< <
2 / total: 8

Allah Sevgisi

İnsan ona kiçik qulluq göstərən və ya yaxşılıq edən bir insana bu gözəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətli insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu söyləyib həmin adamı mükafatlandırmaq istəyir və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməkdə səhv etməməyə çalışır.

Ancaq bəzi insanların unutduğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:

«Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!» («Tövbə» surəsi, 116)

Quranda hz. İbrahimin Allaha olan duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə ifadə etdiyi bildirilir:

«Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!» («Şuəra» surəsi, 78-82)

Allah'i Coşkuyla Sevmenin Neşesi

Adnan Oktar

ADNAN OKTAR: Allah’ın deli aşık ruhuyla sevilmesi lazım. Coşkuyla, sabah kalktığımızda hemen o aşkla sevdiğimiz Allah aklımıza gelecek, O'nun neşesi ve sevinciyle güne başlayacağız. Böyle bir bayram neşesi, sevinci içerisinde, çünkü sonsuz bir aklın, sonsuz bir gücün, sonsuz merhametin kontrolündeyiz ve O'nun kullarıyız. Bu olağanüstü sevindirici bir şeydir, üstelik sürekli nimetlerini görüyoruz, her yerde görüyoruz. Bir de bize sonsuz cennet hazırlamış güzel Allah'ımız. Bunun sevinci tabi yürekleri kaplar ve bir an dahi unutmamamız lazım, her an O’nun sevinci ve heyecanı içerisinde akşama kadar bayram gibi çoşku içerisinde yaşamamız lazım, hatta rüyamızda bile Allah sevinciyle yaşamamız lazım. Rüyamıza bile etki eder, eğer o coşkuyu yaşarsak. (Tempo TV; 24 Aralık 2008)

ADNAN OKTAR: Şimdi, tabii ki biz cennete veya cehenneme gideceğimizi bilmiyoruz, ama ben toprak olayım demek ne kadar korkunç bir şey. Ben Allah’ı aşkla seveyim denir, cehennemde olayım yine aşkla severim, deli âşık olarak, Allah Allah diyerek cehennemde gezerim. Niye yok olmayı isteyeyim? Yok olmak ne demek? Allah’la ben bağlantımı keseyim anlamına geliyor. Allah’ı unutayım anlamına gelir o. Deli aşık cehennemde de olsa, cennette de olsa Allah aşkıyla var gücüyle tekbir getirir, Allah’ı anar. Allah bırakılmaz. Müslüman Allah aşkıyla yanar. Cehenneme de girer, ateşin içine de girer. Allah hiç bir zaman için bırakılmaz. (Kocaeli TV; 23 Ocak 2009)

İnsana Sahib Olduğu Bütün Gözəllikləri Bəxş Edən Allahdır

Allah hər insana yoxdan bir can vermiş, dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qədər çətin nəfəs alıb-verdiyini bilir. Havasızlıq artdıqca insanın keçirdiyi sıxıntı hissi də artır. Biz güclə nəfəs alıb-verə biləcək dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç vaxt bizə sıxıntı vermir, əksinə, bizi rahatlaşdırır, xoşumuza gəlir.

Allah yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər və bitkilər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qidadan başqa  torpaqdan bir şey istehsal etmək imkanımız olmazdı. Ancaq Allah sonsuz mərhəməti və şəfqəti ilə insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.

meyveler

O, gökten su indirendir. Bununla herşeyin bitkisini bitirdik, ondan bir yeşillik çıkardık, ondan birbiri üstüne bindirilmiş taneler türetiyoruz.
Ve hurma ağacının tomurcuğundan da yere sarkmış salkımlar, -birbirine benzeyen benzemeyen- üzümlerden, zeytinden ve nardan bahçeler (kılıyoruz).
Meyvesine, ürün verdiğinde ve olgunluğa eriştiğinde bir bakıverin.
Şüphesiz inanacak bir topluluk için bunda gerçekten ayetler vardır.
(Enam Suresi, 99)

Üstəlik, bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində bir yandan da bütün bunların ləzzətindən böyük zövq alır.

Allahın yaratdığı heyvanlar da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanlara yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdirən xoş xüsusiyyətlərə malikdirlər.

kuşlar

Hayvanlardan yük taşıyan ve (yünlerinden, tüylerinden) döşek yapılanları da (yaratan O'dur). Allah'ın size rızık olarak verdiklerinden yiyin ve şeytanın adımlarına uymayın. Çünkü o, sizin için apaçık bir düşmandır.
(Enam Suresi, 142)

Tənəffüs etdiyimiz havadan yer üzünə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər anbaan qorunur.

İnsandan başqa bütün canlılar sahib olduqları xüsusiyyətlərin fərqinə vara bilmirlər. Bir dovşan nə qədər sevimli olduğunun fərqində olmadan yaşayır. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya tovuz quşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti olmayan canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Allaha şükr etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.

