Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
10 / total: 46

Tutuquşular Kimjaja Aid Bilikləri Haradan Bilir?

papağan, kuş

Makau deyilən tutuquşu cinsinin şəkildə göründüyü kimi gilli qayalar yediyini bu kitabdan oxudunuz. Əgər bu şəkli kitabı oxumazdan əvvəl görsəydiniz, quşların davranışı sizi çox heyrətləndirər, hətta nə etdiklərini də başa düşməzdiniz. Lakin indi makauların nə üçün gil yediyini bilirsiniz. Ən əsası isə bu hərəkətləri onlara Allahın öyrətdiyini artıq bilirsiniz. Bu öyrəndiklərinizi başqalarına da çatdırın və onların da Allaha olan imanlarını artırın.

Bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə siz də maraqlandınız, elə deyilmi?

Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı bir hadisənin şahidi olublar.

Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman burada olan bəzi gilli qaya parçalarını gəmirib udurlar. Bu, təsadüfi bir hadisə deyil. Gilli qaya parçalarının əsas xüsusiyyəti toxumların içindəki zəhəri çəkməsidir. Beləliklə, quş bunun sayəsində hər hansı narahatçılıq hiss etmədən toxumları həzm edə bilir.

Bu heyvan toxumun zəhərləyici təsirini əvvəlcədən müəyyən etmək kimi bir tibbi biliyi necə əldə etmişdir? Bəs bu təsiri necə aradan qaldıracağını haradan bilir? Zəhəri zərərsizləşdirəcək bir maddənin gilli qayaların içində olduğunu bilməsi üçün hər hansı əczaçılıq təhsili ala bilərmi? Əlbəttə ki, bunların heç biri mümkün deyil.

Bir insan toxumların zəhərli olub-olmadığını kənardan baxaraq müəyyən edə bilməz. Toxumun zəhərini necə zərərsizləşdirəcəyəni isə təxmin edə bilməz. Buna görə ya bir təhsil almalı, ya da bu haqda bir şey bilən bir nəfərlə məsləhətləşməlidir. Belə olduğu halda heç bir ağlı və düşüncəsi olmayan bir quşun uzunmüddətli kimyəvi təhlil və tədqiqatlar nəticəsində belə bir şeyi kəşf etdiyini də demək olmaz. Makauların insanların uzun sürən ixtisas təhsilindən sonra əldə olunan bilgilərə təsadüfən nail olması qeyri-mümkündür. Makaulara bu biliyi hər şeyi qüsursuz yaradan və hər şeyi bilən Allah öyrətmişdir.

 sevimli papağan, banyo

 

10 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top