< <
2 / total: 9

Quranda Işarə Edilən Gözəl Davranişlar

İnanan insanın ruh halını, rəftarını, üstün əxlaqını Allah bir çox ayəsində təsvir etmişdir. Möminlərin içlərindəki Allah qorxusu, heç bir şübhəyə yer verməyən qüvvətli imanları, həmişə Allah'ın razılığını axtarışları, hər hadisədə Rəbbimizə güvənmələri, təvəkkülləri, qərarlılıqları, şövqləri, axirətə qəti olaraq inanmaları, etibarlı olmaları və bunun kimi sahib olduqları bir çox üstün xüsusiyyət Quran'da bildirilmişdir. Bundan əlavə, Allah'a iman edən insanın ədaləti, şəfqəti, təvazökarlığı, etidalı, səbri, Allah'a təslimiyyəti, boş sözdən üz çevirməsi və bunun kimi bir çox əxlaqi xüsusiyyəti də ayələrlə tərif edilmişdir.

Quran'da, detalları ilə təsvir edilən mömin modeli ilə bərabər, keçmiş dövrdə yaşamış möminlərin həyatları, onların davranışları, danışıqları və hadisələrə göstərdikləri reaksiyalardan, Allah'a etdikləri dualardan verilən nümunələr də vardır. Allah bu nümunələrlə, möminlər üçün bəyəndiyi rəftarlara diqqət çəkmişdir.

Quran'dan uzaq cəmiyyətin (cahiliyyə cəmiyyəti) dünya görüşü ilə qiymətləndirildiyində, məqbul olan davranışlar zamana, şərtlərə, mədəniyyətlərə, ənənələrə, hadisələrə və insanlara görə dəyişər. Amma Quran'a uyan insan üçün, zaman, məkan, mühit ya da şərtlər nə qədər dəyişirsə dəyişsin, ideal mömin modeli dəyişməz. İmanlı insan hər vaxt Allahın Quran'da təsvir etdiyi və işarə etdiyi istiqamətdə davranaraq gözəl rəftar sərgiləyər.

Bu hissədə, Allahın ideal olaraq göstərdiyi rəftardan nümunələr veriləcək. Ancaq Quran'da çox geniş şəkildə izah edilən bütün mömin xüsusiyyətlərinə deyil, bu gözəl əxlaq xüsusiyyətlərini geniş incəliklərə və “gizli mesajlar” şəklində bildirilən hikmətlərə diqqət çəkiləcək.

Təmizlik Anlayışı

Təmizlik, Allahın hökmüdür, möminlərin ruhlarına və yaradılışına ən uyğun olan davranış şəklidir. Buna görə ibadət olaraq tətbiq etdikləri təmizlik, möminlərə bir tərəfdən də, çox böyük zövq və rahatlıq verər. Allah möminlərin maddi və mənəvi hər istiqamətdən təmiz olduqlarına bir çox ayəsində diqqət çəkmişdir. Quranda möminlərin təmizliyi ilə əlaqədar diqqət çəkilən detallardan bəziləri bunlardır:

Ruhda Yaşanan Təmizlik

Quranda diqqət çəkilən təmizlik anlayışı, cahiliyyə cəmiyyətinin bu mövzudakı qavrayışından və tətbiqlərindən olduqca fərqlidir. Qurana uyğun təmizlik əvvəlcə ruhda yaşanar. Quran'a uyğun olmayan bütün əxlaq xüsusiyyətlərindən, məntiq anlayışından və həyat tərzindən tam mənasıyla uzaqlaşıb təmizlənmək, insana mənəvi təmizlik imkanı verər.

Təmizliyin bu ilk mərhələsi ağılda yaranan dərinlik və aydınlıq ilə özünü göstərər. Şübhəsiz, bu son dərəcə əhəmiyyətli xüsusiyyətdir. İnsanlar ruhlarında yaşadıqları təmizliyi maddi və mənəvi olaraq həyatının hər mərhələsinə keçirər və bu şəkildə də, əxlaqında yaranan təmizliyi kənara əks etdirər.

