Qlobal Masonluq

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 8

II. Kabbalanin Iç Üzü

The Golden Calf

Yəhudilərin haqq dindən saparaq, etiqad etdikləri buzov heykəli, əksər araşdırmaçılara görə, Qədim Misir dinindəki Arhis adlı qızıldan yapılmış inəyə bənzər bütlərin bənzəri idi.

Tövratın 2 kitabının başlığı olan "Exodus" kəlməsi tərcümədə "çıxış" anlamına gəlir. Bu kitabda İsrail oğullarının Hz.Musanın öndərliyi ilə Misirdən çıxaraq, fironun zülmündən qurtulmalarından söhbət gedir. Firon qul kimi işlətdiyi İsrail oğullarını azad etmək istəməsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr və Fironun qövmünə göndərdiyi fəlakətlər qarşısında aciz qalmışdı. Bunun sayəsində İsrail oğulları bir gecədə Misirdən gizlincə köçə bilmişdilər. Firon onların ardınca düşsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr İsrail oğullarını bəladan qurtarmışdı.

Ancaq bu vaqiəni bizə daha düzgün çatdıran qaynaq Qurani-Kərimdir, çünki Hz.Musaya vəhy olunan Tövrat bu günə qədər xeyli təhrif edilib. Tövratın beş kitabı (Təkvin, çıxış, Levililər, Saylar və Təsniyə) arasında xeyli ciddi ziddiyyətlərin olması da buna sübutdur. Bu beş kitabdan axırıncısı olan Təsniyənin sonlarında Hz.Musanın ölümünün və dəfninin təsvir olunması da açıq-aşkar göstərir ki, o, peyğəmbərin ölümündən sonra yazılıb, yəni ona gələn vəhy deyil. Quran isə İsrail oğullarının Misirdən necə çıxmalarını bütün digər qissələr kimi, heç bir ziddiyyətsiz-filansız, ağla və məntiqə tamamilə uyğun şəkildə çatdırır. Üstəlik, Allah Quranın digər qissələrində olduğu kimi, burada da hadisələrin cərəyan etməsilə çox böyük hikmət və sirr aşılayır. Ona görə də ağıl və hikmət gözü ilə baxanda bu qissələrdən böyük ibrət götürmək mümkündür.

Böyürən Buzov Heykəli

An Ancient Egyptian statue of Hathor

Qədim Misirə aid digər bir büt: qızıl buzov Nathor.

Quranda İsrail oğullarının Misirdən çıxışı haqqında bəhs edilən gerçəkliklərdən biri də onların Hz.Musa vasitəsilə Fironun zülmündən qurtulmalarına rəğmən, yenə də Allaha və dininə qarşı üsyan etmələridir. İsrail oğulları Hz. Musanın təbliğ etdiyi tövhid dinini heç cür qəbul etməyərək, bütpərəstlikdən əl çəkməyiblər. Bu olay Quranda belə çatdırılır:

"Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" Musa belə cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" (“Əraf” surəsi, 138-139).

İsrail oğullarının bu sapqın meyli Hz.Musanın xəbərdarlığına rəğmən də davam edib, peyğəmbər onlardan ayrılaraq, təkbaşına Tur dağına gedəndə isə açıqca ortaya çıxmışdı. Hz.Musanın yoxluğundan istifadə edən Samiri adlı bir nəfər İsrail oğullarının bütpərəstlik meyillərinə əsаslаnаrаq, bir buzov heykəli düzəltmiş və qövmünü ona ibadət etməyə çağırmışdı:

"Musa qəzəbli və kədərli halda camaatının yanına qayıdıb dedi: "Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsauzun bir müddət keçdi? Yaxud, Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib, mənə verdiyiniz vədə xilaf çıxdınız?"

Onlar dedilər: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı. Samiri onlara böyürən bir buzov heykəli çıxartdı. Dedilər: "Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur" (“Taha” surəsi, 86-88).

Maraqlıdır, nəyə görə İsrail oğullarının büt düzəldib, ona ibadət etmək kimi əcaib bir adətləri vardı? Bunun kökü haralara gedib çıxır?

