız uzunluğunun burunun eninə nisbəti;
Burun eninin burun deşikləri arasındakı məsafəyə nisbəti;
Göz bəbəkləri arasının qaşların arasına nisbəti;
Barmaq ucu-dirsək arasının bilək-dirsək arasındakı məsafəyə nisbəti ;
Çiyin xəttindən baş ucuna olan məsafənin başın uzunluğuna nisbəti;
Göbək-baş ucu arasındakı məsafənin çiyin xəttindən başın ucuna olan məsafəyə nisbəti;
Göbək-diz arasındakı məsafənin diz-ayaq ucu arasındakı məsafəyə nisbəti qızıl nisbəti göstərir.

Rəbbimiz Quranda: "Allah hər şey üçün bir ölçü təyin etmişdir", - şəklində bildirir. (Talaq surəsi, 3)

Həmin "qızıl nisbət ", Allah`ın bizlər üçün var etdiyi üstün yaradılış dəlillərindən biridir. (Detaylı bilgi için bkz. http://altinoran.org)

Canlılardakı mükəmməl simmetriya və bu möhtəşəm qızıl nisbət darvinistlərin təkamül iddiasını təkbaşına yox edir. Çünki darvinistlərin sözdə təkmilləşdirici adlandırdıqları mutasiyalar simmetriyaya ziddir. Darvinistlərin iddia etdiyinə görə, təsadüfi mutasiyalar əmələ gəldikdə canlılarda mükəmməl qızıl nisbət meydana gəlməməlidir. Canlı varlıqlarda ziddiyyət və nizamsızlığın meydana gəlməsi lazım gələrdi. Çünki mutasiyalar nizamsız hadisələrdir. Mutasiyalar bir canlıda daha əvvəl mövcud olmayan qolu meydana gətirib, ona uyğun bir əl əmələ gətirib, əlin barmaqlarını bu riyazi nisbətə görə tənzimləyə bilməzdi. Üstəlik, bədənin tam qarşı tərəfində fövqəladə bir simmetriya içində eyni uzunluqda bir başqa qol, eyni böyüklükdə və tam simmetrik şəkildə nizamlanmış başqa əl və eyni həssas riyazi nisbətə sahib eyni sayda digər barmaqları meydana gətirə bilməzlər. Təsadüfi mutasiyalar əvvəldən qərar alıb, mükəmməl komplekslikdəki gözü meydana gətirib, ardınca əks tərəfdə üzə və digər gözə mükəmməl uyğun, eyni böyüklükdə və eyni funksiyalara sahib yeni və görən bir göz meydana gətirə bilməzlər. Təsadüfi mutasiyalar sağ tərəfdə darvinistlərin iddia etdikləri şəkildə qulaq meydana gətirib, dərhal sol tərəfdə də eyni simmetrik, eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə sahib ikinci bir qulaq meydana gətirə bilməzlər. Zindan, çəkic, üzəngi kimi strukturların hər birini mükəmməl şəkildə meydana gətirib, bunlara funksiyalar verib, eyni simmetriyada qüsursuz şəkildə meydana gətirə bilməzlər.

Bir canlının yaşaya bilməsi üçün təsadüfi mutasiyaların ürək qapaqcıqlarını da ürəyin iki tərəfində eyni şəkildə, eyni simmetrik və eyni funksiyanı yerinə yetirəcək şəkildə meydana gətirmələri gərəkir. Əks təqdirdə, o canlı həyatını davam etdirə bilməz. Bu nisbət və simmetriya bədənin hər orqanında eyni şəkildə yaradılmalıdır. Çünki günümüzdəki canlılar da, keçmişdə yaşamış olanlar da eyni mükəmməl simmetriyanı göstərirlər. Canlıların heç biri bir qulağı tərs, bir ağciyəri fərqli, bir gözü alnında, o birisi isə burnunda olacaq şəkildə mövcud deyil. Canlılarda belə bir ziddiyyət olmadığına görə, darvinistlər mutasiyaların təkmilləşdirdiyinə dair iddiaları ilə böyük bir kütləni aldatmağa çalışırlar.

simetri

Bir qulağı tərs, bir gözü alnında olan canlılar çox nadir hallarda qarşımıza əcaib varlıq olaraq çıxırlar. Mutasiyaların meydana gətirdiyi nəticə məhz budur.

