Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
18 / total: 46

Əqrəb Baliqlarinin Məharətlə Maskalanmasi

akrep balığı, balık

Əqrəb balıqları son dərəcə rəngli bir görünüşə malikdir. Onların rəngi yaşadıqları mərcanlarla eynidir. Şəkildə gördüyünüz kimi, əqrəb balığının ağ-qırmızı zolaqları eynilə bu rəngdə olan mərcanların arasında gizlənməsinə, yəni görünməzliyinə səbəb olur. Bu da onların ovlanmaq təhlükəsini azaldır. Eyni zamanda öz ovuna da asanlıqla yaxınlaşmasına imkan verir.

Aşağıdakı və əvvəlki səhifədə olan əqrəb balıqlarının şəkillərinə diqqətlə baxın, özünüz də hiss edəcəksiniz ki, onları olduqları şəraitdən seçmək çox çətindir.

Əqrəb balıqları kimi sualtı canlıların da bir çoxunu yaşadıqları mühitdə seçmək mümkün deyil. Bu canlılar yalnız hərəkət etdiyi zaman bilinir. Su altında qüsursuz olaraq adaptasiya və maskalanma qabiliyyətinə malik olan canlılar bu rənglərdən istifadə edərək ov ovlayır, artıb törəyir, ətrafındakı canlılara müəyyən məlumatlar çatdırırlar.

akrep balığı, kamuflaj

Əqrəb balıqları xüsusi rəngləri sayəsində qayalıqlarda asanlıqla gizlənirlər.

Elə isə bu uyğunlaşma necə ortaya çıxmışdır? Bir balığın bədənini yaşadığı qaya ilə eyni rəngdə, hətta qaya kimi çıxıntılı görünüşdə edən kimdir?

Təsadüflərin və ya hər hansı başqa balığın canlılara yaşadıqları mühitin rəngini verməsi mümkün deyil. Bir balığın, yengəcin və ya bir xərçəngin rəngləri təyin etməsi və özündə rəng dəyişdirən sistemlər hasil edə bilməsi də qeyri-mümkündür. Belə bir sistemin planlaşdırılması, canlılarda bu sistemin yaradılması yalnız çox yüksək bir güc sahibi tərəfindən verilə bilər.

Bu üstün gücün sahibi Allahdır. Bütün canlıları malik olduqları xüsusiyyətləri ilə birlikdə və yaşadıqları mühitə uyğun olaraq Jaradan Allahdır. Allah yaratdığı bütün canlılardan xəbərdar olduğunu bizə ayələrində belə bildirir:

"Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər biləndir, xəbərdardır! Jeri sizə ram edən Odur. Onun qoynunda gəzin, Allahın ruzisindən yeyin. Axır dönüş də Onadır" ("Mülk" surəsi, 14-15)

 

18 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top