Aydın məsələdir ki, əvvəlcədən bütpərəst olmayan bir xalq qəfildən büt düzəldərək, ona ibadət etməyə başlaya bilməz. Bunu ancaq bütpərəstliyi təbii qarşılayan, bu səfeh inancı mənimsəmiş insanlar edə bilərdilər. Halbuki, İsrail oğulları babaları Hz. İbrahimdən sonra tək Tanrıya ibadət etmiş bir qövm idi. "İsrail oğulları" ifadəsi Hz.İbrahimin nəvəsi olan Hz.Yaqubun oğullarını və onlardan gələn soyu nəzərdə tutur. İsrail oğulları öz babaları Hz.İbrahim, Hz.Ishaq və Hz.Yaqubdan tək Allaha iman gətirməklə bağlı tövhid inancını miras almış və qorumuşdular. Hz.Yusiflə birlikdə Misirə getmiş, orada uzun zaman yaşamış, bütpərəst misirlilərin arasında öz tövhid inanclarını qoruyub saxlayа bilmişdilər. Quran qissələrindən anlaşılır ki, Hz.Musa göndəriləndə də İsrail oğulları tək Allaha iman edən bir qövm imişlər. Yaxşı, bəs necə oldu ki, onlar həm bütün bunlardan, həm də Hz.Musa tərəfindən göstərilən çoxlu möcüzələrdən sonra qəfildən asanlıqla bütpərəstliyə doğru yönəldilər? Bunun səbəbi nə ola bilər?

Yeganə izah budur ki, İsrail oğulları tövhid dini ilə yaşayan bir toplum olsalar da, onlаrı əhаtə edən bütpərəst qövmlərin təsirinə düşərək, Allahın göndəriyi dinin əvəzinə bütlərə üz tutmuşdulаr. Təbii ki, bu təsiri göstərən onların uzun müddət yaşadıqları Qədim Misirin bütpərəst sivilizasiyası idi. Buna aid çox qüvvətli bir sübut da var - fikir verin: Hz. Musa Tur dağında ikən İsrail oğullarının haqq yoldan saparaq, ibadət etdikləri "böyürən buzov heykəli" əslində Qədim Misirdəki Ator və Afis adlı bütlərin anoloqudur!

Xristian araşdırmaçısı Riçard Rayvs (Riohard Rives) "Too Long in the Sun" (Uzun müddət Günəşin altında) adlı kitabında yazır:

“Qədim Misirdəki buğa və inək tanrıları, yəni Ator və Afis Günəşə sitаyişin simvollarıdır. Bu bütlərə ibadət Qədim Misirdə Günəşə sitаyişin uzun tarixinin sadəcə kiçik bir hissəsidir. Sina dağındakı (İsrail oğullarının sitаyiş etdiyi) qızıl buzov isə orada keçirilən bayramın Günəşə ibadətlə bağlılığını göstərir. 21

Qədim Misirin bütpərəst dininin İsrail oğullarına təsiri çox müxtəlif mərhələlərdə özünü göstərib. Məsələn, bir az əvvəl də dediyimiz kimi, onlar səfərləri zamanı bütpərəst bir qövmlə rastlaşanda bu sapqın inanca meyl edərək, "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi büt düzəlt!" söyləmişdilər (“Əraf” surəsi, 138-139). Həmçinin peyğəmbərə dedikləri "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq!" (“Bəqərə” surəsi, 55) sözləri də Qədim Misirin bütpərəst dinində olduğu kimi, "gözlə görünən", yəni maddi varlıqlara (bütlərə) sitаyiş etmək istəyindən xəbər verir.

İsrail oğullarının bu cəhəti son dərəcə vacibdir və bizə Tövratın təhrifi, bir də Kabbalanın mənşəyi ilə bağlı önəmli baxış bucağını açır. Bu iki məsələni dərindən аrаşdırаndа, onların köklərinin Qədim Misirin bütpərəst və materialist inancına əsаslаndığını görürük.

Ancient Egyptian idol

Qədim Misirə aid daha bir Nathor heykəli.

Qədim Misirdən Kabbalaya

Hələ Hz. Musa həyatda ikən Qədim Misirdə gördükləri bütləri düzəldib, onlara ibadət etməyə bаşlаyаn İsrail oğulları peyğəmbərin vəfatından sonra haqq yolundan tamamilə аzdılar. Şübhəsiz ki, eyni fikri bütün yəhudilərin haqqında söyləmək doğru olmaz, amma onların bəziləri Qədim Misirin bütpərəst sivilizasiyasını yaşadaraq, bu fəlsəfənin təməli olan Misir kahinlərinin (Fironun sehrbazları) təlimini davam etdiriblər, üstəlik, onu öz xalqları arasında da yayıblar. Qədim Misirdən yəhudilərə miras qalan bu təlim isə Kabbaladır. Kabbala da eyni ilə Misir kahinlərinin sistemi kimi ezoterik təlim şəklində yayılıb və magiya ilə bağlı olub. Kabbalanın diqqət çəkən bir cəhəti də yaradılışı Tövratda olduğundan tamamilə fərqli şəkildə izah etməsi, Qədim Misir inancının maddənin əzəli və əbədi olmasına dair materialist dünyа görüşünü əsas tutmаsıdır. Türk masonlarından olan Murad Özgən Ayfər bununla bağlı yazır:

