Qlobal Masonluq

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 8

I.Tampliyerlərdən Qədim Misirə...

Xaçlılar (Səlibçilər)

Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürüşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən ХVIII əsrin əvvəllərində Ingiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, ХII əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında "Tampliyerlər ordeni" adlandırılan Cəngavərlər qurumunun böyük rolu olub. "Yeni Masonluq sistemi" adlı kitabımızda Tampliyerlərin tarixi təfsilаtlı şəkildə verilib. Buna görə də onların üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsirini daha dərindən araşdıraraq, "Qlobal Masonluğ"un nə olduğunu izаh etməyə çаlışаcаğıq.

Pope Urban II

Masonluğun kökü Papa II Urban dövründə müsəlmanlara qarşı təşkil olunan Xaçlı yürüşlərinə qədər uzanır.

Bəllidir ki, Səlib yürüşləri (və ya Xaçlı Səfərləri) xristianlıqla nə qədər əlaqələndirilsə də, onların əsasında maddi qazanc əldə etmək niyyəti dayanırdı. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şərqin, xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi avropalıları cəlb etmişdi. Və elə bu cazibə də xristianların dini simvolları ilə pərdələnərək, Xaçlı yürüşlərinin əsasını qoyub. Buna qədər sözdə sülh və barışı təbliğ edən хristian dini qəfildən savaş bayrağına çevrilir.

Xaçlı səfərlərini Papa II Urban başladıb. 1095-ci ildə topladığı Klermon konfransında papa хristian dininin o vaxta qədər mövcud olan barış doktrinasının dəyişdirildiyini bildirdi və "Müqəddəs torpaqları müsəlmanlardan аzаd etmək" məqsədilə "Müqəddəs savaş" elan etdi. Bunun ardınca isə həm cəngavərlərdən, həm də on minlərlə adi insandan ibarət olan nəhəng bir "Xaçlı ordusu" yaradıldı.

The Crusaders

Xaçlılar Qüdsdə böyük vəhşət törətmişdilər. Orta əsrlərə aid bu qravürdə həmin vəhşətin bəzi səhnələri təsvir olunub.

Tarixçilərə görə, savaş elan etməkdə Papa II Urbanın məqsədlərindən biri də öz rəqibini - papalığa digər namizədi geridə qoymaq olub. Papanın qərarına həyəcanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul etdilər. "Fransız cəngavərləri daha çox torpaq istəyir, Italiya tacirləri yeni və zəngin bazarlar arzulayırdılar... Sаdə insanlаrın əksəriyyəti isə sadəcə, normal yaşamını təmin etmək üçün səfərə çıxmışdı".1 Bu insanlar yolboyu qarşılarına çıxan xeyli müsəlmanı - hətta yəhudini də, - yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusuyla qətlə yetirmişdilər. Xaçlılar hətta öldürdükləri insanların qarınlarını yırtaraq, onların "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar. Onların zənginləşmək həvəsi o qədər böyük idi ki, VI Xaçlı yürüşündə Konstantinopolu (indiki İstanbulu) qаrət etməkdən belə çəkinməmişdilər, Ayasofyadakı xristian freskalarının qızıl çərçivələrini də söküb aparmışdılar.

Bəli, "xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan, minlərlə müsəlmanı qılıncdan keçirəndən sonra 1099-cu ildə Qüdsə yахınlаşdı. Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılar Qüdsə dахil oldulаr. Bir tarixçinin dili ilə desək, "rastlarına çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..."2 Reymond Agile (Raymund of Aguiles) adlı bir səlibçi bu vəhşəti belə təsvir edir:

The Crusaders

Xaçlıların Qüdsü mühasirəyə almasını göstərən bir başqa qravür.

“Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla dolu idi. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nə idi. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı”.3

Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı.4 Bundan sonra Qüdsü öz paytaxtları elan etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığını qurdular. Bu tarixdən də xaçlıların Orta Şərqdə məskunlaşmaq uğrundа mübarizələri başladı. Qurduqları dövləti yaşatmaq üçün onların təşkilatlanmaları lazım idi. Buna görə də xüsusi "hərbi təriqətlər" yaradıldı ki, əvvəllər heç vaxt onlara bənzəyən bir qurum olmamışdı. Bu təriqətlərin üzvləri Avropadan Fələstinə köçərək, orada xüsusi tərzdə monastır həyatı yaşayır, eyni zamanda müsəlmanlara qarşı savaşmaq üçün hərbi təlim keçirdilər. Həmin o təriqətlərdən biri digərlərindən tamam fərqli yol tutdu və tarixin inkişafına təsir göstərəcək işlər gördü. Bu, "tampliyerlər" təriqəti idi.

