< <
5 / total: 14

2-ci Fəsil: Darvinistlər Saxtakarlıqlarla Dünyanı Aldatdılar 3/5

4. "Ara keçid fosil tapıldı" İddiası Saxtakarlıqdır

Darwin ve Türlerin Kökeni kitabı

Darwin'in Türlerin Kökeni kitabının orjinal nüshası

Darvinin “Növlərin mənşəyi” kitabının orijinal nüsxəsi

Darvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək bircə ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların "gələcəkdə tapılacağına" inanırdı. Növlərin mənşəyi kitabının "Nəzəriyyənin qarşısında duran çətinliklər" fəslində mövzu ilə bağlı bunları yazmışdı:

Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik.... Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.47

Darvinin ümidini təkzib edən və təqribən 150 ildən bəri bircə dənə də tapılmayan ara keçid fosilləri Darvinin nəzəriyyəsinə, həqiqətən də ən böyük etiraz kimi ortaya çıxdı. Çünki müntəzəm olaraq qazıntılar aparılır və darvinistlərin iddiasına əsasən, yer üzünün demək olar ki, hər təbəqəsində milyonlarla, hətta milyardlarla tapılmalı olan ara keçid fosillərindən bir dənəsi belə üzə çıxmırdı. Ara fosilin olmaması darvinizmin ölümü demək idi və batil darvinizm dininin tərəfdarları tərəfindən qəbuledilməz vəziyyət idi. Elə buna görə, darvinistlər ənənəvi üsullarına əl atdılar və fantastik ara fosillər hazırlamağa başladılar. Bu gün darvinist mənbəli nəşrlərə, bu mövzudan bəhs edən orta məktəb və universitet kitablarına baxdıqda ara forma adı altında tanıdılmış bütün canlı fosillərinin, əslində, saxtakarlığın məhsulu olduğunu görürük. Bəzən nəsli kəsilmiş canlılar, bəzən xəyali rəsmlər, bəzən bircə diş fosili, bəzən də laboratoriya mühitində hiylə ilə hazırlanmış kəllə sümüklərindən istifadə edərək uydurulmuş bu saxta dəlillərin hər biri ara fosil olmamasının və darvinizmin yalan olduğunun mühüm sübutudur.

Riyaziyyat professoru V.Smit ara fosil olmaması həqiqətini açıq şəkildə etiraf edən elm adamlarındandır:

"Canlılar çox açıq və təfərrüatlı şəkildə ortaya çıxmışdır, ara fosil yoxdur və itmiş halqalar sözün əsl mənasında mövcud olmamışdır."48

Təkamülçü paleontoloq S.Stenli isə ara fosil olmaması həqiqəti ilə bağlı bu izahları vermişdir:

Məlum olan fosillər böyük morfoloji keçidi həyata keçirən heç bir filetik (irqə aid) təkamül nümunəsi belə göstərmir, ona görə də pilləli modelin əsaslılığı barədə dəlil də vermir.49

fosil yatağı

Yer üzündə 380-dən çox fosil yatağı var. Bu fosil yataqlarından indiyə qədər 250 milyondan çox fosil çıxarılmışdır. Bu qalıqların hamısı yaradılışı sübut edir. Əldə edilən fosillərdən isə tək bir dənəsi belə ara fosil deyil. Bütün qalıqlar yaradılışı isbat edir...

Kanzas Universitetindən geolog Ronald R. Vestin isə bu mövzudakı şərhi belədir:

Əgər təkamül baş versəydi, fosillər bunları göstərməliydi:

◉ Həyata dair dəlillər mövcud olan ən qədim süxurlarda fosilləşmiş ən qədim ilkin canlı formalarına rast gəlinməli,

◉ Daha gənc süxurlar daha mürəkkəb canlı formalarının fosillərinin dəlillərini daşımalı,

◉ Canlı formalarında ibtidaidən daha mürəkkəbə doğru pilləli keçid olmalı,

◉ Həddindən artıq çoxlu sayda ara keçid formalarının fosilləri tapılmalıydı.

Lakin bir çox elm adamının yazdığının əksinə, fosillər Darvinin təkamül nəzəriyyəsini dəstəkləmir.50

Darvinistlər indiyə qədər bircə dənə də olsun ara keçid forma nümunəsi göstərə bilməyiblər. Yer üzünün təbəqələrindən heç bir ara fosil çıxarılmamışdır. Təkamül muzeylərində nümayiş etdirilən həqiqi ara fosil nümunəsi yoxdur. İndiyə qədər 500 milyondan çox fosil tapılmışdır, lakin onlardan heç biri ara fosil deyil. Hamısı ya dövrümüzdə yaşayan, ya da nəsli kəsilmiş canlıların tam, mükəmməl fosil nümunələridir.