Mətbuatda və elmi dairələrdə diqqət çəkən, çox da uzun yaşamayan bu canlılara sözügedən bu qəribə görünüşü mutasiyalar verir. Mutasiyalar canlı orqanizmin genlərini pozmuş, canlıya aid möhtəşəm simmetriyanı ortadan qaldırmış, onu yaşamaz hala gətirmişdir. Ancaq burada unudulmaması lazım olan şey mutasiyaların da Allah`ın nəzarətində həyata keçən hadisələr olmasıdır. Allah yaradıcılığındakı mükəmməlliyi insanlara göstərmək üçün belə nümunələrlə yaratma sənətini göstərir.

Fərz edilən faydalı mutasiyalar üçün lazım olan sonsuz zaman

Həqiqətən, faydalı mutasiyaların baş vermə ehtimalını fərz etsək belə, mutasiya iddiası təkamül nəzəriyyəsinə uyğun gəlmir. MTİ-də (Massaçusets Texnologiya İnstitutu – Massachusetts Institute of Technology) elektrik mühəndisliyi fakültəsinin professoru Murray Eden “neodarvinist təkamülün elmi nəzəriyyə kimi əsassızlığı” başlıqlı məqaləsində adaptasiya məqsədli dəyişikliyi meydana gətirmək üçün altı mutasiya lazımdırsa, bunun təsadüfən ancaq bir milyard ildə bir baş verəcəyini, əgər iki düjün gen daxil olacaqsa, bu təqdirdə Yerin yaşından daha uzun müddətin, daha doğrusu, 10.000.000.000 ilə ehtiyac olacağını açıqlamışdır.41 Riyaziyyatçılar birdən artıq mutasiyanın eyni anda meydana gəlməsi lazım olan mürəkkəb üzv və orqanlarda mutasiyaların faydalı və təsirli olduğu fərz edildikdə belə darvinistlər üçün zaman problemi olduğunu açıq şəkildə bildirirlər. Ən qatı darvinistlərdən olan paleontologiya üzrə professor C.C.Simpson belə beş mutasiyanın eyni anda baş verməsinin sonsuz zaman tələb etdiyini açıq şəkildə bildirir.42 Sonsuz zaman belə bir ehtimalın olmadığı deməkdir və bu ehtimal, eyni zamanda, canlı orqanizmlərin malik olduqları bütün quruluş və orqanlara da aiddir. Bu halda, dövrümüzdə gördüyümüz möhtəşəm canlı müxtəlifliyinin mutasiyalarla əmələgəlmə ehtimalının qeyri-mümkün olduğu aydındır.

mutasyon-dna sarmalı

1. Mutasiya
2. DNT spiralı
Canlı DNT-si olduqca kompleks bir quruluşa malikdir. Təsadüfi hər cür müdaxilə bu quruluşa ancaq zərər verər. Bu isə xəstə, şikəst və ölü orqanizmlərin meydana gəlməsinə səbəb olar.

Təkamülçü C.C.Simpson sözügedən mutasiya iddiası ilə bağlı başqa hesablama da aparmış və hər gün yeni generasiya əmələ gətirdiyini fərz etdiyimiz 100 milyon fərdlik sürüdə mutasiyalardan əldə edilən müsbət nəticənin ancaq 274 milyard ildə bir meydana gələ biləcəyini etiraf etmişdir. Bu say 4,5 milyard il kimi təxmin etdiyimiz Yerin yaşından yüz dəfələrlə böyükdür.43 Təbii ki, bütün bunlar mutasiyaların müsbət təsirinin olduğunu və ya yeni generasiyalar meydana gətirə bildiyini fərz etdikdə, ortaya çıxan hesablamalardır. Lakin real dünyada belə bir fərziyyəyə yer yoxdur.

“Təkamül keçirən” canlı orqanizmi nə üçün mutasiyalara qarşı qorunur?