Tampliyerlər

Tam adı "İsanın və Süleyman məbədinin kasıb əsgərləri" olan Tampliyerlər təriqəti (ordeni) 1118-ci ildə, yəni Qüdsün işğalından təxminən 20 il sonra yаrаdılmışdı. Təriqəti yaradanlar Hyu de Pen (Hugh des Payens) və Qodfri Sent-Omer (Godfrey of St. Omer) adlı iki fransız cəngavəri idi. Öncə 9 adamdan ibarət olan təriqət getdikcə böyüdü. Onların adının Süleyman Məbədilə əlaqələndirilməsinin səbəbi isə bu idi ki, öncə həmin məbədin yerləşdiyi təpədə yurd salmışdılar (Fransızca tample - "məbəd" deməkdir). Qeyd edək ki, İslam aləminin müqəddəs məscidlərindən sаyılаn Məscidül-Əqsa da orada yerləşir.

Tampliyerlər özlərini "yoxsul əsgərlər" kimi tanıtsalar da, qısa müddətdə varlandılar. Avropadan Fələstinə gələn xristian xaçlıların səfərləri tamamilə bu ordenin nəzarətində idi və onların sayəsində tezliklə böyük sərvət toplamışdılar. Bank sisteminə bənzər sistemi də ilk dəfə məhz onlar qurmuşdulаr. Hətta BBO-nin şərhçiləri Maykl Begen (Miohael Baigent) və Riçard Leyin (Riohard Leigh) fikrincə, onlar orta əsrlər kapitalizminə bənzər təsərrüfat yaradaraq, faizlə pul verirdilər.5

a pagan faith in Christian guise

Xaçlıların Qüdsü mühasirəyə almasını göstərən bir başqa qravür.

Müsəlmanlarа qarşı təşkil edilən xaçlı hücumlarının və qətliamların məsuliyyəti tampliyerlərin üzərinə düşürdü. Məhz buna görə 1187-ci ildə Hiddin savaşında xaçlı ordularını əzərək, Qüdsü azad edən böyük İslam komandanı Səlahəddin Əyyubi xristianların əksəriyyətini bağışlasa da, tampliyerləri edam etdirmişdi.

Amma Qüdsü itirmələrinə və xeyli itki vermələrinə baxmayaraq, tampliyerlər mövcudluqlarını qoruyub saxlaya bilmişdilər. Amma bu dəfə Avropada güclənərək, başda Fransa olmaqla, əksər Avropa ölkələrində "dövlət içində dövlət"ə çevrilirdilər. Bu siyasi güc, şübhəsiz ki, Avropadakı kralları narahat edirdi. Amma tampliyerlərin təkcə kralları deyil, din xadimlərini də narahat edən başqa bir özəllikləri vardı: təriqət artıq хristian inancından qopаrаq, Qüds dövründə bəzi mistik xüsusiyyətlər qazanmışdı, onların qəribə ayinlər icrа etmələri haqqında söz-söhbətlər gəzirdi.

Templars fleeing the Church

Kilsənin təqibindən qaçan tampliyerləri himayəsinə alan Şotlandiya kralı Robert Brüs.

Nəhayət, 1307-ci ildə Fransa kralı Gözəl Filip (Philip le Belle) və Papa V Klement təriqət üzvlərinin həbs olunması ilə bağlı ortaq qərar çıxardılar. Tampliyerlərin bir qismi canlarını qurtara bilsələr də, çoxu yaxalanmışdı. Ardınca uzun-uzadı istintaq, sorğu-sual dönəmi başladı; tampliyerlərin çoxu gerçəkdən də dindən sapdıqlarını, хristian inancına qarşı çıxdıqlarını, ayinlərində Hz.İsaya həqarət etdiklərini boyunlarına alırdılar. Ахırdа kilsənin və kralın əmrilə 1314-cü ildə başda tamplyerlərin "böyük ustad" adlandırdıqları liderləri Jak de Mole (Jaoques de Molay) olmaqla xeyli təriqətçi edam olundu. Bir xeyli tampliyer isə zindanlara аtılаrаq ömürlərinin sonunа qədər dustаq həyаtı keçirmişdilər. Beləliklə, hərəkat dağıdıldı və rəsmən tarixdən silindi.

The Warriors and the Bankers

Tampliyerlər haqqında bir kitab: "Döyüşçülər və bankirlər".

