< <
6 / total: 8

Hz. Yusifin Misirdə İdarəçilik Dövrü

Yusif Peyğəmbərə Güc Və İqtidar Verilməsi

joseph ring

Qədim Misir mənbələrinə görə, hökmdarlar xəzinənin idarəçiliyinə təyin etdikləri şəxsə şəkildəki ki¬mi bir üzük hədiyyə edərdilər. Hz.Yusifə də güc və iqtidar simvolu olan bu üzüyün verilməsi ehtimal edilir.

Hökmdarın həqiqətləri öyrənməsindən sonra Hz.Yusif üçün yeni bir dövr başlamışdır. Hökmdar elçilərə Hz.Yusifi yanına gətirməyi əmr etdi. Hz.Yusif gələndə isə ona öz yanında mühüm bir vəzifə verdi. Onu etibar etdiyi müşaviri etdi. Bu məsələ Quranda belə xəbər verilir:

"Hökmdar dedi: "Yusifi yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm!" Sonra onunla söhbət etdikdə: "Sən bu gündən yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!" - dedi. Yusif de¬di: "Məni bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, bilənəm!" Beləliklə, Yusifi o yerdə mövqe sahibi etdik. O, istədiyi yerdə mənzil sala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı əlbəttə, daha xeyirlidir" ("Yusif" surəsi, 12/54-57)

Yadınızdadırsa, Hz.Yusif Misirə qul kimi gətirilmişdi. Bundan sonra da "bir qadının namusuna göz dikmək" kimi çox pis və çirkin bir böhtana məruz qalaraq zindana salınmışdı. Lakin Allah zahirən baxılanda "imkansız" kimi görünən bir dəyişiklik etmiş və bu mənfi şərtlər içində olan Hz.Yusifi bir anda Misirin idarəçiliyində söz sahibi olan bir insan səviyyəsinə yüksəltmişdi. Həqiqətən bu, yəni mümkün olmayan kimi görünən işləri həyata keçirmək Allahın bir elmi və sənətidir. Quranda bildirildiyi kimi, "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib!" ("Bəqərə" surəsi, 2/249) Allah möminlərə bir iman həqiqəti olmaqla onları ən çətin və imkansız kimi görünən şərtlərin içindən azad edərək inkarçılar üzərində qalib etmişdir. Möminin üzərinə düşən vəzifə Allahın vədinə olan inancındın əsla dönməmək və Allaha həmişə təvəkkül edib güvənməkdir.

egypt scarcity, famine egypt scarcity, famine egypt scarcity, famine

Yuxarıdakı qədim Misir şəkilləri qıtlıqdan əvvəl yaşanan yeddi illik bolluq dövrünü göstərir.

"Belə cavab verdi: "Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla qalan biçdiyinizi isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar saxlayarsınız. Daha sonra insanların bol yağış görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar"" ("Yusif" surəsi, 12/47-49)

B.e.ə. 1700-1550-ci illərdən qalma bu qədim Misir abidələrində Hz.Yusifin dövründə baş ver¬miş yeddi illik qıtlıq müfəssəl şəkildə anladılır.

egypt scarcity people egypt scarcity wealth tablet egypt scarcity hieroglyph

Dindən uzaq həyat yaşayan insanlar üçün dünyada güc və iqtidar sahibi olmaq, imkana və mala hakim olmaq, onu istədiyi kimi xərcləmək səlahiyyətində olmaq çata biləcəyi ən yüksək zirvədir. Bu, belə insanların bütün həyatları boyu mübarizə apardığı əsas hədəfdir. Ancaq gördüyünüz kimi, Allah Hz.Yusifi zindandan xilas edib bu nemətlərin hamısını birdən ona vermişdir. Allahın Hz.Yusifə güc, iqtidar və mal verəndən son¬ra ayənin axırında dərhal axirəti yada salmasının bir hikməti də budur.

starving people of Egypt starving people of Egypt

Hz.Yusifin həyatından bəhs edən bir filmdə qıtlıqdan əvvəlki əkin sahələri və eyni ərazilərin qıtlıq dövründəki münbit olmayan torpaqları təsvir edilir.