Norveç fiyortları

Sizin üstünüze sapasağlam yedi-gök bina ettik.
Parıldadıkça parıldayan bir kandil (güneş) kıldık. Sıkıp suyu çıkaran (bulut)lardan 'bardaktan boşanırcasına su' indirdik.
Bununla taneler ve bitkiler bitirip-çıkaralım diye.
Ve birbirine sarmaş-dolaş bahçeleri de.
(Nebe Suresi, 12-16)

Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara nemət olaraq verir. Buna görə də insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü  lazımınca qiymətləndirə bilməsi və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi vacibdir.

Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, qızılgülün görünüşündə qüsursuz estetika var. Yarpaqları son dərəcə səliqəli və simmetrik düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli parça olan məxmər yumşaqlığındadır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitməsinə baxmayaraq, rənqlərində bulanıqlığa və ya kirə rast gəlinməz. Ətri isə dünyanın ən inkişaf etmiş texnologiyalarından istifadə edilsə belə, bənzəri əldə edilə bilməyəcək xüsusiyyətlərə malikdir. Ən keyfiyyətli ətrin belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, qızılgül daima təzə qalan, insana zövq verən möhtəşəm ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin fərqində deyildir. Bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük nemət olaraq yaradılmışdır.

Tavşan ve yavruları

Yer üzündəki hər gözəllik həm Rəbbimizin neməti, həm də Onun sonsuz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük sevgi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alacaq dəlillər olduğunu bildirir:

«Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!» («Nəhl» surəsi, 13)

Bura qədər saydıqlarımız insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində, yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağıla, mühakimə etmə qabiliyyətinə malik olan insanın bu qabiliyyətlərindən Allahı tanımaq və bilavasitə onu çox sevmək üçün istifadə etməsi lazım gəlir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.

pembe çiçekler

Yapraklı taneler ve güzel kokulu bitkiler.
Şu halde Rabbinizin hangi nimetlerini yalanlayabilirsiniz?
(Rahman Suresi, 12-13)

Həmçinin, Allah Quranın bir çox ayəsində insanlara onlara verdiyi nemətlər haqqında düşünmələrini bildirmiş və nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyurulur:

«Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardığınız ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz! Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı» («Nəhl» surəsi, 4-15)

Gül bahçesi

Yapraklı taneler ve güzel kokulu bitkiler.
Şu halde Rabbinizin hangi nimetlerini yalanlayabilirsiniz?
(Rahman Suresi, 12-13)

Ey insanlar, Allah'ın üzerinizdeki nimetini anın. Gökten ve yerden sizi rızıklandıran Allah'ın dışında bir başka Yaratıcı var mı?
(Fatır Suresi, 35)

Nimet olarak size ulaşan ne varsa, Allah'tandır,
sonra size bir zarar dokunduğunda (yine) ancak O'na yalvarmaktasınız.
(Nahl Suresi, 53)

Yuxarıdakı ayələrdə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin sadəcə olaraq çox az bir qismidir. Allah bu ayələrin davamı olaraq «əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Allah bağışlayan və rəhm edəndir» («Nəhl» surəsi, 18) şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər haqqında düşünməsi belə Allahın insanlar üzərindəki sonsuz ehsanını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamağımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Buna görə də insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.

ortancalar

Yerde sizin için üretip-türettiği çeşitli renklerdekileri de (faydanıza verdi).
Şüphesiz bunda, öğüt alıp düşünen bir topluluk için ayetler vardır.
(Nahl Suresi, 13)

Çileye Sabır Allah Sevgisinin En Güzel Tezahürlerinden Biridir

Allah herşeyin sahibi olan ve herşeyi yaratandır. Kullarını çok seven ve koruyan olan Allah, kulları için zaman zaman farklı ortamlar yaratabilir. Kimi zaman bolluk, zenginlik, ferahlık içinde yaşatırken, kimi zaman da onları darlık, sıkıntı, hastalık ve çeşitli çilelerle imtihan edebilir. Kuran'da haber verilen peygamber kıssalarında, Allah'ın en sevgili kulları olan peygamberlerin çok çeşitli imtihanlardan geçtikleri görülmektedir. Hz. Eyüp (as), Hz. Yusuf (as), Hz. Musa (as), Hz. İbrahim (as), Hz. Muhammed (sav) ve diğer tüm peygamberler hayatları boyunca hem inkarcıların kurduğu tuzaklarla hem kendi kavimleri içinden çıkan münafıklar ve fasıklarla mücadele etmişler, hem de hastalık, yokluk, yurtlarından çıkarılma gibi çeşitli zorluklarla denenmişlerdir. Başlarına gelen her olayda, "Allah bize yeter, o ne güzel vekildir" diyen peygamberler, zorluk ve çile anında gösterilmesi gereken tavrın en güzel örneği olmuşlardır. Yaşadıkları her çile, her zorluk onların Allah'a olan sevgi ve bağlılıklarını kat kat artırmış, imanlarını daha derinleştirmiştir. Allah'ın kendilerini denemek için özel olarak yarattığı bir ortamla karşılaşmanın neşesini ve sevincini yaşamışlardır.