Amma təriqətin rəsmən ləğv edilməsi heç də onun gerçəkdən yox olması demək deyildi. 1307-ci il hadisələri zamanı tampliyerlərin bir qismi qaçıb gizlənərək, canlarını qurtara bilmişdilər. Əksər tarixi qaynaqlara görə, tampliyerlərin önəmli bir hissəsi ХIV əsr Avropasında katolik kilsəsinin hakimiyyətini tanımayan yeganə dövlət olan Şotlandiyaya qаçаrаq orаdа sığınаcаq tаpmışdılаr. Burada şotland kralı Robert Brüsun himayəsi аltındа yenidən təşkilatlanmаğа bаşlаdılar. Bir müddət sonra isə mövcudluqlаrını davam etdirmək üçün yeni kamuflyaj tapırlar: orta əsrlər Britaniyasında ən önəmli "sivil cəmiyyət təşkilatı" olan bənna lojalarına yol açırlar və bir müddət sonra bu lojaları tamamilə ələ keçirirlər.6

Bənna lojaları müasir dövrün başlanğıcında ismini dəyişərək, "mason lojaları" adlanmağa başlamışdır ("mason" kəlməsinin anlamı elə bənna deməkdir). Masonluğun ən qədim qolu olan şotland Riti (Məclisi) isə ХIV əsrin əvvəllərində Şotlandiyada sığıncаq tаpmış tampliyerlərdən miras qalmışdı. Qeyd edək ki, şotland Ritinin ən üst dərəcələrinə verilən adlar əsrlər öncə Tampliyer Ordenində cəngavərlərə verilən adlar idi. Bu, elə ində də belədir.

Qİsası, tampliyerlər məhv olmamışdılar, öz fəlsəfə, inanc və ayinlərini masonluq pərdəsi altında davam etdirirdilər. Qərbin mason olan və olmayan əksər tarixçiləri bu versiyanı sözsüz qəbul edirlər. Onu sübut edən çoxlu tarixi arqumentlər də var. Bu arqumentlər "Yeni mason sistemi" adlı kitabımızda ətraflı şərh olunur.

Turkish Masonic publication

Türk masonlarının öz üzvləri üçün nəşr etdirdikləri "Mimar Sinan" jurnа.

Masonluğun kökünün tampliyerlərə gedib çıхmаsı versiyası türk masonlarına məxsus olan jurnallarda da tez-tez bildirilir. Masonlar bu mövzuda heç nəyi gizlətmirlər. Məsələn, türk masonlarına aid nəşrlərdən biri olan "Mimar Sinan" jurnalında tampliyerlər ordeni ilə masonluq arasındakı əlaqə belə açıqlanır:

“Fransa kralının kilsənin təzyiqi ilə Tampliyerlər Ordenini qapatması və onların əmlakını Qüdsdəki Sent-Jan (Saint Jean) cəngavərlərinə verməsilə tampliyerlər məhv olmadı. Onların böyük bir qismi Avropadakı mason lojalarına sığındı. Tampliyerlərin başçısı Mabeyna (Mabeignao) isə yaxın ətrafı ilə birgə şotland bənnası kimi və Mak Benak (Mao Benaoh) saxta adı аltındа Şotlandiyaya sığındı. Şotland kralı Robert Brüs onları çox yaxşı qarşıladı və ölkəsindəki mason lojaları üzərində böyük təsirə malik olmalarını təmin etdi. Nəticədə şotland lojaları həm peşə, həm də intellekt baxımından xeyli inkişaf etdilər. Masonlar indinin özündə də Mak Benak adını böyük sayğıyla çağırırlar. Tampliyer mirasının sahibi olan şotland masonları çox illər sonra yenidən Fransaya döndülər və şotland Ritinin təməlini orada da qurdular”.7

Sitat gətirdiğimiz “Mimar Sinan” jurnalında tampliyərlə masonluq arasındakı əlaqa haqqında çox geniş bilgi verirlir. “Tamplyerlər və azad masonlar” sərlövhəli bir məqalədə deyilir ki, Tampliyerləe Ordeninin ayinkəri günümüzdeki mson ayinlərinə son dərəcə bənzəyir.8 Elə həmin məqalədə daha sonar bildirilir ki, Tampliyerler Ordeninin üzvləri bir-birlerine əynilə masonluqda olduğu kimi, “qardaşım”deyə müraciət edirdiler.9 Yazını sonucu bölməsinde ise bunlar deyilir. .

”Tampliyerlər Orderni ve Masonluq qurumu bir-birlerinə çox böyük təsir göztəribler. Hətta ayinləri de az qala tamamilə aynidir. Buna görə də masonlarin özlərini tampliyərlələ eynilaşdirdikləri və mason ezoterizminin (gizlilik) içində böyük ölçüdə tampliyer mirasının olduğunu güman etmek olar.10.