Ara formanın olmamasını darvinistlər belə inkar edə bilmirlər. Bəzən darvinistlər müxtəlif çətinliklər qarşısında bunu açıq şəkildə bildirmək məcburiyyətində qalırlar. Buna bir misal olaraq təkamülçü paleontoloq Colin Pattersonun bu mövzu ilə bağlı ifadələrini göstərmək olar:

Təkamül xarakterli keçidlərə dair kitabımdakı (Evolution) nümunə çatışmazlığı haqqındakı şərhlərinizə tamamilə şərikəm. Əgər fosil və ya canlı kimi tanıdığım bircə dənə ara forma olsaydı, kitabıma əlavə edərdim... Açıq danışacağam, fosillər arasında bircə dənə ara keçid forma yoxdur.51

Ara formanın yoxluğu darvinistlərin böyük əksəriyyətinin etdiyi kimi ötürüləcək və ya əhəmiyyətsiz mövzu kimi qarşılanılacaq vəziyyət deyil. Ara formanın yoxluğu təkamülün yoxluğu deməkdir. Təkamül nəzəriyyəsinin əsaslı olması üçün bircə fosil kifayət deyil, bir neçə fosil də kifayət etmir. Bu fosillər milyonlarla olmalıdır. Lakin bircə dənə də ara fosil tapılmayıb. Ona görə, təkcə bu həqiqət – yəni 2000-ci ilin əvvəllərində tapılan fosillərin sayı təqribən 100% təşkil edərkən mövcud olmalı ara fosillərdən bircə dənəsinin də tapılmaması – təkamülün yalan olmasının çox güclü və qəti sübutudur.

Oksford Universitetini zoologiya fakültəsindən Mark Ridley fosillərin təkamülə darvinist yalanı üzə çıxarmaqdan başqa heç bir şey qazandırmadığını bu şəkildə açıqlamışdır:

İstər mərhələli, istər sıçramalı təkamülü müdafiə etsin, heç bir əsl təkamülçü fosillərdən xüsusi yaradılışın qarşısında təkamülü müdafiə etmək üçün istifadə etməz...52

Maraqlıdır ki, darvinistlər bu həqiqətə baxmayaraq, daha sonra nümunələrini görəcəyimiz kimi tam, mükəmməl formadakı fosilləri hələ də ara fosil kimi təqdim etməyə çalışır və ya ara forma fosillərini özləri hazırlayırlar. Saxtakarlığa əl atılmasının səbəbi, şübhəsiz, elmi cəhətdən əsl dəlil gətirə bilməmələridir. Darvinizmi saxtalaşdıran ən mühüm ünsür də bu batil dinin tərəfdarlarının yalan danışıb aldatmağa məcbur olmalarıdır. Bu batil dini müdafiə edənlər “elm adından” hərəkət etdiklərini söyləyirlər, lakin elmin gətirdiyi nəticələr təkamül nəzəriyyəsini açıq şəkildə təkzib edir. Darvinistlərə əsasən, batil darvinizm dininin sağ qalması ancaq saysız-hesabsız yalan yolu ilə baş verə bilər. Buna görədir ki, darvinistlərin bu düsturun bir hissəsi kimi apardıqları "ara fosil tapıldı" təbliğatı da böyük saxtakarlıqdır.

dinazor

Ara fosil tapa bilməyən darvinistlər çıxış yolunu nəsli kəsilmiş canlıları ara forma kimi göstərməkdə tapırlar. Halbuki, bu canlılar tam, qüsursuz, mükəmməl canlılardır.

5. Darvinistlərin yaşayan fosilləri ört-basdır etməyə çalışması saxtakarlıqdır.

kargaşa

50 milyon illik qinko yarpağı qalığı dövrümüzdəki qinko yaprağı ilə eynidir.

Darvin, tədqiqatları əsnasında ginkgo biloba (yapon gavalısı) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bu günkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən "yaşayan fosil" adlandırılacaqdı.

Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkgo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 500 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir (ətraflı məlumat üçün bax: http://www.yaratilismuzesi.com/fosiller/http://www.yaratilisatlasi.com/) Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar. Yaradılış atlası adlı əsərin bütün cildlərində, ölkəmizdə təşkil edilən müxtəlif sərgilərdə və Yaradılış muzeyi adlı internet saytında nümayiş etdirilən fosillər haqqında bəhs edilən nümunələrin sadəcə bir hissəsidir. Sözügedən nümunələr o qədər çoxdur ki, demək olar ki, dövrümüzdəki hər canlı milyonlarla illik həmnövü tərəfindən təmsil edilir və bu fosillər dövrümüzün canlıları ilə mükəmməl uyğunluq içindədirlər. Milyonlarla il əvvəlki fosilləri ilə dövrümüzün canlıları arasında heç bir fərq yoxdur. Canlılar dəyişilməyiblər. İlk dəfə yaradıldıqları kimidirlər.

Amerika Təbiət Tarixi Muzeyinin müdiri, tanınmış təkamülçü paleontoloq N.Eldric təkamülün ən böyük müəmmalarından biri olan yaşayan fosillər həqiqəti qarşısındakı acizliklərini bu sözlərlə açıqlamışdır:

Yaşayan bir orqanizmlə onun uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında müqayisə edəcəyimiz hər hansı bir hissədə demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül xarakterli ətalət fikrinin ən konkret nümunələridir. Yaşayan fosillərin sirrini tam mənada aça bilməmişik.53

N.Eldric darvinistlərin çarəsizliklərini gizlətməyə çalışaraq "təkamül xarakterli ətalət" ifadəsindən istifadə edərək "sanki keçmişdə təkamül prosesi baş vermiş, amma dayanmışdır" kimi təsəvvür yaratmağa çalışsa da, həqiqət budur: fosillər tarixin heç bir dövründə təkamül prosesinin baş vermədiyini sübut edir. Bütün canlı növləri bu gün malik olduqları xüsusiyyətlərlə birlikdə bir anda üzə çıxmış və on milyon illərlə ən kiçik dəyişikliyə belə uğramamışlar. Balıqlar elə balıq, sürünənlər elə sürünən, məməlilər elə məməli, insan da elə insan kimi mövcud olmuşdur. Darvinin ən böyük ümidi olan fosillər Darvinin nəzəriyyəsini məhv edən ən güclü dəlil olmuşdur.

