< <
2 / total: 5

21-40: Sorular ve Cevaplar

21. İnkarçılar din günü necə tanınacaqlar?

Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. (Rəhman surəsi, 41)

Allah yuxarıdakı ayəsində inkar edənlərin din günündə üzlərindən tanınacaqlarına diqqət çəkir. Bir insan dünya həyatında günahsız və ya gözəl görünüşlü üzə sahib ola bilər. Ancaq hesab günü üçün yenidən dirildilən bu insanların o gün sahib olacaqları üzlər üçün Quranda “zillət içində”, “qaraltı bürümüşdür”, “toz bürümüşdür” ifadələri istifadə edilir. Həmçinin inkarçılar kor olaraq həşr ediləcəklər. Gözləri, kor olmaqla yanaşı qorxuncgörünüş də alacaq və Quranda bildirildiyinə görə “gömgöy” olacaq. Və hər inkarçı, din günündə bu qorxunc görünüşü ilə təkrar dirildiləcək.

22. Möminlərin xəstəlik və çətin anlarında rəftarı necə olar?

Möminlər, dünyada Allahın insanları çətinliklərlə və ya xəstəliklərlə sınadığını bilirlər. Bu səbəblə ən şiddətli xəstəliklə və ya çətinliklə qarşılaşsalar belə, daima təvəkküllü və səbirli davranırlar, heç bir zaman ümidsizliyə düşməzlər. Xəstəliyi və çətinliyi verənin Allah olduğunu və bunları yalnız Allahın aradan qaldıra biləcəyini bilərək dərhal Allaha yönələrlər. Göstərdikləri bu gözəl rəftarların qarşılığında dünyada və axirətdə qovuşmağı Allahdan umarlar. Allah, Bəqərə surəsində möminlərin başlarına gələn çətinliklərə qarşı göstərdikləri gözəl rəftarı belə bildirir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)

23. Möminlərin gördükləri işlərdə bir-birləriylə məsləhətləşmələrinin faydaları nələrdir?

Allah Quranda "Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, ..." (Şura surəsi, 38) ayəsiylə möminlərin işlərini bir-birləriylə məsləhətləşərək etdiklərini bildirir. Belə müşavirənin maddi və mənəvi çox faydalı nəticələri vardır. Hər şeydən əvvəl insanın işində başqası ilə məsləhətləşərək fikrini alması o adamın təvazökarlığını göstərir ki, təvazökarlıq Allahın bəyəndiyi əxlaqdır. Digər faydası isə budur: Bir işdə, bir insan tək başına qərar verəcəyinə bir neçə insan birləşərək daha yüksək ağıl meydana gətirərlər. Birinin düşünə bilmədiyini digəri düşünər, hər kəs bir-birinin əksiyini tamamlayar. Beləcə, alınan nəticə çox daha faydalı olar. Görülən işdə əldə edilən müvəffəqiyyət isə bir deyil, bir neçə insana aid olur. Bu da insanın nəfsinin bu müvəffəqiyyət ilə öyünməsinə, bunu özünə aid müvəffəqiyyət olaraq görməsinə mane olur.

24. Quranda bəhs edilən hekayələrin izah edilmə səbəbləri nələrdir?

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Allah, Yusif surəsindəki bu ayə ilə Quranda izah edilən hekayələrdə ibrətlər olduğunu bildirir. Bu hekayələrdə izah edilən hadisələr möminlər üçün bir çox baxımdan nümunə ehtiva edər. Keçmişdə yaşayanların səhvlərini təkrarlamamaq, keçmişdə yaşamış olan peyğəmbərlərin və möminlərin bəzi vəziyyətlərdə necə davrandıqlarını və necə müvəffəqiyyət əldə etdiklərini görərək nümunə götürmək, onların üstün əxlaqını görərək tətbiq etməyə çalışmaq, keçmişdəki hadisələri və nəticələrini nəzərə alaraq dövrümüzdəki hadisələri qiymətləndirmək kimi bir çox baxımdan bu hekayələrin möminlər üçün böyük əhəmiyyəti var.