Bununla da əslində dünyada verilən malın və məqamın heç də əhəmiyyətli bir şey olmadığı, əsas önəmli olanın, qarşısına məqsəd qoyulan şeyin və daha xeyirli olanın axirət olduğu xatırladılır. Allah bu cür insanın üzünü dünyadan axirətə çevirir. Ancaq ayənin axırıncı cümləsində bu məsələ xatırladılarkən və axirətdə veriləcək əvəzin xeyirli olduğu bildirilərkən bunun "iman gətirənlər" və "təqvalı olanlar" üçün keçərli olduğu da xəbər verilir. Bu xüsusiyyətlərə sahib olmayan insanların axirətdə bunun gözəl əvəzini gözləməsindən əlbəttə ki, söz gedə bilməz.

egypt, famine egypt, famine

Bolluq dövründə əkinlərin bir hissəsini anbarlarında saxlayan Misir hökumətinin qıtlıq zamanı ərzaq paylamasını təsvir edən təsvirlər.

Hz.Yusif hadisəsində insanlara göstərilən çox mühüm bir həqiqət də var. Allah bu həqiqəti Quranda belə bildirir:

"Şübhəsiz ki, çətinliklə yanaşı bir asanlıq da vardır! Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr!" ("İnşirah" surəsi, 94/5-6)

"İnşirah" surəsində bildirildiyi kimi, Allah hər çətinlikdən sonra iman gətirən insanlar üçün bir asanlıq yaradacağını vəd edir.

Hz.Yusifin həyatı isə bunun nümunələri ilə doludur. Quyudan xilas olub yaxşı bir ailədə böyüməsi, zin-dandan sonra xəzinələrin başına keçməsi kimi hadisələr Allahın hər çətinlikdən sonra necə asanlıq və gözəlliklər yaratmasının aşkar dəlilləridir.

seven hard years of famine seven hard years of famine

Çətin keçən qıtlıq illərini canlandıran tarixi şəkillər.

Hz.Yusifin Qardaşları İlə Qarşılaşması və Tətbiq Etdiyi Məntiqli Taktikalar

Yusif peyğəmbər Misirin xəzinələrinə görə məsul oldu. Bir müddət sonra onu quyuya atan qardaşları ticarət məqsədi ilə Misirə gəldilər. Onları Hz.Yusifin hüzuruna gətirdilər. Ancaq onlar Hz.Yusifi tanımadılar. Yusif peyğəmbər isə onları görən kimi tanıdı. Onların onu tanımadığını biləndən sonra çox gözəl bir plan ha¬zırladı. Onlara maddi mənfəət təqdim etdi, onlara özünün qonaqpərvər adam olduğunu söylədi. Bununla on¬lara təsir edərək istədiyini etdirə biləcəyini düşünürdü. Bunları edərkən də məqsədinin kiçik qardaşını yanında saxlamaqdan ibarət olması ayələrdə belə xəbər verilir:

"Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar Yusifi tanımadıqları halda Yusif onları dərhal tanıdı. Yusif onların yüklərini hazırlayıb dedi: "Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?! Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!"" ("Yusif" surəsi, 12/58-60)

ancient Egyptian images
ancient Egyptian images ancient Egyptian images

Qıtlıq dövründə Hz.Yusifin tədbirli idarəçiliyi sayəsində müəyyən miqdarda pul əvəzində ərzaq paylanmışdır. İnsanlar ticarət etmək üçün axın-axın Misirə gəlmişdilər. Üstdəki şəkildə və yandakı qədim Misir şəkillərində bu ticarət təsvir edilir.

Ayələrdən də göründüyü kimi, Hz.Yusif həm də ədalətli bir insan olduğunu bildirərək onları istədikləri şeylər məsələsində həvəsləndirmişdi. Və bu planında çox böyük müvəffəqiyyət qazanmışdı. Əgər qardaşlarını gətirməsələr, onlarla ticarət etməyəcəyini və görüşməyəcəyini də bildirərək onlarda əndişə və sıxıntıya düşə biləcəkləri qorxusunu oyandırmışdı. Hz.Yusifin sözləri qardaşlarına tez təsir etdi. Sahib olduğu güc və əzəmətə görə onun dediyini edə biləcəyinə inanırdılar. Qardaşlarını gətirmək məsələsində əllərindən gələni etməyi qərarlaşdırdılar:

Prophet Yusuf (as)

Hz.Yusifi quyuya atan qardaşları ərzaq almaq məqsədi ilə uzun illərdən sonra Hz.Yusifin huzuruna gəlmişdilər. Yanda bu anı canlandıran bir təsvir.

"Dedilər: "Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, bunu edərik"" ("Yusif" surəsi, 12/61)

Göründüyü kimi, Hz.Yusifin bu taktikası çox məntiqlidir. Çünki əgər onlara bu cür maddi bir mənfəət təklif edilməsəydi, bəzi şərtlər qoyulmasaydı, onlar buna əhəmiyyət verməyərək qardaşlarını gətirmək istəməzdilər. Amma Hz.Yusif işi onların iradəsinə buraxmayacaq və qarşı gələ bilməyəcəkləri qüsursuz bir plan hazırlamışdı.