Peygamberlerin yolunu izleyen, onların ahlakını ve hayatını kendisine örnek alan salih müminler de benzeri çile ve imtihanlarla karşılaşırlar. Böyle bir olayı yaşayan bir müminin herşeyden önce bu durumu içten bir neşe, şevk ve heyecanla karşılaması gerekir. Bu özel durumu, Rabbimiz’in kişinin Allah'a olan sevgisini ve yakınlığını, imani derinliğini ve teslimiyetini kendisinin görmesi, kendi imanına kendisinin şahit olması için yarattığını bilerek coşku duymalıdır. Allah'a bağlılığını göstermesi için oluşan bu imkan onda sevinç meydana getirmeli ve bu sevinçle, en güzel ve asil şekilde tavır göstermelidir.

Allah Aşkinin İspati

Adnan Oktar

MUHABİR: Sayın Oktar, benim yine merak ettiğim bir konu var ama öncesinde şu tespiti yapmakta fayda var, bu haftaki programımıza Said Nursi Hazretleri’nin sohbeti ile başlamış olduk tabii konu konuyu açıyor. Ortak bir payda var benim yakaladığım İslam’ı temsil etmeye çalışan ya da dini anlatan birçok insan gerçekten birçok sıkıntılarla yoğrulmuş, Peygamberimiz (sav)'den başlayan süreci incelediğimizde bütün peygamberlerin çok sıkıntılı hayatları olmuş, Hz. Yusuf (as) kuyulardan çıkartılmış, Peygamberimiz (sav)’e birçok zulümler yapılmaya çalışılmış, yine Bediüzzaman örneğinde hapis hayatı, hücre hayatı söz konusu ortak bir nokta var. Aslında yine bir Kuran ayetinde de “sizden öncekilerin başına gelen belalar gelmeden cennete gidebileceğinizi mi sandınız” mealinde bir ayet de bulunmakta. Şimdi buradaki sebepleri aslında sormak istiyorum yani biz hep şunu söylüyoruz sizin kitaplarınızda da bu var, inanan bir kişi çok huzurlu bir hayat yaşar, olumlu bir hayat yaşar diye bir ana fikir var. Peki İslam’ı üst düzey temsil eden âlim seviyesinde hatta peygamber olan bu insanların yaşadıkları bu süreç nasıl yorumlanabilir?

ADNAN OKTAR: Bu âşık alametidir. Allah melekleri yaratıyor, fakat melekler Allah için gösterebilecekleri bir fedakârlık imkânına sahip değiller; mesela çile çekmeleri olmuyor, sabretmeleri olmuyor, cesaret göstermeleri olmuyor, mesela metanet göstermelerine gerek kalmıyor yani her şey onlara mecburi olarak verilmiş. Fakat insan böyle değil. İnsan Allah’a aşkını ve sevgisini şiddetli göstertme gücüne sahip, mesela ne yaparsa yapsın Allah, ne zorluk meydana getirirse getirsin eğer aşkında devamlıysa, o aşkı çok güzel ifade eden bir durum olmuş oluyor, insanlarda da bu vardır. Mesela insan sevdiğinin kendisine sadık olmasını ister her halükarda, değil mi, vefa göstermesini ister, zor bir durumda cesaret gösterip öne atılmasını ister, hatta hayatı pahasına da olsa onu korumasını ister. Bu bir güzelliktir. İşte Allah da böyle, Allah da bizim o güzelliği yaşamamızı istiyor. Allah için canımızı vermemiz, Allah için gazi olmamız gerekirse, Allah için aç, susuz kalmamız, hapis yatmamız, bunlar hep âşık alametleridir. Yani âşık bununla tatmin olur, bununla doyar. Yani ruhu bununla ferahlamış, açılmış oluyor. Çünkü sevgisini göstermek istiyor, insan ne yapsın, yapacağı tek şey en zor anda bile sevgilisinden yana olmasıdır. En zor anda bile. Zaten sevgilinin kanunu budur. En zor anda bile sevdiğini bırakmamak, her halükarda ona sadık olmak ve ona sevgisinde en ufak bir azalma olmaması bilakis daha da artma olması. İşte Allah bize bu imkanı vermiş oluyor dünyada. Biz Allah’a aşkımızı ortaya koymada bunu bir fırsat ve imkan olarak kullanmış oluyoruz. (Tempo TV; 20 Ocak 2009)

İnsanı Yoxdan Var Edən Və Ona Can Verən Allahdır

Erkek çocuk

İnsan necə yoxdan var olduğunu, necə can sahibi olduğunu və ana bətninə düşməsindən bu gününə qədər necə qayğı ilə qorunduğunu düşünəndə, Allahın onun üzərindəki rəhmətini, sonsuz mərhəmət və şəfqətini görür. Allah «Məryəm» surəsində insanları yaradılışları üzərində düşünməyə çağırır:

«Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?» («Məryəm» surəsi, 67)

Allah hər insanı ana bətnində son dərəcə təhlükəsiz, şikəst qalmayacağı, ağrı hiss etməyəcəyi bir yerə, ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir.

Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey milyardlarla il öncədən hazırlanmışdır. Tənəffüs edəcəyi havadan lazımlı qidaları alacağı ana südünə qədər hər şey hazır şəkildə onu gözləyir.

Hər insanın vücudu bütün həyatı boyu Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn, ürək insanın həyatı boyu dayanmadan döyünür, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyildir. İnsana yalnız ürəyinin hər saniyə döyünməsi üçün lazım olan əmri vermək vəzifəsi tapşırılsaydı belə, həyatı çox çətinləşərdi; yata bilməz, yemək yeyə bilməz,  bundan başqa heç bir iş görə bilməyəcək hala düşərdi. Lakin Allah həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər işləməsi əmrini verir. Beləliklə, ürək insanın ömrü boyu, bir an belə dayanmadan Allahın nəzarətində işləməyə davam edir.

İnsanın özünə məxsus olduğunu iddia etdiyi bədəninin üzərində heç bir hakimiyyəti yoxdur. İnsana bütün hüceyrələrinə qədər hakim olan yalnız uca Rəbbimizdir. Böyük sürətlə axan qana, ürəyin tutduğu qan miqdarına, qanın laxtalanma müddətinə, tənəffüs, həzm, müdafiə, sinir sisteminə və burada saymadığımız bir çox sistemlərə insanın özbaşına nəzarət  etməsi və ya bunları idarə etməsi qeyri-mümkündür.

İnsan hər şeyə görə Allaha möhtacdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir!» («Fatir» surəsi, 15)

altın kapı, deniz

O Allah ki, yaratandır, (en güzel bir biçimde) kusursuzca var edendir, 'şekil ve suret' verendir. En güzel isimler O'nundur. Göklerde ve yerde olanların tümü O'nu tesbih etmektedir. O, Aziz, Hakimdir.
(Haşr Suresi, 24)

Səhərlər yuxudan oyanarkən vücudumuzda yaşamağımız üçün lazım olan hər bir hissənin qüsursuz olaraq işlədiyinə şahid oluruq. Rahatlıqla nəfəs ala bilir, gözlərimizi açanda heç bir əziyyət çəkmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürük.

Səsləri hər zaman eyni dəqiqliklə eşidə bilirik, çox rahatlıqla qoxu hiss edir, yemək yeyə bilirik. Qəbul etdiyimiz qidalardakı vitaminlərin vücudumuzda hansı nahiyəyə getməsi, saysız mikrob və viruslarla orqanizmimizin necə mübarizə aparması, bir əşyanı görmək üçün beynimizdə görüntünün necə əmələ gəlməsi kimi incəliklər üzərində heç vaxt düşünmək məcburiyyətində qalmırıq.

Heç bir çətinlik çəkmədən bir gün, bir il, hətta illərlə öncə nələr etdiyimizi xatırlaya bilir, bütün bunları yaddaşımızda saxlaya bilirik. Ən mühüm olanı isə bu qədər həssaz tarazlıqlar üzərində işləyən bir vücuda sahib olmağımıza baxmayaraq, sağlam və gümrah oluruq. Çünki insan hər an Allahın nəzarətində olan dar bir sistemdən asılıdır. Bax, buna görə də insan Rəbbimizin ona bağışladığı bu qüsursuz sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizə belə xatırladır:

«Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi» («İnfitar» surəsi, 6-8)

Göründüyü kimi, insan təkcə öz orqanizminə baxaraq belə Allaha dərin və güclü bir sevgi ilə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Üstəlik, yalnız insan bədənində deyil, kainatdakı hər varlıqda insanlara verilmiş bənzərsiz nemətlər vardır. Bütün bunlar tək və həqiqi dostumuz olan Allahın bizim üçün yaratdığı və qoruduğu qeyri-adi nemətlərdir.

Bu incəlikləri düşünən insan onu yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah istəməsə, nəfəs belə ala bilməyəcəyini görər, Allahın onun ən yaxın dostu və himayəçisi olduğunu anlayar. Allah bu həqiqəti «Ənkəbut» surəsində belə bildirir:

«Siz nə yerdə, nə də göydə Allahı aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!» («Ənkəbut» surəsi, 22)

Allah Hər Şeyi En Gözəl Şəkildə Yaradır

Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Xoşagəlməz görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

«...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» («Bəqərə» surəsi, 216)

«Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor» («İnsan» surəsi, 3)

Bu həqiqəti bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər danışıqdan razı olar, hər an Allaha yönələrək, yaratdıqları üçün Ona şükr edər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Allahı sevgi və təriflə zikr edərlər.

bahçe

Allah onlardan razı olmuş, onlar da O'ndan razı olmuşlardır.
İşte onlar Allah'ın fırkasıdır...
(Mücadele Suresi, 22)