“Kabbalanın Tövratdan çox-çox əvvəl meydana çıxdığı bəllidir. Onun əsas bölmələrindən biri də kainatın yaradılışı ilə bağlıdır. Bu müddəalar monoteist dinlərdəki yaradılış təsəvvürlərindən tamamilə fərqlənir. Kabbalaya görə, yaradılışın başlanğıcında "dairələr", yaxud "orbitlər" anlamına gələn və SEFIROT adlanan maddi-mənəvi mahiyyətli varlıqlar ortaya çıxıb. Onların toplam sayı 32-dir; ilk 10-u Günəş sistemini, digərləri isə fəzadakı digər ulduz topalarını təmsil edir. Kabbalanın bu cəhəti onun qədim astroloji inanc sistemləri ilə bağlılığını göstərir. Beləliklə, Kabbala Yəhudi dinindən xeyli uzaqdır və Şərqin qədim mistik inanc sistemləri ilə daha çox uzlaşır”.22

Qədim Misirin materialist, magiyaya əsaslanan ezoterik təlimlərini öyrənən yəhudilər Tövratın bununla bağlı yasaqlarını tamamilə bir kənara ataraq, digər bütpərəst qövmlərin sehrbazlıq ayinlərini də mənimsəyiblər və beləliklə, Kabbala yəhudilərin içində, amma Tövrata müxalif bir təlim kimi inkişaf edib. İngilis yazarı Nesta H.Vebster (Nesta N. Webster) "Anoient Seoret Tradition" (Qədim sirli adət) adlı məqaləsində məsələni belə açıqlayır:

“Bildiyimiz kimi, İsrail oğulları Fələstini tutmazdan əvvəl sehrbazlıq Kənanlılar tərəfindən edilirdi. Misir, Hindistan və Yunanıstanın da öz kahinləri vardı. Tövratda sehrbazlığın lənətlənməsinə baxmayaraq, yəhudilər bu qadağaya fikir verməmiş və müqəddəs təlimi digər qövmlərdən götürdükləri magiya ilə qarışdırmışdılar. Eyni zamanda, yəhudilərin Kabbalası parfiyalıların sehrbazlığının, neoplatonizmin və pifaqorçuluğun təsirinə düşmüşdü. Yəni Kabbalanın təmiz yəhudi mənşəli olmaması haqqında deyilən fikirlərin əsası var”.23

A sefiroth

Sefirot Kabbalanın bütpərəst təliminin ən açıq ifadələrindən biridir. Bu kabbalistik qravürdəki dairələrdən əmələ gələn səma sefirotdur. Kabbalaçılar yaradılışı sefirotla izah etməyə çalışırlar. İlahi kitablarda bildirilən gerçəkliklərə tamamilə zidd olan bu ssenari bütpərəstlik xurafatından başqa heç nə deyil.

İsrail oğullarının öz dinləri xaricindəki mənbələrdən şeytani təlimləri götürmələrinə dair Allah Qurani-Kərimdə bunları deyir:

- Yəhudilər Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: "Biz imtahanıq, sən gəl kafir olma!"- deməmiş heç kəsə öyrətmirdilər. Bununla belə yəhudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər (“Bəqərə” surəsi, 102).

Ayədə bəzi yəhudilərin axirətdə ziyan çəkəcəklərini bilə-bilə sehr öyrəndikləri və sehrbazlıq etdikləri xəbər verilir. Bununla da onlar Allahın qoyduğu şəriətdən azıb, bütpərəstlərin təsirinə düşərək, imanı tərk etmişdilər.

Bu ayədə xəbər verilən gerçək yəhudilərin tarixindəki önəmli bir mübarizənin ana xəttini göstərir. Bu mübarizə Allahın yəhudilərə göndərdiyi peyğəmbərlər və onlara itaət edən mömin yəhudilər ilə Allaha qarşı üsyan edən, bütpərəstliyə üz tutaraq, yollarından azmış yəhudilərin arasındadır.

pagan temple to the sun

Yəhudilərin bir qismi Qədim Misir və Mesopatаmiyadakı paqan (bütpərəst) cəmiyyətlərin təsiri altına düşərək, Allahın onlara bələdçi kimi göndərdiyi Tövratdan üz çevirdilər və müxtəlif maddi varlıqlara tapınmağa başladılar. Bu şəkildə bütpərəst cəmiyyətlərə aid bir məbədi görürsünüz.

