< <
3 / total: 9

Quranda Işarə Edilən Ağilli Tədbirlər

Ağıl, Quran'da tez-tez diqqət çəkilən və yalnız möminlərə aid olan xüsusiyyətdir. Ancaq insanlar ağıl ilə zəkanı ümumiyyətlə bir-birinə qarışdırarlar. Ağıllı insanların həqiqətən ağıllı olduqlarını düşünərlər. Halbuki ağıl, Allahın inananlara verdiyi, doğrunu səhvdən ayırmağa, hər mövzuda ən doğru diaqnoz və həlləri tapmağa yarayan bir anlayışdır. Zəka ilə deyil, insanın imanının dərinliyi ilə doğru mütənasibdir. Allah bir çox ayəsində inkarçıların, “ağılsız birlik” olduqlarından bəhs edir.

Ağlın səviyyəsi isə xüsusilə ani hadisələrdə və kompleks vəziyyətlərdə göstərilən reaksiya ilə ortaya çıxar. Allahın varlığını və dinin dərinliyini qavramayan, bu səbəbdən ağıl cəhətdən güclü olmayan kəslərin bu tip vəziyyətlərdəki reaksiyaları ilə, güclü imana sahib kəslərin reaksiyaları müqayisə edildiyində ağıl fərqi çox açıq görülər. Möminlər ani hadisələr qarşısında son dərəcə etidallı rəftarlar göstərər, kompleks görülən hadisələri ağıllarını istifadə edərək çox qısa müddətdə və ən gözəl şəkildə həll edərlər. Çünki Allah'ın “doğrunu səhvdən ayıran” kitab olaraq endirdiyi Quranı çox yaxşı bilər və həyatlarının hər mərhələsində Quran'dakı hökmlərə görə hərəkət edərlər.

Şübhəsiz ki, hər insan, diqqət və ağıl istifadə etməni tələb edən vəziyyətlə qarşı-qarşıya qaldığında müxtəlif həll yolu tapa bilər və ola biləcək zərərlərin qarşısını alacaq tədbir ala bilər. Ancaq bunların heç biri Quranda Allah'ın insanlara təqdim etdiyi həllər qədər qəti, köklü və qalıcı deyil. Çünki Quranı sonsuz elm sahibi Allah endirmişdir. Quranda göstərilən şəkildə hərəkət edən möminlər ayənin ifadəsiylə “möhkəm dəstəyə” yapışmış olarlar və hər işlərində məqsədə uyğun nəticələr əldə edərlər.

Məhz bu hissədə, Quran'da müxtəlif işarələr şəklində izah edilənləri və inananlara yol göstərən ağıllı tədbirləri araşdıracağıq.

Başlanılacaq işin hər mərhələsinin əvvəldən düşünülməsi

Bir işə başlayarkən ətraflı düşünmək, bir neçə mərhələdən sonra, qarşılaşıla biləcək reaksiyaları, ola biləcək alternativləri düşünmək ağlın göstəricisidir. Ağılsız insanlar bu incə hesablamanı edə bilməz, aldıqları qərarın, girişdikləri işin bir sonrakı addımda nələr gətirib, nələr itirəcəyini təxmin etməzlər. Bunun nəticəsində də, etdikləri çox işdə başarısız olarlar.

Möminlərin dərin düşüncə qabiliyyətinin nümunəsi, İbrahim peyğəmbərin, yaşadığı cəmiyyətə dini izah etmək üçün izlədiyi üsulda görülür: Daşlardan oyaraq düzəltdikləri bütlərin ilahi bəzi güclərə sahib olduğuna inanan bu birlik, hz. İbrahimin bütün izahlarına baxmayaraq, vicdanları qəbul etdiyi halda azğın inanclarından imtina etməmişlər. Bu vəziyyətdə İbrahim peyğəmbər də, onların anlaya biləcəyi başqa istiqamətdən yaxınlaşmağa qərar vermiş və bir neçə mərhələli plan izləmişdir.