Yaşayan Fosiller
yaşayan fosiller

1. 54-37 Milyon Yılllık Sassafras Yaprağı Fosili
2. 40 Milyon Yılllık Hurma Yaprağı Fosili
3. 125 Milyon Yıllık Yusufçuk Fosili

4. 110 Milyon Yıllık Tarpun Balığı Fosili
5. 150 Milyon Yıllık Istridye Fosili
6. 4 Milyon Yıllık Denizatı Fosili

yaşayan fosiller

7. 65 Milyon Yıllık Vaşak Kafatası Fosili
8. 51 Milyon Yıllık Çakal Kafatası Fosili
9. 45 Milyon Yıllık Zebra Kafatası Fosili

10. 3,9 Milyon Yıllık Deve Kafatası Fosili
11. 50 Milyon Yıllık Antilop Kafatası Fosili
12. 98 Milyon Yıllık Kaplumbağa Fosili

Şübhəsiz, bu vəziyyət heç bir ara fosil ilə dəstəklənməyən təkamül nəzəriyyəsi üçün böyük məğlubiyyətdir. Elə bu səbəbdən, varlıqları darvinist elm adamlarına çox yaxşı məlum olmasına baxmayaraq, yaşayan fosillər heç vaxt gündəmə gətirilmir, ört-basdır edilirlər. Təkamülçü mənbələrə baxan bir insanda sadəcə bir neçə yaşayan fosil olması təsəvvürü yaranacaqdır. Çünki darvinistlər tərəfindən ön plana çəkilən yalnız bir neçə yaşayan fosil var. Eyni mənbələrdə bu bir neçə fosilin möcüzəvi şəkildə heç dəyişilmədən qaldıqları və saysız-hesabsız xəyali təkamül dəlili içində bir "istisna" olması təsəvvürü verməyə çalışırlar.

Lakin bu, yalandır.

Amerikalı paleontoloq S.M.Stenli fosillərin üzə çıxardığı həqiqətin elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə görməzlikdən gəlindiyini belə izah edir:

Məlum olan fosillər mərhələli təkamülə uyğun deyil və heç bir zaman da uyğun olmamışdır. Diqqəti çəkən nöqtə budur ki, bəzi tarixi şərtlər nəticəsində bu barədəki həqiqət gizlənmişdir... Bir çox paleontoloq əllərindəki sübutların Darvinin kiçik, yavaş və mərhələli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikri ilə ziddiyyət təşkil etdiyini hiss etmişdir... Amma onların bu düşüncəsi susdurulmuşdur.54

Nə qədər susdurmağa çalışsalar da, ortada açıq həqiqət var: yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi fosillərin verdiyi nəticələr qarşısında qəti məğlubiyyətə uğramışdır. Elmi kəşflər darvinizmi məhv etmişdir. Darvinistlər artıq yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri gizlədə bilmirlər. Həqiqətlər üzə çıxmış, darvinizmin məhvi darvinistlərin ən böyük təməli olan fosillər tərəfindən elan edilmişdir.

Darvinist tələ pozulmuşdur. Darvinizmə əsasən, nəzəriyyəni dəstəkləyəcəyi gözlənilən fosillər Allah`ın izni və təqdiri ilə darvinizmin sonunu gətirmişdir. İnsanlar canlıların Allah`ın yoxdan yaratdığı həqiqətini qəti şəkildə görmüşdür. Bu dəlil görüldükdən sonra əks iddialarla üzə çıxmağın heç bir dəyəri və təsiri yoxdur. Uca Allah qədərdə dəccalın sistemini başından məhv olmuş, yox olmuş şəkildə yaratmışdır. Bu həqiqəti hər kəs açıq, mübahisəsiz şəkildə görür. Uca Rəbbimiz bütün varlıqları yoxdan yaratdığnı ayələrində bu cür xəbər verir:

Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 28-29)

6. Kembri fosillərinin 70 il gizlədilməsi saxtakarlıqdır

Canlı tarixinin ən qədim dövrlərindən biri olan Kembri dövrü 543-490 milyon il əvvəli təmsil edir. Bu dövrdən əvvəl tək hüceyrəli canlılar və bir neçə çoxhüceyrəli növü hökm sürürkən ani surətdə tam və mükəmməl şəkildə qeyri-adı canlı müxtəlifliyi meydana gəlmişdir. Bu canlıların hamısı əvvəlki canlılardan çox fərqli şəkildə dövrümüzün canlılarına aid qeyri-adi mürəkkəb xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyəti ilə Kembri dövrü təkamül nəzəriyyəsinə böyük zərbədir.