”Görüldüğü kimi, masonların kökünün Tampliyerlər Ordeninə qədər gedib çıxdığı və onların bu teriqetin fəksəfəsini yaşattiqları açıq-aşkar bir gerçekliktir. Bunu onlar özləri də itiraf ediyorlar. Amma əsas məsələ həmin fəlsəfəsinin mahiyətindədir. Tampliyerlər nəyə görə xiristianliqtan çıxaraq, “yoldan sapmiş” bir tariqətə çevrilibler? Onları bna nə məcbur edip? Nəcə olub ki, Qüdsdə böyük bir değişikliyə uğrayiblar? Onların qebul etdikleri bu fəlsəfə masonluq vasitesilə dünyaya handı təsiri göstrib? .

Tampliyerlər və Kabbala .

Hər ikisi də mason olan ingilis yazıçıları Kristofer Nayt (Christopher Knight) və Robert Lomas (Robert Lomas) “The Hiram Key” (Hiram Açarı) aslı kitablarında masonluğun mənşəyi haqqında çox önəmli gerçəkleri açıqlayıblar. Onlara görə, masonluğun tampliyerlərin davamı olduğu açıq bir gerçektir. Amma əsas məsələ məhz tampliyerlərin mənşəyinin nə olmasıdır.

A Templar-Mason Temple: Rosslyn Chapel

Şotlаndiyаnın Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər.

Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur:

“Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar.

...Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada deyil, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib. Binanın tikintisində masonlar və rozikrusiyenlər iştirak ediblər. Ser Uilyam Kler Avropanın hər yerindən tanınmış memarları kapellanın tikintisinə dəvət edib. Kapellanın yanındaca yeni evlər qurulub və loja açılıb...

Kapella plan və dekorasiya baxımından fərqlənir. Nə Şotlandiyada, nə də Avropada onun bənzəri var. O, müəyyən qədər Irod Məbədinə oxşadılıb və hər tərəfi mason simvollarıyla bəzədilib. Simvolların arasında Hiram və onun qatilinin başlarının barelyefləri, həmçinin pərgar və künyə təsvirləri diqqət çəkir. Həmçinin bəzi mason mərasimlərinin təsvirləri də yer alıb.

pagan symbols

Kapellanın Misir, Ibrani, Qotik, Norman, Kelt, Skandinaviya, Tampliyer və Mason mədəniyyətlərinin memarlıq xüsusiyyətlərini daşımasıyla yanaşı, ən maraqlı cəhətlərindən biri də sütunların üzərindəki çeşidli bitki fiqurlarıın arasında kaktus və Misir motivlərinin olmasıdır...

Kapellanın içində paqan (bütpərəst) bəzəkləri o qədər çoxdur ki, 1589-cu ildə Rosslin baronu oranı müqəddəs ayinlərin yerinə yetirilməsi üçün uyğun yer saymayıb. 31 avqust 1592-ci ildə isə Rosslin baronu Oliver Klerə göstərilən təzyiq nəticəsində kapelladakı bütpərəst nişanələrinin əksəriyyəti ləğv edilib”. (Tamer Ayan, Ən qədim mason qurumu Şotlandiya Royal Order, "Mimar Sinan", 1998, sayı 110, səh.18-19).

Rosslyn Chapel

Rosslyn Chapel at the present time and an example of its pagan symbols.

Yazarların fikrincə, tampliyerlər Qüdsdə olduqları dövrdə gerçəkdən də böyük bir dəyişikliyə uğrayaraq, хristianlığın yerinə başqa təlimləri qəbul ediblər. Bunun da kökündə Süleyman məbədində tapdıqları bir kitabə dayanır. Əslində, tampliyerlərin Qüdsdəki əsl hədəfləri Süleyman məbədinin xarabalıqlarını araşdırmaq olub. Onların "Fələstinə gedən xristian səlibçilərini qorumaq" istiqаmətində fəaliyyətləri sadəcə bir pərdə idi, gerçək hədəfləri isə tamamilə başqa olub. Kitabda bununla bağlı deyilir: "Tampliyerlərin xristian səlibçiləri hansısa təhlükədən qorumaları haqqında heç bir dəlil yoxdur. Amma Irod Mədəbinin (Süleyman Məbədinin yerində inşa edilmiş məbəd) xarabalıqları arasında ciddi axtarışlar aparmalarına dair mötəbər sübutlar var".11

Özü də bununla bağlı sübutlar tapan araşdırmaçılar təkcə "The Hiram Key" kitabının müəllifləri deyil. Fransız tarixçisi Getan Delaforq (Gaetan Delaforge) bu məsələni belə şərh edir: "(Tampliyerlər Ordenini quran) doqquz cəngavərin əsl məqsədi yəhudilərin və Qədim Misirin gizli adətlərinə dair faktlar və yazılar tapmaq idi".12