Əslində heç bir mənası olmayan bu bütlərin, daş parçasından ibarət olduğunu qövmünə isbat etmək üçün, bütləri qırmağa qərar vermişdir. Və bunun üçün xüsusi plan qurmuşdur. Əvvəlcə, ağıllı yol taparaq, bu işi edərkən özünü kimsənin görməməsini təmin etmiş və özünü zəmanətə almışdır. Ətrafındakıları özündən uzaqlaşdırmaq üçün istifadə etdiyi üsul isə, ayələrdə belə xəbər verilir:

“Mən xəstəyəm!” – dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. (Saffat surəsi, 89-90)

Görüldüyü kimi, hz. İbrahimin xəstə olduğunu söylədiyində xalq, bir anda ətrafından dağılaraq uzaqlaşmış və beləcə İbrahim peyğəmbər də bütlərlə baş-başa qalmışdır. Bu mərhələdən sonra inkişaf edən hadisələr isə Quranda belə bildirilir:

Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!” Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya surəsi, 57-58)

Qövmünün böyük gücə sahib olduqlarını sanaraq, özlərinə ilah etdikləri daşdan bütləri qırmış, yalnız birini salamat buraxmışdır ki, nələr olub bitdiyini soruşduqda onlara izah etməsi üçün böyük bütdən soruşa bilsinlər! Ardından maraq və hirs içərisində olan xalq hz. İbrahimin yanına gələrək olan bitəni öyrənməyə çalışmışlar:

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. (Ənbiya surəsi, 62-64)

Bu mövzuyla əlaqədar ayələrin hamısı araşdırıldığında, hz. İbrahimin son dərəcə ağıllı şəkildə mərhələli plana görə hərəkət etdiyi və sonunda da istədiyi nəticəyə nail olduğu açıqca görülür. Həqiqətən də, bütə tapınan bu birlik, salamat qalan bütün, heç bir şeylə onlara fayda verə bilməyəcəyini açıq şəkildə anlamışdır. Çünki bu büt və qırılmış digər bütlər bir daş parçasından ibarətdirlər və nə görə bilir, nə eşidə bilir, nə də danışa bilirlər. Ən əhəmiyyətlisi onları belə paramparça edilməkdən qoruya bilməmişlər. Hz. İbrahimin qövmünə izah etmək istədiyi həqiqət də bundan ibarətdir. Heç bir məna daşımayan daş parçalarına ibadət etməkdən imtina etmələri, bütün gücün və bütün yaradılmışların tək sahibi olan Allah'a yönəlmələridir.

Hz. İbrahim bir neçə mərhələdən sonra reallaşa biləcək ehtimalları hesablayaraq hərəkət etmiş və istədiyi nəticəyə çatmışdır. Bu və bunun kimi Quranda verilmiş bir çox hikmətli nümunə bizə içində olan şərtləri və kəslərin psixologiyalarını göz önündə tutmanın, nəticəyə nail olmaqda son dərəcə təsirli olacağını göstərir. Ağıllı mömin başladığı işin sonrakı mərhələlərini, hansı davranışın ona uzun vədəli müvəffəqiyyət qazandıracağını mütləq hesablayar. Və faydalı gördüyü üçün etdiyi bir şeyin sonrakı mərhələdə zərər gətirməməsini təmin edəcək hər cür tədbiri, Allah'ın Quran'da işarə etdiyi həllər istiqamətində düşünərək alar.

Etibarlı Köməkçinin Lazımlılığı

Hz. Musa, Firona dini təbliğ etmək üçün gedərkən, Allahdan, qardaşını ona köməkçi etməsini istəmişdir. Bu həqiqət ayədə belə xəbər verilir:

Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər deyək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!” (Taha surəsi, 29-35)

Ayələrdən də aydın olduğu kimi əhəmiyyətli vəzifə əsas mövzu olduğunda möminin yanına etibarlı köməkçi alması ağıllı üsul olar. Necə ki, Allah hz. Musanın duasına, “Allah dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz.”” (Qəsas surəsi, 35) şəklində cavab verərək, bir olmalarının həm fiziki, həm də mənəvi hikmətinə diqqət çəkmişdir.

Möminlər Allah'ın diqqət çəkdiyi bu üsulu tətbiq etdikləri təqdirdə, iki adamdan birinin səhvə yol verəcəyi, əksik qala biləcəyi bir anda, digəri dövrəyə girərək yanındakı möminə fiziki və ağıllı dəstəkçisi olacaqdır. Yenə iki adam arasında hal, rəftar və şifahi olaraq Allahın davamlı xatırlanması və zikr edilməsi üçün uyğun mühit meydana gəlməsi isə, ayənin işarə etdiyi sirlərdən bir başqasıdır.