Kembri dövrünə aid fosilləri tapılan canlılar dövrümüzdə mövcud olanlar da daxil olmaqla, 55 şöbənin nümunəsini verir (növ: canlıların əsas bədən quruluşlarına görə təsnif olunduqları "aləm"dən sonrakı ən böyük kateqoriya). Digər sözlə, dövrümüzdəki canlıların hətta çoxunun əsas bədən quruluşu dövrümüzdən təqribən 540 milyon il əvvəl mükəmməl forması ilə mövcud olmuşdur (dövrümüzdə 35 növ canlı var). Kembri dövrünün canlıları dövrümüzdəki mükəmməl kompleksliyə malik canlılardan fərqlənmir. Bu, Darvinin xəyali təkamül ağacına ziddir, xəyali təkamül prosesi üçün müəyyən edilmiş saxta inkişafı alt-üst edir. Darvinin təkamül nəzəriyyəsinə əsasən, təsadüfən əmələ gələn ilk hüceyrənin ardınca tək hüceyrəlilər yer üzündə hökm sürməli, bunun ardından da ibtidai quruluşlu çox hüceyrəlilərlə başlayan hərəkətli həyat suda yaşayan tək növ ilə davam etməlidir. Növün sayı zaman ərzində artmalı, bununla əlaqədar şəkildə də növlər çoxalmalıdır. Lakin Kembri dövrünə aid tapıntıların üzə çıxardığı həqiqət belə deyil. Darvinin təkamül ağacının tamamilə əksinə, dövrümüzdəkindən daha çox sayda müxtəliflik canlı tarixinin hələ lap əvvəllərində tək hüceyrəlilərdən dərhal sonra özünü göstərmişdir (ətraflı məlumat üçün bax: Darvinin başa düşmədiyi Kembri dövrü, Harun Yəhya)

kambriyen

Kembri dövründə tam və mükəmməl halları ilə fövqəladə canlı müxtəlifliyi birdən ortaya çıxmışdır.

Darvinist ideologiyaya sıx bağlı olan qatı darvinist üçün bunu kəşf etmək, şübhəsiz, böyük məhvdir. ABŞ-ın ən məşhur muzeylərindən Smitsonian Muzeyində (Smithsonian Institution) rəhbər və paleontoloq olan Çarlz Dulitl Uolkot da bu batil dinin ən sadiq mənsublarından olduğu üçün ilk dəfə 1909-cu ildə kəşf etməyə başladığı Kembri fosillərinin müxtəlifliyi qarşısında dəhşətə gəlmişdi. 1917-ci ilə qədər davam edən fəaliyyətində cəmi 65.000 fosil nümunəsi toplamışdı. Bunların hamısı Kembri dövrünün mürəkkəb canlılarına aid idi.

Darvinist saxtakarlıqlar nəzərə alındıqda darvinizmin süqutunun xəbərçisi olan bu fosillərin bir darvinist tərəfindən tapılması və ardından eyni darvinist tərəfindən gizlədilməsi də, şübhəsiz, sürpriz deyil. Uolkot mənsub olduğu batil dini bir növ məhv edən, inanclarına zidd olduğu üçün onu dəhşətə salan bu fosilləri gizlətməyə qərar verdi. Çəkdiyi rəsmləri və sənədləri Smitsonian Muzeyindəki siyirmələrdə kilidlədi. Bu xüsusi və mühüm fosillər ancaq 70 il sonra üzə çıxacaqdı.

İsrailli elm adamı Qerald Şröder bununla bağlı belə deyir:

Əgər Uolkot istəsəydi, fosillər üzərində işləmək üçün bir orduluq tələbəni toplaya bilərdi. Amma təkamül gəmisini batırmamağı üstün tutdu. Bu gün Kembri dövrünün fosilləri Çində, Afrikada, Britaniya adalarında, İsveçdə, hətta Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) partlayış dünya səviyyəsində baş vermiş hadisədir. Amma bu qeyri-adı hadisənin xüsusiyyətini müzakirə etmək mümkün olmazdan əvvəl məlumat gizlənmişdir.55

Uolkotun tapdığı Burqes Şeyldəki Kembri dövrünün fosilləri Uolkotun ölümündən on illər sonra yenidən tədqiq edildi. "Kembric qrupu" kimi tanınan və Harri B. Vitinqtin, D. Briqqs və Simon K. Morrisdən ibarət mütəxəssis qrupu 1980-ci ildə fosilləri hərtərəfli şəkildə tədqiq etdilər və faunanın Uolkotun müəyyən etdiyindən daha müxtəlif və qeyri-adi olduğu nəticəsinə gəldilər. Fosillərin bir qisminin dövrümüzdə məlum olan canlı kateqoriyaları altında təsnif olunmasının mümkün olmadığını, ona görə, indikindən fərqli canlı şöbələrinə aid olduqlarını bildirdilər. Canlılar 543-490 milyon il əvvəl davam etmiş Kembri dövründə mükəmməl və mürəkkəb formaları ilə ani şəkildə ortaya çıxmışdılar.

trilobt gözleri

Kembri dövrü canlılarından biri olan trilobitlərdəki mürəkkəb göz quruluşu dövrümüzdə cırcırama böcəyi və arı kimi buğumayaqlılarda eynilə mövcuddur. 540 milyon il əvvəlinin bu möhtəşəm sənət möcüzəsi Allah`ın heyranlıq oyadan əsərlərindən biridir.

Əldə edilən nəticə darvinistlər üçün o qədər gözlənilməz idi ki, elm adamları bu ani hadisəni "partlayış" adlandırdılar. "Kembri partlayışı"; elm tarixinin ən bənzərsiz, təkamülçü elm adamları üçün isə ən açıqlamasız hadisələrin önündə gəlirdi. Hər məsələdə çıxılmaz vəziyyətdə olan təkamül nəzəriyyəsi tərəfdarlarının qarşılaşdığı bu tapıntılar nəticəsində təbliğat məqsədli uydurma hekayələrə də son verməli və "həyatın başlanğıcını açıqlama probleminə" geri dönməli idilər (əlbəttə, bu, həyatın mənşəyinə dair ağıllı və elmi açıqlaması olmayan darvinistlər üçün problemdir. Ağlabatan, elmi və məntiqli hərəkət edənlər kainatın və canlıların uca Allah`ın əsəri olduğunu açıq-aydın görürlər). Darvinin təkamül ağacı tərsinə çevrilmişdi və bu vəziyyət təkamül nəzəriyyəsinin təməl məntiqinə tamamilə zidd idi.