Allah İnsanlara Çətinlik Verməz, Onlardan Asan Olanı İstəyər

Zambak
Mor salkım

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asandır, ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin rizasını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:

«Biz sənə ən asan olanı müyəssər edərik». («Əla» surəsi, 8)

«...O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dinində olduğu kimi...». («Həcc» surəsi, 78)

«Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik». («Taha» surəsi, 2-3)

Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artığını yükləmədiyini bildirir:

«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!». («Bəqərə» surəsi, 286)

Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayan olmasının və şəfqətinin təzahürüdür. Allah bəndələrini asan dinə cavabdeh etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyalına belə gətirməyəcəyi mükəmməllikdə olan nemətlərlə zəngin olan sonsuz cənnət həyatı ilə müjdələyir:

«Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnətlərlə müjdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!». («Tövbə» surəsi, 21-22)

Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən uzaqdır. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları var. Dünyanın ən zülmkar, ən imansız insanı da Allaha heç bir şəkildə zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl davranışlarına görə onları mükafatlandıracağını bildirir. Bu, Allahın  bağışlayan və böyük rəhmət sahibi olmasının dəlillərindən biridir.

Kuran-ı Kerim

Böylece biz onu, Arapça bir Kur'an olarak indirdik ve onda korkulacak şeyleri türlü şekillerde açıkladık; umulur ki korkup-sakınırlar ya da onlar için düşünme (yeteneğini) oluşturur.
(Taha Suresi, 113)

Allahın insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təzahürlərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və yanlışı bildirən nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz insanları cavabdeh etdiyi hər cür ibadəti, inancı və davranış şəklini açıq-aydın ayələri ilə bizə bildirmişdir.

«Həqiqətən, Biz onlaraelmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət - olan bir kitab gətirdik». («Əraf» surəsi, 52)

Allah Quranı qorumuş, tək bir hərfinin belə dəyişməsinə izn verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:

«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!». («Hicr» surəsi, 9)

«Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir». (Fussilet Suresi, 42)

Qiyamətə qədər qorunacaq olana və bizim üçün qanun olana, qüsursuz və əskiksiz yol göstərənə sahib olmaq insanlar üçün böyük nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini belə bildirir:

«...Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!». («Nəhl» surəsi, 89)

Bundan başqa, Allah tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kimsələrdir. Elçilər yalnız Allahın rizasını axtarmış, ölümdən belə çəkinmədən, insanları doğru yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin başqa bir xüsusiyyəti də çox şəfqətli, möminlərə qarşı çox mehriban, onları qoruyub qayğısına qalan, dərin düşüncəli, diqqətli və fədakar şəxslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük lütfüdür.

Allahın insanlara hər şeyi açıq bildirmiş olması, haqq kitablar və etibarlı elçilərlə onları asan olan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qoruyuculuğunun bir təzahürüdür. Allah tarix boyu insanlara rahatlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəçilərlə çatdırmış, çağırışına tabe olanların himayəçisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunlardan sonra onları sonsuz gözəllikdə olan cənnəti ilə müjdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da, axirətdə də insanlara rəhm edən, onları qoruyan, nemətləndirən, sonsuz şəfqət sahibidir. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə səmimi sevgi və təslimiyyətlə bağlanar.

Allah Sevgisiyle Gidilen Her Yol Güzeldir

Adnan Oktar

SUNUCU: Ne güzel. O enerjiniz hakikaten o zaman bile insanlara teselli vermiş. “Değerli Hocam, öncelikle derin saygılarımı sunarım. Hocam siz anlatımlarınızda samimiyetin önemi üzerinde çok duruyorsunuz. Benim sizden naçizane ricam; acaba bu konuya örnekler verebilir misiniz? Daha evvel bir örnek vermiştiniz ve o örnek bana çok yol gösterici olmuştu.” Mete Taşçı, Afyon’dan sormuş Hocam.