25. Keçmişdəki qövmlər necə həlak edilmişlər?

Allah keçmişdə yaşamış qövmlərə elçilər göndərmiş, onları axirətin və hesab gününün varlığı ilə xəbərdar edib qorxutmuşdur. Ancaq bu qövmlərin çoxu özlərinə gələn xəbərdarlıqları dinləməmiş, Allaha və elçilərinə qarşı çıxmışlar və dinlərini unutmuşlar. Bunun üzərinə Allah onlara xəbərdarlıq mahiyyətində müxtəlif bəlalar göndərmiş, bunlardan ibrət almayan bir qismini də həlak etmişdir. Bu qövmlərin başlarına gələn bəlalar görünüş olaraq bir-birlərindən fərqlidir. Ancaq əsas xüsusiyyətləri, insanların heç gözləmədikləri bir yerdən, gözləmədikləri bir anda, hətta çox vaxt yuxuları əsnasında gəlməsidir. Haqqında bəhs etdiyimiz bəlalar bəzən bütün şəhəri və ya qövmü yerlə bir etmiş, o şəhərdən əsər-əlamət buraxmamış, insanlar üçün acı və qorxu dolu əzab olmuşdur. Allah Quranda, bir çox ayədə həlak olan qövmləri bütün insanlara ibrət olaraq göstərir:

Görmürlərmi, özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi? (Yasin surəsi, 31)

Quranda bəhs edilən bir çox həlak növlərindən bəziləri belədir:

◉ Suda boğulma, (İsra surəsi, 103)

◉ Göydən enən əzablar, (Bəqərə surəsi, 59)

◉ Dəhşətli sarsıntı-zəlzələ, (Əraf surəsi, 78)

◉ Sel fəlakəti, (Qamər surəsi, 12)

◉ Dözülməz bir səs, (Hud surəsi, 67)

◉ Palçıqdan daş yağması, (Hud surəsi, 82)

◉ Qulaqları partladan qasırğa, (Qamər surəsi, 19)

◉ İldırım vurması, (Zəriyət surəsi, 44)

◉ Viran qalma ... (Nəcm surəsi, 53)

26. Kimlərə nəsihət verilər?

Allah Quranda kimlərin öyüd alıb düşünəcəklərini bildirmiş və möminlərə də, “Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!” (Əla surəsi, 9) ayəsiylə bu xüsusiyyətlərə sahib kəslərə öyüd vermələrini əmr etmişdir. Allahın öyüd vermənin fayda verəcəyini bildirdiyi kəslərin bəzi xüsusiyyətləri belədir:

... Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur.... (Talaq surəsi, 2)

Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. (Əla surəsi, 10)

...Bundan ancaq ağıl sahibləri ibrət alarlar. (Rad surəsi, 19)

...Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar! (Mümin surəsi, 13)

...Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver. (Qaf surəsi, 45)

Sən öyüd verib-xatırlat; çünki xatırlatmaq möminlərə fayda verir. (Zəriyət surəsi, 55)

27. Nəsihətə ən yaxşı cavab necə verilər?

Allah Quranda, “Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” – demələridir. Nicat tapanlar da məhz onlardır.” (Nur surəsi, 51) ayəsiylə, möminlərin öyüdə necə qarşılıq verməli olduqlarına işarə edir. Allahdan və Allahın elçilərindən gələn öyüdü eşidərək, buna dərhal uyanları Allah cənnətlə müjdələmişdir. Həmçinin, Allah başqa ayəsində möminlər üçün "O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləridir" (Zumər surəsi, 18) şəklində xəbər verir. Bu ayənin də işarəsiylə möminlər onlara Allaha inanan kəslərdən gələn bütün nəsihətləri qəbul edərlər. Onların özlərinə hər zaman yaxşılığı əmr etdiyini, pislikdən çəkindirdiyini unutmazlar və hər söylədiklərini əksiksiz olaraq, səmimiyyətlə tətbiq edərlər.

28. İnfaq nə deməkdir?

İnfaq insanın sahib olduğu malını və imkanlarını Allah yolunda istifadə etməsi deməkdir. İnsan heç bir gələcək narahatlığı duymadan, “ehtiyacından artıq qalanı”nı (Bəqərə surəsi, 219) Allah yolunda xərcləməsinin qarşılığında, Allah axirətdə bu insana cənnəti, dünyada isə xərclədiklərinin yerinə bir başqasını verməyi vəd edir:

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)

... özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər. (Fatir surəsi, 29)

29. İnfaq edərkən ən gözə rəftar necə olmalıdır? İnfaq necə edilir?