Üstün canlı formalarını, Allah`ın möhtəşəm yaratmasını nümayiş etdirən kembri partlayışı darvinistlər tərəfindən hələ də səssizliklə qarşılanır. Darvinistlər əldə edilən bu qeyri-adi tapıntılar qarşısında sanki sükuta gömülüblər və sanki bu tapıntılar heç yox imiş kimi davranırlar. Canlıların tarixi haqqında uydurduqları saysız-hesabsız aldadıcı ssenarini elmi jurnallarda bir-birinin ardınca nəşr edərkən 540 milyon il əvvəlki bu hekayəni xatırlatmamağa, bunun təkamül nəzəriyyəsini tamamilə aradan qaldırdığını hiss etdirməməyə çalışırlar. Bunu açıq şəkildə etmiş və bütün fosilləri gizlətmiş Ç.D.Uolkot darvinizm yalanının nələr edəcəyinin ən böyük dəlil və nümunələrindən biridir.

Əgər darvinizm, həqiqətən, elm olsaydı, darvinizmi müdafiə edənlər də əsl elm adamı olsaydılar, şübhəsiz, elmi dəyəri bu qədər böyük olan tapıntılar böyük kəşf kimi ön plana çıxarılar və dərhal elmi sayt, kitab və məqalələrə mövzu olardı. Bunun tam əksinin edilməsinin, konkret elmi tapıntıların qəsdən gizlədilməsinin səbəbi darvinizmin elm deyil, dəccalın oyunu kimi üzə çıxan saxta din olmasıdır... Yalan üzərində qurulmuş bu nəzəriyyə saxtakarlıqlarla həyatda qalmağa çalışır. Kembri fosillərinin gizlədilməsi darvinizm adından edilmiş elmi saxtakarlıqlardan sadəcə biridir.

7. Archaeopteryxin Quşların Əcdadı Olması İddiası Saxtakarlıqdır

Archaeopteryx

Archaeopteryx darvinistlərin iddia etdiyi kimi ara forma deyil, əksinə, skelet və tük örtüyü ilə uçmağa son dərəcə əlverişli mükəmməl bir quşdur.

1860-cı ildə Almaniyada tapılan Archaeopteryx adlandırılan quş fosili dövrümüzün quşlarından fərqlənən bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu darvinistlər tərəfindən spekulyasiya kimi istifadə edildi və quş heç bir elmi əsas olmamasına baxmayaraq, dərhal sürünənlərə bənzədilərək sürünən quş ara fosili kimi təqdim edildi.

Lakin bu iddia da böyük yalan idi.

Archaeopteryx'in darvinistlər tərəfindən saxta ara keçid forma kimi əfsanəyə çevrilməsindən bir müddət sonra fosil sümükləri hərtərəfli şəkildə tədqiq edildi və bu canlının sürünəndən quşa xəyali keçidi göstərən "ibtidai quş" olmadığı, əksinə, skelet və tük quruluşunun uçuş üçün olduqca əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərin tarixən yaşamış və hətta dövrümüzdə yaşayan digər bəzi quşlarda da mövcud olduğu üzə çıxdı. Darvinizm tərəfdarı Science jurnalı bu həqiqəti açıq şəkildə dilə gətirmişdi:

Archaeopteryx yəqin ki, ilk quşlarla bağlı tüklərin və uçuşun ən qədim mənşəyi ilə bağlı çox şey deyə bilməz, çünki Archaeopteryx, sözün əsl mənasında, bir quşdur.56

Archaeopteryx fərqli canlı növlərinin xüsusiyyətlərini daşıyan mozaik canlıdır. Mozaik canlılar elm adamları tərəfindən mürəkkəb quruluşları ilə diqqət cəlb edən və bir neçə növün fərqli xüsusiyyətlərini ehtiva edən canlılar kimi tərif edilir. Darvinistlərin Archaeopteryxdən istifadə edərək yalan uydurmalarının səbəbi də bu fosilin mozaik canlıya aid olmasından irəli glir. Əslində, mozaik canlılar da dövrümüzdəki bütün digər canlılar kimi mürəkkəb xüsusiyyət daşıyan yaradılış nümunələridir. Fransız biofizik, təkamülçü Pier Lekont du Nuy bu məsələ ilə bağlı bu etirafı edir:

Müstəsnalıq təşkil edən Archaeopteryx'i əsl ara forma kimi dəyərləndirmək hüququna malik deyilik. Ara forma deyərkən sürünənlərlə quşlar kimi siniflər və ya daha kiçik qruplar arasındakı lazımi keçid mərhələlərini nəzərdə tuturuq. İki fərqli qrupa aid xüsusiyyətlər nümayiş etdirən bir heyvan, əgər üzərində keçidə dair mərhələlər tapılmamışdırsa və keçidə dair mexanizmlər hələ də məlum deyilsə, əsl ara form kimi qəbul edilə bilməz.57