Bütün bu ağıllı tədbirlərlə yanaşı Hz.Yusif işi əlindən buraxmamaq üçün başqa bir tədbir də gördü. Qardaşları Misirdən ayrılmamışdan əvvəl onlardan ərzağın əvəzində aldığı pulları, yəni sərmayələrini xəlvətcə mallarının arasına qoydurmuşdu. Bununla da həm ərzaqlarını, həm də ərzaq üçün ödədikləri pulu verərək on¬lara böyük bir maddi mənfəət qazandırmışdı. Bu hadisə "Yusif" surəsində belə bildirilir:

"Yusif xidmətçilərinə dedi: "Onların mallarını da yüklərinin içinə qoyun. Bəlkə ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar!"" ("Yusif" surəsi, 12/62)

Möminlərin ardıcıllıqla həyata keçirilən bu tədbirlərdən çıxarmalı olduğu bir hikmət də budur: vicdanına etibar edilməyən, zəif imanlı və zəif əxlaqlı insanlarla bir müqavilə bağlananda onların müqavilənin şərtlərini pozmaq ehtimalına qarşı hər cür tədbir görülməlidir. Hadisələrin gedişatını qarşı tərəfin, yəni zəif imanlı insanların vicdanına buraxmamaq da möminin başqa bir xüsusiyyətidir.

Hz.Yusifin Qardaşlarının Atalarından İstəkləri

Bəlli olduğu kimi, cahiliyyə insanlarının mühüm xüsusiyyətlərindən biri də onların maddiyyatdan çox xoşlanması və özlərinə mənfəət təmin edəcək hər kəsin, hər şeyin qarşısında baş əyməsidir. Yusif peyğəmbərin qardaşları da onlara təqdim edilən maddi mənfəətləri əllərindən çıxarmaq istəmirdilər. Misirdən ayrılandan sonra tez atalarının yanına gəldilər. Ondan qoruyacaqlarına dair qəti söz verərək kiçik qardaşlarını istədilər:

"Qardaşları atalarının yanına döndükdə dedilər: "Ata! Bizə ərzaq verilməsi qadağan edildi. Yenidən ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz əlbəttə, onu qoruyacağıq!" ("Yusif" surəsi, 12/63)

Ancaq ataları onlara güvənmir:

"Dedi: "Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi heç onu sizə etibar edə bilərəmmi? Al-lah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!"" ("Yusif" surəsi, 12/64)

Diqqət edilsə, həm Hz.Yəqub, həm də Hz.Yusif ümumiyyətlə sözlərinin axırında həmişə Allahın adını çəkir və Onun ucalığını bildirirlər. Bu isə möminlərin hər hadisə qarşısında həmişə Allahı xatırlaması və Onu qətiyyən yaddan çıxarmaması üçün misaldır.

Hz.Yusifin qardaşları maddi mənfəət əldə etməyə yaman həris idilər. Buna görə də atalarını razı sala bilmək üçün çox səy göstərdilər:

"Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: "Ata! Daha nə istəyirik? Bu, bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və bir dəvə yükü də ərzaq artırarıq. Bu gətirdiyimiz isə az bir ərzaqdır!""("Yusif" surəsi, 12/65)

Hz.Yəqub digər oğlanlarına etibar etmədiyi üçün onlardan qardaşlarını geri gətirəcəklərinə dair qəti söz almaq istədi:

"Dedi: "Başınıza bir bəla gəlməyəcəyi təqdirdə qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə göndərməyəcəyəm!" Onlar and içib söz verdikdə Yəqub: "Allah dediyimizə şahiddir!" - dedi" ("Yusif" surəsi, 12/66)

Hz.Yəqubun Allahın bu əhdə şahid olduğunu xatırlatması, sonra da Allahı vəkil etdiyini söyləməsi əhəmiyyətli hikmətlərdir. Bu, bizə imanı zəif olan insanları xeyirə yönləndirmək üçün onlardan Allah adına söz almağın təsirli bir üsul olduğunu göstərir. Çünki qarşısındakı adamların bir az da olsa Allah qorxuları varsa, bunu düşünüb dürüst davranacaqlar.