Mənəvi təmizliyə sahib olan insan, ağlından və vicdanından hər cür pisliyi uzaqlaşdırmışdır. Qurandan xəbərsiz insanların son dərəcə normal qarşılayaraq yaşadıqları kin, qısqanclıq, zalımlıq, eqoizm kimi bəzi çirkin xüsusiyyətləri ruhunda əsla yaşamaz. Yüksək əxlaqa diqqət etdiyi üçün, yüksək ruha malikdir. Bu səbəblə möminlər yalnız xarici görünüşlərinə deyil, içlərində, yəni ruhlarında yaşadıqları təmizliyə də əhəmiyyət verərlər. Cahiliyyənin bütün pisliklərindən təmizlənmiş bu davranış şəklini özləri yaşadıqları kimi ətraflarında da yaşatmağa çalışarlar.

Fiziki Təmizlik

İnanan insanın dünyada yaratmaq istədiyi mühit cənnət mühitinin bənzəridir. Allahın, cənnətdə olacağını vəd etdiyi hər şeyi möminlər dünyada da, mümkün olduğu qədər yaşamağa çalışarlar. Necə ki, cənnətlə əlaqədar xəbər verilən detallardan biri də, oradakı insanların fiziki təmizliyidir. Cənnətdə olan insanlardan bəhs edilən ayələrdə onların sanki (hər biri) “...qorunub saxlanılan mirvari kimi...” (Tur surəsi, 24) olduqları xəbər verilmişdir. Bundan başqa cənnətdə insanlar üçün “tərtəmiz zövcələr” (Bəqərə surəsi, 25) olduğu da bir çox ayə ilə müjdələnmişdir.

Quranda Allah hz. Yəhya üçün “... təmizlik (də verdik) ...” (Məryəm surəsi, 13) deyərək möminlərin təmizliyinə diqqət çəkmişdir.

Geyim, Libasın Təmiz və Baxımlı Olması

Quranda yalnız, möminlərin fiziki təmizliyinə deyil, geydikləri paltarların da təmiz olmasının vacibliyinə diqqət çəkilmişdir. Ayədə belə bildirilir:

Geyimini təmiz saxla! Pis şeyləri tərk et! (Müddəssir surəsi, 4-5)

Təmizlik və baxım mövzusunu əhəmiyyətli edən başqa istiqamət də, insanın həm özünə, həm də möminlərə olan hörmətini əks etdirməsidir. Bəslədiyi bu dərin hörmət, etinanı da özü ilə gətirər. Mömin yalnız pislikdən çəkinməklə qalmaz, içində yaşadığı dərin hörməti vurğulayan incəliklər də sərgiləyər. Məsələn, bir insan çox təmiz paltar geyərək də, qarşısındakı insana olan hörmətini göstərə bilər. Allah Quran'da belə buyurur:

Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. ... (Əraf surəsi, 31)

Bu ayədən də aydın olduğu kimi, möminlərin həmişə təmiz, baxımlı olmaları və hər mövzuda olduğu kimi ən yaxşısını axtarmaları Allahın bəyəndiyi rəftardır. Əksinə bir hal ancaq cahiliyyə cəmiyyətinin insanlarına aiddir.

Burada unudulmaması lazım olan əhəmiyyətli nöqtə vardır. İnsanlar ümumiyyətlə cəmiyyət içində əhəmiyyətli gördükləri kəslərin qarşısında baxımlı olmağı, özlərini bəyəndirmələri lazım olan mühitlərdə özlərinə diqqət göstərməyi seçərlər. Halbuki mömin, Quran əxlaqının gərəyi olaraq başqaları üçün deyil, Allahın bəyəndiyi rəftar olduğu və özünün də təbii olaraq rahatladığı rəftar bu olduğu üçün təmizliyi və baxımı tətbiq edər.

Mömin cənnətə layiq görülən insandır və dünyada da cənnətdəki təmizliyi, gözəlliyi həm öz üzərində, həm ətrafında yaratmağa çalışar.