Tövrata salınan bütpərəst fikirlər

Maraqlıdır ki, yollarını azmış yəhudilərin günahı yəhudi dininin müqəddəs kitabı olan Əhdi-Ətiqdə də əks olunub. Əhdi-Ətiqin tarixi olaylardan "Nihemiya" adlı bölməsində yəhudilərin öz günаhlаrını etiraf etmələri belə təsvir olunur:

"İsrail zürriyyəti bütün əcnəbilərdən ayrıldı və durub ata-babalarının günаhlarını, fəsadlarını etiraf etdilər. Olduqları yerdə ayağa qalxdılar və günlərin birində tаnrılаrı RƏBBIN şəriət kitabını oxudular; günаhlarını etiraf edib, tаnrıları Rəbbə səcdə qıldılar. Yesua və Bani, Kadmiel Sebanya, Bunni, Serebya, Kənani, Levillər pillələrilə ayağa qalxıb, yüksək səslə tаnrılаrı Rəbbə fəryad etdilər.

(Dedilər ki): Atalarımız... itaətsizlik etdilər və Sənə qarşı asi oldular, sənin şəriətinə arxa çevirib, onları Sənə qaytarmaq üçün şəhadət edən peyğəmbərlərini öldürməklə böyük küfr etdilər. Sən onları düşmənlərinin əlinə verdin və əzab çəkdilər. Əzab çəkərkən Sənə fəryad etdilər; Sən göylərdə onların fəryadını eşidərək, xilaskarlar göndərdin, onlar da düşmənlərin əlindən qurtuldular. Fəqət rahatlaşandan sonra yenə də Sənə qarşı pislik etdilər, buna görə də onları təzədən düşmən əsarətinə verdin. Onlar Sənə fəryad edincə, göylərdə bunu eşitdin; rəhm edərək dəfələrlə onları çətinlikdən qurtardın, sənin şəriətinə dönsünlər deyə, onlara qarşı şəhadət etdin. Fəqət azğınlıq etdilər və sənin əmrlərini dinləmədilər, hökmlərinə qarşı çıxdılar - o hökmlərə ki, insanlar onlara əməl etməklə yaşayar. Və çiyinlərini yükdən qaçırıb, peysərlərini yoğunlatdılar, Səni dinləmədilər... Amma böyük mərhəmətindən dolayı onları tamamilə məhv etmədin və atmadın; çünki sən lütf edən və rəhmli Allahsan.

Və indi ey Allahımız, əhdi, inayəti qoruyan böyük, qüdrətli və heybətli Allah... Sən başımıza gətirdiyin hər işdə adilsən, çünki haq davrandın, biz isə pislik etdik. Bizim krallarımız, rəislərimiz, kahinlərimiz və atalarımız sənin şəriətini tutmadılar, əmrlərini və şəhadətlərini dinləmədilər. Və öz ölkələrində, onlara verdiyin bol yaxşılıq içində, geniş, səmərəli diyarda Sənə qulluq etmədilər, pis işlərdən dönmədilər. (“Nihemiya”, 9, 1-35)

Bu ifadə yəhudilərin təzədən Allahın dininə dönməsini istəyən bir düşüncənin məhsuludur. Amma yəhudilərin tarixi boyunca digər tərəf üstünlük qazanаrаq, yəhudi toplumuna hakim olub, sonra da yəhudliyi tamamilə ələ keçirərək, təhrif etmişdir. Buna görə də Tövratda və Əhdi-Ətiqin digər kitablarında haqq dinə meyli əks etdirən bu cür fikirlərlə yanaşı, bütpərəstlikdən doğan sapqın yanaşmalar da var. Məsələn:

  • * Tövratın ilk kitabında Allahın bütün kainatı 6 gündə yaratmаsındаn bəhs edilir. Bu, vəhydən qaynaqlanan doğru xəbərdir. Amma elə bunun ardınca Allahın 7-ci gündə "dincəldiyi" haqda boş və mənasız fikir ortaya atılır. Allaha insani sifət "yapışdırmağa" yönəlmiş bu sapqın fikir bütpərəst şüurunun məhsuludur.
  • * Tövratın bəzi yerlərində Allaha qarşı sayğısız üslub var, xüsusilə də insana aid olan bəzi zəif cəhətləri Allaha aid etməyə cəhd göstərilir. Bu uydurmalar bütpərəst qövmlərin öz saxta tanrılarını insani xüsusiyyətləri ilə təsəvvür etməsinə bənzəyir.
  • * Allaha qarşı uydurulan iftiraların biri də İsrail oğullarının babası olan Hz. Yaqubun "Allah ilə güləşib, onu yıxması" kimi son dərəcə səfeh bir fikirdir. İsrail oğullarına "üstün irq" imici qazandırmaq üçün uydurulаn bu iddia bütpərəst qövmlərin əfsanələrini çox xatırladır.
  • * Əhdi-Ətiqdə Allahın yalnız İsrail oğullarının ilahı kimi təqdim olunması meyli var. Halbuki, Allah şübhəsiz bütün aləmlərin və xalqların Ilahı və Rəbbidir. Əhdi-Ətiqdəki bu "milli din" fikri hər qəbilənin yalnız öz bütünə sitаyiş etməsi adətinə gedib çıxır.
  • * Əhdi-Ətiqin bəzi kitablarında (məsələn, "Yeşu"da), yəhudi olmayan qövmlərə qarşı böyük vəhşət buyuruqları verilir. Qadın, uşaq və qocaya fərq qoyulmadan kütləvi qətliam törətmək əmr edilir. Allahın ədalətinə tamamilə yad olan bu qəddarlıq xəyali "savaş tanrı"larına inanan barbar bütpərəstlərin vəhşi mədəniyyətini хаtırlаdır.

Şübhəsiz ki, Tövrata əlavə olunan bu bütpərəst fikirlərin bir mənbəyi var. Yəhudilərin Tövratdan kənar etibar etdikləri, mənimsədikləri və qoruduqları bir adət-ənənə olmalıdır ki, oradakı sapqın fikirləri Allahın göndərdiyi kitaba salaraq, onu dəyişdirsinlər. Bax, həmin o adət-ənənə kökləri Qədim Misirin kahinlərinə (Fironun sehrbazlarına) gedib çıxan və bəzi yəhudilər tərəfindən mənimsənilərək, qorunan Kabbaladır. Onun vasitəsilə Qədim Misirin və sonra da digər bütpərəst mədəniyyətlərin ünsürləri yəhudiliyin içinə yol taparaq, müqəddəs kitab Tövrat da daxil olmaqla, hər şeyi təhrifə uğradıblar. Kabbalaçılar əslində Kabbalanın guya "Tövratın gizli sirlərini açan bir təlim" olduğunu iddia etsələr də, gerçəkdə yəhudi tarixçisi Teodor Reynaxın (Theodore Reinaoh) dediyi kimi, Kabbala "Yəhudiliyin damarlarına hopаn və onu tamamilə ələ keçirən gizli bir zəhərdir".24 Ən azından, Kabbalada Qədim Misirin materialist dünya görüşünün açıq izlərini sezmək mümkündür.

Kabbalanın yaradılış təlimi

Allah Tövratın haqq bir kitab olduğunu, insanlara hidayət və nur gətirdiyini Quranda belə açıqlayır:

“Şübhəsiz ki, Tövratı biz nazil etdik. Onda haqq yol və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə Kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” (“Maidə” surəsi, 44).

Dolayısı ilə, Tövrat Allahın varlığı, birliyi, sifətləri, digər məxluqları və insanı yaratması, insanın yaradılışının məqsədi, Allahın insana qoyduğu əxlaq kimi məsələlərdə Qurana tamamilə paralel bilgilər və hökmlər çatdıran bir kitabdır. (Amma təəssüf ki, haqqında danışılan gerçək Tövrat bu gün əlimizdə yoxdur, mövcud Tövrat isə insanlar tərəfindən məqsədəuyğun şəkildə təhrif edilmiş bir kitabdır.)

Gerçək Tövratda Quranla üst-üstə düşən çox önəmli bir məsələ var - Allahın "Yaradan" sifətinə malik olduğu bildirilir. Allah əzəldən mövcud olan yeganə mütləq varlıqdır. Allahdan başqa hər şey Onun yoxluqdan yaratdığı məxluqlardır. Allah bütün kainatı, onun içindəki göy cisimlərini, cansız maddələri, canlıları və ən nəhayət, insanı yaradaraq, müəyyən bir şəklə salıb. Allah təkdir və heç bir şəriki yoxdur.