Allah infaqın “gizli və ya açıq” (Bəqərə surəsi, 274) olaraq edilə biləcəyini bildirir. Ancaq Allah infaq edənlərin qətiyyən “göstəriş üçün” infaq etməmələrini, infaqlarından sonra qarşıdakı insana sıxıntı verəcək əziyyət etməmələrini və onları minnət altında buraxacaq rəftarlar göstərməməli olduqlarını bildirir. Allah verdiyi nümunələrlə göstəriş üçün infaq edənlərin heç bir qarşılıq almayacaqlarını da xatırladır:

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 263-265)

30. Hərisliklə mal yığmağın və ya xəsislik etməyin Allah qatında qarşılığı nədir?

İnsanlardan bəziləri bütün ömürləri boyunca mal və pul yığıb saxlayarlar və bunları Quranda təsvir edilən xeyirli işlərdə istifadə etməzlər. Böyük ehtirasla, davamlı daha çox mala-mülkə sahib olmaq üçün çalışarlar. Əldə etdiklərini isə Allah yolunda xərcləmək, ehtiyac içində olanları doydurmaq varkən, sırf öz zövqləri uğruna istifadə edərlər. Ehtiyaclarından qat-qat artığını toplayar və göstərişli bəzi kiçik xərclər xaricində, bunlarla faydalı iş görməyə çalışmazlar. Məhz bu kəslərin axirətdə görəcəkləri qarşılıq çox şiddətli olacaq. Bu cavab Tövbə surəsində belə bildirilir:

... Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ. O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!” – deyiləcəkdir.  (Tövbə surəsi, 34-35)

Sahib olduqları şeyləri toplayaraq yığanlar və xəsislik edənlər, Allahın bu dünya həyatında onları sınamaq üçün onlara mal və zənginlik verdiyini qavraya bilməyən, bunlarla dünya həyatına ehtirasla bağlanan insanlardır. Allah heç kimin infaqına ehtiyacı olmayan, bütün zənginliyin tək sahibi olandır. İnfaq edərək Allah Qatından savaba möhtac olan isə insandır. Allah bu gerçəyi başqa ayədə belə açıqlayır:

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Məhəmməd surəsi, 38)

31. Zənginliyin axirətdə hər hansı faydası olacaqmı?

Bir insanın nə zəngin olması, nə də dünyada ikən güc və ya iqtidar sahibi olması axirətdə ona heç bir fayda təmin etməyəcək. Bir insanın dünyada istədiyi qədər çox pulu, malı olursa olsun ölü bədəni torpağa basdırıldığı andan etibarən bu sərvəti ona heç bir fayda gətirməyəcək. Əgər inkar edənlərdəndirsə, bütün digər inkarçılarla eyni rəftarı görərək cəhənnəm əzabına atılacaq. Dünyada ikən zənginlikləri səbəbiylə xüsusi rəftar görən bu insanlar, axirətdə bənzəri görülməmiş rüsvayçılıq ilə alçaldılacaqlar. Bu onların dünyadakı zənginliklərindən qaynaqlanan təkəbbürlənmələri və Allahın ayələrini tanımamalarından ötrüdür. Axirətdə insanlar Allaha iman etmələrinə və Allahdan qorxaraq Onun dilədiyi rəftar və davranışları göstərmələrinə görə qarşılıq görəcəklər. Dünyadakı zənginlik ya da mövqeləri özlərinə heç bir imtiyaz təmin etməyəcək. Zənginliyin Allah Qatında heç bir dəyəri olmadığını bildirən ayələrdən biri belədir:

Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Lakin insanların çoxu bunu bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar Cənnətdəki mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 34-37)

32. Nəfsini müdafiə etməmək necə olur?

Nəfsi insana pisliyi əmr edər. Nəfsin bu xüsusiyyəti Şəms surəsində belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 7-9)

Nəfsin pisliyi əmr etmə sistemini açıqlayan ayələrdən biri də hz. Yusiflə əlaqədardır. Ayədə, hz. Yusifin heç bir günahı olmadığı mövzuda böhtana uğradıqdan sonra belə dediyi bildirilmişdir:

Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusif surəsi, 53)