Yaşanan Yerlərin Təmiz Olması

Özlərini və geyimlərini təmiz saxlayan müsəlmanlar, eyni şəkildə yaşadıqları mühitlərin nizamına da son dərəcə diqqət göstərərlər. Quranda bu mövzuda verilən nümunələrdən biri hz. İbrahim ilə əlaqədardır. Allah hz. İbrahimə Kəbəni, orada ibadət edəcək möminlər üçün təmizləməsini əmr etmişdir:

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik. (Həcc surəsi, 26)

Ayənin ifadəsindən də aydın olduğu kimi, Allah bu təmizliyin əvvəlcə o məkanı istifadə edəcək və orada Allah'n razılığını qazanmaq məqsədiylə ibadət edəcək kəslər üçün edilməsini bildirmişdir. Bu səbəblə hz. İbrahimdən sonra gələn bütün möminlər də eyni onun tətbiq etdiyi kimi, Allahın bu buyruğu istiqamətində, möminlərin yaşadığı məkanları təmiz, estetik və gözə xoş gələcək şəkildə mühafizə etməlidirlər.

Üstəlik Quranda bildirilən təmizlik anlayışı cahiliyyə cəmiyyətlərində yaşanandan çox fərqlidir. Allah möminlərin fiziki və mənəvi, hər yöndən “tərtəmiz” olmalarını istəyir. Yəni möminlərin yaşadığı klassik mənada təmizlik deyil, çox detallı, incəliklə düşünülərək edilən təmizlikdir.

Quran'da cənnət həyatına bağlı olaraq edilən təsvirlər də, möminlər üçün bu mövzuda yol göstəricidir. Cənnət mühiti, dünyada qarşılaşılan hər cür çirkdən təmizlənmiş, hər detalın qüsursuz nizam və uyğunlaşma içərisində olduğu, gözəlliklərlə dolu, tərtəmiz məkan olaraq izah edilir. Məhz möminlər də, bu təsvirlər istiqamətində, dünya şərtlərində sahib olduqları imkanlarla cənnəti xatırladacaq mükəmməllikdə mühitlər yaratmaq üçün səy göstərərlər. Bu səy, möminlərin cənnətə olan həsrətlərindən qaynaqlanar.

Yeməklərin Təmiz Olması

Möminlərin, bu əxlaqlarının gərəyi olaraq diqqət göstərdikləri başqa mövzu da, yeməklərin təmiz olanlarını seçmələridir. Bu, Allahın Quranda möminlər üçün bildirdiyi bir əmridir. Bu mövzuya diqqət çəkən bir çox ayədən bir neçəsi belədir:

... Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin ... (Bəqərə surəsi, 57)

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)

Allah möminlərin təmiz yeməkləri seçdiklərinə Kəhf səhabələrindən bəhs etdiyi hekayədə də işarə etmişdir. Ayələrdə Kəhf əhlinin yeyəcək almağa getdiklərində ən təmiz yeməklər aldıqlarını belə xəbər verilmişdir:

... Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. ... (Kəhf surəsi, 19)

Bu mövzu, “Quranda tövsiyə edilən yeməklər” hissəsində daha geniş şəkildə araşdırılacaq.

Hərəkət Etmənin, Yuyunmanın və Su İçmənin Sağlamlıq Qazandırıcı Yönü

Quranda diqqət çəkilən davranışlardan biri də, hz. Əyyuba gələn bir vəhyi izah edən ayələrdə gizlidir:

Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!” (Sad surəsi, 41-42)

Hz. Əyyuba şeytanın verdiyi çətinlik və narahatlığa qarşılıq Allahın bildirdiyi tövsiyələrdən biri “ayağını hərəkət etdirməsidir.” Ayədə keçən bu ifadə hərəkət etmənin, idman etmənin faydalarına işarə etmiş ola bilər.