Darvinistlər arasında bu cür etiraf edənlərin sayı, əslində, olduqca çoxdur. Sıçrayışlı təkamül yalanını ortaya ataraq gündəmə gələn XX əsrin ən tanınmış darvinistlərindən S.C.Quld və Niles Eldric də Archaeopteryx'in ara forma kimi qəbul edilməməsində həmfikirdirlər.58 C.Uels: "Dünyanın ən gözəl fosili Ernst Mayrın sürünənlərlə quşlar arasında az qala ən mükəmməl əlaqə olduğu dediyi nümunə səssizcə aradan götürüldü və itmiş halqaların araşdırılması Archaeopteryx heç tapılmamış kimi davam edir"59 deyə bildirərkən bu fosilin təkamülə dəlil olmadığını elmi kütlələrin açıq şəkildə qəbul etdiyini dilə gətirir. Lakin maraqlıdır ki, darvinist elm adamları tərəfindən açıq şəkildə etiraf edilməsinə baxmayaraq, darvinist KİV-lərdə Archaeopteryx fosili hələ də ara forma kimi tanıdılmağa çalışılır. C.Uels bunu belə izah edir:

Bəzi biologiya dərslikləri Archaeopteryx'i itmiş halqanın klassik nümunəsi kimi göstərməyə davam edir. Maderin 1998-ci ildə nəşr olunmuş Biology kitabı onu sürünənlərlə quşlar arasındakı keçid əlaqəsi kimi göstərir. Uilyam Şrayer və Herbert Stoltzenin Biology: The Study of Life (Biologiya: həyatın öyrənilməsi) kitabının 1999-cu il nəşrində də şagirdlərə "bir çox elm adamının onun sürünənlərlə quşlar arasındakı təkamül əlaqəsini təmsil etdiyinə inandığı" deyilir.60

Şübhəsiz, bu vəziyyət bu böyük saxtakarlığın hələ də davam etdirildiyindən irəli gəlir. Əllərində hər hansı ara keçid forma olmamasına baxmayaraq, darvinistlər nəzəriyyələrindən əl çəkmədiklərinə görə, uydurduqları saxta ara keçid formalarını qorumağa çalışırlar. Archaeopteryx'in saxtakarlıqla hələ də gündəmdə saxlanmağa çalışmalarının səbəbi də elə budur.

8. "Coelacanth dənizdən quruya keçid nümunəsidir" iddiası saxtakarlıqdır

Coelacanth

Coelacanthın günümüzdə yaşayan mükəmməl bir balıq olması bu balıq üzərindəki bütün darvinist fərziyyələri ortadan qaldırmışdır.

Əslində, canlı dinozavr tapılsaydı, bu, daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth'ın, dinozavrların üzə çıxmasından 150-200 il əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!61

Focus(Fokus) jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth'ın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl Coelacanth fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini "yeriməyə başlayan ayaqlar", fosilləşmiş yağ kisəsini isə "ibtidai ağciyər" kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

Elə bu vaxt canlı nümunəsi ələ Coelacanth, darvinistlər üçün böyük ümidsizliyə səbəb oldu. Bu və ən sonuncusu 2007-ci ilin may ayı və daha sonra dövrümüzdə dənizlərdə tapılan 200-dən çox Coelacanth, fosillər üzərində aparılan darvinist spekulyasiyaları tamamilə aradan qaldırdı. Başa düşüldü ki, Coelacanth, təqribən 150 sm boyunda, olduqca təkmil quruluşa malik kompleks canlıdır. Həm də bu canlıda 450 milyon illik tarixində heç bir dəyişiklik baş verməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 4500 milyon il əvvəl də eynilə var idi. 

Bütün bunların elmi cəhətdən başa düşülməsinin ardınca Coelacanth, yaşayan fosil nümunələri arasına qatıldı və ara keçid forma olduğuna dair bütün iddialar geri götürüldü. Darvinistlər üzərində fərziyyə qurduqları bir fosili də itirdilər. Əgər bu canlı dövrümüzdə dənizlərdə tapılmasaydı, eynilə Archaeopteryx'də olduğu kimi, bu fosil üzərindəki darvinist fərziyyələr bitməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilçisi kimi tanıdılmaqda davam edəcək və ən yaxşı ara keçid forma kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının ara keçid forma deyil, mükəmməl dəniz canlısı olduğuna dair həqiqətləri ifadə edənlər isə darvinistlər tərəfindən eynilə hal-hazırda digər ara keçid forma iddialarındakı kimi susdurulacaqdılar.

Lakin heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allah`ındır. Allah`dan başqasına tapınanlar həqiqətdə Allah`a qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunis surəsi, 66)

9. Darvinizmə Dəlil Göstərilməyə Çalışılan Bütün Kəllə Sümüyü Fosilləri Saxtadır

rekonstrüksiyon

Darvinistlər ara fosil göstərə bilmədikləri üçün xəyali şəkillərlə insanları aldatmağa çalışırlar. Halbuki, bu şəkillərin hamısı saxtadır.