Ayədə də bildirildiyi kimi nəfs hər zaman pisliyi əmr edər. Bu səbəblə insanın hər hansı hadisə qarşısında dərhal özünü müdafiə etməsi, haqlı olduğunu sübut etməyə çalışması doğru olmaz. Çünki bir anlıq boş buraxsa nəfsinə uya bilər. Belə vəziyyətdə edilməli olan əvvəl düşünməkdir. Bir insan səmimi və dürüst olaraq düşündüyündə, haqlı olduğunu sandığı bir çox mövzuda əslində səhv davrandığını anlaya bilər. Bunu fərq etmək isə mömin üçün böyük qazancdır. Çünki səhvi olduğunu görərək qəbul edən insan, səhvini düzəldərək, Allahın bağışlamasını ümid etmək üçün ilk addımı atmış deməkdir. Əks halda özünü həmişə haqlı çıxarmağa, özünə heç bir səhvi yaraşdırmamağa çalışan biri istədiyi qədər özünü insanların gözündə haqlı çıxarsın, Allah həqiqəti bilir. Və bu gerçək axirətdə qarşısına çıxacaq.

Bir insanın nəfsini daima müdafiə etməsindənsə, nəfsini qınayaraq həmişə onun nöqsanlarını və qüsurlarını ortaya çıxarması və bunları aradan qaldırmaq üçün Allaha yönəlməsi, Allah Qatında gözəl qarşılığı olan davranışdır.

33. Dünya həyatına necə qapılmamaq olar?

Dünya, insanların sınandığı və axirət yurduna hazırlıq görmələri üçün Allahın xüsusi olaraq hazırladığı məkandır. Və bu sınağın gərəyi olaraq insanlara cazibədar gələcək şəkildə yaradılmışdır. Dünyanın insana cazibədar gələn bəzəklərinə ayədə belə diqqət çəkilir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)

Ayədə də bildirildiyi kimi bir-birindən qiymətli bəzəklər, mallar, qazanc gətirən ticarət, gözəl və zəngin yoldaşlar, sağlam uşaq, gözəl evlər, hər rəngdə və modeldə avtomobillər, cürbəcür yeməklər insanı dünyaya bağlayan dəyərlərdir. İnsan, bunların Allahdan nemət olaraq verildiyini, hamısının müvəqqəti olduğunu və ayədə xəbər verildiyi kimi “gözəl qayıdış yeri” nin axirətdə olduğunu unutmamalıdır. Ona təqdim edilən nemətləri də dünyada məsuliyyətsizcə xərcləyərək deyil, axirətə istiqamətli hazırlıq etmək üçün istifadə etməlidir. Məhz bu əhəmiyyətli həqiqətin şüurunda hərəkət edən insanlar, dünya həyatına qapılmamış olurlar.

34. Bu dünya həyatına razı olanların vəziyyəti necə olacaqdır?

Bəzi insanlar dünyanın müvəqqəti və əksik yer olduğunu unudaraq ona ehtirasla bağlanırlar. Allah bu insanlardan Quranda belə bəhs edir:

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 7-8)

Özlərini Yaradanı unudub ehtiras içində dünyaya bağlananlar, (Allahın diləməsi xaricində) sonsuza qədər cəhənnəm əzabı içində yaşayacaqlarını bilməlidirlər. Bu insanlar etdiklərinin qarşılığı olaraq çox qısa həyatı seçim edərək sonsuz həyatı itirəcəklər. Üstəlik, dünyada ehtirasla bağlandıqları bu dəyərlərə axirətdə sonsuza qədər tək bir an belə sahib ola bilməyəcəklər.

35. İnsan həyatını tamamilə Allah üçün yaşaya bilərmi?

Bütün həyatı Allah üçün yaşamağın necə olacağını anlaya bilmək üçün əvvəlcə həyatın həqiqi mənasını bilmək lazımdır. Allah, həyatın həqiqi mənasını belə bildirir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Ayədə bildirildiyi kimi bütün insanlar davranışlarının necə olduğu ilə sınanırlar. Gözəl davranışlarda olanlar, bunun nəticəsində Allahın məmnuniyyətini qazanaraq cənnətə girməyi arzulayarlar. Bunun üçün də həyatlarının hər anını cəhd içində keçirməli olduqlarını bilirlər.