Əlbəttə ki, etibarlı köməkçinin faydası bu qədərlə məhdud deyil. Möminin can və mal təhlükəsizliyi baxımından da tək hərəkət etməməsi və hər hansı təhlükəyə qarşı yanına bir mömini alması böyük əhəmiyyət daşıyır. Beləcə hər iki tərəf də başqasının fərq etmədiyi təhlükəni təsbit edərək, ola biləcək mənfi hadisələri əvvəldən önləyə bilmə imkanını əldə etmiş olarlar.

Əmək Bölgüsü ilə İşin Faydaları

Allah Quran ayələrində bəzi mövzular üzərinə and içərək diqqət çəkmiş və bu mövzuların əhəmiyyətinə işarə etmişdir. Bu mövzulardan biri möminlər arasında əmək bölgüsü edilməsinin əhəmiyyəti ilə əlaqədardır.

Allah, “Və işləri bölənə and olsun” (Zəriyət surəsi, 4) ayəsiylə işlərini aralarında bölüşərək edənlər üzərinə and içərək, bu tətbiqin faydalarına işarə etmişdir. Quranın bu tövsiyəsinə uyaraq bütün lazımlı işlər möminlər arasında paylaşıldığında əvvəlcə sürət və vaxt qazanılacaq. Necə ki, bir adamın 10 saatda reallaşdıra biləcəyi bir işin, on adam tərəfindən 1 saatda tamamlana biləcəyi bilinən həqiqətdir.

Əmək bölgüsü etmənin digər üstünlüyü isə, işə daxil olan hər kəsin ağıl, məlumat, bacarıq və təcrübələrindən ayrı-ayrı faydalanma fürsətinin doğulması və beləcə edilən işin keyfiyyətinin artırılmasıdır.

Bununla yanaşı, bir işi eyni anda çox adamın üzərinə götürməsi, tələsmədən qaynaqlana biləcək potensial səhv və zərər riskini azaltmış olacaq.

Halbuki cahiliyyə cəmiyyətində insanlar mümkün olduğu qədər hər işi tək başlarına etmək istəyərlər ki, beləcə əldə edilən müvəffəqiyyəti də sahiblənə bilsinlər və ətraflarından da bu nisbətdə təqdir əldə edə bilsinlər. Məhz Quranda tövsiyə edilən əmək bölgüsü üsulunun başqa faydası da insanların bu ehtiraslarını qırması və sahiblənmə duyğusunu ortadan qaldırmasıdır. Çünki ortaya çıxan nəticə və əldə edilən səmərə yalnız bir adamın deyil, çox sayda möminin ağlının, məlumat və bacarığının göstəricisi olacağından insanlar, nəfsləri adına böyüklənəcək, lovğalanacaq, öyünəcək və sahiblənəcək vəsait tapa bilməzlər. Hər kəs bərabər nisbətdə üstünlük göstərmiş olar ki, möminlər onsuz da belə hal içində deyil, yalnız Allahı razı etmənin qayğısı içindədirlər.

Əmək bölgüsünün mənəvi mənada qazandırdığı başqa fayda isə, eyni hədəf istiqamətində, ortaq şəkildə xidmət edən möminlərin arasındakı dostluğun, qardaşlığın və bağlılığın bərkiməsidir. Nəfsdə yaşanan ehtirasların qırılması, digər kəslərdə mövcud olan gözəlliklərin və üstün qabiliyyətlərin daha asan fərq edilməsini təmin edər və təvazökar quruluş meydana gələr.

Allahın razılığını qazanmaq məqsədiylə edilən bir işi paylaşmaq, təməlində yatan nəcib məqsəddən ötəri, insanların bir-birlərinə olan hörmətlərini, sevgilərini və bağlılıqlarını artıran başqa ünsürdür. İnsanların o işi bitirmək uğrunda sərf etdikləri hər səy Allaha olan bağlılıqlarından və sevgilərindən qaynaqlanar. Bunu bilmək də qardaşlıq duyğularını bəsləyən başqa əhəmiyyətli nöqtədir.