İdman əsnasında, xüsusilə ayaq əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi (izometrik hərəkətlər) ilə qan dövranı sürətlənər, hüceyrələrə gedən oksigen miqdarı artar. Bunun nəticəsində insanın üzərindəki yorğunluq yox olar, toksik maddələrin orqanizmdən atılması ilə insan rahatlaşar. Eyni zamanda orqanizm mikroblara qarşı daha çox müqavimətli hala gələr. Nizamlı şəkildə məşq edən kəslər geniş və təmiz damarlara sahib olarlar. Bu da damarların tıxanmasını, bu səbəbdən ürək xəstəliklərinin yaranmasının qarşısını alar. Bundan əlavə, nizamlı edilən məşq, qan şəkərinin tarazlığını təmin edərək şəkər xəstəliyinin qarşısının alınmasında rol oynayar. İdmanın qaraciyərə müsbət təsirləri, “yaxşı xolesterol” deyə adlandıra biləcəyimiz xolesterol səviyyəsini yüksəldər. 3

Həm də ayaqların çılpaq olaraq yerə vurulması bədəndə yığılmış statik elektrikin boşaldılmasında çox təsirli üsuldur. Bu üsul bədən üçün bir cür torpaqlama vəzifəsi görər.

Bununla bərabər ayədə diqqət çəkildiyi kimi yuyunmanın da, bədəndəki statik elektrikin atılmasında ən təsirli üsul olduğu bilinir. Yuyunduqda bədəndə yaranan fiziki təmizliklə bərabər gərginlik və halsızlıq da azalar. Bu səbəblə yuyunmaq, həm stress, həm də qızdırmalı xəstəliklər başda olmaq üzrə, bir çox fiziki və psixoloji narahatlıq üzərində müalicəvi təsirə malikdir.

Ayədə, yuyunmaqdan əlavə olaraq bir də su içilməsi tövsiyə edilmişdir. Suyun bədənin hər orqanı üzərində yaratdığı faydalar göz ardı edilə bilməyəcək qədər çoxdur. Tər bezləri, mədə, bağırsaqlar, böyrəklər, dəri və bunlar kimi daha bir çox orqanın sağlamlığı, suyun bədənə yetəri miqdarda alınmasına bağlıdır. Bu mövzuda yaranacaq hər hansı narahatlığın qarşısını yenə su ilə edilən möhkəmlətmə ilə almaq olar. Halsızlığın, yorğunluğun və yuxu halının düzəlməsi də yenə bədəndəki su miqdarının artırılması və beləcə nizamlı olaraq toksik maddələrdən təmizlənilməsi təmin edilərək reallaşar.

Hər biri bədən və ruh sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bu tövsiyələrin bir yerdə tətbiq olunması isə, ən ideal nəticəni verəcək.

Quranda Tövsiyə Edilən Yerimə (Gəzmək) Modeli

Qürurlu insanlar öz üstünlük iddialarını nə qədər çox vurğulayarlarsa, cəmiyyət içərisində o qədər çox təqdir toplayacaqlarını zənn edərlər. Bunun üçün yerimə, danışma, baxma kimi hərəkətlərində şişirdilmiş və diqqət çəkici rəftarlara diqqət edərlər. Bəhs olunan insanların xüsusilə yerimə şəkillərində bunların izlərini görmək mümkündür.

Allah, Quranda lovğalanaraq yerimənin çirkin davranış olduğuna, hz. Loğmanın oğluna verdiyi öyüdləri izah edən ayələrdə diqqət çəkmişdir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

Bir başqa ayədə də möminlər lovğalanaraq yeriməkdən belə çəkindirilərlər:

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)

Allah bu ayələriylə böyüklük göstərib lovğalanan insanları sevmədiyini bildirmiş və belə rəftardan çəkinməyi xatırlatmışdır. Unutmamaq lazımdır ki, şeytanın Allahın hüzurdan qovulmasının səbəbi, onun qürurudur. Özünün, bütün digər yaradılmış varlıqlardan üstün olduğunu iddia etmişdir. Bunu düşünən bir möminin isə, şeytanın daşıdığı qüruru xatırladacaq hər hansı rəftarı göstərməsi mümkün deyil.