Lakin bəzi insanlar bu nöqtədə əhəmiyyətli yanılma içindədirlər. Sadəcə bəzi ibadətləri etmənin və haramlardan çəkinmənin Allah rizası üçün yaşamaq olduğunu və bunlardan başqa zamanların dinlə əlaqəsinin olmadığını zənn edərlər. Halbuki insan yaşadığı hər anda, hər sözündə, ağlından keçirdiyi hər düşüncədə, etdiyi hər işdə Allahı ən çox məmnun etmənin yolunu axtarmalıdır. Məsələn, dünyada hər insan işləyir və pul qazanır. Ancaq həyatını Allah üçün yaşayan insan, Allahın dininə daha çox xidmət edə bilmək üçün çalışır və qazancından özünə ehtiyacı olan qədər ayıraraq, qalanını Allahın məmnun olacağı yerlərdə xərcləyər. Bu insan hər söhbətində Allahı ən məmnun edəcək söhbətlər edər. İnsanlara Allahı xatırladar, pislikdən çəkindirərək yaxşılığı əmr edər. Ətrafını və dostlarını Allahın məmnun olacağı insanlardan seçər. Bu seçimi edərkən dünyəvi mənfəətlərini və ya din əxlaqını yaşamayan insanların meyarlarını nəzərə almaz. Hər an, “hal-hazırda Allahı ən çox necə məmnun edə bilərəm?” deyə düşünür.

Dinin ən əsas şərtlərindən biri, həyatın hamısının Allah üçün keçirilməsidir. Bu səbəblə, Allah möminlərə belə söyləmələrini əmr edər:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

36. Nə üçün insan özünü yetərli görməməlidir?

Allahdan qorxan insanın həyatdakı ən böyük məqsədi Allahı razı edəcək əxlaqi quruluşa sahib olmaqdır. Bunun üçün özünü təkmilləşdirməsinin, davamlı olaraq daha üstün əxlaqı yaşamaq səyi içində olmasınını zəruri olduğunu bilir. Çünki səmimiyyətin, dürüstlüyün, çalışqanlığın, fədakarlığın, təvazökarlığın, ya da digər gözəl xüsusiyyətlərin “üst sərhədi” yoxdur. Yəni insanın “mən ən gözəl əxlaqa çatdım, bundan daha yaxşısı ola bilməz” deməsi mümkün deyil.

Özünü hər baxımdan əksik görən, daha yaxşısını axtaran insanın mənəvi istiqamətdən inkişafı çox sürətli olar. Belə biri sürətlə səhvlərindən təmizlənər, hər gün daha üstün əxlaqa doğru irəliləyər. Əks halda əgər insan bir mövzuda özünü yetərli görsə, daha yaxşısını axtarmaq və tətbiq etmək üçün cəhd etməz. Qüsurlarını və səhvlərini tapa bilməz və düzəldə bilməz. Bu da onun irəliləyə bilməməsinə səbəb olar. Allah Quranda insanın özünü hər hansı mövzuda müstağni görməsinin, yəni yetərli görməsinin böyük səhv olacağını belə bildirmişdir:

Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)

Məhz buna görə insan istər Allahı razı edəcək xeyirli işlər görmə, istərsə də mənəvi cəhətdən inkişaf etdirmə mövzusunda özünü qəti olaraq yetərli görməməlidir. Allahın özünə verdiyi ağıl və vicdan ilə, həmişə daha yaxşısını, daha gözəlini, daha üstününü, daha mükəmməlini tələb etməli və bu mövzuda səmimi səy göstərməlidir.

37. Dində məcburiyyət varmı?

Bu sualın cavabı ayədə açıq olaraq verilmişdir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Ayədə bildirildiyi kimi dini yaşamaq mövzusunda insanın məcbur edilməsi doğru deyil. Digər insanlara Allahın varlığını və Quran əxlaqını izah etmək möminin vəzifələrindəndir. Bu məsuliyyətlərini yerinə yetirmək istəyən möminlər digər insanların hidayətinə vəsilə olmaq üçün dini izah edər; lakin Allah hidayət diləmədikdən sonra heç bir şey edə bilməyəcəklərini bilərək bundan gerisini insanın vicdanına buraxarlar. Çünki Allahın və axirətin varlığı açıq-aşkar ortadadır. Allahın çağırdığı doğru yol ilə şeytanın çağırdığı pozğunluq arasındakı ayrı-seçkiliyi görmək son dərəcə asandır. Hansının daha gözəl və daha sərfəli olduğunu hər insan öz vicdanı ilə rahatlıqla anlaya bilər. Bu səbəblə, Allahdan qorxan insanlar zövqlə, könüldən istəyərək doğru yola tabe olarlar.