Gecənin Dinlənmə, Gündüz İsə Çalışma Zamanı Olması

Quranda gecənin dinlənmə, gündüz saatların da çalışma zamanı olduğuna işarə edilmişdir:

Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 67)

Necə ki, bu sistemi araşdırdığımızda, insan maddələr mübadiləsinin gecələri yatmağa və dinlənməyə, gündüzləri isə işə və fəaliyyət etməyə nizamlı şəkildə işlədiyini görərik. Gecələri, qaranlığın təsiri ilə beyindəki epifiz bezinin hərəkətə keçdiyi və bədənin, yuxu nizamını nizamlayan təbii maddə olan melatonin ifraz edərək yuxunu meydana gətirdiyi elmi həqiqətdir. Bu vəziyyətə əlavə olaraq gecə saatlarında beyin funksiyaları yavaşlayar və bədən istiliyi düşər. Bədənin qaranlığa qarşı verdiyi bütün bu reaksiyalar, insanın istehsalının və səmərəsinin müəyyən nisbətdə düşməsinə səbəb olar.

Gün işığı ilə birlikdə isə, melatonin adlı bədən ifrazatının azaldığını, müxtəlif hormonların fəaliyyətə keçdiyini, bədən istiliyinin artdığını və beyin funksiyalarının da ən üst səviyyəyə çatdığını görərik. Bu da insanın ayıqlığını, diqqətini və səmərəsini müsbət istiqamətdə təsir edəcək faktordur. Ayələrdə erkən qalxmağa, gündüz məhsuldarlığına diqqət çəkilməsi və “gecəni istirahət etməniz üçün yaratdıq” deyilməsinin hikmətini, bu məlumatlar ilə bir daha görmüş olarıq.

Əhəmiyyətli Məlumatın Pis Niyyətli İnsanlara Bildirilməməsi

Quranda vurğulanan əhəmiyyətli başqa detal da, art niyyətli olan insanların əhəmiyyətli məlumatların diqqətlə saxlamasıdır. Çünki art niyyətli kimsə, möminlərə yaxşılıq toxunmasını istəməyəcəyindən, lazım olsa əlindəki bütün imkanları istifadə edərək xeyirə maneə törətməyə çalışacaq. Əgər pis niyyət bəslədiyi insana yaxşılıq toxunacağından xəbərdar olsa da, bu, onun qısqanclıq duyğularını daha da qabardaraq qarşı tərəfə zərər vermə ehtimalını doğuracaq.

Quran'da bəhsi keçən Yusif peyğəmbərin qardaşları, bu xarakterin ən təəccüblü nümunələrini təmsil edərlər. Bu kəslər, ataları hz. Yaqubun, Yusif peyğəmbərə olan sevgisini qısqandıqları üçün, hz. Yusifə qarşı böyük nifrət bəsləyirlər. Hz. Yaqub isə bu vəziyyəti fərq etdiyi üçün, hz. Yusifin gördüyü yuxunu izah etdiyi zaman, bundan qəti olaraq qardaşlarına bəhs etməməsini söyləyir. Əks halda ona pislik edə biləcəklərini də Yusif peyğəmbərə xəbərdar edir. Çünki Yaqub peyğəmbər yuxunun şərhindən hz. Yusifin Allah'ın seçdiyi və nemət verdiyi insan olduğunu anlamışdır. Belə məlumatı öyrənmək isə qardaşlarının qısqanclığını və düşmənliyini qat-qat artıracaq. Əlaqədar ayələr belədir:

Bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusif surəsi, 4-6)

Bu ayələrin davamında isə, Allah, “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”. (Yusif surəsi, 7) Necə ki, ayənin tövsiyəsinə uyaraq ibrət gözüylə baxdığımızda da, ilk diqqətimizi çəkən şey, bu cür pis niyyətli kəslərə qarşı son dərəcə təmkinli davranmaq və əsla əhəmiyyətli mövzu haqqında onlara məlumat verməmək lazımdır.

