Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
23 / total: 46

Cejranlarin Xüsusi Sojuducu Sistemi

ceylan, hayvan

Kondinsionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. Əslində bir çox canlının bədənində kondinsionerə bənzər soyuducu sistemlər var.

Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı misal göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza "bu halda ceyranlar nə üçün ölmür" sualı gələcək.

gazel, geyik türü

Bu sual bizi bir yaradılışın həqiqətinə aparır.

Ceyranların beynini başlarının sağ tərəfində yerləşən xüsusi soyuducu sistem soyudur. Bundan əlavə, ceyranların və başqa sürətli qaçan heyvanların tənəffüs yolları var. Bu yolların arxasında uzanan böyük qan yığınları arasında da yüzlərlə kiçik qan damarları uzanır. Ceyranın nəfəs aldığı havanın bu yeri soyutması nəticəsində kiçik qan damarlarının içərisindən keçən qan da soyumuş olur. Sonra kiçik damarlar qanı beyinə daşıyan tək bir qan damarında birləşir. Bu sistem sayəsində ceyran qaçarkən sürətlə artan bədən temperaturu ona təsir etmir.

Artıq siz də anladınız ki, belə bir qüsursuz sistem müəyyən zaman içində öz-özünə ortaya çıxa bilməz. Çünki beynin soyuması üçün lazım gələn bu sistem olmasa, ceyran ilk qaçışındaca ölə bilər.

Ceyranlarda olan soyuducu sistemin nümunəsindən də göründüyü kimi, canlılarda olan bu planlaşdırma ideal quruluşa malikdir. Jəni bir canlının bədən sistemlərinin və orqanlarının təkamülçülərin iddia etdiyi kimi, müəyyən dövr ərzində meydana gəlməsi mümkün deyil.

Bütün canlıların ceyranlarda olan soyuducu sistem kimi ideal sistemlərlə təchiz edilmiş bədəni var. Əgər bu sistemlərdən təkcə birində hər hansı çatışmazlıq olsa, onların heç biri işə yaramaz. Bu da təkamülçülərin iddia etdiyi kimi, canlıların təsadüfi olaraq müəyyən dövr içində yaranmadığını, əksinə, bütün canlıları yaradanın Allah olduğunu isbat edir. Bu, düşünən və ağllı insanlar üçün açıq bir dəlildir. Allah bir ayəsində belə buyurur:

"Musa dedi: "Əgər ağıllı-başlı düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olan hər şeyin Rəbbidir!"("Şüəra" surəsi, 28)

 

23 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top