The Hiram Key

Hiram Açarı: masonlar, fironlar və Ölü dəniz yazıları

ХIХ əsrin sonlarında Qüdsdə arxeoloji araşdırmalar aparan ingilis tədqiqatçısı çarlz Uilson (Oharles Wilson) da həmçinin bu qənaətə gəlib ki, Tampliyerlər Qüds Məbədinin xarabalıqlarını araşdırmaq üçün ora gediblərmiş. Uilson məbədin bünövrəsində qazıntı və araşdırma işlərinin aparıldığını müəyyənləşdirərək, bunların məhz tampliyerlər tərəfindən edilməsi qənаətinə gəlib. Qeyd edək ki, Uilsonun orada tapdığı alətlər indi də masonlara aid ən böyük arxiv olan Şotlandiyanın Robert Braydon (Robert Brydon) kolleksiyasında saxlanılır.13

"The Hiram Key" kitabının müəllifləri tampliyerlərin bu araşdırmalarının nəticəsiz qalmadığını və onların Qüdsdə "dünyagörüşlərini dəyişdirən" çox vacib şeylər tapdıqlarını yazırlar. Bu qənaəti demək olar ki, bütün tədqiqatçılar bölüşürlər. Tampliyerlərin хristian dünyasında doğulmalarına, xristian mənşəli olmalarına rəğmən, tamam fərqli bir inanca və fəlsəfəyə bağlanmaları üçün mütləq bir qaynaq olmalı idi ki, məhz həmin qaynaq da onları əcaib ayinlərə, qara magiya rituallarına yönəltmişdi. Həmin bu qaynaq, əksər tarixçilərin gəldiyi qənaətə görə, Kabbaladır.

Kabbala kəlməsi "rəvayət" mənasına gəlir, ensiklopediyalarda və lüğətlərdə yəhudi dininin mistik, ezoterik (batini) bir qolu kimi təqdim edilir. Bu tərifə görə, Kabbala Tövratın və yəhudilərin digər dini kitablarının gizli mənalarını araşdıran bir kitabdır. Ancaq məsələni daha dərindən incələyəndə ortaya tamam başqa gerçəklər çıxır. Bəlli olur ki, Kabbala -hələ Tövratdan da öncə mövcud olan, Tövrat vəhy ediləndən sonra yəhudilərin içində yayılan "ragan"- yəni bütpərəst mənşəli bir təlimdir.

Türk masonlarından Murad Özgən Ayfər "Masonluq nədir və necədir" adlı kitabında Kabbala haqqındakı bu maraqlı faktları belə izah edir: "Nə zaman yarandığı və necə inkişaf etdiyi dəqiq bilinməyən Kabbala yəhudi dini ilə bağlı olan, metafizik xüsusiyyətli, ezoterik sistemli bir fəlsəfənin ümumi adıdır. Onun müddəalarının əksəriyyəti Tövratın yarandığı vaxtdan daha qədim tarixi köklərə malikdir".14

Fransız tarixçisi Qugenot de Musö (Gougenot des Mousseaux) dа, Kabbalanın əslində yəhudilikdən daha qədim olduğunu bildirir.15

Yəhudi tarixçisi Teodor Reynax isə Kabbalanı "Yəhudilərin damarlarına hopаn və onları tamamilə ələ keçirən gizli bir zəhər" adlandırır. Onun həmkarı Solomon Reynax Kabbalanı “İnsan şüurunun ən pis fəsadlarından biri" hesab edir.16

Kabbalanın “İnsan şüurunun ən pis fəsadlarından biri" kimi nəzərdən keçirilməsinin səbəbi əsasən onun təlim etdiyi sehrbazlıqla bağlıdır. Kabbala min illərdir ki, cürbəcür sehrbazlıq ayinlərinin ana kitabıdır. Kabbala ilə məşğul olan hahamların (rаvvinlərin) sehrbaz olduqları bildirilir. Yəhudi olmayan minlərlə insan da Kabbalanın təsiri altına düşüb, bu təlimi öyrənərək, sehrbazlıqla məşğul olubdur. Orta əsrlərin sonlarına doğru Avropanı bürüyən, xüsusilə də əlkimyaçılar tərəfindən mənimsənilən batini (ezoterik) fəaliyyətin kökündə də Kabbala dururdu.

Işin qəribə tərəfi də elə buradadır: Yəhudilik Tövratın Hz.Musaya vəhy edilməsi ilə meydana gələn ilahi bir dindir. Amma bu dinin daxilində din tərəfindən yasaqlanan sehrbazlığı əsas götürən Kabbala (kabbalistika) adlı bir təlim mövcuddur. Bu, bir daha onu göstərir ki, Kabbala yəhudilik dininə kənardan gətirilib.

Amma kənardan - yəni haradan? Kabbalanın mənbəyi nədir?