ADNAN OKTAR: Bakayım Mete’nin mektubuna. Hoşuna gitmiş Mete’nin maşaAllah, dikkatini çekmiş demek ki maşaAllah. Samimiyetten örnek; mesela akıl hastanesinden alalım örnek, konuşuyoruz. Samimi ise bir Müslüman, onun Allah tarafından özel yaratılmış bir mizansen olduğunu bilir, çünkü orada Allah bir sanat meydana getiriyor. Mesela akıl hastaları gösteriyor. Bağırıp çağıran insanlar gösteriyor. Eski somyalar gösteriyor. Allah istese çok mükemmel bir görüntü de gösterebilir ama o da ayrı bir sanattır. O ayrı bir detaydır, çünkü orada akıl hastasının sesine karşı sabırlı olacaksın. Anormal hareketlerine karşı sabırlı olacaksın. Oradaki tatsız, kirli ortama karşı sabırlı olacaksın. Yani bir nevi cehennem özelliği gibi özellik gösteriyor. Hepsine karşı sabırlı olmanın anlamı nedir? “Ya Rabbi” diyorsun “ben seni çok seviyorum”. “Her ne olursa olsun sana olan aşkımı, sevgimi, muhabbetimi asla bırakmam. Daha şiddetli olsa yine bırakmam. Daha da şiddetli olsa yine bırakmam, değil mi? Canımı alsalar, malımı alsalar, vücudumu parçalasalar yine bırakmam diyorsun. Bu nedir? Deli aşık demektir. İşte Allah bunu istiyor. Aşk olmadıktan sonra ne dünyanın anlamı vardır ne cennetin anlamı olur. Hiçbir yerin anlamı kalmaz Allah esirgesin. Aşığın gittiği her yer ona zevkli ve güzeldir. Yoksa cennete gider adam cennet köşküdür, sıkıntıdan perişan olabilir Allah göstermesin. Bu dünyadaki insanı götürüp koysa cennete, eğer bu kafa ile bu mantıkla gitse bizim bildiğimiz klasik o hırsla, orada da anormallik yapacaktır, orada da zulüm yapmaya kalkacaktır. Orada da insanları tersleyecektir, acı verecektir. Cennet bir nevi cehenneme dönüşür o zaman haşa, değil mi? İnsanlara azap verir. Allah aşkı ile cennet çok güzel. Allah’a karşı tutkuyla çok güzel. Cenneti güzelleştiren odur. Yoksa yani evle, bina ile, etle, kemikle insan mutlu olmaz. Allah aşkı ile mutlu olur insan. O yüzden insanlar bir türlü mutlu olamıyor. (Adıyaman ASU TV, 30 Kasım 2009)

Allah Günahlarına Görə Peşman Olanların Tövbələrini Qəbul Edər, Onları Bağışlayar

Adnan Oktar

Allah sonsuz bağışlayandır. Quranın bir ayəsində Rəbbimiz bu həqiqəti bizə: «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər...» («Nəhl» surəsi, 61) sözləri ilə bildirir.

Allah bütün insanlara bir zaman təyin edir. Həqiqətən, iman edənlər üçün bu, çox xeyirli zamandır. Allahdan qorxub çəkinən hər insan ən kiçiyindən ən böyüyünə qədər hər günahı üçün Allaha tövbə edib, Onun bağışlamasını diləyə bilər, günahlarından keçməsini uma bilər. İnsan tövbəsində səmimi olduğu zaman Allah hər günahı bağışlayandır. Allahın sonsuz bağışlayan olması Quranda belə bildirilmişdir:

«Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı, halınız necə olardı!». («Nur» surəsi, 10)

Allah sonsuz bağışlayan olduna görə, insan üçün hər zaman qurtuluş ümidi vardır. Tövbələri qəbul edən, fəzilət və rəhmət sahibi olan Rəbbimiz insanlara olan mərhəmətinə görə onlara həyatları boyu qurtuluş imkanı yaratmış, onlara tövbələri qəbul edən olduğunu bildirmişdir. Allahın bütün bu nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqində olmadan yaşayanlar, həqiqətən, qəflət içindədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini lazımınca dəyərləndirməmələri bu kimsələrin axirətdə cəhənnəm əzabı ilə qarşılaşmalarına səbəb olacaqdır.

Allah Onun Yolunda Olanların Qoruyucusu və Yardımçısıdır

Allaha səmimi qəlbdən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin onu qoruduğuna, Onun doğmalığına və yaxınlığına hər an şahid olur. Allah səmimi qəlbdən edilən, haramdan uzaq olan və halal olan hər işdə möminlərin yolunu açır, onlara rahatlıq verir. Allah Quranın bir çox ayəsində möminlərə mütləq yardım edəcəyini, onları qoruyacağını və daima yüksək məqama gətirəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:

«...İman gətirənlərə kömək etmək Bizə vacibdir!». («Rum» surəsi, 47)

Allahın hər an köməyi ilə dəstəklədiyi möminlərə dair ən gözəl nümunələrdən biri hz. Musanın həyatıdır. Hz. Musa yaşadığı şəhərdən qaçdıqdan sonra Allaha «Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!» («Qəsəs» surəsi, 24) deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu bir qövmlə qarşılaşdırmışdır. Beləliklə, hz. Musa etibarlı insanların yanında qalmaq və işləmək imkanı tapmışdır.

pembe çiçekler

Şüphesiz biz elçilerimize ve iman edenlere, dünya hayatında
ve şahidlerin (şahidlik için) duracakları gün elbette yardım edeceğiz.
(Mümin Suresi, 51)

Allah hz. Musaya peyğəmbərlik verdikdən sonra hz. Musanın istəyinə görə, onu qardaşı hz. Harun ilə dəstəkləyərək gücləndirmişdir. Firon və onun ordusunun hz. Musanın və hz. Harunun üzərinə düşdükləri zaman Allah yenə onlara yardım etmişdir. Allah dənizi yararaq hz. Musa və yanındakılara keçə biləcəkləri bir yol açmış, firon və ordusunu isə suda boğmuşdur. Allah hz. Musa və hz. Haruna etdiyi köməyini «Saffat» surəsində belə bildirir:

«Biz Musa və Haruna də nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər». («Saffat» surəsi, 114-116)

Allah hz. Nuha da yardım etmiş, qövmünə gələcək tufandan onu və digər insanları qorumaq üçün hz. Nuha gəmi düzəltməsini vəhy etmişdir.

