Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
11 / total: 46

Hörümçək Torlarindaki Mühəndis Lajihəsi

Çox yerdə görə biləcəyimiz hörümçək torlarının formasına heç diqqət etmisinizmi? Saplarının onların özü tərəfindən hazırlandığını və bu sapların çox qəribə xüsusiyyətinin olduğunu bilirsinizmi? Və ya bağça hörümçəyinin qurduğu torda istifadə etdiyi texnikanın inşaat mühəndislərinin istifadə etdiyi ən son texnikaya çox bənzədiyini eşitmişdinizmi?

örümcek, ağ

Hörümçəklər torlarını qurmaq üçün iki müxtəlif yerə ehtiyac hiss edirlər. Torlar əsasən iki divarın birləşdiyi künc və ya iki budaq arasında qurulur. Lakin bəzi hörümçəklər yalnız bir tərəfdən istifadə edərək də torlarını qurmaq bacarığına malikdir. Hörümçəyin öz torunu qurması isə çox yüksək bir qabiliyyətdir. İndi sizlərə danışacaqlarımızı gözünüzün önündə canlandırmağa çalışın.

Hörümçək torunu qurmaq üçün kifayət qədər uzun, elastik bir budağı seçərək işə başlayır. Əvvəlcə sapı budağın ucuna möhkəm yapışdırır. Bir tərəfdən, budağın aşağı tərəfinə doğru gedir, digər tərəfdən isə ağzından sap ifraz edir. Müəyyən bir məsafəyə gəldiyi zaman dayanır və sap ifrazını saxlayır. İfraz etdiyi sapı qüvvətli şəkildə özünə sarı çəkməyə başlayır. Bunun nəticəsində budaq yay formasında bükülür. Hörümçək bu yaydakı bir tel kimi düz vəziyyətdə olan sapın digər ucunu özünün olduğu yerə möhkəm yapışdırır. Bundan sonra isə bu yayın içində öz torlarını hörməyə başlayır.

İndi düşünün. Aralarındakı məsafə 2 metr olan iki divar arasına 2,5 metr uzunluğunda bir ipi tarım çəkmək lazım olsaydı, nə edərdiniz? Siz bunu düşünməkdə olun, biz isə sizə bağça hörümçəyinin bu problemi necə həll etməsindən danışaq.

örümcek, ağ

Bağça hörümçəyi bəzən torunu bir-birindən çox aralı olan iki budaq arasında qurur. Belə torlar çox böyük olduğu üçün onların ov ovlamaq qabiliyyəti də böyükdür. Lakin torun böyüklüyü sapların bir müddət sonra boşalmasına səbəb olur. Bu da ovun azalması deməkdir. Belə halda hörümçək vəziyyətdən çıxış yolu axtarmalıdır. Tor boşaldıqda hörümçəyin yeni bir tor quracağını düşünə bilərsiniz.

Lakin yox, hörümçək toru təzələmək əvəzinə başqa bir heyrətamiz üsula əl atır: torun mərkəzinə gələrək buradan yerə doğru bir iplik çəkir. İpliyin yerə yaxın ucuna da kiçik bir daş bitişdirir. Jenidən tora qayıdır və ipliyi çəkərək daşı yerdən yuxarı qaldırır. Hörümçək daş havada olduğu zaman ona bağlanmış ipliyi yenidən torun ortasına möhkəmcə bitişdirir. Nəticədə tor ortasından sallanan bu daşın təsiri ilə tarım çəkilir.

Jəqin ki, belə bir üsul sizin ağlınıza gələ bilməzdi. Jalnız sizin deyil, inşaatdan anlayışı olmayan bir çox insanın da ağlına belə bir çıxış yolu gələ bilməzdi. Lakin hörümçəklər bu üsulu bilir və tətbiq edirlər. Bəs hörümçək belə bir ağıllı bir üsulu haradan bilir və ondan necə uğurla istifadə edir? Hələ üstəlik milyon illərdir bütün hörümçəklər eyni üsulla öz torlarnı qururlar. Hörümçəyin belə bir üsulu tətbiq etməsi üçün bunu ona ilham verəcək bir "iradə sahibinə" ehtiyac duyulur. Çünki bu iradə qüvvəsi hörümçəyin özünə aid deyil. Bu iradənin sahibi hər şeyin sahibi olan, hər şeyə qüvvəsi çatan, bütün canlıları idarə edən, görəcəkləri işləri onlara ilham edən Allahdır.

demet, çiçek

 

11 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top