Heç kim qürurlu insanlardan və onların yanında olmaqdan xoşlanmaz. Lovğalanaraq yeriyən və üstünlük iddiasında olan bir kimsənin də, əslində bütün insanlar kimi müxtəlif əksikliklərə və acizliklərə sahib olan sıravi insan olduğu hər kəs tərəfindən bilinir. Bu səbəbdən qürurlu insanlar böyümə arzusu içində olduqları halda məqsədlərinə çata bilməz, əksinə kiçik və gülünc vəziyyətlərə düşərlər.

Quranda, bir tərəfdən lovğalanaraq yeriməkdən çəkinməyə diqqət çəkilərkən, bir tərəfdən şişirtmə və nümayişdən uzaq bir yerimə şəkli tövsiyə edilmişdir. “Yerişində həddi gözlə...” (Loğman surəsi, 19) ayəsiylə, Allah təvazökar yerimə şəklinin doğru olduğunu xəbər verir. Təvazökar olan insan Allahın əmrinə uyaraq, bütün rəftarında olduğu kimi yeriməsində də orta yol tutmaqla Allah Qatında da, möminlərin gözündə də hörmətli olar.

Allahın Tövsiyə Etdiyi Səs Tonu

Bir insanın müsbət və sabit xarakter əks etdirməsində, yeriməsi qədər istifadə etdiyi səs tonu da əhəmiyyətli yer tutar. Səsin müsbət və ya mənfi yöndə istifadə edilməsi tamamilə insanın sahib olduğu əxlaqla mütənasib mövzudur. Allahın mömin qullarına bu mövzudakı tövsiyəsi, Quranda hz. Loğmanın ağzından belə xəbər verilir:

... danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi, 19)

Ayədəki nümunədə bəhs edildiyi kimi, qışqıraraq danışan insanın qarşı tərəfdə yaratdığı təsirin müsbət olması gözlənilə bilməz. Yüksək səslə, qışqıraraq danışmaq həm yorucu, həm də narahat edici rəftardır. Allah bu cür səsi uzunqulaq səsinə bənzədərək bu mövzuya diqqət çəkmişdir.

Ancaq burada bir mövzuya da toxunmaq lazımdır. Burada əsas mövzu səsin istifadə şəklidir. Qulağa xoş gələ biləcək bir səs belə, pis əxlaq ilə birləşdiyində son dərəcə iyrənc və narahat edici ola bilərkən, çox gözəl vəsf edilən bir səs, Quran əxlaqı və ruhu ilə çox müsbət şəkil ala bilər. Məsələn, insan gözəl səsə sahib olsa da, əsəbi və qürurlu şəkildə danışarsa iyrənc və dözülməz şəkil alar. Belə insan ətrafındakılarla həmişə bir qarşıdurma halında olduğu üçün həyatı şikayət etməklə, mübahisə etməklə keçər. Bu səbəblə də səsi, bu mənfi xarakterin təsiri ilə çirkinləşər.

Bununla yanaşı, müsbət xarakterə sahib olan bir kimsə, gözəl olmayan, sıravi səsə sahib olsa da, bu qəti olaraq narahatçılıq yaratmaz və göstərilən əxlaqın təsiriylə qulağa xoş gələr. Gözəl əxlaqlı möminin hər şeydən əvvəl, hər rəftarı nəcib, nəzakətli, təvazökar, sülhsevərdir. Həyata olan müsbət dünyagörüşü səbəbiylə son dərəcə canlı, şən və hərəkətlidir. Məhz Quran əxlaqının yaşanması ilə ortaya çıxa biləcək bu mükəmməl quruluş, insanın səsinə də əks olunar.