Allah hz. İsanı çarmıxa çəkilib öldürülmək üzrə ikən onu öz qatına yüksəldərək qorumuşdur. Allah hz. Yusifi zindandan xilas etmiş, onu yüksək mövqeyə yüksəltmişdir. Rəbbimiz Peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v.) də daima yardım etmiş, onun üzərindəki yükü daima yüngülləşdirmişdir. Allah Quran ayələri ilə Peyğəmbərimizin (s.ə.v.) himayəçisi, qoruyucusu və yardımçısı olduğunu müjdələyərək möminlərin qəlblərinə rahatlıq və inam duyğusu vermişdir.

«Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər». («Muhəmməd» surəsi, 7)

«And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: «Onlar mütləq qalib gələcəklər. Bizim əskərlərimiz labüd olaraq zəfər çalacaqlar!». («Saffat» surəsi, 171-173)

Ey iman edenler, eğer siz Allah'a (Allah adına İslam'a ve Müslümanlara) yardım ederseniz, O da size yardım eder ve sizin ayaklarınızı sağlamlaştırır. (Muhammed Suresi, 7)

İnsan hər an Allaha möhtacdır. Heç bir insanın Allahdan başqa yardımçısı yoxdur. Hər hansı sıxıntı ilə qarşılaşdığı zaman ona kömək edə biləcək olan yalnız Allahdır. Allah insanlara rəhmət olaraq dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri aradan qaldırmaq üçün bir çox nemət yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən bunları müstəqil güc sahibi olan varlıq kimi düşünməsi böyük xəta olar. Çünki əslində, bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın istəməsi ilə insanlar üçün nemətə və rəhmətə çevrilir. Sözgəlişi, xəstəliyinə görə həkimdən kömək istəyən insana, əslində, bu köməyi göstərən yalnız Allahdır. Həkim isə ancaq Allahın istəməsi ilə insana şəfa verə bilər. Eyni ilə haqqını qoruması üçün özünə vəkil olaraq hüquqşünas tutan adamın da əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın diləməsi ilə bir insanın haqqını qoruya bilər. Həqiqətdə isə hadisələri ən gözəl şəkildə tamamlayan və insana nemətini çatdıran yalnız Allahdır.

Hər işində daima Allaha üz tutan, yalnız Rəbbimizi vəkil tutan bir insanın tək dostu və yardımçısı Allahdır. Allah möminlərə dilədiyi yollardan köməyini çatdırır. Bu həqiqətləri dərk edən bir insan heç bir zaman insanlardan və ya başqa güclərdən kömək ummaz. Bütün yardımın Allahdan gəldiyini bilər, hər şeyi Allahdan istəyər. Bir uğur qazanarkən, qələbə çalarkən, xeyirli bir işlə qarşılaşarkən dərhal Allaha üz tutub şükr edər, köməyinə görə Allaha minnətdarlıq edər. Həyatı boyu Allahın yardımını və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün, məhz Rəbbimizə minnətdarlıq edər və Ona ürəkdən gələn bir sevgi ilə bağlanar. Allah insanların həqiqi dostunun və yardımçısının ancaq Özü olduğunu Quranda belə xatırladır:

«...Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?! Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!». («Bəqərə» surəsi, 106-107)

Allah Dualara Cavab Verəndir

İnsanın özünə məxsus olan müstəqil heç bir gücü yoxdur. Həyatının hər anında, qarşılaşdığı hər hadisədə Allahın gücünə, ona rəhmət etməsinə, lütfünü və nemətini bağışlamasına, qoruyub qayğısına qalmasına möhtacdır. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz, insanlara bütün dualarına və hər çağırışlarına cavab verəcəyini bildirərək onları yardımı ilə müjdələmişdir:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər». («Bəqərə» surəsi, 186)

«Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!». («Mömin» surəsi, 60)

Yer üzündəki hər şeyin tək hakimi və hər insanın, hər varlığın, maddi-mənəvi hər şeyin tək sahibi olan Allahın insanın hər istəyini duyması, ağlından keçən hər şeyi bilməsi və dualarına cavab verməsi insan üçün çox böyük bir nemət və rəhmətdir.