Erkən Davranmanın Əhəmiyyəti

Quranda təhlükəsizliyə dair diqqət çəkilən tədbirlərdən başqası da, önəmli hadisə olduğunda ya da cəhd edildiyi zaman mümkün olduqca erkəndən hərəkətə keçməkdir. Quranda bu mövzuya, Peyğəmbərimiz (s.ə.v)-in etdiyi hərəkət izah edilərək diqqət çəkilmişdir:

O zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah, Eşidəndir, Biləndir! (Ali İmran surəsi, 121)

Hz. Məhəmməd (s.ə.v)-in, möminlərin mübarizədə olduğu zamanda, inananlar arasında iş bölgüsü etmək, görüləcək işləri ətraflı olaraq xəbər vermək üçün “səhər tezdən” hərəkətə başlamağı bildirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in Quranda xəbər verilən bu rəftarı, 1400 ildən bəri Quranı oxuyan bütün inananlar üçün yol göstərici və təşviq edici nümunə yaratmışdır.

Erkən hərəkətə keçən insan, lazımlı bütün fəaliyyətləri bir an əvvəl təşkil edə biləcək. Bu tövsiyəyə uyan insan, hər şeydən əvvəl öz lehində istifadə edə biləcəyi vaxt qazanacaq. Beləcə üstün mövqeyə keçə biləcək, gözlənilməyən vəziyyət ya da gecikmə olduğunda bunu kompensasiya etmə imkanına sahib olacaq.

Bununla yanaşı, işi tələsik etməmək insanlarda yaradacaq psixoloji rahatlıq da əsas mövzudur. Məhdud zaman bəzi insanlar üzərində çaxnaşma və həyəcan kimi təsirlərə səbəb ola bilər ki, bu da insanın diqqətini, mühakimə və həll yolu tapa bilmə qabiliyyətini mənfi istiqamətdə təsir edə bilər. Bu səbəbdən tələsik etməkdən və çaxnaşma halından qaynaqlanan diqqətsizliklər və istənməyən qəzalar meydana gələ bilər. Halbuki daha uzun zaman içərisində rahat və sakit hərəkət edə bilmək, bu vəziyyətin tam əksinə, ağlın və diqqətin üzərindəki təzyiqi tamamilə qaldırar və sağlam qərarlar alına bilməsini təmin edər.

Gecə Vaxtı Tədbirli Olunmasına İşarələr

Gecəni insanlar üçün dinlənmə vaxtı edən Allah, “De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən””. (Fələq surəsi, 1-3) ayəsiylə, gecənin eyni zamanda tədbirli alınmalı zaman olduğuna da diqqət çəkmişdir.

Havanın qaranlıq olduğu, xüsusilə də ayələrdə ifadə edildiyi kimi ətrafı tünd qaranlıq olduğu vaxtlar, insanların hərəkət qabiliyyətinin məhdudlaşdırıldığı, təhlükəsizlik tədbirlərinin çətinləşdiyi, təhlükənin açıqca görülə bilmədiyi və dolayısilə də qəflətin daha sıx ola biləcəyi saatlardır. Gecənin meydana gətirdiyi bu şərtləri təhlükəli hala gətirən əsas səbəb isə, əlbəttə yenə insanlardır. Günaha düşkün olan inkarçılar, bu xarakterlərini rahatca sərgiləyə bilmək üçün şəxsiyyətlərini gizləmək üçün gecəni seçərlər. Necə ki, bu mövzuda aparılan tədqiqatlar da, cinayət, yaralama və oğurluq növü ictimai cinayətləri reallaşdırmaq üçün, insanların gecə yarısıyla başlayan və səhər gün ağarana qədər sürən zaman aralığını seçdiklərini ortaya qoyur.

Bununla yanaşı, Quranda gecəyə və qaranlığa bağlı olaraq diqqət çəkilən başqa nöqtə də, möminlərə qarşı düşmənlik bəsləyən bəzi insanların, onlara zərər verə bilmək üçün xüsusilə bu vaxtları seçdikləridir. Bu mövzuya işarə edən ayələrdən birində, bu tərz insanların möminlər əleyhinə planlar qurmaq üçün xüsusilə gecəni seçdikləri ifadə edilmişdir:

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir. (Nisa surəsi, 108)

Bir başqa ayədə isə, hz. Salehə kin bəsləyən inkarçıların, ona qarşı hücum üçün də gecəni seçdikləri xəbər verilərək, möminlərin bu tərz hadisələrə qarşı təmkinli olması lazım olduğuna işarə edilmişdir:

Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 49)

Allahın qaranlığın bu xüsusiyyətindən xəbərdar etdiyi möminlər, ağıllı olmalarının gərəyi olaraq, hər cür tədbiri alarlar. Gecələri bir yerdən başqa yerə hərəkət edərkən, bir iş başında ikən və hətta yatarkən belə son dərəcə diqqətli və təmkinli olarlar. Ancaq bu narahatlıq mənasında diqqət etmək deyil. Çünki möminlər, hər cür ağıllı tədbir aldıqlarından sonra əsla hər hansı narahatlıq hiss etməz, Allah'a təvəkkül edərlər.