Yəhudi tarixçisi Fabr D`Olivet (Fabre d'Olivet) bu suala "Qədim Misirdən" cavabını verir. Onun fikrincə, Kabbalanın kökləri məhz Qədim Misirə gedib çıxır. Yəni Kabbala - İsrailoğullarının bəzi başçılarının Qədim Misirdən öyrəndikləri, sonra da nəsildən-nəslə ötürdükləri şifahi bir təlimdir.17

Demək, bu kitabda araşdıracağımız Kabbala-tampliyerlər-Masonluq zəncirinin bаşlаnğıcını hаrаdаn аldığını tapmaq üçün Qədim Misirə baxmağımız gərəkdir.

Kabbalah

Yəhudi mədəniyyəti içində yerləşərək inkişaf edən Kabbala əslində yəhudilikdən kənar mənbələrə əsaslanır.
Kabbala Qədim Misir və Mesopatomiyadakı bütpərəst inanclarından meydаnа gəlib.

Kabbalah

Qədim Misirin sehrbazları

Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlarından biridir. Qədim Misir quldаr dövləti eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri - piramidalar, sfinkslər, ehramlar və s.- yüz minlərlə qulun illər boyu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Tаnrı kimi təqdim etmiş və təbəələrini onlara sitаyiş etməsini istəmişdi.

Qədim Misir haqqında əsas bilgi qaynaqlarının biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim Misir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.

Kabbalanın Qaranlıq Dünyası

Kabbalah

Yəhudi tarixçisi Teodor Reynax Kabbalanı "Yəhudiliyin damarlarına hopаn və onu tamamilə ələ keçirən gizli bir zəhər" adlandırır. Solomon Reynax isə Kabbalanı "İnsan zehninin ən pis sapmalarından biri" sayır. Müasir kabbalistik çalışmalara aid olan bu rəsmlər Kabbalanın qaranlıq dünyasını əks etdirir.

Kabbalah

Allah Quranın Hz.Musa ilə bağlı qissələrində Misirdəki sistem haqqında da önəmli bilgilər verir. Ayələrdə deyilir ki, Misirdə iki əsas güc mərkəzi olub: firon və əyanlar. çox zaman əyanlar hətta fironun özünü də nəzarətdə saxlayıblar. Firon əksər hallarda məhz onların istədiyi kimi hərəkət edib. Aşağıdakı ayələr onların fironun üzərindəki təsirini belə izah edir:

Diqqət yetirsəniz, ayələrdə Firona ağıl verən, onu Hz.Musaya qarşı qaldıran əyanlardan söhbət gedir. Misir tarixini araşdıranda bəlli olur ki, bu əyanlar əsasən iki qisimdən ibarətdir: ordu və kahinlər. Ordunun nəyə görə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur; firon rejiminin əsas gücü məhz ordu idi. Ancaq kahinlərlə bağlı məsələni bir az dərindən аrаşdırmаq gərəkdir.

"Musa dedi: "Ey firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzəylə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər". Dedi: "Əgər möcüzəylə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir göstər!" Musa əsasını yerə atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu. Əlini qoltuğunun altından çıxartdı və o, bir anda baxanlara nur kəsildi. Firon tayfasının əyanları dedilər: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır. O, sizi yurdunuzdan çıxartmaq istəyir!" "Elə isə, tədbiriniz nədir?" - deyə soruşdu. Onlar dedilər: "Musanı qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!" («Əraf» surəsi, 104-112).

 

 An Ancient Egyptian hieroglyphic script

Qədim Misirdə tapılan heroqlif yazısı

Qədim Misirdəki kahinlər (və ya rahiblər) Quranda "sehrbazlar" kimi təqdim edilən sinifdir. Firon rejiminin "ideoloji əsaslarını" onlar yaradırdılar. Misir хаlqı onlаrdа xüsusi bir güc və gizli elm olduğuna inanırdılar, kahinlər də məhz bu yolla Misir xalqına təsir göstərib və onları firona boyun əyməyə təhrik edirdilər. Misir qaynaqlarında "Amon kahinləri" kimi təqdim edilən bu sinif astronomiya, riyaziyyat, həndəsə kimi elmlərlə yanaşı, sehrbazlıq kimi batil işlərdə də mahir olublаr. Onlar gizli bir elmə sahib olduqları düşünülən təriqətdirlər, belə təşkilatlar "ezoterik təşkilatlar" adlanır. Türk masonlarının nəşrlərinin biri olan “Mason” jurnalında masonluğun kökünün belə ezoterik təşkilatlar olduğu bildirilir və bu zaman xüsusilə Qədim Misir kahinlərindən bəhs edilir:

“İnsanların şüuru inkişaf etdikcə elmləri artırdı, elm artdıqca da ezoterik sistemin içində saxlanılan mövzular genişlənmişdir. Bu inkişaf zamanı əslində Şərqdə çindən və Tibetdən başlayıb, Hindistan vasitəsilə Mesopatomiya və Misirə çatan ezoterik təlimlər oralarda min illərlə davam edərək, xüsusilə Misirdə əsas güc sahiblərindən olan kahinlərin biliklərinin əsasını təşkil edib”.18

Pharaoh's regime

Qədim Misirdəki firon rejiminin ən əsas dayağı rahiblər (sehrbazlar) sinfi idi. Onların təlimləri daha sonra Kabbalanın köklərini formalaşdırdı və oradan da masonlara keçdi.