Yəqub peyğəmbər oğlanlarından qəti söz alandan sonra onlara tədbirli hərəkət etmələrini və Misirə müxtəlif qapılardan girməyin lazım olduğunu söyləyir:

"Dedi: "Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəzavü-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!"" ("Yusif" surəsi, 12/67)

Hz.Yəqubun oğlanlarına bu nəsihəti çox maraqlıdır. Bu ayələrdə də möminlərin həmişə, hər yerdə tədbirli hərəkət etməsinin və mümkün təhlükələri də hesablayaraq tədbir görməsinin lazım olduğuna diqqət çəkilir.

Ancaq Yəqub peyğəmbər həmişə olduğu kimi bu sözünün arxasında da yenə hər şeyin özünü xatırlatmışdır. Hökmü verənin Allah olduğunu, Allah bir şey istəyibsə, buna mane olmağın mümkün olmadığını və Allaha təvəkkül etmək lazım gəldiyini söyləmişdir. Bunlar çox mühüm məsələlərdir. Burada tam mənası ilə müsəlmanın öz həyatına tətbiq etməsi lazım gələn həqiqi təvəkkül anlayışı görünür. Xalq arasında səhv bir tale və təvəkkül anlayışı var. Bəziləri hadisələrin özləri tərəfindən əvvəlcədən görülən tədbirlərlə meydana gəldiyini, hər şeyi səbəblərlə həll edə biləcəklərini fikirləşirlər. Bəziləri də "onsuz da hər şeyin necə olaca¬ğı məlumdur. Bizim bir şey etməyimizə ehtiyac yoxdur" məntiqi ilə yanlış bir təvəkkül anlayışına sahibdir. Halbuki hər iki fikir səhvdir. İnsanın vəzifəsi qarşılaşdığı hadisədə hər cür tədbir görmək, hər cür səbəbdən yapışmaq, amma nəticənin də Allahın təqdiri ilə olduğunu yaddan çıxarmamaqdır. Tədbir əlbəttə ki, heç bir hadisəyə təsir etməz. Ancaq ibadət məqsədi ilə diqqətlə tədbir görülməsi və tətbiq edilməsi lazımdır.

Hz.Yəqub bu sirrə vaqif olan kamil bir mömindir. Hər sözündə Allahı yad etməsi, hadisənin daxili səbəblərini düşünməsi onun təqvasının əlamətləridir. Allah Hz.Yəqubun elm sahibi bir bəndə olduğunu belə bildirmişdir:

"Onlar ataları əmr etdiyi kimi daxil olduqda bu, Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 12/68)

Hz.Yusifin Kiçik Qardaşı ilə Qarşılaşması

Hz.Yusifin qardaşları kiçik qardaşları da yanlarında Misirə gəldilər. Bu dəfə də Yusif peyğəmbərin yanı¬na gəldilər. Hz.Yusif burada kiçik qardaşını onlardan ayıraraq ona kim olduğunu açıqladı:

"Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşını bağrına basıb dedi: "Mən həqiqətən sənin qardaşınam. Onların etdikləri işlərdən kədərlənmə!"" ("Yusif" surəsi, 12/69)

Hz.Yusifin bu ifadəsindən də aydın olur ki, qardaşları ona qarşı da sıxıntı və kədərverici hərəkətlər edirlər. Bu, onların dindən uzaq olan xarakterlərinin bir başqa nümunəsidir.

Yusif peyğəmbər qardaşını görəndən sonra yenə çox ağıllı taktikalarla onu yanında saxladı. Bununla da kiçik qardaşını digərlərinin səbəb olduğu sıxıntılardan da xilas etdi. Quranda Hz.Yusifin bu məntiqli metodu barədə belə xəbər verilir:

"Yusif onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. Karvan yola düşdükdən sonra bir carçı: "Ey karvan əhli! Siz həqiqətən oğrusunuz" - deyə haray çəkdi. Dönüb: "Nə itirmisiniz?" - deyə soruşdular. Onlar belə cavab verdilər: "Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək!" Carçı: "Mən də buna zaminəm!" - dedi. Yəqubun oğlanları dedilər: "Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!" Onlar soruşdular: "Əgər yalan desəniz, onun cəzası nədir?" Qardaşlar: "Onun cəzası yükündə tapılan adamın özüdür (onun kölə edilməsidir) Biz zalimləri belə cəzalandırırıq!" - deyə cavab verdilər. Yusif qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxardı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa hökmdarın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!" ("Yusif" surəsi, 12/70-76)