Tək Hərəkət Etməməyin Əhəmiyyəti

Allahın əmrlərini yerimə yetirmək mövzusunda möminlərə nümunə olan peyğəmbərlər, xüsusilə də əhəmiyyətli hadisələrdən söhbət gedəndə, yanlarında həmişə bir mömin ilə birlikdə hərəkət etmişlər. Bunun ən diqqətə çarpan nümunələrindən biri hz. Musa ilə hz. Harunun birliyi görülür. Hz. Musa, özünə böyük düşmənlik bəsləyən Fironla görüşməyə gedərkən, Allahdan qardaşı hz. Harunu özünə köməkçi etməsini istəmiş və səbəbini də belə ifadə etmişdir:

Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”. (Qəsas surəsi, 34)

Bu hikmətləri ilə yanaşı, bir insanın yanında ikinci adamın olması, şahidlik halı meydana gətirdiyi üçün, düşmənlik bəsləyənlər baxımından üzücü və qarşısını alan ünsürdür. Bir insanın tək hərəkət etməsi isə, hər vaxt pis niyyətli insanlara cəsarət verən, etmək istədikləri pisliklərə uyğun mühit hazırlayan mövqe meydana gətirər.

Quranda bu mövzuya işarə edən başqa ayədə də, Musa peyğəmbər və köməkçisinin etdiyi səfərdən bəhs edilir:

Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm”. Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi. (Kəhf surəsi, 60-61)

Ayədən aydın olduğu kimi hz. Musa uzaq bölgəyə doğru uzun səfərə çıxarkən yanına ikinci adamı almışdır. Musa peyğəmbərin etdiyi bu hərəkətin altında ağıllı tədbir yatır. Çünki bir kimsənin, haqqında heç bir məlumatının olmadığı bölgəyə tək başına getməsi müxtəlif qorxular da gətirə bilər. Amma, istər səfər əsnasında olsun, istər getdiyi yerdə olsun başına gələ biləcək maddi mənəvi hər cür çətinlikdə ikinci adam özünə dəstək ola biləcək və kömək edə biləcək.

Quranda buna bənzər başqa nümunə də hz. Məhəmməd (s.ə.v)-in Məkkədən Mədinəyə gedişiylə əlaqədar verilmişdir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Peyğəmbərə düşmənlik bəsləyənlərin əsas məqsədi, onu ələ keçirərək öldürmək və qövmün üzərindəki təsirini ortadan qaldırmaqdır. Bu cür riskli və təhlükəli mühitdə tək hərəkət etmək isə, müşriklərin axtarıb tapa bilmədiyi fürsət olacaq. Buna görə də, yanına bir adam alaraq tədbirli davranmışdır. Peyğəmbərimiz (s.ə.v)-in bu rəftarı, bütün müsəlmanlar üçün yol göstərici nümunədir.

Möminlərin Etibarlı Məkanları Seçmələri

Qurana baxdığımızda bütün peyğəmbərlərin və onlarla birlikdə olan müsəlmanların həmişə mübarizə mühitində yaşadıqlarını və bu mühitin şiddətindən qaynaqlanan açıq şüurlu və diqqətli olduqlarını görərik. Dini həyata və izah etmə mövzusunda göstərdikləri qərarlı münasibət səbəbiylə, peyğəmbərlərə reaksiya vermişlər və hətta öz mənfəətlərinə zərər gəlməsindən narahatlıq keçirərək peyğəmbəri və inananları öldürməyə cəhd etmişlər.

Möminlər isə, Allahın diləməsi xaricində onlara yaxşı ya da pis heç bir şeyin baş verməyəcəyini dərk edərlər. Əgər hər hansı hücuma məruz qalsalar da, bunun öz dünya və axirət həyatları baxımından ən xeyirli nəticə olduğunun fərqindədirlər. Bu səbəbdən Allahdan başqa heç kimdən qorxmazlar. Ancaq bir tərəfdən də ağıllı və aşılması zor tədbirlər alaraq, düşmənlərinin qurduğu tələləri bir-bir pozarlar.