Yaxşı, bəs Qədim Misir kahinlərinin ezoterik fəlsəfəsinin günümüzün masonları ilə nə əlaqəsi ola bilər? Min illərlə öncə dağılan, Quranda inkara dayanan bir sistemin klassik modeli kimi təsvir edilən, Qədim Misirin günümüzdəki proseslərə bir təsiri varmı?

Bu suala cavab vermək üçün Qədim Misir kahinlərinin kainatın və həyatın mənşəyi haqqındakı fikirlərini nəzərdən keçirmək lazımdır.

Qədim Misirdə materialist kainat inancı

Ingilis mason yazarlarından Kristofer Nayt (Ohristopher Knight) və Robert Lomas (Robert Lomas) artıq haqqında danışdığımız "The Hiram Key" (Hiram Açarı) adlı kitablarında Qədim Misirin masonluğun mənşəyində çox böyük bir yer tutduğunu bildirirlər. Onların fikrincə, Qədim Misirdən çağdaş masonlara miras qalan ən önəmli düşüncə "təsadüflər nəticəsində özü-özünə yaranan kainat" fikridir. Belə ki, qədim misirlilər kainatın əzəli və əbədi olduğuna inanırdılar. Onlar üçün bir Yaradаnın nəyisə yoxdan var etməsi məntiqdən kənar sayılırdı. Hesab edirdilər ki, dünya xaosun içindən düzənin doğması ilə yaranıb. Bu xaos "Nun" adlandırılırdı; eynilə şumerlərdə olduğu kimi, misirlilər də həmin xaosu qaranlıq, Günəşsiz, sulu bir dərinlik kimi təsəvvür edirdilər; bu dərinliyin öz içində bir gücü vardı, bu yaradıcı güc öz-özünə düzənin başlamasını əmr etmişdi; xaosun içində yerləşən bu gizli güc öz varlığını dərk etmirdi, o, qarışıqlığın təsadüfləri nəticəsində formalaşmış bir potensial idi.19

Ancient Egypt

Qədim misirlilərin dünyagörüşü bu cür heykəllərlə dövrümüzə qədər gəlib çatıb. Amma bu işdə ən əsas rolu özlərini Qədim Misirin varisləri hesab edən dərnəklər oynayıblar.

Əgər diqqət yetirsəniz, bu inanc günümüzün materialist filosoflarının "kainat nəzəriyyəsi", "xaos nəzəriyyəsi", "maddənin öz-özünü yaratması" kimi fikirlərilə son dərəcə uyğun gəlir. Bunu qeyd edən Nayt və Lomas daha sonra yazırlar: "Qəribədir ki, bu yaradılış təsəvvürləri günümüzdəki çağdaş elm tərəfindən qəbul edilən görüşlə, xüsusilə də qarışıq aləmlərin riyazi şəkildə öz-özünü modelləşdirib, təkrarlayaraq, nizam və sistem yaratmasını nəzərdə tutan "xaos nəzəriyyəsi" ilə tam üst-üstə düşür".20

Nayt və Lomas Qədim Misir inanclarının "çağdaş elm" ilə uyğun gəldiyini iddia etsələr də, əslində söhbət "təkamül nəzəriyyəsi" və "xaos nəzəriyyəsi" kimi materialist təlimlərdən gedir. Bu nəzəriyyələrin heç bir elmi əsasları olmasa da, son iki əsr ərzində zorla elmlə improvizasiya edilir, elmi görüşlər kimi çatdırılırlar (Bu işin kimlər tərəfindən görüldüyünü isə sonrakı bölümlərdə incələyəcəyik).

Kitabın bu yerində artıq önəmli bir məqama yetişmişik. Görək, bura qədər öyrəndiklərimiz nələrdir:

1) Mövzuya masonluğun təməli sayılan Tampliyerlər Ordenindən başladıq. Dəqiqləşdirdik ki, tampliyerlər bir xristian təriqəti kimi qurulsalar da, Qüdsdə öyrəndikləri gizli təlimlər onlara böyük təsir göstərərək, хristianlıqdan tamamilə uzaqlaşdırmışdı, аzğın ayinlər həyata keçirən mistik təşkilat yаrаtmаlаrınа səbəb olmuşdu.