İnsan Allahın rizasına, halal və haram həddinə tabe olaraq heç bir məhdudiyyət olmadan Rəbbimizdən hər şeyi istəyə bilər. Allah Quranda bir çox peyğəmbərlərin duasına yer vermiş və bu dualara necə cavab verdiyini bildirmişdir:

«Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!». Biz duasını qəbul buyurduq, onu düçar olduğu bəladan qurtardıq. Dərgahımızdan bir rəhmət və ibadət edənlərə ibrət dərsi olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik». («Ənbiya» surəsi, 83-84)

Limon ağacı

«Balıq sahibi Yunisi da xatırla! Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra qaranlıqlar içində: «Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən, zalimlərdən olmuşam»! - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!». («Ənbiya» surəsi, 87-88)

«Zəkəriyyanı da yada sal! Bir vaxt o: «Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!» - deyə yalvarıb Rəbbinə dua etmişdi. Biz duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini doğmağa qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər». («Ənbiya» surəsi, 89-90)

«Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik». («Saffat» surəsi, 75-77)

Allah «Nəml» surəsində yalnız peyğəmbərlərin deyil, sıxıntı və ehtiyac içində olan hər kəsin duasına cavab verdiyini bildirir:

«Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?». («Nəhl» surəsi, 62)

lavanta ve sarı çiçekler

O'na korkarak ve umut taşıyarak dua edin.
Doğrusu Allah'ın rahmeti iyilik yapanlara pek yakındır.
(Araf Suresi, 56)


Bir insanın Allahdan dilədiyi bir şeyin gerçəkləşdiyini görməsi onun üçün böyük bir sevinc mənbəyidir. Allahın hər an yanında olduğunu, onu gördüyünü, eşitdiyini, hər düşündüyündən xəbərdar olduğunu bilmək, səmimi olduğu halda Allahın ona hər işində yardım edəcəyinə, hər istəyini qəbul edəcəyinə ümid bəsləmək bir möminin Allaha olan sevgisini, təslimiyyətini və ürəkdən bağlılığını artırır.

Allah Sonsuz Ədalət Sahibidir

Beyaz at

İnsan həyatı boyu bir çox insanın ədalətsiz davranışına şahid olur. Bir çoxları ticarətində, bəziləri şahidliyində, bəziləri də bir söhbət haqqında qərar verərkən adil davranmır, öz mənafeyini qoruyur və ya ədalətli davranmağı ağlına gətirmir. Ədalət bir insanın üstün əxlaq sahibi, dürüst və səmimi olduğunun ən mühüm göstəricilərindən biridir. Cəmiyyətdə öz mənafelərinə ziyan dəyməsini belə göz önünə alaraq adil və haqlı davranan insanlara qarşı sevgi və hörmət hiss edilir. Cəmiyyət içində bu cəhətləri ilə tanınan insanlar fərqli dünyagörüşünə malik olsalar da, hörmət görürlər, hətta qəhrəman elan edilirlər.

Allah isə sonsuz ədalət sahibidir. Allah hər hökmünü ədalətlə verir. Bütün insanlar tarix boyu Allahın hüzurunda layiq olduqları əvəzi almışlar və bundan sonra da  mütləq alacaqlar. Hər insan Allahın hüzurunda etdiklərinin tam əvəzini tapacaq. Allah ədalətinin axirət günündə necə qüsursuz bir tərzdə təzahür edəcəyini ayələrində belə bildirir:

«Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar şad olarlar. Onlara tük qədər haqsızlıq edilməz». («İsra» surəsi, 71)

«De: «Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!». («Səba» surəsi, 26)

Allahın ədalətinə əmin olmaq isə insanın Allaha məhdudiyyətsiz bir sevgi və etibarla təslim olmasına vəsilə olur. Belə bir insan hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın, Allahın ədalətinin daima təzahür edəcəyindən əmin olaraq Rəbbimizin onun üçün yaratdığı hər hadisəni sevinclə qarşılayar.

Mümin, Allah'ın İmtihanından Sevinç Duyar

Muhabir: Tavsiyeniz ne olur, bu yolda ilerlemek isteyen için?

Adnan Oktar: Çok samimi olmak, Allah’ı çok sevmek, Allah’tan çok korkmak, çok güçlü bir imana sahip olmak, Allah’ın imtihanından iftihar etmek, Allah imtihan ettiğinde sevinç duymak, hep kolaylık aramamak, en zorların arasındadır sevaplar, en çetin yerlerin içindedir sevaplar. Müslüman çetin ortamlardan, zorluklardan yılmayacak, bilakis rahmet olarak görecek onu. Eğer ondan kaçınırsa, imtihandan kaçınıyor demektir. Aşık, Allah’a olan aşkını, zorluklar içerisinde gösterir. Kolay içinde herkes yapar. (CRT TV, Eylül 2008)

Adnan Oktar, Ortaköy Cami

"Rabbimiz, şüphesiz Sen, bizim saklı tuttuklarımızı da, açığa vurduklarımızı da bilirsin. Yerde ve gökte hiç bir şey Allah'a gizli kalmaz."
(İbrahim Suresi, 38)

Saray

Yeryüzünde olan ve sizin nefislerinizde meydana gelen herhangi bir musibet yoktur ki, Biz onu yaratmadan önce, bir kitapta (yazılı) olmasın.
Şüphesiz bu, Allah'a göre pek kolaydır.
(Hadid Suresi, 22)

 

2 / total 8
"Harun Yəhyanın Allah Sevgisi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com