Allah Quranda inananlara düşən vəzifənin yalnız doğrunu izah etmək olduğunu bir çox ayəsiylə bildirmişdir. Bir ayədə belə deyilir:

Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.  (Ali İmran surəsi, 20)

38. Xeyirlərdə yarışmaq nə deməkdir?

İnsanlar iman dərəcələrinə görə bir-birlərindən ayrılırlar. Bəzi insanlar Allaha heç iman etməzlər. Bəziləri isə sahib olduğu şiddətli Allah qorxusu səbəbiylə həmişə saleh əməl işləməyə və dinə xidmət etməyə çalışarlar. Həyatının hər anında Allahı razı etməyə çalışan bu insanları Allah Quranda belə xəbər vermişdir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Bu insanlar səhərdən axşama qədər davamlı olaraq dinə xidmət etməyə, dinin və möminlərin mənfəətinə uyğun saleh əməllər işləməyə, qısaca hər addımlarından Allahı razı edəcək gözəllik təqdim etməyə çalışırlar. Bunun üçün həmişə düşünmək, dua etmək, Allahın ən çox razı olacağı rəftarı axtarmaq və bunu taparaq tətbiq etmək lazım olduğunu bilirlər. Buna görə davamlı Allaha yaxınlaşa biləcəkləri, Onun ululuğunu haqqıyla təqdir edə biləcəkləri şəkildə dərin düşünürlər. Düşünmədikləri, dünyanın müvəqqəti faydasına dalıb axirəti unutduqları bir an belə olmasına icazə verməzlər. Töhfəsiz olaraq iman etdikləri üçün, həyatlarının hər anını Allah üçün keçirərlər və bu mövzuda qəflətə düşməzlər. Dayanmadan Allahı və onun böyüklüyünü düşünmək Allah qorxularını şiddətləndirir. Allahın Quranda əmr etdiyi kimi, bir işdən azad olduqlarında, dərhal başqa işlə yorulmağa davam edərlər. Məhz bu kəslər “yarışıb önə keçənlər” dir və Allah onları cənnət ilə müjdələmişdir:

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir. (Vaqiə surəsi, 10-12)

39. Möminlər nələrə səbir edər?

Möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri səbirdir. Ancaq Qurandan öyrəndiyimiz səbir, qarşılaşılan sıxıntı anında dözüm göstərmək demək deyil. Mömin ömrü boyu qarşılaşdığı hər vəziyyətdə, hər an Allahı ən çox razı edəcəyi ümid edilən rəftarı seçmə mövzusunda səbir göstərər.

Allah möminləri, aclıq, qorxu, canlarından və mallarından azaltma, bolluq kimi müxtəlif vəziyyətlərlə imtahan edər. Quranda təsvir edilən mömin isə hansı vəziyyətdə olursa olsun, Allahın məmnuniyyətini səbirlə axtarar. Bolluqda Allaha şükür edər, darlıq və çətin anlarında Allaha təvəkkül edər, dinin və möminlərin mənfəəti hər zaman öz mənfəətindən əvvəl gələr. Ömrü boyu gözəl əxlaqın hər incəliyini səbirlə tətbiq edər. Səmimidir, dürüstdür, fədakardır, çalışqandır, şövqlüdür, hər zaman sözün ən gözəlini söyləyər, davamlı olaraq dinə xidmət etməyə çalışar. Qısacası, Uca Allahın gözəl göstərdiyi hər şeyi səbirlə tətbiq edər. Bunun qarşılığında Allah səbir edən qullarını belə müjdələmişdir:

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır (Bəqərə surəsi, 155-157)

40. İnkarçılara da bu dünyada mal, mülk verilməsinin hikməti nədir?

İnkarçıların sahib olduqları mal və güc onların həmişə daha azğın insanlar olmasına səbəb olmuşdur. Bu, Allahın Quranda açıqladığı sirdir. Allah onların sahib olduqları mülkün yalnız dünyaya aid olduğunu, möminlərin heç bir şəkildə bunlara qarşı qibtə etmə duyğusu yaşamamalarını əmr etmiş, bu mülklə onların küfrünü artıracağını, sonda isə hamısını topluca cəhənnəmə sürükləyəcəyini vəd etmişdir.

Bu əhəmiyyətli sirri açıqlayan ayələrdən biri belədir:

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)

 

2 / total 5
"Harun Yəhyanın İmanı Tez Anlamaq 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.