Darvinizm həqiqi elmi təməllərə və dəlillərə əsaslanmadığı üçün uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışır. Bunun üçün darvinistlərin əlində fərziyyə uyduracaqları məmulatların olması kifayətdir. Darvinistlər haqqında fərziyyə uyduracaqları nəsli kəsilmiş canlı fosillərini götürüb formadan-formaya salır və onları ideologiyalarına dəlil kimi istifadə edirlər. İllər boyu nəsli kəsilmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi kimi tanıdılmağa çalışılan, lakin canlı nümunəsi dövrümüzdə dənizlərdə mövcud olan Coelacanth, bu saxtakarlığı əks etdirən mühüm dəlildir. Darvinistlər eyni taktikadan digər canlılar və insan üzərində də istifadə etməyə çalışırlar. Əllərində olan bütün fosilləri görünüşünə görə təsnifləndirir və öz ağıllarına görə istədiklərinə "ara keçid forma" adı verirlər. Lakin ara keçid forma adlandırdıqları fosillərin hamısı eyni ilə Coelacanth kimi mükəmməl və qüsursuz canlılara aiddir.

Belə ki, ara keçid forma kimi təqdim etməyə çalışdıqları bütün fosillərin əsassızlığı sübut edilmiş, onların nəsli kəsilmiş kompleks canlılara aid olduğu elmi cəhətdən əsaslandırılmışdır. Məsələ insanın xəyali təkamülü olduqda isə saxtakarlıq məmulatları, əsasən, nəsli kəsilmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan qövmləridir. İndiyə qədər irəli sürülmüş bütün ara keçid forma iddiaları bu saxtakarlıq üsuluna əsaslanır. Məsələn, darvinistlərin insanın xəyali təkamülünə misal kimi təqdim etdikləri saysız-hesabsız kəllə sümüyünün nəsli kəsilmiş meymun və ya insan irqlərinə aid olduğu qəti və elmi cəhətdən sübut edilmiş və sözügedən kəllə sümükləri elmi ədəbiyyatdan çıxarılmışdır:

◉ 1891-ci ildə tapılan və Yava adamı adlandırılan fosil ilə 1923-cü ildə tapılan və Pekin adamı adlandırılan fosilin 1939-cu ildə saxta ara keçid forma olduğu başa düşülmüşdür.

◉ 1922-ci ildə ara keçid forma olduğu iddia edilən, ən böyük dəlil kimi təqdim edilən və Nebraska adamı adlandırılan diş fosilinin 1927-ci ildə qabana aid olduğu başa düşülmüşdür.

◉ 1959-cu ildə tapılan və Zinjanthropus adlandırılan fosilin adi meymun olduğu başa düşülmüş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.

◉ 1930-cu ildə tapılan və 50 il boyu ara keçid forma kimi nümayiş etdirilən Ramapithecusun 1981-ci ildə adi babuin cinsi olduğu başa düşüldüyünə görə ləğv edildi.

◉ 1974-cü ildə Afrikada tapılan Lusinin 1999-2000-ci illərdə aparılan elmi fəaliyyətlər nəticəsində saxta olduğu başa düşülmüş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.

◉ 1924-cü ildə tapılan və Taung uşağı adlandırılan kəllə sümüyü fosilinin gənc qorillaya aid olduğunu başa düşülməsi ilə bu fosil də 1954-cü ildə ləğv edilmişdir.

◉ 1984-cü ildə tapılan və Homo Erectus növünə aid edilən Turkana uşağı fosilinin, əlsində, 12 yaşlı uşağa aid olduğu və böyüdükdə təqribən 1.83 m boyunda olacağı müəyyən edilmişdir. Fosilin dik skelet quruluşu dövrümüzdəki insanınkından fərqi yoxdur. Fosil haqqındakı bütün fərziyyələrin saxta olduğu başa düşülmüşdür

Darvinistlərin saxta kəllə sümükləri
sahte kafatasları

1. SAHTE Pekin Adamı
2. SAHTE Java Adamı
3. SAHTE Taung çocugu
4. SAHTE Nebraska Adamı

5. SAHTE Zinjanthropus
6. SAHTE Turkana Çocuğu
7. SAHTE Lucy

Reading Universitetinin geologiya fakültəsindən təkamülçü L.B.Halsted Nature jurnalına verdiyi açıqlamada bu günə qədər insanın təkamülünə dəlil kimi göstərilməyə çalışılan fosillərin insanın təkamülünə əsla dəlil olmadığını və bu istiqamətdə darvinistlərin əlində heç bir tapıntı olmadığını bu sözlərlə etiraf etmişdir:

Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bu həqiqəti göstərir: insanın, həqiqətən, əcdadı olan əsl fosil yoxdur... ki, bu yaradılışa inananların illər boyu müdafiə etdiyi şeydir.62

Bioloq L.Vatson darvinistlərin əlində insanın təkamülünü sübut edəcək bircə fosilin belə olmadığını bu sözlərlə ifadə edir:

Dövrümüzdəki meymunlar heç yoxdan var olmuş kimidirlər. Keçmişləri, fosil izləri yoxdur və dik yeriyən, tüksüz, alət düzəldən və iri beyinli varlıqlar kimi dövrümüzün insanlarının da əsl mənşəyi, əgər özümüzə qarşı səmimi olsaq, eyni şəkildə sirli məsələdir.63