Gerçəklik bu ikən, "Bəzi yəhudilərin damarına hopаn və onları ələ keçirən gizli zəhər" - yəni Kabbala tamam başqa şeyləri bildirir. Kabbalanın Allah və yaradılış haqqındakı təlimi Quranda və gerçək Tövratda deyilənlərlə qətiyyən düz gəlmir. Amerikalı araşdırmaçı Lans S. Ouens (Lanoe S. Owens) Kabbalının yaradılış təlimini belə açıqlayır:

“Kabbalistik fikirlərin çoxu ümumi qəbul edilən dünyаgörüşlərindən xeyli uzaqlaşıb. İsrail inancının ən təməl daşı əslində "Tanrımız birdir" şəklində olub. Amma Kabbala Tanrının təkliyinin və dərkolunmazlığının ən yüksək formasında var olduğunu qəbul etsə də (Kabbala dilində bu, Ein Sof, yəni "sonsuzluq" adlanır), bu dərkedilməz təkliyin çoxlu tanrılara çevrildiyini bildirir. Kabbalistlər bu tanrıları "Sefirot" adlandırırlar ki, bu da tanrının "üzləri" və ya "qapıları" anlamına gəlir. Tanrının anlaşılmaz təklikdən çoxluğa gedişi kabbalistlərin meditasiya və spekulyasiyalarına səbəb olmuş bir sirrdir. Bu çoxüzlü tanrı təsəvvürü çoxallahlılıq ittihamlarına gətirib çıxarıb. Kabbalistlər buna etiraz etsələr də, məsələyə heç bir aydınlıq gətirə bilməyiblər.

Kabbalistik teologiyada eyni zamanda tanrının erkək və dişi formalarda olmаsı kimi bir inаnc vаr. Bunlar müqəddəs Ata və Anadır ki, kabbala dilində "Hoxmah" və "Binah" adlanırlar. Onların yeni formaları necə yaratdıqlarını izah etmək üçün kabbalistlər açıq-aşkar seksual ifadələr işlədirlər”.25

The Kabbalah's teaching

Kabbalanın kainatın və canlıların mənşəyi haqqında təlimi ilahi kitablarda deyilən gerçəklərə tamamilə zidd gələn, xurafatla dolu bir əfsanədir.

Kabbalanın başdan-ayağa xurafat olan bu təlimi eyni zamanda insanı yaradılmış bir məxluq saymır, ona ilahi sifət verir. Lans S. Ouens (Lanoe S. Owens) bu məsələni belə açıqlayır:

“Kabbalanın mürəkkəb və qarışıq tanrı təsəvvürü eyni zamanda antropomorfik (Allaha insani sifətlər aid edən) хüsusiyyət daşıyır. Kabbalistik təsəvvürlərin birinə görə, Tanrı "Adam Kadmo"dur - yəni ilk və örnək insan. Bu inanca görə, insan tanrı ilə onun özündən gələn yaradılmamış bir qığılcım və kompleksə, eyni üzvi formaya malikdir. Adam (adəm) ilə Tanrı arasındakı bu qəribə kabbalistik paralel eyni zamanda bir şifrlə dəstəklənir; belə ki, ibrani dilində "Adəm" və "Yəhova" kəlmələrindəki hərflərin sayı da eynidir. Dolayısı ilə, kabbalistik yozumda Yəhova Adəmə bərabər sayılır. Bu iddia isə öz növbəsində bütün insanların ən yüksək səviyyəsinin Allahlıq olduğuna gətirib çıxаrdı.26

Bütpərəst dinlərin xürafatından doğan bu uydurma fikirlər yəhudiliyin degenerasiyasına səbəb olmuşdu. İnsanı "tаnrılаşdırmаq" qədər mənasız iddialara düşən yəhudi kabbalistlər eyni zamanda həmin insanın yalnız yəhudilər olduğunu, digər irqlərin insan sayılmadığını iddiа edirdilər. Nəticədə Allaha itaət və qulluq üzərində qurulmuş bir ilahi dinin yerində yəhudi eqoizmini təcəssüm etdirən yаnlış bir təlim inkişaf etməyə başlamışdı. Və kabbalistlər bir müddət sonra Tövratı da təhrif edərək, öz ideyalarını ona köçürməyə başladılar.

Kabbalada Qədim Misirin bütpərəst təlimlərilə paralellər də açıq-aşkar görünür. Qədim Misirlilər, artıq dediyimiz kimi, maddənin əzəli və əbədi olduğuna inanır, varlığın yoxdan yaradılması fikrini rədd edirdilər. Kabbala isə eyni yanaşmanı insana tətbiq edir, insanın yaradılmadığını, öz varlığının sahibi və idarəedicicisi olduğunu bildirirdi.

Əgər müasir terminlərlə danışsaq, Qədim Misirdəki təlimin adı materializm idi. Kabbala təlimi isə "sekyular (dinsiz) humanizmdir". çox maraqlıdır ki, son iki əsrdə bu iki anlayış bütün dünyaya hakim olan mədəniyyəti formalaşmışdır. Bəs Qədim Misir və Kabbala təlimlərini tarixin dərinliklərindən günümüzə qədər gətirənlər kimlərdir?