Bütün təkamülçü elm adamları bilirlər ki, canlının DNT-sində birdən-birə replikasiya səhvinin meydana gəlmə ehtimalı çox azdır. Tədqiqatlar hüceyrələrdə genetik səhvlərin əmələ gəlməsinin qarşısını alan qoruyucu ünsürlərin mövcud olduğunu üzə çıxarmışdır. DNT-dəki məlumat bir-birini səhvlərə qarşı yoxlayan bir-birindən fərqli saysız-hesabsız hormon olmadan replikasiya edilə bilməz. Bunlar düzgün amin turşusunun düzgün RNT-yə birləşdiyini müəyyən edilməsi üçün cüt süzgəcli hormonlardan təşkil olunmuşdur. Bir süzgəc çox böyük amin turşusunu kənar edərkən digəri çox kiçiklərini kənarlaşdırır. Bu, olduqca həssas və ağıllı sistemdir. Bu ağıllı sistemdə səhv meydana gəlməsi ehtimalına qarşı sonuncu yoxlamanı aparan hormonlar da var. Elm adamları öz ağılları çərçivəsində DNT-nin bütünlüyünü qorumağa xidmət edən daha yaxşı hüceyrə nəzarəti və müdafiə sistemi təsəvvürünün olmadığını qəbul edirlər.44

30 il boyu Sarbonnada təkamül kürsüsünə rəhbərlik edən Pier Paul Qrass bu məsələ ilə bağlı belə yazır:

Küləklə daşınan tozun Dürerin "Melancolia"sını əmələ gətirmə ehtimalı gözü əmələ gətirən DNT molekullarında meydana gələcək replikasiya səhvi ehtimalından daha azdır.45

Darvinistlər DNT-dəki bu möcüzəvi sistemi görməməzliyə vurur, bu mövzunu dərindən araşdırıb açıqlama gətirməkdən çəkinirlər. Lakin bir tərəfdən də əmələgəlmə ehtimalı demək olar ki, qeyri-mümkün olan replikasiya səhvləri haqqında həyat tarixi ssenarisi uydururlar. Bu, darvinist məntiqin uğursuzluğunu bir daha nümayiş etdirir.

Darvinin irəli sürdüyü təbii seleksiya iddiasının təkamül üçün qəti açıqlama olmadığının başa düşülməsinin və genetika qanunlarının darvinizmə zərbə kimi ön plana çıxmasının ardınca neodarvinizmin ən böyük silahı kimi üzə çıxarılan “mutasiyaların təkamül xarakterli təsiri” iddiası göründüyü kimi, yalandan ibarətdir. Canlı orqanizmi pozan, öldürən, məhv edən, bəzən də ondan sonrakı bütün nəsillərə təsir edərək zərər verən mutasiya kimi mexanizmin yeni canlılar üzə çıxardığını iddia etmək, şübhəsiz, böyük ağılsızlıqdır. Lakin insanlar illər boyu bu yalanla aldadılıblar. Əlbəttə, darvinist elm adamları da mutasiyaların bu cür möcüzəvi gücü olmadığını bilirlər. Belə ki, dövrümüzdəki ən qatı darvinistlərin önündə gedən Riçard Dokinz belə "Mutasiyaların çoxu zərərlidir, arzuolunmaz mənfi təsirin meydana çıxması ehtimalı olduqca çoxdur"46 sözləri ilə bu həqiqəti etiraf etmişdir. Darvinistlərin hələ də bu çürük iddianı təkamül mexanizmi kimi təkidlə təqdim etməyə çalışmaları batil darvinizm dininə bağlılıqlarından irəli gəlir.

 

Qeydlər

33. Stephen C. Meyer, "Word Games: DNA, Design, and Intelligence," Signs of Intelligence: Understanding Intelligent Design, ed. William A. Dembski, James M. Kushiner, Brazos Press, 2001, s. 109-110

34. Charles Darwin, The Origin of Species, 6th edition, 1859 (London: J.M. Dent and Sons Ltd., 1971) - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 84

35. Colin Patterson, "Cladistics", Brian Leek ile Röportaj, Peter Franz, 4 Mart 1982, BBC.

36. Lee M. Spetner, Not By Chance, Shattering the Modern Theory of Evolution, The Judaica Press Inc., 1997, s. 175

37. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 74-75

38. Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.34

39. Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, sf.36

40. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 172-173

41. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 4

42. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, s. 230

43. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 81

44. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 74-75

45. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 81

46. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, s. 141

4 / total 14
"Harun Yəhyanın Darvınist Dəccalın Ölümü 150 İl Davam Edən Darvinist Yalanın Sonu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top