Misirin qanunlarına görə, Hz.Yusif qardaşını yanında başqa cür saxlaya bilməzdi. Lakin hazırladığı plan¬la buna nail oldu. Plana uyğun olaraq əvvəlcə qardaşının yükünə su qabını qoyaraq gizlətdi. Sonra adamların¬dan biri onları günahkar psixologiyasına düçar edəcək və sıxıntı hiss etdirəcək bir üslubla onları çağırmışdı. Sonra da qabın hökmdara aid olduğunu və onu tapana bir dəvə yükü mükafat veriləcəyini açıqlamışdı. Beləcə, bunun böyük hadisə olması duyğusu oyandırılmışdı. Bunun bir taktika olduğunu başa düşməmələri üçün başqa bir tədbir də görülmüşdü. Sonra qabın onların yüklərində tapıldığı təqdirdə necə hökm veriləcəyi on¬lardan soruşulmuşdu. Onlara bunu təkrar etdirmişdilər. Qanunlara görə, qab kimdə tapılarsa, həmin adam saxlanmalı idi. Ancaq bunun planlı şəkildə edildiyinin başa düşülməməsi üçün əvvəlcə kiçik qardaşlarının mallarına baxılmamış, digərlərinin əşyaları axtarılmışdı.

Qabın qardaşının yükündən çıxmasından dərhal sonra qardaşları vəziyyətlə barışdılar. Kiçik qardaşlarını oğurluqda günahlandırdılar. Üstəlik keçmişdəki bir böhtanlarını da təkrar edərək Hz.Yusifi də ittiham etmək istədilər:

the ruler's lost goblet the ruler's lost goblet

Hökmdarın itmiş su qabının Hz.Yusifin qardaşının yükünün içindən çıxmasını göstərən təsvirlər.

"Dedilər: "Əgər o, oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi..."" ("Yusif" surəsi, 12/77)

Halbuki onlar qardaşlarının oğurluq etməyəcəyini, dürüst bir insan olduğunu çox yaxşı bilirdilər. Quran əxlaqına görə, möminlər bir-birinə yaxşı gözlə baxar, bir-birini böhtanlardan qoruyarlar.

Hz.Yusifin qardaşlarının günahsız olan kiçik qardaşlarını qorumaması və bir də Hz. Yusifə böhtan atması onların saxtakar və ikiüzlü xarakterinin daha bir təzahürüdür.

Hz. Yusif isə bu hadisə qarşısında da çox səbrli hərəkət etdi.

"Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: "Siz daha pis bir mövqedəsiniz. Allah si¬zin aid etdiyiniz şeyləri daha yaxşı bilir!" ("Yusif" surəsi, 12/77)

Hz.Yusifin buradakı davranışı həm təvəkkül, həm də şüurlu hərəkət etmək yönündən bir nümunədir. Cahiliyyə dövründə insanlar öz əleyhlərinə ən xırda bir söz eşitdikləri vaxt hirslənərək özlərindən çıxırdılar.

Halbuki Hz.Yusif fikirlərini ayədəki ifadə ilə desək, "ürəyində saxladı", yəni heç bir vəchə ilə kənardakılara hiss etdirmədi.

Hadisənin sonrakı gedişi ayələrdə belə xəbər verilir:

"Dedilər: "Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük". Yusif belə cavab verdi: "Allah eləməsin! Ma¬lımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa sözsüz ki, haqsızlıq etmiş olarıq!" Onlar ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar. Onların ən böyüyü dedi: "Məgər atanızın sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam izn və ya Allah Öz hökmünü verməyincə, mən bu yerdən ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır" ("Yusif" surəsi, 12/78-80)

Burada Hz.Yusifin zalım qardaşlarının içindən birinin digərlərinə nisbətən daha vicdanlı olması görünür. Həmçinin buna oxşar bir vəziyyət Hz.Yusifin quyuya atılması zamanı da yaşanmışdı. Qardaşlarının hamısı onu öldürmək istəyərkən içlərindən biri "Bir başqası belə dedi: "Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər"" ("Yusif" surəsi, 12/10) Bəlkə bu iki adam elə eyni adamdır. Ən doğrusunu Allah bilir.

the ruler's lost goblet the ruler's lost goblet

Hz.Yusifin həyatı ilə bağlı olan bir filmdə hökmdarın su qabının qardaşının yükündən çıxdığı an belə göstərilir. Hz.Yusif qardaşını adi şərtlər çərçivəsində yanında saxlaya bilməzdi. Lakin hazırladığı ağıllı plan sayəsini buna nail olmuşdu.

Burada qarşılaşdığımız məsələ qəribə bir insan xarakteridir: ətrafında baş verən günahların yanlış olduğu¬nu vicdanı ilə başa düşən, amma bunlara kifayət qədər qarşı çıxa bilməyən, yalnız zəif bir müxalifət nüma¬yiş etdirən bir xarakterdir. Bu hər nə qədər zalım və vicdansız insanlarla müqayisə ediləndə daha müsbət bir model olsa da çox əksik və qeyri-qənaətbəxş qalır.