Tampliyerlərdən masonlara doğru

armed candelabra

Tampliyerlərdən bəhs edərkən bu qəribə səlibçi təşkilatın Qüdsdə tapdığı gizli təlimdən yararlandığını bildirmişdik. Onların məhz bunun nəticəsində xristianlığı tərk edərək, magiya ayinləri həyata keçirdiklərini də demişdik. Okultizm (gizli elmlər) tarixinin məşhur ekspertlərindən sаyılan fransız yazarı Elias Lui (Elias Lui) "Histoire de la Magie" (Magiya Tarixi) adlı kitabında tampliyerlərin Kabbala doktrinası əsаsındа gizli təlim yаrаtdıqlаrını tutarlı arqumentlərlə əsaslandırır.27

Kabbala isə, artıq bildiyiniz kimi, kökləri Qədim Misir kahinlərinə qədər gedib çıхаn, magiyaya əsаslаnаn bütpərəst bir təlimdir. Yəhudilərin Qədim Misirdə mənimsədikləri bu təlim Orta Şərqdəki bütpərəst qövmlərin mistik inanclarıyla da qarışdırılaraq (Quranın “Bəqərə” surəsinin 102-ci ayəsində Harut və Marutla bağlı xəbər verildiyi kimi), bir sistem halına gətirmişlər və Tövratı da ona uyğun olaraq təhrif etmişdilər. Beləcə, Qədim Misirdən qаynаqlаnаn bu təlim Kabbala vasitəsilə tampliyerlərə çаtmışdı.

Məşhur italiyalı yazıçı Umberto Eko "Fuko rəqqası" romanında bu gerçəklərdən bəhs edib. Eko əsərindəki obrazların dililə tampliyerlərin Kabbalanın təsirinə düşdüklərini və kabbalistlərin Qədim Misir dövründəki fironlara gedib çıxan bir sirrə malik olduqlarını bildirir. Ekoya görə, qədim misirlilərin bəzi mistik adətləri yəhudilərin liderləri tərəfindən öyrənilmiş və Əhdi-Ətiqin ilk beş kitabına salınmışdı. Ancaq elə üstüörtülü şəkildə salınıb ki, onu ancaq kabbalistlər anlaya bilirlər (Qeyd edək ki, sonralar Ispaniyada yazılan və Kabbalanın əsasını təşkil edən Zöhar bu beş kitabın sirləri haqqındadır.

Umberto Eko kabbalistlərin Qədim Misirdən mənimsədikləri bu mistik bilgilərin Süleyman Məbədinin həndəsi quruluşundan və ölçülərindən də öyrənildiyini yazır. Eyni zamanda qeyd edir ki, tampliyerlər bu sirləri həm də "...o zaman Qüdsdə qalan bir ovuc kabbalist hahamdan öyrəniblər".28

Tampliyerlər Qədim Misir-Kabbala təlimini mənimsəməklə, təbii ki, Avropada hakim din olan xristianlığa qarşı çıxırdılar. Bu işdə onlarla bir sırada duran digər qüvvə isə yəhudilər idi. 1307-ci ildə Fransa kralı və Papanın birgə qərarı ilə tampliyerlərin darmadağın edilməsindən sonra xristianlığa qarşı çıxan qüvvələr fəaliyyətlərini üstüörtülü və daha radikal şəkildə davam etdirmişdilər. Öncə dediyimiz kimi, tampliyerlərin bir qismi həbsdən və edamlardan qurtularaq, o vaxtkı Avropada Papanın əlinin çatmadığı yeganə dövlətdə - Şotlandiya krallığında gizlənmişdilər. Şotlandiyada bənna birliklərinə (lojalarına) yol tapаrаq, tədricən onları tamamilə ələ keçirmişlər və beləliklə, masonlar bu ölkədə kök sаlmаğа bаşlаmışdılаr. Hətta indi də masonluğun əsas təməllərindən biri Şotlandiya Ritidir.

"Yeni masonluq düzəni" adlı kitabımızda аrаşdırdığımız kimi, ХIV əsrin əvvəllərindən başlayaraq, Avropa tarixinin ən əsas məqamlarında tampliyerlərin və onlarla əlaqədə olan yəhudilərin izlərini görmək mümkündür. Bu məsələlərə bir daha qİsaca nəzər salaq:

* Fransadakı Provans əyaləti tampliyerlərin ən əsas sığınacaqlarından biri idi. Həbslər zamanı onların çoxu burada gizlənmişdilər. Bu bölgə həm də Avropanın sanballı Kabbala mərkəzlərindən biri idi. O vaxta qədər şifahi halda yaşadılan Kabbala məhz Provansda kitab halına salınmışdı.