2) Tampliyerlərə təsir göstərən təlimin nə olduğunu soruşanda isə Kabbala ilə rastlaşdıq.

3) Kabbalaya diqqət yetirəndə bəlli oldu ki, bu təlim nə qədər yəhudi mistikası kimi görünsə də, əslində yəhudilikdən daha qədimə - bütpərəstliyə gedib çıxan bir tarixə malikdir. O, yəhudiliyə sonradan gəlib, köklərini isə Qədim Misirdən götürür.

4) Firon rejimi ilə idarə edilən və tipik bir "inkarçı sistem" olan Qədim Misirdə isə günümüzün materialistlərinin əsas fəlsəfəsi olan "öz-özünə yaranan və təsadüflər nəticəsində formalaşan kainat" fikrilə qarşılaşdıq. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və mənalı bir mənzərəni əmələ gətirir. Qədim Misir sehrbazlarının fəlsəfəsinin hələ də yаşаmаsı və bu işdə böyük rol oynamış bir zəncirin (Kabbala-Tampliyerlər-Masonluq) mövcudluğu dediyimiz fikri təsdiqləyir.

...Amma, hər bir halda, doğrudanmı, ХVIII əsrdən bugünədək mövcudluğu dünya tarixinə damğasını vuran, fəlsəfələr, inqilablar, sistemlər quran masonluq Qədim Misir sehrbazlarının mirasıdır?! Bu sualın cavabının daha da açıq şəkildə ortaya çıxması üçün bura qədər qİsaca izlədiyimiz tarixi prosesləri bir az dərindən araşdırmalıyıq.

 

Iqtıbaslar

1 World Book Encyclopedia, "Crusades," Contributor:Donald E. Queller, Ph.D., Prof. of History,Univ. of Illinois, Urbana-Champaign, WorldBook Inc., 1998

2 Geste Francorum, or the Deeds of the Franks andthe Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, p.91, (emphasis added)

3 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Princeton & London, 1921, p.261, (emphasis added)

4 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Princeton & London, 1921, p.262

5 Michael Baigent, Richard Leigh, The Temple and the Lodge, London, Corgi Books, 1990, pp. 78-81

6 Nesta H. Webster, Secret Societies And Subversive Movements, Boswell Publishing Co., Ltd.,London, 1924, Chapter 3

7 For this thesis about Freemasonry, see. John J.Robinson, Born in Blood: The Lost Secrets ofFreemasonry, New York, M. Evans & Company,1989

8 Ender Arkun, "Masonlarin Dusunce Evrimine Katkisina Kisa Bir Bakis" (A Short Look at the Contribution of Freemasonry to the Evolution of Thought), Mimar Sinan, 1990, No. 77, p.68,(emphasis added)

9 Teoman Biyikoglu, "Tampliyeler ve Hurmasonlar"(Templars and Freemasons), Mimar Sinan, 1997, No.106, p.11, (emphasis added)

10 Teoman Biyikoglu, "Tampliyeler ve Hurmasonlar"(Templars and Freemasons), Mimar Sinan, 1997, No.106, p.9, (emphasis added)

11 Teoman Biyikoglu, "Tampliyeler ve Hurmasonlar"(Templars and Freemasons), Mimar Sinan, 1997, No.106, p.19, (emphasis added)

12 Christopher Knight and Robert Lomas, The Hiram Key, Arrow Books, 1997, p.37

13 G. Delaforge, The Templar Tradition in the Age of Aquarius; Christopher Knight, Robert Lomas,The Hiram Key, p.37, (emphasis added)

14 C. Wilson, The Excavation of Jerusalem,Christopher Knight, Robert Lomas, The Hiram Key, p.38

15 Murat Ozgen Ayfer, Masonluk Nedir ve Nasildir? (What is Freemasonry and What is it Like?), Istanbul 1992, pp.298-299, (emphasis added)

16 Gougenot des Mousseaux in Le Juif, La Judaïsme et la Judaïsation des Peuples Chrétiens, 2nd edition, 1886, p. 499

17 Nesta H. Webster, Secret Societies And Subversive Movements, Boswell Publishing Co., Ltd.,London, 1924; p.9

18 Theodore Reinach, Histoire des Israélites, p.221, and Salomon Reinach, Orpheus, p.299, (emphasis added)

19 Fabre d'Olivet, La Langue Hébraïque, 1815, p.28, (emphasis added)

20 Mason Dergisi (The Journal of Freemasonry),No. 48-49, p.67, (emphasis added)

21 Christopher Knight, Robert Lomas, TheHiram Key, Arrow Books, London, 1997,p.131, (emphasis added)

22 Christopher Knight, Robert Lomas, The Hiram Key, Arrow Books, London, 1997, p.131

2 / total 8
"Harun Yəhyanın Qlobal Masonluq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top