Məhz möminlərin ibadət olaraq tətbiq etdikləri bu ağıllı tədbirlərdən biri də, yaşadıqları yerlərin qorunmasına yönəlmişdir. Bu mövzuda Quranda iştirak edən işarələrdən biri, hz. Davud ilə görüşmək istəyən, bir-biriylə iddialı iki adamın peyğəmbərin yanına gəldiklərini izah edən ayədə gizlidir:

Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. (Sad surəsi, 21)

Bəhsi keçən şikayətçilərin, hz. Davudun olduğu yerə yüksək divarları dırmaşaraq girdiklərini izah edən bu ayə eyni zamanda Davud peyğəmbərin olduğu yerin şəkli haqqında da bizə məlumat verir. Hz. Davudun yaşadığı yerin, divarları möhkəm və yüksək ola bilər. Həm də bura etibarlı və müdafiə etməyə əlverişli yer ola bilər. Belə məkan kənardan gələcək hər cür hücuma qarşı alınması çətindir, bu səbəbdən də təhlükəsizlik üçün ideal şərtlər yaradan yerdir.

Quranda xəbər verilən ağıllı tədbir görmə üsullarından biri də, möminlərin olduğu məkanların ya da evlərin qarşısında it saxlanılmasıdır. Bu mövzuya işarə edən ayələr Kəhf surəsində belə keçir:

Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf surəsi, 18)

Quranda Kəhf əhli olaraq bilinən gənclər, dövrün din düşməni hökmdarından qorunmaq məqsədiylə mağaraya sığınmışlar. Ayələrdə bildirildiyinə görə, Allah onları uzun müddət bu mağarada yatırdıqdan sonra oyatmışdır. Yuxarıdakı ayədə isə, bu gənclərin yatdıqları əsnada yanlarında it saxladıqlarına və bunun onlar üçün qorunmaq üçün olduğuna işarə edilir.

Gətirilən Həllərin Kəskin və Aşılmaz Xüsusiyyətlərdə Olması

Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. (Kəhf surəsi, 94-97)

Quranda keçən bu ayələrdəki hikmətlərdən biri olduqca açıqdır. Hz. Zülqərneyn birliyi qurtaracaq keçici ya da sıravi tədbirlər yerinə elə bir tədbir görmüşdür ki, istifadə etdiyi vəsaitlərdən tikmə üsuluna qədər dövrün hər cür imkanını istifadə etmək heç kim tərəfindən aşıla bilməyəcək sədd çəkmişdir. Üstəlik bu tədbirlə kifayətlənməyib, üzərinə bir qat da əridilmiş mis tökdürmüş, beləcə səddin aşılmasını qeyri-mümkün hala gətirəcək ikinci tədbir almışdır.

Məhz Quranda möminlərə tövsiyə edilən tədbir görmə üsulları da belədir. Möminlər kiçik və ya böyük hər cür mənfi hadisənin qarşısını tamamilə alacaq, zərər verəcək vəziyyətləri kökündən ortadan qaldıracaq, hər biri iti, dəlinməz və qalıcı üsullar istifadə edərlər.

Pis Niyyətli İnsanlara Yol Göstərici İfadələr İstifadə Etməməyin Əhəmiyyəti

Ürəklərində inananlara qarşı kin ya da qısqanclıq kimi duyğular bəsləyən insanlar, bu hisslərini təmin etmək üçün davamlı olaraq fürsət gözləyərlər. Möminlərin üzərinə düşən vəzifə də bir ibadət olaraq bu insanlara axtardıqları imkanı təqdim etməmək, onların yollarını kəsmək və bu cəhdlərinə mane olmaqdır.