Möminin xarakteri Allahın dininə zidd bir davranış görəndə, bir zalımlıq və vicdansızlıqla qarşılaşanda buna tez təsirli şəkildə müdaxilə etməlidir. Mömin heç vaxt aciz qalmaz, ətrafındakı zalımların çoxluğundan təsirlənərək "qrup psixologiyası"na qapılıb haqqdan geri çəkilməz. Ətrafındakılardan hər kəs sapsa da o, Allahın yolundan ayrılmaz.

Hz.Yusifin qardaşlarının öz aralarındakı sözlərindən ayələrdə belə bəhs edilir:

"Atanızın yanına qayıdıb deyin: "Ata! Oğlun həqiqətən oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik. Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz həqiqətən doğru danışanlarıq!" Yəqub dedi: "Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. Mənə yalnız gözəl səbr gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 12/81-83)

Diqqətlə baxsanız, Hz.Yusifin qardaşlarının həqiqətən də kiçik qardaşlarının oğurluq etdiyinə inanmışdılar. Halbuki əvvəl də bəhs edildiyi kimi, belə fikirləşmələri çox səhvdir. Bir möminin belə bir şeyi qətiyyən etməyəcəyini bilmələri, yaxşı zənn etmələri və bunun bir yanlışlıq olduğunu fikirləşmələri lazım idi. Yəqub peyğəmbər belə bir mömin davranışı göstərmişdi. Oğlunun oğurluq etdiyini hətta ehtimal da etmədi. Çünki onun mömin olduğunu, Allahdan qorxduğunu bilirdi. Bununla yanaşı digər oğlanlarına da onların dindən uzaq hərəkətlərinə görə inanmırdı. Yenə bunun da onların nəfsinə görə etdiyi bir iş olduğunu, yəni onların işi ol¬duğunu düşünürdü. Yəqub peyğəmbərin buradakı təvəkküllü hərəkəti də nümunəvi bir mömin əxlaqıdır. Oğ¬lunun başına gələnlərlə bağlı bir səhv olduğunu, ortada bir iş olduğunu fikirləşsə də tez Allaha yönəlmiş və səbrlə Allahdan kömək istəmişdi. Hətta onun üstünə düşənin "yaxşı bir səbr" olduğunu bildirmişdi. Yəqub peyğəmbər heç vaxt ümidini itirməmişdi. Hətta Allahın yaxın gələcəkdə Hz.Yusifi də, qardaşını da birlikdə ona qovuşduracağını ümid etmişdi.

Bundan başqa, hər hadisədə bir xeyir olmasına iman gətirmək möminlərin ən mühüm xüsusiyyətlərindən biridir. Qardaşlarının kiçik qardaşlarının qabı oğurlamasına inanmasında da bir xeyir var. Beləliklə, kiçik qardaşlarını Misirdə buraxmağa asanlıqla razı olmuşdular. Buna görə də Hz.Yusifə bir çətinlik törətməmişdilər.

Yəqub peyğəmbər isə bu sirri, yəni hər şeyin Allah tərəfindən yaradıldığını və möminlər üçün xeyirli ol¬duğunu bilir. Həmçinin ayələrdə də ən diqqətəlayiq cəhəti hadisələri maddi səbəblərlə əlaqələndirməməsi, zahiri bir səbəb-nəticə məntiqi ilə düşünməməsi və hər şeyin Allahın nəzarətində olduğunu qəti olaraq bilməsidir. Bu misal da bizə göstərir ki, möminlər harada olursa-olsun, şərtlər nə qədər imkansız kimi görünürsə-görünsün, Allahdan ümidlərini heç vaxt kəsməməli, həmişə ümidli olmalı, Allahdan kömək istəməlidir.