* Tarixçilərin qənaətinə görə, 1381-ci ildə Ingiltərədə başlayan kəndli qiyamı hansısa bir "gizli təşkilat" tərəfindən qızışdırılmışdı. Həmin "gizli təşkilat" isə çox böyük ehtimalla, Tampliyerlər Ordeni olub. Qiyamın məqsədi sosial partlayışı katolik kilsəsinə tərəf istiqаmətləndirməkdən ibarət idi.

* Bu qiyamdan yarım əsr sonra indiki çexiyanın Bohemiya bölgəsində Con Hass (John Huss) adlı bir din xadiminin katolik kilsəsinə qarşı başlatdığı hərəkatın arxasında da tampliyerlər durmuşdular. Hass Kabbala ilə yaxından tanış idi. Öz fikirlərini Aviqdor Ben İsaak Kara (Avigdor Ben İsaao Kara) adlı bir nəfərin təsirilə formalaşdırmışdı ki, həmin şəxs də Praqadakı yəhudi icmasının hahamlarından biri və tanınmış kabbalist idi.

Bu mİsallar (onların sayını xeyli artırmaq da olar) göstərir ki, tampliyerlərlə kabbalaçıların ittifaqı Avropa tarixinə və sosial sisteminə ciddi təsir göstərmişdi. Onlar хristianlıq üzərində qurulan Avropa mədəniyyətini dəyişdirməyə, Kabbalaya əsaslanan mədəniyyətlə əvəzləməyə çalışırdılar. Bunun ardınca isə siyasi dəyişmələr bаş verəcəkdi - Fransa və Italiya inqilabları kimi...

Qarşıdakı bölümlərdə Avropa tarixinin bəzi vacib mərhələlərini araşdıracağıq. Və hər dəfə şahid olacağıq ki, Avropada dini sarsıtmağa, onun əvəzində dinsiz bir sistem qurmağa çalışan ciddi bir qüvvə var idi. Bu qüvvə Qədim Misirdən Kabbalaya qədər gələn təlimi Avropaya qəbul etdirməyə çalışıb. Həmin təlimin əsasında isə, öncə də dediyimiz kimi, iki anlayış dururdu: humanizm və materializm.

Gəlin, əvvəlcə humanizmin nə olduğunu araşdıraq.

A model of Solomon's Temple

Süleyman məbədinin maketi. Tampliyerlər və masonlar Hz.Süleymanla bağlı bir fikirlərinə görə bu məbəddə guya bütpərəst mədəniyyətlərin hansİsa "sirr"inin gizləndiyinə inanmışdılar. Mason ədəbiyyatında Süleyman məbədinə ciddi diqqət ayrılmasının səbəbi budur.

 

Iqtıbaslar

23 Richard Rives, Too Long in the Sun, Partakers Pub., 1996, pp. 130-31

24 Murat Ozgen Ayfer, Masonluk Nedir ve Nasildir? (What is Freemasonry?), Istanbul, 1992, pp. 298-299

25 Nesta H. Webster, Secret Societies And Subversive Movements, Boswell Publishing Co., Ltd., London, 1924, (emphasis added)

26 Nesta H. Webster, Secret Societies And Subversive Movements, Boswell Publishing Co., Ltd., London, 1924; Theodore Reinach, Histoire des Israélites, p. 221, Salomon Reinach, Orpheus, p. 299, (emphasis added)

27 Lance S. Owens, Joseph Smith and Kabbalah: The Occult Connection, Dialogue: A Journal of Mormon Thought, Vol. 27, No. 3, Fall 1994, pp. 117-194

28 Lance S. Owens, Joseph Smith and Kabbalah: The Occult Connection, Dialogue: A Journal of Mormon Thought, Vol. 27, No. 3, Fall 1994, pp. 117-194, (emphasis added)

29 Eliphas Lévi, Histoire de la Magie, p. 273; Nesta H. Webster, Secret Societies And Subversive Movements, Boswell Publishing Co. Ltd., London, 1924

30 Umberto Eco, Foucault's Pendulum, Translated from the Italian by William Weaver, A Helen and Kurt Wolff Book, Harcourt Brace Jovanovich, Publishers, p. 450, (emphasis added)

31 For further information, see, John J. Robinson, Born in Blood: The Lost Secrets of Freemasonry, New York: M. Evans & Company, 1989

32 Encyclopaedia Judaica, vol. 10, p. 759. 

 

3 / total 8
"Harun Yəhyanın Qlobal Masonluq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top