Nəzakət Anlayışı

Quranda işarə edilən mövzulardan biri, möminlərin son dərəcə nəzakətli olmalarıdır. Ancaq bu nəzakət anlayışı, xalq arasında bilindiyi şəklindən olduqca fərqlidir. Hər insanın ailəsindən, ətrafından öyrəndiyi və daha sonra da təhsilinə, mədəniyyətinə görə şəkillənən nəzakət anlayışı vardır. Ancaq bu, cəmiyyətin hər seqmentinə və hər mədəniyyət quruluşuna görə dəyişiklik göstərər. Quran əxlaqıyla qazanılan nəzakət anlayışı isə, bunların hamısından üstündür. Hər şeydən əvvəl belə nəzakət anlayışı insanlara, mühitə və şərtlərə görə dəyişməz. Quran'ın nəzakət anlayışını yaşayan mömin, qarşısındakı insanı səhvləri olsa da, Allah'ın qulu olaraq görər və danışıq üslubu, davranışları son dərəcə nəzakətli olar. İnsanlara qarşı kobud rəftar göstərməkdən, hər cür kobudluqdan, nəzakətsizlikdən uzaq durar. Allah Quran'da insanlara qarşı yaxşılıqla davranmağı, gözəl söz söyləməyi təşviq etmişdir:

Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!” – deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz. (Bəqərə surəsi, 83)

Quranda xəbər verilən nəzakət anlayışının əsas diqqət çəkən xüsusiyyəti bunun qeyd-şərtsiz yaşanmasıdır. Bir çox mənfi hadisə bir yerə gəlsə də; xəstəlik, yorğunluq, çətinlik olsa da; qarşısındakı insan zəngin, kasıb və ya əsir olsa da mömin gözəl əxlaqdan, nəzakətdən uzaqlaşmaz. Allah bu üstün əxlaqı möminlərə eyni ayədə belə nəsihət etmişdir:

... valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək ... (Bəqərə surəsi, 83)

Qurana görə, nəzakətdə diqqət yetirilməli nöqtələrdən biri də, ana və ataya qarşı olan rəftarlardır. Allah onlara qarşı yaxşılıqla davranılmasını əmr etdikdən sonra bu mövzuda necə həssaslıq göstərməyin lazım olduğunu da belə təsvir etmişdir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

Görüldüyü kimi yaxşı davranış əmr edilməklə bərabər insanlara bu mövzuda diqqət göstərmələri üçün də, detallı nümunə verilmişdir.

Ana-ataya hörmət göstərmənin əhəmiyyəti Quranda Yusif surəsində vurğulanmışdır. Qardaşları tərəfindən kiçik yaşda ikən quyuya atıldığına görə ailəsindən uzun zaman ayrı qalan hz. Yusif, illərlə zindanda qaldıqdan sonra Allahın köməyi sayəsində, Misirin xəzinələrinin başına keçirilmişdir. Və bunun ardından da, ailəsini Misirə öz yanına gətirtmişdir. Yusif peyğəmbərin uzun aradan sonra ana və atasıyla olan ilk qarşılaşması Quran'da belə izah edilir:

Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi.... (Yusuf surəsi, 99-100)

Ayədə bildirildiyi kimi hz. Yusif əhəmiyyətli mövqeyə sahib olduğu halda, ana və atasına qarşı son dərəcə təvazökar rəftar sərgiləmişdir. Onları özünə aid olan taxta çıxardıb oturdaraq onlara bəslədiyi hörmət və sevgini ifadə etmişdir. Hz. Yusif bu rəftarlarıyla həm öz gözəl əxlaqını, həm də ata-anasına bəslədiyi hörməti göstərmişdir.

Quranda İşarə Edilən Qonaq Qarşılamağın Ədəbi

Quran əxlaqını mənimsəmiş mömin üçün qonaq qarşılamaq dəyərli ibadət və gözəl əxlaqın ortaya qoyula biləcəyi fürsətlərdən biridir. Bu səbəblə möminlər, bir çox cahiliyyə insanının əksinə qonağı gözəlliklə qarşılayarlar.

Cahiliyyə cəmiyyətində qonaq, bir çoxu tərəfindən ümumiyyətlə maddi və mənəvi külfət hesab edilər. Çünki insanlar bu qarşılamağı Allahın razılığını qazanacaq ya da gözəl əxlaq sərgiləyəcək mühit olaraq deyil, ictimai ənənə və ya ictimai zərurət olaraq yerinə yetirərlər. Bu mövzuda ancaq və ancaq mənfəət əldə etmə ehtimalı onlar üçün şövqləndirici olar.