Ancaq Hz.Yəqubun maraqlı bir vəziyyəti vardı. Qarşılaşdığı hadisələrin hamısının Allah tərəfindən yaradıldığını bilsə də Hz.Yusifə və qardaşına görə kədərlənməkdən özünü saxlaya bilməmişdi. Bu da onun bir imtahanı idi. Belə ki, ayələrdə də bildirildiyinə görə, Hz.Yusifə olan həsrətindən gözləri ağarır, kor olur. Oğ¬lanları isə kədərinə görə xəstə olacağını, ya da "öləcəyini" söyləyərək onu xəbərdar edirlər:

"Onlardan üz döndərdi və: "Yazıq Yusif!" - dedi. Dərd-qəmdən gözlərinə ağ gəldi. O, içində çəkirdi. Dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!" Belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm!" ("Yusif" surəsi, 12/84-86)

Bu ayədə isə kədərin ciddi xəstəliklərə səbəb ola biləcəyinə işarə edilir. Həmçinin Allah Quranın bir çox ayəsində "kədərlənməyin", "hüznlənməyin", "dərd-qəmə batmayın" deyir. Bu hökmə uyğun hərəkət edilməyəndə mənfi təsirlər özünü dərhal göstərir. Kədərlənməyin psixi təsirlərindən başqa fiziki yöndən də çox mənfi təsirlər var. Gözlərin altının göyərməsi, üzün gərgin hala düşməsi, saçların ağarması, bədənin çökməsi (tənəzzülü) kimi...

Hadisənin davamında Hz.Yəqub oğlanlarının gedib Hz.Yusif və qardaşı haqqında xəbər gətirmələrini istəmişdir:

"Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!"" ("Yusif" surəsi, 12/87)

Burada diqqəti cəlb edən məsələ Hz.Yəqubun Hz.Yusifin hələ yaşadığına inanmasıdır. Bu inancının bir səbəbi də Allahın ona verdiyi xüsusi bir elm ola bilər. Quranda bildirildiyi kimi, Allah peyğəmbərlərinə və bəzi elçilərinə belə güclü hissiyyat, uzaqgörənlik, mühakimə qabiliyyəti və hikmət kimi elmlər verir. Buna görə də elm verilən bu insanlara tabe olmaq və onlara etibar etmək lazımdır.

Ayədə vurğulanan başqa bir həqiqət isə möminlərin hər bir vəziyyətdə ümidvar olmasının vacibliyidir. Hz.Yəqub Hz.Yusifi və qardaşını tapacaqlarına dair ümidini heç vaxt itirməmiş və oğlanlarına Allahın rəhmətindən ümidlərini kəsməmələrini nəsihət etmişdir. Allahın rəhmətindən ümidini kəsmək müsəlmanlara deyil, kafirlərə aid bir ovqatdır.

Qardaşlarının Hz.Yusifi Tanıması

Hz.Yəqubun oğlanlarının Hz.Yusiflə yenidən qarşılaşması ayədə belə qeyd edilir:

"Yusifin hüzuruna daxil olanda dedilər: "Ey vəzir! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz malla gəlmişik. Bizim üçün ölçünü düz elə və bizə hədiyyə ver. Həqiqətən Allah hədiyyə verənləri mükafatlandırar!"" ("Yusif" surəsi, 12/88)

Yuxrıdakı ayənin axırında Hz.Yusifin qardaşlarının istifadə etdiyi üslub çox diqqətçəkicidir. Hz.Yusifdən onlara hədiyyə verməsini istəyəndən sonra Allahı yad edir və Allahın bu cür hədiyyə verənlərin əvəzini verəcəyini xatırladırlar. Bu, onların münafiqlər kimi davranmasının əlamətlərindən biridir. Çünki dinə və Allahın rizasına zidd bir həyat yaşamalarına, etdikləri əməllərində Allahı yaddan çıxarmalarına rəğmən mənfəətləri olduğu təqdirdə Allahı yad edirlər. Həqiqətən Allahın Onun rizası üçün xərcləyənləri sevdiyi Quranda da bildirilən bir həqiqətdir və buna heç bir şübhə yoxdur. Onlar Allahın razılığını qazanmağı fikirləşməyən insanlar olsalar da ancaq öz mənfəətləri üçün Allahın adını çəkir və qarşılarındakı insana bu cür təsir edə biləcəklərini düşünürlər.

Prophet Yusuf (as) revealing his true identity to his brothers

Hz.Yusifi qardaşlarına kim olduğunu açıqlayarkən göstərən bir təsvir. Qardaşları keçmişdə Hz.Yusifə qarşı etdiklərini yadlarına salaraq peşman olduqlarını və səhv etdiklərini etiraf etmişdir.

Sonrakı ayədə Hz.Yusif qardaşlarının bu yardım tələblərinə qarşı onların dedikləri ilə heç maraqlanmadan özünü üstüörtülü şəkildə bildirmişdir. Bununla da kim olduğunu başa düşmələrinə çalışmışdır:

joseph brothers begging

Əməllərindən peşman olan Hz.Yusifin qardaşlarını təsvir edən bir xristian təsviri.