Nə qədər L.Vatson həqiqətləri açıq şəkildə ifadə etməkdən çəkinərək insanın mənşəyini öz ağlına görə "sirli məsələ" kimi göstərsə də, insanın mənşəyi çox açıqdır: bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu həqiqəti təsdiq edir. Bütün bunlarla bərabər darvinistlər üzə çıxan yeni fosillər qarşısında daima zaman problemi ilə üzləşirlər. Təkamül üçün hesabladıqları tarixləri daim "geriyə çəkir", fosillərin təkamülü inkar etdiyini gördükcə daima iddialarını dəyişdirməli olurlar. Məsələn, yerin təbəqələrində tapılan 200 milyon illik insan ayaq izləri ilə bərabər Kretase dövrünə (144-65 milyon il) aid təbəqələrdə tapılmış insan sümükləri insanın 100 milyonlarla illik keçmişi olduğunu göstərir.64 Bu tarixlər dövrümüzün insanı üçün təkamülçülər tərəfindən müəyyən edilmiş sadəcə 50.000 illik zaman nəzərə alındıqda, şübhəsiz, böyük fərqə işarə edir. 2007-ci il avqust ayında açıqlanan yeni fosillər isə darvinistlər tərəfindən Homo Erectus Homo Habilus adlandırılan canlıların eyni dövrdə birlikdə yaşadıqlarını göstərmişdir. Zaman problemi insanın xəyali təkamülü ilə bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan mühüm amillərdən biridir.

Bütün bu həqiqətlərə baxmayaraq, darvinistlər sözügedən saxta fosilləri elmi dəlil kimi göstərməyə davam edir və insanın təkamülü nağılını öz ağıllarına görə həqiqətə çevirməyə çalışırlar. Elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, bu fosilləri hələ də elmi mənbələrdə və məktəb dərsliklərində göstərməyə davam edir və insanları aldadırlar. Yazıçı H.Haneqraaf bu aldadıcı üsulu belə izah etmişdir:

Yava adamının E. Dubois adlı holland tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı hamıya məlumdur. Məlum olmayan şey isə Yava adamının bir kəllə sümüyü parçası, bir bud sümüyü, üç diş və çox böyük fantaziyadan ibarət olmasıdır. Bundan daha çox narahatlıq verən həqiqət isə bud sümüyünün kəllə sümüyü parçasından 50 fut (15 km) aralıda və bir il sonra tapılmasıdır...

... Əsasən, Selenka Expedition (Selenka ekspedisiyası) kimi tanınan və fosil tədqiqatlarının aparıldığı müddət Yava adamı ilə bağlı fərziyyələrin doğruluğunu göstərməyə cəhd edən 19 təkamülçüdən ibarət idi. Ancaq sözügedən təkamülçülər hazırladıqları 342 səhifəlik elmi hesabatda Yava adamının insanın təkamülündə heç bir rolu olmadığını açıq şəkildə bildirmişdir.

Bütün bunlara baxmayaraq, Times jurnalı təəccüblü şəkildə Yava adamından utanmadan insanın təkamül əcdadı kimi bəhs edən “How Man Began” (İnsan necə əmələ gəldi) başlıqlı məqaləni dərc etmişdir.65

Darvinist KİV-lər bu şəkildə darvinist yalanın bir hissəsinə çevrilirlər. Qabaqcıl professorların və elm adamlarının yazdıqları darvinist kitablar da həqiqi elmi dəlillər əvəzinə tamamilə yalana əsaslanan bu saxta ssenariləri təkrarlayır. Elmi ədəbiyyatdan çıxarılmış, əsassızlığı elmi cəhətdən sübut edilmiş kəllə sümüklərinin təkamülə dəlil kimi hələ də gündəmdə saxlanmasının səbəbi də bu yalanı davam etdirməkdir. Təkamülçü zooloq Robert Martin bu mövzu ilə bağlı New Scientist jurnalına bunları demişdir:

Son illərdə müxtəlif yazıçılar insanın mənşəyi ilə bağlı məşhur kitablar yazıblar. Onların hamısı həqiqətlər və obyektivlik əvəzinə fantaziyalar və subyektivlik üzərində qurulmuşdu.66

Hal-hazırda darvinistlərin insanın təkamülünə dəlil kimi göstərəcəkləri bircə kəllə sümüyü, bircə sümük parçası da tapılmamışdır. Bu həqiqəti qəbul edə bilməyən darvinistlərin çürük metodu isə saxta ara keçid forma fosillərini təqdim edərək yalanla davam etməkdir.

 

Qeydlər

47. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 172, 280

48. Wolfgang Smith, Teilhardism and the New Religion, A Thorough Analysis of the Teachings of Pierre Teilhard de Chardin, Rockford IL, Tan Books and Publishers, Inc. 1988, s. 8 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181

49. Stephen Stanley, Macroevolution: Pattern and Process, San Francisco CA, W. H. Freeman, 1979, s. 39 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 153

50. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 153

51. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 152

52. Mark Ridley, "Who Doubts Evolution?", New Scientist, vol. 90, 1981, s. 831 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 152

53. http://www.nwcreation.net/fossilsliving.html

54. S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books Inc. Publishers, N.Y., 1981, s.71

55. Gerald Schroeder, "Evolution: Rationality vs. Randomness", http://www.geraldschroeder.com/evolution.html

56. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 19

57. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 22

58. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 22

59. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 131

60. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 130

61. Focus, Nisan 2003

62. L. B. Halstead "Museum of Errors", Nature, 20 Kasım 1980, s. 280 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 180

63. Lyall Watson, "The Water People", Science Digest, vol. 90, no. 5, Mayıs 1982, s. 44 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181

64. F. A. Barnes, Desert Magazine, 38: 36-39, fiubat 1975 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 182

65. Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 32-33

66. Robert Martin, "Man Is Not An Onion", New Scientist, 4 Ağustos 1977, s. 283 ve 285 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 181

5 / total 14
"Harun Yəhyanın Darvınist Dəccalın Ölümü 150 İl Davam Edən Darvinist Yalanın Sonu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top