Bu mövzuda Quranda diqqət çəkilən nöqtələrdən biri, qonağa təqdim ediləcək mənəvi gözəlliklə bağlıdır. Mömin, qarşılayacağı kəslərə əvvəlcə hörmət, sevgi, hüzur və gülərüz təqdim edər. Bunlar olmadan yalnız ikrama əsaslanan qarşılama məmnun edici olmaz. Quranda əvvəlcə mənəvi gözəlliyə əhəmiyyət verilməsinin vurğulandığı ayələrdən biri Nisa surəsində bildirilir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Görüldüyü kimi Quran əxlaqında gözəl davranışlar göstərmək mövzusunda yarışmaq əsas mövzudur. Möminin qonağı qarşılayarkən verdiyi salam da, bunun nümunəsidir.

Qonaq qarşılamaqla əlaqədar olaraq, Quran'da diqqət çəkilən ikinci mövzu isə qonağın rahatlığına fikir verilməsidir. Quranda bu nöqtədə işarə edilən rəftar isə, əvvəlcə qonağın bütün ehtiyaclarının, qarşılayacaq adam tərəfindən diqqətlə düşünülməsi və onun söyləməsinə və hiss etdirməsinə gərək qalmadan bu ehtiyacların qarşılanmasıdır. Bu rəftarın ən gözəl nümunələrindən biri hz. İbrahimin qonaqlarından bəhs edilən hekayədə yer verilir. Bu ayələrdə bir tərəfdən hz. İbrahimin qarşılaşdığı hadisə xəbər verilərkən, bir tərəfdən də, Quran'da işarə edilən qonaq qarşılama ədəbinin detallarına diqqət çəkilir:

İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı? Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi. (Zəriyət surəsi, 24-27)

Yuxarıdakı ayələrdə ilk diqqət çəkən şey qonağa qarşı olan ikramın sezdirmədən edilməsinin daha gözəl olmasıdır. Çünki qonaq çox vaxt nəzakətindən ötəri qarşı tərəfə ehtiyaclarını hiss etdirməz. Hətta çox vaxt da, incə düşüncəli davranaraq özünə ediləcək ikramlara maneə törətməyə çalışar. Belə adama məsələn, ehtiyacı olub olmadığı soruşulacaq olsa böyük ehtimalla olmadığını söyləyəcək və təşəkkürlə cavab verəcək. Bu vəziyyətdə də, Quran əxlaqına görə göstəriləcək ən uyğun rəftar, ikramın sezdirilmədən edilməsi, qəti olaraq qonağın özünə soruşmadan, hər şeyin incəliklə düşünülərək hazırlanıb təqdim edilməsidir.

Yenə bu ayələrdə işarə edilən başqa gözəl rəftar da, bəhs olunan ikramın gecikmədən edilməsidir. Belə rəftar hər şeydən əvvəl insanın, qonağın varlığından duyduğu məmnuniyyəti ifadə edər. Çünki ikramın ayədə də bəhs edildiyi kimi “dərhal”, “çox keçmədən” edilməsi, qarşı tərəfə xidmət etmə və qarşılama mövzusundakı təvazökarlığını və şövqünü ortaya qoyar.

Zəriyət surəsindəki bu ayələrdən çıxarıla biləcək rəftar isə belədir: Hz. İbrahim evinə gələn qonaqları tanımadığı halda ikramın ən yaxşısını etməyə çalışmış və dərhal gedərək “kök buzov” ilə geri dönmüşdür. Hz. İbrahimin qonaqlarına təqdim etdiyi yemək növü ətdir. Ətin ən ləzzətlisi, ən sağlamı və ən bəslənmiş olanı də “ən kök” olanıdır. Elə isə qonaq qarşılayarkən hər şeyin ən təzəsi, ən keyfiyyətlisi və ən ləzzətlisi seçilərək, diqqətli şəkildə hazırlanmalıdır ki, bu ayənin işarəsidir.

Bundan əlavə Allah bu ayədə ətin də məsləhətli ikram olduğuna diqqət çəkmişdir.

 

2 / total 9
"Harun Yəhyanın Quranın Həyata Təqdim Etdiyi Gözəlliklər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."