Allah bu mövzunun əhəmiyyətinə Yusif hekayəsində diqqət çəkmişdir. Atalarının Yusif peyğəmbəri onlardan daha çox sevdiyini düşünərək qısqanclıq bəsləyən qardaşları, atalarının yalnız onlarla maraqlanması üçün hz. Yusifi öldürməyə qərar vermişdilər. Bu məqsədlərini reallaşdıra bilmək üçün də, Yusif peyğəmbəri özləri ilə birlikdə gəzməyə göndərməsi üçün ataları hz. Yaqubu razı salmağa çalışmışlar. Yusif surəsində bu mövzuya belə yer verilmişdir:

Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq. Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!” O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”. (Yusif surəsi, 11-13)

Ayələrdə də görüldüyü kimi, oğlanlarındakı qısqanclığın fərqində olan hz. Yaqub, Yusif peyğəmbəri onlarla birlikdə göndərmək istəməmiş və səbəb olaraq da, qardaşları fərqində deyilkən onu qurdun yeməsindən narahat olduğunu söyləmişdir. Bunun üzərinə Yusif peyğəmbəri yanlarında aparmağa nail olan qardaşları, onu quyuya atıb, köynəyinə qan sürərək atalarının yanına gəlmişlər və Yusif peyğəmbəri qurdun yediyini söyləmişlər:

Dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”. (Yusif surəsi, 17-18)

Ayələrdən də aydın olduğu kimi Yusif peyğəmbərin qardaşları, atalarının dilə gətirdiyi bu narahatlığı istifadə edərək, etdikləri xainliyi keçərli təmələ dayandırmağa çalışmışdır. Əslində qurdun hücum etməsi kimi hadisə bəlkə heç əsas mövzu olmayacaq. Amma hz. Yusifin qardaşları atalarının bu yöndəki narahatlıq keçirdiyini bildikləri üçün, deyilə biləcək ən məqbul yalanın da bu olduğuna qərar vermişlər və hz. Yusifi qurdun yediyini söyləmişlər.

Tədbir Görərkən Əldə Olan Bütün Alternativlərin Qiymətləndirilməsi

Hadisələr qarşısında laqeyd rəftar göstərmək cahiliyyə insanlarına xas xüsusiyyətdir. Cahiliyyə cəmiyyətində hakim olan etinasız və tənbəl quruluş səbəbiylə bir çox hadisə, heç bir tədbir görülmədən öz axarına buraxılar. Bu səbəblə gündəlik həyatın hər anında müxtəlif zərərlərlə qarşılaşılar.

Halbuki Allah Quranda bu məntiqin səhv olduğuna diqqət çəkir. Möminlərin, tədbir görmə mövzusunda çox diqqətli davranmalarını əmr edir.

Mövcud bütün alternativləri istifadə edərək ciddi tədbirlər almanın ən doğru davranış olduğuna işarə edən ayə belədir:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)

Hz. Yaqub, Misirə gedəcək oğullarına şəhərin ayrı-ayrı qapılarından girmələrini tövsiyə etmişdir. Bu tədbir Yaqub peyğəmbərin, oğullarının həm can, həm də mal təhlükəsizliyini təmin etmək üçün təqdim etdiyi son dərəcə ağıllı tədbirdir. Əksinə bir vəziyyətdə şəhərə tək qapıdan girmiş olsalar hər hansı təhlükə vəziyyətində bəlkə hamısı birdən zərər görə bilərlər, ancaq zərər görməsələr belə əsas əhəmiyyətli olan Allahın nemət olaraq verdiyi ağılı istifadə etmək və hər mövzuda ən etibarlı metodları seçib tətbiq etməkdir. Məhz bu səbəblə hər vaxt geniş tədbirlər almaq Quranın məntiqinə uyğun hərəkətdir. Möminin ağıllı olması ilə cahiliyyənin tədbirsizliyi arasındakı fərq bu cür hadisələr qarşısında açıq şəkildə müəyyən olur.

Unutmamaq lazımdır ki, nəticə alınan bütün tədbirlər, Allaha feli dua xüsusiyyətindədir. Yoxsa Allahın Quranda bildirdiyi kimi, insanların etdikləri heç bir şey, aldıqları heç bir tədbir başlarına gələcək hadisənin, yəni qədərlərinin önünə keçə bilməz. Allah bu əhəmiyyətli həqiqətə hz. Yaqubun oğullarına tövsiyəsini bildirən ayənin davamında diqqət çəkmişdir:

Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir. (Yusif surəsi, 68)

 

3 / total 9
"Harun Yəhyanın Quranın Həyata Təqdim Etdiyi Gözəlliklər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.