"Yusif onlardan: "Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?" - deyə soruşdu. Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab verdi. Onlar: "Al¬laha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sözsüz ki, günah etmişik!" - dedilər" ("Yusif" surəsi, 12/89-91)

Ayədəki ifadələrdən də aydın olduğu kimi, Hz.Yusifin qardaşları həmin an keçmişdə Hz.Yusifə qarşı etdiklərinin bir növ hesabını verməyə başladılar, peşman olduqlarını və səhv etdiklərini təsdiq etdilər. Allahın Hz.Yusifi seçdiyini və onu onlardan üstün tutduğunu vurğuladılar. Burada mühüm bir həqiqət vurğulanır: tərcih etmək, seçmək Allaha aid bir işdir. Bu həqiqət Quranda: "Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur..." ("Qəsəs" surəsi, 28/68) ayəsi ilə də bildirilir. Hz.Yusif isə qardaşlarına belə cavab vermişdir:

"Dedi: "Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!" ("Yusif" surəsi, 12/92)

Yuxarıdakı ayədən də aydın olduğu kimi, Hz.Yusif istəsə onlara cəza verə biləcək və ya pis davranacaq məqamda olsa da qardaşlarını heç bir hesaba çəkməmiş və onları qınamadığını söyləmişdi. Hətta Allahın on¬ları bağışlamasını istəmiş və Allahın mərhəmətlilərin ən mərhəmətlisi olduğunu xatırlatmışdı.

Hz.Yusifin bu davranışı bütün möminlər üçün bir nümunədir. Cahiliyyə insanları belə vəziyyətlərdə kinli hərəkət edərək intiqam almaq məntiqi içində davranarlar. Möminlər isə Hz.Yusifin əxlaqında da olduğu ki¬mi şəxsi haqlarının ardınca qaçmazlar və onlar Allahı razı salacaq davranışın bağışlayan və əfv edən bir hərəkət olduğunu bilirlər. "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" ("Əraf" surəsi, 7/199) ayəsinə uyğun olaraq pislikləri bağışlayır və pisliyə yaxşılıqla cavab verərək üstün əxlaq nümayiş etdirirlər.

Hz.Yəqubun Sahib Olduğu Elm

Hz.Yusif bu sözlərindən sonra köynəyini qardaşlarına verir və bunu atalarına aparmalarını söyləyir:

"Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!" Karvan ayrılanda ataları dedi: "Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram!" Onlar: "Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığın¬da qalmaqdasan!" - dedilər" ("Yusifi' surəsi, 12/93-95)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, ailəsi Hz.Yəqubun oğluna olan həsrətinə görə yanlış hərəkət etdiyini zənn edir. Onların bu düşüncələrinin xatırlatdığı hikmətli bir dərs də var: hadisələri ancaq zahirinə, yəni üzdən görünüşünə və səbəblərə görə dəyərləndirmək həmişə düz olmaya bilər. Çünki Allah Quranda xüsusi olaraq verilmiş elmə uyğun edilən hərəkətlərdən bəhs etmişdir. Məsələn, Hz.Musa ilə elm sahibi olan bir şəxsin başına gələnlərdən bəhs olunan hekayətdə bu mövzudan ətraflı söhbət açılır və nümunələri də qeyd edilir (Ətraflı məlumat almaq üçün Harun Yəhyanın "Həzrəti Musa" adlı kitabını oxuya bilərsiniz)

Allah Hz.Yəqubun da elm sahibi bir insan olduğunu bildirmişdir. Onun sahib olduğu bu elmə uyğun olaraq dediyi sözləri ailəsi başa düşməmişdi. Məsələyə zahiri yöndən baxaraq onun çaşqınlıq içində ol-duğunu zənn etmişdilər.

Hz.Yəqub köynəyi alandan sonra Allahın ona verdiyi elmi ailəsinə xatırlatmışdır:

"Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı və o: "Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!" - söylədi" ("Yusif" surəsi, 12/96)

Göründüyü kimi, Hz.Yusifin əvvəlcədən söylədikləri eynilə olmuşdur. Köynəyi atalarının gözlərinə sürtəndən sonra atasının narahatçılığı aradan qalxmış və gözü yenidən görməyə başlamışdı. Hz.Yəqub beləliklə sağlığına qovuşmuşdu. Həm də Hz.Yəqubun dedikləri ortaya çıxmışdı. Hz.Yusifi görəcəyini əvvəlcədən hisse etmiş və görmüşdü. Şübhəsiz ki, bu, onların ikisinin də elm sahibi insanlar olduğunu göstərir.

 

6 / total 8
"Harun Yəhyanın Həzrəti Yusif kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com